Ekoloji LÜĞƏt a



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix23.02.2017
ölçüsü3,98 Mb.
#9384
1   ...   38   39   40   41   42   43   44   45   ...   60
PARTENOKARPİYA  (yun. pathenos - bakirə)  – mayalanma 

getmədən bitkilərdə meyvə  əmələ  gəlməsi. Belə meyvələr, adətən 

toxumsuz və rüşeymsiz toxumludur. P. bir çox becərilən bitkilərdə 

(üzüm, alma, armud, qabaq, xiyar, pamidor və s.) məlumdur. Toxumsuz 

meyvələr əmələ gətirən bitkilər yalnız vegetativ yolla çoxalır. 

PARTLAYICI MADDƏLƏR – sürətlə kimyəvi reaksiyaya girərək 

külli miqdarda istilik ayıran və çoxlu qaz əmələ  gətirən kimyəvi 

birləşmələr və ya müxtəlif maddələrin qarışığı. Başlıca P.m. aromatik 

karbohidrogenlərin nitrobirləşmələri və onların törəmələri 

(trinitrotoluol, tetril), nitrat turşusunun duzları  və çoxatomlu spirtlərlə 

əmələ  gətirdiyi efirlər, azidlər, guruldayıcı turşular, onların duzları, 

piroksilin və s.-dir. P.m., əsasən hərbi işdə, tikinti də, mədən 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

350 


 

sənayesində işlədilir. 



PAS XƏSTƏLİYİ  – bir çox bitkilərdə pas göbələklərinin geniş 

yayılmış, zərərverici xəstəliyi. Taxıllar, texniki, dekorativ bitkilər və 

müxtəlif yabanı otlar P.x.-nə tutulur. P.x. meyvə və toxumların keyfiy-

yətini aşağı salır. Azərbaycanda P.x. buğda, günəbaxan, yonca, lobya, 

qərənfil və s.-də geniş yayılmışdır. 

PASKAL  – Beynəlxalq vahidlər sistemində  təzyiq və mexaniki 

gərginlik vahidi; Pa və Ra ilə işarə olunur. P. 1 H qüvvənin 1 m

2

 səthə 


göstərdiyi təzyiqdir. 1 Pa = 1 N/m

2

 = 10 H/sm



2

 = 0,102 kq/m

2

 = 10 bar = 



7,50 mm c. süt = 0,102 mm su süt. B.Paskalın şərəfinə adlandırılmışdır. 

PASSAT AXINI – tropik və ekvator enliklərində Dünya okeanının 

üfiqi səthi axını. 



PASTERİZASİYA  – yeyinti məhsulları  və mayelərin 60-90

° 

temperaturda bir neçə saniyədən 30 dəq-dək qızdırılması.  İlk dəfə 



L.Paster təklif etmişdir. P-da spor əmələ  gətirməyən bakteriyalar və 

fermentlər tələf olsa da, sporlu bakteriyalar salamat qalır. Yeyinti 

məhsullarının saxlanma müddətini uzatmaq və sporlu bakteriyaları tələf 

etmək üçün məhsul 24 saatlıq fasilə ilə 2-3 dəfə P. edilir və  hər dəfə 

soyudulur. 

PASTORAL DİQRESSİYA, otlaq diqressiyası  (lat. pastoralis - 

çoban)  – hədsiz mal- qara otarılması, intensiv tapdanma nəticəsində 

otlağın vəziyyətinin pisləşməsi. Bu zaman torpaq quru olur, onun 

tərkibində üzvi maddələrin miqdarı azalır, otlağın bitki örtüyü 

kasıblaşır, kserofil xarakter alır. 



PATİYENTLƏR  – Özünün dözümlülüyünə görə yaşayış  uğrunda 

mübarizədə qalib gələn bitkilər (Ramenski, 1938). P-ə bir çox 

dominantlar, xüsusən ekstremal şəraitdə yaşayan dominantlar aiddir. 

PATOBİOSENOZ (yun. pathos - xəstəlik) – parazitlərlə və patogen 

agentlərlə doyaraq parazitar şəbəkə yaradan biosenoz. Termin 

Y.N.Pavlovskiyə (1946) aiddir. 

PATOGEN MİKROBLAR  – insan, heyvan və bitkilərdə  xəstəlik 

törədən mikroblar. 



PATOGENLİK  – Canlının (adətən mikroorqanizmlərin) digər 

canlıda xəstəlik törətmək qabiliyyəti. 



PATOLOGİYA – İnsan və heyvan orqanizmində xəstəliklərin ayrı-

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

351 


 

ayrı patoloji proseslərin  əmələ  gəlməsini, gedişinin nəticəsini və 

əmələgəlmə qanunauyğunluğunu öyrənən kompleks elm. 

PATULEKTORLAR (lat. patulus - açıq) – Seyrək yerləşməsinə və 

çətirlərinin birləşməsinə baxmayaraq iri ölçülərinə  və geniş kök 

sisteminin olması sayəsində qruplaşmalarda olan dominantlar. Məs. 

saqqız ağacı (Sultanbud meşəsində), yarımsavannalarda püstə ağacı. 



PAYIZLIQ BİTKİLƏR – birillik kənd təsərrüfatı bitkiləri: payızda 

səpilir və sonrakı il məhsul verir. P.b. qrupuna payızlıq buğda, çovdar, 

arpa, payızlıq paxla, payızlıq çölnoxudu və s. daxildir. Dünya 

əkinçiliyində (Avropa və ABŞ-da) əsas taxıl bitkisi olan payızlıq buğda 

daha çox yayılmışdır. Azərbaycanda payızlıq buğda və arpa becərilir. 

PEDOBİONTLAR – torpaqda yaşayan orqanizmlər. 

PEDOFAUNA: – bax torpağın faunası. 

PEDOİQLİM  – mikroiqlimin komponenti: əsasən yerin torpaq 

örtüyünün xüsusiyətləri və onun atmosferlə termik mübadiləsindən 

asılıdır. 

PEDOSFER (yun pedon - torpaq) – 1) torpaq, onun altında yerləşən 

torpaqəmələgətirən süxur və  aşınma qatı (canlı orqanizmlərin yaşayış 

mühiti hesab olunan qat): Yerin torpaqəmələgəlmə prosesi gedən qatı: 

2) Litosfer, hidrosfer və Yerin canlı qabığının bir-birilə  əlaqəli olan 

zonası: 3) Yerin torpaq örtüyü. 

PEKTİN MADDƏLƏRİ, PEKTİNLƏR 

– 

İrimolekullu 



polisaxaridlər; quruda yayılmış bitkilərdə  və bir sıra yosunlarda həll 

olmuş formada olur. Kimyəvi tərkibinə görə P.m. qalakturon turşusunun 

polimerləridir. P.m-nə neytral monosaxaridlər də (qalaktoza, ramnoza, 

arabinoza, ksiloza) daxildir. Meyvə yetişdikdə pektolitik fermetlərin 

təsiri ilə P.m.-nin miqdarının və keyfiyyətinin dəyişməsi nəticəsində 

yumşalır. 



PELAQOFİTLƏR  (yun. pelagos - dəniz)  – dəniz və okeanlarda 

məskunlaşan bitkilər. 



PELOFAQLAR – lil və qruntla qidalanan orqanizmlər. 

PELOFİLLƏR  (yun. pelos -lil)  – lilli substratı üstün tutan 

orqanizmlər: bakteriya, yosun növləri, oliqoxet, malyusklar və s. 



PELOFOBLAR – lilli qruntlarda yaşamayan hidrobiontlar. 

PELOGEN QAT – su hövzələrində lilin səthində yerləşən ölü 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

352 


 

orqanizmlərdən və üzvi hissəciklərdən ibarət təbəqə. Saprofit 

orqanizmlər (bakteriya, göbələk, qurdlar, həşəratların sürfələri və s.) 

məskunlaşır. 



PENEKLİMAKS  (yun. penia - kasatlıq)  – insan fəaliyyətinin 

təsirilə kasatlaşma nəticəsində əmələ gələn stabil qruplaşmalar. 



PERİFİTON  (yun. peri - yanında)  – su altında canlı  və cansız 

substratlarda məskunlaşan orqanizm qruplaşmaları. Termini A.L. Bin-

ninq (1929) irəli sürmüşdür. 

PERM DÖVRÜ, perm – Yerin geoloji tarixində paleozoy erasının 

axırıncı dövrü. Perm dövrü 285 milyon il bundan qabaq başlamış və 55 

milyon il davam etmişdir. 

PERMAFROST  (ing. permafrost – daimi donuşluq)  – daimi 

donuşluqdakı torpaq. Məs. Sibirdə donmuş torpaq qatı bir neçə yüz 

metrə çatır. P.-da çox qısa qütb yay dövründə mamır,  şibyə  və seyrək 

otlar bitir. 



PERTİNENSİYA  (lat. pertinea təsir etmək)  – bitkilərin, onların 

populyasiya və qruplaşmalarının özünün və qonşuluqdakı fitosenozların 

torpağına, havasının işıq balansına, torpaq-qruntunun su rejiminə  və s. 

təsiri. 


PERTURBASİYA (lat. perturbatio - pozulma) (biosenozda) – bir 

növün kütləvi çoxalması  nəticəsində biosenozda mənfi dəyişikliklərin 

yaranması. 

PESSİMUM ZONA  (lat. pessimum – ən pis)  – ekoloji faktorun 

orqanizmin (populyasiyanın) fəaliyyətinin məhv olması baş verən 

dəyişmə diapozon sahəsi (optimumdan kənarda). 

PESTİSİD QALIĞI  – istifadə zamanı  dəyişikliyə  uğramayan ilkin 

birləşməsi və ya transformasiyasının toksik məhsulları. 



PESTİSİDİN YOXA ÇIXMASI (İTMƏSİ) – inaktivasiya, 

miqrasiya, yuyulma, uçma, təbəxür və başqa proseslər nəticəsində ətraf 

mühitdən pestisidin kənarlaşdırılması.  

PESTİSİDLƏR  (lat. pestis – yoluxma) – Bitki zərərverici və 

xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, oduncağa, pambıq 

məmulatları, yun, dəri, həmçinin insan və heyvanlarda təhlükəli xəstəlik 

yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddələr. P. 

aşağıdakı  əsas siniflərə bölünür: akarisidlər-gənələrlə mübarizədə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

353 


 

istifadə edilən maddələr; antifidinqlər-cücüləri onların qidalandığı 

şeydən qorxub çəkindirən maddələr; insektisidlər-zərərli cücüləri məhv 

edən maddələr; herbisidlər – alaq bitkilərinə qarşı mübarizədə istifadə 

edilən preparatlar; zoosidlər – zərərli onurğalı heyvanları  məhv edən 

zəhərlər; bakterisidlər, virusosidlər, funkisidlər-bitkilərdə viruslu və 

göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən maddələr; 

nematosidlər – bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə 

qurdları  məhv edən preparatlar; molyuskosidlər-zərərli ilbizləri məhv 

edən maddələr. P-lə  işləyərkən fərdi mühafizə vasitələrindən (xüsusi 

geyim və ayaqqabılar, respirator, əleyhqaz, qoruyucu gözlüklər və s.-

dən) istifadə edilməlidir. P.-dən düzgün istifadə etmədikdə o, insana, 

həmçinin arıya və bitkilərin tozlanmasına kömək edən başqa cücülərə, 

balıqlara, quşlara, vəhşi heyvanlara, həmçinin bütün təbiətə mənfi təsir 

göstərir. 

PESTİSİDLƏRLƏ ŞƏRTİ YÜKLƏNMƏ DOZASI – hər hansı bir 

rayonda 1 ha şum sahəsinə  və ya çoxillik əkinlərə, yaxud rayonun 

ümumi torpaq sahəsinin 1 ha-na hər il verilən pestisidlərin ümumi 

kütləsi. 



PETROBİONTLAR  (yun. petros - daş)  – qaya çatlarında və 

töküntülərdə yaşayan orqanizmlər. 



PETROFİLLƏR  –qayalıq və daşlı substratı üstün tutan 

orqanizmlər. Məs., bəzi kəpənəklər, torpaq malyuskları. 



PETROFİTLƏR  – Qayalıq və daşlı töküntülərin bitkiləri. Bax: 

litofitlər. 



PETROQRAFİYA – süxurlar haqqında elm. Onların mineroloji və 

kimyəvi tərkibini, quruluşunu, teksturunu, yatım  şəraitini, yayılma 

qanunauyğunluqlarını, Yer qabığında və  səthində  əmələ  gəlməsi və 

dəyişilməsini öyrənir. 



PEŞƏ (SƏNƏT) TƏSİRİ – zərərli maddələrin istehsalı və istifadəsi 

prosesində  təsiri. P.t. iş zonasında havanın çirklənməsi zamanı yüksək 

olur. 

PEYİN  – heyvanların bərk ifrazatından (peyin), duru ifrazatından 

(sidik) və döşənəkdən ibarət üzvi birləşmə. P. gübrə kimi hələ qədimdən 

məlumdur. P. bitkilər tərəfindən üzvi maddələrin sintezini 

qüvvətləndirən CO

2

 mənbəyidir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

354 


 

PƏRDƏLİQANADLILAR, zərqanadlılar  (Humenoptera)  – 

cücülər dəstəsi. Bədəninin uzunluğu 0,2 mm-dən 6 sm-dək olur. Müasir 

faunada 100 mindən çox, Azərbaycanda 1500-dək növü vardır.  İnsan 

həyatında rolu böyükdür. P. çiçək tozcuğu ilə qidalanaraq bitkiləri 

tozlandırmaqla, kənd təsərrüfatı  və meşə  təsərrüfatı  zərərvericilərini 

tələf etməkdə  əhəmiyyətlidir. Bir çox növü bioloji mübarizədə istifadə 

edilir. Bu dəstəyə mənsub bal arısı bal, mum və vərəmum kimi qiymətli 

məhsullar verir. 



PİQMENTLƏR (lat. pigmentum - rəng) (kimyada) – Plastik kütlə, 

rezin, kağız və s.-nin boyadılmasında, poliqrafiya və rəngsaz boyaların 

hazırlanmasında işlədilən müxtəlif rəngli narın tozlar. 

PİQMENTLƏR (biologiyada) – Orqanizm toxumalarının tərkibinə 

daxil olan rəngli maddələr. P.-in mühüm və müxtəlif rolu var. Ən geniş 

yayılan P.-porfirinlər və karotinoidlər və onların oksidləşmiş törəmələri 

sarı, narıncı, yaxud qırmızı  rəngli P.-dir. Bunlar yaşıl bitkilərin, 

həmçinin yosunların, göbələklərin, bakteriyaların tərkibində olur. Göy-

yaşıl və  qırmızı yosunlarda köməkçi fotosintez P.-i var. Heyvanların 

görmə orqanlarında görmə piqmenti var. Piqment sistemi orqanizmdə 

xarici mühitin işıq  şəraitini maddələr mübadiləsi ilə  əlaqələndirən bir 

halqadır.  Ən mühüm funksiyası bitkilərdə fotosintez, heyvanlarda isə 

görmə prosesində  iştirak edir. İnsan orqanizmində piqmentin hər hansı 

pozğunluğu müxtəlif mübadilə  məhsullarının toplanmasından və  bəzi 

xəstəliklərdən baş verir. 



PİONER NÖV – həyat (canlı) olmayan sahələri ilk dəfə  sərbəst 

tutan və ilk sukssesiyada iştirak edən növ. Məs., qayalıqları ilk dəfə 

tutan tozağacı, quşarmudu,  şamağacı: vulkan püskürəndən sonra 

soyumuş lavada bitkilərin, sonra isə heyvanların peyda olması. 



PİROFİTLƏR – yanğına qarşı dözümlü bitkilər: palıd, nəfəsotu və 

s. 


PİROGEN DƏYİŞİLMƏLƏR  (suksessiyalar)  (yun. pagos (PYR) 

- od)  – Bozqır, meşə yanğını  və  hər hansı yanğından sonra bitki 

örtüyünün bərpa olunması dəyişilmələri. 



PİROGEN DİSKLİMAKS  – yanğınla pozulan klimaks. Yanğın 

mühüm ekoloji faktor kimi ağacların sıradan çıxması hesabına kolların 

dominantlığına səbəb olur. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

355 


 

PİROGEN KLİMAKSI – dövri olaraq yanğın baş verən sahələrdə 

adaptasiya olunan ekosistemin tərkibcə sadə heyvanat aləmi və bitki 

orqanizminə malik klimaksı. P. k. yanğın hadisəsi ilə nəzarət olunur. 

PİROGEN SUKSESSİYA, PİROGEN DƏYİŞİLMƏ  –yanğın 

hadisəsindən sonra baş verən katastrofik suksessiya. 



PİROLİZ – havasız şəraitdə, 400-dən 700

0

C-yə qədər temperaturda 



bərk tullantıların, ilk növbədə məişət zibillərinin termik parçalama yolu 

ilə  işlənməsi. Piroliz zamanı isti qaz – şvelqaz (tərkibində çoxlu 

miqdarda metan olan) ayrılır, ondan enerji mənbəyi kimi istifadə etmək 

olar: piroliz məişət tullantılarını zibilyandıran zavodlarda olduğundan 

daha tam işlənməsinə imkan verir. Bu zaman atmosferə təhlükəli qazlar 

az atılır, onların külü də az qalır. 



PİTOMNİK  – bitki şitilləri, tingləri (tinglik) və heyvan artıran 

təsərrüfat. 



PLANETAR METABOLİZM  – xarici və  dərin geosistemlər 

arasındakı maddələr və enerji mübadiləsi. Yerin biokimyəvi proseslər 

gedən silikat qabığındakı  səthi (xarici) metabolizm də P.m.-adlanır. 

Konsepsiya V.M.Qoldşmidt (1922) tərəfindən işlənmişdir. 



PLANETİN TORPAQ FONDU – müasir texnika səviyyəsində yer 

kürəsində təsərrüfatda istifadə oluna biləcək torpaqların sahəsi 134 mln. 

km

2

 (13,4 mlrd. ha) təşkil edir. FAO-nun məlumatına  əsasən hazırda 



şumlanan sahə 1,5 mlrd.ha, yəni qurunun potensial istifadəsi üçün 

yararlı sahəsinin 10%-nə  bərabərdir. Çəmən və otlaqlar 3 mlrd.ha 

(22,3%) təşkil edir. 

PLANETLƏR  – Günəş  ətrafına dolanan və  əks olunmuş Günəş 

şüaları ilə işıqlanan böyük göy cisimləri. 9 böyük planet, təqribən 2300 

kiçik planet məlumdur. 

PLANKTONOFİL  – plankton orqanizmləri ilə qidalanmağı üstün 

tutan hidrobiontlar. 



PLANKTONOFİTLƏR – bax fitoplankton. 

PLANKTON  (yun. planktos - azan)  – Su qatlarında passiv həyat 

keçirən və suyun axımına müqavimət gösətərə bilməyən orqanizmlər. 

P.-da bitkilər fitoplankton (o cümlədən bakterioplankton) və heyvanlar – 

zooplankton yaşayır. P.-dakı orqanizmlərin ölçüsü bir neçə mkm-dən bir 

neçə m-dək olur. Bir çox su heyvanları üçün yemdir. Böyük ehtiyatlara 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

356 


 

malik dəniz P-.undan istifadə məsələsi perspektivlidir. 



PLANKTONOFAQ, PLANKTOFAQ – planktonlarla qidalanan 

orqanizm (bəzi qurdlar, molyusklar, balıqların çoxu, məməlilərdən boz 

kit, kaşalot və b.). 

PLANKTONOLOGİYA – hidrobiologiyanın plankton tədqiq edən 

bölməsi. 



PLANTAJ, PLANTAJ ŞUMU – torpaq qatını tam çevirməklə 50-

70 sm və daha çox dərinlikdə aparılan şumlama. 



PLANTASİYA  (lat. plantatio – bitki əkmək) – 1) iri əkinçilik 

təsərrüfatı: tropik ölkələrdə və subtropik zona ölkələrində ixrac olunan 

ərzaq və texniki bitkilər (şəkər qamışı, kofe, çay, düyü, banan, ananas, 

tütün, pambıq və s.) becərmək üçün təşkil olunur. 2) xüsusi kənd 

təsərrüfatı bitkiləri əkilmiş torpaq sahəsi (məs., çay P.-sı və s.). 

PLETOBİOSFER  (yun. pletho - doldururam)  – biosferin ən fəal 

horizontu (quruda 25-30 m qalınlığında, hidrosferdə – təxm. 200 m 

dərinliyində). 

PLEYSTON  (yun. pleystikos – üzən və on - quru)  – bir hissəsi 

suda, bir hissəsi isə suyun səthində olan hidrobiontların məcmusu. P-

nun azad üzvi nümayəndələri külək tərəfindən qarışdırılır: dənizlərdə 

külli miqdarda yosunlar bu cür həyat tərzi keçirir. 



PLUTONİUM – təbiətdə rast gəlinməyən olduqca təhlükəli 

radioaktiv element, atom elektrik stansiyaların reaktorlarında  əmələ 

gəlir. Radioaktiv tullantıların tərkibinə daxil olur. Hazırda AES-lərin 

ərazilərində  və  hərbi obyektlərdə dünyada 200 ton P. mövcuddur. Bu, 

bir çox ölkələrdə  həyəcan doğurur və daim atom enerjisi üzrə 

Beynəlxalq agentliyin diqqət mərkəzindədir. 



PNEVMATORLAR  – Bataqlıq bitkilərinin  əlavə qaz mübadiləsi 

keçirmək üçün yerüstü orqanları (“tənəffüs kökləri”). 



PODZOL TORPAQLAR – turş torpaq tipi. Üst qatların dövri 

olaraq izafi rütubətləndirilməsi, torpaq profilinin yaxşı diferensiasiyası, 

turş reaksiya ilə  əlaqədar üst qatların lildən, iki və üçvalentli metalları 

yuyulub illüvial qatda toplanması  və silisiumla zənginləşməsi ilə 

səciyyələnir. P.t. Azərbaycanda kiçik sahələrdə  Lənkəran, Astara 

rayonlarında yayılmışdır. P.t.-ın münbitliyini yüksəltmək üçün 

əhəngləmək, üzvi və mineral gübrələr vermək, çoxillik otlar əkmək və s. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

357 


 

tədbirlərdən istifadə edilir. 



POLİAUKSOTROF ORQANİZM – normal böyüməsi üçün çoxlu 

miqdarda ekoloji faktorlara ehtiyacı olan orqanizm. 



POLİBİONT  – mühitin bir neçə fazasında və ya aqreqat 

vəziyyətində (hava, su, torpaq-qrunt və s.) həyat sürmək qabiliyyəti olan 

orqanizm (növ). 

POLİDOMİNANT EKOSİSTEM  – 1) produsentlərlə  zəngin 

ekosistem: 2) bir növün digərinə üstünlüyü aydın olmayan ekosistem. 



POLİDOMİNANTLIQ  – biosenozda bir çox növlərin dominantlıq 

əlaməti (məs. tropik və subtropik meşə qruplaşmasında, çəmən bitki 

örtüyündə). 

POLİETİLEN – ən geniş yayılan sintetik polimer, ən təhlükəsiz 

plastiklərdən biri, qida məhsullarının qablanmasında geniş istifadə 

olunur, lakin çox vaxt onun tərkibində toksik əlavələr ola bilər. 

POLİFAQLAR  – Bir çox bitki və heyvan növlərinin biokütləsi ilə 

qidalanan, hər  şeylə qidalanan yırtıcı heyvanlar və  bəzi cücüyeyən 

bitkilər. 

POLİFENİZM  – müxtəlifliyi genetiki olmayıb bir populyasiyada 

bir neçə fenotipin mövcudluğu. 



POLİXLORİDLİ BİFENİLLƏR (PXB) – xlorlu karbohidrogenlər 

qrupuna aid olub hazırda 300-ə  qədər tipi mövcuddur. PXB-dən 

elektrotexniki sənayesində geniş istifadə edilərək ondan lak, boya və 

çoxlu sintetik materiallar alınır. 

60-cı illərin sonunda PXB-də mürəkkəb ekoloji problemlərə güclü 

toksik xassələr (kanserogen, mutagen) aşkar edildi. 



POLİXORİYA  – bitkinin bir neçə üsulla meyvə  və toxumunu 

yayması qabiliyyəti. 



POLİXROM – çoxçiçəklilik (orqanizm). 

POLİKARPİKLƏR (polikarp bitkilər)  – həyatı müddətində 

təkrarən (dəfələrlə) çiçəkləyən və meyvəverən çoxillik çiçəkli bitkilər 

(ağacların, kolların, çoxillik otların əksəriyyəti). 

POLİKLİMAKS KONSEPSİYASI  – bu konsepsiyaya əsasən 

müəyyən iqlim zonasında fiziki mühitin müxtəlif olmasına baxmayaraq 

bütün qruplaşmaların eyni klimaksa gəldiyi fikrini real hesab etmək 

olmaz. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

358 


 

POLİQALİN SULAR  (yun. polys - çox) – tərkibində çoxlu 

miqdarda duz olan sular (ortaogen duzluluğundan yüksək 35-36%). 



POLİMORFİZM  – Fizika, mineralogiya və kimyada bəzi 

maddələrin bir neçə formada atom kristal quruluşu ala bilməsi 

qabiliyyəti. 

POLİMORFİZM, biologiyada –bir növ daxilində xarici 

görünüşünə görə  kəskin fərqlənən və keçid formaları olmayan fərdlər. 

Belə formalar ikidirsə, bu hadisə dimorfizm adlanır. Bir və ya müxtəlif 

populyasiyadan olan fərdlərin xarici görüşündəki fərqlər də P.-ə 

daxildir. Bir növdən olan və xarici görünüşünə görə müxtəlif poliplər və 

meduzalar P.-ə misaldır. 



POLİSAPROB SU HÖVZƏSİ  – müxtəlif üzvi maddələrlə  zəngin 

olan su hövzəsi. 



POLİSAPROBLAR  – Üzvi maddələrlə çox çirklənmiş sularda, 

qapalı hövzələrdə yaşayan və bu maddələrin çürüntüsü ilə qidalanan 

orqanizmlər. Bu sularda zülallar, karbohidratlar, karbon qazı, 

hidrogensulfid və metan qazı çox, oksigen az olur. Bir çox bakteriyalar, 

qamçılılar, infuzorlar, yaşıl yosunlar, milçək sürfəsi P.-dır P.-ın 

əhəmiyyəti böyükdür. Bütün növləri kütləvi bioloji təmizləməyə səbəb 

olur. 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin