ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   45   46   47   48   49   50   51   52   53

“qılıc”la bağlı: 

Qara polat uz qılıc (iti polad qılınc). “Çalışanda qara polat 

uc qılıcıη güdəməsün” (D-155). Bu nümunədə  qılıncın poladdan 

düzəldilməsi açıq-aydın şəkildə görünür 



“sügü” ilə bağlı: 

Qarğu talı sügü (qarğı budağından süngü). “Qarğu talu 

sügüηü maηa vergil” (D-245); 

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı,2009, səh.127. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

500

 

Qarğu dillü uz sügü (qarğu dilli iti süngü). “Qarğu dillü uz 



sügimi qapdım...” (D-207). Qeyd etdiyimiz kimi, bu tip ifadələrin 

semantikası “süngü” istehsalı barədə (qarğıya iti dəmir ucluğun 

keçirilməsi) söz deməyə imkan verir. Bu cəhət “sügü”nün sinoni-

minə - “cida”ya da aiddir. Yəni eyni silah növü müxtəlif sözlərlə 

ifadə olunub: sügü (türk mənşəli), cida (monqol mənşəli);  qarğu 

talı sügü (qarğı budağından süngü//nizə) = qarğu cida (qarğı buda-

ğından süngü//nizə). Bu sinonimlik “sügü” və “cida” sözlərinin 

assosiativliyi ilə yaradılmış frazeoloji vahidlərdə  də özünü gös-

tərir: “Sünü (süngü – Ə.T.) çuvala sığmaz” (Oğuznamə”) = 

“cidanı çuvalda gizlətmək olmaz” (əvvəlki səhifələrə bax). 



“sapan”la bağlı: 

 Aya  (sapandın daş qoyulan yeri). “...sapanıη ayasına daş 

qodı...” (D-41); sapanıη ayası. “Çobanıη üçyaşar tana dərisindən 

sapanınıη ayasıydı” (D-56); sapanın qolu. “...üç keçi tüyindən sa-

panın qollarıydı” (D-56); çatlağuc (çatı). “Bir keçi tüyindən çat-

lağucıydı” (D-56)... Bir sintaktik bütöv daxilində  işlənmiş  bu 

cümlələr sapandın nədən düzəldilməsi, eyni zamanda hansı forma-

da olması barədə kifayət qədər dolğun informasiya verir. Hətta elə 

bir informasiya ki, sapand görməyən, onun haqqında heç bir mə-

lumatı olmayan hər hansı bir usta həmin sapandın oxşarını asan-

lıqla düzəldə bilər. Bu məqamda “Kitab” linqvopoetik baxımdan 

asan qavranılır – tezisi reallaşa bilər. Yaxud bu tip parçalar barədə 

yazıçı Anarın söylədikləri yada düşə bilər: “...bu parça qədim das-

tan mətni yox, müasir kinossenaridir, daha doğrusu, rejissor ssena-

risidir” (Sizsiz. Bakı, 1992, səh.85). Amma bunu da vurğulayaq 

ki, “Kitab”da sirli-sehirli detallar da kifayət qədərdir. Məsələn, 

“Tol tolara girdigim//Tolararı, doxarlıyı qodığım...” (D-108) 

misralarının transkripsiyası  və semantikası ilə bağlı V.V.Bartold, 

O.Ş.Gökyay,  M.Ergin kimi nüfuzlu qorqudşünaslar, demək olar 

ki, heç nə deməyiblər. “Bu misralar “KDQ-nin çətin oxunan və 

dəqiq anlaşılmayan yerlərindəndir”, - deyən S.Əlizadə isə  həmin 

misraları iki dəfə tam müxtəlif formalarda transkripsiya edib (Zey-

nalov-Əlizadə  nəşri. Bakı, 1988, səh.63; S.Əlizadə  nəşri. Bakı, 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

501

 

2000, səh.62). Deməli, “Kitab”ın mətni sadə (mürəkkəb) olduğu 



qədər də mürəkkəbdir (sadədir). Və ya Anarın dili ilə desək, 

“Dədə Qorqud kitabı” doğmadan doğma, aydından aydın bir əsər 

olmaqla bərabər, mətni, mənşəyi, dövrü, bir çox digər yönləri 

baxımından sirli, açılmazdan açılmaz bir abidədir”. 



“dəmir don”la bağlı: 

Dəmir don (zireh, döyüş geyimi). “Əgni bərk dəmür 

donum geyərdim” (D-297); 

Dəmir donlu (dəmir don geyinmiş). “...dəmir donlu kafir 

oğlanıη  üzərinə gəldilər” (D-264). 

Burada  əlavə  şərhə ehtiyac yoxdur: “Dəmir don”, “dəmir 

donlu” ifadələri döyüş geyiminin “dəmirdən” düzəldildiyini 

bildirir. Yeri gəlmişkən, “Kitab”da dəmirdən tikilmiş “yaqa”ya da 

açıq-aşkar işarə edilir (əvvəlki səhifələrə bax). 

 

Silahlanma, silahlandırılma, silahla tanınma 

 

“Kitab”da “Oğuz igidlərinin silahlanmasını əks etdirən par-



çalarda, əsasən, üç obraz görünür: qəhrəman, at və silah. Təhkiyə-

çi bu obrazlarla bağlı  ən kiçik detalı belə  təsvir etməyə çalışıb. 

Təhkiyəçi təsvirində qəhrəmanın  yerindən durması, qılınc qurşan-

ması, yayı əlinə  alması, nizə götürməsi, at  minməsi – bir sözlə,  

onun silahlanmasını  əks etdirən bütün detallar müşahidə olunur: 

“Buğac bəg yerindən uru turdı. Qara polat uz qılıcın belinə qu-

şandı. Ağ tozlıca  qatı yayını  əlinə aldı. Altun cidasın  əlinə aldı. 

Bədəvi atın tutdu durdu, bütü bindi...” (D-31). Bu parçadan bir 

daha aydın olur ki, qəhrəman  əvvəlcə  qılıncı, sonra isə yayı  və 

cidası ilə silahlanır. Bu cəhət silahlandırılma ilə bağlı  mətnlərdə 

də müşahidə olunur: “Qılıc və sügü  və çomaq və sair cəng alətin 

geydirüb tonatdılar” (D-285). 

Silahla gəzmə, silahlanma Oğuz igidi üçün ən mühüm 

şərtlərdən hesab olunur. Təsadüfi deyil ki,  Oğuz igidi yuxusunda 

da silahlanır: “Məgər ol gecə Yegnək duş gördi... Aydır: “Bəglər, 

ğafillücə qara başım-gözüm uyxuda ikən düş gördi... Qalqubanı  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

502

 

yerimdən uru turdım. Qarğu dillü uz sügümi qapdım, qarşulayu ol 



ərə vardım. Qarşusından  əl  əri sanctım vəqt dikdim göz ucilə ol 

ərə baqdım...” (D-206, 207). Oğuz igidi Qaraca çoban kafirlərin 

silah və döyüş geyimlərini aşağılayır, papağını kafirin  dəbilqəsin-

dən, dəyənəyini nizəsindən, çövkanını  qılıncından, sapandını 

oxundan  üstün hesab edir. Bir sözlə, yaxşı silahlanmış kafirlərlə 

hər cür  döyüşə hazır olduğunu bəyan edir, onlara meydan oxuyur: 

 

“...Başındağı tuğulğaηı nə ögərsən, mərə kafər? 



Başımdağı börkümcə gəlməz maηa! 

Altmış tutam köndəriηi nə ögərsən, mırdar kafər? 

Qızılcıq dəgənəgimcə gəlməz maηa! 

Qılıcuηu nə ögərsən, mərə kafər! 

Əgri başlu çokanlmca gəlməz maηa! 

Belüηdə toqsan oqıη nə ögərsən, mərə kafər? 

Ala qollı qapanımca gəlməz maηa...” (D-41) 

Bu parçanın semantikası ilə bağlı bunları söyləmək olar: 

adi primitiv silahlarla silahlanmış  qəhrəman güclüdür. Dəgənək 

(dəyənək) köndərlə (nizə), çokan (çövkan) qılıcla (qılınc), sapan 

(sapand) oxla müqayisədə çox primitivdir. Amma əsl igid odur ki, 

qeyri-bərabər döyüşdə düşməni adi silahlarla belə  məğlub edə 

bilsin. Necə deyərlər, “atdan düşüb, atlana bilsin”. Oğuz igidi 

Qaraca çoban məhz belə qəhrəmanlardandır. 

Kafir yaxşı silahlanmış Oğuz igidi Əmranın silahlarını aşa-

ğılayır, onun qılıncına gödək, süngüsünə sınıq, yayına nazik, ox-

qabısındakı doxsan oxuna seyrək deyir... Bir sözlə, kafir Bəkil 

oğlu Əmranı qorxudaraq döyüşdən çəkindirmək istəyir: 

 

“...Qara polad uz qılıcı gödək oğlan! 



Əlindəki sügüsü sınıq oğlan! 

Ağ tozlu yayı gedə oğlan! 

Beligində doqsan oqı seyrək oğlan!”... (D-247) 

Oğuz igidinin döyüş paltarı geyinməsi obrazlı şəkildə can-

landırılıb:  “Uru turdı, tövlədən bir şahbaz at çıxardı,  əyərlədi, 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

503

 

geyimin geydi. Dizcik, qarucıq bağlandı” (D-261). Bu cür parçalar 



silahlanma ilə bağlı müəyyən təəssürat yaradır. 

Oğuz kişisi kimi Oğuz qadını da silahlanır, o da at 

belindədir: “Gördi gəlin at üzərində geyinmiş, sügüsi əlində” (D-

193). 


Oğuz igidi silahlanmayanda təəssüflənir, öz gücsüzlüyünü 

hiss edir:  

 

Aruz maηa bu işi edəcəgiη bilsəydim, 



Qaraqucda Qazlıq atuma binərdim! 

Əgin bərk dəmür tonım geyərdim! 

Qara polad uz qılıcım belümə bağlardım! 

Alın-başa qunt işuğım urardım! 

Qarğu talı altmış tutam sügümi əlümə alurdım...”(D-297) 

 Silahsız Oğuz igidi ölümə  məhkumdur. Necə ki, dəmir 

donunu geyinməyən, qılıncını belinə bağlamayan, alnına parlaq 

zireh vurmayan, süngüsünü götürməyən Beyrək Aruz tərəfindən 

öldürülür: “Aruz qara polad uz qılıcın tartub Beyrəgiη sağ oylu-

ğın çaldı, qara qana bulaşdı...” (D-197).  Bu cür parçalar reallığı 

əks etdirir. Amma bu da var ki, “Kitab”da adı keçən sehrli üzü-

yün gücü ilə müqayisədə nəinki qəhrəmanın silahı, hətta onun özü 

belə gücsüzdür. Bu isə sehrli üzüyün (Oğul, saηa ox batmasun, 

tənüηi qılıc kəsməsün!) – mifin gücüdür. Faktlara müraciət  edək: 

Oğuz igidləri qılıncla  Təpəgözün  bir tükünü belə kəsə bilmirlər, 

atdıqları ox ona təsir etmir, yaxud cida ilə bədənini dələ bilmirlər: 

“Qara polad uz qılıclar kəsən qılını kəsdirmədi. Qarğu cida oyna-

danlar ildirəmədi. Qayın oxu atanlar kar qılamadı” (D-221). Tər-

kibində silah adı  işlənmiş bu nümunələrlə, daha doğrusu, müba-

liğələr silsiləsi ilə  Təpəgözü öldürməyin mümkünsüzlüyü can-

landırılıb. 

Oğuz igidlərinin silahlandırılması ilə bağlı üç əsas detala 

rast gəlinir: 

Oğuz igidi Bəkilin Vətəni qorumağa göndərilməsini məslə-

hət  bilən də, onu silahlandıran da Dədə Qorquddur: “...Bəkil razı 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

504

 

oldı. Qalqdı yer öpdi. Dədəm Qorqud himmət qılıcın belinə bağla-



dı. Çomağı omuzına bıraqdı. Yayı qarusına keçürdi. Şahbaz ayğırı 

çəkdirdi, büdə bindi... Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə va-

rub vətən tutdı...” (D-236); 

silahlandırmağı Dədə Qorquddan öyrənmiş Bəkil yaralı ol-

duğuna görə oğlu Əmranı silahlandırtdırır: “Bəkil aydır: “Öləyim 

ağzıη içün, oğul! Ola kim, mənim keçmiş günimi aηdırtmayasan” 

– dedi. “Mərə, geyimim gətürüη, oğlum geysün! Al ayğırım 

gətürüη, oğlum binsün! El ürkmədin oğlum meydana varsun – 

girsün!” – dedi. Oğlanı tonatdılar...” (D-246). Burada assosiativ 

olaraq məhz atası  Bəkilin silahları ilə silahlanmaq istəyən 

Əmranın dilindən verilmiş parça yada düşür: 

 

“...Qara polad uz qılıcıη maηa vergil, 



Gafillücə başlar kəsim səniηçün! 

Qarğu talı sügüηi maηa vergil, 

Köksündən ər sancayım səniη içün! 

Ağ yeləklü ötkün oxıη maηa verdil,  

Ərdən ərə keçirəyim səniη içün!...” (D-245, 246) 

Burada daha çox maraq doğuran  Əmranın  qılıncla kafir-

lərin başını  kəsmək istəməsidir. O qılıncla ki, onu atası  Bəkilin 

belinə Dədə Qorqud  bağlayıb, Qədə Qorqudun əli ilə ovsunlanıb. 

Bu mənada Gürcüstandan xərac kimi göndərilmiş  qılınc üç obrazı 

birləşdirir – qənaətinə də gəlmək mümkündür: Dədə Qorqud (gön-

dərilmiş qılınca toxunur, onu əlinə alır), Bəkil (Dədə Qorqud hə-

min qılıncı  Bəkilin belinə bağlayır),  Əmran (Bəkil həmin qılıncı 

oğlu Əmranın belinə bağlatdırır. Bu fikir “Oğlanı tonatdılar” cüm-

ləsinin ümumi semantik yükündən doğur). Deməli, Dədə Qorqud 

təkcə Bəkilin yox, həm də Əmranın qoruyucusu, hamisi statusun-

da çıxış edir; 

Oğuz igidi  Qazan kafirlər tərəfindən silahlandırılır: “Kafər 

ləşkəri Qazanıη üzərinə yığıldı. Qazana geyim gətürdilər. Qılıc və 

sügü və çomaq və sair cəng alətin geydirüb tonatdılar” (D-285). 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

505

 

Silahlanma və silahlandırılma ilə bağlı təqdim etdiklərimiz 



Orxon-Yenisey abidələri ilə səsləşir. “Təsvir etdiyim türk süvarisi 

Ermitajdakı gil heykəlciklərə əsaslanır. Bu heykəlciklər Turfanda 

Tuyuk məzarda tapılmışdır. Bundan başqa, Sibirin cənubunda  

Sulek çayı sahilində qayalarda (Yenisey çayının yuxarı axarı) 

şəkillər həkk edilmişdir. Bu şəkillərdə silahlı türküt əsgəri təsvir 

edilir; o, buynuzlu yayla silahlanmışdır.  İkinci bir şəkil daha 

maraqlıdır: ağır silahlı süvari boğazından ombaşınadək zirehli 

paltar geyinmişdir, zirehli paltarın qolları biləngə (biləyə - Ə.T.) 

qədər çatır, döşündə dairəvi qalxan vardır,qılınclıdır və böyründə 

oxqabı vardır, sağ əlində toppuz tutmuşdur...

1

. Deməli, “Kitab”da 



sözlə ifadə edilmiş silahlanma Orxon-Yenisey abidələrində  həm 

də maddi şəkildədir, konkret desək, həmin semantika gil heykəl-

ciklər və qaya rəsmləri vasitəsilə  çatdırılır. Ən əsası isə budur ki, 

türk döyüşçüsünün silahlanmasını əks etdirən həmin gil heykəlcik 

və qaya rəsmləri bu günümüzə ötürülüb, bu gün də bizimlədir. 

Qəhrəmanın silahlanmasını əks etdirən  parçalara “Koroğlu” epo-

sunda da rast gəlinir: “Koroğlu altdan geyindi, başdan qıfıllandı, 

başdan geyindi, ayaqdan qıfıllandı, Misri qılıncı bağladı, qalxan 

asdı, əmud  götürdü, dava libasının üstündən bir kürk geyindi, çiy-

ninə  də bir saz keçirdi, tək başına payı-piyada Toqata tərəf yola 

düşdü...” Qeyd edək ki, silahlanmanın bu cür  təsviri birbaşa 

“Kitab”la bağlanır, daha doğrusu, “Kitab”dakı parçaların məntiqi 

davamı kimi çıxış edir. Bu da təsadüfi deyil. Çünki “Koroğlu” bir 

qəhrəmanlıq eposu kimi məhz “Kitab”ın məntiqi davamıdır.  

Oğuz igidlərinin hər biri silahı ilə tanınır, öz layiqli yerlə-

rini də silahları ilə alırlar. Bu cəhət “Kitab”ın poetik strukturunda 

qabarıq  şəkildə görünür. Ən maraqlısı isə budur ki, qəhrəmanlar 

atları ilə  tanındığı kimi, silahları ilə də tanınır. Məsələn, qurt si-

nirli yay Dirsə xana, qıl kişli (kirişli) yay Beyrəyə,təkə buynuzun-

dan yay Basata, sapand Qaraca çobana... məxsusdur. Hətta işarə-

ləndirmə o qədər dəqiq və  məntiqlidir ki, birinin digəri ilə  əvəz-

                                                            

1

 Ə.Rəcəbli. Ulu türklər. Bakı, 2003, səh.138. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

506

 

lənə bilmə ehtimalı sıfıra bərabərdir (müqayisə et: Basatın sapanı 



– Qaraca çobanın təkə buynuzundan yayı). Digər tərəfdən, “qılıc” 

sözü daha çox  Qazan xanla bağlı işlədilib. Bunu ən azı “çal qılı-

cıη” ifadəsi ilə başlanan cümlələrin intensivliyi təsdiqləyir (əvvəl-

ki səhifələrə bax). Yaxud “köndər” (nizə) sözü yalnız Dəli Donda-

rın bədii təyinində müşahidə olunur. Bütün bunlarla yanaşı, 

kafirlər Oğuz igidlərini təkcə atlarına yox, həm də silahlarına görə 

tanıyırlar: “At, yaraq və işıq Bəkiliη, Bəkil içində degil!” (D-247). 

Yuxarıdakı qarşılaşdırmalara poetik kateqoriyalar konteks-

tində yanaşdıqda bəlli olur ki, “Kitab”dakı bir sıra qəhrəmanların 

adları ilə onlara məxsus at və silah adları alliterasiya yaradır. 

Faktlara müraciət edək: 

Qazan − Qoηur at − qılıc = qa→ qo→qı 

Beyrək − Boz ayğır − yay = ey→ay→ay 

Tondaz (Dondar)−Təpəlqaşğa ayğır−köndər=dar→tə→dər 

Dirsə xan − qurt sinirli yay = sə→si 

Qaraca çoban−sapan = çoban → sapan (zəngin qafiyələr 

kimi görünür). 

Belə alliterasiyalar “Kitab”ın zənginlik göstəricilərindən 

biri kimi dəyərləndirilə bilər. 

 

 



“Ox”dan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadə,  

ox yarışı, ox düşən yerdə  gəlin otağı qurma 

 

Türkologiyada qeyd olunduğu kimi, qədim türk “ox”suz 



təsəvvürə belə  gəlmir. Bir sıra qədim türk abidələri, xüsusən də 

“Kitab” vərəqləndikcə türkün ox yarışı, “ox”dan uzunluq ölçüsü 

kimi istifadəsi, ox atıb gəlin otağı qurması, oxla ov etməsi, düşmə-

ni ox yağışına tutması... göz önündə canlanır. Və istər-istəməz 

belə bir sual yaranır: bütün bunlar cəmi 154 səhifədən ibarət 

“Kitab”da necə yerləşdirilib? Axı “Kitab” təkcə bunlardan ibarət 

deyil, onun obrazlar sistemi çox zəngindir: Oğuz kişiləri, Oğuz 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

507

 

qadınları, kafirlər, at və dağ obrazları  və daha neçə-neçə obraz! 



Cavab qorqudşünaslığa bəllidir: “Kitab”dakı obrazlar sintez şək-

lindədir, biri digərini tamamlayır, biri digəri üçün  məntiqi mərkəz 

funksiyasında  çıxış edir – bir sözlə, zəncirvarı bağlılıq  “Kitab”ın  

nüvəsini təşkil edir. Elə buna görə  də yuxarıda təqdim etdiyimiz 

bölmədəki “ox məsafəsi, ox yarışı, ox düşən  yerdə  gəlin otağı 

qurma” kimi məsələləri daha çox mətnin ümumi semantik yükü 

müstəvisində təhlil etmək lazım gəlir.  

“Oxdan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadə.  Qə-

dim türk etnoqrafiyası üçün səciyyəvi olan belə bir hesablama 

üsulunun kodu “Dədəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşurdı” 

(D-84) cümləsindəki “on yelək yer aşurmaq” ifadəsidir. Daha 

doğrusu, bu ifadənin tərkibində  “ox” mənasında işlənmiş  “yelək” 

sözüdür. Araşdırmalar “on yelək” birləşməsinin 7 km. (yeddi min 

metr) mənasında çıxış etdiyini göstərir (əvvəlki səhifələrə bax). 

Ox yarışı. “Kitab”da  belə bir parça verilib: “...Həm sənünlə 

ox atalım. Məni keçərsən, anı dəxi keçərsən... Ox atdılar. Beyrək 

qızıη oqın yardı. Qız aydır: “Mərə yigit, mənim atumı kimsə 

keçdügi yoq. Oxımı kimsə yardığı yoq..,” (D-78-79). Bu parçadakı 

“ox yarısında qalib gəlmək, oxu rəqibindən uzağa atmaq” anlamlı 

“oxını yarmaq” ifadəsi “ox yarışı”nı kodlaşdıran, işarələndirən 

əsas detallardan biri kimi götürülə bilər. Yeri gəlmişkən, “oxını 

yarmaq” ifadəsinə təkcə Banıçiçəyin və təhkiyəçinin deyil, həm də 

Beyrəyin dilində rast gəlinir: “Ox atanda mən səniη oxıηı 

yarmadımmı?” (D-116). A.Əlizadə bu tip cümlələrdəki “oxını 

yarmaq” ifadəsini belə şərh edir: “Bir şeyi zərbə ilə vurub ortadan 

ikiyə bölmək, sındırmaq. Beyrək qızın oxunu yardı; Ox atanda 

mən sənin oxunı yarmadımmı?”

1

. Müəllif “oxını yarmaq” ifa-



dəsinin semantikasını başa düşmədiyi üçün “yarmaq” felinin məna 

yükünü izah etməyə çalışıb ki, bu da mətnlə, ümumiyyətlə, səs-

ləşmir. R.Mədətova isə “ox atmaq”, “ox səpmək” ifadələri sırasın-

                                                            

1

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.104. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

508

 

da “oxını yarmaq”ın adını çəkmir



1

 . O.Ş.Gökyay “oxını yarmaq” 

ifadəsini “ox yarışı” mənasında izah edib ki, bu da bütün para-

metrlərinə görə qədim türk etnoqrafiyası ilə bağlanır: “Ok yarışla-

rında kullanılan hedefe puta denir. “Birinin okunu yarmak” deyimi 

bugün de yarışta oku, rakibinden daha uzağa düşürmek, ok yarı-

şında kazanmak anlamına Toroslar bölgesinde ve başka  yerlerde 

yaşamaktadır. Dede Korkut kitabında “ok”la ilgili deyimler de az 

degildir” (İstanbul, 2000, səh.CCCLXI). Burada təkcə onu qeyd 

edirik ki, müəllifin “ok yarışlarında kullanılan hedefe puta denir” 

– fikri bir sıra mənbələrə, xüsusən də “Kitab”a istinadən deyilib. 

Qazan xanın dilindən verilmiş “Oğlım Uruz ox atanda puta 

qalmış” (D-44) misrası da dediklərimizi təsdiqləyir (“nişan” an-

lamlı “puta” sözü “Kitab”da cəmi bir dəfə  işlənib).  Digər tərəf-

dən, həmin misranın ümumi semantik tutumu “ox  yarışı” ilə bağlı 

dolğun təəssürat yaradır, “Ox yarışı”nın Oğuz cəmiyyəti üçün son 

dərəcə  əhəmiyyətli olduğunu işarələndirir.  Bu qənaəti M.Adilo-

vun  fikirləri də qüvvətləndirir: “Dədə Qorqud” dastanlarında da 

buta//puta sözü “ox atmaq üçün nişangah” mənasında işlənir...”

2



“Ox yarışı” Yalançı  oğlu Yalancığın toyu kontekstində. III 

boyda bəylərin toyda ox atması, daha doğrusu, oxla üzüyü 

vurmaları kimi hadisələr  təsvir olunur ki, bu da  bütün para-metr-

lərinə görə “ox yarışı”nı xatırladır. Bəzi detallara diqqət yetirək: 

“Gördi dügündə göygü ox atar. Qaragünə oğlı Budaq, Qazan bəg 

oğlı Uruz, Bəglər başı Yegnək, Gəflət qoca oğlı  Şir  Şəmsəddin, 

qızıη qardaşı Dəli Qarçar bilə ox atarlardı” (D-107); “Yalançı oğlı 

Yalancığıη acığı tutdı... Gəl, mərə qavat, mənim yayımı çək, yox-

sa şimdi boynıη ururam!” – dedi... Beyrək yayı aldı, çəkdi... Qəb-

zəsindən yay eki para oldı” (D-108); “Yalançı oğlı Yalancıq yay 

ufandığına qatı qaqdı. Aydır: “Mərə, Beyrəgiη yayı vardır gərü-

rüη!”... (D-108); “Məgər göyginiη  yüziginə nişan atarlardı. Bey-

rək oqla yüzigi urdı, paraladı...” (D-109); “Qazan bəg baqub tama-

                                                            

1

 “Yenə orada, səh.141. 



2

 M.Adilov. Niyə belə deyirik.. Bakı, 1982, səh.76. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

509

 

şa edərdi” (D-109). Bu parçaların semantikası barədə çox yazılıb 



və bu gün də qorqudşünasların diqqət  mərkəzindədir. Biz isə hə-

min parçalara nisbətən başqa bucaqlardan yanaşmağı  gərəkli he-

sab edirik. Məsələn, belə: toy mərasimi ilə bağlı təşkil edilmiş ox 

yarışıdır; bu yarışda 9 nəfər Oğuz igidi iştirak edir (bu cərgəyə 

Yalançı  oğlı Yalancığı  şərti olaraq daxil edirik. Çünki onu bir 

Oğuz igidi kimi dəyərləndirmək olmaz); “ox yarışı” Qazan xanın 

nəzarəti altında keçirilir, daha doğrusu, Qazan xan “ox yarışı”nda 

hakim statusunda görünür; “ox yarışı”nda Beyrək qalib gəlir. 

Digər tərəfdən, həmin parçalarda “yayçəkmə yarışı”nın müəyyən 

əlamətləri də görünür. Həmin nümunələrdən ikisinə bir daha nəzər 

salaq: “...Beyrək yayı aldı, çəkdi. Qəbzəsindən yay eki para oldı”; 

“Yalançı oğlı Yalancıq yay ufandığına qatı qaqdı  Aydır:  “Mərə, 

Beyrəgiη yayı vardır, gətiriη!... Buradakı “Yalançığın yayının 

dəstəyinin sınması”, “Beyrəyin yayını Beyrəkdən başqa heç kəsin 

çəkə bilməməsi” kimi detallar “yayçəkmə “ yarışı barədə müəy-

yən təəssürat yaradır. Maraqlıdır ki, “Kitab”da kodlaşmış şəkildə 

yaşayan  “yayçəkmə yarışı” digər  türk dastanlarında açıq-aşkar 

görünür: “Bir  Tuva dastanında yayı çiyinə  qədər çəkmə yarışı 

təsvir olunur: “Koroğlu” qoşmalarının içərisində Koroğlunun di-

lindən “iyid istərəm ki, yayımı əyə” misrası eyni mədəni hadisənin  

təzahürüdür”

1



Ox düşən yerdə  gəlin otağı qurma. Qorqudşünaslıqda “ox 

atıb gəlin otağı, toy çadırı qurma” məsələlərindən bəhs olunarkən 

daha çox aşağıdakı parçalara istinad olunub: 

“Oğuz zəmanında bir yigit ki evlənsə, ox atardı. Oxı yerdə 

düşsə, anda gərdək dikərdi. Beyrək xan dəxi oxın atdı, dibinə 

gərdəgin dikdi...”(D-89); 

“...Otuz doqquz qız “tale”lü taleinə birər ox atdı. Otuz toquz 

yigit oxınıη ardınca getdi. Qırq gün qırq gecə toy-dügün eylədi-

lər...” (D-121). 

                                                            

1

 Ə.Əsgər, M.Qıpçaq. Türk savaş sənəti. Bakı, 1996, səh.107. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin