1. Avtomobil haqqında ümumi məlumat


 Mühərrikin silindirlər bloku özündə hansı hissələri birləşdirir?



Yüklə 494,32 Kb.
səhifə7/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
1   2   3   4   5   6   7   8   9   10   ...   13
NVK cavablar

11. Mühərrikin silindirlər bloku özündə hansı hissələri birləşdirir?
Silindrlər bloku yalnız, artıq bizə məlum olan silindr və porşen qrupunu deyil, həmçinin də mühərrikin digər sistemlərini özündə birləşdirir. O mühərrikin, içərisində tökmə kanallar və oyuqlar, yastıqlar və tıxaclar olan özülüdür. Həmin silindrlər blokunda dirsəkli val (yastıqlar üzərində) fırlanır. Blokun daxili boşluqlarında soyutma sisteminin mayesi dövran edir, orada da mühərrikin yağlama sisteminin yağ kanalları keçir. Mühərrikin asılmış avadanlıqlarının əksəriyyəti də həmçinin silindrlər blokunda montaj olunur. Blokun aşağı hissəsi karter adlanır.
Silindrlər blokunun başlığı əhəmiyyətinə və ölçüsünə görə ikinci yerdə durur. Başlıqda yanma kamerası, klapanlar və alışdırma şamları yerləşir, burada yastıqlar üzərində yumruqcuqlu paylayıcı val fırlanır. Silindrlər blokunda olduğu kimi onun başlığında da su və yağ kanalları və boşluqları var. Başlıq silindrlər blokuna bərkidilir və onunla bütöv tam təşkil edir. Velosipedçinin ayağının hərəkətini öyrənərkən çarxqolu-sürgüqolunun əsas detallarının quruluşunu və əsas detallarını biz artıq sizinlə aydınlaşdırmışdıq.


12. Dizel mühərriki hansı mexanizm və sistemlərdən ibarətdir ?
Dizel mühərrikinin işinin əsas xüsusiyyəti yanacağın forsunka və ya nasos- forsunka ilə sıxma taktının sonunda, böyük təzyiq altında mühərrikin silindrinə püskürülməsidir. Yanacağın böyük təzyiq altında verilməsinin səbəbi belə mühərriklərdə sıxma dərəcəsinin benzin mühərriklərinə nəzərən bir neçə dəfə çox olmasıdır. Dizel mühərrikinin silindrində təzyiq və temperatur çox yüksək olduğu üçün yanacağın öz-özünə alışması baş verir. Bu isə o deməkdir ki, yanıcı qarışığı süni alışdırmaq lazım olmur. Buna görə də dizel mühərriklərində alışdırma sistemi olmur.
Dizel mühərrikində bütün mexanizmlərə və detallara düşən yük benzin mühərriklərindən əhəmiyyətli dərəcədə çoxdur, bu isə qanunauyğun olaraq onun kütləsinin, ölçülərinin və qiymətinin artmasına səbəb olur. Dizel mühərrikləri öz- özünə sıxılma hesabına öz-özünə alışmalı olduğu üçün o nisbətən sərt və səs-küylü işləyir. Lakin dizel mühərrikləri danılmaz üstünlüklərə də malikdir – benzin mühərriklərinə nəzərən dizel mühərriklərində yanacaq sərfinin 30%-ə qədər az olması və alışdırma sisteminin olmaması, bu isə istismar zamanı mümkün nasazlıqlarını əhəmiyyətli dərəcədə azaldır. Bu üstünlükləri və son zamanlar aparılan təkmilləşdirmələrin nəticəsi olaraq dizel mühərriki müasir minik avtomobillərində geniş tətbiq edilir.



Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin