1. Avtomobil haqqında ümumi məlumat


 Silindirin həcmi və tam həcmi nəyə deyilir ?



Yüklə 494,32 Kb.
səhifə8/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
1   ...   5   6   7   8   9   10   11   12   13
NVK cavablar

13. Silindirin həcmi və tam həcmi nəyə deyilir ?
Porşenin bir «ölü» nöqtədən digər ölü nöqtəyə getdiyi zaman keçdiyi yol porşenin gedişi – S adlanır. YÖN-də yerləşən porşendən yuxarıda qalan həcm yanma kamerasının həcmi – Vs, porşenin YÖN-dən AÖN-ə hərəkəti zamanı boşaltdığı həcm isə silindrin işçi həcmi – Vh adlanır. Yanma kamerasının və silindrin işçi həcmlərinin cəmi silindrin tam həcmi adlanır:
Va = Vh + Vs.
Mühərrikin işçi həcmi bütün silindrlərin işçi həcmlərinin cəmidir və litrlə
ölçülür.
Sıxma dərəcəsi, E– silindrin tam həcminin yanma kamerasının həcminə nisbətidir.
B
u parametr porşenin AÖN-dən YÖN-ə hərəkət etdikdə silindrin tam həcminin neçə dəfə azalmasını göstərir.
14. Takt nədir və dordtaktli muharrikda hansı ardıcıllıqla hərəkət edir ?
Porşenin bir gedişində silindrdə baş verən işçi proses takt adlanır. İşçi sikli təşkil edən taktların sayına görə mühərriklər iki növə bölünür:
•dörd taktlı – işçi sikl porşenin dörd gedişi ərzində baş verir;
•iki taktlı – işçi sikl porşenin iki gedişi ərzində baş verir.
Yüngül minik avtomobillərində dördtaktlı, motosiklet və mühərrikli qayıqlarda – ikitaktlı mühərriklər istifadə olunur.
Dörd taktlı benzin mühərriklərində işçi sikl aşağıdakı taktlardan ibarətdir:  daxilolma-yanıcıqarışığındaxilolması;
•sıxma-işçiqarışığınsıxılması;
• işçigediş;
• xaricetmə-işlənmişqazlarınxaricedilməsi.
Birinci takt – daxilolma taktı, karbüratorlu mühərriklərdə yanıcı qarışığın,
benzinin bir başa püskürülmə sistemində və dizel mühərriklərində isə havanın daxil olması (şəkil 10, a). Yanıcı qarışıq -benzin hissəciklərinin hava ilə
müəyyən nisbətdə qarışığıdır. Daxilolma taktında porşen YÖN-dən AÖN-ə hərəkət edir, silindrin daxilində seyrəklik yaranır – təzyiq atmosfer təzyiqindən aşağı düşür. Təzyiqlər fərqi bir sıra amillərlə: daxilolma taktının müqaviməti, dirsəkli valın fırlanma tezliyində və s. asılıdır.
Qarışığın daxil olması porşenin AÖN-ə çatmasına qədər davam edir. Mühərrikin birinci taktı ərzində dirsəkli val yarım dövr fırlanır. Daxilolma taktında silindrə daxil olan təzə qazlar boru xətlərinin qızmış divarları, silindrlərin divarı və başlığı ilə toxunaraq qızır. Buna görə də daxilolma taktının sonunda silindrlərdə qazların temperaturu 40 – 80°C-yə çatır.
İkinci takt – sıxma taktı, işçi qarışığın sıxılması (şəkil 10, b). Sıxma taktında porşen AÖN-dən YÖN-ə hərəkət edir. Hər iki klapan kip bağlı olduğundan işçi qarışıq sıxılır. Həcm azaldıqca təzyiq və temperatur artır. Benzin mühərriklərində sıxma taktının sonunda porşenin üstündə təzyiq 0,9 – 1,8 MPa-ya, temperatur isə 400 – 500C-yə çatır.
Sıxma dərəcəsi – silindrin tam həcminin yanma kamerasından böyük olduğunu göstərir (Va / Vc). Benzin mühərriklərində sıxma taktının sonunda porşen üzərindəki həcm 7 – 13 dəfə, dizel mühərriklərində 16 – 24 dəfə azalır. Sıxma dərəcəsi müəyyən hədd daxilində, nə qədər yüksəkdirsə, yanacağın yanma enerjisi daha yaxşı istifadə edilir və uyğun olaraq mühərrikin f.i.ə.-lı daha yüksək olur. Sıxma taktı ərzində mühərrikin dirsəkli valı növbəti yarım dövr fırlanır. Nəticədə birinci taktın əvvəlindən ikinci taktın sonuna qədər o bir dövr fırlanmış olacaq.
Üçüncü takt – işçi takt, alışma və genişlənmə (şəkil 10, c). Üçüncü taktda işçi qarışığın yanması nəticəsində istilik enerji mexaniki enerjiyə çevrilir. Genişlənən qazların təzyiqi porşenə, sonra isə sürgüqolu və çarxqolu vasitəsi ilə dirsəkli vala ötürülür. Beləliklə dirsəkli valı, nəticədə isə avtomobilin aparan təkərlərini fırlatmağa məcbur edən qüvvə yaranır.
Sıxma taktının sonunda işçi qarışıq alışdırma şamının elektrodları arasında yaranan elektrik qığılcımı ilə alışır. İşçi taktın əvvəlində yanan qarışıq aktiv genişlənməyə başlayır. Daxilolma və xaricetmə klapanları hələ ki, bağlı olduğu üçün genişlənən qazların yeganə yolu – hərəkət edə bilən porşenə təzyiq etmək olur. Benzin mühərriklərində təzyiq 4,0 – 6,0 MPa-ya, yanmanın sonunda temperatur 2200 – 2500°C-yə çatır. Genişlənmə taktında qazlar səmərəli iş görür, buna görə də porşenin buna uyğun gedişi işçi gediş adlandırılır.
Dördüncü takt – xaricetmə taktı, işlənmiş qazların xaric edilməsi (şəkil 10, d). Porşenin AÖN-dən YÖN-yə hərəkəti zamanı xaricetmə klapanı açılır (daxilolma klapanı hələ ki, bağlı olur) və porşen işlənmiş qazları silindrdən atmosferə çıxarır. Benzin mühərriklərində işlənmiş qazların temperaturu boş işləmə rejimində 900°C-yə, tam yüklənmə rejimində 700 – 1000°C-yə çatır.
Mühərrikin dirsəkli valı – xaricetmə taktı ərzində yeni yarım dövr edir. O dörd takt ərzində iki tam dövr edir. XARİCETMƏ taktından sonra yeni iş sikli başlayır və hər şey təkrarlanır: daxilolma – sıxma – işçi takt – xaricetmə − və sairə.
Göründüyü kimi mühərrikdə mexaniki iş yalnız bir takt ərzində  işçi taktda baş verir. Qalan üç takt köməkçi (xaricetmə, daxilolma və sıxma) adlandırılır və onlar ətalət hesabına fırlanan nazimçarxın kinetik enerjisi ilə yerinə yetirilir. Mühərrikin nazimçarxı – sürətlə fırlanaraq enerji toplayır, sonra isə bu enerji köməkçi taktlarda porşeni hərəkət etdirməyə istifadə edilir



Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin