Informasiya sistemləRİ


Sənədli-faktoqrafik sistemlər



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Sənədli-faktoqrafik sistemlər
həm sənədlərin, həm də faktoqrafik informasiyanın 
toplanıb saxlanılmasını, axtarışını və lazım gəldikdə emalını yerinə yetirə bilirlər. Bu cür 
sistemlərə başqa sözlə inteqrallaşdırılmış sistemlər deyilir. İnteqrallaşdırılmış sistemlər 
mövcud informasiya sistemləri içərisində ən mürəkkəbi hesab olunur. Əslində 
inteqrallaşdırılmış sistem uyğun olaraq sənədlərlə və faktoqrafik informasiya (verilənlər) 
ilə işləyən 2 hissədən (altsistemdən) ibarət olur. Sənədli-faktoqrafik sistemlərin inkişaf 
etmiş variantlarında konkret mövzu sahəsinə aid sənədlərdən faktoqrafik informasiyanın 
çıxarılması prosesi aparılır. İngilisçə bu prosesə 
data mining
deyilir. Bu tip sistemlərin 


daha mükəmməl variantlarında sənədlərdən verilənlərlə yanaşı, biliklər də alınır 
(
knowledge discovery
). İnformasiya sistemlərini təşkil üsullarına və ya arxitekturaya görə 
də siniflərə bölürlər. Qeyd etmək lazımdır ki, informasiya sistemlərinin təsnifat sxemləri 
müəyyən mənada şərti xarakter daşıyır. Böyük informasiya sistemləri əksər hallarda 
göstərilən siniflərə aid əlamətlərin hamısına və ya bir qisminə malik olurlar. Məsələn, iri 
müəssisələr üçün yaradılan korporativ informasiya sistemləri müxtəlif funksiyaları 
yerinə yetirən bir neçə altsistemdən ibarət olurlar.


4.
 
İnformasiya sisteminin arxitekturası 
 
Miqyasından, informasiya resurslarının xarakterindən və tətbiq sahəsindən asılı 
olmayaraq istənilən tip informasiya sisteminin ümumiləşdirilmiş strukturunu şəkil 1. –
dəkı kimi təsvir etmək olar. Göründüyü kimi, informasiya sistemi altsistem adlanan bir 
neçə hissədən ibarətdir. 
Altsistem
ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir. 
Altsistemlər informasiya sisteminin bütövlükdə fəaliyyətinin təmin edilməsinə xitmət 
edirlər. Odur ki, onlara təminediçi altsistemlər deyilir. Həmin altsistemlərə texniki, riyazi, 
proqram, informasiya, təşkilati və hüquqi təminat altsistemləri aiddir. 
Şəkil 1. İnformasiya sisteminin ümumi strukturu 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin