Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

3.
 
İnformasiya sisteminin təsnifatı 
 
İnformasiya sistemləri müxtəlif əlamətlərə görə sinifləşdirilir. Miqyasına görə 
informasiya sistemlərini aşağıdakı qruplara bölürlər: lokal İS, qrup İS, korporativ İS.
Lokal informasiya sistemi
adətən şəbəkəyə qoşulmayan bir fərdi kompüterdə 
reallaşdırılır. Bu cür sistem ümumi informasiya bazasından istifadə edən bir neçə tətbiqə 
malik ola bilər. Sistem istənilən anda bir istifadəçiyə və ya vaxt bölgüsü ilə işçi yerində 
işləyən bir neçə istifadəçiyə xidmət edir. Bu cür tətbiqlər çox vaxt verilənlər bazalarının 
(VB) lokal və ya stolüstü idarəetmə sistemləri (VBİS) vasitəsilə əldə edilir. Ən çox 
istifadə olunan lokal VBİS-ə dBase, Clipper, FoxPro, Paradox, Access sistemləri aiddir. 
Qrup informasiya sistemi
müəyyən işçi qrupun üzvləri tərəfindən kollektiv istifadə 
olunması üçün nəzərdə tutulur və əksər halda lokal kompüter şəbəkəsində yaradılır. Bu 
cür tətbiqlərdə işçi qruplar üçün SQL serverlər adlanan verilənlər bazalarının 
serverlərindən istifadə olunur. Həm kommersiya, həm də müstəqil xarakterli çoxlu sayda 
müxtəılif SQL-serverlər mövcuddur. Onlara misal olaraq DB2, Oracle, Microsoft (MS) 
SQL Server, İnter-Base, Sybase, İnformix və s. göstərmək olar. 
Korporativ informasiya sistemləri
- işçi qruplar üçün İS-in inkişafı dərəcəsində 
yaradılmış və məsafəyə görə səpələnmiş qovşaqlarla və şəbəkələrlə xarakterizə olunan iri 
kompaniyalar üçün nəzərdə tutulur. Bu cür sistemlər əksər halda bir neçə səvlariyyəli 
iyerarxik struktura malik olub, kliyent-server və ya çoxsəviyyəli arxitektura ilə qurulur. 
Onların reallaşdırılmasında qrup İS-də tətbiq edilən verilənlər bazalarının serverlərindən 
istifadə oluna bilər. İri korporativ İS-də daha çox Oracle, DB2 və MS SQL Server kimi 
VBİS-lərdən istifadə olunur. Qrup və korporativ informasiya sistemlərinin fəaliyyətinə 
və verilənlərin mühafizəsinə daha ciddi tələblər qoyulur. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin