MÜHİTİN SANİTAR NƏZARƏTİ – insan və ev heyvanlarının
sağlamlığının qorunması mövqeyi ilə ətraf mühitin keyfiyyətinə nəzarət.
Su, hava, torpağın bakterioloji, mikrobioloji, parazitor və kimyəvi
analizi M.s-n-ə daxildir.
MÜHİTİN TƏZYİQİ – limitlənmiş (əlverişsiz) və stimullaşmış
(əlverişli) rol oynayan mühit şəraitinin cəmi (məs., populyasiyanın
doğuma, ölümə, say və sıxlığına, ekosistemin məhsuldarlığına). M.t.
həmişə ekosistemin müxtəlif komponentləri arasında müəyyən tarazlıq
vəziyyəti yaratmağa yönəlir.
MÜHİTİN TUTUMU – 1) müəyyən ərazidəki resurslardan tələbatı
ödənilən fərdlər və qruplaşmaların sayı (həmin ərazinin vəziyyətinə
zərər dəymədən), 2) təbii və ya antropogen mühitin müxtəlif maddələri
daxil (qəbul) edərək davamlığını saxlaması.
MÜHİTƏMƏLƏGƏLMƏ – biosenoz orqanizmlərin yaratdığı
metabolist proseslərin məcmusu olub biosenotik mühitin əmələ
gəlməsinə və onun davamlı vəziyyətdə qalmasına səbəb olur.
MÜHİTYARADAN KOMPONENTLƏR
– bax: ekoloji
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
327
komponentlər.
MÜLAYİM İQLİM – mülayim qurşaqların iqlimi: sərin yayı,
mülayim – soyuq qışı, həmçinin ilboyu bərabər paylanan kifayət qədər
yağıntısı olan iqlim.
MÜLAYİM QURŞAQLAR – Yerin iki coğrafi qurşağı. Şimal
yarımkürəsində təqr. 40
° ilə 65° şimal enlikləri, cənub yarımkürəsində
42
° ilə 58° cənub enlikləri arasındadır. Sahəsi təqribən 132 mln. km
2
(Yer səthinin 1/4-i). M.q.-da istiliyin və rütubətin sahələr və mövsümlər
üzrə qradiyenti xeyli yüksək olduğundan burada müxtəlif landşaft
zonaları (M.q-da meşə zonaları, M.q-ın çöl zonaları, M.q.-ın yarımsəhra
zonaları və s.) yaranmışdır.
MÜMKÜN BUXARLANMA – müəyyən ərazidə meteoroloji
şəraitdən asılı olaraq həddindən artıq nəmli torpaqdan və onun səthindən
gedə bilən buxarlanmanın miqdarı. M.b.-mm-lə ölçülür və tənliklərlə
müəyyən edilir. Azərbaycanda illik M.b. Naxçıvan MR-in Arazboyu
düzənliklərində və Kür-Araz ovalığında 1400-1200 mm-dək, 3000 m-
dən yüksəkdə olan dağlıq sahələrdə isə 400-300 mm arasında dəyişir.
MÜRƏKKƏB MEŞƏLİK – meşəlikdə ağaclar bir neçə yarus
(mərtəbə) yaradır.
MÜŞAHİDƏ –emprik tədqiqatın əsas formalarından biri. Təcrübi
məlumatların bilavasitə qazanılması yoludur. Elmi M.-lər əsasında
müəyyən fərziyyələr və ideyalar irəli sürülür. Elmi M.-lər müəyyən
cihazlar (teleskop, mikroskop və s.) vasitəsilə həyata keçirilir.
MÜŞAHİDƏÇİLİK – cisim və hadisələrdə zəif nəzərə çarpan, lakin
mühüm olan xüsusiyyətləri daha tam və dəqiq sezmək qabiliyyəti. M.
bilavasitə qavralınan obyektlərin dərindən təhlili ilə xarakterizə olunur.
M. elmi-tədqiqat işləri sahəsində mühüm rol oynayır.
MÜTLƏQ QURAQLIQ – fasiləsiz (15 gündən az olmayaraq)
müşahidə olunan mütləq (heç bir yağmur düşmədən) quraqlıq.
MÜTLƏQ ÖLÜM KONSENTRASİYASI – ətraf mühitin
obyektlərində zəhərin ən kiçik konsentrasiyasının (qatılığı) təsirindən
təcrübə heyvanları 100% ölür. CL
100
və ya SK
100
simvolu ilə işarə olunur.
MÜTLƏQ RÜTUBƏT – 1m
3
havadakı su buxarının qramla (q/m
3
)
miqdarı (bax. havanın nəmliyi). Atmosferdə M.r. 0,1-1 q/m
3
-dən (qışda
materiklərin qütb enlikləri üzərində) 30 q/m
3
-ə qədər və daha çox
(ekvatorial zonada) olur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
328
MÜTLƏQ TEMPERATUR – (mütləq sıfır) mütləq sıfırdan
hesablanan temperatur (T). M.t.-in vahidi Kelvin (K) olub, 1K=1
0
C Selsin
şkalası ilə M.t. mənfi 273,16
0
C-yə bərabərdir. Bu temperaturda
molekulların hərəkəti da-yanır.
MÜTLƏQ YÜKSƏKLİK (Hündürlük) – Yer səthində hər hansı bir
nöqtənin şaquli xətt üzrə okeanın orta səviyyəsindən olan məsafəsi.
Müstəqil dövlətlər Birliyi ölkələrində M.Y. Baltik dənizinin səviyyəsinə
(Kronştadt futştokuna) görə hesalanır.
MÜVƏQQƏTİ POPULYASİYA – müəyyən yerdə müvəqqəti
məskunlaşan populyasiya (miqrasiya edən heyvanlar, birillik otlar və
heyvanlar və s.). Daimi populyasiyalara nisbətən M.p. daha yüksək
böyümə potensialına, böyük ekoloji plastikliyə, az miqdar parazit və
yırtıcılara malikdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
329
N
NADİR LANDŞAFTLAR – özünün fərdiliyi və təkrarsızlığı ilə
seçilən landşaft. Məs. respublikamızda «Ellər oyuğundakı”» eldar şamı
meşəsi, Qobustan qayalıqları və s.
NADİR VƏ TÜKƏNMƏKDƏ OLAN NÖVLƏR – dar areala
malik olan və az rast gəlinən bitki və heyvan növləri (tükənməkdə olan
növlərdə isə fərdlərin sayının azalması). Təkamül prosesini və qiymətli
genetik fondun nadir məhsulları olduğu üçün N.v.t.o.n-in ciddi
qorunması tələb olunur. Belə heyvan və bitki növlərinin bir çoxları
respublikamızın qırmızı kitablarına daxil edilmişdir.
NAXIR BULAĞI –bax: suvat.
NANİZM – cırtdan boyluluq.
NANOFANEROFİTLƏR – bitkilərin karlik həyat forması, şimal və
arid zonaların müxtəlif əlverişsiz şəraitinə adaptasiya olunmuş karlik (1
... 3 m) ağac və kol assosiasiyası.
NANOORQANİZMLƏR (yun. nanos - karlik) – 50 mkm-dən
kiçik olan (karlik) orqanizmlər.
NANOPLANKTON – nanoorqanizmlərdən ibarət plankton, kiçik
plankton orqanizmləri qrupu (bədənin uzunluğu 0,05 mm-dən kiçik),
onunla plankton heyvanları qidalanır.
NANORELYEF – relyefin çox xırda formaları (üfiqi istiqamətdə 1
dm-dən 2 m-ə, şaquli istiqamətdə isə 1 m-ə qədər). Məs. kəsək, təpəcik,
sünbülqıran və qarışqa yuvaları və s. Çox vaxt biogen xarakteri daşıyır.
NARKOTİK BİTKİLƏR (yun. narke – donub qalma, quruyub
qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran,
tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra N.b.-
dən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. N.b.-də təsiredici maddə
alkoloidlərdir; N.b.-dən alınan preparatlardan çox istifadə etdikdə
narkomaniya baş verir. N.b.-in əksəriyyəti ali bitkilərə aiddir. N.b.-in
çoxuna Cənubi və Şimali Amerikanın, Mərkəzi Asiyanın tropiklərində
təsadüf olunur. Tiryək, xaş-xaş, hind çətənəsi (kənaf), kokain kolu, bir
sıra dərman bitkiləri və zəhərli bitkilər N.b-dir.
NASTİRLƏR – müxtəlif təsirlər nəticəsində (istilik, işıq, rütubət)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
330
bitki orqanlarının hərəkəti.
NEFT – maye qazıntı yanacağı olub bitki və heyvan biokütləsinin
anaerob mikrobioloji parçalanmasının məhsuludur. Dünyada istehsal
olunan neft quyularının qazılması yolu ilə əldə edilir. Neftin istehsalı,
nəqliyyatı və emalı ekoloji təhlükə yaradır.
Neftin emalı zamanı çoxlu miqdarda toksik maddələr atmosferə və
suya düşür.
NEFT MƏHSULLARI – neft emalı sənayesi 250-dən çox N.m. alır.
Fiziki metodlarla emal olunan N.m. – birinci, kimyəvi metodlarla alınan
N.m. isə ikinci N.m. adlanır. Birinci N.m.-na petrol efiri, benzin, liqroin,
ağ neft, solyar yağı, mazut, vazelin, qudron, bitum, koks, parafin, ikinci
neft məhsullarına isə – kreqink-benzin, destruktiv hidroqeniz benzini,
riforminq benzini aiddir.
NEFT-QAZ EHTİYATLARI – neft və qaz yataqları neftli, qazlı
rayonlarda, zonada, sahədə və hövzədə yerləşir. Dünyada məlum olan
təqr. 350 neftli-qazlı hövzənin 140-da neft və qaz çıxarılır, qalanları
perspektivli hövzələrdir. Neftli-qazlı hövzələrin sahəsi bir neçə min
km
2
-dən bir neçə mln. km
2-
dək olur. Neft əsasən, çökmə süxurlarla
(qum, qumdaşı, əhəngdaşı və s.), nadir hallarda maqmatik süxurlarla
(Azərbaycanda Muradxanlı neft yatağı) əlaqədardır.
Azərbaycanın əsas neft-qaz ehtiyatları 10 təbii rayonda yerləşir: –
Abşeron (Abşeron arxipelaqı da daxil olmaqla). Aşağı Küryanı, Bakı
arxipelaqı, Xəzəryanı – Quba-Şamaxı-Qobustan, Gəncə, Yevlax-
Ağcabədi, Ceyrançöl, Acı Nohur və Cəlilabad rayonları.
NEFTTUTUCU – sənaye kanalizasiya sistemlərində çirkab
sularından neft və neft məhsullarını ayırmaq üçün təmizləyici qurğu.
NEKTOBENTOS (yun. nektos - üzən) – su hövzəsinin dibində və
suyun dərinliklərində yaşayan heyvanların məcmusu.
NEKROFAQ (yun. nekros – ölü və faq) – ölü heyvanlarla
qidalanan orqanizmlər. Bax: saprofaqlar.
NEKROFİT (yun. nekros – ölü və fit) – ölü üzvi substratda inkişaf
edən bitki.
NEKROPLANKTON – hidrobiontların cəsədlərindən yaranan
plankton. N.-un çoxluğu su mühitini kəskin pisləşdirə bilər, belə ki, ölü
üzvi maddələr oksidləşdikdə çoxlu miqdarda oksigen sərf olunur
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
331
(«zamor»” əlamətləri müşahidə olunur), üzvi maddələrin parçalanan
məhsulları CO
2
, metan, hidrogen-sulfid və digər avtoxton zəhərli
(toksik) maddələrin konsentrasiyası yüksəlir.
NEKROZ (yun. nekrosis) – Bəzi əlverişsiz amillərin təsirindən
bitkinin hər hansı orqanının ölməsi: proses qızma, şaxta, müxtəlif zərərli
(zəhərli) maddələrin təsiri nəticəsində baş verə bilər.
NEKTAR – bitki nektarlığından ifraz edilən şəkərli şirə. N. şəkərli
(saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda
spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular,
fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron,
qaraçöhrə və s.) zəhərli N. ifraz edir. N. arıların və b. həşəratların
qidasına daxildir. N. bal arılarının bal yığımının əsas hissəsini təşkil
edir.
NEKTARİNİDLƏR, NEKTAROFAQLAR – çiçəklərin nektarı ilə
qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır.
NEMATODLAR – girdə qurdlar, ibtidai qurdlar sinfi. Xarici
mühitdə sərbəst yaşayan və müxtəlif bitki, heyvan və insanlarda
parazitlik edən 500 mindən çox növü var. Uzunluğu 80 mkm-dən 8 m-
dəkdir. Qan və tənəffüs sistemi yoxdur. İnsan və heyvanların
orqanizminə düşən nematod yumurtasının bəzisi isə mürəkkəb inkişaf
sikli keçirdikdən sonra bağırsaqda, ağciyərdə, əzələlərdə tam inkişafa
çatır.
NEMATODOZLAR – insan, heyvan və bitkilərdə nematodların
törətdiyi parazitar xəstəliklər. Azərbaycanda askaridoz, enterebioz,
trixosefalyoz və s. yayılmışdır. Yoluxmada tərəvəzin rolu böyükdür.
NEMATOSİDLƏR – ziyanlı nematodları (dəyirmi qurdları) məhv
etmək üçün işlədilən kimyəvi maddələr (pestisidlər).
NEOBİONTLAR (yun. neo – yeni və biont) – kənardan gətirilən
bitki (neofitlər) və heyvan növləri (neofillər). İnsan tərəfindən gətirilən
N. (antrobiontlar) və təbii amillərlə (su daşqınları və axınları, külək və
s.) gətirilən N. ayırırlar.
NEOBİOSFER – müasir biosfer, çox vaxt sadəcə biosfer adlanır. N.
termini səhv olaraq noosfer anlayışı ilə eyniləşdirilir
NEOEKOLOGİYA – biosferin mövcudluğunun müasir dövr
ekologiyası.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
332
NEOENDEMİKLƏR – aktiv növəmələgəlmə prosesində müəyyən
sahəni tutan yeni cavan nəsil; öz adət etdiyi (alışdığı) yerdən başqa
əraziyə yayılmır (endemiklik), yaxud onun yayılmasının qarşısı alınır
(ada, dağ).
NEOFİTLƏR – insan tərəfindən nisbətən uzaq olmayan tarixi
zamandan məqsədsiz gətirilən və ya yerli floraya az miqrasiya edən və
həmin ekosistemdə inteqrasiya olunmuş alaq otları. N. anlayışı çox vaxt
insanın təsərrüfat fəaliyyəti ilə əlaqədardır.
NEOSFER – şüurlu insan fəaliyyəti vahid sistemin (bəşəriyyət -
təbiət) yaranmasında qabaqcıl amil olduqda müasirlik dövrün (əsrin)
biosferi.
NEREST YERİ – balıqların kürü qoyduğu yer. N.y.-ni
çirkləndirmək olmaz, çünki belə halda balıq ehtiyatı istehsalı pozular.
NERİT SAHƏ – Dünya okeanının dayaz hissəsi. Materik
dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun
dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin
müxtəlifliyi ilə səciyyələnir. N.s.-də əsasən, qırıntı materialları (çaqıl
daşı, qabıq əhəngdaşı) toplanır.
NERİT ÇÖKÜNTÜLƏRİ – dayaz dəniz çöküntüləri. Nerit sahədə
əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir.
N.ç. kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının
çoxluğu ilə xarakterizə olunur.
NEYSTON (yun. neustos - üzən) – Su səthində üzən və ya suyun
üst təbəqəsinə bərkinən (altdan və ya üstdən) orqanizmlərin məcmusu.
Onlara əsasən ibtidailər, birhüceyrəli yosunlar, gənələr, milçəklərin sür-
fələri daxildir. Pleyston orqanizmləri ilə birlikdə su ekosisteminin
xüsusi biohorizontunu yaradır.
NEYSTONOLOGİYA – ümumi hidrobiologiyanın neystonu
öyrənən bölməsi.
NEYTRAL SULAR – mühitin aktiv reaksiyası – pH-ın göstəricisi
6,95-7,3-ə bərabər olan təbii su hövzələri.
NEYTRALİZM (NEYTRALLIQ) – (lat. neuter – nə bu, nə
başqası) iki növün eyni bir ərazidə bir-birinə nə müsbət, nə də mənfi
təsir göstərmədən yaşaya bilməsi biotik əlaqə forması. N. əlaqə tipi
xüsusilə bol növə malik olan qruplaşmalarda inkişaf etmişdir. Mühitin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
333
pisləşməsi hər iki növə müxtəlif cür mənfi təsirini göstərir.
NEYTROFİL BİTKİLƏR – neytral reaksiyalı torpaqları üstün
tutan bitkilər(məs. yonca, pişikquyruğu və s.).
NEYTROFİLLƏR, “neytral” növlər – neytral reaksiyalı(pH = 7 –
7,5) mühiti (torpaq, su) üstün tutan orqanizmlər.
NƏQLİYYAT TULLANTILARI – nəqliyyatın işi zamanı
buraxılan (ətraf mühiti çirkləndirən) qazlar və digər tullantılar.
NƏRGİZÇİÇƏKLİLƏR FƏSİLƏSİ (Amaryllidaceae) – birləpəli
bitkilər fəsiləsi. Soğanaqlı olur, az qisim kökümsovlu və ya
köküyumruludur. Azərbaycanda 4-cinsi var (novruzgülü, Şternbergiya,
iksioliron və nərgiz). Əksəriyyəti dekorativ bitkidir. Bəzi növlərinin
kökündəki alkaloidlərdən tibbdə istifadə olunur.
NƏSİL – bir fərdin və ya cütün əmələ gətirdiyi fərdlər.
NƏSİL NÖVBƏLƏŞMƏSİ – orqanizmlərin fərdi inkişafında qeyri-
cinsi və cinsi nəslin növbələşməsi. Bəzi onurğasız heyvanların həyat
siklində morfoloji və fizioloji xüsusiyyətlərinə, həyat tərzinə və çoxalma
üsullurana görə bir-birinə oxşamayan iki və ya bir neçə nəslin bir-birini
əvəz etməsi. Bu hadisə təkamül prosesində meydana çıxmış bir
uyğunlaşmadır. Heyvanlarda N.n. hadisəsi ilk dəfə 1819-cu ildə alman
alimi A.Şamisso tərəfindən müəyyən edilmişdir. Bitkilərdə bir bitkinin
inkişaf siklində iki nəsil: cinsi nəsil (qametofit) və qeyri-cinsi nəsil
(saprofit) ayırd edilir.
Birinci cinsi çoxalma orqanına malik, ikinci isə qeyri-cinsi çoxalma
orqanına malik fərd əmələ gətirir. Bu proses yosun, mamır, qıjı,
qatırquyruğu və plaunlarda daha qabarıq biruzə verir. Məs., meşədə rast
gəlinən qıjı qeyri-cinsi nəsildir. Onların sporangiyasında sporlar
formalaşır. Spor əlverişli şəraitə düşüb cücərərək üzərində cinsi
hüceyrələr formalaşan ilk cücərtini (protal) əmələ gətirir. Protal cinsi
nəsil hesab olunur.
NƏSLƏ QAYĞI – müəyyən növün inkişafını və sonrakı tərəqqisini
təmin etməkdə heyvanların kompleks mühüm həyati hərəkətləri: qohum
fərd qrupunun, ananın və ya ailə cütünün balaları yemləməsi, qulluq
etməsi, qoruması.
NƏSİLVERMƏ ƏMSALI – miqdar göstəricisi: nəslin müəyyən
müddətdə artımını səciyyələndirir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
334
NİKOTİN (frans. nicotine – fransız diplomatı J.Nikonun adından)
– çox zəhərli alkoloidlərdən biri; xarakterik iyli uçucu mayedir; 247
°-də
qaynayır; havada rəngi qəhvəyiləşir, suda və üzvi həlledicilərdə yaxşı
həll olur; qüvvəli əsasdır. Tütün yarpaqlarında (2-8%) və s. bitkilərdə
olur. Təsiri az dozada oyadıcı, böyük dozada isə süstləşdiricidir. Süst-
ləşmə sinir sisteminin iflicinə, tənəffüsün və ürək fəaliyyətinin
dayanmasına səbəb ola bilər. Onun bir neçə damcısı (200 q tütündə olan
100-200 mq-ı) dəri altına yeridilsə insan ölə bilər.
NİKTİTROPİZM (yun. nyx (nykos) – gecə və tropizm) – bitkinin
yuxuya getməsi-qaranlıq düşdükcə bitkinin orqanlarının dövri hərəkəti
(məs., noxudun, yoncanın yarpaqcıqlarının yumulması).
NİŞASTA – bitkilərin əsas ehtiyat karbohidratı, hüceyrə
orqanlarında yaranır və əsasən, toxum, soğanaq və kök yumrularında,
həmçinin yarpaq və gövdədə toplanır. N. və onun məhsullarından kağız,
toxuculuq, metaltökmə sənayelərində və s. sahələrdə istifadə olunur;
müxtəlif dərmanların tərkibinə daxildir. Yeyinti sənayesində N.-dan
patka, saqo yarması, qlükoza və s. məhsullar alınır. Yodun təyinində
indiqator kimi 1%-li N. məhlulu işlədilir.
NİTRATLAR – azot turşusunun duzları, sənayedə və xüsusən kənd
təsərüfatında geniş istifadə olunur. Tarlalarda gübrə verərkən normaya
riayət edilmədikdə nitratlar qida məhsullarında toplanaraq ağır
zəhərlənmə verir.
NİTRİFİKASİYA (lat. nitrogenium - azot) – ammonium duzlarının
nitratlarla mikrobioloji çevrilməsi prosesi; torpaqda və su hövzələrində
gedir. Yandırılan məhsullar nəticəsində atmosferdə toplanan azot
oksidləri yağış və s. yollarla suya, torpağa daxil olduqda oradakı
nitrifikasiya bakteriyalarının köməyi ilə nitratlara çevrilir. Suda bu
duzların çox toplanması onu içmək üçün yararsız edir. Torpaqda N.-nın
qarşısını almaq üçün bu prosesi ləngidən kimyəvi maddələrdən istifadə
edilir.
NİTRİFİKASİYA BAKTERİYALARI – ammoniumu və
ammonium duzlarını nitratlara çevirən torpaq və su aerob bakteriyaları.
NİTROFİLLƏR – tərkibində yüksək miqdarda nitratlar olan torpaq
və ya suda yaşamağı üstün tutan xırda heyvanlar, bakteriyalar.
NİTROFİTLƏR – tərkibində yüksək miqdarda nitratlar olan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
335
torpaqları üstün tutan bitkilər (məs., gəndəlaş, qovaq, gicitikan).
NİVAL İQLİM, qar iqlimi (lat. nivalis – qarlı, soyuq) – yüksək
dağlıq zonaya və qütb vilayətlərinə xas olan iqlim. Soyuq dövrdə yağan
qarın miqdarı, isti dövrdə əriməyə və buxarlanmağa macal tapmır.
NİVAL QURŞAQ – daimi qar qurşağı-dağlarda, adətən qar
sərhədindən yuxarıda yerləşən ən yüksək təbii qurşaq. Nival iqlimlə
səciyyələnir. N.q. üçün qar və buzlaqlar xarakterikdir. İntensiv surətdə
fiziki (əsasən, şaxta) aşınma prosesləri gedir. Üzvi aləmi çox kasıbdır;
bitki örtüyü (şibyə, mamır və s.) çox seyrəkdir. Heyvanlardan bəzi quş
və cücü növlərinə rast gəlmək olur. N.q.-ın aşağı sərhədi qütb
rayonlarında dəniz səviyyəsinə qədər enə bilir, səhra rayonlarındakı
dağlarda isə 6500 m-ə qədər qalxa bilir. Böyük və Kiçik Qafqaz
dağlarında 3000 m-dən yuxarıda yerləşir.
Bazardüzü dağında nival qurşağı
NİVASİYA – qar eroziyası, qarın təsiri altında ekzogen
relyefəmələgəlmə prosesinin gedişi. Qütb, yüksək dağlıq rayonlar üçün
səciyyəvidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
336
NİZAMLAYICI FAKTOR – orqanizmin normal fəaliyyəti üçün
əlverişli olan mühit faktoru.
NOMİNALİSTİK KONSEPSİYA (lat. nominalis – fdlı, nomen –
ad) – bu konsepsiyaya görə təbiətdə növlər mövcud deyil; real mövcud
olan yalnız fərdlərdir. 18-ci əsrdə Fransada bu konsepsiya geniş
yayılmışdı. (Byuffon, Robine, Lamark və b.) 20-ci əsrin əvvəlində N.k.-
sı K.Bessi (1908) və b. tərəfindən qəbul edilmişdir. Hazırda isə yalnız
tarixi maraq oyadır.
Dostları ilə paylaş: |