Ekoloji LÜĞƏt a



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə45/60
tarix23.02.2017
ölçüsü3,98 Mb.
#9384
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

RELİKT FAUNA –  əlverişli yaşama  şəraitində (refiqiumlarda) 

qalan keçmiş fauna. 



RELİKT FLORA – əlverişli şəraitlərdə fraqmentlər şəklində qalan 

qədim flora növlərinin məcmusu. 



RELİKT GÖL – keçmiş dənizlərin qalığı – (məs., Xəzər gölü). 

RELİKT TORPAQLAR – mənşəcə müasir fiziki-coğrafi  şəraitdə 

deyil, qədim torpaqəmələgəlmə prosesində törəmiş  və dövrümüzədək 

qalan torpaqlar. Dəmirli-manqanlı konqresiyaların olması, fitosenozların 

müasir məhsuldarlığının humus ehtiyatı ilə uyğunsuzluğu, müasir torpaq 

prosesləri ilə humusun fraksion tərkibinin uyğun gəlməməsi və s. relikt 

əlamətlərdir. Azərbaycan Respublikasında R.t-a Kür-Araz və Lənkəran 

ovalıqlarında təsadüf edilir. 

RELİKTLƏR – relikt bitki və heyvanlar – keçmiş geoloji dövrlərin 

müasir biosenozun tərkibinə daxil olan bitki və heyvan növləri, kiçik və 

geniş ərazini tuta bilər. Üçüncü dövr, pleystosen, postpleytosen reliktləri 

ayırırlar. Azərbaycan Respublikasında (əsasən Talış zonasında), 

yalanqoz,  şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat ağacı, 

bigəvər kolu, şümşəd kolu üçüncü dövr R.-idir. 



RELYEF (fr. relief – qabarıqlıq) – Yer səthinin bütün alçaq hündür 

formalarının məcmusu. R. formaları müsbət, yəni qabarıq, nisbətən 

hündür (məs. ayrı-ayrı  təpələr, tirələr, dağlar) və  mənfi, yəni batıq, 

nisbətən alçaq (məs. qapalı çökəklik, uzunsov çay dərələri və s.) ola 

bilər. Formalarının iriliyindən asılı olaraq yer qabığının R.-ini dörd 

qrupa bölürlər: meqarelyef, makrorelyef, mezorelyef və mikrorelyef. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

376 


 

Yer qabığının  ən böyük qabarıq və batıq formaları, yəni materik 

massivləri və okean çökəklikləri meqaformaları: sıra dağlar, dağlararası 

çökəkliklər və okeanların dərin çuxurları makroformaları; alçaq-

hündürlüyü bir neçə metrdən artıq olmayan formalar isə mikroformaları 

əmələ gətirir. R. müxtəlif endogen və ekzogen qüvvələrinin yer qabığına 

birlikdə  təsiri nəticəsində  əmələ  gəlir. Endogen qüvvələr yer səthində 

böyük müsbət və mənfi formalar yaradır. Ekzogen qüvvələr (yəni axar 

sular, külək, hərəkət edən buzlar və s.) süxurları dağıdaraq, onları alçaq 

yerlərə yayır, yer səthini bir səviyyəyə salmağa çalışır. 

Antropogen və biogen R. formaları da ayırırlar. 

RELYEFİN EOL FORMALARI (yun. külək allahı Eolun 

adından) – küləyin dağıdıcı  və ya akkumlyativ fəaliyyəti nəticəsində 

əmələ  gələn müxtəlif relyef formaları. Bu formalar eol sütunlardan, 

barxanlardan, dyunlardan, qum təpələrindən, qum tirələrindən və s.-dən 

ibarətdir. R.e.f. əsasən arid iqlim şəraitində, yəni səhralarda əmələ gəlir. 



RELYEFİN YARUSLUĞU    Yüksəkliyə qalxdıqca relyef tipinin 

ardıcıl dəyişməsi.  İqlim zonallığı  (şaquli R.y.) və ya dağın inkişaf 

tarixilə əlaqədardır. 

REMONTANT BİTKİLƏR – ildə bir neçə dəfə çiçəkləyib meyvə 

verən (bəzi qızılgül sortları, sitruslar və s.) bitkilər. 



REOBENTOS  (yun. rheos - axın) – çay bentosu. 

REOFİLLƏR, POTAMOFİLLƏR, POTAMOBİONTLAR  – 

güclü axan çayları üstün tutan orqanizmlər. 



REOFİTLƏR  – güclü axan çayların və  dənizlərin dalğadöyən 

zolağını üstün tutan bitkilər (məs., litoderma, su mamırı). Adətən 

lentvarı formada və ya kolcuqların dibinə möhkəm yapışmış halda olur. 

REPELLENTLƏR, ANTİFİDANTLAR  (lat. repelles – özündən 

qovan)  – bitki ilə qidalanan zərərli cücüləri qorxutmaq üçün işlədilən 

qorxulu kimyəvi preparatlar. R.-dan meşə  və meyvə bağlarını 

gəmiricilərdən, dovşanlardan və s.-dən qorumaq üçün istifadə olunur. 

REPRODUKSİYA  (re... və lat. produco – istehsal edirəm)  – 

Orqanizmin özü kimi orqanizmlər yaratması; heyvanlarda doğum, 

bitkilərdə isə spor və toxum məhsuldarlığı ayırırlar. Reproduksiyanın 

sürəti növün biotik potensialından asılıdır. O, vahid zamanda (

Δt) yeni 

əmələ gələn (meydana gələn) fərdlərin sayı ilə (

ΔN) ölçülür. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

377 


 

RESURS ÜSTÜNDƏ  RƏQABƏT  – iki populyasiya arasında 

rəqabət, bu zaman onların biri qida resursunun çatışmazlığı  şəraitində 

qida uğrunda digərinə əlverişsiz təsir göstərir. 

RESURSŞÜNASLIQ (frans. Resourse – köməkçi vasitə) – inteqral 

resursları  və onları  təşkil edən təbii resurların ayrı-ayrı növlərini 

öyrənən kompleks elmi fənn. 

RETROQRESSİYA  (lat. retro – geri və gressio - hərəkət)  – təbii 

və ya antropogen faktorların təsiri ilə biosenozun tədrici parçalanması 

(dağılması) ilə əlaqədar dəyişməsi prosesi. 

REUTİLİZASİYA (re... və frans. Utilistion – istifadə etmək) – 1) 

bir təsərrüfat sahəsinin tullantılarının digər sahələrdə əsas məhsul kimi 

işlədilməsi; 2) istifadə olunmuş məhsulu yenidən işləmək yolu ilə həmin 

məhsul növünü və ya ona yaxın məhsulu  əldə etmək (məs., metal 

qırıntılarından yenidən metal almaq). 

REZERVATLAR  – Mühafizə olunan ərazilərin (təbiət abidələri, 

yasaqlıq və qoruqlar) ümumi adı. 



REZİSTENTLİK, MÜQAVİMƏTLİK  (lat. resistentia) – 

müqavimət göstərmək  – orqanizmin (populyasiya, biosenoz) müxtəlif 

faktorların (məs., zəhər, çirkləndirici, parazit, xəstəlik) təsirinə qarşı 

davamlığı. 



RƏQABƏT (biologiyada) – yarış, eyni və ya müxtəlif növdən olan 

orqanizmlər arasında qarşılıqlı münasibət; bu zaman onlar eyni yaşayış 

vasitəsi və çoxalma şəraiti üçün yarışırlar. R. qrupdaxili və qruparası 

olur. Qrupdaxili R. populyasiya fərdlərinin arasında özünün və nəslinin 

həyatını qorumaq uğrunda gedir. Qruparası R. populyasiyalar arasında 

gedir və bir populyasiyanın digərini sıxışdırıb çıxarmasilə  nəticələnir. 

Növarası R. ən yaxın növlər arasında daha kəskin müşahidə olunur: bir 

növ üçün şəraitin əlverişli tərəfə dəyişməsi zamanı R. onun başqa növü 

sıxışdırıb aradan çıxarmasına səbəb olur. 

RƏQİBLƏR (KONKURENTLƏR), KOMPETİTORLAR  – bir-

birilə  və ya yad növlərlə (fərdlərlə) rəqib münasibətdə yaşayan növlər, 

bitki, heyvan, və mikroorqanizmlərin ayrı-ayrı fərdləri. 

RƏNGLİ AEROFOTOŞƏKİLÇƏKMƏ  – yer səthi landşaftının 

(və ya digər obyektlərin) havadan təbii rənglərə  şəklinin çəkilməsi: 

spektrin göy, yaşıl və  qırmızı hissəsində çox qatlı plenka  üzərinə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

378 


 

elektromaqnit dalğalarının qeyd edilməsi. Daha çox informasiya almaq 

üçündür və deşifrlənməni asanlaşdırır. 

RİPAL ORQANİZMLƏR (lat. ripa – çayın sahili) – çayların sahil 

zonasında məskunlaşan orqanizmlər (qamış, bentos yosunları, bir çox 

malyusklar, xərçəngkimilər, bir çox həşəratların sürfələri və s.). 

RİTROBİOLOGİYA  (lat. rhytos - axan)  –limnologiyanın, 

patomologiyanın bölməsi: xırda çayların mülayim sürətlə axan dağ 

çaylarının həyatını tədqiq etməklə məşğuldur. 

RİZOBENTOS  (yun. rhiza – kök və bentos) – rizoidlərdə 

(yosunların kökşəkilli törəmələri) yaşayan su orqanizmləri qrupu. 



RİZOBİONT  – bitki və göbələklərin kökətrafı hissəsində yaşayan 

orqanizmlər. 



RİZOİDLƏR – kök sistemi inkişaf etməmiş bitkilərdə sap və ya lif 

şəklində kökformalı əmələgəlmələr (törəmələr). 



RİZOSFER  – bilavasitə bitki köklərinə yapışmış  və yüksək 

miqdarda mikroorqanizmlərə malik olan qatı (2-3 mm). Rizosferin 

mikroflorasının tərkibi torpaq tipindən, bitkinin növü və yaşından 

asılıdır. Rizosferin mikroorqanizmlərinin təsiri çoxtərəflidir: onlar 

torpaqda bitki tərəfindən çətin mənimsənilən birləşmələri asan 

mənimsənilən hala çevirir, bioloji aktiv maddələri sintez edir, bitkilərlə 

simbioza girir, toksinlər ayırır, denitrifikasiyada iştirak edir və s. 

RODENTİSİDLƏR  (lat. rodens - gəmirici)  – gəmiriciləri (siçan, 

siçovul) məhv etmək üçün işlədilən pestisidlər (xloropikrin, sink-fosfat, 

strixin, kükürd anhidridi və s.). 

RODOLOGİYA – botanikanın gülləri öyrənən bölməsi. 

RUDEFİTLƏR – Alaq otları. 

RUDERAL ORQANİZMLƏR  – Çınqıl, tikinti tullantıları, 

çəpərlərin, yolların kənarlarında bitən bitkilər. Ruderal bitkilərə 

dəlibəng, batbat, gicitkən, ağ  pıtraq, pıtraq və s. daxildir. Ruderal 

bitkilərin insandan və heyvandan qorunması üçün uyğunlaşmalara 

(zəhərli maddələr, tikanlar, dalayıcı tüklər və s.) malikdir, segetal 

bitkilərlə birlikdə alaq bitkiləri qrupunu təşkil edir. Bir sıra ruderal 

cücülər də məlumdur. 

RUDİMENTLƏR  (lat. rudimentum – rüşeym) – təkamül 

prosesində əhəmiyyətini itirmiş, məhv olma dərəcəsindəki orqanlar. 



RÜTUBƏT – fiziki cisimlərdə suyun miqdarı. R. atmosferdəki nisbi 

R.-dən, maddələrin təbiətindən və  məsaməlilik dərəcəsindən, bərk 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

379 


 

cisimlərin daxili və xarici ölçülərindən asılıdır. R. adətən faizlə ifadə 

olunur. R. maddənin quru hissəsinin vahid həcminə düşən suyun 

miqdarı (mütləq R.) ilə də xarakterizə edilir. 



RÜTUBƏT DÖVRANI – atmosferlə Yer səthi arasında daim baş 

verən rütubət mübadiləsi. Buxarlanma, su buxarının atmosferdə bir 

yerdən digər yerə aparılması, onun atmosferdə kondensasiyası, 

yağıntıların düşməsi və axım proseslərindən ibarətdir. 



RÜTUBƏTLİK AMİLİ  – orqanizm və ya orqanizm sisteminə 

(ekosistemə) təsir göstərən mühit əmələgətirən su komponenti. 



RÜTUBƏTLİK  ƏMSALI  – Atmosfer yağıntılarının cəminin 

buxarlanmanın miqdarı, yəni müəyyən bir ekosistemdə torpağın 

səhindən buxarlanmanın potensial miqdarına nisbəti (buxarlandırıcı adlı 

xüsusi cihazın köməyi ilə ölçülür). R.ə. illik yağıntının cəmini illik 

buxarlanmaya bölməklə hesablanır. Optimal əmsal vahidə yaxındır. A. 

Kovdanın R.ə.-na görə 

aşağıdakı fasiyalar ayırmaq olar:

 

 



Superhumid 

– 1,5-3 


Semiarid 

– 0,7-0,5 

Humid 

– 1,2-1,5 



Arid 

– 0,5-0,3 

Normal 

– 1,0 


Ekstraarid 

– 0,2 


 

RÜTUBƏTLİK  ŞKALASI  – L.Q.Ramenski (1938) tərəfindən 

hazırlanan bitkinin su ilə təmin olunmasını qiymətləndirən ekoloji şkala: 

1-səhra: 2-səhra-bozqır: 3-quru bozqır rütubətliyi: 4-orta bozqır 

rütubətliyi: 5-rütubətli bozqır: 6-quru və azrütubətli çəmən, meşə: 7-

nəmli çəmən: 8-bataqlıq-çəmən: 9-bataqlıq: 10-sulu sahil rütubətliyi. 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

380 


 



 

SABİTLƏŞMİŞ (STABİLLƏŞMİŞ) EKOSİSTEM – kulminasiya 

inkişaf səviyyəsinə (suksessiyalar) çatmış ekosistem: bu zaman mövcud 

enerji axını vahidinə maksimum biokütlə düşür və orqanizmlər arasında 

maksimum miqdarda simbiotik əlaqələr yaranır. 



SADƏ MEŞƏLİK  – ağacları bir yarusda (mərtəbədə) yerləşən 

meşəlik. 



SAF SU HÖVZƏSİ – duzluluğu 0,5%-dən aşağı olan su hövzəsi. 

SAF SULAR – tərkibində həll olan mineral maddələr az olan (0,5-

1q/l) sular. 



SAHƏNİN MƏHSULDARLIĞI (məhsulu)  – bu və ya digər 

sahədən vahid zamanda əhali üçün əldə edilə bilən faydalı  məhsulun 

miqdarı. Ümumi və istismar S.m. ayrılır. 

SAHƏNİN (TƏSƏRRÜFAT SAHƏSİNİN) TUTUMU – qeyri 

məlum uzun zaman ərzində  təsərrüfat sahəsinin müəyyən miqdarda 

əhalini və ya heyvanları (ev və ya vəhşi) normal yaşayış şəraiti ilə təmin 

etmək qabiliyyəti. Bəzən S.t. mövsüm üçün (müəyyən vaxt üçün) 

götürülür (mövsümi S.t.). 

SAHİL  – quru ilə sututar (dəniz, göl, su anbarı), yaxud quru ilə 

suaxar (çay, müvəqqəti məcra axını) arasında qarşılıqlı əlaqə zolağı. 



SAKİTLİK ZONASI – müəyyən təsərrüfat fəaliyyəti və rekreasiya 

rejimi təyin olunan ovçuluq, balıqçılıq, yaşıl zona, meşə-park sahələri. 

Bu, əsasən, kütləvi surətdə vəhşi heyvanlar artan yerlərdə ayrılır. S.z.-da 

adətən yad adamların olması, orada yaşayan heyvanların yaşayışının 

pozulmasına yönəldilən fəaliyyət növləri qadağan edilməlidir. 

SANİTAR HİDROBİOLOGİYASI  – ümumi hidrobiologiyanın 

bölməsi; suyun keyfiyyətinin formalaşmasına məsul bioloji prosesləri

həmçinin içməli su hövzələrindən istifadə etdikdə insanın sağlamlığının 

qorunması üçün prosesləri mümkün idarə etmək yollarını  tədiq edir. 

S.h.-na nail olmaq məqsədilə içməli və çirkab sularının təmizlənməsi 

metodlarından istifadə olunur. Su hövzələrinin sanitar vəziyyətinə 

qiymət vermək üçün müxtəlif kəmiyyət və keyfiyyət metodları  tətbiq 

olunur, onlardan bioindiqasiya metodu daha geniş yayılmışdır. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

381 


 

SANİTAR KARANTİN MƏNTƏQƏSİ (lat. sanitas – sağlamlıq) – 

sərhəd keçidlərindən ərazinin sanitariya mühafizəsini təmin edən xüsusi 

idarə. 

SANİTAR-MÜHAFİZƏ (QORUYUCU) ZONASI – sənaye 

müəssisələri ilə yaşayış  məntəqələri arasında  əhalinin sağlamlığını 

qorumaq məqsədilə xüsusi ayrılmış ərazi və bitki örtüyü zonası. 

SANİTAR PROFİLAKTİKA MƏNTƏQƏSİ  – insanları 

təmizləmək, onların geyimlərini zərərsizləşdirmək üçün xüsusi 

avadanlıq otağı. 

SANİTARİYA, SANİTAR  İŞİ  – səhiyyənin bir sahəsi; 

epidemiyalara qarşı mübarizə  tədbirləri hazırlayır, sanitariya-gigiyena 

işləri aparır. Bu işlə sanitariya epidemioloji xidmət məşğul olur. 

SAPROBİONTLAR, SAPROBLAR  (yun. sapros - çürük)  – üzvi 

maddələrlə bu və ya digər dərəcədə çirklənmiş sularda yaşayan bitki və 

heyvanlar. Çox çirkli sularda yaşayanlar polisaproblar, orta çirkli 

sularda yaşayanlar mezosaroblar, az çirkli sularda yaşayanlar 

oliqosaproblar adlanır. S-ın tərkibi, miqdarı  və bunların spesifik 

qruplaşmasının strukturu su hövzələrinin üzvi xammal istehsal edən 

müəssisələrin tullantıları ilə zibillənmə  dərəcəsini bilmək üçün 

meyardır. 



SAPROBLUQ  İNDEKSİ – hidrobiont qruplaşmalarının üzvi 

çirklənmə dərəcəsinə davam gətirməsinin miqdar ifadəsi. 



SAPROFAQLAR  – leşlə qidalanan heyvanlar: kaftarlar, kərkəslər, 

qarğalar, leşyeyənlər, gönyeyənlər, xərçəngkimilər və s. Bir çox 

yırtıcılar və cücüyeyənlər də qismən S-dır. Çürümüş qalıqları  məhv 

etdiyi üçün S. təbii sanitar hesab olunurlar. 



SAPROFİTLƏR  – Canlıların xaric etdiyi maddələr və ya ölmüş 

orqanizmlərin üzvi maddələri ilə qidalanan bitki və mikroorqanizmlər. 

Qidalanma tipinə görə S. heterotrofdurlar. Avtotrof orqanizmlərlə bir-

likdə  təbiətdə maddələr mübadiləsində böyük rol oynayırlar. S.-ə, 

əsasən, bakteriyalar, aktinomietlər və göbələklər arasında təsadüf 

olunur. Bəzi S. canlı orqanizmlər üzərində saprofit həyat tərzindən 

parazit həyat tərzinə keçir. 

SAPROPEL (yun. sapros – çürük və relos – lil, palçıq) – Şirin su 

hövzələrinin lilli çöküntüləri: tərkibində kalloid halında çoxlu miqdarda 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

382 


 

üzvi maddə (liqnin-humus kompleksi, karbohidratlar, bitumlar və s.) 

olur. Müalicə məqsədi ilə (fiziki üsullarla müalicə) istifadə edilir. Kənd 

təssərrüfatında gübrə kimi, kompost hazırlanmasında tətbiq olunur. 

Qumsuz və azgilli, kalsium, dəmir, fosfor duzları ilə  zəngin S. kənd 

təsərrüfatında heyvanların yeminə qatılır. 



SAPROTROFİYA – Ölü kütlənin üzvi maddələri ilə orqanizmlərin 

(saprotrofların) qidalanması. 



SAPROTROFLAR  – Bitkilərin (ağacların qabığı, ölü oduncaq, 

töküntü, meşə döşənəyi) və heyvanların (leş, ekskrement) ölü kütləsi ilə 

qidalanan heyvan (saprofaqlar) və bitki (saprofitlər) saprotrof 

orqanizmləri. 



SARI TORPAQLAR – isti iqlim şəraitində rütubətli subtropik 

meşələr altında  əmələ  gələn torpaqlar. Turş reaksiyalıdır. Podzollaşma 

əlaməti, həm də qida madələrinin az olması ilə fərqlənir. Sarı rəng ana 

süxurda dəmirin miqdarının azlığı, yaxud torpaqda dəmir oksidinin 

hidratasiyaya uğraması  nəticəsində yaranır. Azərbaycanda  əsasən 

Lənkəran ovalığında yayılmışdır. Sitrus, çay, çəltik, tütün, efiryağlı 

bitkilər və s. becərilir. 

SARKOFAQLAR (yun. sarx - ət) – ət üzərində yaşayan və onunla 

qidalanan orqanizmlər. 



SATURNİZM  (lat. saturnus - qurğuşun)  – texnoloji prosesdə 

qurğuşundan istifadə olunan istehsalatda işləyən adamların 

zəhərlənməsi. 

SAVANNA (isp. Sabana – Karib hindiləri dilindən söz) – tropik və 

subtropik enliklərdə tərkibində  tək-tək ağaclar, ağac qrupları, kolluqlar 

olan ot örtüyündən ibarət bitkilik tipi. Ot örtüyündə boyu bəzən 3-5 m-ə 

çatan taxıl otları üstünlük təşkil edir. Ağacları, əsasən, alçaq boyludur. 

Akasiya növləri, baobab üstünlük təşkil edir. S.-lar Afrika, Cənubi 

Amerika, Cənubi-Şərqi Asiya və Avstraliyada geniş yayılmışdır. 



SAY, MİQDAR  – Vahid sahədə  və ya həcmdə populyasiyada 

fərdlərin sayı. Bir çox amillərdən (növün biotik potensialı, xarici mühit, 

biosenotik mühit, fərdlərin biotik əlaqəsi və orqanizmlərin hərəkət tərzi-

davranışı) asılıdır. Bitkilərin sayı  təcrübə sahəsində  fərdləri bilavasitə 

saymaqla təyin edilir. Heyvanların sayı birbaşa saymaqla (o cümlədən 

vertolyotdan), onları tutmaqla (tələ, tor və s.). yuvaları saymaqla, torpaq 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

383 


 

nümunələri götürməklə və s. öyrənilir. 



SAY ARTIMI ƏMSALI  – vahid zamanda populyasiyanın doğum 

(v) və ölüm (d) fərqi: d = v – d. S.a.ə. populyasiyanın artımını müəyyən 

edir: əgər v > d populyasiya artır; v < d populyasiyanın sayı azalır: v = d 

populyasiyanın sayı sabitləşir. 



SAY DİNAMİKASI  – Populyasiyanın və biosenozun sıxlığının 

qanunauyğun dəyişilməsi. 



SAY (MİQDAR) PİKİ – populyasiyada növün maksimum miqdarı 

(adətən kütləvi çoxalma zamanı). S.p. mövsümi, çoxillik və  əsrlik ola 

bilər. 

SAZAQ, SIZAQ – 1. Qış  və payız aylarında  şimaldan  əsən soyuq 

külək. 2. Tutqun hava, xırda yağış. 



SEDİMENTASİYA  (lat. sedimentum - çökmə)  – 1) suda asılı 

maddələrin (o cümlədən qida maddələri) çökməsi; 2) bəzi su 

heyvanlarının xüsusi qida əldə etmə üsulu (ibtidailər, malyusklar, 

həşəratların sürfələri və s.). 



SEÇMƏ OVU (OVLANMA) – müəyyən tələbləri təmin etmək 

üçün heyvanların tutulması (ovlanması) və ya vurulması. 



SEQETAL BİTKİLƏR  – Tarla, bostan və bağlarda rast gəlinən 

alaq bitkiləri. 



SEL  (ərəb. Cayl – güclü axın)  – Dağ çaylarının qısa müddətli 

(bəzən bir neçə saat ərzində) dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı 

daşqını (axını).  İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar 

örtüyünün sürətlə  əriməsi qırıntı materiallarını yamaclardan çayın 

yatağına (məcrasına) doldurur. Bəzən qırıntı materialları axın kütləsinin 

ümumi həcminin 75%-ni təşkil edir. S.-in sürəti 15 m/san-yə  qədərdir. 

S. bir dəfədə bəzən bir neçə mln. m

3

 qırıntı materialı (bunların içərisində 



bəzi daşların ağırlığı 100 t olur) gətirir. Böyük kütləsi və sürəti olan çox 

böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası  ən fəal S. 

axınları sahəsidir. S.-lər çayların yatağını  və sahillərini yuyur, 

qarşısındakı maneələri, yaşayış  məntəqələrini, körpüləri və s. dağıdır. 

İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin 

(1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş 

vermişdir. Böyük Qafqazın Tikanlıçayı, Dəmiraparançay, Kiçik 

Qafqazın və Qarabağ yaylasının ətəklərində yerləşən bir sıra kəndlər və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

384 


 

qəsəbələr S.-dən böyük zərər görmüşdür. S.-lərə qarşı  əsas mübarizə 

tədbirləri hidrotexniki qurğuların (selötürən, selsaxlayan və s.) tikilməsi, 

fitomeliorativ, xüsusilə meşəmeliorativ işlərin yerinə yetirilməsi və s.-

dən ibarətdir. 

SELEKSİYA (lat. selectio - seçmə) – 1) Bitki sortları və hibridlərin 

yaradılması. Heyvan cinslərinin yetişdirilməsi üsulları haqqında elm. 2) 

Kənd təsərrüfatı bitkilərinin və hibridlərinin, heyvan cinslərinin 

yetişdirilməsi ilə məşğul olan kənd təsərrüfatı istehsalı sahəsi. S. bitki və 

heyvanların irsi keyfiyyətlərini insana lazım olan istiqamətdə 

dəyişdirmək məqsədi ilə onlara təsir üsullarını  işləyib hazırlayır, 

əhalinin  ərzaqla təmin olunmasında böyük rol oynayır. S.-nın nəzəri 

əsasını genetika təşkil edir. Ç.Darvinin təkamül nəzəriyyəsi, Q. Mende-

lin qanunları, saf xətlər və mutasiyalar təlimi və s. seleksiyaçılara bitki 

və heyvan orqanizmlərində irsiyyətin şüurlu idarəetmə üsullarını işləyib 

hazrlamağa imkan verir. S. təcrübəsində hibridoloji analizin böyük 

əhəmiyyəti var. Bitkiçilikdə S. bir neçə istiqamətdə – məhsuldarlığa, 

keyfiyyətə, soyuğa, xəstəliyə  və  zərərvericilərə, quraqlığa davamlığına 

və s. görə, heyvandarlıqda isə  məhsuldarlıq və keyfiyyət, balavermə 

qabiliyyəti, dərinin rəngi, yerli şəraitə uyğunlaşma və s. görə aparılır. S.-

nın təsbit edilən  əsas üsulları seçmə, hibridləşdirmə, poliplodiya və 

mutagenezdir. Azərbaycanın seleksiyaçı alimləri buğda (Arandəni, Şərq, 

Arzu, Gürgənə-1, Cəfəri və s.) pambıq 2833, 3038, 3312, Ağdam-3 və 

s.), tut (Zakirtut, Xanlartut), qarğıdalı (Azərbaycan-3), xaşa (A3NİXİ-

75), yonca (ASXİ-1, AzNİXİ-262) və s. bitki sortları, Azərbaycan dağ 

merinosu, Qafqaz camışı cinslərini yaratmışdır. 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin