ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

449

 

rətləndirən türk qızının, türk gözəlinin simvolu...). “Qurulu yaya 



bəηzər çatma qaşlum!” (D-12). Heç şübhəsiz ki, bu cür təşbehlər 

birdən-birə yaranmayıb, minilliklərin sınağından keçərək cilalana-

cilalana bu  günümüzə qədər yol gəlib. Babalarımızın bizə ərmə-

ğan etdiyi bu təşbehdəki “yay” sözünün işığında bəzi faktlara diq-

qət yetirək: “Xarici təsirlərdən özünü az-çox qoruya bilmiş olan 

Altay  şamanları çiyinlərindəki doqquz ox (yəbə) ilə yay (ya) 

simvollarını həmişə yanlarında gəzdirərdilər. Onların fikrincə, bu 

doqquz oxla yay “kudaydan tartkan”, yəni “tanrıdan tərəfindən 

uzadılan”  şeylərdir”

1

; “Hunlar at üstündə dördnala çaparkən belə 



ox ata və yay çəkə bilirlər (yay çəkə və ox ata bilirlər – Ə.T.)... Və 

bu qabiliyyət onlarda uşaqlıqdan tərbiyə olunurdu. Bu tərbiyənin  

formasını təsəvvür etmək  üçün qoyuna minib siçovullara ox atan 

hun uşağını yada salmaq kifayətdir”

2

. Türk poetik təfəkkürü ilə 



yoğruluş “Qurulu yaya bəηzər çatma  qaşlum” təşbehində  qədim 

türk etnoqrafiyası  və  hərb tarixi daşlaşmış  şəkildə yaşayır. Yeri 

gəlmişkən, bu təşbehin poetik siqləti qorqudşünas T.Hacıyevi  

heyrətləndirib, ruhunu silkələyib: “... bu, təşbeh deyil, kamil bir 

rəssam işidir. Burada müəllif nə ozandır, nə  də hansısa bir usta 

şair, bu tablonun müəllifi türk dilidir... Türkün o təfəkkürü yetişib 

ki, çatma qaş modeli üzrə qurulu yay tablosunu çəkir...”

3

. Müəlli-



fin obrazlı  şəkildə söylədiyi bu fikirlər olduqca təbii qarşılanır. 

Burada o da vurğulana bilər ki, tərkibində “yay” sözü iştirak etmiş 

və ya “yay” sözünün assosiativliyi ilə yaradılmış obrazlı ifadələr 

təkcə “Kitab” deyil, ümumən türk ədəbiyyatı  üçün xarakterikdir. 

Azərbaycancan ədəbiyyatından bəzi nümunələrə nəzər salaq: 

Q.Bürhanəddinin  “Divan”ında: 

Nay ki, əsli saz ola sazını naya bənzədəm, 

Kirpügi ilə qaşını ox ilə yaya bənzədəm. 

                                                            

1

 Bahəddin Ögəl. Türk mifologiyası. I cild, Bakı, 2006, səh. 382-383 



2

 Ə.Əsgər, M.Qıpçaq. Türk savaş sənəti. Bakı, 1996, səh.311. 

3

 T.Hacıyev. “Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi. Bakı, 2014, 



səh.250. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

450

 

İ.Nəsiminin “Divan”ında: 



Qaşı tək sevdayə verdüm könlümi, 

Gör nə möhkəm yayə verdüm könlümi. 

S.Vurğunun “Ceyran” şeirində: 

Yerdən ayağını quş kimi üzüb, 



Yay kimi dartınıb, ox kimi süzüb, 

Yenə öz sürünü nizamla düzüb, 

Baş alıb gedirsən hayana, ceyran?.. 

Nümunələrdəki təşbehlər, “Kitab”dan süzülüb gəlib,  sanki, 

onların hər biri “qurulu yaya bəηzər çatma qaş” təşbehinin məntiqi 

davamı kimi çıxış edir. Sonuncu nümunədəki alliterasiya (yer, 

yay, yenə: y-y-y), zəngin qafiyələr (üzüb, süzüb, düzüb), ən əsası 

isə daha çox yay və ox sözlərinin assosiativliyi ilə yaradılmış təş-

behlər silsiləsi (quş kimi üzmək, yay kimi dartınmaq, ox kimi 

süzmək) müasir poeziyamızın atributları, zənginlik göstəriciləri 

hesab oluna bilər. 

“Yay” sözünün “Kitab”dakı yeri, işlənmə səviyyəsi müəy-

yənləşdirilərkən,  şübhəsiz ki, ondan əvvəl işlənmiş sözlərin se-

mantikası, onların hər birinin “yay” sözü ilə bağlılıq dərəcəsi də 

nəzərə alınmalıdır. Qorqudşünaslıqda təyinedici sözlər, bəzən isə 

epitetlər başlığı altında öyrənilmiş  bu tip vahidlərin ümumi mən-

zərəsi aşağıdakı kimidir: 

 dəmür yaylı (dəmir yaylı). “...dəmür yaylı Qıpçaq Məli-

kə qan qusdıran ...” (D-60). “Kitab”da yalnız Qıpçaq Məliklə bağlı 

işlədilmiş bu epitet, bir tərəfdən, yayın  həm də dəmirdən düzəldil-

diyini işarələndirirsə, dəmir yayın daha möhkəm, daha sərt oldu-

ğunu ifadə edirsə, digər tərəfdən də qəhrəmanın qüvvətli, əyilməz 

olduğunu simvollaşdırır: 



 qatı yay (möhkəm yay). Bu birləşmənin birinci tərəfin-

dəki bərk, möhkəm, qüvvətli anlamlı “qatı” sözü  (müasir dilimiz-

də “qatı” sözü “durunun” antonimi kimi işləmir, “qatı düşmən” ki-

mi ifadələrdə isə ilkin forma və semantikası eynilə mühafizə olu-

nur)”yay”la bağlı  işlədilmiş ifadələrin, demək olar ki, hamısında 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

451

 

müşahidə olunur. Məsələn, qatı-möhkəm yay (burada “qatı” sözü  



sinonimi ilə birlikdə  işlənib). “Qatı möhkəm yay çəkərdi” (D-

203);  ərdil təkə buynuzından qatı yay (təkə buynuzundan bərk 

yay). “Ərdil təkə buynuzından qatı yaylı” (D-221). Bu misrada 

yayın erkək təkə buynuzundan düzəldildiyi poetik şəkildə canlan-

dırılıb;  ağca tozlu qatı yay. “Ağca tozlu qatı yayım zari-zari 

iηlər” (D-248); “Ağca tozlu qatı yaydan dərsinməyən (D-184);  

Qorqudşünaslıqda “ağ tozluca qatı yay” ifadəsinə müxtəlif 

bucaqlardan yanaşılıb. Konkret desək, “qatı yay” ifadəsinin bərk, 

qüvvətli mənasında işləndiyini qorqudşünasların hamısı  təsdiq 

edir. “Ağ tozluca” ifadəsinin yozumunda isə fikir müxtəlifliyinə 

rast gəlinir: O.Ş.Gökyaya görə, “ağ tozluca” yay “dəstəyinə  ağ 

ağac qabığı sarılmış olan, tozu ağ ağac qabığından” mənasındadır 

(İstanbul, 2000, səh. 158); Zeynalov-Əlizadə nəşrində “dəstəyi ağ 

tozlu”  şəklində sadələşdirilib: “Dəstəyi ağ tozlu bərk yayım zar-

zar inlər” (Bakı, 1988, səh.248);  Y.Məmmədli həmin ifadəni belə 

səciyyələndirib: “ağ tozluca qatı yay” – dəstəyinə ağcaqayın qabı-

ğı    sarınmış  bərk, tarım çəkilmiş yay; toz – yaylara sarınan ip”

1



Bu fikirlərdən sonuncusu M.Kaşğarinin “Divan”ına istinadən 

söylənilib. “Divan”da göstərilir: “toz: yaya sarınan sırım” (III cild, 

səh.131). Bütün  bunlar “ağ tozluca” ifadəsi “ağ ipli”, “ağ sırımlı” 

mənasındadır – qənaətinin daha düzgün olduğunu sübut edir; 



− Qorqut siηirli//qurt siηirli yay (kirişi qurd damarından 

olan yay: əvvəlki səhifələrə bax). 

“Kitab”ın dilində “yay”ın (silahın) hissələrinin adlarına da 

rast gəlinir: kiş//kiriş (yay ipi), qəbzə (dəstək: həm də “yay”la 

bağlı  işlədilib). Bu tip sözlərin hər birindən  əvvəlki səhifələrdə 

geniş şəkildə bəhs etdiyimiz üçün burada onları yalnız mətn daxi-

lində  təqdim etməklə  kifayətlənirik: kiş. “...əlümdə  qıl  kişlim, 

ayğur malı” (D-108); kiriş. “Dəldi yay kirişinə taqdı” (D-234); 



qəbzə. “Qəbzəsindən yay eki para oldı” (D-108)... 

                                                            

1

 Y.Məmmədli. Azərbaycan dilində hərbi terminlərin tarixi-mqayisəli təhlili. NDA, 



1996, səh.12. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

452

 

 ağ tozluca  qatı yay. “Ağ tozluca  qatı yayını əlinə aldı” 



(D-31); 

ağ tozlu qatı yay. “Bir ağ tozlu qatı yay aldılar” (D-70);  

tozlu qatı yay. “Ayğır verüb aldığım, tozlu qatı yayım” 

(D-169). Bu birləşmədə “ağca” sözünün ellipsisə  uğradığını 

yuxarıdakı nümunələr də təsdiq edir (Vatikan nüsxəsində “tozlu” 

sözündən  əvvəl “ağ” sözü yazılıb: ağ tozlu qatı yay – V – 44). 

Digər tərəfdən, eyni mənanı ifadə edən bu birləşmələr formaca 

müəyyən qədər fərqlənir. Bu cəhət daha aydın görünsün, - deyə 

onları ardıcıl olaraq sıralayaq:  

 

                 ağca tozlu qatı yay 



                 ağ tozluca qatı yay 

ağ tozlu qatı yay 

tozlu qatı yay 

Burada  əsas fərq dəqiqləşdirici –ca ədatının işlənmə  mə-

qamlarında özünü göstərir. Belə ki, -ca ədatı vasitəsilə    “ağ” 

(ağca) və “tozlu” (tozluca) sifətlərinin çoxaltma dərəcəsində işlən-

məsi təmin edilib (ağca tozlu qatı yay; ağ tozluca qatı yay). Digər 

birləşmələrdəki “ağ” və “tozlu” sözlərində isə -ca ədatı  işlənmə-

yib. Fikrimizcə, bu, bir tərəfdən, “Kitab”ın dilinin zənginliyi, 

digər tərəfdən isə uyğun sintaktik mühitlə bağlıdır. Burada məhz 

situasiya ilə bağlı iki parçanı qarşılaşdırmaq lazım gəlir:  Beyrək 

kədərlidir, yayı gördükdə yoldaşlarını xatırlayaraq ağlayır (“Bey-

rək yayı gördigində yoldaşlarını andı, ağladı”). O, yayının haq-

qında danışarkən nə “ağca tozlu qatı yayım”, nə də “ağ tozluca qa-

tı yayım”, - deyir, heç “ağ” sözünü də  işlətmir, sadəcə olaraq, 

“tozlu qatı yayım”, - deyir: “Ayğır verüb aldığım, tozlu qatı ya-

yım” (D-109). Deməli, “ağ” (ağca) sözünün ellipsisə  uğraması, 

eyni zamanda “tozlu” sifətinə -ca ədatının artırılmaması birbaşa  

sintaktik mühitlə (burada qəhrəmanın kədərli anları ilə) bağlıdır; 

ikinci detala (parçaya) diqqət yetirək: Buğacın atası Dirsə xan dus-

taqdır... Anası Buğacdan xahiş edir ki, atasını azad etsin (“Babaηı 

ol qırq namərddən qurtarğıl”)... Təhkiyəçi qəzəblənmiş Buğacın 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

453

 

silahlanmasını  təsvir edərkən onun yayını “tozlu qatı yay” yox, 



məhz “ağ tozluca qatı yay” şəklində təqdim edir: “Ağ tozluca qatı 

yayını əlinə aldı” (D-31). Burada –ca ədatının ipli, sırımlı anlamlı 

“tozlu” sifətinə artırılması yayın möhkəmliyini işarələndirən 

detallardan biri kimi görünür. Təqdim etdiyimiz qarşılaşdırmanın 

düzgünlüyünü arqumentləşdirən başqa faktlara müraciət edək: 

Baybörənin oğlu üçün tacirlərin hədiyyələr almasını təhkiyəçi belə 

təsvir edir: “... Bir ağ tozlu qatı yay aldılar...” (D-70).Burada –ca 

ədatının “ağ”  və  “tozlu” sözlərinə artırılmadığı aydın şəkildə gö-

rünür. Bu da səbəbsiz deyil. Çünki həmin  parçada gərgin psixo-

loji anlardan söhbət  belə getmir; qəhrəman döyüş qabağı öz  

yayını öyür (və ya onun yayı öyülür, təriflənir), dəqiqləşdirici –ca 

ədatı “ağ” sözünə artırılmış  vəziyyətdə  təqdim olunur: “Ağca 

tozlu qatı yayım zari-zari iηlər”;  “Ağca tozlu qatı yaydan dərsin-

məyən”. Deməli, yayın bərkliyinə, möhkəmliyinə elə ilk sözdə 

(ağca) işarə edilir. Bütün bunları belə modelləşdirmək olar: 

−  qəhrəman ağır döyüşə hazırlaşır, qəzəblidir = “ağ” 

tozluca qatı yay” 

− qəhrəman öz yayını öyür = “ağca tolu qatı yay” 

− yay barədə informasiya verilir = “ağ tozlu qatı yay” 

− qəhrəman kədərlidir = “tozlu qatı yay” 

Yuxarıda təkcə “yay”  yox, həm də müəyyən qədər “ox” 

sözündən bəhs etməli olduq. Bu da səbəbsiz deyil. Çünki “yay” və 

“ox” təklikdə deyil, məhz birlikdə bir  silahın adıdır: yay-ox. Bu 

mənada “ox” sözü leksik-semantik, üslubi-linqvistik prizmadan 

təhlil süzgəcindən keçirilərkən “yay” sözünə  də münasibət bil-

dirilməlidir ki, “yay-ox”la bağlı daha dolğun təəssürat yaransın... 



Oq//Ox. Türkün ilk döyüş silahlarından  biri hesab olunan  

“ox”un ibtidai icma quruluşunun mezolit dövründə  kəşf edildiyi 

ehtimal edilir. Orxon-Yenisey abidələri, M.Kaşğarinin “Divan”ı 

kimi qədim  türk mənbələrində intensivliyi ilə seçilən “ox” sözü 

“Kitab”ın  dilində daha qabarıq  şəkildə görünür (“Kitab”da 

“ox”un sinonimi olan “gəz” sözü  yalnız bir dəfə “gezləmək 

//gəzləmək” felində kök morfemi kimi  işlənib: “Eki oxıη dəmrə-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

454

 

nin çıqardı: birin gezlədi, birin əlinə aldı” (D-199). Əvvəlki 



səhifələrdə M.Kaşğarinin “Divan”ında “kəz” sözünün “ox” yox, 

“ox”un arxa tərəfi mənasında işlənməsindən də bəhs etmişik). Elə 

buna görə  də “Kitab”dakı “ox”, həmçinin onunla birbaşa bağlı 

olan digər sözləri tarixi-linqvistik baxımdan araşdırmaq lazım 

gəlir. Heç şübhəsiz ki,  bu prinsipi əsas götürdükdə bir sıra 

maraqlı nəticələr reallaşar. Məsələn, belə:  

− “yayla atılan, itiuclu və ya ucuna iti dəmir keçirilən mil” 

anlamlı “ox” sözü “Kitab”ın dilində daha çox sadə söz formasında 

görünür: “Dəmrənlü oxla atmağa qıyamadı” (D-199)...; 

− “oq” sözü əsasında yaranmış “oqçı” hərbi termini “Ki-

tab”ın dilində  həm də  şəxs adının apelyativi kimi işlənib: “oqçı” 

hərbi termin kimi: “Ol kafəriη üçin atub birin yarmaz oqçısı olur” 

(D-130); “oqçı”  şəxs adının apelyativi kimi: Əηsə  qoca  oğlı 

Oqçı; 


− “oq” sözü  “Üç oq” və “Boz oq” etnonimlərində bir apel-

yativ kimi çıxış edir: “Üç oq, Boz oq qarşulaşdılar” (D-301). Bu-

rada bir məqam da yada düşür:  “Kitab”, eyni zamanda digər qə-

dim türk mənbələrində işlənmiş “Oğuz” etnoniminin “oq//ox”  sö-

zü əsasında yarandığı və oqlar//oxlar mənasını ifadə etdiyi ehtimal 

edilir; 


− “Kitab”dakı “oxlamaq” (oxla vurmaq) “oxlanmaq” (oxla 

vurulmaq) və “oxlatmaq” (oxla vurdurmaq) düzəltmə feillərində 

kök morfemi kimi işlənib (hər üç sözə az rast gəlinir): “Quş 

uçurub, av avlayub, oğlıηı oxlayıb öldirə görgil!” (D-21);  “Bədə-

vi atı  oğlanın  oxlanmış yatur” (D-141); “Qoulan kimsə  oğlanıη  

bədəvi atın oxlatdılar” (D-133)...; 

− tərkibində “ox” sözü işlənmiş  ifadələr forma rənga-rəng-

liyi və məna dərinliyinə görə diqqəti cəlb edir: oxa girmək (ox at-

mağa başlamaq)... Azğun dinlü kafər buηaldı, oxa girdi” (D-133); 

oxa düşmək (oxlanmaq, oxla vurulmaq).  “İki qardaşı oxa düşdi, 

şəhid oldı” (D-41); ox səpmək (çoxlu sayda ox atmaq).  “Bitəkəl-

lüf kafərlər at dəpdilər, ox səpdilər” (D-41); oxuna sancılmaq (öz 

oxu ilə vurulmaq) “Mərə qavat qızı, mən qılıcıma toğranayım, 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

455

 

oxuma sancılayım!” (D-260). “Kitab”ın dilində üç dəfə  işlənmiş 



“oxuna sancılmaq” ifadəsi semantikasına görə “qılıncına toğran-

maq”la eyni xətdə birləşir (əvvəlki səhifələrə bax). Bu  mənada 

mətn daxilində bu ifadələrin ardıcıl sıralanmasını  təsadüfi hesab 

etmək olmaz; ox toxunmaq (ox dəymək, oxla vurulmaq). “Bütüηə 

ala ox toxunsa, əgilməz idiη (D-242). Bu ifadə Zeynalov-Əlizadə 

nəşrində tam başqa mənada, dəqiq desək, “atına iti ox dəymək” 

mənasında sadələşdirilib: “Atına iti ox dəysəydi, əyilməzdin” (Ba-

kı, 1988, səh.204). Bu cür yozum, ümumiyyətlə, yerinə düşmür. 

Belə ki, mətndəki “bütüηə” sözü “atına” yox, məhz “buduna” (bud 

– qıçın çanaq sümüyü ilə dizə qədər olan qalın hissəsi) mənasın-

dadır; ox vurmaq (ox atmaq). “Dəpəgözüη  yağrına bir ox urdı” 

(D-225). Burada bir məqamı qeyd etməyi gərəkli hesab edirik: Tə-

pəgöz çiyninə  dəyən oxu milçək sancmasından dilxor olmağa 

bərabər tutur: “Bu yeriη sinəgi bizi üşəndirdi” (D-226). Bu cümlə 

ilə yuxarıda təqdim etdiyimiz cümlənin ümumi semantik yükünü 

qarşılaşdırdıqda belə bir model reallaşır: oxun dəyməsi = milçəyin 

(sinəyin) sancması. Bu model isə assosiativ olaraq başqa detalları 

yada salır: ox sancılır (Oxıma sancılayın! Yer kibi kərtləyin...” – 

D-98), milçək isə sancır. Deməli, oxla milçək eyni semantik 

şaxədə birləşir... Bütün bunlar onu deməyə  əsas verir ki, mətndə 

litota elə ustalıqla yaradılıb ki, birbaşa görmək mümkün deyil və 

yalnız mətnin ümumi semantik tutumuna görə müəyyənləşir; Heç 

şübhəsiz ki, burada Təpəgözün dilindən verilmiş “Bu yeriη sinəgi 

bizi üşəndirdi” cümləsinə  qədərki parçaların da rolunu inkar 

etmək olmaz. Konkret  desək, bu cümləyə qədər Təpəgözlə bağlı 

işlədilmiş belə bir cümləyə təsadüf olunur: “Qayın oxı atanlar kar 

qılamadı” (D-221). “Təpəgözə ox təsir edə bilmədi” semantikasını 

özündə ehtiva edən bu cümlə ilə “Bu yeriη sinəgi bizi üşəndirdi” 

cümləsi arasında assosiativ bağlılıq görünür. Daha doğrusu, bun-

lardan ikincisi birincisinin məntiqi davamı kimi çıxış edir. Birinci 

cümlə isə  Təpəgözün pəri anasının dilindən verilmiş    cümlənin 

məntiqi davamıdır. Semantik dinamikaya diqqət yetirək: “Oğul, 

saηa ox batmasun, tənüηi qılıc kəsməsün!”; “Qayın oxı atanlar kar 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

456

 

qılamadı”  → ”Dəpəgözin yağrına bir ox urdı”  → ”ox keçmədi, 



paralandı”  → ”bir dəxi atdı”  → “Ol dəxi parə-parə oldı”  → ”bu 

yeriη  sinəgi bizi üşəndirdi”. Semantik dinamikada “ox” sözünün 

“sinəg”lə (milçək) əvəzlənməsi aydın şəkildə görünür. Maraqlıdır 

ki, bu əvəzlənmədən sonra verilmiş cümlələrdə “ox” sözü işlən-

məyib, daha doğrusu, ellipsisə uğrayıb: “Basat bir dəxi atdı, ol də-

xi paralandı, bir parəsi Dəpəgöziη öginə düşdi...” (D-226). Burada 

təkcə onu vurğulayaq ki, bu cür zəncirvari bağlanma “Kitab”ın di-

lində kifayət qədərdir; oxunu yarmaq (ox yarışında qalib gəlmək, 

oxu rəqibindən daha uzağa atmaq). “Ox  atanda mən səniη oxıηu 

yarmadımmı?” (D-116). Yeri gəlmişkən, bu misra Zeynalov-Əli-

zadə nəşrində sadələşdirilməyib (Bakı, 1988, səh.163); oqı əglən-

miyən (oxu  dayanmayan, çox sürətli...) “Qoşa bürcdən qayın oqı 

əglənmiyən Yağrıncı  oğlı  İlalmış...” (D-205). Bu ifadə  qəhrəma-

nın bədii təyinindəki ən əsas detallardan biri kimi çıxış edir... 

“Kitab”dakı obrazlı ifadələr sırasında birbaşa “ox” sözünün 

assosiativliyi ilə yaradılmış “ərdən ərə keçirmək” ifadəsinin xüsusi 

yeri var: “Ağ yeləklü ötkün oxıη maηa vergil//Ərdən  ərə keçirə-

yim səniη içün!” (D-246).  Bu ifadə ilə bağlı bəzi fikirlərə nəzər 

salaq: Zeynalov-Əlizadə  nəşrində  həmin ifadənin tərkibindəki 

“keçirmək” sözü “köçürmək”  şəklində verilib: “Ərdən  ərə köçü-

rəyim səniη içün (Atıb sancım istədiyim düşmənə) (Bakı, 1988, 

səh.107, 205); O.Ş.Gökyay “geçürmek” oxunuş formasını məqbul 

hesab edərək (Erden ere geçüreyim seniη içün) belə bir şərh verib:  

“erden ere geçirmek – birindən ötekine geçirmek, birinden ötekine 

geçirmek yolu ile, bir okla bir kaç kişiyi birden vurmaq” (İstanbul, 

2000, səh.120, 204); V.V.Bartold mətnin semantik tutumuna 

uyğun şəkildə tərcümə edib: “...Я пущу ее через одного воина  в 

другого  ради  тебя” (göstərilən mənbə: səh.87); “Kitabi-Dədə 

Qorqud”un izahlı lüğəti”ndə (Bakı, 1999) “ərdən  ərə keçirmək”  

ifadəsinə rast gəlinmir. Bu da səbəbsiz deyil. Belə ki, həmin lüğət 

“Kitab”ın 1988-ci il Bakı nəşrinə istinadən tərtib edilib ki, orada 

da ifadənin semantik yükü, demək olar ki, müəyyənləşdirilməyib 

(yuxarıdakı sadələşmə formasına bax). Bütün  bunları belə ümu-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

457

 

miləşdirmək olar: “ərdən  ərə  keçirmək” ifadəsini V.V.Bartold 



düzgün tərcümə edib; O.Ş.Gökyayın izahları  mətnin semantika-

sına uyğundur; ”ə”-nin assonansı müşahidə olunan (ə-ə-ə-ə; ərdən 

ərə) həmin ifadədə “Oxun bir igidin bədənini dələrək çıxması və 

başqa bir igidin bədəninə sancılması” mənası ifadə olunur ki, bu 

da qəhrəmanlıq dastanları üçün səciyyəvi cəhətlərdəndir. Yekun 

kimi onu da qeyd edək ki, “Kitab”ın dilində oxun igidin bədənini 

dələrək çıxması açıq-aydın şəkildə ifadə olunub: “Dirsə xan Qor-

qut siηirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz at-

dı: oğlanı iki dalusınıη arasında urub – çıqdı, yıqdı” (D-122, 123). 

Yuxarıdakı oxa girmək, oxa düşmək, ox səpmək, oxuna 

sancılmaq və s. kimi frazem tipli ifadələr təkcə “Kitab”ın yox, 

ümumən XVIII əsrə qədərki Azərbaycan  dili baxımından səciyyə-

vidir. Amma bu da var ki,  həmin ifadələr müasir ədəbi dilimiz 

üçün arxaizm olsa da, tərəflərindəki sözlərin hamısı müasir dili-

mizdə    eynilə  işlənməkdədir: oxa girmək (ox, girmək), oxa düş-

mək (ox, düşmək), oxuna sancılmaq (ox, sancılmaq), ox toxunmaq 

(ox, toxunmaq)... Digər tərəfdən, tərkibində “ox” sözü olan 

ifadələr müasir Azərbaycan dili baxımından da səciyyəvidir: “ox 

kimi gözə batmaq” (arzulanmayan, istənilməyən hər hansı bir 

şəxsin və ya əşyanın hər an gözə  dəyməsi, göz önündə olması), 

“ox atıb yayını gizlətmək” (fikrini tamamilə deməmək, işarə ilə 

kifayətlənmək), “oxu daşa dəymək” (işi düz gətirməmək, uğursuz-

luğa düçar olmaq)... Sonuncu nümunənin M.Kaşğarinin “Di-

van”ında həqiqi mənada, sərbəst birləşmə  şəklində  işlənməsinə 

təsadüf edilir: “ok başakı taşka təgip tağıldı = ox başlığı, təmrəni 

daşa dəyib korşaldı. Hər hansı bir şey daşa, yaxud sərt bir şeyə 

dəyib korşalarsa, yenə belə deyilir...”(II cild, səh.153). M.Adilov 

isə “oxu daşa dəymək” frazeminə başqa prizmadan yanaşıb: “Qəh-

rəmanlar ova çıxmazdan  əvvəl bəxt, məhsuldarlıq tanrısına – 

butaya ox atarmışlar. Oxun butaya dəyməsi yaxşı fal, dəyməməsi 

isə (“ox daşa dəymək”) pis fal hesab olunurmuş. Get-gedə buta 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

458

 

həm də  eşq, məhəbbət tanrısı  mənası  kəsb etmişdir”



1

. Müəllif 

“oxu daşa dəymək” ifadəsinin yaranması ilə bağlı fikirlərini belə 

ümumiləşdirir: “Görünür ki, qədimlərdə atılan oxun nişana, butaya 

dəyməməsi olduqca mənfi qiymətləndirilir,  şəxsin qabiliy-

yətsizliyini əks etdirirdi. Odur ki, “oxu daşa dəymək”, “oxu boşa 

çıxmaq” tərkibləri, “bəxti, taleyi gətirməmək mənası  kəsb etmiş-

dir”


2

“Kitab”ın dilində “ox”un təyinedicisi kimi çıxış edən  söz-



lər də kifayət qədərdir. Bu sözlərin hər biri “ox”un kodları kimi 

çıxış edir, “ox” barədə dolğun təəssürat yaradır. O.Ş.Gökyay bu 

tip vahidlərdən bəhs edərkən diqqəti daha çox  tərkibində “yelək” 

(lələk) sözü işlənmiş “ağ yeləklü  ötkün ox” “üç yeləklü ox” kimi 

ifadələrə yönəldir: “Burada geçen yelek, atıldığı sırada,  mivherin-

den  şaşarak hedefi aşmaması  için okun arkasına takılan tüylerin 

adıdır. Böylelikle okun rüzgara karşı mukavemeti artırılır ve he-

defi aşması önlenir. Türkler bunun işün kuğu, kartal, ak ve benekli 

güverçin tüyleri kullanırlar”. (İstanbul, 2000, səh.CCCLX). A.Ha-

cıyev “yeləklü (lələkli) sözünün mətndəki işlənmə  məqamlarını 

sistemli  şəkildə araşdırıb: “...bir məqamda ayrılıqda, digər dörd 

məqamda isə -lü şəkilçili sifətin tərkibində  işlənən bu söz qədim 

oğuzların böyük sevgi ilə mədh etdikləri qayın ağacından  düzəl-

dilmiş ucu qızıl dəmrənli (başlıqlı) oxlarının arxasına taxılan quş 

lələyini adlandırmışdır...”

3

. Araşdırmalar göstərir ki, M.Kaşğarinin 



“Divan”ında  quş lələyinin, quş tükünün oxa yapışdırılması aydın 

şəkildə ifadə edilib: “ol okka yük yapçurdı = o, oxa quş tükü 

yapışdırdı... yüksək tağ = yüksək dağ, hündür dağ. Hər hansı bir 

şey hündür, yüksək və uzun olsa, ona “yüksək” deyilir. Bu quş 

tükü mənasına gələn “yük” sözündən alınmışdır, çünki onun 

təbiətində yüksəlmək vardır (III cild, səh.109). Maraqlıdır ki, 

M.Kaşğarinin “Divan”ında “yilim” sözü də məhz quş tükü anlamlı 

                                                            

1

 M.Adilov. Niyə belə deyirik. Bakı, 1982, səh.77. 



2

 Yenə orada. 

3

 A.Hacıyev. “Dədə Qorqud kitabı” : oxunuşlar, açımlar. Bakı, 2007, səh.124 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin