““amu flaşmob” klubu elə ilk anda gözləmədiyimiz uğuru qazandı” Rusiyanın Baş onkoloqu atu-nun



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix16.02.2017
ölçüsü9,05 Mb.
#8825
  1   2   3

““AMU 

Flaşmob” klubu 

elə ilk anda 

gözləmədiyimiz 

uğuru 

qazandı”

 Rusiyanın Baş onkoloqu  «ATU-nun 

Fəxri doktoru» adına layiq görülüb

Rektor 

Türkiyənin 

sabiq 

səhiyyə 

naziri ilə 

görüşüb

 

 



 

 

 

           Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.          

№ 18 (1593) 31 oktyabr 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

3

3

BU  SAYIMIZDA 

ATU Türk Dünyası Universitetlər 

Birliyi ilə birgə layihə hazırlayır

Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılışı olub

Ukraniya Səhiyyə Nazirliyinin 

nümayəndələri ATU-da 

“ATU-da 2013-2014-cü tədris ilinin yekunları və 2014-2015-ci 

tədris ilində universitet kollektivi qarşısında  duran vəzifələr”  

müzakirə edilib

4

5

7

«...Gənc  nəslimiz  innovasiyalarla  bağlı  məsələlərdə  fəal  iştirak  edir.  Gənc  nəsil 

çox  yaradıcıdır,  dinamikdir.  Həmçinin,  Azərbaycan  informasiya-kommunikasiya 

texnologiyaları  sahəsində  də  sürətlə  inkişaf  edir.  Hazırda  ilk  peykimiz  var.  Biz  kosmos 

sənayesinə malik olan ölkəyik. Buna görə informasiya texnologiyaları çox sürətlə inkişaf 

edir və burada gənc nəslimiz aparıcı qüvvədir.

Biz iki ildən az müddət öncə “ASAN” adlanan yeni dövlət xidmətləri sistemini tətbiq 

etməyə başlamışıq. İngiliscə bu, “easy” yəni, “asan” deməkdir. Eyni yerdə “bir pəncərə” 

prinsipi ilə təqribən 30 növ xidmət göstərilir. “ASAN” sistemində çalışanların və könüllülərin 

tam əksəriyyəti gənc nəslin nümayəndələridir. Buna görə bu gün biznes fəaliyyətinin bir 

çox sahələrində bilikli, vətənpərvər, Azərbaycanın inkişafına çox sədaqətli gənc idarəetmə 

mütəxəssisləri var. Əminəm ki, gələn illərdə bu meyil daha da güclənəcək. Bir sözlə, bunlar 

bizim üçün əhəmiyyətli olan əsas sahələrdir.

Azərbaycan  müstəqillik  baxımından  gənc  ölkədir,  yalnız  23  ildir  ki,  müstəqildir.  Eyni 

zamanda, əhali də çox gənc, dinamik və fəaldır. Gənc nəslimizi iqtisadi və siyasi həyatımızın 

hər bir sahəsinə qoşmaq məqsədilə apardığımız fəal dövlət siyasəti hazırda yaxşı bəhrə 

verir...»

2

Amerikalı professorlar ATU-da mühazirə oxudular

Oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış 

mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə işti-

rak edib. Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.


http://www.amu.edu.az

31 oktyabr 2014-ъц ил

2

Sonra    universitetin  tədris 

işləri üzrə prorektoru,  professor 

Sabir  Əliyievin    “ATU-da  2013-

2014-cü  tədris  ilinin  yekunları 

və  2014-2015-ci  tədris  ilində 

universitet  kollektivi  qarşısında  

duran vəzifələr” barədə hesabatı 

dinlənildi.     

Məruzəçi  qeyd  etdi  ki,  bu 

gün  biz  mili  təhsilimizin  dünya 

təhsilinə  inteqrasiya  etdiyi  bir 

dövrü yaşayırıq. Qazanılan uğur-

ların müsbət nəticəsidir ki, artıq 

Azərbaycan təhsilinin yetirmələri 

öz təhsillərini Avropanın və dün-

ya ölkələrinin müxtəlif nüfuzlu ali 

məktəblərində  davam  etdirirlər. 

Ölkəmizdə  ulu  öndər  Heydər 

Əliyevin  uzaqgörən  siyasəti 

nəticəsində  formalaşan  təhsil 

islahatları  bu  gün  respublika 

Prezidenti  cənab  İlham  Əliyev 

tərəfindən uğurla davam etdirilir.  

Sözünə  davam  edən  na-

tiq    şura  üzvlərinin  nəzərinə 

çatdırdı  ki,  keçən  tədris  ilində 

Azərbaycan Respublikası Prezi-

dentinin 22 may 2009-cu il tarixli 

295 nömrəli Sərəncamı ilə təsdiq 

olunmuş  «2009-2013-cü  illərdə 

Azərbaycan  Respublikasının  ali 

təhsil  sistemində  islahatlar  üzrə 

Dövlət  Proqramı»na  müvafiq 

olaraq  universitetdə  işlər  başa 

çatdırılmışdır.

2014/2015-ci  tədris  ilində  də 

ənənəvi olaraq universitetin I kur-

suna  və  Hərbi  Tibb  fakültəsinin 

hərbi 


feldşerlər 

məktəbinə 

qəbul  Azərbaycan  Respublika-

sı  Prezidenti  yanında  Tələbə 

Qəbulu üzrə Dövlət Komissiyası 

tərəfindən aparılmışdır. Universi-

tetin hərbi tibb fakültəsinə qəbul 

Müdafiə  Nazirliyinin  və  Ədliyyə 

Nazirliyinin  sifarişlərinə  uyğun 

olaraq  aparılmışdır.  Prorektor 

bildirdi ki, keçən ildən fərqli ola-

raq  bu  il  fakültəyə  qəbul  planı 

100%  yerinə  yetirilmiş,  plana 

uyğun  50  nəfər  hərbi  feldşer,  

90 nəfər isə hərbi həkim işi ixti-

sası  üzrə  qəbul  olunmuşlar.  Bu 

universitet  rəhbərliyinin,  şəxsən 

çox  hörmətli  rektorumuz  aka-

demik Ə.Əmiraslanovun  müva-

fiq  nazirliklərin  və  TQDK-nın 

rəhbərliyi  ilə  apardığı  gərgin 

iş  nəticəsində  əldə  edilmişdir. 

Universitet və fakültə tərəfindən 

orta  məktəb  məzunları  ara-

sında  təbliğat  işləri  aparılmış, 

mərkəzi  televiziya  vasitəsilə 

fakültənin  reklam  çarxları  nü-

mayiş  etdirilmiş,  fakültə  üzrə 

keçid  balı  350-yə  endirilmiş-

dir.  Keçən  tədris  ilində  fakültə 

rəhbərliyi  dəyişdirilmiş,  rektoru-

muzun təşəbbüsü ilə universitet 

rəhbərliyi  və  Müdafiə  naziri  ge-

neral-polkovnik  Zakir  Həsənov 

və  nazirliyin  digər  rəhbər 

işçilərinin  iştirakı  ilə  HTF-də 

təhsil alan kursantlar, rezidentlər 

və fakültənin zabit heyəti ilə gö-

rüş  keçirilmişdir.  Bu  görüşdə 

qarşıda  duran  məsələlər  geniş 

müzakirə  olunmuş,  fakültənin 

fəaliyyətini  yaxşılaşdırmaq  və 

hərbi  həkim,  həkim-mütəxəssis 

və  hərbi  feldşerlərin  hazırlı-

ğının  yaxşılaşdırılması  üçün 

universitetlə  Müdafiə  Nazirliyi-

nin  birgə  işi  planlaşdırılmış  və 

keçən  dövr  ərzində  bu  sahədə 

müəyyən  irəliləyişlər  əldə  edil-

mişdir.  Fakültədə  təhsil  alan  və 

hərbi  mükəlləfiyyət  daşımayan 

və  Ədliyyə  Nazirliyi  üçün  hazır-

lanan həkimlər təlimə cəlb olun-

muş, onlara kursant statusu ve-

rilmişdir.  Fakültə  üçün  Müdafiə 

Nazirliyi  tərəfindən  300  yerlik 

yataqxananın  tikintisi  başa  çat-

dırılmışdır.  

2014/2015-ci  tədris  ilində  I 

kursa  hərbi  tibb  fakültəsi  istis-

na  olmaqla,  867  tələbə  qəbul 

olunduğunu  diqqətə  çatdıran 

S.Əliyev    bildirdi  ki,  TQDK-nın 

apardığı  qəbul  imtahanlarının  

nəticələrinə  görə  dövlət  planı  - 

890  yer  tamamilə  dolmuşdur. 

Lakin  sənədlərin  qəbulu  za-

manı  və  ondan  sonra  bir  qrup 

tələbə xaricdə təhsi almaq üçün  

müracəit etmiş və universitetdən 

xaric olunmuşdur. 

Universitetdə  artıq  10  ildir  ki, 

«müalicə  işi»,  «stomatologiya» 

və  «əczaçılıq»  ixtisaslarında 

tədris Azərbaycan və rus dilləri ilə 

yanaşı,  xarici  vətəndaşlar  üçün 

həm  də  ingilis  dilində  aparılır. 

Keçən  tədris  ilindən  başlayaraq 

ingilis dilini mükəmməl bilən yerli 

tələbələr  üçün  də  ingilis  dilində 

tədris  aparmaq  üçün  müalicə-

profilaktika fakültələrində 2 qrup 

yaradılmışdır. 

Cari tədris ilində universitetin I 

kursuna 147 xarici ölkə vətəndaşı 

saziş  əsasında  ödənişli  təhsil 

hüququ  ilə  qəbul  olunmuşdur 

(keçən il 215 nəfər). 

O, qeyd etdi ki, cari tədris ilində 

də  universitetin  «müalicə  işi», 

«stomatologiya»  və  «əczaçılıq» 

ixtisaslarına  daxil  olan  xarici 

tələbələrin  böyük  bir  qismi  in-

gilis  dilində  təhsil  alanlardır.  Bu  

fakültələrdə tədris aparan kafed-

ralardan böyük məsuliyyət tələb 

edildiyindən onlar gələcəkdə bu 

qruplarda  tədris  apara  biləcək 

kadrların  hazırlanması  ilə  ciddi 

məşğul olmalıdırlar.

2013/2014-cü tədris ilində uni-

versitetin  əczaçılıq  fakültəsinin 

4-cü kursunda 74 tələbə təhsilini 

başa vursa da, 64 nəfər bitirərək 

bakalavr dərəcəsinə layiq görül-

müşdür ki, onlardan da 16 nəfəri 

xarici ölkə vətəndaşıdır. 

Keçən  dərs  ilindən  başla-

yaraq  universitet  rəhbərliyinin 

təşəbbüsü  ilə  magistraturaya 

qəbul  artırılaraq  15  nəfərə  çat-

dırılmışdır.    Bu  il  qəbul  planı 

tam  yerinə  yetirilmişdir.  Onların 

7  nəfəri  öz  təhsillərini  ödənişli 

əsasla davam etdirəcəklər. 

Keçən  tədris  ilində  fakültənin 

magistraturasını  9  nəfər  bitir-

mişdir  ki,  onlardan  da  3  nəfəri 

fərqlənmə  diplomuna  layiq  gö-

rülmüşdür.

S.Əliyev qeyd etdi ki, universi-

tetimizin və digər uni ver sitetlərin 

tibb fakültələrinin mə zun larından 

rezidenturaya  1414  sənəd  ver-

mişdir ki, onlardan da 666 nəfəri 

ATU-nun məzunudur. Keçid balı 

toplayan  688  nəfər  həkimdən 

648-i, 


rezidenturaya 

qəbul 


olunan  577  nəfərin  isə  352-si 

universitetimizin 

məzunudur. 

2013-cü  ildən  başlayaraq  rezi-

denturada  təhsil  alanların  mo-

billiyini  təmin  etmək  məqsədilə 

bir sıra xarici ölkə universitetləri 

ilə  müqavilələr  bağlanmış  və 

onların  həmin  universitetlərdə 

rotasiya  yolu  ilə  təhsilini  davam 

etdirməsinə nail olmuşuq.

Keçən tədris ilində istər tədris, 

tədris-metodik, 

elmi-tədqiqat, 

gənc  nəslin  milli  zəmində 

tərbiyəsi,  istərsə  də  universi-

tetin  maddi-texniki  bazasının 

möhkəmləndirilməsində 

və 

yenidən qurulmasında xeyli işlər 



görüldüyünü  vurğulayan  natiq 

dedi ki, tədris ilində universitetin 

əməkdaşları  il  ərzində  Ümum-

dünya Səhiyyə Təşkilatı və YU-

NİSEF  xətti  ilə  Respublikanın 

bir  sıra  rayonlarında  seminarlar 

aparmış  və  mühazirələr  oxu-

muşlar.


Natiq  hesabat  məruzəsində 

2013-cü  ildə  aparılan  elmi 

tədqiqat  işlərinin  nəticələrini 

şərh  edərək  bildirdi  ki,  bunlar 

12  monoqrafiya,  15  dərslik,  18 

dərs  vəsaiti,  6  kitabça  və  sor-

ğu  ədəbiyyatı,  7  elmi  əsərlər 

məcmuəsi, 18 metodik tövsiyədə 

öz əksini tapmışdır.

ATU-nun  alimləri  101  adda 

uzaq  və  yaxın  xaricdə,  respub-

likamızda  keçirilən  konqres, 

konfrans  və  qurultayda  iştirak 

etməklə  yanaşı  məruzələrlə  də 

çıxışlar etmişlər.

2013-cü  il  ərzində  22  elmi-

praktik konfrans və universitetin 

görkəmli alimlərinin yubileylərinə 

həsr  olunmuş  konfranslar  təşkil 

edilmişdir.   

Kafedra  müdirləri,    Nuru  Bay-

ramov  və  Südeyif    İmamver-

diyev,  Arif  Əfəndiyev,  Nəsib 

Quliyev,  Gəray  Gəraybəyli  və 

Qayıbverdi  İsgəndərov  çixış-

larında  hesabatı  qənaətbəxş  

qiymətləndirdilər.  Natiqlər    əldə 

olunan  nailiyyətlərlə  yanaşı,  bu 

sahədə onları maraqlandıran bir 

sıra  problemlərdən söhbət açdı-

lar. Onlar məruzə olunan məsələ 

ətrafında  fikirlərini  bölüşərək 

rəhbərlik  etdikləri  kafedralarda 

bu istiqamətdə aparılan işlərdən  

danışdılar,  tədrisin  keyfiyyətinin 

daha  da  yüksəldilməsi  yolların-

dan bəhs etdilər.   

Məruzə  və  çıxışlarada  səs lə-

nən fikirlərə münasibətini bildirən 

aka demik Ə.Əmiraslanov müza-

kirə olunan məsələnin vacibliyini 

bir  daha  önə  çəkərək  qeyd  etdi 

ki, hər bir ali məktəbin  qarşısın-

dakı ən ümdə məqsəd tələbəyə 

keyfiyyətli  təhsil  vermək,  bey-

nəlxalq  təhsil  sisteminə  in-

teqrasiya  olunmaq  və  dünya 

universitetləri  sırasında  yüksək 

reytinqə  nail  olmaqdır.  Bu 

sahədə  universitetimizdə  çox 

işlərin  görüldüyünü,  klinikala-

rın  və  yeni  auditoriyaların  yara-

dıldığını,  həmçinin  müasir  tipli 

avadanlıqlarla  təchiz  edildiyini 

deyən rektor problemlərin də az 

olmadığını  söylədi.  Hesabat 

məruzəsini  qənaətbəxş  hesab 

edən    universitetin  rəhbəri  ka-

fedra  müdirlərinə  universitetdə 

təhsil  alan    prezident  təqaüd-

çülərinə xüsusi diqqət yetirməyi, 

onları  ictimai  işlərə  və  tələbə 

elmi  cəmiyyətinə  cəlb  etməyi 

tövsiyə  etdi.    Rektor  bildirdı  ki,  

“bazalarda    məqsədyönlü  iş 

aparılmır.  Təcrübə  dərslərinin 

yüksəlməsi  üçün  nəzarət  artırıl-

malı,  tədrisin  keyfiyyətinə  ciddi 

fikir  verilməlidir.  Ona  görə  də 

bu  istiqamətdə  mövcud  olan 

problemləri  aradan  qaldırmaq 

üçün  fəaliyyətimizi  hərtərəfli 

gücləndirməliyik.  Bütün  bunlar-

la  yanaşı  işimizi  elə  qurmalıyıq 

ki,  gələcəkdə  universitetimizə 

xarici  ölkələrdən  təhsil  alma-

ğa  gələnlərin  sayı  daha  da  çox 

olsun,  klinikalarımıza  müraciət 

edən  xəstələrin  say  tərkibinin 

artmasına    nail  olunsun.  Yəni 

biz gələcəkdə nə iş görəcəyiksə 

qazancımız  da    ondan  ibarət 

olmalıdır.    İndi  dünyanın  heç 

bir  yerində  pulsuz  tibbi  xidmət 

yoxdur.  Biz  artıq  icbari  tibbi  sı-

ğortaya  doğru  gedirik.  Bütün 

standartlara malik olan klinikala-

rımızda  hər cür şərait var.  Ona 

görə  də  bizim  taleyimiz  necə 

işləməyimizdən asılı olacaq.”   

Rektor  daha  sonra    qarşı-

da  duran  bir  sıra    görüləcək 

tədbirlərdən    söhbət  açdı,  

müxtəlif  məsələlər  barədə  şura 

üzvlərini məlumatlandırdı.     

Böyük  Elmi  Şura  müsabiqə 

məsələlərini həll etməklə öz işini 

başa çatdırdı.



MƏNSUR

Fotolar Cənnətalı Çingizindir

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A



Oktyabrın 27-də  Böyük Elmi Şuranın növbəti yığıncağı keçirildi. Yığıncağı açan   ATU-



nun  rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov gündəliyə keçməzdən öncə ictimai 

sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanovu 70 illik yubile-

yi münasibətilə  təbrik etdi. Rektor onun tibb elminin inkişafındakı  çoxillik xidmətini qeyd 

edərək  çalışdığı sahələrdə böyük nailliyyətlər qazandığını  bildirdi, yubilyarı  universitetin  

“Fəxri fərman”ı və mükafatla təltif etdi. Rafiq Çobanov ona göstərilən diqqət və qayğıya görə 

universitet rəhbərliyinə,  eləcə də  elmi şuranın üzvlərinə təşəkkürünü bildirdi.

“ATU-da 2013-2014-cü tədris ilinin yekunları və 2014-2015-ci tədris ilində 

universitet kollektivi qarşısında  duran vəzifələr”  müzakirə edilib

31 oktyabr  2014-ъц ил

http://www.amu.edu.az

3

Oktyabrın 

28-də 

Azər baycan 

Tibb 

Universitetində  Rusiya 

Tibb  Elmləri  Akademi-

yasının  və  Elmlər  Aka-

demiyasının  akademiki, 

N.N.Bloxin adına Rusiya 

Elmi-Tədqiqat  Onkoloji 

Mərkəzinin  rəhbəri  Mi-

xail  İvanoviç  Davıdov-

la ATU-nun müəllim və 

tələbə heyətinin görüşü 

keçirilib. 

Görüşdə  səhiyyə  naziri-

nin  müavini  Elsevər  Ağayev,  

N.Bloxin  adına  Rusiya  Elmi- 

Tədqiqat  Onkoloji  Mərkəzinin 

direktor  müavini,  professor  

Mamed    Əliyev,  bu  Mərkəzin 

onurğa  cərrahiyə  şöbəsinin 

müdiri    Elmar  Musayev, 

Mərkəzin  urologiya  şöbəsinin 

baş elmi işçisi Anar Pənahov, 

Mərkəzin  plastik  və  rekons-

truktiv  cərrahiyə  şöbəsinin 

müdiri    Vladimir  Sobolyevs-

kiy,  Mərkəzin  döş  qəfəsi 

cərrahiyyəsi  şöbəsinin  baş 

elmi işçisi Mixail Mixailoviç Da-

vıdov da iştirak ediblər. Tədbiri  

açıq  elan  edən  Azərbaycan 

Tibb  Universitetinin  rektoru, 

millət vəkili, akademik Əhliman 

Əmiraslanov 

çıxışında  

M.İ.Davıdovun  dünya  miqyas-

lı  tanınmış  mütəxəssis  oldu-

ğunu,  xərçəng  xəstəliklərinin 

əməliyyatlarında  yeni  metod-

ların  yaradılmasında,  köhnə 

üsulları  isə  təkmilləşdirilməsi 

üzrə  xeyli  praktik  işlər  gördü-

yünü  və  eləcə  də  qazandığı 

nailiyyətlərə  və  virtuoz  həkim 

olduğuna görə “Cərrahiyyənin 

Paqaninisi” ləqəbi aldığını vur-

ğulayıb:  “  Mixail  Davıdov  Ru-

siya  Federasiyasının  Dövlət 

Mükafatı  laureatı,  Əməkdar 

Elm  Xadimi,  Rusiyanın  Baş 

onkoloqudur. O, həmçinin Ru-

siya  Elmi-Tədqiqat  Onkoloji 

Mərkəzinə, İ.M.Seçenov adına 

Rusiya  Dövlət  Tibb  Universi-

tetinin  kafedrasına  rəhbərlik 

edir. Dünya miqyaslı tanınmış 

mütəxəssis olan Mixail İvano-

viç bədxassəli şişlərin cərrahi 

müalicəsində  yeni  metodların 

hazırlanması, əvvəlki metodla-

rın təkmilləşdirilməsi üzrə xeyli 

praktiki işləri var. O, elə cərrahi 

əməliyyatlar  həyata  keçirir  ki, 

Rusiyada  belə  əməliyyatları 

edən ikinci cərrah yoxdur”.

Rektor  M.İ.Davıdovun həm-

çinin 

azərbaycanlı 



mütə-

xəssislərin  yetişdirilməsində 

böyük  əməyi  olduğunu  da 

qeyd  edib.  Daha  sonra 

Ə.Əmiraslanov  M.İ.Davıdovu 

“ATU-nun  Fəxri  doktoru”  adı-

na layiq görülməsi münasibəti 

ilə  təbrik  edərək  ona      “ATU-

nun Fəxri doktoru” diplomunu 

təqdim edilib.

“ATU-nun 

Fəxri 


dokto-

ru”  adına  layiq  görüldüyünə 

görə  təşəkkürünü  bildirən 

M.İ.Davıdov  Mərkəzdə  fəaliy-

yət  göstərən  azərbaycanlı 

mütəxəssislərin  tək  Rusiyada 

deyil, MDB məkanında məşhur 

mütəxəssislər  olduğunu  vur-

ğulayıb. Professor M.İ.Davıdov 

da  rektor  Ə.Əmiraslanova 

M.İ.Lomonosovun    portre-

ti  həkk  edilən  döş  nişanını  

və  eləcə  də  N.N.Trapeznikin 

portretini  Azərbaycan  Tibb 

Universitetinə hədiyyə edib. 

Daha  sonra  AMEA-nın  vit-

se  prezidenti  akademik  Akif 

Hacıyev  və  akademik    Bö-

yükkişi  Ağayev  çıxış  edərək  

M.İ.Davıdovun 

Onkoloq 

Cərrahlar 

Mərkəzinin 

ya-


radıcısı  olduğunu,  həmin 

Mərkəzdə  daha  dəqiq  diaq-

noz  qoyulması,  bədxassəli 

şişlərin 

müalicəsinin 

təkmilləşdirilməsi, 

eksperi-

mental  və  praktiki  onkolo-

giyanın  ən  müasir  metod-

larının  tətbiqi  məsələlərinin 

öyrənildiyini  qeyd  ediblər.                                                                                        

Görüşdən 

sonra 

Rusiya 


nümayəndə  heyətinin  üzvləri 

Tibb  Universiteinin  Tədris-

Cərrahiyyə,  Tədris-Terapevtik 

və  Stomatoloji  klinikaları-

nın  fəaliyyəti  ilə  tanış  olub-

lar. 


Qonaqlar 

adıçəkilən 

müəssisələrdə mövcud şərait, 

tələbə və rezidentlər üçün ya-

radılan  imkanlardan  məmnun 

qaldıqlarını  bildiriblər.  Onlar 

klinikalarda  əhaliyə  yüksək 

səviyyəli 

tibbi 

xidmətin 



göstərilməsinin 

ölkədə 


səhiyyənin  inkişafı  baxımın-

dan  böyük  önəm  daşıdığını 

qeyd ediblər.

Qeyd  edək  ki,  M.Davıdov 

həmçinin 

ilk 


dəfə 

ola-


raq 

bədxassəli 

şişlərin 

əməliyyatı  zamanı  iri  da-

marların  plastikası  da  daxil 

olan  əməliyyatları  icra  edib.                                                                                                     

Beynəlxalq  Cərrahlar  Bir-

liyi,  Amerika  və  Avropanın 

Cərrahlar  Cəmiyyəti,  Nyu-

York  Elmlər  Akademiyası-

nın  üzvü,    300-də  çox  elmi 

məqalənin,  3  monoqrafiya, 

6  elmi-metodik  filmin  müəllifi 

olan  M.Davıdovun  həm  də 

rəhbərliyi  altında  30  disserta-

siya işi müdafiə olunubdur.



Qabil ABDULLAYEV

Milli  Məclisin  üzvü,  akademik 

Əhliman  Əmiraslanov  rəhbərlik 

etdiyi  universitetin  fəaliyyəti, 

tədris 

proqramları, 



mövcud 

fakültə və ixtisaslarından, tələbə 

və  rezidentlərin  uğurlarından 

söhbət  açıb.  O,  Azərbaycanda 

yeganə 

ali 


tibb 

təhsili 


müəssisəsinə  hər  il  1000-ə  ya-

xın tələbənin qəbul olunduğunu 

qonaqların  diqqətinə  çatdırıb. 

Bildirib  ki,  hazırda  universitetin 

7000-dən çox tələbəsi arasında 

18  ölkənin  vətəndaşları  da  var 

və bunların da böyük əksəriyyəti 

qardaş  Türkiyədəndir.  Akade-

mik  Ə.Əmiraslanov  ATU-nun 

nəzdində  yaradılaraq  son  tex-

noloji  tibbi  avadanlıqlarla  təchiz 

edilmiş  klinikalar  haqqında  da 

qonaqlara ətraflı məlumat verib. 

Rektor  ATU-da  mövcud  rezi-

dentura  üzrə  təhsil  sistemindən 

danışaraq,  rezidentlərin  bir  çox 

xarici  ölkələrdə,  o  cümlədən 

Türkiyədə də təcrübə keçdiklərini 

söyləyib,  bu  sahədə  qonşu 

dövlətlə  əməkdaşlıq  imkanla-

rını  genişləndirmək  niyyətində 

olduqlarını  açıqlayıb:  “Qardaş 

Türkiyə  universitetləri  bizə  çox 

yardımçı  olur.  Rezidentlərimiz 

İstanbul,  Samsunq,  İzmir,  19 

Mayıs, 


Hacəttəpə, 

Ankara 


universitetlərində davamlı olaraq 

potasiya keçirlər. Uzmanların ro-

tasiyası  bizim  üçün  çox  vacib-

dir.  Mütəxəssislərimizi  Almani-

yaya  və  digər  ölkələrə  təcrübə 

mübadiləsinə  göndəririk.  Uz-

manlıqda 

Türkiyə 


modelini 

Azərbaycana gətirmişik. İzmirdə 

orqan  transplantasiyası  üzrə 

təcrübə  keçən  uzmanlarımız  da 

var.  Ancaq  onların  sayı  kifayət 

qədər deyil”.  

  Dəvətə  görə  universitet 

rəhbərliyinə təşəkkürünü bildirən 

cənab  Recep  Akdağ  ATU-nun 

Tədris  Cərrahiyyə  Klinikasının 

işi  ilə  tanış  olduğunu,  burada 

xəstələr  və  tibbi  personal  üçün 

yaradılan  şəraitdən  məmnun 

qaldığını  deyib.  Azərbaycan 

Tibb  Universiteti  rezidentlərinin 

Türkiyədə  təcrübə  keçməsini 

yüksək  qiymətləndirən  Recep 

Ağdağ  bu  sahədə  öz  arzu  və 

təkliflərini  də  görüş  iştirakçı-

ları  ilə  bölüşüb.  O,  Türkiyədə  

universitetlərin  sağlıq  bakanlı-

ğından  ayrı  olduğunu  xatırlada-

raq  təcrübə  artırmaq  baxımın-

dan  araşdırma xəstəxanalarının 

üstünlüklərindən danışıb. 

Görüş  zamanı  rezidentlərimizin 

Ankara şəhərindəki bəzi klinika-

lara göndərilməsi haqqında ilkin 

razılıq əldə olunub. 

Daha  sonra  türkiyəli  qo-

nağın 

ATU 


rəhbərliyi 

ilə 


görüşündə  tərəflərin  gələcək 

əməkdaşlığının 

istiqamətləri 

barədə  fikir  mübadiləsi  aparı-

lıb.  MüzakirələrdəTürkiyədə  çox 

mükəmməl  bir  sığorta  sistemi-

nin  yaradıldığı  vurğulanıb  və 

Azərbaycanda  tibbi  sığortanın 

tətbiqi məsələlərinə toxunulub.

Görüşdə  Türkiyənin  Bakıda-

kı  səfirliyinin  nümayəndəsi  Si-

bel  Tuna,  ATU-nun  elmi  işlər 

üzrə  prorektoru,  professor  İbra-

him  İsayev,  Tədris  Cərrahiyyə 

Klinikasının  direktoru,  dosent 

Hacıqulu  Bağırov,  ATU-nun 

beynəlxalq  əlaqələr  şöbəsinin 

müdiri,  dosent  Rəhimə  Qabulo-

va iştirak ediblər. 


Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin