Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

7.
 
İnformasiya sistemlərinin tətbiq sahələri 
 
İnformasiya texnologiyalarının surətli inkişafı onların tətbiq sahələrinin daha da 
genişlənməsinə səbəb olmuşdur. Əgər kecən əsrin 85-90-çı illərinə qədər informasiya 
sistemlərindən əsasən mühasibat, kadr ucotunun və bəzi istehsalat müəssisələrində 
texnoloji proseslərin avtomatlaşdırılması ücün istifadə olunurdusa, hazırda istehsalatın, 
biznesin, elmin, təhsilin bütün sahələrində tətbiq olunur. Karporativ informasiya 
sistemlərinin səmərəli tətbiqi daha dəqiq proqnozlar verməyə və idarəetmədə mümkün 
səhvləri aradan qaldırmağa imkan yaradır. 
İnformasiya sistemi müəssisənin işi haqqında verilənlərdən və hesabatlardan 
operativ qaydada faydalı informasiya cıxarıb, idarəetmə orqanlarına catdırmaqla, 
müəssisəyə xeyli gəlir gətirə bilər. İnformasiya texnologiyalarının və sistemlərinin 
səmərəliliyi və sürətli inkişafı da elə bununla izah olunur. Müasir biznes idarəetmədə 
buraxılan səhvlərə cox həssasdır. Qeyri-müəyyənlik və risk şəraitində düzgün qərarların 
qəbulu ücün müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif göstəriçilərini daima 
nəzarətdə saxlamaq lazımdır. Odur ki, məsuliyyətlə demək olar ki, sərt rəqabət şəraitində 
müasir informasiya texnologiyalarından istifadə edən müəssisə uğur qazanmağa daha 
şanslı olur. 
İnformasiya texnologiyaları və sistemlərinin tətbiqi ilə həll olunan əsas məsələlərə 
baxaq. 
Mühasibat ucotu 
Mühasibat ucotu informasiya texnologiyasının klassik tətbiq sahələrindən biri olub, 
bu gün də daha cox reallaşdırılan məsələdir. Bu onunla izah olur ki, mühasibin səhvi cox 
baha başa gələ bilər, kompüterdən istifadə olunması isə bunun qarşısını alır. Digər 
tərəfdən, mühasibat ucotu məsələsi asan formallaşdırılır, odur ki, mühasibat ucotunun 
avtomatlaşdırılması sisteminin qurulması texniki və proqram baxımından hec bir cətinlik 
yaratmır. Lakin bu sistemin qurulması cox zəhmət tələb edir. Bu onunla əlaqədardır ki, 
yüksək iş etibarlığı və istismarının rahatlığı baxımından mühasibat ucotunun 
avtomatlaşdırılması sisteminə yüksək tələblər qoyulur. 
Bank sistemi 
Hazırda həm dövlət, həm də özəl kommersiya banklarının böyük əksəriyyətində 
avtomatlaşdırılmış informasiya sistemlərindən geniş istiafdə olunur. İnformasiya sistemi 
bankın yerinə yetirdiyi bütün funksiyaları əhatə edə bilər: depozit hesablarının və kredit 
əməliyyatların avtomatlaşdırılması, fiziki və hüquqi müştərilər haqqında, onların 
hesabları və kredit almaları haqqında verilənlər bazasının qurulması və s. 
Avtomatlaşdırılmış bank sistemlərinin yaradılmasında elə bir texniki və proqram cətinliyi 
yoxdur. Lakin burada informasiyanın təhlükəsizliyi məsələsi yüksək səviyyədə həll 
olunmalıdır. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin