ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   45   46   47   48   49   50   51   52   53

Çovkan.  Əvvəlcə, bu sözün transkripsiyası  və izahı ilə 

bağlı  fikirlərə nəzər salaq: O.Ş.Gökyayın tərtib etdiyi lüğətdə belə 

bir  şərh verilib: “...başı  əgri bir cirittir, meydanda onunla top 

oynarlar ve at üzerinde degnek oynayanlar dahi kullanırlar, genel 

olarak ucı egri degneğe denir” (İstanbul, 2000, səh.189). Bu qeyd-

lər onu göstərir ki, müəllif “çovkan”ın “Kitab”dakı üslubi-poetik 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

480

 

xüsusiyyətlərindən bəhs etməyib; M.Erginin nəşrində “çevgen” 



şəklindədir  (Ankara, 1958, səh.98); Zeynalov-Əlizadə  nəşrində 

“çokan” formasındadır (Bakı, 1988, səh.49); S.Əlizadənin nəşrin-

də “çovkan” oxunuş forması əsas götürülüb (Bakı, 2000, səh.47); 

“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”nə “çovkan” sözü daxil 

edilməyib (Bakı, 1999)... “Çövkən”lə (çovkanla) bağlı fikirləri 

saf-çürük etdikdə bəlli olur ki, S.Əlizadənin transkripsiya və şərh-

ləri mətnin semantik tutumuna daha çox uyğun gəlir: “çovkan-

çövkan – burada qoyunları tutmaq üçün istifadə edilən, bucaqvari 

ucluğu olan uzun ağac (Bakı, 1988, səh.141)... 

“Çovkan” sözü “Kitab”ın dilində çox az, dəqiq desək, cəmi 

bir dəfə Qaraca çobanın dilində işlənib: “Qılıcıηı nə ögərsən, mərə 

kafir//Əgri başlu çovkanımca gəlməz maηa!” (D-41).  Burada əyri 

başlu çövkən kafir qılıncından üstün tutulur ki, bu da obrazlılığın 

qüvvətləndirilməsindən başqa bir şey deyil. Bu mənada  “çovkan” 

sözünün silah adları sırasında verilməsini şərti olaraq qəbul etmək 

lazımdır. 

“Çövkən”lə bağlı bir cəhəti də xatırlatmağı  gərəkli hesab 

edirik: bu söz “Kitab”ın dilində “çovkan”, M.Kaşğarinin “Di-

van”ında “çögən” (ol çögən  əgtürdi = o, çovkan əydirdi. I cild, 

səh.263) şəklindədirsə, müasir Azərbaycan ədəbi dilində “çövkən” 

şəklində sabitləşib. 

Dəpər. “Balta” anlamlı “dəpər” sözü “Kitab”da üç dəfə 

işlənib: dəpər. “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala (D-84); də-

pərə tutub çalmaq, təpərlə (balta  tipli silahla) bərk vurmaq, başına 

vurmaq. “Ol altmış batman gürzlə Qazılıq qocaya dəpərə tutıb 

çaldı (D-209); Ol altmış batman gürz ilə Tondarı  dəpərə tutub 

çaldı (D-209).”Kitab”ın dilində işlənmiş basmaq, vurmaq anlamlı 

“dəpmək”, “dəpələmək” feilləri də “dəpər” (balta) sözü  ilə əlaqə-

ləndirilir (Kitabi-Dədə Qorqud Ensiklopediyası. II cild, Bakı, 

2000, səh.85).”Dəpər” sözünün semantik tutumu bir sıra qorqud-

şünaslar, o cümlədən S.Əlizadə  tərəfindən düzgün izah edilib: 

“orta  əsrlərdə balta tipli silah” (Bakı, 1988, səh.154). Bu izah 

“KDQ” ensiklopediyasında,  əsasən, eynilə  təkrarlanıb: “...dəpər 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

481

 

baltaya verilən addır və bu silah döyüşçünün yanında saxladığı 



döyüş alətlərindən biridir” (Bakı, 2000, səh.85). Rus  dilindəki 

balta anlamlı    “топор” sözünün türk mənşəli “dəpər” sözünün 

fonetik deformasiyaya  uğramış variantı olduğu göstərilir. Burada 

M.Təkləlinin rus mənbələrinə istinadən söylədiyi fikirləri xatırlat-

maq yerinə düşür: “Qədim Rusda, I Pyotradək çar taxtının  hər iki 

tərəfində mühafizəçilər çiyinlərində topor durardılar. Onlar daha 

çox yüksək sənətkarlıq nümunəsi sayılmışdır. Rus dilində onlara 

“səfir toporları” deyərdilər. Çünki təntənəli qəbullarda  əlində 

qızılla işlənmiş toporlar olan mühafizəçilər görünərdilər”

1

. Bu fakt 



da yuxarıda söylədiklərimizi arqumentləşdirir.  

Mancılaq. Qurğu, dəzgah  anlamlı “mancılaq” sözü “Ki-

tab”da iki dəfə  işlənib:  “Mancılağı  ağır taşdan qızıldayub qatı 

enən” (D-188); “Ağır mancılaq taşla atam,  derdim” (D-233). Bi-

rinci nümunədə Qanturalının igidliyi, mərdliyi qabardılır: Manca-

naq daşıtək qıjıldayıb yerə enən...  İkinci nümunədə igidliyin, 

mərdliyin tərənnümü yox, bir məkr, hiylə müşahidə olunur: Man-

canaqla ağır daşlar atım, − deyirdim // Göydən başıma düşən daşla 

ölüm,  − deyirdim... 

“Kitab”dakı döyüşlə bağlı parçalarda “mancılaq” sözünün 

işlənməsinə  təsadüf olunmur. Yuxarıdakı nümunələrdə  işlənmiş 

“mancılaq” isə poetik mənanı qüvvətləndirməyə xidmət edir. Bir 

sıra tarixi mənbələrdə “mancanaq” mühasirə aləti, müharibədə 

hasarın içinə daş atmaq üçün  istifadə olunan alət, böyük sapand 

və s. mənalarda izah olunur. Bu mənada “Kitab”dakı “mancılaq” 

sözünün döyüş silahları sırasında verilməsini məqbul hesab etmək 

olar. 


Taraqa. “Kitab”da cəmi bir dəfə “taraqa çatlatmaq” ifadəsi 

daxilində  işlədilib: “Yüz adam seçilün, taraqa çatladıη, oğlanu 

qorqudıη” (D-247). “Taraqa”nın semantik yükü ilə bağlı qorqud-

şünaslıqdakı izahlara nəzər salaq: gurultu etmək, yalandan gurultu 

etmək... patıltı etmək (O.Ş.Gökyay);  patlama, çatlama, patlama və 

                                                            

1

 M.Təkləli. Rus dilində türk sözləri. Bakı, 2002, səh.190.  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

482

 

çatlama səsi (M.Ergin); gurultu qoparmaq  (Zeynalov-Əlizadə); 



partlayış  səsi (A.Məmmədova)... Bu şərhlərin hər birini düzgün 

hesab etmək olar. 

E.Əzizov “Kitab”ın dilindəki “taraqa” sözünün şivələrimiz-

də mühafizə olunduğunu göstərir: “Şuşa şivəsində taraqqa şəklin-

də  eyni mənada işlənir: - Bayramda taraqqa atardıx... Ordubad şi-

vəsində “içərisində barıt qoyulmuş kağız, fişəng” mənasında  mü-

şahidə edilmişdir”

1

. Bununla yanaşı, müəllif diqqəti Y.V.Çəmən-



zəminlinin “Həyatımızın 20 ili” əsərindəki “taraqqa” sözünə  yö-

nəldir: “Sonra tonqal qalayıb üzərindən atılırdıq, fişəng – taraqqa 

atardıq, toran qovuşanda da anam kiçicik piy şamlar yandırıb evin 

iç və dış divarlarına yapışdırar, işıq aləmə yayılardı”. Bütün bunlar 

onu deməyə  əsas verir ki, “Kitab”ın dilindəki “taraqa” müasir 

Azərbaycan dilində “taraqqa” şəklində işlənir. Deməli, müasir di-

limizdəki “taraqqa” “Kitab”dakı formasından yalnız bir “q” sami-

tinin artıq işlənməsinə (ikinci hecadakı “q” nəzərdə tutulur) görə 

fərqlənir. 

Qorqudşünaslıqda “taraqa” sözünün kök və  şəkilçi mor-

femlərinə, demək olar ki, münasibət bildirilməyib. Bu mənada 

bəzi detalları aydınlaşdırmaq lazım gəlir. Heç şübhəsiz ki, “fi-

şəng” anlamlı “taraqa” sözü “taraq+a” modeli daxilində öyrənil-

məlidir. Bu modeldə isə “taqqıltı, tıqqıltı” anlamlı “taraq” təqlidi 

söz, -a təqlidi sözlərdən isim düzəldən şəkilçidir: taraq+a=taraqa”. 

Yeri gəlmişkən, “taraq” sözünə müasir ədəbiyyatımızda da rast 

gəlinir: Taraq-turuq atlılar, Atlılar qanadlılar   (A.Şaiq) ... 

Xəncər.    Fars  mənşəli “xəncər” sözünün  intensivliyi çox 

azdır. Daha dəqiqi, mətnlərdə  cəmi iki dəfə  təhkiyəçi dilində  iş-

lənməsi müşahidə olunur: “Basatın xəncəri vardı”. Ədügini yardı, 

içindən çıqdı” (D-226); “Dəpəgöz Basatın üzərinə qodı, xəncərdə 

çaldı-kəsdi, sıçradı geη yerdə turdı” (D-229). Bu cümlələrin 

semantik tutumu “xəncər”i bir döyüş silahı kimi səciyyələndirmə-

yə imkan verir. Şübhəsiz ki, “bıçaq” sözünə bu kontekstdə yanaş-

                                                            

1

  Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.253. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

483

 

maq olmaz. Belə ki, “Kitab”ın dilində “bıçaq” (kəsmək üçün alət) 



sözü iki dəfə bir məişət əşyasının adı kimi həqiqi mənada, bir dəfə 

isə  təşbeh daxilində  məcazi mənada işlənib: “Oğlan bıcağına  əl 

urdı. Buğanıη başını kəsdi” (D-17); “Bıçaq çıqarıb dərisini yüzdi” 

(D-183); “Bıçaq  alub qanadlarım qıran Qazan!” (D-149). Sonun-

cu nümunədə “bıçaq” sözü məhz təşbeh yaradan vasitələrdən biri 

kimi çıxış edir. Burla xatunun dilindən verilmiş  həmin təşbehin 

semantikası isə çox dərindir: Oğul itirən ana qanadları qırılmış quş 

kimidir. 

Silah və silah hissələrinin adlarının tarixi-linqvistik müstə-

vidə təhlili bir daha göstərir ki, “Kitab”da bu tip vahidlər daha çox 

həqiqi mənada işlənib. Bu da təsadüfi deyil. Çünki “Kitab”, hər 

şeydən  əvvəl, Oğuz türklərinin tarixini əks etdirən qəhrəmanlıq 

eposudur.  Amma bunu da vurğulamaq lazımdır ki, bir sıra obrazlı 

ifadələr  məhz silah adlarının assosiativliyi ilə yaradılıb.  

Mətn daxilində təqdim etdiyimiz  silah adları həm də silah-

la  bağlı işlədilmiş feillərin lüğəvi məna qrupları barədə söz demə-

yə imkan verir. Bu tipli feillərin müəyyənləşdirilməsi isə, ilk növ-

bədə, silahla görülmüş və ya görüləcək işlərə işıq sala bilər. Mü-

qayisə və qarşılaşdırmalar silah adları ilə bağlı işlədilmiş feillər sı-

rasında iş və hal-vəziyyət feillərinin üstün mövqedə çıxış etdiyini 

göstərir. Bu cür sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:  

Silah adları və hal-vəziyyət feilləri: 

qılıc  - ovanmaq. “...qılıcları ovandı” (D-250); 

yay – iηləmək. “Ağ tozluca qatı yayım zari-zari iηlər” (D-

248); 


köndər – süsəlmək. “Ala-ala köndərlər süsəldi” (D-69); 

bögürtmək . “...altmış tutam ala köndəriη  ucında ər bögürdən ... 

(D-60) ... ; 

Silah adları və iş feilləri

qılıc – baş kəsmək, qan tökmək. “Baş kəsmədiη, qan tök-

mədiη” (D-125); çalmaq. “...qılıc çalub baş kəsdügim yerləri gös-

tərəyim” (D-126); qılıclamaq. “...Beyrəgi oturduğı yerdə qılıcladı” 

(D-300)...;  


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

484

 

yay – çəkmək. “Yay çəkmədüη...” (D-125); 



ox – atmaq. “Ox atmadıη” (D-125); urmaq. “Dəpəgözüη 

yağrına bir ox urdı” (D-225); 

köndər  - urmaq. “Aruza bir köndər urdı” (D-302); 

dəpər – çalmaq. “...Dədəyi dəpərə çala” (D-84);  

gürz – urmaq. “Altı  bərli gürz ilə  dəpəsinə qatı tuta urdı” 

(D-64); 


mancılaq – atmaq. “Ağır mancılaq taşla atam, derdim” (D-

233); 


çomaq – yoğratmaq. “...qaba çomaq altında yoğradım səniη 

içün” (D-129); 

sügü – sancmaq. “Qarğu talı sügüηi maηa vergil//-

Köksündən ər sancayım səniη içün!” (D-246); 

sapan – atmaq. “...sapanıη ayasına qor atar, kafəri yıqar” 

(D-42)... 

Yuxarıda qarşılaşdırmalar  şəklində verdiyimiz nümunələr  

silah adlarının “Kitab”dakı çəkisi barədə dolğun təəssürat  yarat-

maq gücündədir. Fikrimizcə, “Kitab” linqvopoetik baxımdan təhlil 

süzgəcindən keçirilərkən  bu tip dil vahidlərinin  cümlə daxilin-

dəki semantikası mütləq nəzərə alınmalıdır. 

 

 



 

“DƏDƏ QORQUD KİTABI”NDA DÖYÜŞ 

GEYİMLƏRİ VƏ DİGƏR DÖYÜŞ LƏVAZİMATLARININ 

ADLARI TARİXİ-LİNQVİSTİK MÜSTƏVİDƏ 

 

“Kitab”ın dilində qalxan, işıq, yaqa, dizcik, dəmir  don və s. 

kimi döyüş  ləvazimatlarının adlarına rast gəlinir. Bu tip sözlərə 

mətn daxilində diqqət yetirək: 



Qalqan. “Döyüşdə  qılınc, gürz, ox və s. kimi silahların 

zərbəsindən qorunmaq üçün istifadə olunan alət” anlamlı “qalqan” 

(qalxan) sözünün “Kitab”da işlənmə məqamları, əsasən,  aşağıdakı 

kimidir: 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

485

 

ap-alaca qalqan (böyük qalxan). “Ap alaca qalqanıηı  vergil 



maηa” (D-49); 

ala qalqan bağını  qısa dügmək (böyük qalxan bağını  qısa 

düyünləmək, qalxanı köksünə sipər edərək döyüşə tam hazır 

vəziyyətdə olmaq). “Ala qalqan bağını qısa dügdilər” (D-133); 

qalqanı gürzə qarşı tutmaq (qalxanı gürzün qabağına 

tutmaq). “Oğlan qalqanını gürzə qarşu tutdı” (D-250). Bu cümlədə 

qalxandan təyinatı üzrə istifadə olunma açıq şəkildə ifadə edilir ki, 

bu da döyüş səhnələrinin təsviri baxımından maraqlıdır; 

qalqan yapınmaq (qalxan çəkmək, qalxanla sipərlənmək). 

“Qazan qalqan yapındı, sügisin əlinə aldı” (D-302). Burada Oğuz 

igidi Qazanın döyüşə tam  hazır vəziyyətdə olması obrazlı şəkildə 

ifadə olunub; 

qalqan oynamaq (qalxan oynatmaq). “Yağrınında qalqan 

oynar babasınıη qadir qoursa, başın kəsəyim” (D-176). Bu cümlə-

dəki deyimin semantikasından bəhs edən O.Ş.Gökyay yazır: 

“yağrumda kalkan oynar deyiminin açıklanmasında savaşçıların 

iri-yarı, güclü-küvvetli olduğunu belirtmek içün kullanılan bir söz 

açıklamasının neye dayandığını bilmiyoruz” (İstanbul, 2000, 

səh.CCCLXX). Fikrimizcə, “qalxan oynatma” ifadəsinə (jestinə) 

“gürz tutma” ifadəsi (jesti) kontekstində aydınlıq gətirmək müm-

kündür. Belə ki, təhkiyəçi təsviri ilə reallaşan “gürzü göyə atıb, 

onu yerə düşmədən tutma” jesti (ifadəsi) (...Qanturalı gürzin gögə 

atar, enüb yerə düşmədin qarvar-tutar) Qanturalının dilində 

kafirlərlə bağlı işlədilmiş “çiynində qalxan oynatma” jestinin (ifa-

dəsinin) məntiqi nəticəsi kimi görünür. Konkret desək, “çiynində 

qalxan oynatma” jesti barədə deyilənlər Qanturalını nəinki qorxu-

dur, hətta o məhz  həmin kafirin başını kəsməyə hazır  olduğunu 

qətiyyətlə ifadə edir, “gürz tutma” jesti ilə özünün məğlubedil-

məzliyini, igidliyini nümayiş etdirir. Bu mənada “qalxan oynat-

ma” və “gürz tutma” ifadələri eyni semantik yuvaya daxil olan 

vahidlər hesab oluna bilər (bax: Əzizxan Tanrıverdi. “Dədə 

Qorqud kitabı” nın obrazlar aləmi”. Bakı, 2013, səh.113). “Qalxan  

oynatma” ifadəsinin hünər göstərmə, igidliyi nümayiş etdirmə mə-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

486

 

nasında çıxış etdiyini digər ifadələr də təsdiq edir: cida oynatmaq, 



at oynatmaq, tüfəng oynatmaq... Bu ifadələrdən ikincisi (at oynat-

maq) “Kitab”, eyni zamanda  digər şifahi və yazılı ədəbiyyat nü-

munələrində tez-tez təkrarlanan vahidlərdəndir.Burada “Kitab”dan  

bir nümunəni təqdim etməklə kifayətlənmək olar: “Qırq yigit 

bədəvi atın oynatdı, oğlanıη üzərinə  yığnaq oldı” (D-34). “Cida 

oynatmaq”. Bu ifadəyə həm “Kitab” (Altun cida oynadana, yarəb, 

noldı?), həm də “Koroğlu” eposunda rast gəlinir: “Koroğlu əmud 

vurur, cida oynadır, şeşpər  atırdı”. “Tüfəng oynatmaq” ifadəsinə 

isə “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağanın dilində 

təsadüf olunur: “...Deyəsən, at çapıb tüfəng oynatmağın vaxtı 

keçir, axı?!..” 

Türk mənşəli “qalxan” sözü digər abidələrin dilində  də 

müşahidə olunur: 

M.Kaşğarinin “Divan”ında: 



Kalkan, sünqün çumşalım = Qalxanla süngü ilə vuruşaq 

M.Füzulinin “Leyli və Məcnun” poemasında:  

          Səyyarədən aldı mehr meydan 

          Çaldı qılıcın, götürdü qalxan... 

Müasir  ədəbi dilimizdəki bir sıra düzəltmə  və mürəkkəb 

sözlər “qalxan” sözü əsasında yaranıb: qalxanlıca (quru yamaclar-

da bitən bitki), qalxancıq (örtü, qabıq...), qalxanabənzər, qalxana-

oxşar, qalxanvarı (qalxana oxşayan), qalxanqulaq (qulaqları 

böyük, iri qulaqlı...)... 

İşıq. Drezden  nüsxəsində “aşıq” və “işıq” şəklində yazıl-

mış bu sözün məna yükü ilə bağlı müxtəlif fikirlərə rast gəlinir: 

O.Ş.Gökyay “aşuk”,  ışık”  sözünün məna yükünü belə göstərir: 

“tulğu, demir başlık, demir takke, miğfer” (İstanbul, 2000, 

səh.225); A.Məmmədova “aşıq” sözünün omonimliyindən bəhs 

edir: “I aşıq – oyun; II aşıq – dəbilqə. I . Altun aşıq oynar Sancı-

danıη bəgləri. II. Ağ aşıqlı alpları yanıma saldım”

1

; B.Abdullaya 



                                                            

1

 A.Məmmədov. “Dədə Qorqud kitab”ının leksikası. Bakı, 2009, səh.98. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

487

 

görə, “işıq”, “güzgü” şəklinə salınmış döyüş  ləvazimatıdır”. 



Müəllif fikirlərini belə ümumiləşdirir: “Kitab”dakı “işıq” döyüş-

vuruşda rəqibin gözünü qamaşdırmaq üçün alına  bağlanılan dö-

yüş  ləvazimatlarındandır. Müxtəlif təyinli “işıq”ın adı elə “işıq”-

dır. Qılıncın adı qılınc, qalxanın adı qalxan, kamanın adı kaman, 

oxun adı ox, nizənin adı nizə olan kimi. Onu dəbilqə, zireh, aşıq, 

düymə  və s. saymaq məntiqdən qıraqdır”

1

. “KDQ-nin izahlı 



lüğəti”ndə “işuğ=işıq” şəklində verilib ki, bu da heç bir informasi-

ya vermir” (Bakı, 1999, səh.98); S.Əlizadə digər  qorqudşünaslar-

dan fərqli olaraq “işıq” sözünün semantikasını tarixi-linqvistik 

müstəvidə izah edib: “...Bunun səbəbi odur ki, “aşıq” sözü özünün 

lüğəvi mənası ilə arxaikləşib, XV-XVI əsrlərin katibləri üçün 

anlaşılmaz olmuşdur. Bu günün folklorçusu həmin sözü “Oğuz 

igidlərinin alnına bərkidilən güzgüdən əks olunan işıq” kimi izah 

edir. Halbuki XIII əsr lüğəti “əs-sihah  əl-əcəmiyyə”də bu söz 

“başa keçirilən zireh geyim” kimi izah olunmuşdur... XV əsrin əv-

vəllərində    qələmə alınmış “Qissəsül-ənbiya” adlı  əlyazmasında 

həmin söz başqa fonetik variantda, lakin eyni mənada işlənmişdir: 

Yaşıqnı başığa urdı... başından yaşıqın tüşürdi, alnı açıldı” 

(Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild, Bakı, 2000, səh.28)... 

Açığını deyək ki,  yuxarıda təqdim etdiyimiz  fikirlərdən bəzisi 

dolaşıqdır. B.Abdullanın fikirləri isə yerinə düşmür. “İçıq”la bağlı 

fikirlərə dil tarixi və “Kitab”ın ümumi semantik tutumu konteks-

tində yanaşdıqda bəlli olur ki, S.Əlizadənin fikirləri daha dolğun 

və  dəqiqdir, bütün parametrlərinə görə elmi və inandırıcıdır. 

M.Kaşğarinin “Divan”ında işlənmiş “dəbilqə” anlamlı “yaşıklığ”  

(“yaşıklığ    ər= başına dəbilqə,  dəmir başlıq qoymuş adam”. III 

cild, səh.50) sözü də S.Əlizadənin fikirlərinin düzgün olduğunu 

arqumentləşdirir. 

“Kitab”ın dilindəki “işıq” sözünün işlənmə  məqamlarına 

nəzər salaq: 

                                                            

1

 B.Abdulla. Salur Qazan. Bakı, 2005, səh.187. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

488

 

 −qunt işıq (parlaq zireh, dəbilqə). “Başımda qunt işıqlar 



saqlardım səniηçün” (D-129); 

−  ağ  ışıqlı alplar (ağ  dəbilqəli igidlər). “Ağ  ışıqlı alpları 

yanıma saldım” (D-206); 

− altun işıq (qızıl işıq). “Alnuηda altun işıq cübbəsi yoq!” 

(D-239); 

− işıq (işıq Bəkilin – Bəkilin işığı, dəbilqəsi). “At, yaraq və 

işıq Bəkiliη, Bəkil içində degil!” (D-247); 

           − “işıq” sözünə  təşbeh daxilində rast gəlinir, daha dəqiqi, 

“işıq” (zireh, dəbilqə) günün parlamasına bənzədilib: “Gün kimi 

şılayub gələn//Kafəriη başında ışığıdır” (D-128). 

Bu nümunələr bir daha sübut edir ki, “Kitab”ın dilindəki 

“işıq” “başa keçirilən zireh geyim” mənasındadır. Nümunələrdəki 

qunt, ağ  və altun sözləri isə “işıq” sözünün təyinediciləridir. 

Bütövlükdə isə “işıq”la bağlı  işlədilmiş sözlərin hər  biri qədim 

türk hərb tarixinə işıq salan vahidlərdir. 

Tuğulğa.  Dəbilqə, dəmir başlıq, metal papaq və s. məna-

larda izah olunmuş “tuğulğa” sözü  “Kitab”da cəmi iki dəfə işlə-

nib: “Başındağı tuğulğaηı nə ögərsən, mərə kafər?” (D-41); “Oğ-

lan qalqanını gürzə qarşu tutdı...Qalqanını  ovatdı, tuğulğasını yo-

ğurdı...” (D-250). Sonuncu nümunədə gürzün zərbəsi ilə qalxanın 

ovulması, tuğulğanın (dəbilqənin)  əzilməsi elə canlı, elə  təbii 

təsvir olunub ki, sanki qədim dövrlərə aid müharibələri, qanlı dö-

yüşləri əks etdirən filmlərə baxırsan, özünü o döyüş meydanların-

da hiss edirsən... Türk döyüş sənətinin, hərb tarixinin zənginliyini 

özündə yaşadan “Kitab”ımız bu nöqtələrdə daha sanballı görünür. 

Müasir  ədəbi dilimizdə  işlənməyən “işıq” və “tuğulğa” 

sözləri”Kitab”ın dilindəki çoxsaylı sinonimik cərgələrdən hesab 

oluna bilər: birincisi ona görə ki, hər ikisi “dəbilqə” anlamlıdır; 

ikincisi, hər ikisi “əzmək” anlamlı “yoğurmaq” feli ilə semantik-

sintaktik əlaqədə təqdim olunub: qunt işıqlar saqlardım... qaba ço-

maq altında yoğradım (parlaq zirehi saxlayırdım... toppuz altında 

əzdirim); tuğulğasını yoğurdı (dəbilqəsini  əzdi); üçüncüsü, 

O.Ş.Gökyay  tərtib etdiyi lüğətdə  “ışık” sözünün qarşısında “tul-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

489

 

ğa” (tuğulğa – Ə.T.), “tuğulğa”nın da qarşısında “ışık” (işıq – 



Ə.T.) yazıb (bu, müəllifin həmin sözlərlə bağlı verdiyi şərhlərin 

bir qismidir) (İstanbul, 2000, səh.225, 295); dördüncüsü, hər ikisi 

döyüşçünün başını zərbələrdən qoruyan geyimin adıdır. 

Dizcik. “Kitab”da bir dəfə  işlənib: “...geyimin geydi. 

Dizcik, qarucıq bağlandı” (D-261). O.Ş.Gökyay “dizcik” sözünün 

izahını verməyib, daha dəqiqi,  həmin sözün qarşısında “dizcik 

bağlanmak” ifadəsini yazmaqla kifayətlənib (İstanbul, 2000, 

səh.197). M.Erginə görə, “dizcik” diz bağı, dizlik mənasındadır 

(Ankara, 1963, səh.94). Zeynalov-Əlizadə nəşrində belə sadələşdi-

rilib: “Dizlərinə, qollarına zireh qapaqlar bağlandı” (Bakı, 1988, 

səh.210). “KDQ-nin izahlı lüğəti”ndə geniş bir izahata rast gəlinir:  

“Dizcik=dizlik. Döyüş zamanı  zərbədən qorunmaq üçün dizlərə 

geyilən hərbi forma” (Bakı, 1999, səh.76). Bu izahlardan üçüncü-

sü (Zeynalov-Əlizadə) daha məntiqlidir: “dizcik” “dizlərə bağla-

nan zireh qapaq” mənasındadır. 



Qarucıq. “Kitab”da cəmi bir dəfə həm də “dizcik” sözün-

dən sonra işlənib: “...Dizcik, qarucıq bağlandı” (D-261). O.Ş.Gök-

yayın fikrincə, qarucıq bağlanmaq “qolbağı taxmaq”, “bazubənd 

bağlamaq” mənasındadır (İstanbul, 2000). Zeynalov-Əlizadə nəş-

rində “...qollarına zireh qapaqlar bağlandı” şəklində sadələşdirilib 

(Bakı, 1988,səh.210). Hər iki izahda “qarucıq”un “döyüşçü ge-

yimi” mənasında verilməsi düzgündür. Amma “qarucıq” sözünə 

başqa bucaqlardan da yanaşmaq mümkündür: birincisi,“qaru-

cıq”sözünün kök morfemi Orxon-Yenisey abidələrində “karağ” 

şəklindədir, əl, qol, qolun qarısı mənasını ifadə edir

1

; ikincisi, “qa-



rı” sözü Azərbaycan dilinin qərb şivələrində “qol”, “qolun qarısı” 

mənasında işlənməkdədir; üçüncüsü, “Azərbaycan dilinin izahlı 

lüğəti”ndə belə bir şərh verilib: “Qədim zamanlarda müharibələr-

də  qollara taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlan-

mış geyim, qolu zərbədən qorumaq üçün ona keçirilən, ya sarılan 

hər cür qoruyucu. Polad qolçaq qoluna //Dəlilər sağu soluma... 

                                                            

1

 Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.130. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin