LANDŞAFTIN REKULTİVASİYASI – pozulmuş landşaftların
təsərrüfat, tibbi-bioloji və estetik qiymətinin bərpasına yönəldilən
kompleks tədbirlər. L.r.-da iki mərhələ ayrılır: texniki (texniki
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
280
rekultivasiya) – sonrakı məqsədli istifadəsi üçün torpağın hazırlanması
və bioloji r. (bioloji rekultivasiya) – texniki rekultivasiyadan sonra
torpağın münbitliyinin bərpası: kompleks aqrotexniki və fitomeliorasiya
tədbirlərini həyata keçirməklə biotanın yenidən inkişafına nail olmaq.
LANDŞAFTIN SİNANTROPLAŞDIRILMASI
(antropogenləşdirilməsi) – insan fəaliyyəti nəticəsində landşaftın
dəyişilməsi prosesi: alaq növlərinin, mədəni bitkilərin sayının artması.
LANDŞAFTIN SUKSESSİYASI
– landşaftın dəyişilmiş
vəziyyətinin ilkin və ya ona dinamik vəziyyəti istiqamətində dəyişilməsi
prosesi.
LANDŞAFTIN TARAZLIĞI – xarici (anropogen faktor daxil
olmaqla) faktorların təsirilə və ya özünütəşkiletmə və özününizamlama
prosesləri nəticəsində təbii landşaftlarda formalaşan nisbətən davamlı
(taraz) vəziyyət. Antropogen landşaftlarda tarazlıq əsasən antropogen
faktorlarla, həmçinin özünütəmizləmə və idarəetmə prosesləri
nəticəsində qurulur. Landşaft nisbətən plastik, dinamik və inkişaf edən
sistem olduğundan bir deyil, bir sıra tarazlıq vəziyyətində olur. L.t-nı
saxlamaq təbii resursların səmərəli istifadəsi və insanı əhatə edən
mühitin qorunması üçün əsas şərtlərdən biridir.
LANDŞAFTIN TƏNZİMLƏNMƏSİ – (nizamlanması) – insan
tərəfindən və ya təbii rejimlə landşaftın funksiyasını saxlamaq üzrə
tədbirlər.
LANDŞAFTIN UZUNÖMÜRLÜLÜYÜ – landşaftın və ya onun
dinamik mərhələlərinin yaşadığı və ya yaşaya biləcəyi dövrün uzunluğu.
Bu anlayışdan yalnız kiçik ekosistemlər üçün istifadə olunur.
LANDŞAFTIN YAXŞILAŞDIRILMASI
– əlverişli mühit
yaratmaq, təsərrüfat, tibb-gigiyena və ya rekreasiya xassələri
formalaşdırmaq məqsədilə landşaftın vəziyyətini dəyişdirməyə
yönəldilən tədbirlər sistemi. «Yaxşılaşdırma”» ifadəsi həm də özündə
rekultivasiya, meliorasiya, sağlamlaşdırma və s. kimi kompleks
tədbirləri cəmləşdirir.
LANDŞAFTŞÜNASLIQ – fiziki coğrafiyanın sahəsi. L. hazırki
təbii və mədəni landşaftların mənşəyini, strukturunu, onlardakı qarşılıqlı
əlaqələri, fiziki-coğrafi prosesləri, dinamikasını, onların əmələ gəlmə
qanunlarını, yerləşməsini, insan fəaliyyətinin təsirilə dəyişməsini və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
281
təsərrüfat cəhətdən istifadə edilməsi imkanlarını tədqiq edir.
LANDŞAFTYARADAN AMİLLƏR – geoloji quruluş, relyef,
torpaq növü (tipi), iqlim, bitki örtüyü, heyvanat aləmi və landşaftın
digər komponentləri müəyyən landşaft kompleksinin formalaşmasında
iştirak edir.
LARVİSİD (lat. larva - sürfə) – zərərli həşəratların tırtıl və sür-
fələrini məhv etmək üçün işlədilən pestisid.
LATERİT TORPAQLAR (lat. later - kərpic) – ekvatorial və
rütubətli tropik meşə torpaqları; tərkibində alüminium, dəmir və az
miqdarda silisium 4-oksid olur. Turş reaksiyalıdır; aşağı kation və
yüksək anion udma qabiliyyəti var.
LAVA (ital. lava – doldurur) – vulkan püskürməsi zamanı yer
səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən
ibarət qızğın maye və ya çox qatı kütlə. L. soyuyarkən tərkibinə uyğun
müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı L.
bütün səthi dolduraraq L. örtükləri əmələ gətirir. Bu halda adətən dağ
düzənlikləri – lava platoları yaranır.
LAY SULARI – iki su keçirməyən süxur qatı arasındakı layda olan
və ya cərəyan edən sular; adətən, təzyiqli olur.
LEGENDA, kartoqrafiya və topoqrafiyada – xəritənin
məzmununu açan şərti işarələrin və onlara aid izahatların toplusu. L.
xəritə çərçivəsinin kənarında, yaxud çərçivə daxilindəki boş sahədə
yerləşdirilir.
LEMNOBİOS – təmiz sularda yaşayan orqanizmlərin məcmusu
(göl, çay, qaynaq, yeraltı su, mağara və s. yerlərdə).
LEPTOBİOZ, KLEPTOBİOZ, LESTOBİOZ (yun. leptos - asan)
– hər hansı bir növün (adətən kiçik) yem tapdığı digər növün yuvasında
məskən salması.
LETAL (öldürücü) TEMPERATUR – canlı orqanizm üçün
öldürücü temperatur.
LETAL FAKTOR (lat. letalis - ölümcül) – təsir qüvvəsi orqanizmi
məhvə (ölümə) aparan faktor (məs. insektisid).
LEYLƏKLƏR (Ciconiidae) – caydaqlar dəstəsindən quş fəsiləsi. 17
növü əhatə edən 2 cinsi var. Azərbaycanda Ciconia cinsindən 2 növü –
ağ L. (C/ ciconia) və qara L. (C.nigra) var. Qurbağa, kərtənkələ, siçan,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
282
həşərat və s. ilə qidalanır. Köçəri quşlardır.
LEYSAN – qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında
düşür. İntensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir.
Dünyada ən güclü L. Havay adalarında (21 mm/dəq, 1913)
Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə
edilmişdir.
LƏLƏKYEYƏNLƏR (Mallophaga) – pteriqotlar qrupundan
qanadları ikinci dəfə reduksiyaya uğramış həşərat dəstəsi. Quşlarda,
bəzən də məməlilərdə parazitlik edir (tükyeyənlər). 2600-dən çox növü
məlumdur. Azərbaycanda 150-dəq artıq növü yayılmışdır. Quşçuluğa
zərər vuran toyuq lələkyeyəni əsl L.-dəndir. Mübarizə tədbirləri:
insektisidlər tətbiq etmək, heyvan saxlanan binaları təmizləmək və
dezinfeksiya.
LİANLAR (fr. Liane, lier – bağlanmaq, sarınmaq) – gövdəsini
müstəqil olaraq dik saxlaya bilməyən bitkilər; dayaq üçün başqa
bitkilərdən, qaya və tikililərdən istifadə edirlər. L. sarmaşan və
dırmanan ağac, kol və otlardır. Bu xüsusiyyət onlarda təkamül gedişində
işıq uğurunda mübarizəyə uyğunlaşma nəticəsində əmələ gəlmişdir.
Azərbaycanda Böyük Qafqazda və Talış meşələrində daşsarmaşığı,
ağəsmə, güyəmə, böyürtkan, maya sarmaşığı, şərq üzümü bitir. Bəzi
növləri dekorativdir. L.-dan bəzi paxlalılar (məs. noxud, paxla) və üzüm
becərilir.
LİBİX SİSTEMİ –orqanizmlərin normal həyat fəaliyyətini
limitləndirən ətraf mühit faktorlarının məcmusu. Alman kimyaçısı
Y.F.Libixin (1840) adı ilə ifadə olunur.
LİFLİ BİTKİLƏR – lif almaq üçün becərilən bitkilər. 2000-dək
birillik və çoxillik bitki növündə lif var. Dünyada ən çox pambıq, cut,
kənaf, kətan, Azərbaycanda pambıq, kətan, kənaf becərilir.
LİXENOLOGİYA (lichen – dəmrov, şibyə) – botanikanın
şibyələrdən bəhs edən bölməsi. L.-ya aid işlər Azərbaycan MEA-nın
Botanika institutunun ibtidai bitkilər şöbəsində aparılır.
LİQNİN – suda həll olunmayan aromatik tərkibli mürəkkəb üzvi
maddələr; hüceyrə qılafı odunlaşan zaman hüceyrə qidalanır.
LİL – su hövzələri dibində narın dənəli çöküntü. Tərkibinin 50%-
dən çoxu 0,01 mm-dən kiçik olan hissəciklərdən ibarətdir. L.-dən tibbdə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
283
(palçıq müalicəsi), bəzi növlərindən gübrə kimi və s. istifadə edilir.
LİLLƏNMƏ – su hövzəsi yatağının və ya suaxarı məcrasının qeyri-
üzvi və üzvi hissəciklərlə dolması. L. su hövzələrinin, çayın
dayazlaşmasına, hövzənin kiçilməsinə səbəb olur. L. ilə mübarizə
aparmaq üçün torpaqqazıyan texnikadan, sahil zonada (suqoruyucu
zona) meşə zolaqları salmaqdan istifadə olunur.
LİMAN (yun. limen – havan, buxta) – 1) çay mənsəbinin dəniz
suyu basmış, qabarma və çəkilmənin təsirinə məruz qalmayan və dayaz
körfəzə çevrilmiş geniş hissəsi. Sahil boyunca qurunun çökməsindən
əmələ gəlir. 2) okean, dəniz və daxili su hövzələrinin sahilində
gəmilərin durması və yük vurub boşaldılması üçün xüsusi körpü və
başqa qurğular ilə təchiz edilmiş məntəqə.
LİMİT TƏYİN EDƏN AMİLLƏR – senopopulyasiya və ya növün
normal həyat sürməsi imkanını məhdudlaşdıran amillərin çatışmaması
və ya izafi dərəcədə olması. (bu iki ölçünün arasındakı diapazon növün
tolerantlıq sahəsi hesab olunur). L.t.e.a-ə işıq, istilik, su, kimyəvi
maddələr daxildir.
LİMİTLƏNMİŞ MÜHİT – orqanizm üçün əlverişsiz mühit, onun
üçün limitlənmiş faktorlar mövcud deyil.
LİMNOBİONT (yun. limno - göl) – göllərdə yaşayan orqanizmlər.
LİMNOFİL – durğun suyu sevən orqanizmlər.
LİMNOLOGİYA, GÖLŞÜNASLIQ – quru hidrologiyasının bir
şöbəsi, gölləri, su anbarlarını və bataqlıqları öyrənən elm. L.-nın başlıca
vəzifəsi gölün çökəyinin quruluşu, sahillərini, dib çöküntülərini, suyun
fiziki və kimyəvi xassələrini, hidroloji rejimini (su balansını, suyun
hərəkətini, səviyyəsinin dəyişməsini və s.) fauna və florasını
öyrənməkdir.
LİMNOPLANKTON – daxili kontinent su hövzələrində yaşayan
plankton orqanizmlərin məcmusu.
LİMNOPSAMMON – təmiz sulu göl və su hövzələrinin sahilləri
boyu nəmli qumun üst qatında yaşayan orqanizmlərin məcmusu. L.-ın
nümayəndələrindən sapvari və diatom yosunları, bəzi həşəratların
sürfələrini, malyuskları və s. göstərmək olar.
LİPİDLƏR – üzvi maddələrdə həll olub, suda həll olunmayan
maddələr qrupu (efir, benzin, benzol, xloroform və s.). Bu qrupa yağlar
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
284
və yağaoxşar maddələr (lipoidlər) də daxildir.
LİSENZİYA – dövlətin təbii sərvətdən istifadə etmək üçün verdiyi
icazə (adətən, pullu icazə verilir).
LİTOBİOSFER (yun. lithos - daş) – 1) Litosferin üst qatlarında
(adətən 8-10 km dərinlikdə) yerləşən biosferin bir hissəsi; 2) canlı
orqanizmlərin yayıldığı sahə (çatlar boyu, yeraltı su hövzələrində);
biogen çökmə süxurlar olan sahə (V.İ.Vernadskiyə görə “keçmiş, qədim
biosfer”).
LİTOFİLLƏR, DAŞİTİLƏYƏNLƏR – adətən hərəkət etməyən və
ya yavaş hərəkət edən və bərk süxurları dağıtmaq qabiliyyətinə malik
olan dəniz heyvanları (mexaniki surətdə, kimyəvi maddə ifraz etməklə)
Məs. bəzi süngərlər, codtüklü qurdlar, xərçəngkimilər və molyusklar.
LİTOFİTLƏR, PETROFİTLƏR – rizoidlər və köklərinin ayırdığı
kimyəvi maddələrlə bərk süxurları dağıtmaq qabiliyyətinə malik olan
bitkilər. Məs. bəzi göy-yaşıl yosunlar, şibyələr, həmçinin ali bitkilər.
LİTOLOGİYA
– çökmə süxurların tərkibi, quruluşu, teksturu və
mənşəyi haqqında elm.
LİTOMONİTORİNQ
– Yer qabığının qorunması və öyrənilməsi
üçün kompleks tədbirlər.
LİTORAL ÇÖKÜNTÜLƏR – litoral zona çöküntüləri: quru və
dənizin fəal qarşılıqlı təsiri sahəsində toplanır. Bununla əlaqədar L.ç.
kontinental və dəniz mənşəli materialların çox olması, tərkibinin qeyri
sabitliyi, müxtəlifliyi və s. ilə xarakterizə olunur. Tərkibi, əsasən valun,
çınqıl, çaqıl, qum, lil və həmçinin üzvi qalıqlardan ibarət olur.
LİTORAL FAUNA – litoral zonada yaşayan heyvanlar, Litoralda
yaşayan heyvanlar suyun çəkilməsi zamanı daşların və qayaların altında,
yosunların arasında gizlənib qabarma nəticəsində dəniz səviyyəsindəki
dəyişiklikdən asılı olaraq yerlərini dəyişirlər. L.f.-ya bir çox
onurğasızlar və balıqlar aiddir. Tropiklərin L.f.-sı daha zəngindir.
Ekvatordan Qütbə doğru onların növ tərkibi azalır. L.f.-nın vətəgə
əhəmiyyəti var.
LİTORAL FLORA – litoral zonanın bitki örtüyü. Dənizlərdə L.f.
əsasən qrunta yapışmış yaşıl, qonur, qırmızı və göy-yaşıl yosunlardan
ibarətdir. Daşlı qruntların L.f-sı yumşaq qrunta nisbətən zəngindir. L.f.
mülayim qurşaqda daha çox, şimal en dairəsində isə zəif inkişaf edir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
285
LİTORAL ZONA (lat. litoralis - sahil) – okean dibinin çəkilmə
zamanı ən aşağı və qabarma zamanı ən yuxarı su səviyyələri arasındakı
sahilboyu ekoloji zonası. Dərinliyi 40-50 sm-dən 200 m-ə qədərdir. L.z.
qabarma və çəkilmə nəticəsində gündə iki dəfə su ilə örtülür və sudan
azad olur. Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu, daşlı və
qayalı L.z.-lar ayırırlar.
LİTOREOFİL – çayların daşlı substratlarında yaşamağı üstün tutan
hidrobiontlar.
LİTOREOFİL BİOSENOZLAR – çayların iti axan yerlərində daşlı
qruntlarda məskunlaşan qruplaşmalar (biosenozlar). L.b.-ın tipik
nümayəndələrinə mamır, zəli, süngər, sapvari və diamat yosunlar, bir
çox həşəratların növləri aiddir.
LİTOSFER – Yerin üst bərk qatı. L.-ə Yer qabığı və ondan
Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiyanın üstdəki bərk hissəsi daxil
edilir. L.-in qalınlığı qeyri-müəyyəndir, ehtimal ki, 50-200 km arasında
dəyişir.
LİTOSFERİN QORUNMASI – biosferin mühüm komponenti olan
Yerin bərk qabığının qorunmasına yönəldilən tədbirlər sistemi. Hazırda
insanın intensiv təsirilə əlaqədar insan və ətraf mühitin qarşılıqlı
hormonik tarazlığını saxlamaq üçün litosfer planlı sürətdə qorunmalıdır.
LİZİMETR pozulmamış torpaq monolitində suyun hərəkət sürətini
və həcmini ölçən cihaz (qurğu).
LOKAL ÇİRKLƏNMƏ (lat. localis - yerli) – Böyük olmayan
regionun (adətən sənaye müəssisəsi, yaşayış məntəqəsi və s. ətrafı)
çirklənməsi.
LONDON TİPLİ SMOQ – qazşəkilli çirkləndiricilərin (əsasən
kükürd anhidridi), toz hissəciklərinin və duman damlalarının qarışığı.
LOTİK QRUPLAŞMALAR (lat. lotus – yuyulmuş, yuyulub
təmizlənmiş) – axar sularda (bulaq, çay) yaşayan orqanizmlərin spesifik
qruplaşmaları.
LOTİK MÜHİT – axar su hövzələri: bulaq, kiçik çay, böyük çay.
LÖSS – bincinsli, təbəqəsiz, əhəngli, yaxud gilli çökmə süxur. Rəngi
açıq sarı olur. Qranulometrik tərkibində 30-55% toz və 5-3-% gil iştirak
edir. Tərkibində 27-90% kvars və silikatlar, 4-20% alüminium-oksid, 65
və daha çox kalsium-karbonat olur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
286
LYUMİNESENT və FLUORESSENT ŞÜALANMA – əsasən
günəş işığının enerjisi (yaşıl bitkilərin fluoressensiyası), qismən isə
orqanizmin daxili enerjisi hesabına (cücü və mikroorqanizmlərin işıq
verməsi) baş verir. Günəş enerjisi hesabına olan şüalanma cihazlarla
qeyd edilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
287
M
-MADDƏLƏR MÜBADİLƏSİ – maddələrin biogeokimyəvi
dövranı – maddələrin biosferdə dövri olaraq çevrilməsi və qarışması;
onların mühüm nizamlayıcısı ekosistemlər olub orada elementlərin əsas
hissəsi çoxsaylı daxili dövrlərini başa vurub (kiçik dövrlər: biota-
biosenotik mühit). Bu xüsusilə suya, karbon qazına, oksigenə, azota,
fosfora, kükürdə, dəmirə, maqneziuma və metabolizm proseslərində
iştirak edən senoekosistemin biotrof, allelopatik və allelopolik
kanallarından keçən digər maddələri.
MADDƏLƏRİN BİOTİK DÖVRANI – torpaq, bitki, heyvanat
aləmi və b. orqanizmlər arasında maddələrin daim sirkulyasiyası.
MADDƏLƏRİN MÜBADİLƏ FONDU – qida maddələrinin aktiv
və mümkün fondu, orqanizm və ətraf mühit arasında tez mübadilə
xarakterikdir. Bəzən M.m.f. maddələrin mümkün fondu adlanır.
MADDƏLƏRİN TRANSFORMASİYASI – kimyəvi, fiziki və
bioloji faktorların təsirilə kimyəvi maddələrin ətraf mühitdə çevrilməsi
prosesi.
MAĞARA – yer qabığının üst qatında yer səthindən bir, yaxud bir
neçə girişi olan iri boşluq. Əsasən, suda asan həll olan süxurların (əhəng
daşı, dolomit, gips. daşduz və s.) yuyulması və oyulması nəticəsində
əmələ gəlir. Abraziya, eroziya və s. proseslər nəticəsində əmələ gələn
M.-lar da var.
İbtidai icma quruluşunun sonlarında Avropa, Asiya, Afrika və
Amerika tayfaları süni M-lardan daha çox istifadə etmişlər. Belə M-
lardan heyvan və ibtidai insan sümüyü, əmək alətləri, divarlarda və
tavanda rəsm və naxışlar (Azıx mağarası, Kap mağarası və s.) aşkar
olunmuşdur.
MAĞARA SULARI – Yer qabığında mağara boşluqlarına dolan
yeraltı sular. Buranın həyatı spesifik, zəngin və müxtəlifdir.
MAKROBENTOS (yun. makros – böyük, uzun) – bədəninin
ölçüsü 2 mm-dən böyük olan dib (bentos) orqanizmlərinin məcmusu
(həşəratların sürfələri, iri molyuskalar, polixetlər, xərçəngkimilər və s.).
MAKROBİOLOGİYA – bəzən ekologiyanın sinonimi kimi istifadə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
288
edilir. Bəzi müəlliflər mikrobiologiyanın əksi kimi istifadə edir.
MAKROBİOTİK ORQANİZMLƏR – çoxömürlü orqanizmlər;
Məs., sekvoyya ağacı 5000, fil-200, tutuquşu-100, insan 90-150 il
yaşayır. Hər hansı bioloji orqanizmin ömrünün uzunluğu nəslə bağlıdır,
ona həm də ətraf mühitin keyfiyyəti təsir göstərir.
MAKROELEMENTLƏR – Bitki tərəfindən çoxlu miqdarda
mənimsənilən kimyəvi elementlər.
Canlı orqanizmdə öz kütləsinin 0,001-dən 60%-ə kimi təşkil edir. (O,
H, C, N, P, Ca, S, Mg, Na, Ce, Fe və b.) M-dən orqanogen elementlər
(orqanogenlər) ayırırlar. (O, C, H, N) onlardan əsasən üzvi maddələr –
zülallar, yağlar, karbohidrogenlər, fermentlər, harmonlar, vitaminlər və
onların çevrilmə məhsulları alınır.
MAKROFAQLAR, poliblastlar – heyvan orqanizmində mezenxim
təbiətli hüceyrələr. Bakteriyaları, məhv olmuş hüceyrə qalıqlarını və
orqanizm üçün yad və zəhərli hissəcikləri fəal surətdə tutur və həzm
edir. M. terminini İ.İ.Meçnikov (1992) elmə daxil etmişdir.
MAKROFAUNA – bədənlərin ölçüləri 10 mm-dən artıq olan
heyvan orqanizmlərinin məcmusu (atropodlar, qurdlar, malyusklar,
balıqlar, quşlar və s.).
MAKROFİTOBENTOS – Yaşayışı su hövzəsinin dibində keçən su
bitkilərinin məcmusu (bir çox qonur, qırmızı, yaşıl yosunlar və s.).
Dünya okeanında M. 200 mln.t. təşkil edir. Bir çox M.-nin
nümayəndələri qida, tibbi əhəmiyyət daşıyır: laminariya (dəniz kələmi),
qamış, anfelsiya, zostera və s. M-un dünyada yığımı 1,5 mln t. təşkil
edir, o, 18-20 mln t.a.-da çata bilər, o cümlədən qonur yosun 16mln t,
qırmızı yosun 3 mln t.
MAKROFİTOFAQLAR – makrokonsumentlər, nisbətən iri
bitkilərlə qidalanır.
MAKROFİTOFİLLƏR – iri bitkilər arasında və ya üzərində
yaşamağı üstün tutan orqanizmlər.
MAKROİQLİM – iri coğrafi regionun – coğrafi zonanın,
materiklərin və okeanların, onların böyük hissələrinin, yaxud bütöv
Yerin iqlimi. M. mezoiqlim və mikroiqlimə qarşı qoyulur.
MAKROKONSUMENTLƏR, FAQOTROFLAR – heterotrof
orqanizmlərdən olub (əsasən heyvanlar) digər orqanizmlərlə və ya
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
289
onların yaratdığı maddələrin hissələrilə qidalanır.
MAKRORELYEF – Yer səthinin böyük sahəsinin ümumi
göürünüşünü müəyyən edən iri relyef formaları. Məs. sıra dağlar,
yaylalar, ovalıqlar və s.
MAKROSKOPİK ORQANİZMLƏR – ölçüləri 500 mkm-dan iri
olan orqanizmlər.
MAKSİMAL DÖZÜLƏN DOZA – orqanizmə daxil edilən böyük
doza zəhər onu məhv etmir, ancaq onda zəhərlənmə simptomu müşahidə
olunur.
MAKSİMUM DÖZÜLƏN KONSENTRASİYA – ətraf mühitin
obyektlərində zəhərin ən kiçik konsentrasiyası təcrübə heyvanlarında
ölümlə nəticələnir. Cl
o
və ya CK
o
simvolu ilə işarə olunur.
MAKSİMUM TEMPERATUR – hər hansı bir məntəqədə və ya
regionda sutka, dekada, ay, il və çoxillər ərzində hava, torpaq və suyun
mütləq və orta göstəricilərinin ən yüksək qiyməti.
MAKSİMUM TOKSİK OLMAYAN DOZA, TƏSİRSİZ DOZA
– zərərli maddələrin (agentlərin) test-orqanizmlərdə nəzərə çarpacaq
müəyyən dəyişiklik törətməyən maksimal dozası.
MAKVİS (frans. magius) – həmişəyaşıl sərtyarpaqlı və tikanlı
kolların və alçaqboylu ağacların (mərsin, ardıc və s.) cəngəlliyi. Aralıq
dənizi ölkələrində aşağı dağ qurşağında sıx cəngəlliklər əmələ gətirir.
M.-ə əsasən, tikanlı kollar daxildir: əksəriyyəti efiryağlı və kəskin
qoxulu olur. M.-in analoqları Avstraliyada skreb, Şimali Amerikada
çapparal adlanır.
Dostları ilə paylaş: |