ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   45   46   47   48   49   50   51   52   53

490

 

(“Koroğlu”)... Dəyərlidir qollarında olan  polad qolçaqlar (A.Səh-



hət)”

1

. Bu mənada “Kitab”da işlənmiş  “qarucıq” sözü “qolçaq” 



mənasında sadələşdirilə bilər ki, bu da təkcə mətnin asan qavranıl-

ması deyil, həm də tarixi leksikologiya baxımından  əhəmiyyət-

lidir. 

Yaqa.İlk olaraq tərkibində “yaqa” sözü olan ifadələrin mə-

nasına diqqət yetirək: yaqa tutmaq (yaxasından tutmaq, əlbəyaxa 

olmaq). “Yaqa tutub kafərlə uğraşayım səniη içün” (D-130); yaqa 

tutmaq (bir-birinə  həsrət qalanların qucaqlaşması, bir-birinin pal-

tarının yaxasından tutaraq sığallama). “Babasilə Yegnək gizli yaqa 

tutuban yiləşdilər” (D-212); yaqa yırtmaq (paltarın yaxasını cırma, 

həddindən artıq qəmlənmə, həyatda yaşamaq belə istəməmək). 

“Tartdı, yaqasın yırtdı” (D-91); “Yaqanla boğazından tutayınmı?” 

Bu misrada iki ifadənin sintez şəklində təzahürü müşahidə olunur: 

yaqadan tutmaq (inadla tələb etmək,  əl çəkməmək), boğazından 

tutmaq (qısnamaq, çıxılmaz vəziyyətə salmaq, məcbur etmək). Bu 

ifadələr müasir ədəbi dilimizdə, demək olar ki, eynilə  işlənir: 

yaxasından tutmaq, boğazından yapışmaq (tutmaq); “Uruz gen 

yaqadan sügisin sancdı, turdı” (D-132). A.Əlizadə bu cümlədəki 

“yaqa” sözünü  belə  səciyyələndirir: “bir şeyi yaxaya keçirmək, 

qılıncı, bıçağı yaxaya sancmaq”

2

. Bu fikirlər mətnin semantik yü-



kü ilə ziddiyyət təşkil edir: birincisi, ona görə ki, mətndə “qılıc” 

və “bıçaq” sözləri yox, “sügü” sözü işlənib; ikincisi, mətndə aydın 

şəkildə ifadə edilir ki,  süngü yaxaya yox, yerə sancılıb. 

Göründüyü kimi, yuxarıdakı ifadələrin  heç birində döyüş 

geyimi anlamlı “yaqa” (yaxa) sözündən söhbət getmir.  Amma 

Drezden nüsxəsinin 129-cu səhifəsindəki “yaqa” sözü döyüşçü 

geyimi, daha doğrusu, dəmir yaxa mənasındadır: “Əgni bəg dəmür 

donum saqlardım bu gün içün//Güni gəldi, yeη-yaqalar dikdürə-

yim səniηçün” (D-129). Sonuncu cümlədəki “yeη-yaqa” (əslində, 

yeηi yaqa) ifadəsi Zeynalov-Əlizadə  nəşrində “qolçaq-yaxa” 

                                                            

1

 Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, 1964, səh.543 



2

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.98. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

491

 

şəklində sadələşdirilib. Qeyd edək ki, bu cür sadələşdirmə Drez-



den nüsxəsinin 246-cı  səhifəsindəki “yeηi-yaqa” ifadəsinə  də 

tətbiq olunub: “Əgni bəg dəmür tonuη maηa vergil//Yeηi yaqa 

dikdirəyim sənüηçün!” – “Əynindəki dəmir donunu mənə ver. 

Qolçaq, yaxa tikdirim mən səninçin!” (Bakı, 1988, səh.70, 107, 

168, 205). Fikrimizcə, “yeηi yaqa” ifadəsinə tam başqa prizmadan 

yanaşmaq  lazımdır.  İlk olaraq qorqudşünaslıqdakı fikirləri saf-

çürük edək: O.Ş.Gökyayın fikrincə, həmin yazılış  şəkli geyimin, 

paltarın qolu anlamlı “yeη” sözüdür (İstanbul, 2000, səh.310); 

V.V.Bartold isə sonuncu nümunədəki “yeηi yaqa” ifadəsini belə 

tərcümə edib: “новый  ворот” (yeni yaxa) (göstərilən mənbə: 

səh.86); “KDQ-nin izahlı lüğəti”ndə O.Ş.Gökyayın fikirləri, 

demək olar ki, eynilə təkrarlanıb: “yeη – paltarda qolun ağzı, aşağı 

tərəfi... Güni gəldi, yeη – yaqalar dikdürəyim səninçün...” (Bakı, 

1999, səh. 107). Bəri başdan deyək ki, V.V.Bartoldun tərcüməsi 

(новый ворот – yeni yaxa) mətnin semantik tutumu ilə daha çox 

səsləşir. Belə ki, “dəmir dondan tikiləcək yeni dəmir yaxa” yeni 

döyüşə, qələbəyə işarədir. Bu cəhət Bəkil oğlu Əmranın dilindən 

verilmiş parçada obrazlı şəkildə ifadə olunub: Əmran atası Bəkilə 

görə al ayğırı qan tərləyənə  qədər çapmağa, süngünü düşmən 

köksünə sancmağa, oxu bir igiddən digərinə keçirməyə, başlar 

kəsməyə hazır olduğu kimi, atası  Bəkilə yeni dəmir yaxa tikdir-

məkdə  də israrlıdır: “yeηi yaqalar dikdirəyim səniηçün”. Bütün 

bunlar onu deməyə  əsas verir ki, “yeηi yaqa” birləşməsindəki 

“yeηi” sözü təzə, köhnənin ziddi mənasındadır. Maraqlıdır ki, 

“Kitab”ın dilində “sağır nun”la yazılmış “yeηi” sözü ədəbi dili-

mizdə “yeni” şəklində sabitləşsə də, şivələrimizdə ilkin forma və 

semantikasını eynilə saxlamaqdadır. Məsələn, Azərbaycan dilinin 

qərb  şivələrində: yeηi il=yeni il; yeηi paltar=yeni paltar; yeηi 

söz=yeni söz... 

Cövşən. Fars mənşəli “cövşən” sözü “Kitab”da cəmi bir 

dəfə həm də təhkiyəçi dilində işlənib: “Kim atın binər, kim cövşən 

geyər” (D-142). Zeynalov-Əlizadə  nəşrində “cövşən” sözü belə 

tərcümə edilib: “zirehli paltar” (Bakı, 1988, səh.172). “Cövşən”lə 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

492

 

bağlı verilmiş  bu izah “KDQ-nin izahlı lüğətində, əsasən, eynilə 



saxlanılıb: “cövşən – zirehli geyim, döyüş paltarı” (Bakı, 1999, 

səh.197). Bu izahlar düzgün olsa da, “cövşən”in semantik yükünü 

tam əks etdirmir. Bu mənada “ərəb və fars sözləri lüğəti”nə nəzər 

salaq:“cövşən-qədimdə silahdan mühafizə üçün dəmir halqalardan 

toxunmuş zirehli köynək”

1

.Təsadüfi deyil ki, O.Ş.Gökyay da 



“cövşən”lə bağlı  məhz bu cür şərhlər verib: “...çevşen – halka-

halka demirden olup aralarına  ufak-ufak pullar konur örme zırh, 

zincir ve pul zırh” (İstanbul, 2000, səh.184). Fikrimizcə, “Kitab”ın 

dilindəki “cövşən” sözünün semantikasından bəhs edilərkən məhz 

sonuncu izahlar nəzərə alınmalıdır. 

Dəmir don. Qorqudşünaslıqda zireh, döyüş geyimi anlamlı 

“dəmir don” ifadəsinin “Kitab”da işlənmə məqamları  və semanti-

kası ilə bağlı kifayət qədər söz deyilib. Bu fikirlərə, xüsusən də 

“Kitab” poetik strukturundakı “dəmir don” ifadəsinə istinad 

etməklə bunları söyləmək olar: dəmir don – zireh, döyüş geyimi. 

“Əgni bərk dəmür donum geyərdim” (D-297);  dəmir donlu – 

zirehli, dəmir don geyinmiş, zirehlənmiş. “Nagahandan altmış 

dəmir donlu kafir oğlanın üzərinə gəldilər” (D-264); “Dəmür donlı 

Mamaq” antroponimik modelində “zirehli” anlamlı “dəmür donlı” 

apelyativi igidlik məzmunlu ləqəb kimi işlənib.Burada o da 

vurğulana bilər ki,  “Kitab”dakı “dəmir don” ifadəsi “Koroğlu” 

eposundan daha çox  “dəmir libas” şəklində keçir: “...Dəmir libas, 

polad geyib gəlmişəm//Alma gözlüm, qız birçəklim Qırat, gəl!...” 

Burada bir detal da yada düşür: “Kitab”dakı “dəmir donlu” ifadəsi 

“Koroğlu”da mürəkkəb söz formasında çıxış edir: “Bəylərimizə 

dəmirdonlu deyirlər//Daim içimizdə ərlik işlənir” . 



Geyim. Bu söz “Kitab”da həm paltar, həm də zireh, döyüş 

geyimi mənasında işlənib: paltar mənasında “Gəldi geyəsin gey-

di...Ağır dügün yarağın gördi” (D-89);  zireh, döyüş geyimi məna-

sında. “geyim – keçim”. “Kafəriη çigninə bir qılıc urdı. Geyimini-

                                                            

1

 Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı, 1981, 



səh.264.  

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

493

 

keçimini toğradı...” (D-210). Bu cümlənin ümumi semantik yü-



kündən aydın olur ki, qılıncla doğranan heç də adi paltar deyil, 

məhz dəmir don, dəmir libasdır. Beyrəyin dilindən verilmiş “Hə 

dedigimi yetürüη geyünimlən mənim  şahbaz atımı  gətürüη!” 

cümləsindəki “geyün”, yaxud Bəkilin dilindəki “geyim” (Mərə, 

geyimim gətürüη  oğlum geysün! Al ayğırım gətürüη, oğlum 

binsün!”) sözü də zireh, dəmir don mənasındadır. Maraqlıdır ki, 

bu cür nümunələr Azərbaycan qorqudşünaslığında paltar, Türkiyə 

qorqudşünaslığında isə zireh, döyüş geyimi mənasında  izah 

olunub.  

Yuxarıda qeyd etdiyimiz faktlar (bu sıraya “geyim qılcıdısı 

– geyim > keçim qıcıltısı” ifadəsi də  əlavə edilə bilər), konkret 

desək, “Kitab”ın mətni Türkiyə qorqudşünaslarının haqlı oldu-

ğunu sübut edir. 

Burada onu da bildirək ki, “Kitab”da sinonim qoşa söz 

kimi işlənmiş “geyim-keçim” ismi müasir ədəbi dilimizdə “geyim-

kecim”  şəklində sabitləşib. Geyim-kecim sözünü düzgün olaraq 

sinonim qoşa söz prizmasından təhlil edən K.Bəşirov yazır: 

“Geyim sözünün kökü kimi ayrılan  gey felindən fərqli olaraq, ke-

çim (kecim – Ə.T.) sözündə geyinmək mənası dolayısı ilə ortaya 

çıxır. Belə ki, keçim sözünün kökü olan keç feli üslubi məqam-

larda həm də geyinmək mənasını ifadə edir... Görünür,, geyim-ke-

çim dedikdə həm bədənə geyilən, həm də ayağa və başa keçirilən 

bütün paltar formaları  nəzərdə tutulur. Dialektoloji lüğətdə  

“keçim” çılpaqlıq, yəni  çılpaq olmağın qarşısını alan vasitə kimi 

öz  əksini tapmışdır”

1

. Araşdırmalar göstərir ki, müəllifin ehtimal 



kimi söylədikləri təkcə forma yox, həm də semantika baxımından 

reallığı  əks etdirir. Belə ki, “geyim-kecim” sözündəki  “geyim” 

ismi  “geymək” (geyinmək) felindən yarandığı kimi, “keçim” 

(kecim) ismi də “keçmək” (keçirmək) feli əsasında yaranıb. Digər 

tərəfdən, çoxmənalı “geymək” felinin birinci mənası məhz “keçir-

mək”dir: “əyninə, bədəninə paltar keçirmək”;  “ayaqlarına ayaq-

                                                            

1

 K.Bəşirov. Azərbaycan dilində sinonim qoşa sözlərin izahlı lüğəti. Bakı, 2012. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

494

 

qabı keçirmək”. Feil əsasında yaranmış bu cür vahidlər müasir  



dilimizdə  zəngin məna çalarlarına malikdir. Məsələn, geyim-

kecim: üst-baş, paltar; geyimli-kecimli: gözəl, səliqəli geyinmiş; 

geyindirib-kecindirmək: gözəl geyindirmək, bəzəndirmək... Heç 

şübhəsiz ki, bu zənginlik semantik şaxələnmənin nəticəsidir. 

“Kitab”ın dilində  işlənmiş qalqan, işıq, tuğulğa, dizcik, 

qarucıq, yaqa, cövşən, dəmir don, geyim kimi söz və ifadələr 

düşmən (kafir) zərbəsindən qorunmağı bacaran Oğuzlar barədə 

dolğun informasiya verməklə yanaşı, həm də  qədim türk hərb 

sənətinin zənginliyini nümayiş etdirir. 

 

 



“DƏDƏ QORQUD KİTABI”NDA  

SİLAHA  MÜNASİBƏT, YAXUD TÜRK-OĞUZ 

CƏMİYYƏTİNDƏ SİLAH 

 

Yay çəkmək, ox atmaq, qılınc çalmaq türk ərənlərinin, türk 



igidlərinin peşəsi – birinci dərəcəli vəzifəsi olub: “On altı yaş yaş-

ladıη//Yay çəkmədiη, ox atmadıη//Baş kəsmədiη, qan dökmədiη” 

(“Kitab”); “Tört jasına kelqende//Beline kılış bayladı” (“Orak-Ma-

may” eposu ); “Hunlar at üstündə dördnala çaparkən belə ox ata 

və yay çəkə bilirlər... qoyuna minib siçovullara ox atan hun uşa-

ğını yada salmaq kifayətdir” (Ə.Əsgər, M.Qıpçaq)... Bu cür 

faktları göz önünə gətirəndə türk hayqırtısına, türk cəngavərliyinə 

heyran olmaya bilmirsən.  Əslində, bu,  mümkün də deyil. Çünki 

qədim və  zəngin türk abidələri səni öz ağuşuna alaraq uzaqlara, 

lap uzaqlara aparır, özünü o mühitin, o cəmiyyətin adamları sıra-

sında hiss edirsən. Ən qəribəsi isə budur ki, bu ruh, bu hiss  məhz 

“Kitab”ın Drezden nüsxəsini vərəqləyərkən səninlə birlikdə olur. 

Bu nadir “Əlyazma” sənin  ən yaxın sirdaşına, dostuna çevrilir, 

onunla birgə nəfəs alırsan, birgə düşünürsən... sanki onun naminə  

yaşayırsan,  İ.Y.Kraçkovskinin dili ilə ifadə etsək,  “...əlyazma-

larla tanışlıq da insanın həyatına nəciblik gətirir, onu bəşəriyyətin 

mədəniyyət yolundakı böyük hərəkatın iştirakçısı edir”. Açığını 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

495

 

deyək ki, bizim üçün, həm də ümumən bütün türk xalqları üçün 



“Kitab”ın Drezden nüsxəsi əvəzedilməz bir mənbədir. Ən azı ona 

görə ki, bu möhtəşəm abidəyə söykənməklə  qədim türk tarixinin 

bir sıra gizli məqamlarına işıq salmaq mümkündür... “Kitab” və-

rəqləndikcə qədim türk tarixinin bir parçası göz önündə canlanır: 

türk anadan döyüşçü kimi doğulub, hərb sənətinin sirlərinə at 

belində yiyələnib, yay-oxla, qılıncla, süngü ilə silahlanaraq at 

belində düşmən üzərinə  şahin kimi şığıyıb, dünyanın böyük bir 

hissəsini at belində  qılıncla fəth edib, ilk atlı döyüşçü statusu da 

məhz ona məxsusdur... Amma bu da var ki, türk atı özünə sirdaş, 

qardaş biləndə də, qılıncının itiliyinə güvənəndə də, sağına-soluna 

iki qoşa yay çəkəndə  də “Bu dünyayı  ərənlər  əqllə bulmuşlar” 

(“Kitab”) kimi deyimlərin məna yükünü də unutmayıb... 

“Kitab”ın dilindəki silah adlarına etnolinqvistika, sosio-

linqvistika və psixolinqvistika kontekstində yanaşma qədim türk 

hərb tarixi və etnoqrafiyası ilə bağlı bir sıra qaranlıq məsələlərə də 

işıq sala bilər. Konkret desək: “ilk yay kirişi qurd (canavar) dama-

rından düzəldilib” – qənaəti tutarlı faktlarla qüvvətləndirilə bilər; 

“ox”dan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadənin ilkin  kon-

turları  müəyyənləşər; yay-ox, qılınc, süngü və digər döyüş silah-

larının türkün atributları statusunda çıxış etməsi bir daha, həm də 

əlavə faktlarla təsdiqlənir; qədim döyüş geyimlərinin ümumi mən-

zərəsi konkret faktlarla canlandırıla bilər; düşmən bayrağını  qı-

lınclayaraq yerə salan türk ərənlərinin, eyni zamanda türk qadın-

larının  şücaəti ilə bağlı dolğun təəssürat yaranar; “qurulu yaya 

bəηzər çatma qaşlum”, “buynızı  almas cida kibi”, “qılıcına toğ-

ranmaq”, “oxına sancılmaq” kimi obrazlı ifadələrin silahla yatıb, 

silahla duran, silahına and içən türkün poetik təfəkkürü ilə yoğrul-

ması və bunun “Kitab”a ötürülmə səbəbləri aşkarlanar... Bu məsə-

lələrin hər birini ayrılıqda, həm də aşağıdakı sistem üzrə araşdır-

mağı məqsədəuyğun hesab edirik: 

− silah və döyüş geyimi istehsalı; 

− silahlanma, silahlandırılma, silahla tanınma; 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

496

 

− “ox”dan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadə, ox 



yarışı, ox düşən yerdə gəlin otağı qurma; 

− ovda və döyüşdə silahdan istifadə; 

− silah adları türk poetik təfəkküründə. 

 

 



Silah və döyüş geyimi istehsalı 

 

“Kitab”a bu prizmadan yanaşma heç də təsadüfi deyil. Belə 

ki, “Kitab”ın dilində  işlənmiş bir sıra söz və ifadələrdə silah və 

döyüş geyimlərinin istehsalına açıq şəkildə işarə edilir: “Əgni bək 

dəmür tonuη maηa vergil//Yeηi yaqa dikdirəyim sənüηçün” (D-

245) tipli cümlələrdə “yeni dəmir yaxanın tikdirilməsi” konkret 

olaraq ifadə olunub. Yaxud Beyrəyin dilində  işlənmiş “...əlimdə 

qıl kişlim” ifadəsində yay kirişinin at qılından düzəldilməsi poetik 

şəkildə canlandırılıb. Üçüncü nümunəyə diqqət yetirək: “...Bir 

dəxi urdı, dəvə ayağı üzərində turımadı, yıqıldı. Basub eki yerdən 

boğazladı. Arqasından eki qayış  çıqardı. Təkuruη öginə  bıraqdı. 

Aydır: “Aqınçılarıη tirkəşi bağı, üzəngisi qayışı üzülür,  dikməgə 

gərək olur” (D-189). Bu parçada oxqabı bağının  dəvənin arxa-

sından çıxarılmış qayışla (dar uzun dəri ilə) tikilməsi elə  təsvir 

edilib ki, başqa arqumentlər gətirməyə ehtiyac qalmır. Belə ki, 

mətndə istehsal prosesi bütün çılpaqlığı ilə canlandırılıb. Semantik 

dinamikaya  diqqət yetirək: dəvənin kəsilməsi → arxasından  dar 

uzun dərinin (qayışın) çıxarılması → oxqabı bağının tikilməsi. Bu 

proses bəsit görünsə də, müasir fabriklərdə görülən işlərlə üst-üstə 

düşür. Burada istər-istəməz suallar yaranır: yay-ox, qılınc, süngü 

kimi silahların, eləcə də dəmir don, dəmir yaxa kimi döyüş geyim-

lərinin ilk istehsalçısı hansı xalqdır? Qədim türklər bu müstəvidə 

istehsalçı, yoxsa istehlakçı statusundadır? Bu tip sualların yalnız  

bir cavabı var: təkcə  qədim türklərə yox, eyni zamanda başqa 

xalqlara aid bütün sanballı  mənbələrdə türklər ilk silah və döyüş 

ləvazimatları istehsal edən xalq kimi dəyərləndirilir. Digər tərəf-

dən, qədim türklərin bu üstünlüyü həmin mənbələrə istinadən  


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

497

 

söylənilmiş fikirlərdə xüsusi olaraq qabardılır. Məsələn, “türkütlər 



tarix səhnəsinə  dəmir çıxarıb  əridənlər kimi daxil olmuşlar”, - 

deyən Ə.Rəcəbli yazır: “Altayda aparılmış arxeoloji qazıntılar za-

manı VI-IX əsrlər  türk metallurgiyasına aid edilən  şurf (mədən 

yataqlarını axtarmaq üçün quyu) və mədən quyuları (şaxtanın sadə 

forması) tapılmışdır... Yüksək keyfiyyətli dəmirdən türkütlər bir 

tiyəli bıçaq, kərki, balta, üzəngi, dəhnə (yüyən ağızlığı), qılınc, əy-

ri qılınc, nizə  və ox ucluğu ... düzəldirdilər... türkütlər Mərkəzi 

Asiyada  dəmiri sənaye üsulu ilə çıxaran və emal edən ilk xalq ol-

muşlar...”

1

. Yaxud “bütöv qədim və orta əsrlər boyu silahçılıq 



işində türklərlə müqayisə oluna biləcək xalq tapmaq çətindir”, –  

deyən  Ə.Əsgər göstərir: “Bizim eranın 5-ci əsrində Bizanslı Pri-

koppios türk tayfalarından biri olan sabirlər haqqında belə deyir: 

“Yerin üzərində insanlar yaşayandan bəri nə yunanların və nə də 

iranlıların  başından sabirlərin işlətdiyi silahlar çıxmamışdır...” Si-

lah dəmirdən hazırlanır. Qədim türklərin dəmir istehsalı sahəsində 

qazandığı uğurlara müasir metallurgiya sənayesi qibtə edə bilər... 

Hun dövründən bu tərəfə türk yay-oxları müəyyən təkmilləşməyə 

məruz qalsa da, biri o birinin varisidir. Bu yaylar daha çox sümük-

dən düzəldilirdi. Kirişi isə at qılından hazırlanırdı”

2

. Bu fikirlər 



belə bir həqiqəti söyləməyə imkan yaradır: dəmirdən yaxa tikdirən 

də (Yeηi yaqa dikdirəyim sənüηçün), at qılından yay kirişi düzəlt-

dirən də (...əlümdə  qıl kişlim), dəvə  dərisindən oxqabı bağı ha-

zırladan da ... bunlara sözdən heykəl ucaldan da qədim türkdür. O 

türk ki, həm yaratdığı yay-oxu ilə, qılıncı ilə, həm də “Kitab” kimi 

möhtəşəm abidəsi ilə bütün dünyanı heyrətləndirməyi bacarıb. 

“Kitab”da silah  və döyüş  geyimləri ilə bağlı  işlədilmiş  

söz və ifadələrə mətn daxilində nəzər salaq: 

“yay”la bağlı:  

qurt siηirli qatı yay (kirişi qurd damarından bərk yay). 

“Dərsə xan qurt siηirli qatı yayı əlinə aldı” (V-12); 

                                                            

1

  Ə.Rəcəbli. Ulu tgürklər. Bakı, 2003, səh.136. 



2

  Ə.Əsgər, M.Qıpçaq. Türk savaş sənəti. Bakı, 1996, səh. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

498

 

ağca tozlu qatı yay (ağ ipli bərk yay). “Ağ tozlu qatı yayım 



zari-zari iηlər” (D-248); 

qıl kişli (kirişi at qılından yay). “Yağı yurdu əlümdə  qıl 

kişlim” (D-108); 

təkə buynuzından qatı yay (təkə buynuzundan bərk yay). 

“Ərdil təkə buynuzından qatı yaylı” (D-221); 

dəmür yaylı (dəmir yaylı). “...dəmür yaylı  Qıpçaq Məlikə 

qan qusduran...” (D-60)... 

Bu nümunələrin ümumi semantik tutumu belə bir fikri real-

laşdırır: “yay”ın kiriş bağlanan hissəsi təkə buynuzu və dəmirdən,  

kirişi isə qurd damarı və at qılından düzəldilib. Burada O.Ş.Gök-

yayın bir sıra  mənbələrə, o cümlədən V.V.Radlova istinadən söy-

lədiyi fikirləri xatırlatmaq yerinə düşür: “...Türk yayları ağac, ke-

mik və sinir  olmak üzere üç kat olurdu. Radloff`un dedigine göre 

Solkoy  Teleütlerinin yayları dört kat idi, bir kat boynuz, sonra bir 

kat ağac, bunun üzerine sinirden bir kat daha ve son olarak da 

kayın ağacı kabuğunda bir kat vardı” (İstanbul, 2000, səh.CCC 

LXI). 

ağ yeləklü otkün ox (ağ  lələkli kəskin ox). “Ağ yeləklü 



otkün oxdan qayıqmıyan” (D-184); 

qarğu dillü qaim ox (qarğı dilli bərk ox). “Ol gün qarğu 

dillü qaim oxlar atıldı” (D-132); 

dəmrənlü ox (dəmir ucluqlu ox). “Dəmrənlü oxla atmağa 

qıyamadı” (D-199); 

dəmrənsüz ox (dəmir ucluğu olmayan ox). “Dəmrənsüz 

oxla, yigit, mən səni sınar idim!” (D-100); 

əlüklü oxlu (lələkli oxlu). “Avcına sığmayan  əlüklü oxlı” 

(D-221). 

Qeyd etdiyimiz kimi, bu tip nümunələr “ox” istehsalı ilə 

bağlı dolğun informasiya verir. Konkret desək, bu cür ifadələrin 

ümumi semantik yükündən bir daha aydın olur ki, ilk “ox”un çu-

buq hissəsi qayın ağacı və qarğıdan, ucluğu dəmirdən, arxa hissəsi 

isə quş  lələyindən düzəldilib. Burada “Kitab”ın  dilindəki “ox”la 

bağlı  sözləri geniş şəkildə araşdırmış O.Ş.Gökyayın fikirləri yada 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

499

 

düşür: “Kayın ağacı, güz sonunda, ağaçların böyümesi  durduğu  



bir zamanda, yerden bir arşın yukarıdan kesilir, alt ucundan aşağı-

yukarı bir buçuk arşın uzunluğunda, budaksız parça, destere ile 

biçildikten – sonra, bıçak veya nacakla iki parmak genişliğinde  

çubuklara bölünür ve iki ay kurımaya bırakılır. Çam çeşitlerinden 

ve gürgenden də ok yapılır... yelek, atıldığı  sırada, mivherinden 

şaşarak hedefi aşmaması için okun arkasına takılan tüylerin 

adıdır... Türklər bunun için kuğu, kartal, ak ve benekli güverçin 

tüyleri  kullanırlar” (İstanbul, 2000, səh. CCC LIX). Müəllifin so-

nuncu cümləsindəki “ox lələyi həm də qartal tükündən (lələyin-

dən) düzəldilir” – fikrinə görə “Oğuznamə”- dəki bir deyimdən 

yan keçmək olmur: “Qartala oq toqunmuş, oq yeləgin göricək “ba-

na bəndən oldı” demiş”. Burada təkcə onu qeyd edirik ki, poetik 

siqlətli bu deyimi yalnız “ox”u kəşf etmiş türk yarada bilərdi. 

 “dəmrən”lə bağlı: “Kitab”da  “oxun iti dəmir ucluğu” 

anlamlı “dəmrən” sözündən əvvəl heç bir təyinedici söz işlənməsə 

də, “dəmrən”in məhz dəmirdən düzəldilməsi asanlıqla anlaşılır. 

Bu da təsadüfi deyil. Çünki “dəmrən” “dəmir” sözünün fonetik 

deformasiyaya uğramış variantıdır. A.Məmmədova bu cür sözləri 

tarixi-linqvistik müstəvidə araşdırarkən belə bir açıqlama verir: 

“...dəmrənsüz sözünün kökü ilk baxışda tanınmaz halda, yəni 

şəkilçi ilə qarışaraq ayrılması qeyri-mümkün görünsə  də, bir az 

diqqət yetirsək, sözün kökünün dəmir olduğunu  və düzəltmə sözə 

çevrildiyi zaman “i” saitinin düşdüyünü görə bilərik”

1

. Bu fikirlər 



də yuxarıda dediklərimizin düzgün olduğunu qüvvətləndirir. 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin