1. Avtomobil haqqında ümumi məlumat



Yüklə 494,32 Kb.
səhifə1/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
  1   2   3   4   5   6   7   8   9   ...   13
NVK cavablar


1. Avtomobil haqqında ümumi məlumat
Avtomobil» (qədim yunan αυτο – özü və latın mobilis – hərəkət edən) sözlərindən ibarət olub, özü hərəkət edən deməkdir. Avtomobil mürəkkəb maşın olub bir sıra mexanizm və sistemlərin məcmusudur. Avtomobillərin konstruksiyaları müxtəlif olsa da, əksər avtomobillərdə əsas mexanizmlərin quruluş prinsipi və işi eynidir. Avtomobillərin tərtibat sxemlərində də oxşarlıq çoxdur.
Dünyadakı bütün avtomobillərin əksəriyyəti eyni konstruksiyaya malikdir və eyni fiziki qanunlar əsasında işləyir, biz sizinlə bunu aydınlaşdıracağıq.
Avtomobil mühərriklə hərəkətə gətirilən sərnişin, yük və ya xüsusi avadanlıq daşıyan təkərli yerüstü, relssiz nəqliyyat vasitəsidir.


2. Avtomobil necə hissədən ibarətdir?

Avtomobil mühərriklə hərəkətə gətirilən sərnişin, yük və ya xüsusi avadanlıq daşıyan təkərli yerüstü, relssiz nəqliyyat vasitəsidir. Avtomobil mürəkkəb maşın olub çox sayda detal (15 – 25 min), qovşaq, mexanizm, aqreqat və sistemlərdən ibarətdir.




3. Avtomobilin qovşaq mexanizmi, aqreqat və sistemləri haqqında məlumat?
Detal – yığma əməliyyatları olmadan, bircinsli materialdan (adına və markasına görə) hazırlanan məhsuldur. Qovşaq, mexanizm və ya aqreqatın yığılmağa başladığı detal, baza detalı adlanır.
Qovşaq – bir-biri ilə öz aralarında yiv, pərçim, qaynaq və ya digər birləşmə ilə birləşən bir sıra detal yığımıdır.
Mexanizm – öz aralarında hərəkətli birləşən, hərəkət və sürəti çevirən detallar və ya qovşaqlar yığımıdır.
Aqreqat – bütöv halda birləşmiş bir neçə mexanizmdir.
Sistem – iş zamanı müəyyən olunmuş funksiyanı yerinə yetirən, qarşılıqlı təsirdə olan mexanizm, cihaz və digər quruluşlar yığımıdır.
Bütün mexanizmlər, aqreqatlar və sistemlər avtomobilin əsas tərkib hissələri olan üç hissəsini təşkil edir: mühərrik, kuzov və şassi.
Mühərrik avtomobilin hərəkətini təmin edən mexaniki enerji mənbəyidir. Mexaniki enerji mühərrikdə digər növ enerjinin (yanan yanacağın enerjisi, elektrik enerjisi, qabaqcadan sıxılmış havanın enerjisi və sairə) çevrilməsi hesabına əldə edilir. Qeyri-mexaniki enerji mənbəyi, adətən birbaşa avtomobildə olur və vaxtaşırı doldurulur.
Müasir avtomobillərdə enerji mənbəyi kimi neft mənşəli maye yanacaqla (benzin və dizel yanacağı) və ya qazla işləyən porşenli daxili yanma mühərrikləri daha geniş yayılıb.
Kuzov sürücü, sərnişinlər və baqajın yerləşdirilməsi və onların xarici təsirlərdən (külək, yağış, çirk və s.) qorunması üçün nəzərdə tutulur. Yük avtomobilinin kuzovu mühərrikin arxasında və ya mühərrikin üstündə yerləşdirilmiş sürücü kabinəsindən və yük platformasından ibarətdir. Minik avtomobillərində və avtobuslarda sürücü yeri və sərnişin salonu bir yerdə olur.
Bəzi hallarda kuzov aparan hissə funksiyasını da özündə birləşdirir (aparan kuzov). Avtomobilin digər sistemlərinə daxil olmayan qovşaqların, aqreqatların, alt sistemlərinin (xarici işıqlanma cihazları, salonun iqlim quruluşları, sürücü və sərnişinlər üçün bəzi təhlükəsizlik quruluşları və sairə) «kuzov» sisteminə daxil olunması qəbul edilib.
Şassi mexanizm, aqreqat və sistemlərin yığımı olub avtomobilin hərəkətini və idarə olunmasını təmin edir. Şassiyə aparan hissə (çərçivə, qabaq və arxa asqılar, təkərlər, körpülər), transmissiya, idarə mexanizmləri (sükan idarəsi və tormoz sistemləri) daxildir.

Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin