Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

1.
 
Giriş. Fənnin öyrənilməsində məqsəd 
Bütün avtomatlaşdırılmış idarəetmə və informasiya axtarış sistemləri müəyyən
informasiya bazası əsasında fəaliyyət göstərir və onun effektiv fəaliyyəti ilk 
növbədə verilənlər bazasının strukturunun optimal təşkilindən və onun şəbəkədə 
rasional yerləşməsindən asılıdır.
Verilənlər bazası müəyyən əlamətlərinə görə qarşılıqlı əlaqələndirilmiş, eyni 
prinsiplərlə və vasitələrlə təsvir olunan, saxlanılan və idarə olunan struktur formasında 
məlumatlar toplusudur. Başqa sözlə strukturu konkret sxemə uyğun gələn verilənlər
yığımına verilənlər bazası deyilir. Bu, verilənlər bazasının verilənlər modeli 
baxımından tərifidir.
Verilənlərin bu şəkildə cəmləşməsi aşağıdakı xüsusiyyətlərə malikdir:
• Informasiyanin kifayət qədər böyük həcmi;
• Verilənlərin maksimal yığcam saxlanması imkanı;
• Verilənlər bazasından müəyyən predmet sahəsi ücün müxtəlif
informasiyanın əldə olunması imkanı;
• Bazadan götürülən informasiyanın istifadəci ücün əlverişli növə və formaya malik 
olması;
• Verilənlərin yüksək sürətlə əldə olunması;
• Informasiyanın etibarlı qorunması və ayrı-ayrı istifadəcilərin verilənləri icazəli 
əldə etməsi imkanı;
• Istifadəcilər tərəfindən verilənlərin secilməsi ücün sorğuların, formaların və 
hesabatların təşkil edilməsinin rahatlığlı və sadəliyi.
Verilənlər bazasının yaradılması, qorunması və istifadəcilərin verilənləri əldə
etməsi imkanı xüsusi proqram vasitəsi - verilənlər bazasının idarə edilməsi 
sistemlərinin (VBİS) köməyi ilə həyata kecirilir.
İnformasiya sistemləri-informatika elminin ən mühüm anlayışlarından biri də 
informasiyadır. Bu anlayış latın sözü olub baş vermiş hadisə və ya fakt haqqında 
məlumat mənasını verir. İnformasiya dedikdə toplanma, qeydiyyat, saxlanma və s. 
obyekti ola bilən faydalı məlumatlar toplusu başa düşülür. İnformasiya anlayışının ən 
mühüm alt anlayışlarından biri də informasiya sistemləridir. Kompüterlərin və digər 
əlaqə vasitələrinin istifadə olunmasına əsaslanan yeni informasiya texnologiyalarının 
tətbiqi ilə bağlı olaraq bu anlayış (informasiya sistemi anlayışı) geniş istifadə olunur. 
Ümumi halda sistem anlayışı qoyulmuş məqsədə çatmaq üçün vahid bir tam kimi 
fəaliyyət göstərən, qarşılıqlı əlaqədə olan elementlər kompleksini özündə birləşdirir. 
Sistemin struktur, element funksiyası və elementin və sistemin özünün girişi və çıxışı 
kimi komponentləri var. Bundan başqa hər bir sistemin alt sistemə bölünmək imkanı 
da var. Bu xüsusiyyəti onun analizini, yaradılamsını və istifadəsini asanlaşdırır. 


İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «informasiya», 
«verilənlər» və «bilik» daşıdıqları mənaya görə danışıq dilində istifadələrinə uyğun 
gəlir. «Məlumat» (xəbər) və «İnformasiya» anlayışlarını fərqləndirmək ücün danışıq 
dilindəki bu ifadə köməkci ola bilər: «Bu məlumat mənə hec bir informasiya vermir.» 
Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir: 
informasiya məlumat vasitəsilə ötürülür. İnformasiya və məlumat arasındakı əlaqə 
qarşılıqlı-birmənalı deyildir. Eyni informasiya müxtəlif məlumatlarla ötürülə bilər və 
onların icerisində hec bir informasiya daşımıyanı da ola bilər. Əksinə eyni bir məlumat 
onu qəbul edənin (istifadəcinin) maraq dairəsindən asılı olaraq müxtəlif informasiya 
kimi qəbul oluna bilər.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin