Informasiya sistemləRİ


Marketinqin idarə olunması



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Marketinqin idarə olunması 
Marketinqin idərə olunması rəqib firmalar, onların məhsulları və qiymət siyasəti 
haqqında verilənlərin toplanması və təhlili, həmcinin optimal qiymət səviyyəsinin təyini, 
gəlirin proqnozlaşdırılması və reklam kompaniyasının planlaşdırılması ücün xariçi 
mühitin parametrlərinin modelləşdirilməsini əhatə edir. Bu məsələlərin əksəriyyətinin 
həlli formallaşdırıla bilir və informasiya sistemində asan reallaşdırılır. Bununla da 
marketinqin idarə olunmasının səmərəliyini artırmaq mümkün olur. 
Sənəd dövriyyəsi 
Sənəd dövriyyəsi istənilən müəssisənin fəaliyyətində cox vacib proses hesab olunur. 
Ucot və hesabat sənədlərinin dövriyyəsi sisteminin yaxşı təşkili müəssisədə cari istehsal 
fəaliyyətinin real gedişini əks etdirir və bu prosesə idarəetmə orqanlarının operativ 
reaksiyaya verməsinə zəmin yaradır. Odur ki, sənəd dövriyyəsinin avtomatlaşdırılması 
idarəetmənin səmərəliyini artırmağa imkan verir. Müəssisənin bütün funksional 
bölmələrinin kompüterləşdirilməsi şəraitində lokal kompüter şəbəkəsi yaratmaqla və 
sənədlərin elektron variantlarından istifadə etməklə, sənəd dövriyyəsini tam 
avtomatlaşdırmaq olar. 
Müəssisənin operativ idarə edilməsi 
Müəssisədə fəaliyyət göstərən korporativ informasiya sistemi müəssisənin operativ 
idarə olunmasında əvəzsiz rol oynayır. Sistemin informasiya bazasında müəssisənin 
istehsal fəaliyyəti, funksional bölmələr və onların yerinə yetirdikləri funksiyalar, istehsal 
sahələri, avadanlıq, xammal, materiallar, məhsullar, əmək və maliyyə resursları və s. 
haqqında informasiya toplanır. Operativ idarəetmə məqsədilə istifadə olunan informasiya 
sistemi biznes-proseslərin avtomatlaşdırılması ücün müxtəlif proqram vasitələrinə malik 
olur. Bu çür informasiya sistemlərindən ceviklik, adaptasiya və inkişaf imkanına malik 
olmaq tələb edilir. 
Firma haqqında informasiyanın təqdim edilməsi 
İnternet/İntranet texnologiyası korporativ serverlərin yaradılmasına və bununla da 
müəssisə haqqında müxtəlif növ informasiyanın İnternetə cıxarılmasına imkan yaradır. 
Hazırda praktik olaraq hər bir müəssisə özünün Web- serverinə malikdir. Həmin Web- 
serverin köməyilə müssisə bir tərəfdən öz imiçini yaradır, digər tərəfdən isə özü haqqında, 
təqdim etdiyi məhsullar, xidmətlər, qiymətlər və s. haqqında lazımi informasiyanı maraqlı 
şəxslərə və firmalara catdırmaqla, informasiya-arayış funksiyaları yerinə yetirilir. Bundan 
əlavə, Web-texnologiyalardan istifadə edilməsi elektron ticarət və İnternet vasitəsilə 
alıçıları xidmət edilməsi ücün geniş imkanlar yaradır. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin