POLİSENOZ – tərkibində çoxlu miqdarda növ olan qruplaşma
(məs. tropik meşələr).
POLİTSİKLİK NÖV – fərdləri ildə bir neçə dəfə artan növ.
POLİURETAN – ən bərk plastmas sayılan sintetik polimer. P. insan
həyatı üçün təhlükəli deyil, lakin onun istehsalı zamanı çox toksik
məhsullardan, o cümlədən fosgendən (güclü zəhərli qaz COCl
2
) istifadə
olunur.
POLİVİNİL XLORİD (PVX) – polietilendən sonra məişətdə ən
geniş istifadə olunan sintetik polimerdir. PVX-dən boru, pəncərə
çərçivəsi, jalyuzlar, döşəmə üçün qablamalar, oyuncaqlar və s.
hazırlanır. Ərzaq qablamada PVX-dən istifadə olunması məsləhət
görülmür. PVX-dən hazırlanmış məmulatların zibilyandıran zavodlarda
yandırılması xüsusilə təhlükəlidir, çünki bu zaman onun tərkibində olan
dioksinlər, hidrogen-xlorid, ağır metalların uçucu birləşmələri atmosferə
atılır. PVX məmulatlarını həyətdə, bağda yandırmaq da təhlükəli sayılır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
359
Almaniyada PVX-dən istifadə olunması artıq dayandırılmışdır.
POLİVOLTİNLİK – heyvanların (adətən cücülərin) il ərzində bir
neçə nəsil vermə xüsusiyyəti (ev milçəyi, qara yonca milçəyi və s.).
POYKİLOHİQROFİTLƏR (yun. poikilas - müxtəlif) – Havada-
quru vəziyyətinə qədər quruyaraq həyat qabiliyyətini itirməyən və tez
bir vaxtda rütubətlə doyub anabiozdan çıxmaq qabiliyyətinə malik
sporlu bitkilər (yosunlar, şibyələr).
POYKİLOKSEROFİTLƏR – İlin quraqlıq dövründə yarpaqlarının
xeyli susuzlaşmasına davam gətirmək qabiliyyətinə malik olan ali
bitkilər.
POYKİLOTERM HEYVANLAR – soyuqqanlı heyvanlar,
ektoterm heyvanlar, bədəninin temperaturu ətraf mühitin
temperaturundan asılı olan və xarici fiziki-kimyəvi mexanizmi ilə
nizamlanan heyvanlar. Onlara bütün onurğasız heyvanlar, balıqlar, suda-
quruda yaşayanlar və sürünənlər aiddir.
POZULMUŞ LANDŞAFT – təbii resursların səmərəsiz istifadəsi
nəticəsində yaranan antropogen landşaft tipi.
POZULMUŞ TORPAQLAR – İnsanın istehsal fəaliyyəti
nəticəsində torpağın təsərrüfat əhəmiyyətini itirməsi, torpaq, bitki
örtüyünün hidroloji rejiminin pozulması və texnogen relyefin əmələ
gəlməsi ilə əlaqədar ətraf mühitə mənfi təsir mənbəyi sayılır.
POLİSENOTİK POPULYASİYA – Bir biosenozdan başqasına
aktiv yerdəyişən (hərəkət edən) heyvan populyasiyası. Məs. dırnaqlı
heyvanlar, yırtıcılar, köçəri quşlar, köçəri heyvanlar.
POPULYASİYA, ekologiyada (lat. populus – xalq, əhali) –
müəyyən ərazidə yerləşən, bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəra-
itində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər
qrupu; uyğunlaşma xarakterli struktur və həyat ritminə malikdir. Növlər
çoxlu populyasiyadan ibarətdir. Ev heyvanlarının ayrı-ayrı qruplarının
(cins, sürü) və mədəni bitkilərin (sort, klon, xətt) də P.-sı vardır. P.-nın
mühüm xüsusiyyəti fərdlərlə tənzim olunmasıdır. P. daxilində ərazi və
qida əlaqəsinə nisbətən çoxalma əlaqəsi daha güclüdür. Fərdlərin
genetik morfofizioloji və etoloji cəhətdən müxtəlif keyfiyyətli olması
P.-da davamlı struktur yaradır. P.-ya daxil olan fərdlərin sayı çox dəyişə
bildiyi üçün onun strukturu dinamikdir. Buna görə də P.-nın tutduğu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
360
sahənin sərhədlərini müəyyən etmək çətin olur. Konkret şəraitdə P.-nın
ən çox əlverişli sayına onun homeostazı deyilir. P. öz sıxlığını
tənzimləməklə növün nəslini qoruyub saxlayır. P-lar sayına və
strukturuna təsir göstərərək biogeosenozun dinamikasına səbəb amilə
çevrilir. Beləliklə, ayrı-ayrı fərdlərin mühitə uyğunlaşma qabiliyyətinə
nisbətən P.-nın uyğunlaşma imkanı genişdir. Özündə çoxlu P.
birləşdirən növün uyğunlaşma imkanı isə daha çoxdur.
POPULYASİYA AREALI – populyasiya yayılan ərazi
(akvatoriya). Növün biologiyasından və mövsümdən asılı olaraq P.a.
dəyişir-genişlənir və ya daralır. P.a. miqrasiya zamanı xeyli genişlənir.
POPULYASİYA ARTIMININ SÜRƏTİ – vahid zamanda
populyasiyanın artımı:
ΔN/Δt. Burada N populyasiyanın ölçüsü (sayı), t
– vaxt.
POPULYASİYA BİOLOGİYASI – ümumi biologiyanın bölməsi:
populyasiyaların kompleks öyrənilməsi ilə məşğul olur (ümumi bioloji,
demoqrafik, ekoloji, genetik və s. nöqteyi nəzərindən).
POPULYASİYA EKOLOGİYASI – bax: ekologiya.
POPULYASİYA DALĞALARI – termin N.V.Timofeyev-Resovski
(1928) tərəfindən təklif olunmuşdur, populyasiya fərdlərinin biotik və
abiotik mühitin müxtəlif faktorlarının təsiri altında sayının dəyişməsini
göstərir. S.S.Çetverikova (1909) görə «həyat dalğaları”» adlanır. P.d.
bütün növlər üçün səciyyəvidir və müəyyən təkamül əhəmiyyəti kəsb
edir, belə ki, hər hansı bir populyasiyanın sayının kəskin azalması
zamanı onlardan canlı qalan fərdlər özlərini nadir genotip kimi göstərə
bilər. Sonralar həmin populyasiyanın sayının bərpa olunması sağ qalan
fərdlərin hesabına gedir, bu isə genin, deməli genefondun sıxlığının
dəyişməsinə səbəb olur.
POPULYASİYA GENETİKASI
– genetikanın təbii
populyasiyaların genetik tərkibini, genetik dinamikasını öyrənən
bölməsi.
POPULYASİYA PARTLAYIŞI – Hər hansı bir növün fərdlərinin
sayının (sıxlığının) qəflətən kəskin artması və qarşısının alınması
mümkün olmaması. Bir çox növlər üçün (gəmiricilər, cücülər) P.p.
növün dalğavari xarakter daşıya bilər. P.p. növün introduksiyası zamanı
da baş verə bilər (məs. Avstraliyada kroliklərin, SNQ dövlətləri
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
361
ərazisində amerika ağcaqayınının, Azərbaycanda yenotun artması).
POPULYASİYA SİSTEMATİKASI – sistematikanın bölməsi: bir
növə aid olan populyasiyaları və onların müqayisəsini öyrənir. P.s.-nın
nəzəri nöqtəyincə təbiətdə bütün orqanizmlər bu və ya digər
populyasiyaların nümayəndələridir.
POPULYASİYANIN ARTIMI – müəyyən vaxt müddətinin
başlanğıcı və sonunda populyasiyanın ölçüləri arasındakı fərq: bu fərq
müsbət və mənfi ola bilər.
POPULYASİYANIN BUFERLİYİ – mühitin əlverişsizliyi
şəraitində populyasiyanın itkiyə müqavimət göstərməsi qabiliyyəti.
POPULYASİYANIN BÜTÖVLÜK (TAMLIQ) NƏZƏRİYYƏSİ
–Y.Odumun (1975) nəzəriyyəsi olub ona görə populyasiya real bioloji
vahid olub müəyyən bioloji konstanta və müəyyən dəyişmə səddinə
malikdir.
POPULYASİYANIN DEMOQRAFİK STRUKTURU –
populyasiyanın hər növ üçün spesifik genetik strukturu. P.d.s.-a yaş və
cins strukturu daxildir. Yaş strukturu həm doğum, həm də ölümə təsir
göstərir.
POPULYASİYANIN İDARƏ OLUNMASI – populyasiyanın
tərkibindən sayına, morfoloji və davranış əlamətlərinə görə arzu
olunmaz fərdlərin kənar edilməsi yolu ilə sayının, cinsi və yaş tərkibinin
süni nizamlanması.
POPULYASİYANIN İNTEQRASİYASI – qida, sahə və digər
qarşılıqlı əlaqələrinin sıx bağlılığı əsasında populyasiyaların vahid
ekosistemdə birləşməsi.
POPULYASİYANIN NİZAMLANMASI – tarazlıq vəziyyətinə
uyğun populyasiyanın ölçüsünün (sayının) bərpa olunması cəhdi.
POPULYASİYANIN SABİTLİYİ – populyasiyanın öz tərkibini
(sayını) daim saxlamağa cəhd etməsi.
POPULYASİYANIN SAYI – Hər bir vaxt anında bir populyasiyaya
aid olan orqanizmlərin sayı.
POPULYASİYANIN SAYININ TƏNZİMLƏNMƏSİ
–
populyasiyanın böyüməsinin ləngidilməsi və ya sayının azaldılması üzrə
tədbirlər.
POPULYASİYANIN SAYININ TƏRƏDDÜDÜ – abiotik
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
362
faktorların təsirilə, həmçinin immiqrasiya və ya emiqrasiya prosesində
vaxta görə populyasiyanın sayının tərəddüdü (dəyişməsi).
POPULYASİYANIN SIXLIĞI – vahid sahədə və ya həcmdə
populyasiya fərdlərinin (və ya biokütləsinin) sayı. P.s. ətraf mühitin
faktorlarından, yaxud mühitin həcmindən asılıdır.
POPULYASİYANIN SIXLIĞININ TƏRƏDDÜDÜ – bir nəsil
müddətində və ya nəsildən-nəslə populyasiyanın məskunlaşma
sıxlığının tərəddüdü (dəyişməsi).
POPULYASİYANIN STASİONAR VƏZİYYƏTİ – doğum ölümə
bərabər olduqda və populyasiyanın sıxlığı daim eyni səviyyədə olarkən
populyasiyanın inkişaf fazası. P.s.v. ətraf mühitin optimal şəraitində
(abiotik faktorların, parazitlərin, xəstəliyin, emiqrasiyanın kəsgin
tərəddüdü olmadıqda) mümkündür.
POPULYASİYANIN STRUKTURU – fərdlərin sahədə yayılması
xarakteri, həmçinin cinsiyyət, yaş və digər morfoloji, fizioloji
xassələrinə görə yayılması. İerarxiya P.s.-na görə (Naumov, 1963)
coğrafi, lokal (yerli və ekoloji), elementar (mikropopulyasiya)
populyasiyalar ayrılır. Demoqrafik P.s.-da yaş və cinsiyyət tərkibi izah
edilir.
POTENSİAL AREAL – Növün həyatilik imkanlarına uyğun ekoloji
şərait olan ərazi.
POTENSİAL MÜNBİT SÜXURLAR – bitkinin inkişafı üçün
əlverişli fiziki, kimyəvi və məhdud da olsa aqrokimyəvi xassələrə malik
olan dağ süxurları. Adətən bunlar IV dövr (löss və lösəbənzər zoogen
əhəng) çöküntü süxurlardan (absidian, seolit, balıqqulaqlı əhəng) və
vulkan küllərindən ibarət olur.
POTOMBENTOS – axar su hövzələrinin dibində məskunlaşan
(yaşayan) su orqanizmlərinin məcmusu.
POTOMOBİOLOGİYA – çaylarda həyatı öyrənən təlim.
POTOMOFİLLƏR – bax: reofillər.
POTOMODROM BALIQLAR – su axınının (çayın) bir
zonasından digərinə miqrasiya edən (məs. yuxarıdan aşağıya) balıqlar
(şirbit durnabalığı və s.).
POTOMOLOGİYA – hidrologiyanın bir bölməsi: çaylarda fiziki,
kimyəvi və bioloji hadisələri öyrənir. “P”. terminini alman
coğrafiyaşünası A.Penk (1898) təklif etmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
363
POTOMOPLANKTON, ÇAY PLANKTONU – çaylarda və digər
təmiz axar sularda yaşayan və axarla passiv aparılan (axıdılan)
orqanizmlərin məcmusu. P. növ cəhətdən kasatdır (xüsusilə çayların
yuxarı hissəsində axın sürətli olduğundan). Fitopotomplankton adətən
diatom, dinofit, göy-yaşıl yosunlardan, zoopotomoplankton –
kolovratkam, kolepodam, kladoseram və s.-dən ibarətdir.
PÖHRƏDƏN TÖRƏYƏN MEŞƏ – kötük pöhrələrindən əmələ
gələn vegetativ ağaclıq.
PREVALİDLƏR (pre... və lat. validus - güclü) – biosenozun
xassələrini müəyyənləşdirən əsas, daimi növlər (məs., çim əmələgətirən
taxıl otları). Termini Q.N.Vısotski (1915) təklif etmişdir.
PROANTLAR (yun. anthos - çiçək) – vegetasiyanın başlanğıcında
yarpaqlamadan əvvəl çiçək açan bitkilər (fındıq, zoğal, qızılağac və s.).
PRODUSENTLƏR (lat. producenc – yaradan, quran) – Sadə qeyri
üzvi maddələrdən üzvi maddə hasil edən orqanizmlər (avtotrof və
xemotrof orqanizmlər).
PROFİLAKTİK TOKSİKOLOGİYA –toksikologiyanın bölməsi:
canlı orqanizm və ekosistemlərə zəhərlərin zərərli təsirinin potensial
təhlükəsinin qarşısını almaq metodlarının hazırlanması.
PROFOTOTROPİZM – işıq mənbəyinə doğru bitki orqanlarının
istiqamətli hərəkəti.
PROFUNDAL (lat. profundus - dərin) – göl, dəniz və okeanların
günəş işığı düşməyən və dalğa hərəkəti nəzərə çarpmayan dərin hissəsi.
P. daxilində su hövzəsinin dibi lillə örtülü olur: dib bitkilərinə rast
gəlinir: bakteriya və göbələklərlə zəngin olduğu üçün onların həyat
fəaliyyəti nəticəsində metan, hidrogensulfid toplanır: oksigen defisiti
başlayır; bəzən dəmir filizi əmələ gəlir.
PROGEOTROPİZM – qravitasiyanın gücü altında və ona tərəf
bitki orqanlarının hərəkəti.
PROKLİMAKS – daha soyuq və quru iqlimə uyğun olan relikt
klimaks, yerli ekoloji şərait daxilində qalmışdır. Termini F.Klements
(1936) təklif etmişdir.
PROQNOZLAŞDIRMA (yun. prognosis – qabaqcadan görmək) –
Elmi qabaqcadan görmə, və ya hadisələrin, o cümlədən təbiət
hadisələrinin inkişaf perspektivinin tədqiqi. Məs. insanın bu və ya digər
təsirilə xarici mühitin və ekosistemin dəyişilmə proqnozu; meteoroloji
və hidroloji rejimlərin, biçənəklərin, otlaqların və s.-nin
məhsuldarlığının dəyişilmə proqnozu.
PROQRESSİV VƏ REQRESSİV İNKİŞAFIN ƏLAMƏTLƏRİ –
Ekosistemin inkişafını, o cümlədən ekosistemin demutasiyasını təsdiq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
364
edən əlamətlər, onların əksi ekosistemin reqressiyasını göstərir:
– ekosistemin və onun biosenozunun, ümumi strukturunun
mürəkkəbləşməsi:
– onlarda biokütlə və ölükütlənin, energiya ehtiyatının cəminin
artması;
– fitosenozun məhsulunun səviyyəsinin biosenozdakı tənəffüs
səviyyəsinə nisbəti vahidə yaxınlaşır;
– ekosistemdə məhsulun, onun ehtiyatına nisbətinin azalması;
– xarici mühitin səthindən və ehtiyatlarından maksimum istifadə;
– xarici mühitin biosenoloji mühitə güclü çevrilməsi;
– senobiontların biosenoloji mühitə adaptasiya olunmasının
güclənməsi;
– daxili sistem maddələr mübadiləsinin rolunun çoxalması;
– populyasiya, biosenoz və ekosistemin davamlılığının artması.
PROLUVİUM (lat. proluo – yuyub çıxarmaq) – Dağ
yamaclarından aşınma məhsullarının müvəqqəti su axınları vasitəsi ilə
gətirilən və dağın ətəyi boyunca yığılan kövrək çöküntülər. Gətirmə
konusları yaradır.
PROPOLİS – arı yapışqanı – arıların bitkilərin tər tumurcuqlarından
hasil etdikləri və səbətin (pətəyin) ağzına yığdıqları yaşılımtıl sarı və ya
qonur rəngli yumşaq qətranlı yapışqanlı maddə.
PROSENOZ – Ümumi (Bıkov, 1957), müvəqqəti qruplaşma
(Sukaçov, 1917), pioner senozu (Ramenski, 1938), qruplaşma (Alyoxin,
1938), koloniya (Şaxov, 1946), prosenoz və yalançı fitosenoz (Neuhasl,
1963) – orqanizmlərin birgə məskunlaşmasının qeyri sabit davamsız
forması, biosenozun təşəkkül və ya sönmə fazası. Prosenozun başlanğıc
mərhələsi üçün aşağıdakılar adi haldır: növlərin təsadüfən yığımı,
onların diasporları külək, su və digər amillərlə asanlıqla aparılır; tez
inkişaf edən, tez və bol meyvə (toxum) verən (xüsusilə bir-ikillik) və
vegetativ çoxalan bitkilər; ekotopun tam tutulması; ilbəil güclü dəyişmə.
Tərkibinə görə prosenozlar bir neçə qrupa bölünə bilər.
1. Prosenozlar- kaloniyalar adətən bir ekobiomorfun bir və ya bir
neçə növünün məskunlaşması. Onların populyasiyalarının sayı hər il
kəskin dəyişir, biosenoloji mühit əmələ gəlmir.
2. Prosenozlar- qruplaşmalar – tərkibi xeyli müxtəlifdir, bir və bir
neçə ekobiomorfa aiddir.
PROTEİDLƏR – zülalların digər maddələrlə birləşməsi nəticəsində
alınmış mürəkkəb zülallar.
PROTEİN – Sadə zülallar, yalnız amin turşularından ibarətdir.
PROTEROZOY ERASI – proterozoy arxey erasından sonra, vaxt
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
365
etibarilə çox uzun (2000 milyon ildən artıq) çəkən era. P.e-nın
çöküntülərində yalnız ibtidai yosun və bakteriya qalıqlarına təsadüf
olunur.
PROTİSTOLOGİYA, protozoologiya (yun. protistos – ən birinci)
– ibtidailər haqqında elm. Zoologiyanın bölməsidir. Təsvir edilmiş 15
mindən çox ibtidai növünün 3500-ə qədəri insan və heyvanların paraziti
olub ağır xəstəliklərin törədicisidir. Azərbaycan MEA Zoologiya
İnstitutunun P. laboratoriyası bu elmin əsas mərkəzlərindən biridir.
PROTOBİOLOGİYA (yun. protistos – ən birinci) – biologiyanın
bölməsi: bakteriyadan kiçik olanların həyat formasını öyrənir.
PROTOBİOSENOZLAR – bakteriya və yosunlardan ibarət olan
ilk, primitiv (mürəkkəb olmayan) biosenozlar. Yerdə həyatın inkişafının
ilk mərhələlərində mövcud olmuşdur. V.İ.Vernadskiyə görə P. Yer
üzərində həyatın (biosferin) başlanğıcıdır.
PROTOLOGİYA – çəmənləri öyrənən kompleks elm. Təbii və
səpin aparılan çəmənlərdə yemin nəzəri əsasları və istehsalının
texnologiyası işlənib hazırlanır.
PROTOPLAZMA – xüsusi tərkibli canlı hüceyrə; rəngsiz
yarımmaye kütləsi formasında olub zülallardan ibarətdir.
PROTOTROFLAR – zülal parçalaya bilməyən mikroorqanizmlər:
ətraf mühitdə yerləşən, özünü qeyri-üzvi maddələrin oksidləşməsi
hesabına maddə və enerji ilə təmin edən mikroorqanizmlər (məs.
kükürd, dəmir bakteriyaları). Termini alman alimi A.Fişer təklif
etmişdir.
PROTOZOOLOGİYA – zoologiyanın bölməsi: birhüceyrəli
orqanizmləri-ibtidailəri öyrənir.
PROYEKTİV ÖRTMƏ – Torpaq səthində bitkinin proyeksiyası.
Bitkinin yerləşmə xarakteri, bitkinin sahədən istifadə dərəcəsi, bitkilərin
sayı və s. haqda fikir söyləməyə imkan yaradır. Aşağıdakı P.Ö. ayrılır:
torpağın bütün bitkilərlə ümumi örtülməsi, bir yarusun bitki ilə
örtülməsi (yarus örtülməsi), bir bitki növünün örtmə dərəcəsi, fərdi
örtmə dərəcəsi (fərdin sahəsi), həqiqi örtmə (kök boğazında bitkinin
örtmə dərəcəsi). P.ö. təcrübə sahələri metodu ilə, şəkilçəkmə və s. ilə
təyin edilir. P.ö. faizlə ifadə olunur.
PSAMMOBİONTLAR – qumlu qruntlarda yaşayan orqanizmlər.
PSAMMOFİLLƏR (yun. psammos - qum) – Qum səhralarının
heyvanları, yaşama şəraiti ilə əlaqədar xarakterik xüsusiyyətlərə
malikdir: tez hərəkət etmə, quma tez girmə (batma) qabiliyyəti, çox
hissəsi psammokserofillərdir.
PSAMMOFİTLƏR – qumluqlar, xüsusilə qum səhralarına
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
366
uyğunlaşan bitkilər. Bir sıra özünəməxsus xüsusiyyətlərə malikdirlər:
qumla örtülməyən qabarıq və cod tüklü meyvələri, kök bicləri əmələ
gətirən uzun yan kökləri və s. Psammohiqromezofit, psammomezofit,
psammokseromezofit və psammokserofit növləri ola bilər.
PSEVDOPARAZİTİZM, yalançı parazitizm (yun. pseudos -
yalan) – hər hansı bir sərbəst yaşayan orqanizmin digər orqanizmin bə-
dəninə təsadüfən düşməsi, orada az müddətdə yaşaması və qidalanması.
Məs., adi ət, otaq və digər milçəklərin sürfələri təsadüfən insan və ya
heyvan bağırsağına düşərək orada müvəqqəti yaşayır.
PSEVDOPOPULYASİYA – sərbəst olaraq tamamilə özünü
yenidən əmələ gətirmək qabiliyyəti olmayan populyasiya, orqanizmin
daxil olması bütövlüklə kənardan asılıdır.
PSEVDOSEMATİK RƏNG – yalançı, xəbərdarlıq rəngi:
mühafizəedici və xəbərdarlıq rəngli orqanları ilə özünü zərərsiz
orqanizmlərə bənzətmə (oxşatma).
PSİXOEKOLOGİYA – ekoloji faktorların insanların psixikasına
(ruhi əhvalına) təsirini tədqiq edən kompleks elmi fənn.
PSİXOFİLLƏR (yun. psychros - soyuq) – soyuqsevən orqanizmlər.
PSİXOLOJİ MÜHAFİZƏ – əmək prosesində psixoloji amillərin
zərərli təsirindən mühafizə sistemi.
PSİXROFİTLƏR – Aşağı (alçaq) termofilliyə malik olan bitkilər.
Vegetasiya dövründə 0-10
°C orta dekada (ongünlük) temperaturunu
üstün tutur. Rütubətlə təmin olunmasına və quraqlığa münasibətinə görə
xionofitlər, psixrohiqrofitlər, psixrohiqromezofitlər, psixromezofitlər,
psixro-kseromezofitlərə ayrılır.
PSİXOZOY ERASI (yun. psyche – qəlb və zoe - həyat) – planetar
proseslərdə kimyəvi elementlərin mübadiləsində aktiv insan fəaliyyəti
üstünlük edən yeni geoloji epoxanın adlandırılmasında V.İ.Vernadski
(1924) psixozoy erası terminini təklif etmişdir.
PÜSKÜRMƏ SÜXURLAR – bax. maqmatik süxurlar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
367
R
RADİASİYA – günəş, kosmik fəza və radioaktiv maddələrdən gələn
şüa –axınları və ya elementar hissəciklər. Orqanizm üçün günəşin enerji
şüalanması, məs: ultrabənövşəyi (qısadalğalı) şüalar daha təhlükəlidir,
lakin belə kosmik və Günəş şüaları Yerin radiasiya zonası (planetin
maqnit sahəsi) və stratosferin ozon təbəqəsi tərəfindən tutulur, ona görə
də ziyan yetirmir. Texnogen mənşəli radioaktiv maddələr su, qida, hava
vasitəsilə insan bədəninə daha böyük zərər yetirə bilər. Bu şüalar
hüceyrələrə düşdükdə onu daxildən parçalayır, normal işini pozur,
şüanın dozasından asılı olaraq axır xəstəliklə, hətta ölümlə nəticələnə
bilər.
Dostları ilə paylaş: |