ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

Ellipsis. “...bu çoban bizim həpimiz qırar, olamı?” (D-42). 

Bu cümlədəki “həpimiz” sözündən sonra “sapanla” sözünün ellip-

sisə  uğraması açıq-aydın  şəkildə görünür. Bu da təsadüfi deyil. 

Çünki “sapanla” sözünün funksiyası özündən əvvəl işlənmiş cüm-

                                                            

1

 E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.279. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

470

 

lələrdə konkret olaraq ifadə olunub: “Qoyun diməz, keçi diməz, 



sapanıη ayasına qor atar, kafəri yıqar” (D-42). 

“Kitab”ın dilindəki “sapan” sözü Azərbaycan dili şivələ-

rinin, demək olar ki, hamısında ilkin forma və semantikasına uy-

ğun şəkildə  işlənməkdədir. Burada dialektologiyaya dair tədqiqat-

lardan götürdüyümüz iki nümunəni eynilə  təqdim etməyi gərəkli 

hesab edirik: “Sapandıηı maηa ver, kuşu vurom” (Azərbaycan 

dilinin qərb şivələri); “Nizam sapadnan quş vuradu” (Quba şivəsi). 

Yuxarıda qeyd etdik ki, “sapan taşına tutmaq!” ifadəsi  “sapandla 

daş yağdırmaq” mənasındadır. Maraqlıdır ki, “Kitab”ın dilindəki 

bu ifadə Azərbaycan dili şivələrində, xüsusən də qərb şivələrində 

tam sabitləşmiş frazeoloji vahid kimi işlənməkdədir. Məsələn, bir 

adam çox tənqid ediləndə, yaxud ona çoxlu suallar yağdırılanda 

əksər hallarda belə bir cümlə  işlədilir: “Səni sapand daşına tut-

muşdular”. Bu isə onu vurğulamağa  əsas verir ki, “sapan” (sa-

pand) müasir dilimizdə  həm də frazeoloji vahid (sapand daşına 

tutmaq) daxilində mühafizə olunur. Yeri gəlmişkən, “sapand” 

sözü şivələrimizdə təşbehlər daxilində də işlənməkdədir: “sapand 

daşı kimi atmaq”. Vəzifədən çıxarılmış  və ya tutduğu vəzifə-

sindən zorla uzaqlaşdırılmış  şəxslər barədə belə deyilir: sapand 

daşı kimi atdılar; sapand daşı kimi tulladılar; “sapanda  qoyub daş 

kimi atmaq”. Bir sıra hallarda mübahisə edən tərəflərdən biri digə-

rini qıcıqlandırmaq, əsəbiləşdirmək üçün bu cür sözlər işlədir: Sə-

ni sapanda qoyub daş kimi ataram; Səni sapand daşı kimi ataram... 

Bu tipli təşbehlər  şivələrimizin  əksəriyyəti, xüsusən də  qərb  şi-

vələri baxımından səciyyəvidir. Burada o da vurğulana bilər ki, 

“sapand” sözü müasir poeziyamız üçün də xarakterikdir: “ən qor-

xulu  silahımız sapand idi, ağac idi” (Ülvi Bünyadzadə); “Hər sa-

panda daş oldum” (Məhəbbət Nizam)... Bu cür misralarda təkcə 

“sapan” arxaizmi yox,  həm də “Dədə Qorqud”un ruhu yaşayır. 

Cida. “Kitab”ın dilində süngü, nizə anlamlı “cida” sözü  

intensivliyi ilə fərqlənir. Amma bu da var ki, “Kitab”da işlənmiş 

cida, sügü, köndər kimi sözlər semantika baxımından biri digərinə 

çox yaxındır. Burada O.Ş.Gökyayın müxtəlif mənbələrə istinadən 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

471

 

söylədiyi fikirləri xatırlatmaq lazım gəlir: “Cida-gönder-kargı-



sünü (süngü) – Destanlarda geçen bu savaş hepsi de düşmanı 

sançmak içindir. Yapıldıkları nesnelerden, uzunluk ve kısalıkla-

rından dolayı başka başka adlar almışlardır... Cida ucuna sivri bir 

temren geçirilmiş, ağaçtan yapma bir silahtır... Gönder, uzun ve 

kalın bir sırıktır, ucunda sivri bir demir, temren, veya kança var-

dır... Karğı ise, kalın ve boğumlu, boğumlarının arası dolu bir ka-

mış çeşididir. Hafif olduğu için  ucuna madenden bir temren geçi-

rilerek düşmanı sançmak için kullanılır... Süngü, İbn Mühennanın 

söylediği gibi “demir cıda”dır, kısa ve demirden yapılmıştır... 

süngünün de karğının ucuna sivru bir demir, temren takmak 

suretiyle yapıldığı anlaşılmaktatır” (İstanbul, 2000, səh.CCCLXII, 

CCCLXIII).  Bu fikirlərdən  biri ilə - “karğı”nın  ayrıca bir silah 

növü kimi təqdim edilməsi ilə razılaşmaq olmaz. Belə ki, “qarğu” 

cidanın qarğudan (qamışdan) düzəldildiyini işarələndirir (əvvəlki 

səhifələrə bax). Heç şübhəsiz ki, cida, sügü  və köndər sözlərini 

bir başlıq altında təhlilə cəlb etmək   olar. Ancaq  bu tip vahidlərin 

linqvopoetik xüsusiyyətləri  daha aydın görünsün, – deyə onların 

hər birini ayrılıqda nəzərdən keçirməyi məqsədəuyğun hesab 

edirik. Bu mənada “cida”nın “Kitab”dakı mövqeyi və işlənmə mə-

qamları ilə bağlı bunları söyləmək olar: əsasən, sadə söz forma-

sında çıxış edib: cida. “Altun cidasın əlinə aldı” (D-31); süngüsü 

olan və ya əli süngülü anlamlı “cidalu” düzəltmə sifətinin tərkibin-

də kök morfemi kimi işlənib (cəmi bir dəfə): cidalu. “Üç yüz say 

cidalu yigit bunıη  yanına cəm oldı” (D-255); frazeoloji vahid da-

xilində işlənməsinə az təsadüf olunur: cida oynatmaq  (cida oyna-

daraq hünər göstərmə). “Qarğu cida oynadanlar vardı, gəldi//Altun 

cida oynadana, yarəb, noldu?” (D-137). O.Ş.Gökyaya görə “altun 

cida” birləşməsindəki “altun” cidanın parlaqlığını anladır (İstan-

bul, 2000, səh.CCLXXII). Bu fikrin davamı olaraq onu da qeyd 

edək ki, “altun cida” həm də Qazan xanın oğlu Uruzu digər dö-

yüşçülərdən fərqləndirən bir ifadədir. Bu cəhət Burla xatunun 

dilində açıq-aydın  şəkildə görünür. Müqayisə  və qarşılaşdırmalar 

“cida oynatmaq” ifadəsindəki “cida” sözünün ellipsisə uğramasın-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

472

 

dan bəhs etməyə  də imkan verir: “Güni gəldi, qaba qarın –geη 



köksdə oynadam səniη içün!” (D-129). Bu cümlədəki “oynadam” 

sözünün  əvvəlinə “cida” sözü asanlıqla, həm də birbaşa artırıla 

bilir:  cida oynadam.  Bu da təsadüfi deyil. Çünki əvvəl işlənmiş 

cümlədə “cidanın (nizənin) bu gün üçün saxlandığı” ifadə olunur: 

“Ala uran sür cidamı saqlardım bu gün içün” (D-129)... Burada bir 

məqama da münasibət  bildirmək lazım gəlir: “cida” ilə bağlı işlə-

dilmiş “...qaba  qarın-geη köksdə oynadam” cümləsində düşmənin 

(kafirin) dar köksünə cidanı sancaraq irəli-geri fırlatmaq, düşməni  

əzabla öldürmək mənası ifadə olunur ki, bu da “cida oynatmaq” 

ifadəsini frazem yox, frazemə qədərki sərbəst birləşmə kimi təhlil 

etməyə imkan verir. “Cida oynatmaq” ifadəsinə “Koroğlu” epo-

sunda da rast gəlinir: “Koroğlu  əmud vurur, cida oynadır,  şeşpər 

atırdı”. Buradakı “cida oynatmaq” ifadəsi də  həqiqi mənadadır. 

“Cida” sözü təşbehlərin tərkibində  əsas tərəflərdən biri kimi işlə-

nib: buğanın buynuzu cidaya bənzədilib: “Buğanıη  zəncirin aldı-

lar, salı verdilər. Buynızı almas cida kibi Qanturalınıη üzərinə sür-

di” (D-182); cida ulduza bənzədilib: “İldız kibi parlayıb gələn ka-

fəriη cidasıdır” (D-128)... 

“Cida” sözü təyini söz birləşmələri tərkibində  əsas tərəf 

kimi çıxış edir: 

− altun cida (qızıl nizə). “Altun cida oynadana, yarəb, 

noldı?” (D-137); 

− qarğu cida (qarğı nizə). “Qarğu cida oynadanlar vardı, 

gəldi” (D-137); 

− güdəlmiş cida (kütləşmiş nizə). “...güdəlmiş cidaηla 

ardına düşəsən” (D-141); 

− ala uran sur cida – uzaq vuran sur (sırıq) cida. “Ala uran 

sur cidamı saqlardım bu gün içün” (D-129)... 

Təqdim etdiyimiz birləşmələr “cida” (bir silah növü kimi) 

barədə müəyyən  təəssürat yaratmaq gücündədir. 

“Kitab”da üstün mövqedə görünən “cida” sözünə Orxon-

Yenisey abidələrində, eləcə də M.Kaşğarinin “Divan”ında rast gə-

linmir. Bəlkə, elə buna görə də “cida” sözünün mənşəyi ilə bağlı 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

473

 

fikir müxtəlifliyinə rast gəlinir. Konkret desək, daha çox monqol, 



bəzən isə fars mənşəli hesab olunur. Bu istiqamətdə ciddi araş-

dırmalar aparmış Ə.Cəfəroğlunun bir fikrinə diqqət yetirək: “Cida 

sözünün mənşəyinə  gəldikdə isə bizcə, onun kökü monqolcadır. 

…  Əski, yəni monqollardan daha əvvəlki türk mətnlərində izinə 

təsadüf etmədiyimiz bu kəlməni ilk dəfə  İlhanilər dövrünün ərəb 

filoloqlarından ibn Mühənnanın lüğətində cida şəklində tapırıq. 

Kovalevski monqolca üçün djida  və Scimdt jida qeydə almışdır 

ki, bu da ibn Mühənna lüğətində təsadüf etdiyimiz cidadan başqa 

bir şey deyildir.  Buna əsaslanaraq, cida kəlməsinin hələ İlhanilər 

zamanında digər əsgəri istilahlarla bərabər Azəri ləhcəsinə (Azər-

baycan dilinə - Ə.T.) daxil olduğunu və özünün əski  şəklini qo-

ruyub saxladığını söyləmək mümkündür. Diqqətçəkici haldır ki, 

bu kəlmə Osmanlı türkcəsində özünə yer tapa bilməmişdir”

1

. Bu 



fikirlərin davamı olaraq qeyd edək ki, Ə.Abdullayev də cida 

sözünü məhz monqol mənşəli hesab edir:  “monqolca: jad; rusca: 

копье; Azərbaycanca: cida”

2

. Bu faktlar “cida”nın monqol mənşə-



li olduğunu  əsaslandırır. Bu mənada “Kitab”dakı “cida”nı fars 

mənşəli söz kimi təqdim etmiş  S.Mehdiyevaya haqq qazandırmaq 

olmaz (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”. Bakı, 1999, 

səh.197). Ə.Cəfəroğlunun “bu kəlmə (cida – Ə.T.) Osmanlı türk-

cəsində özünə yer tapa bilməmişdir” – hökmü isə başqa bir  fikri 

söyləməyə imkan yaradır: “cida” sözü müasir  Azərbaycan  dilin-

də  intensivliyini itirsə də, deyimlər daxilində mühafizə olunmaq-

dadır: “cidanın ucu çuvaldan çıxır” (“gizli bir şey qalmadı” mə-

nasında),  “cidanı çuvalda gizlətmək olmaz” (əsasən, baş vermiş 

hadisəni bilənlərin sayı çox olduqda işlədilir: baş vermiş hadisəni 

bilənlərin sayı çoxdur → cida çuvaldan uzundur → “cidanı çuval-

da gizlətmək olmaz”). Bu fakt da “Dədə Qorqud kitabı”  məhz 

Azərbaycan dilində yazılıb” – hökmünü qüvvətləndirir. Başqa bir 

fakta diqqət yetirək: “Oğuznamə”də “sünü çuvala sığmaz” (süngü 

                                                            

1

 Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. Bakı, 2008, səh.262. 



2

  Ə.Abdullayev. Azərbaycan dili məsələləri. Bakı, 1992, səh.312. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

474

 

çuvala sığmaz) deyiminə rast gəlinir ki, bu da yuxarıda  təqdim 



etdiyimiz “cidanın ucu çuvaldan çıxır”, “cidanı çuvalda gizlət-

mək olmaz” kimi  deyimlərlə eyni semantik yuvaya daxil olur, biri 

digərinin sinonimi kimi çıxış edir. Bu cəhət, heç şübhəsiz ki, 

monqol mənşəli “cida” ilə türk mənşəli “sünü” (süngü) sözlərinin 

sinonimliyi ilə bağlıdır. 

Sügü. Bu söz Orxon-Yenisey abidələrində “suηüg”, 

M.Kaşğarinin “Divan”ında isə “sünqü” şəklində işlənib: “Kalkan, 

sünqün çumşalım” (qalxanla, süngü ilə vuruşaq) (I cild, səh.432, 

433).“Kitab”dakı yazılış şəkilləri isə belə oxunub: sünü (O.Ş.Gök-

yay), süηü (M.Ergin), sügü (Zeynalov-Əlizadə)... Bu oxunuş  for-

malarından “sügü”nü şərti olaraq qəbul edirik (çünki “süηü” for-

ması da götürülə bilər). “Kitab”ın dilindəki silah adları  sırasında 

“sügü” sözünün “qılıc”dan sonra verilməsinə təsadüf olunur ki, bu 

da diqqətçəkən məqamlardandır: “Qılıc və  sügü və çomaq və sair 

cəng alətin geydirüb tonatdılar” (D-285). Bu detal, yəni “qılıc” 

sözündən sonra “sügü”nün işlədilməsi süngünün türk hərb 

tarixində bir silah növü kimi xüsusi yeri olduğunu qabarıq şəkildə 

göstərir. 

Birləşmə daxilində “”sügü”dən əvvəl işlədilmiş sözlər sün-

günün səciyyəvi cəhətləri, xüsusən də onun nədən düzəldilməsi 

barədə dolğun informasiya verir: 

qarğu talı sügü (qarğı budağından süngü). “Qarğu talı 

sügüηü maηa vergil” (D-245); 

qarğu dillü uz sügü (qarğı dilli iti süngü). “Qarğu dillü uz 

sügimi qapdım..,” (D-207); 

qarğu talı altmış tutam sügü (qarğı budağından altmış 

tutam süngü). “Qarğu talı altmış tutam sügümi əlümə alurdım” 

(D-297). 

Bu nümunələrdə süngünün qarğıdan düzəldilməsi aydın 

şəkildə görünür: qarğıya iti dəmir ucluğun keçirilməsi = süngü. 

“Kitab”ın dilində “sügü” sözü daha çox I növ təyini söz 

birləşməsinin daxilində  işlənib (yuxarıdakı nümunələrə bax). 

Bəzən isə qeyri-müəyyən təyini birləşmə daxilində  çıxış edib: 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

475

 

sügüsü sınıq oğlan (süngüsü sınq oğlan). “Əlindəki sügüsü sınıq 



oğlan!”. Heç şübhəsiz ki, kafirlərin dilində müşahidə olunan  bu 

cür ifadələr qəhrəmanın gücünü azaltmaq, onu aşağılamaq üçün 

işlədilib. 

“Kitab”da  məişətlə bağlı “şiş”, “kabab şişi” anlamlı “sügi-

lik” sözünün işlənməsinə də təsadüf olunur: sügilik. “Sügiligi oca-

ğa bıraqdılar, qızdı” (D-226). Bu tip nümunələrdəki “sügilik” sö-

zünün kök morfemi “sügü” ilə eyni fonetik-semantik şaxədə birlə-

şir. Bu mənada “sügilik” sözünün “süngü” şəklində sadələşdiril-

məsini düzgün hesab etmək olar: “Süngünü ocağa saldılar, qızar-

dı” (Zeynalov-Əlizadə nəşri. Bakı, 1988, səh.226).  Yekun olaraq 

qeyd edək ki, müasir ədəbi dilimizdə “süngü” sözü ilkin forma və 

semantikasına uyğun işlənir: süngü – tüfəngin ucuna taxılan kiçik 

qılınc biçimində dəlici silah; süngülü – süngü taxılmış...; “Süngü-

lər açmayan yolu açdın//Qələmindən cavahirat saçdın” (A.Səh-

hət)... 

Köndər. Statistik hesablamalar göstərir ki, “Kitab”ın dilin-

də “nizə” anlamlı “köndər” sözü doqquz dəfə  işlənib: “köndər” 

(bir dəfə). “Aruza bir köndər urdı” (D-302); altmış tutam köndər 

(iki dəfə). “Altmış tutam köndəriηi nə ögərsən, mırdar kafər” (D-

41); ala köndər (iki dəfə). “Dürtüşərkən ala köndəriη ufanmasun!” 

(D-35); ala-ala köndər (bir dəfə). “Ala-ala köndərlər süsəldi” (D-

63); altmış tutam ala köndər (üç dəfə). “Altmış tutam ala köndərin 

qısdı, Aruza bir köndər urdı” (D-302). Qorqudşünaslıqda “köndər” 

və onun  təyinedicisi kimi işlənmiş sözlərin məna yükü, əsasən, 

belə izah olunur: köndər (nizə), ala (iri, böyük), ala-ala (lap bö-

yük), altmış tutam (altmış əl tutacağı ölçüdə uzunluğu olan). Bu-

rada diqqətçəkən detallardan biri də budur ki, “altmış tutam ala 

köndər” ifadəsi həm də Dəli Dondarın bədii təyini daxilində işlə-

nib: “...altmış tutam ala köndəriniη ucında ər bögürdən Qıyan Səl-

cük oğlı  Dəlü Donda çapar yetdi...” (D-60). “Kitab”dakı bu cür 

nümunələr qəhrəman silahı ilə tanınır, silahı ilə  fəxr edir – 

tezisinin düzgün olduğunu qüvvətləndirir. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

476

 

S.Əlizadə  nəşrində (Bakı, 1999) “köndər” sözü “göndər” 



şəklində təqdim olunub. Bu mənada “göndər” sözünü omonim və 

çoxmənalı sözlər başlığı altında şərh etmiş A.Məmmədovaya haqq 

qazandırmaq olar: “I göndər (nizə, mizraq), II göndər (göndərmək, 

yollamaq)”

1

.  


Gürz. Qorqudşünaslıqda “gürz”ün məna yükü, əsasən, belə 

göstərilir: ağır çəkili silah; baş tərəfi enli, ağır dəyənək; dəmirdən 

bir çomaq; topuz... Drezden nüsxəsində həm “güz”, həm də “gürz” 

şəklində    işlənib: “Altı  bərli güz ilə  dəpəsinə qatı tuta urdı” (D-

64);  “...bu güzi maηa veriη!” (D-72). Birinci  nümunədəki “güz” 

sözü Vatikan nüsxəsində “gürz” şəklindədir (S.Əlizadə. Bakı, 

2000, səh.52). Bu mənada “gürz” oxunuş forması  məqbuldur, 

daha doğrusu, təhlil prosesində məhz “gürz” formasından istifadə 

olunmalıdır. “Kitab”da “gürz”sözünün işlənmə  məqamları ilə 

bağlı aşağıdakıları söyləmək olar: 

− özündən əvvəl  heç bir təyinedici sözün iştirakı olmadan 

işlənmə: gürz. “...gürzi maηa veriη!” (D-72); 

− özündən əvvəl müxtəlif mənalı təyinedici sözlərin iştirakı 

ilə, daha dəqiqi, təyini söz birləşmələri tərkibində əsas tərəf kimi 

işlənmə: altı bərli gürz (altı pərli gürz). “Altı bərli gürz ilə dəpəsi-

nə qatı tuta urdı” (D-064); altmış batman gürz (altmış batmanlıq 

gürz)... Ol altmış batman gürzlə Qazılıq qocaya dəpərə tutub 

çaldı” (D-203)... Bu tip  nümunələrdəki “batman” sözü ilə bağlı 

müxtəlif fikirlər var: bir batman = 60 kr; bir batman = 65, 556 kq.; 

− “gürz” sözü cümlənin semantikasını reallaşdıran ən əsas 

detallardan biri kimi çıxış edir: “Qanturalı gürzin gögə atar, enüb 

yerə düşmədin qarvar – tutar” (D-177). Bu,  o deməkdir ki, Oğuz 

igidinin qəhrəmanlığı  həm də “gürz tutma” jestinin ifadəsi kon-

tekstində canlandırılıb. 

− gürz salmaq. “Altmış batman gürz salardı” (D-203). Qor-

qudşünaslıqda “gürz salmaq” ifadəsinin məna yükü dəqiqləşdiril-

məyib. Konkret desək: O.Ç.Gökyay tərtib   etdiyi lüğətdə “gürz 

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.108. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

477

 

sallamaq” (əslində, gürz salmaq) ifadəsinin qarşısında heç nə yaz-



mayıb (İstanbul, 2000, səh.217); Zeynalov-Əlizadə nəşrində “gürz 

salmaq” ifadəsi “gürz atmaq” şəklində sadələşdirilib: “Altmış 

batmanlıq gürz atardı” (Bakı, 1988, səh.192); “KDQ-nin izahlı 

lüğəti”nə “gürz salmaq” ifadəsi daxil edilməyib (Bakı, 1999, 

səh.150); V.V.Bartold “gürz salmaq” ifadəsindəki “salmaq” felini 

«потрясал” (silkələmək, titrətmək, sarsıtmaq)  şəklində  tərcümə 

edib (göstərilən mənbə: səh. 73)... Bu fikirlərin saf-çürük edilməsi 

bunları söyləməyə imkan  verir: V.V.Bartoldun tərcüməsi mətnin 

semantik yükünə uyğun gəlmir; Zeynalov-Əlizadə  nəşrindəki sa-

dələşdirmə  mətnə tam yapışıqlı görünmür. Türk dilləri, o cümlə-

dən Azərbaycan dilindəki çoxmənalı “salmaq” felinə tarixi-linq-

vistik prizmadan yanaşdıqda “gürz salmaq” ifadəsi “Kitab”ın di-

lində “gürz endirmək” mənasında işlənib – qənaətinə  gəlmək 

mümkündür. Bu qənaətin düzgünlüyünü belə arqumentləşdirmək 

olar: birincisi, “Kitab”ın dilindəki “sal qılıcın” ifadəsi “qılıncını 

endir” mənasında başa düşüldüyü kimi, “gürz salardı” ifadəsi də 

“gürz endirərdi” mənasında anlaşılır. Yeri gəlmişkən,  Ə.Sadıqov 

“sal qılıcın”  ifadəsini həm də “qılınc endirmək “ mənasında izah 

edib (KDQ-nin izahlı lüğəti. Bakı, 1999, səh.150); ikincisi, “Ki-

tab”ın dilində “gürz” ismi ilə “enmək” felinin sintaktik-semantik 

bağlılığını  əks  etdirən cümlə modellərinə rast gəlinir. Məsələn, 

“Qanturalı gürzin gögə atar, enüb yerə düşmədin qarvar tutar” (D-

177). Bu cümlədə “gürz” və “enmək” sözlərinin assosiativliyi 

aydın şəkildə görünür; üçüncüsü, müasir dilimizdəki “gürz endir-

mək” ifadəsini də  təsadüfi hesab etmək olmaz: “Qollarını  çırma-

yıb, gürz endirir zindana” (Ə.Cəmil); dördüncüsü, “Azərbaycan 

dilinin izahlı lüğəti”ndə “endirmək” çoxmənalı felinin birinci 

mənası kimi məhz “aşağı salmaq” ifadəsi göstərilir (II cild, Bakı, 

1980, səh.206). Müq.et: salmaq – endirmək; gürz salmaq – gürz 

endirmək... 

“Kitab”dakı “gürz” sözü sonrakı dövr abidələrimizdə  də 

müşahidə olunur:  

M.Füzulinin “Leyli və Məcnun” poemasında: 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

478

 

Gürz ilə olurdu xurd hər su, 

Cövşənlərü üstüxani – pəhlu. 

“Koroğlu” eposunda: 

“Dəmirçioğlu getdi, qılınc, qalxan, cida, gürz, toppuz 

götürdü, Koroğlunun yanına qayıtdı”... 

Nəhayət, onu da qeyd edək ki,  “gürz” sözü müasir ədəbi 

dilimizdə “ağır, iri çəkic” mənasında işlənir: zindana gürz endir-

mək... 

Çomaq. Bir  silah növü kimi “çomaq”la bağlı müxtəlif 

izahlara rast gəlinir: dəyənək, toppuz,  toxmaq... (O.Ş.Gökyay), 

başı iri və yumru ağac (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”. 

Bakı, 1999, səh.194). Burada  bir məqam yada düşür: “Kitab”da 

cəmi bir dəfə Qaraca çobanın dilində işlənmiş “dəgənək” (Qızılcıq 

dəgənəgimcə  gəlməz maηa!) “çomaq”  sözünün sinonimi kimi 

çıxış edir. Təsadüfi deyil ki, bir sıra lüğətlərdə  də bu sözlər, 

əsasən, biri digərinin sinonimi kimi verilir. Məsələn, “KDQ-nin 

izahlı lüğəti”ndə: “dəgənək = başı toppuz çomaq”; “çomaq = başı 

iri və yumru ağac” (Bakı, 1999, səh.72, 194)... “Çomaq”la bağlı 

digər cəhətləri belə ümumiləşdirmək olar:  birinci növ təyini söz 

birləşməsinin  əsas tərəfi kimi çıxış edir: qaba çomaq (iri çomaq, 

iri toppuz). “Güni gəldi, qaba çomaq altında yoğradım səniη içün 

(D-129); iri çomaqla döyüş zamanı başa geyinilən parlaq zirehin 

əzdirilməsinə  işarə edilir: “Başımda qunt işıqlar saqlardım 

səniηçün// Güni gəldi, qaba çomaq altında yoğradım səniη içün” 

(D-129); qəhrəmanın igidliyi məhz “çomaq” kontekstində canlan-

dırılır: “Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg” (D-4); xə-

rac kimi göndərilmiş əşyalar sırasında “çomaq” da var: “Toquz tü-

mən Gürcüstanıη  xəracı  gəldi; bir at, bir qılıc, bir çomaq gətür-

dilər” (D-235). Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, bu cür 

nümunələr əşyavi yazının tarixini öyrənmək baxımından əhəmiy-

yətlidir; döyüş silahlarının adları sırasında “çomaq” sözünə də rast 

gəlinir: “Qılıc və sügü və çomaq və sair cəng alətin geydirib tonat-

dılar” (D-285). Fikrimizcə, “çomaq” sözünün məhz “qılıc” və “sü-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

479

 

gü”dən sonra verilməsi çomağın heç də adi silahlardan biri ol-



madığını sübut edir; “çomaq” bir silah kimi “gürz”ə bərabər hesab 

oluna bilər. Bu cəhətə  Qazanla Beyrəyin qarşılaşmasını  əks etdi-

rən parça kontekstində diqqət yetirək:  “Beyrək: “Mərə kafər, necə 

onı-bunı sorarsan maηa?” – dedi. Qazanıη üzərinə at saldı. Pərlü 

gürzini  əlinə alub  Qazanı çaldı. Qazan kəndüyi bildirmədi, qar-

vadı Beyrəgi biləgindən tutdı-tartdı, çomağını əlindən aldı. Beyrə-

giη ənsəsinə bir çomaq urdı” (D-121). Yuxarıdakı tezisi dəqiqləş-

dirsək, belə bir nəticə alınar: çomaq gürzdən üstündür. Amma belə 

bir  nəticəni eynilə  qəbul etmək olmaz:  birincisi, ona  görə ki,  

təqdim etdiyimiz parçada silahın yox, qəhrəmanın gücü qabardılır.  

Bu mənada “Kitab”ın “müqəddimə” hissəsində verilmiş “çala 

bilən yigidə oqla qılıcdan bir çomaq yeg” deyimi sanki yuxarıda 

təqdim etdiyimiz tipli parçalardan süzülüb gəlib, onların məntiqi 

nəticəsi kimi çıxış edir; ikincisi, “çomaq”la “gürz” bir-birindən 

kəskin  şəkildə  fərqlənməyən silahlardır. O.Ş.Gökyayın mülahi-

zələri də dediklərimizi qüvvətləndirir: “Gürz ilə çomak arasında, 

savaş silahı olmak bakımından bir ayrım yoktur. Ancak çomak, 

benim bildiqime göre, madenden degildir. Kökü ilə birlikte 

çıkarılan ağacların kökleri yontularak gürzdə olduğu gibi bir topuz 

haline konur” (İstanbul, 2000, səh.CCCLXIV); çomağın səciyyəvi  

cəhətləri daha çox  “qaba çomaq” deyil, “altı  pərlü çomaq” 

(altıkünclü iri, həm də  ağır çomaq; toppuz  birləşməsində ifadə 

edilir: “...Dölək Uran altı pərlü çomağilə at dəpüb, gəlüb yuqarı-

dan aşağa kafəri qatı urdı, alımadı” (D-209)... Bütün bunlar “ço-

maq” sözünün “Kitab”dakı leksik-semantik və üslubi-linqvistik 

xüsusiyyətləri ilə yanaşı, türk hərb tarixindəki yeri barədə  də 

müəyyən təəssürat yaradır. 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin