MAQARELYEF – Yerin endogen qüvvələri tərəfindən əmələ
gəlmiş ən böyük relyef formaları. Məs. okean çökəyi, hündür yayla.
MAQMATİK SÜXURLAR – püskürmə süxurları-ərgin maqmanın
soyuması və kristallaşması nəticəsində əmələ gələn süxurlar; soyuma
şəraitinə görə effuziv (vulkanik) və intruziv (dərinlik) süxurlara bölünür.
Effuziv süxurlar vulkan püskürmələri zamanı maqmanın Yer səthinə
axaraq lava şəklində soyumasından, intruziv süxurlar isə maqmanın Yer
qabığında müəyyən dərinlikdə başqa süxurlar içərisində soyumasından
əmələ gəlir.
MAQNİTOBİOLOGİYA – biofizikanın bölməsi: xarici maqnit
sahəsinin canlı orqanizmlərə təsiri. M. bioloji mənşəli maqnit xassələrini
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
290
təyin edir.
MAQNİTOTROPİZM – orqanizmlərin maqnit sahəsinin təsirilə
(təbii və süni) hərəkət tipi (məs. bitkilərin kök sisteminin güclü inkişafı).
MALAKOLOGİYA (yun. malakion - malyuska) –zoologiyanın
molyuskları öyrənən bölməsi.
MALANİZM – ətraf mühitin çirkləndirilmiş rənginə uyğun tünd
rəngli orqanizmlərin seçilib qalması (məs. belə kəpənəklər 70 növdən
çoxdur).
MALDARLIQ – süd, ət və gön-dəri məmulatı almaq üçün qaramal
yetişdirən heyvandarlıq sahəsi. M-in Azərbaycanda mezolit, xüsusilə
Neolit dövründə geniş yayılması məlumdur.
MAL-QARA ÜÇÜN “ZAQON” – səmərəli istifadə etmək
məqsədilə otlaq hasarlanmış sahələrə «zaqonlara» bölünür. Bu, hədsiz
otarmanın qarşısını alaraq otlağın deqradasiyaya uğramasına, torpağın
dağılmasına yol vermir.
MALTUSÇULUQ – T.R.Maltusun adı ilə bağlıdır. M.-a görə
zəhmətkeşlərin vəziyyəti kapitalizm quruluşunun sosial şəraiti ilə deyil,
təbiətin qanunları ilə müəyyən edilir: yaşayış vasitələrinin artımı əhali
artımından geri qalır; adamlar bioloji xüsusiyyətlərindən asılı olaraq
həndəsi silsilə ilə, yaşayış vasitələrinin miqdarı isə yalnız ədədi silsilə
ilə artır. Maltusa görə əhalinin sayı və yaşayış vasitələrinin miqdarı
arasındakı nisbət geniş insan kütləsini tələf edən epidemiya, aclıq,
müharibə və s. ilə tənzimlənməlidir.
MAMIRLAR– Mamırkimilər (Bryophyta) şöbəsində birləşən,
quruda, bəzən şirin suda yayılmış avtotrof bitkilər, çoxalması nəslin
növbələşməsilə gedir. Torpaqda, ağac qabığı və daşların üzərində geniş
yayılmışdır. M. hər yerdə (dənizlərdən başqa) yayılmışdır. Antibiotik
tərkibli bəzi növləri tibdə, torf mamırı kənd təsərrüfatında istifadə edilir,
(gübrə, qaba yem və s. kimi).
MARİKULTURA – dəniz sənaye orqanizmlərinin (istridyə,
malyusk, yosun və s.) süni yetişdirilməsi və artırılması. (qismən
dənizlərdə, limanlarda, çay estuarisində).
MARİNOBİOSFER (lat. marinus – dəniz və biosfer) – Dünya
okeanında yaşayan orqanizmlərin məcmusu.
MARŞRUT PLANALMA – Geobotaniki və torpaq xəritələri tərtib
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
291
etmək üçün bitki örtüyü və torpağın sadə, gözəyarı plana alınması.
Kompas, vizir xətkeşi və orta miqyaslı ümumi xəritələrin köməyi ilə
aparılır.
MATERİKLƏR, KONTİNENTLƏR – Yer qabığının hər tərəfdən
okean və dənizlərlə əhatələnmiş böyük quru massivləri. Müasir geoloji
epoxada 6 materik mövcuddur: Avrasiya, Şimali Amerika, Cənubi
Amerika, Afrika, Avstraliya və Antraktida. M. üçün Yer qabığının
ümumi qalınlığının 35-45 km-dək olması və qranit qatının mövcudluğu
xarakterikdir.
MAVİ SİYAHI – Qırmızı kitabın bölməsi: sayı azalmağa doğru
gedən quş növləri daxildir.
MEXANİKİ ÇİRKLƏNMƏ – mühitin bilavasitə özündə və orada
yaşayan orqaninzmlərə mexaniki təsirin nəticəsində (məs. müxtəlif
zibillərlə) çirklənmə.
MEXANİKİ EROZİYA – traktor və digər kənd təsərrüfatı
texnikasının mexaniki təzyiqi nəticəsində torpağın strukturunun
pozulması.
MEXANOXORİYA – açılan meyvə toxumlarının mexaniki
səpələnməklə yayılması. M. sarı akasiya, itxiyarı, xınagülü üçün
xarakterikdir; bu bitkilərin yetişmiş meyvələri birdən açılır (partlayır) və
toxumları zərblə tullayır.
MEQABİOSFER (yun. megas - böyük) – canlı orqanizmlərin daim
yaşadığı bütün hidrosfer, atmosferin qatları (ozon qatına qədər) və
litosferin bir hissəsi.
MEQAEKOSİSTEM – ən böyük ölçülü ekosistem (okean, biosfer
bütövlükdə).
MEQAPOLİS – əhalisi 10 mln.-dan artıq olan şəhərlərin nəhəng
aqlomerasiyası. M.-ə Şanxay, Kalkutta, Tehran, Nyu-york, Tokio, San-
Paulu, Meksika, Rio-de-Jeneyro, London, Seul və b. aiddir.
MELİORASİYA
(lat. melioratio - yaxşılaşdırmaq)
–
(yaxşılaşdırma, yararlı hala salma) – torpaqların faydalı istifadəsi üçün
yararlı olmayan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş təsərrüfat
və texniki tədbirlər sistemi: əsasən torpağın su, hava, qida və istilik
rejimlərini nizamlamaq yolu ilə həyata keçirilir. M. təbii fəlakətlərin
nəticələrini aradan qaldırmağa, torpaqlardan səmərəli istifadəyə imkan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
292
verir. Tətbiq sahəsinə görə M. üç əsas qrupa bölünür:
1) Su rejimi əlverişli olmayan torpaqların M.-sı. Bataqlıq, su basmış
torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra
sahələrinin M.-sı. Buraya izafi nəmliyə qarşı mübarizə tədbiri kimi
qurutma M-sı, quraqlığa qarşı suvarma M.-sı (irriqasiya) daxildir.
2) Əlverişli olmayan fiziki-kimyəvi xassələrə malik (şorakətli, şor,
ağır gilli, lilli) torpaqların M.-sı. Bu qrupa şor torpaqların
duzsuzlaşdırılması və şorakətli torpaqların kimyəvi M.-sı daxildir.3)
Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların
M.-sı. Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi,
sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin M.-sı.
Qurutma, duzsuzlaşdırma və kimyəvi M.-da əsas mübarizə tədbiri
ərazinin drenlənməsi, suvarma M.-sında isə əsas tədbir suvarma
şəbəkəsinin yaradılması və onun su mənbəyinə birləşdirilməsidir. Hər
iki halda torpağın su-duz rejimi normal saxlanmalı, lazımi aqrotexniki,
fitomeliorasiya və hidrotexniki üsullarla aparılır. Azərbaycan
Respublikasının düzənlik rayonlarında yarıdan çoxu müxtəlif dərəcədə
şor olan, suvarılmalı, şorakətli, qurudulmalı və su eroziyasına qarşı
mübarizə aparmalı torpaq vardır. Respublikada müxtəlif drenlər,
Ceyranbatan, Sərsəng, Ağstafa, Xanbulançay, Xaçınçay, Arpaçay,
Bəhramtəpə su anbarları və qovşaqları tikilib istifadəyə verilmişdir.
Muğan-Salyan, Mil-Qarabağ, Şirvan, Dəvəçi-Xaçmaz zonalarında 100
min hektarlarla ərazi suvarılaraq duzsuzlaşdırılmış və kənd təsərrüfatı
üçün yararlı hala salınmışdır.
MELİORATİV BİTKİLƏR –öz təsirilə torpağın bərpasına və
münbitliyinin artmasına, torpaqəmələgəlmə prosesinə demək olar ki,
əksər bitkilər meliorativ xüsusiyyətə malikdir.
MENDELİZM – genetikanın əsasını təşkil edən irsiyyət
qanunauyğunluqları haqqında elm. Q. Mendel göstərir ki, «elementlər»
(amillər) əlahiddə olub çarpazlaşma nəticəsində qovuşmur və itmir.
Əvvəlki nəsillərdə onlardan biri üstünlük təşkil edib meydana çıxır.
«İtmiş» əlamət isə sonrakı nəsillərdə tədricən özünü büruzə verir.
METABİOZ (yun. meta – arası, sonra) – İki və bir neçə
mikroorqanizmin birgə həyat sürməsi; bu zaman hər iki və bir neçə
orqanizm üçün mühitin yaranması əlverişli olur; məs. ammonifikator
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
293
bakteriyaları ammonium hasil edir ki, o, onlarla birgə yaşayan nitroz
bakteriyalarının həyatı üçün lazımdır, bu həm də öz növbəsində nitrat
bakteriyalarını nitritlə təmin edir.
METABOLİT SU –heyvan orqanzmində oksidləşən qida (yağ,
karbohidratlar) əmələ gətirən su. M.s. səhralarda yaşayan heyvanlar
üçün ətraf mühitdə sərbəst su ehtiyatının olduqca qıt olduğu şəraitdə
xüsusən əhəmiyyətlidir (dəvə, səhra gəmiriciləri, həşəratlar və s.).
METABOLİTLƏR – canlı orqanizmlərdə maddələr mübadiləsi
məhsulları.
METABOLİZM, maddələr mübadiləsi – Canlı orqanizmlərdə
maddələri enerjiyə çevirən biokimyəvi proseslərin məcmusu. M. bir-
birinə əks nəticəli iki prosesdən (assimilyasiya və dissimilyasiya)
ibarətdir.
METAMORFOZ – bitkilərin və heyvanların fərdi inkişafında
(ontogenezdə baş verən və geniş yayılmış çevrilmə, dəyişilmə hadisəsi:
təkamül prosesində qazanılmış uyğunlaşma. Bitkilərdə M. əsas
orqanlarda və onların funksiyalarında baş verir. Quraqlıq sahələrdə
rütubətin azlığı ilə əlaqədar bəzi orqanlarda M. getmişdir. Kaktuslarda
gövdə həm forma, həm də funksiyaca dəyişkənliyə uğramışdır. Bəzən
yarpaqlar da M.-a uğrayır. Məs., zirincdə adi gövdədə yerləşən
yarpaqlar tikanlara çevrilmişdir.
METEORİT – planetlərarası boşluqdan yer atmosferinə uçub gələn
mineral kütlələr. Adətən M. atmosferdə sürtünmə nəticəsində 160-180
km hündürlükdə alışır və yerə çatmadan atmosferdə yanıb qurtarır, lakin
onlar bəzən Yerə çatır. 1959-cu il noyabrın 24-də Yardımlı rayonuna
ümumi ağırlığı 150 kq olan dəmir M. düşmüşdür.
METEOROLOGİYA (yun. meteora – atmosfer və ya göy
hadisələri və logos - elm) – atmosfer haqqında elm. Geofizika elmləri
sisteminə daxildir. Atmosfer fizikası, atmosfer kimyası, dinamiki M.,
iqlimşünaslıq, biometeorologiya və s. bölmələrə ayrılır.
METEOROBİOLOGİYA – iqlimin orqanizmə təsirini öyrənən
kompleks elmi fənn.
METEOROLOJİ XİDMƏT – iqlimin vəziyyətinin təbii, süni və ya
antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
294
olunmuşdur.
METEOROLOJİ MÜHARİBƏ – düşmənə iqtisadi zərər yetirmək
və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer
hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu
rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək,
yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən
quraqlıq törətmək və s.).
METİL SPİRTİ (Metonol) – CH
3
OH – şərab spirti iyi verən,
rəngsiz mayedir, narkotik təsirə malikdir, 64,5
0
-də qaynayır. M.s.
orqanizmdə oksidləşərək yüksək zəhərli birləşmələr – formaldehid və
qarışqa turşusu əmələ gətirir. M.s.-nin 30-100 mil-ri fərdi hissiyyatdan
asılı olaraq ölüm dozası sayılır.
MEZOEKOSİSTEM (yun. mesos - orta) – orta ölçülü ekosistemlər
(ayrı-ayrı göllər, çaylar, nohur və s.).
MEZOİQLİM – təbii şəraiti eyni olan nisbətən kiçik ərazinin (məs.
müəyyən meşə massivi, dağarası çökəklik, kiçik şəhər və s.) iqlimi.
Makroiqlim və mikroiqlim arasında keçid təşkil edir.
MEZOFİLLƏR – hava və torpağın orta rütubətliyi şəraitinə
uyğunlaşıb yaşayan heyvanlar. Bura olduqca çoxlu quş və heyvan
növləri daxildir.
MEZOFİTLƏR – orta dərəcədə rütubətli torpaqlarda bitən bitkilər.
Kserofitlərlə hiqrofitlər arasında keçid təşkil edir. M.-ə, əsasən, ağac və
kollar, xüsusilə çəmən bitkiləri (çəmən qırtıcı, üçyarpaq yonca,
pişikquyruğu və s), bəzən də yarımsəhra və bozqırlarda bitən efemerlər,
kənd təsərrüfatı bitkilərinin çoxu və alaqlar daxildir.
MEZOHİQROFİLLƏR – orta rütubətli yerlərdə yaşamağı üstün
tutan heyvanlar (əksərən mülayim qurşaqda rast gəlinən heyvanlar.
(Termini R.Dajo (1975) təklif etmişdir.
MEZOHALOFİTLƏR – ortaduzlu suları üstün tutan bitkilər.
MEZOHİQROFİTLƏR – orta rütubətli yerləri üstün tutan bitkilər.
MEZORELYEF – relyef forması, makrorelyef ilə mikrorelyef
arasında orta vəziyyət tutur. Məs., dərə, çökəklik və s.
MEZOSAPROB ORQANİZMLƏR, MEZOSAPROBLAR – üzvi
maddələrlə orta dərəcədə çirklənmiş su hövzələrində yaşayan bitki və
heyvan orqanizmləri. Belə sularda oksidləşmə məhsulları – nitratlar və
nitritlər, sərbəst oksigen olur, lakin parçalanmayan zülallar olmur.
α M.o. və β M.o. var. α M.o. çirklənmiş və oksigen defisiti artıq olan
sularda inkişaf edə bilir; bunlara bakteriyalar, bəzi göbələklər və
yosunlar, ibtidailər və s. aiddir.
β M.o. az çirklənmiş və oksigen defisiti
çox da artıq olmayan sularda yaşayanlardır; bunlar diatom yosunlar,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
295
bəzi çiçəkli bitkilər, qamçılılar, kökayaqlılar, kirpikli infuzorlar,
həmçinin bəzi molyusklar, xərçəngkimilər, həşəratlar və balıqlardır.
MEZOSFER – atmosferin stratosfer ilə ionosfer arasındakı təbəqəsi.
Təqr. 50 km-dən 80-85 km-dək yüksəklikdə yerləşir. M. temperaturun
yüksəkliyə görə təq. 0
°C-dən 90°C-yədək azalması ilə səciyyələnir.
MEZOTERMOFİTLƏR – orta istisevər termofil bitkilər, öz
inkişafları üçün mülayim temperatur tələb edir. Vegetasiya dövründə
orta ongünlük temperaturun 15-20
°C olmasına üstünlük verir. Mezoterm
hidrofitlər, mezofitlər və kserofitlər ayırmaq olar.
MEZOTROF ORQANİZMLƏR – torpağın münbitliyinə, qida
maddələrinə, o cümlədən mineral maddələrə orta dərəcədə tələbatı olan
orqanizmlər.
MEZOTROF SU HÖVZƏSİ – Su orqanizmləri üçün qida
maddələri orta dərəcədə olan su hövzəsi. Belə su hövzələri təmiz, şəffaf
olur.
MEYVƏ BİTKİLƏRİ – şirəli və ya bərk, yeyilən meyvəsi olan,
yabanı halda bitən və becərilən ağac, kol, yarımkol, çoxillik kolcuqlar
qrupu. M.b.-nə alma, armud, heyva, albalı, ərik, badam, fındıq, qoz,
zeytun, əncir və s. daxildir. Bir çox subtropik və tropik M.b.-ndən
manqo, banan, sitrus bitkiləri və s. göstərmək olar.
MEYVƏÇİLİK – bitkiçilik sahəsi, insanın qidalanması üçün yararlı
meyvə verən çoxillik bitkilərdən bəhs edən elm. Azərbaycanda M. üzrə
elmi-tədiqat işləri Qubadakı Azərb. Bağçılıq, Subtropik bitkilər Elmi
istehsalat Birliyi və onun Göyçay, Zaqatala, Ordubad, Lənkəran təcrübə
stansiyaları və dayaq məntəqələrində aparılır.
MEŞƏ – öz inkişafında bioloji cəhətdən bir-birilə bağlı olan və bir-
birinə, həm də xarici mühitə təsir göstərən ağac, kol, ot, digər, bitkilər
(mamır, şibyə), heyvanat aləmi və mikroorqanizmlərin birliyi (vəhdəti)
olub biosferin mühüm tərkib hissəsidir, coğrafi landşaftın elementidir.
Meşə biogeosenozdur, biogeosenozlar sistemidir.
M. təbiətin orijinal və təkrarolunmaz hissəsidir. O, öz qanunları ilə
yaşayır və inkişaf edir. Öz mövcudluğu və inkişafı üçün M. öz-özünə
əlverişli şərait yaradır, qida və su ilə öz-özünü təmin edir, təzələyir,
gələcək nəslinin qorunub saxlanması üçün özünə qayğı göstərir.
Meşədəki ağaclar sıx bitdiyindən bir-birinə böyük təsir göstərir, ona
görə də orada ağaclar uca boylu, düz gövdəli, çətirləri isə az inkişaf
edərək ensiz və gödək olub, ağacların təpə hissəsində yerləşir. M.-də
ilbəil arası kəsilmədən ağac və kolların küllü miqdarda yarpağı, xırda və
iri budaqları, qabıq, çiçək və meyvələri tökülür, onlara isə milyonlarla
həşərat qalıqları qarışır. Torpaq səthinə düşən bu töküntülər tədricən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
296
çürüyüb parçalanır və qalın üzvi kütlə (meşə döşənəyi) əmələ gətirir.
M.-də üstünlük təşkil edən ağac cinsləri meşənin edifikatorları adlanır.
Onlar meşənin, eyni zamanda bütün biosferin üzvi maddələrinin əsas
kütləsi sayılaraq maddələrin dövranında və ətraf mühitin dəyişilməsində
mühüm rol oynayır. Respublikamız az meşəli olub ərazisinin yalnız 10
faizi meşə ilə örtülüdür. Lakin meşələrimiz ağac, kol və heyvan növləri
ilə olduqca zəngindir. Burada 450-dən çox yabanı ağac və kol növü
bitir. Onların 70-i endem növləri olub respublikamızdan başqa dünyanın
heç bir yerində təbii halda bitmir.
MEŞƏ EKOSİSTEMLƏRİ – Mürəkkəb və yüksək məhsuldar
ekosistemlər. Azərbaycan Respublikasında M.e.-ndə əsasən hündür
boylu (20-40 m) enliyarpaq ağaclar (fıstıq, palıd, vələs, cökə)
dominantlıq edir.
Fitofaqlar: maral, qarapaça, çöl donuzu, ayı, cüyür, gəmiricilər və
quşlar. Zoofaqlar: canavar, vaşaq, porsuq, tülkü və s. Qonur dağ-meşə
torpaqları üstünlük təşkil edir. M.e. böyük torpaqqoruyucu,
sutənzimedici rola malikdir, oduncaq, meyvə, giləmeyvə, dərman
bitkiləri tədarük edilir. Rekreasiya əhəmiyyətindən geniş istifadə edilir.
MEŞƏ ƏKİNLƏRİ – ağac və kolların səpini və ya əkini ilə salınan
meşəliklər. M.ə. işlərini həyata keçirmək meşə təsərrüfatının əsas
vəzifələrindən biridir. M.ə. meşəəkini fondu sahələrində, meşəsiz və
yararsız torpaqlarda aparılır. M.ə. dövriyyəsinə toxum bazasının
yaradılması (meşə-toxumçuluq sahələri və ya plantasiyalar), toxum
tədarükü və səpinə hazırlanması, əkin materialı (tinglik) yetişdirmək,
meşə əkini sahələrinin hazırlanması, torpağın şumlanması, toxum səpini
və ya tinglərin basdırılması, əkinlərə aqrotexniki və meşəçilik
qulluqlarının yerinə yetirilməsi kimi işlər daxildir.
Respublikanın meşə təsərrüfatları tərəfindən həm dağ, həm də düzən
ərazilərdə M.ə. salınmışdır. Dağ yamaclarında M.ə.-də əsasən qoz,
şabalıd, adi göyrüş, adi şam, krım şamı, düzən meşə təsərüfatları
ərazisində isə əsasən ikinci dərəcəli ağac cinslərinə (ağ akasiya, yaşıl
göyrüş, iydə) üstünlük verilmişdir. Burada qiymətli ağac cinsləri olan
palıd, qoz, qovaq, saqqız ağacı, püstə, eldar şamı əkinləri olduqca az
sahə tutur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
297
Gədəbəy qəsəbəsi ətrafında krım şamı əkini
MEŞƏ FAUNASI – Yer kürəsi meşələrində yaşayan heyvan
növlərinin məcmusu: yer səthində yaşayan heyvanların yarısını təkil
edir. Meşə bitkisinin tərkibi və quruluşu onun faunasının zənginliyi və
müxtəlifliyini müəyyən edir. Meşə qruplaşmaları nə qədər mürəkkəb və
rəngarəngdirsə, yem bazası boldursa, meşə faunası da bir o qədər bol və
rəngarəng olar. M.f.-nın bir çox növləri meşənin həyatında mühüm rol
oynayaraq onun böyüməsi, inkişafı, bərpası və formalaşmasına təsir
göstərir. Bir sıra quşlar və məməlilər ağac və kolların toxumları,
meyvələri ilə qidalanaraq onların yayılmasına və bitməsinə kömək edir.
Bununla bərabər M.f. meşəyə və meşə əkinlərinə müəyyən ziyan da
verir. (bir çox cücülər, gəmiricilər).
Respublikamızın Talış zonasının M.f. daha çox zənginlyi ilə seçilir.
Talış dağları meşələrində cüyür, bəbir, meşə pişiyi, qaya dələləri, vaşaq,
yereşənlər, kirpi, süleysin, köstəbək, çaqqal, qonur ayı, porsuq,
samurlar, çöl donuzu, dənizə yaxın düzən meşələrdə quşlardan
qaşqaldaq, qamışlıq quşu, kiçik bozca, ağqarın, cüllütlər, qağayı,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
298
sternalar, anqutlar, qaqar, boz qaz, sarıleylək, bildirçin, meşə göyərçini,
sultan toyuğu, qaratoyuq, sarquşu, qırqovul, turac, qızlar quşu və s.
geniş yayılmışdır. Endemik quşlardan Hirkan zığzığı, Hirkan payız
bülbülü, Hirkan zaryankası, Hirkan arıquşu, Talış qırqovulu və s.
göstərmək olar, endem cücülərə (kəpənək, qarışqa, böcək və s.) də rast
gəlinir.
Böyük və Kiçik Qafqazın dağ meşələrində yaşayan məməli
heyvanların əksəriyyəti qiymətli ov heyvanları, yaxud estetik cəhətdən
nadir, gözəl heyvanlardır. Bu meşələrdə yırtıcı heyvanların xarakterik
nümayəndələrindən bəbir, boz ayı, canavar, çaqqal, tülkü, kaftar, vaşaq
və meşə pişiyidir. Qiymətli ov heyvanlarından isə dırnaqlılara aid olan
Bezoar keçisi, Qafqaz dağ keçisi, Qafqaz maralı, cüyür, dağ qoyunu,
köpgər, çöl donuzu, gəmiricilərin nümayəndələri olan dovşan, dələ,
sincab, porsuq, gəlincik, meşə süleysinləri, qulaqlı kirpi, çay samuru,
quşlardan Qafqaz uları, alacəhrə, meşə əlvan bülbülü, qaratoyuq, iri
əlvan ağacdələn, arıquşu və s. göstərmək olar.
MEŞƏ FONDU – mühafizə və meşəsalma işləri nəzərdə tutulan
meşə sahəsi (meşə ilə örtülü və meşə ilə örtülü olmayan sahələr).
MEŞƏ XƏRİTƏLƏRİ – meşələrin bioloji və iqtisadi xüsuiyyətləri
müəyyən sistemli şərti işarələrlə göstərilir. Meşə sərvətlərinin aşkar
edilməsi, məhsuldarlığının qiymətləndirilməsi və meşənin
qorunmasında M.x.-ndən geniş istifadə olunur. Məqsəd və tərkibinə
görə M.x. şərti olaraq bioloji (meşənin məhsuldarlığı, meşənin tipi, ağac
cinslərinin paylanması, fenoloji, meşəpotoloji və s.) və iqtisadi (meşə
təsərrüfatı, meşə istismarı və s.) xəritələrə bölünür. Meşə təsərrüfatı
ərazisi üçün təsərrüfat fəaliyyətini nizama salmaq məqsədilə M.x. 1:10
000-1:25 000 miqyasında, obzor materialları isə 1:100 000, 1:250 000
miqyasında verilir.
Dostları ilə paylaş: |