Informasiya sistemləRİ


İstənilən təyinatlı informasiya sistemindəki proseslərə aşağıdakılar aiddir



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

 
İstənilən təyinatlı informasiya sistemindəki proseslərə aşağıdakılar aiddir:
 

Xarici və ya daxili mənbələrdən informasiyanın daxil edilməsi; 

İnformasiyanın kompüterin xarici yaddaşında saxlanması; 

Istifadəçilərin sorğularına uyğun informasiyanın axtarışı; 

Tapılan informasiyanın emal edilməsi və əlverişli formada təsvir edilməsi

İnformasiyanın istifadəçilərə və ya digər sistemə çatdırılması üçün xaric edilməsi; 

Əks əlaqə: əgər alınan nəticəvi informasiya istifadəçini təmin etmirsə, onun təklifi 
ilə daxil edilən informasiyada, sorğuda, informasiyanın saxlanma sxemində, axtarışında 
və emalında düzəlişlər edilə bilər. 
İnformasiya sistemi aşağıdakı xassələrlə səciyyələnir: 



Istənilən İS-in analizi, qurulması və idarə edilməsi sistemlərin yaradılmasının 
ümumi prinsipləri əsasında yerinə yetirilir

İS dinamiki və inkişaf edən sistemdir; 

İS-in qurulmasında sistemli yanaşmadan istifadə olunur; 

İS-in çıxış məhsulu qərarların qəbul edilməsi üçün istifadə edilən informasiyadır; 

İS “insan - maşın” tipli verilənlərin emalı sistemidir. 
Baxmayaraq ki, ümumi halda İS-in kompütersiz variantı da ola bilər, müasir 
informasiya sistemlərinin demək olar ki, hamısı kompüter texnikası əsasında 
reallaşdırılır. İnformasiya sisteminin işini anlamaq ücün onun həll etdiyi problemin 
mahiyyətini və həmcinin hansı təşkilatı proseslərə qoşulduğunu bilmək lazımdır. 
Məsələn, qərarların qəbulunun təminatı ücün qurulan informasiya sisteminin imkanlarını 
təyin edəndə aşağıdakıları nəzərə almaq lazımdır: 
- həll olunan idarəetmə məsələlərinin strukturlaşdırılması; 
-firmanın idarə edilməsi iyerarxiyasının hansı səviyyəsində qərar qəbuletmə 
aparılır; 
- həll olunan məsələlərin hansı funksional bölmələrə aid olması;
- istifadə olunan informasiya texnologiyasının növü. 
İnformasiya sistemi ilə işləmə texnologiyası kompüter sahəsini bilməyən 
mütəxəssislər tərəfindən asan mənimsənilir və professional fəaliyyət proseslərinə nəzarət 
edilməsi və onların idarə olunması ücün müvəffəqiyyətlə istifadə oluna bilər. 
İnformasiya sisteminin tətbiqi aşağıdakıları əldə etməyə imkan verir: 
-riyazi və süni intellekt metodlarının tətbiqi sayəsində idarəetmə məsələlərinin 
həllinin daha səmərəli variantlarının alınması; 
- avtomatlaşdırma sayəsində işcilərin atil işlərdən azad edilməsi; 
- informasiyanın həqiqiliyinin təmin edilməsi; 
- kağız daşıyıçıları əvəzinə verilənlərin kompüterdə emalının səmərəli təşkilini 
təmin edin maqnit və kompakt disk daşıyıçılarından, fleş yaddaşdan istifadə edilməsi; 
-firmada informasiya axınlarının strukturunun və sənəd dövriyyəsinin 
təkmilləşdirilməsi; 
-məhsul istehsalına və xidmətlərin göstərilməsinə qoyulan xərçlərin azaldılması; 
- istifadəcilərə lazımi informasiya xidmətinin göstərilməsi; 
- yeni bazar münasibətlərinin qurulmasına kömək edilməsi; 
- müxtəlif güzəştlər və xidmətlər sayəsində firmaya alıçıların və tədarükcilərin çəlb 
edilməsi. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin