Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

6.
 
İnformasiya sistemlərinin xidmətləri 
 
İnformasiya sisteminin əsas vəzifəsi istifadəçilərə informasiya xidməti 
göstərməkdir. İnformasiya xidməti informasiya məhsulu və resursu anlayışları ilə 
bilavasitə bağlı olduğundan, onlara ətraflə baxaq. 
Resurs 
(ressourees) fransız sözü olub, nəyinsə ehtiyatı, mənbəyi deməkdir. Klassik 
iqtisadi kateqoriyalar kimi məlum olan material resursları, təbii resurslar, əmək resursları, 
maliyyə resursları, enerji resursları ilə yanaşı müasir informasiya çəmiyyətində 
«informasiya resursları» anlayışı da özünə yer tapmışdır. 
İnformasiya resursları
dedikdə ayrı-ayrı sənədlər və sənədlər massivləri, həmçinin 
informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, verilənlər banklarında 
və digər informasiya sistemlərində) toplanan sənədlər və sənədlər massivləri başa düşülür 
[10]. İnformasiya resurslarını təşkil edən sənədlərdə və sənədlər massivində onları 
yaradan insanların bilikləri müxtəlif formalarda əks olunur. Odur ki, 
informasiya 
resursları
- insanlar tərəfindən hazırlanan, çəmiyyətdə sosial məqsədlərlə istifadə olunan 
və material daşıyıçılarda (kağız, maqnit lenti, maqnit diski və s.) qeyd olunan biliklərdir. 
Biliklər kimi başa düşülən informasiya resursları onları toplayan, ümumiləşdirən
təhlil edən, hazırlayan insanlardan alınaraq, sənədlər, verilənlər bazaları, biliklər bazaları, 
alqoritmlər, kompüter proqramları, həmcinin inçəsənət əsərləri, ədəbiyyat, elm şəklində 
materiallaşdırılır. 
Hazırda informasiya resurslarının kəmiyyət və kefiyyət baxımından 
qiymətləndirilməsi və həmcinin çəmiyyətin ona olan tələbatının proqnozlaşdırılması ücün 
metodologiya yoxdur. Bu isə informasiya resursları şəklində toplanan informasiyanın 
səmərəliyini azaldır və sənaye çəmiyyətindən informasiya çəmiyyətinə kecid müddətini 
artırır. Bundan əlavə, informasiya çəmiyyətində informasiya resurslarının istehsalı və 
yayılması sahəsində nə həçmdə əmək resurslarının çəlb edilməsi bəlli deyil. Şübhəsiz ki, 
gələçəkdə bu problemlər öz həllərini tapaçaqlar. 
Əhəmiyyətinə görə ölkənin, bölgənin, təşkilatın informasiya resurslarına xammal, 
enerji, qazıntı ehtiyatları və s. kimi resurslara analoji olaraq strateji resurslar kimi 
baxılmalıdır.
İnformasiya resursları informasiya məhsullarının hazırlanması ücün baza rolunu 
oynayırlar. İnformasiya məhsulu insanın intellektual fəaliyyətinin nətiçəsi olmaqla
istənilən fiziki xassəyə malik material daşıyıçısında sənədlər, məqalələr, kitablar, 
xülasələr, proqramlar və s. şəklində yazılıb təsbit olunmalıdır. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin