Ekoloji LÜĞƏt a



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə41/60
tarix23.02.2017
ölçüsü3,98 Mb.
#9384
1   ...   37   38   39   40   41   42   43   44   ...   60

NOMOSENOZ – biosenozun tərkibinə daxil olan taksonomik yaxın 

cinsli populyasiyaların məcmusu. N. növ üzrə  fərdlərin sayının 

qanunauyğun kəmiyyətcə yayılmasını  səciyyələndirir, yəni xüsusi sta-

tistik xarakteristikaya malikdir. Termini Dajo və Levek (1972) təklif 

etmişdir. «N.» anlayışı takosenoz anlayışına yaxındır. 

NOOLANDŞAFT – ekosistemin bütün komponentləri (torpaq, bitki 

örtüyü, mikroorqanizmlər, heyvanat aləmi) formalaşan mədəni biosenoz 

və ya mədəni ekosistem (aqrosenoz). N-ın planlaşdırılması  və 

layihələşdirilməsi elmdə yeni istiqamətdir və bu barədə yeni metodların 

hazırlanması  tələb olunur. N. haqqında daha geniş konsepsiya 

A.M.İvlev (1986) tərəfindən hazırlanmışdır. 



NOOSFER, antroposfer, psixosfer, texnosfer (yun. noos – ağıl və 

spharia - kürə)  – biogenezdən sonrakı üzvi aləmin yeni, müasir 

təkamülü mərhələsi; insan cəmiyyəti, sənaye peyda olduqdan sonra 

yaranmışdır. N.-idrak sferi anlayışını E.Lerua (1927) və P.Teyyar de 

Şarden (1930) irəli sürmüş, V.İ.Vernadski (1944) tərəfindən 

əsaslandırılmışdır. 

NORMAL POPULYASİYA  – bütün yaş siniflərindən (məs., 

heyvanlarda-yeni doğulanlar, cavan nəsil, yetişmiş  və qoca fərdlər) 

ibarət populyasiya; onun stabil vəziyyətini  ətraf mühitin dəyişgən 

şəraitinə adaptasiya olunması qabiliyyəti təmin edir. 



NORMAL SPEKTR – Yer kürəsi bitkilərinin yaşayış formasının 

bioekoloji tərkibi (%-ilə): fanerofitlər – 43, xamefitlər – 9, 

hemikriptofitlər – 27, geofitlər – 4, hidrofitlər – 13, epifitlər – 3. Bax. 

bioloji spektr, ekoloji spektr. 



NORMAL SU – yad qarışıqlardan təmizlənmiş dəniz suyu, (xlorun 

tərkibi təxm. 19.38% olduqda-duzluluq 35% olur). Bundan dəniz 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

337 


 

suyunun duzluluğunu təyin etmək üçün beynəlxalq etalon kimi istifadə 

olunur. 

NORMAL TƏZYİQ  – dəniz səviyyəsində  0

°C temperaturda 

atmosfer təzyiqi. N.t. orta hesabla 760 mm hündürlükdə olan civə 

sütununun təzyiqinə deyilir. Hava yer səthinin hər bir 1 sm

2

-inə 1 kq 



(1033q) təzyiq edir. 

NÖV  – müasir anlayışda müəyyən areala malik, bir-birilə cütləşə 

bilən və başqa qruplarda reproduktiv surətdə  təcrid olunan təbii 

populyasiya qrupları. Hər bir N.-ün fərdləri bir-birinə reaksiya verən və 

biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ 

gətirir. N. ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa N.-lərlə 

qarşılıqlı  əlaqədə olur və onlara qarşılıqlı  təsir göstərir. Nəhayət N. 

genetik vahid olub geniş ümumi genefonda malikdir, halbuki, fərd, 

yalnız az bir vaxt ərzində genefondun cüzi bir hissəsini özündə daşıyır. 

Biri digərindən kəskin əlamətlərlə ayrılır, bir N-ün səciyyəvi əlamətləri 

başqa N.-ə tədricən keçə bilməz. 



NÖV HƏYATININ UZUNLUĞU  –  əlverişli mühit şəraitində 

müəyyən növün fərdlərinin orta maksimum yaşı; fərdin genetik 

xüsusiyyətlərilə limitlənir. 

NÖV ZƏNGİNLİYİ (NÖVMÜXTƏLİFLİYİ)  – biosenozda 

növlərin sayının fərdlərin ümumi sayına nisbəti: 

1000 fərdə görə; S-növün sayı; N-fərdlərin ümumi sayı. 

 

;



log

1

1



N

S

d

=



 

;

2



VN

S

d

=

 



S

d

=

3



 

 

NÖVARASI MÜBARİZƏ – bax: yaşamaq uğrunda mübarizə. 



NÖVARASI RƏQABƏT  – müxtəlif növlərin fərdləri arasındakı 

rəqabət. 



NÖVBƏLİ  ƏKİN  – tarlalarda müəyyən vaxt ərzində torpağın 

münbitliyini bərpa etmək və  məhsuldarlığını yüksəltmək üçün kənd 

təsərrüfatı bitkilərinin elmi əsaslandırılmış növbələnməsi;  əkinçilik 

sisteminin  ən mühüm hissəsidir. Bitkilərin bioloji xüsusiyyətlərinin və 

onların torpağın xassələrinə təsirinin öyrənilməsi sübut edir ki, intensiv 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

338 


 

əkinçilik  şəraitində  də  kənd təsərrüfatı bitkilərinin növbələnməsi 

labüddür. N.ə.-lərin iqtisadi məqsədəuyğunluğu torpaqdan səmərəli 

istifadədən, sabit və yüksək məhsul  əldə edilməsindən, kənd 

təsərrüfatında mövsümiliyin ləğv edilməsindən və s.-dən ibarətdir. 

NÖVDAXİLİ ƏLAQƏ – növü təşkil edən fərdlər arasındakı əlaqə, 

əsasən populyasiyanın həyatı. 



NÖVDAXİLİ RƏQABƏT – bir növün fərdləri arasındakı rəqabət. 

NÖVDƏYİŞKƏNLİYİ  İNDEKSİ  – növlərin sayı ilə  hər hansı bir 

əhəmiyyətli göstəricilər (say, biokütlə, məhsuldarlıq) arasındakı  əlaqə 

nisbəti. Şennon, Qlison, Simpsonun indekslərindən istifadə olunur. 

NÖVƏMƏLƏGƏLMƏ  – bir növün bir neçə növə parçalanması, 

yaxud növlərin sayının artması. 



NÖVLƏRARASI  ƏLAQƏ  – növlər arasındakı  əlaqə, yəni 

biosenozun həyatı. 



NÖVLƏRİN ANTROPOGEN YAYILMASI – növlərin bu və ya 

digər nəqliyyat yolu ilə yayılması: a) müxtəlif dəniz hövzələrini 

birləşdirən kanallar vasitəsi ilə, məs. Volqa-Don kanalı ilə Qara 

dənizdən Xəzər dənizinə  bəzi yosun və meduza növünün gəlməsi. b) 

Qitələr arası  və qitələr daxili nəqliyyatla (məs.  Şimali Amerikadan 

Avrasiyaya bəzi alaq otlarının, zərərli heyvanların gətirilməsi): v) 

introduksiya zamanı heyvan və bitkilərin təsadüfən gətirilməsi 

biosenozda fərdlərin və populyasiyaların yerləşmə xarakteri. Bu, ən çox 

növün biologiyasından, qismən onun çoxalma və yayılma üsulundan və 

biosenoloji mühit şəraitindən – töküntü qatının paylanmasından, çürümə 

dərəcəsindən və s.-dən asılıdır. Qarışmış və ya bərabər paylanmış qrup 

(topa) halında və “ləkələrlə” yayılma ayırmaq olar. Müxtəlif növlərin 

qrupu (topası) və “ləkəsi” ayrılmış  və ayrılmamış ola bilər. Bir sıra 

onurğalı  və onurğasız heyvanlar yalnız qrup halında normal yaşayıb 

yüksək məhsuldarlığa malik ola bilər. Qarışıq halda yayılan biosenozlar 

qarışıq, ləkələr halında yayılanlar isə mozaik biosenozlar adlanır. 

Qeyd etmək lazımdır ki, biosenozda və ya ekosistemdə orqanizmlər 

yalnız bir müstəvi üzərində deyil, müxtəlif biohorizontlarda da yayıla 

bilər (yosunlar, şibyələr, buğumayaqlılar, quşlar və digər onurğalılar). 

Belə yayılma həmçinin su ekosistemlərinə aiddir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

339 


 

Biosenozda fərdlərin və populyasiyaların yerləşməsi həm gözəyarı, 

həm də dəqiq metodlarla tədqiq edilir. 

NÖVLƏRİN TOPLANMASI – dar çərçivə vilayətində çoxlu 

miqdarda yaxın qohum növlərin toplanması. Bir qayda olaraq bunlar 

relikt, endem növlərdir. N.t. xüsusilə  qədim saf sulu göllərdə, həm də 

nisbətən sonradan yaranan göllərdə müşahidə olunur. 



NÖVLƏRİN YERDƏYİŞMƏSİ  – fərdlərin və ya onların 

diasporlarının qarışması. Hər hansı bir biosenoza görə N.y. emiqrasiya – 

köçüb getmiş, immiqrasiya – köçüb gəlmiş və miqrasiya – dövrü olaraq 

uzaqlaşan və qayıdan ola bilər. Emiqrasiya və immiqrasiya həm passiv 

(alloxorlar), həm də aktiv (avtoxorlar) ola bilər, miqrasiya isə  həmişə 

aktiv olur. 



NÖVMÜXTƏLİFLİYİ  – botaniki nomenklaturada fərdlər qrupu, 

yaxud irsən zəif keçən, ikinci dərəcəli  əlamətlərlə növün tipik 

fərdlərindən fərqlənən, arealı aydın olmayan fərd və populyasiya. N. 

yarımnövdən kiçik və formadan böyük taksonomik kateqoriyadır. N. 

zooloji nomenklaturada variyetetə uyğun gəlir. 

NÖVÜN BİOEKOLOJİ POTENSİALI  – sonrakı  təkamüldə  də 

növün yayılma qabiliyyəti. Belə anlayış İ.K.Paçosski (1925) tərəfindən 

irəli sürülmüşdür. 

NÖVÜN DAVAMLIĞI  – növün (adətən bitki qruplaşmasında) 

müəyyən vaxt ərzində mühitin təsirinə qarşı dayanıqlığı (müqaviməti) 

qabiliyyəti. 

NÖVÜN KONSEPSİYASI  – mövcud metodoloji N.k.-nı üç qrupa 

bölmək olar: 1) tipoloji konsepsiyaya görə  fərdlər bir-birilə  hər hansı 

xüsusi  əlaqədə olmayıb sadəcə eyni tipə aiddir; 2) Nominalistik 

konsepsiyaya görə təbiətdə yalnız fərdlər mövcuddur, növlər isə abstrakt 

olub insan tərəfindən yaradılıb; 3) Bioloji konsepsiya (müasir) təbii 

populyasiya qruplarından ibarətdir. Bu konsepsiyaya görə növ 

reproduktiv birlikdir, növ ekoloji vahiddir, növ genetik vahiddir: Bax: 

NÖV. 


NÖVÜN MÖVCUDLUĞU (yaşaması müddəti) – növün yarandığı 

andan tam məhv olana qədər və ya təkamül nəticəsində digər növə 

çevrilənə  qədər keçən vaxt (müddət). Bir qayda olaraq paleontoloji 

qalıqlar və radioaktiv metodlarla təyin edilir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

340 


 

NÖVÜN OPTİMUMU  – fizioloji optimum, potensial optimum-

maksimum bioloji məhsuldarlığı təmin edən ətraf mühit şəraitinin yığını 

(məcmusu). Növün iki cür optimumu ayrılır: autekoloji optimum 

rəqabət olmadıqda növ maksimum inkişafına çatmaq şəraiti tapır) və 

sinekoloji optimum (rəqabət olduqda növə maksimum inkişaf etmək 

şəraiti yaranır). 



NÖVÜN SAYININ KİFAYƏT QƏDƏR OLMAMASI HƏDDİ – 

uzun zaman müddətində növün sayı onun normal mövcudluğunu təmin 

etmir. 

NÖVÜN STRUKTURU – növün strukrturu aşağıdakı vahidlərdən 

ibarətdir: 1) yarımçıq növ-coğrafi və ekoloji irq; kifayət qədər 

morfofizioloji, coğrafi və ekoloji xüsusiyyətlərilə  səciyyələnir; 2) 

Yarım-növ – müəyyən bitmə  şəraitinə uyğunlaşan və morfofizioloji 

əlamətlərilə ayrılan ərazicə bir-birindən ayrı (aralı) coğrafi irqlər. (məs., 

fıstıq avropa (meşə) fıstığı  və  şərq fıstığı irqinə  və ya yarımnövünə 

ayrılır; 3) ekotiplər – bu və ya digər şəraitə uyğunlaşan və özünəməxsus 

morfofizioloji əlamətləri olan ekoloji irq (məs., turş  və qələvi torpağın 

ekotipləri); 4) populyasiya bax: populyasiya. 

NÜVƏ BATAREYASI – radioaktiv elementlərin parçalanma 

enerjisi əsasında işləyən elektrik enerji mənbəyi (bloku). 



NÜVƏ  QƏZALARI  – atom elektrik stansiyalarında baş verən 

qəzalar. N.q. zamanı ətraf mühitin radioaktiv çirklənməsi güclənir. Bitki 

örtüyünün radioaktiv çirklənməsi nəticəsində heyvanat aləmi kütləvi 

surətdə məhv olur. Ekosistemdən bir sıra bitki və heyvan növləri sıradan 

çıxır və bunun nəticəsində biosenozun davamlığı azalır.  Ətraf mühitin 

seziy-137 ilə çirklənməsi və yüksək şüalanma bir sıra nəsli xəstəliklərin 

çoxalmasına, bunun nəticəsində eybəcərlik, kəmağıllıq və digər nəsli 

çatışmazlıqlara gətirib çıxarır. Bununla yanaşı  xərçəng xəstəliklərinin 

artması və immunitet sisteminin pozulması halları baş verir. 

NÜVƏ QIŞI  – nüvə münaqişəsi baş verdikdə atmosferdə tozun 

kəsgin çoxalması nəticəsində radiasiya balansının dəyişməsilə əlaqədar 

qlobal miqyasda katastrofik soyuqlaşma. 

NÜVƏ  SİLAHI  – atom silahı, qlobal biosfer silahı – nüvə 

silahlarının məcmusu və onların məqsədə yetirilməsi. Nüvədaxili 

enerjidən baş verən partlayış təsirli, ən güclü kütləvi qırğın vasitələrinə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

341 


 

aid edilir. Son dərəcə sürətlə  və külli miqdarda ayrılan enerji nüvə 

partlayışı kimi meydana çıxır və öz gücünə  və  zədələyici amillərinin 

(zərbədalğası, işıq  şüalanması, nüfuzedici radiasiya, radioaktiv 

zəhərlənmə  və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş 

sursatlarının partlayışından fərqlənir: inzibati mərkəzləri, sənaye və 

hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar 

törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. N.s. 

insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq. 

ABŞ, B.Britaniya, Rusiya, Fransa, Çin və Yaponiyanın silahlı qüvvələri 

N.s.-na malikdirlər. 

NÜVƏ  ŞÜALANMASI  – nüvənin radioaktiv parçalanmasından 

əmələ gələn hissəciklər və kvantlar. 



NÜVƏ TEXNİKASI  – nüvə enerjisinin istifadəsi məsələləri ilə 

məşğul olan texnika sahəsi. 



NYUTON  – Beynəlxalq vahidlər sistemində qüvvə vahidi; R və N 

ilə işarə olunur. N. kütləsi 1 kq olan cismə qüvvə istiqamətində 1 m/san

2

 

təcil verən qüvvədir. 1 kq = 9,80655 N, 1 din = 10



–5

 N. 


 

 

 



 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

342 


 



 

OAZİS – bax: Vahə  

OBLİQAT ANAEROBLAR (lat. obligatus – vacib olan)  – 

inkişafları üçün oksigensiz mühit tələb olunan bitkilər. Obliqat 

anaeroblara qıcqırma bakteriyaları, bir sıra mikroblar aiddir. 

OBLİQAT PARAZİTLƏR – Saprofit qidalanmaya malik olmayan, 

yalnız parazit həyat tərzi keçirən orqanizmlər (məs., pas və kif 

göbələkləri). 

ODLUCALAR (Puralidae) – kəpənəklər fəsiləsi. Dünyada 20 min, 

Azərbaycanda 300-ə yaxın növü var. Əsasən, səhra və yarımsəhralarda 

yayılmışdır. O, taxıl və  ərzaq anbarlarında, dəyirmanlarda və s. 

yayılmışdır. Bir çox növləri əncirə, una, quru meyvəyə, düyüyə, qoza və 

s. zərər verir. 

ODORANT – atmosfer havasını çirkləndirən iyli maddələr. 

ODUNCAĞI (AĞACI) QORUMA VASİTƏLƏRİ  insektisid və 

funqisid maddələri oduncağı  zərərvericilərdən qorumaq üçündür. Tipik 

nümayəndələri PFX və lindan sayılır. 

OKEAN, DÜNYA OKEANI – Yerin materikləri, adaları əhatə edən 

və ümumi duz tərkibinə malik olan bütöv su örtüyü. Hidrosferin 94%-

ini təşkil edir və Yer səthinin 70,8%-ini tutur. Dünya okeanı Sakit 

okean, Atlantik okeanı, Hind okeanı  və  Şimal Buzlu okeanından 

ibarətdir. Dünya okeanında indiyə  qədər Yerdə  məlum olan canlı 

orqanizm növlərinin 20%-ə  qədəri yaşayır. Dünya okeananda ümumi 

biokütlə 30 mlrd ton (quru üzvi maddə) təşkil edir. 

OKEAN İQLİMİ – dənizin atmosferə təsiri çox olan şəraitdə əmələ 

gələn iqlim; bax. Dəniz iqlimi. 



OKEAN VİLAYƏTİ  – 1) okeanın materik dayazlığından kənarda 

yerləşən dərin sulu vilayəti: 2) Abissaldan üstdə yerləşən su qatları. 



OKEANIN ÜZVİ ALƏMİ  – su qatında yaşayan bütün 

orqanizmlərin (mikroorqanizmlər, bitkilər, heyvanlar) cəmi. Onlar 

hidrobiontlar adlanır. Hazırda dünya okeanında 160000-dən artıq 

heyvan, 10000-ə qədər bitki növü məlumdur. 



OKEONOLOGİYA, OKEANOQRAFİYA  – Dünya okeanında 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

343 


 

fiziki, kimyəvi, bioloji, geoloji prosesləri öyrənən elmi fənlərin 

məcmusu. 

OKSİDLƏR – kimyəvi elementlərin oksigenlə birləşməsi: Kimyəvi 

xassələrinə görə duz əmələ  gətirənlərə (məs., K

2

O, MgO, CaO, N



2

O

5



Al

2



O

3

, SO



3

) və duzəmələ gətirməyənlərə (məs., NO, N

2

O, CO) ayrılır. 



OKSİFİLLƏR, OKSİLOFİLLƏR  – mühitdə  sərbəst oksigenin 

xeyli yüksək qatılığına və ya oksidləşmiş mühitə üstünlük verən 

orqanizmlər. 

OKSİFİTLƏR, OKSİLOFİTLƏR  (yun. oxys – turş, lat. 

oxygemum - oksigen)  – turş torpağa üstünlük verən bitkilər (qaragilə, 

türşəng, küknar, sitrus bitkiləri və s.) və yaxud oliqotrof bataqlıqlar. 



OKSİGEN BALANSI – fotosintez zamanı avtotrof orqanizmlərin 

ayırdığı  və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ 

gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs 

prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı  sərf 

etdiyi oksigenin miqdarına nisbəti. 

OKSİGEN HƏDDİ  – mühitdə  həll olan (adətən suda) oksigenin 

miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin 

çatışmazlığından hidrobiontlar məhv olur. 

OKSİGENƏ TƏLƏBAT – orqanizmin oksigenə tələbatının miqdarı 

(bütün canlı orqanizmlər üçün fərdi doza). 



OKSİGENİN DÖVRANI – bitkinin fotosintezi ilə ayrılan oksigenin 

ekosistemin biosenoloji mühitinə verilməsi ilə başlayan proses. Sonra 

oksigen daxili dövrlə aerob orqanizmlərə, o cümlədən bitkilərə daxil 

olur (tənəffüs prosesində). Onun bir hissəsi mikroorqanizmlər tərəfindən 

ölü kütlənin oksidləşməsinə  sərf olunur, digər hissəsi isə ekosistemin 

biosenoloji mühitindən xarici dövrə keçir. Yerüstü, xüsusilə  dəniz 

bitkilərinin (plankton yosunları) fotosintezi nəticəsində hər il atmosferə 

təqribən 70 

⋅ 10

9

 ton oksigen daxil olur (Larxer, 1978). Bu karbon 



qazının dövranı ilə sıx bağlıdır. 

OKSİGENİN  İNVASİYASI  – oksigenin atmosferdən suya daxil 

olması (soxulması). 



OLİQOELEMENTLƏR – canlı orqanizmlərdə və ya ətraf mühitdə 

(torpaq, su) çox az miqdarda (konsentrasiyada) rast gəlinən kimyəvi 

elementlər – dəmir, mis, maqnezium, nikel, marqans, alüminium, 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

344 


 

qurğuşun, molibden və b. 



OLİQOFAQLAR  – az miqdar qida növləri qəbul edən heyvanlar 

məs., koala-yalnız evkalipt yarpağı ilə, bəzi balıqlar  əsasən qurdlarla, 

yarasalar-cücülərlə, bayquşlar əsasən kiçik gəmiricilərlə qidalanır. Qida 

resursunun azalması O. üçün təhlükəlidir. Belə ki, evkalipt 

ağaclıqlarının sahəsinin azalması ilə  əlaqədar koala məhv olmaq 

təhlükəsi altındadır. O, ən çox tropik meşələrdə yayılmışdır, mülayim 

qurşaqda ona nisbətən az rast gəlinir. 

OLİQOQALİN ORQANİZMLƏR  (yun. oligos - az)  – duzluluğu 

az intervalda dəyişən mühitdə  məskunlaşan mikroorqanizmlər, 

heyvanlar və bitkilər. 

OLİQOSAPROB SU HÖVZƏSİ – az miqdarda üzvi maddəsi olan 

su hövzəsi, suyu şəffaf, soyuq olub tərkibi (hətta dərinliklərdə) 

oksigenlə zəngindir. 

OLİQOSAPROBLAR  – təmiz, yaxud üzvi maddələrlə az 

çirklənmiş sularda yaşayan orqanizmlər. O.-a bəzi yaşıl və diatom 

yosunlar, çiçəkli bitkilər (məs., suzanbağı), bəzi rotatorilər, briozoylar, 

süngərlər,  şaxəbığcıqlı  xərçənglər, balıqlardan isə  çəki, qızılxallı balıq 

aiddir. 

OLİQOTROF ORQANİZMLƏR  – qidalı maddələr az olan (az 

münbit) torpaqlarda inkşaf edən orqanizmlər. Oliqotrof bitkilərə erika, 

şam ağacı, ağbığ, tozağacı, sfaqnum mamırları və s. aiddir. 

OLİQOTROF SU HÖVZƏSİ  – az miqdarda biogen maddələrə 

malik olan su hövzəsi (tundranın üst bataqlıqları  və gölləri, Dünya 

okeanının mərkəzi subtropik vilayətlərində biogen elementlər 

çatışmadığından ilk məhsul aşağı olur). 



OMBROFİTLƏR  (yun. ombuos - yağış)  – atmosfer çöküntüləri 

rütubətinin hesabına mövcud olan bitkilər, səthi kök sisteminə malik 

olur. 

OMBROFOBLAR – uzunsürən yağışlara davamsız bitkilər. 

OMNİSİD  (lat. omnis - hamısı)  – Yerdə bütün canlıların məhv 

edilməsi. Təbii (məs., ümumi planetar və kosmik fəlakət) və antropogen 

(dünya nüvə müharibəsi, qlobal ekoloji fəlakət və s.) faktorların 

təsirindən yarana bilər. Bax: genosid, ekosid. 



ONTOGENEZ  – orqanizmin fərdi inkişafı  –  orqanizmin yarandığı 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

345 


 

andan həyatının sonunadək məruz qaldığı morfoloji, fizioloji və 

biokimyəvi şəkildəyişmələrin məcmusu. 

ONURĞALILAR, KƏLLƏLİLƏR (Vertebrata yaxud craniota) – 

xordalılar tipindən heyvan yarımtipi; daha yüksək təşəkkül tapmış 

müxtəlif heyvan qrupları. O. növlərinə görə onurğasızlardan azdır (40 

min növ), lakin müasir biosferin həyatındakı roluna görə onlardan 

üstündür. Müasir O.-a 6 sinif – dəyirmanağızlılar, balıqlar, suda-quruda 

yaşayanlar, sürünənlər, quşlar, məməlilər aiddir. O.-ın insan üçün böyük 

əhəmiyyəti vardır. Ev və ov heyvanlarının əksəriyyəti O.-a aiddir. Bəzi 

O. zərərli və zəhərlidir. 



ONURĞASIZLAR  (Invertebrata) – onurğası olmayan heyvanların 

böyük qrupu. O.-a ibtidailər, süngərlər, bağırsaqboşluqlar, qurdlar, 

molyusklar, buğumayaqlılar, dərisitikanlılar və  bəzi başqa tiplər 

daxildir. O.-ın təqribən 1 mln 260 min növü məlumdur; növlərinin 

sayına görə cücülər birinci yeri tutur. O. şirin suda, dənizdə, quruda və 

torpaqda yaşayır; bir çox növləri heyvanların və bitkilərin parazitidir. 

O.-ın təbiətdə rolu böyükdür. O.-ın qazıntı qalıqlarına müxtəlif 

dövrlərin çöküntülərində rast gəlmək olur; bəzi süxurların əsas hissəsini 

təşkil edir. O. ov heyvanlarının, məməlilərin, quşların və balıqların 

qidasıdır. 

O.-ın parazit və yoluxucu xəstəlikləri  əmələ  gətirən növləri də var. 

Bəzi növlər parazit qurdların sahibidir. O. arasında zəhərli növlər, taxıla 

və taxıl məhsullarına, kənd təsərrüfat bitkilərinə zərər verənlər və meşə 

zərərvericiləri də var. 



OPTİMAL LANDŞAFT – müəyyən istifadə formasına maksimum 

uyğun gələn və ya müəyyən istifadəçi kateqoriyasının (məs. bağban, 

tərəvəzçi, maldar) tələblərinə maksimum cavab verən landşaft. 

OPTİMAL MEŞƏLİK  – müəyyən meşəbitmə  şəraitindən özünün 

məqsədyönlü vəzifəsini daha yaxşı yerinə yetirən meşəlik. O.m. 

yaradarkən ən mühüm komponent meşəliyin optimal tərkibi və optimal 

strukturu hesab olunur. Meşəliyin optimal tərkibi məsələsinin həllində 

ağac cinslərinin meşəbitmə şəraitində tələbatını, digər ağaclarla dinamik 

əlaqəsini, məhsuldarlığını, quruluşunu,  əmtəəliyini və müxtəlif tərkibli 

meşəliyin təsərrüfatı qiymətini təyin etmək lazımdır. Meşəliyin optimal 

strukturunu təyin edən əsas amil ağaclığın sıxlığı (doluluğu) sayılır. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

346 


 

Rekreasiya təzyiqi altında olan və torpaqqoruyucu funksiyalı 

meşələrin optimal tərkibi və strukturu O.m.-də  əsasən estetik və 

qoruyucu planda daha effektli olmalıdır. 



OPTİMAL MEŞƏLİK FAİZİ  – müəyyən  ərazinin təbii ekoloji 

tarazlığını saxlayan meşəlik faizi. 



OPTİMUM  ŞƏRAİT  – ekoloji faktorların orqanizm üçün daha 

əlverişli uyğunluğu. 



ORANJEREYA  – yerli şəraitdə açıqda becərilməsi mümkün 

olmayan həmişəyaşıl (məs., palma), sitrus (limon, portağal), çiçək və bir 

çox dekorativ otaq bitkilərinin qış dövründə becərildiyi və saxlandığı 

xüsusi şüşəbəndli bina. Becərilən bitkilərin xüsusiyyətindən asılı olaraq 

O.-larda müəyyən rütubətlik və temperatur rejimi saxlanılır. O.-lar 

günəş, su, buxar və elektriklə  qızdırılır. Azərbaycan MEA Botanika 

bağında, Şüvalan gülçülük təsərrüfatında otaq bitkiləri və gül becərilən 

O.-lar var. 



OREOFİTLƏR – dağ bitkiləri; adətən, yüksək dağ bitkiləri adlanır. 

ORQAN (BİOLOGİYADA) – bitki və heyvan orqanizmində, onlar 

üçün spesifik olan və ya bir neçə funksiyanı yerinə yetirən hissə. 

Heyvanlarda və insanda beyin, ürək, göz, qaraciyər, mədə; bitkilərdə 

kök, gövdə, yarpaq, çiçək O.-a misal ola bilər. 



ORQANİZM  (lat. organismus)  – hər hansı canlı varlıq. Bir 

hüceyrəli və çoxhüceyrəli O.-lərdə onları cansız materiyadan 

fərqləndirən  əsas həyati xüsusiyyətlər (hüceyrənin təşkili, maddələr 

mübadiləsi, hərəkət, qıcıqlandırma, böyümə  və inkişaf, çoxalma, 

dəyişkənlik və irsiyyət; həyat şəraitinə uyğunlaşma) toplanmışdır. Tipik 

hüceyrə nüvəsi və xromosom aparatı olmayan, yəni prokariot O.-lər də 

var (bakteriyalar, göy-yaşıl yosunlar, mikoplazmalar və s.). Bunlar 

quruluşuna görə sadə, ölçüsünə görə isə  ən kiçik hüceyrəli O.-dən 

kiçikdir. 

ORQANİZMİN BÖYÜMƏSİ – 1) ölçüsünün, çəksinin artması; 2) 

kütləsinin artması ilə  əlaqədar orqanizmin şəxsi inkişafı. Heyvanlarda 

uzununa və həcminə görə böyümə ayrılır. 

ORQANİZMİN DAVAMLILIĞI  – ontogenez prosesində 

orqanizmin möhkəmlənərək ekstremal və stres təzyiqinə (təsirinə) 

davam gətirmək qabiliyyəti. Bu, təsirləri kənar etməyin (yox etmək) 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

347 


 

əsas üsulları öz daxili ehtiyatlarını (ferment, hormonal və  əsəb 

nizamlanması) toplamaq (səfərbər etmək) və ona uyğun hərəkət etmək, 

o cümlədən sakitlik mərhələsinə  və ya anabioza keçmək: Bax: istiyə 

davamlılıq, quraqlığa davamlılıq və soyuğa davamlılıq. 

ORQANİZMİN FAYDALILIĞI  –  şərti anlayış olub təbiətdə  və 

insanın təsərrüfatında bitki və heyvanların rolunu qiymətləndirmək üçün 

işlədilir. Lakin elmi nöqteyi nəzərdən canlıları «faydalı”» və «zərərli”» 

kimi qiymətləndirmək düzgün deyil, belə ki, onların hər biri uzun 

təkamüldən sonra təbiətin ümumi iqtisadiyyatında üstün yer tutaraq 

müəyyən funksiyanı daşıyıb. 



ORQANİZMİN QAZINTI QALIQLARI – keçmiş geoloji 

dövrlərdə yaşamış orqanizmlərin qalıqları  və  həyat fəaliyyətinin izləri. 

O.q.q. müxtəlif formalarda mühafizə edilmişdir. Bütöv halda ibtidai 

bitkilərdən yosunlar, bakteriyalar, ali bitkilərdən isə yanız az miqdarda 

mamırlar və kiçik ayıdöşəyilər yaxşı mühafizə olunur. O.q.q. quruya 

nisbətən suda daha yaxşı mühafizə olunmuşdur. 



ORQANİZMLƏRİN KOLONİYASI  – 1) bir növ orqanizmlərin 

daimi və ya müvəqqəti birgə yaşayan qrupu, onlardan hər biri ayrılıqda 

yaşamaq qabiliyyətinə  də malikdir. Lakin evolyusion qonşuluqda 

yaşamağa alışaraq biri digərindən fayda alır. 2) Oturaq həyat keçirən 

orqanizmlərin daimi sığınacaqda məskən salması (bəzi yarasa növləri, 

qarışqalar və s.). 

Heyvan koloniyası olduqca müxtəlifdir: a) tək-tək formaların sadə 

ərazidə  yığışması; b) Koloniyanın mürəkkəb forması-məskunlaşmış 

heyvanlar bir neçə funksiyanı birgə  (əlbir) yerinə yetirir (düşməndən 

müdafiə, ehtiyat siqnalı). məs., qağayı, kayra, qaranquş, dolaşa, albatros; 

v) həşərat birliyinə xarakterik olan olduqca mürəkəb kaloniya tipi 

(termitlər, qarışqalar, arılar və s.). Belə koloniya ana və qız ailələrindən 

ibarət olub qohumluq əlaqəsini nizamlayır. Bu vaxt həşəratlar bir çox 

əsas funksiyanı birgə yerinə yetirir (çoxalma, müdafiə, özünü və nəslini 

yemlə  təmin etmək və s.). Bu zaman fərdlər və yaş qrupları arasında 

məcburi  əməkbölgüsü yerinə yetirilir. Kaloniyanın üzvləri biri-birilə 

daimi məlumat mübadiləsi əsasında fəaliyyət göstərir. 

ORQANİZMİN  ŞÜALANMASI  – canlı orqanizmlərə müxtəlif 

şüalanma növünün (infraqırmızı, ultrabənövşəyi, ionlaşmış və s.) təsiri. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

348 


 

O.ş.-nın effektivliyi şüalanmanın xarakteri, dozası, müddətindən, 

həmçinin orqanizmin davamlığı və qavrayış qabiliyyətindən asılıdır. 

ORQANİZMLƏRİN KÜTLƏVİ ARTIMI (ÇOXALMASI)  –

orqanizmlərin hədsiz çoxalması; populyasiyanın sıxlığı  məskunlaşdığı 

yerin həcmini maksimal doldurur. Bu fazada zərərvericilər kənd 

təsərrüfatına, maldarlığa və insanlara böyük ziyan yetirir. 



ORQANİZMLƏRİN RƏQABƏTİ  interferensiya-biosenozlarda 

orqanizmlərin birgə yaşayışı zamanı onların həyat uğrunda mübarizəsi. 

Populyasiyaların sayı çoxaldıqca (həddən çox artıq olduqda) 

senobiontların bir-birinə  təsirinin güclənməsi – qida maddələrinin, 

rütubətin və  işığın azalması (allelopatiya) və biolinlər ayırmaqla 

orqanizmlərin bir-birinə  zərərli təsirinin artması (allelopatiya) 

nəticəsində O.r. kəskinləşir. Heterotof orqanizmlərin rəqabəti qida 

uğrunda mübarizə (biotrofiya) özünü xüsusən biruzə verir. O.r. bu üç 

müxtəlif prosesin xaricən təzahürüdür. 

ORQANİZMLƏRİN SAYI – 1) vahid sahədə hər hansı bir növün 

fərdlərinin sayı (mütləq hesablamada): bolluğu, rast gəlinməsi və s. 

(gözəyarı və ya nisbi uçot metodları ilə); 2) növün populyasiyasında və 

ya hər hansı bir ərazidə olan fərdlərin ümumi miqdarı (Ussuriya 

tayqasında pələnglərin sayı. Şirvan düzündə ceyranların sayı, Hidistanda 

fillərin sayı və s.); 3) Müəyyən sahədəki fərdlərin ümumi sayı (onların 

sistematik bölgüyə mənsubiyyətindən asılı olmayaraq). 

ORQANOGEN SÜXURLAR, biogen süxurlar – bitki və heyvan 

orqanizmlərinin qalıqlarından və ya onların həyat fəaliyyəti 

məhsullarından ibarət çökmə süxurlar. O.s-a maddə  tərkibinə görə 

silisiumlu (diatomit, sponqolit və s.), karbonatlı (rif, əhəngdaşı, yazı 

təbaşiri) və fosfatlı çöküntülər, həmçinin kömürlər daxildir. 

ORQANOGENEZ (heyvanlarda) – orqanların  əmələ  gəlməsi və 

inkişafı; bitkilərdə adətən antropogenezdə  əsas orqanların (kökün, 

gövdənin, yarpaqların, çiçəklərin) formalaşması  və inkişafı «O”.» 

adlanır. 



ORQANOİDLƏR  – müəyyən vəzifə daşıyan hüceyrə hissəsi 

(protoplazma, nüvə, plastidlər, qılaf). 



ORNİTOFAQLAR  – quşlarla qidalanan orqanizmlər. Məs. 

qarğalar, qartallar. 



ORNİTOFAUNA  – müəyyən  ərazidə  məskunlaşan, yaxud qısa 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

349 


 

müddət  ərzində  təsafüd edilən quşlar. Adətən O. adı altında vilayət, 

yaxud yarımvilayətlər üçün xarakterik olan quş növləri kompleksi başa 

düşülür. 



ORNİTOFİLİYA  – nektarla qidalanan quşlar tərəfindən çiçəkli 

bitkilərin tozlanması. 



ORNİTOFİLLƏR  –  əsasən quşlar tərəfindən tozlanan bitkilər. 

Adətən O.-in parlaq, bəzəkli çiçəkləri bol nektar verir. 



ORNİTOXOR BİTKİLƏR – meyvə və toxumları quşlar vasitəsilə 

yayılan bitkilər. Ç.Darvin bir kəkliyin ayağındakı bir parça palçıqdan 92 

növə aid olan bitki toxumu müəyyən etmişdir. 

ORNİTOXORİYA  – spor, toxum və meyvələrin quşlar tərəfindən 

yayılması. Bax. Allaxorlar. 



ORNİTOQAMİYA  –bitkilərin quşlarla tozlanması. Subtropik və 

tropiklər üçün səciyyəvidir. 



ORNİTOLOGİYA  (yun. ornis - quş)  – zoologiyanın quşları, 

onların embriologiyasını, morfologiya, fiziologiya, ekologiya, 

sistematika və coğarifi yayılmasını öyrənən sahəsi. 

OROFİTLƏR (yun. oros - dağ) – dağ şəraitində yayılan bitkilər. 

OROQRAFİK FAKTORLAR, geomorfoloji faktorlar – 

landşaftın strukturundan (relyefi və cəhətilə) asılı olan faktorlar, heyvan 

və bitkilərin rast gəlinməsinə və bolluğuna (zənginliyinə) təsir göstərir. 

OROQRAFİYA  (yun. oros – dağ  və grapho - təsvir)  – 

geomorfologiyanın bir bölməsi; relyef formalarını (silsilə, yüksəklik, 

çökəklik və s.) yerləşməsi, onların ölçüsü, hündürlüyü və istiqamətini 

öyrənir. 



ORTA HƏYAT UZUNLUĞU  – fərdlərin orta yaşı; fərdin 

yaşlarının cəminin onun sayına nisbəti ilə müəyyən edilir. 



OSMOTİK TƏZYİQ  – termodinamik parametr; məhlulun, saf 

həlledici ilə  təmasda olduğu zaman həll olan maddə  və  həlledici maye 

molekullarının qarşılıqlı diffuziya nəticəsində konsentrasiyanın 

azalmasına meyl göstərməsini xarakterizə edir. Heyvan, bitki və 

mirkoorqanizmlərin hüceyrələrində  və bioloji mayelərdə O.t. onların 

maye mühitlərində  həll olmuş maddələrin konsentrasiyasından asılıdır. 

O.t.-in nisbi sabitliyi su-duz mübadiləsi (yəni su və duzların sorulması, 

paylanması, işlədilməsi və ifraz edilməsi) yolu ilə  təmin olunur. 

Hiperosmotik orqanizmlərdə daxili O.t. xarici O.t.-dən böyük, 

hipossmotik orqanizmlərdə isə kiçikdir. İzoosmotik orqanizmlərdə hər iki 

O.t. bir-birinə bərabərdir. 

OT ÖRTÜYÜ – hər hansı bir ərazini örtən ot bitkilərinin məcmusu. 

OTARMA (OTARILMA) – 1) otlaq, örüş; 2) Yem sahələrinin ot 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

350 


 

yeyən heyvanlar (mal-qara) üçün istifadəsi; 3) hədsiz otarma – hər hansı 

otlağın məhsuldarlığı  nəzərə alınmadan orada otlayan mal-qaranın 

sayının həddən artıq olması. Belə O. otlağın deqradasiyasına, sahənin 

səhralaşmasına səbəb olur. 

OTARMANIN TƏQVİM PLANI – otlaqlarda ot örtüyünün 

mövsümi inkişafını, yemin ehtiyatını  nəzərə alaraq hər bölmədə 

otarmanın vaxtını (başlanğıcı və sonu) göstərən plan. 

OTLAQ  – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən 

sahə. O. təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii O-larda bitki örtüyü 

çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol 

və kollardan ibarət olur. Süni O.-da isə bitki örtüyü çoxillik və birillik 

taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini  əsasında yaradılır. 

Azərbaycan Respublikasında təbii biçənək və otlaqlar əsasən 

Qobustanda, Ceyrançöldə, Acınohurda,  Şirvan, Mil, Qarabağ, Səlyan 

düzlərində yerləşərək təbii O-ların 67%-ni, dağlarda isə Böyük və Kiçik 

Qafqazda, Talışda orta dağlıq, subalp və alp zonalarını  əhatə edərək 

təbii O-ların 33%-ni təşkil edir. 



OTLAQ DÖVRİYYƏSİ  – otlaq ərazilərinin ardıcıl istifadə olunan 

sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə 

qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə 

ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə  tətbiq 

oluna bilər. 

OTLAQ EROZİYASI – otarma normasına riayət etmədən intensiv 

otarma nəticəsində torpağın dağılması. 



 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

351 


 

 

 

Qəbələ rayonu Dəmiraparançay hövzəsində subalp zonasında  

otlaq eroziyası 

OTLAQ QRUPLARI – adətən bir formasiya daxilində bir-birinə 

yaxın (oxşar) otlaq tiplərini birləşdirir. 



OTLAQ RESURSLARI – ev və  vəhşi heyvanların otlaması 

məqsədilə istifadə olunan bitki örtüyü sahələri. 



OTLAQ VƏ  BİÇƏNƏKLƏRİN TƏSNİFATI  – onların otlaq 

tipinə, otlaq sinfinə, otlaq sahəsinə (məs. bozqır otlağı, səhra otlağı, 

meşə otlağı və s) bölünməsinə deyilir. 

OTLAĞIN TUTUMU – Bir ay (30 gün) ərzində otlaq sahəsində 

otlarıla bilən (otarılması mümkün olan) bu və digər növ ev 

heyvanlarının sayı. Bir heyvanın gündəlik tələbatı P (1 kq otlaq yemi və 

ya yem vahidi), otlağın sahəsi – Q (ha-la), yemin faydalı ehtiyatı –Z 

(kq/ha-la) və tövsiyyə olunan otlaqdan istifadə  əmsalı –K (%-lə) 

əsasında müəyyən olunur, yəni:  



P

Q

Z

K

E



=

100



 

OTLAQQORUYUCU MEŞƏ ZOLAQLARI – otlaqlarda 

mikroiqlimi yaxşılaşdırmaq, otlağı, heyvanları tozlu küləklərdən, 

tufandan qorumaq məqsədilə salınır. O.m.z.-nın təsirilə otlaqda bitki 

örtüyü yaxşılaşır, otlaq dövriyyəsini aparmaq asanlaşır, torpağın mün-



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

352 


 

bitliyinin artmasına şərait yaranır, bununla da otlaq kökündən yaxşılaşır, 

əlavə yem mənbəyi kimi istifadə edilir. O.m.z. sıx quruluşlu olub adətən 

3 cərgəli, zolaqların arası 3-5 m, cərgədə  ağacların arası 1,-5-2,5 m 

götürülür. Zolaq salınandan sonra 3-5 il mal-qara otarılması dayandırılır. 

OTTARLALI  ƏKİNÇİLİK SİSTEMİ  – tarla və yem-səpin 

dövriyyəsində  şumun bir hissəsinin çoxillik paxlalılar və ya qırtıc otu 

altında olması  həm yem bazasını, həm də torpağın münbitliyini 

yüksəltmək üçün təbii vasitədir. O.ə.s. kifayət qədər rütubət olan 

rayonlarda tətbiq olunur. Bax. əkinçilik sistemi. 

OTURAQ QUŞLAR  – bütün ilboyu bir yerdə yaşayan, orada 

yuvalayıb, oradaca çoxalan quşlar: sərçələr, zığzığlar, arıquşuları  və b. 

O.q.-rın çoxu qış üçün özünə ehtiyat yem toplayır. 

OTYEYƏNLƏR  (Psocoptera)  – xırda cücü dəstəsi, qanadları 

pərdəşəkillidir, 1500-dən çox, o cümlədən Azərbaycanda 5 növü var. O, 

ağac və bitki qalıqları içərisində, evlərdə, quş  və cücü yuvalarında 

yaşayır. Ərzaq məhsullarına, bitki və heyvan kolleksiyasına, kitaba və s. 

zərər vurur. Azərbaycanda «kitab biti»” adlı növ geniş yayılmışdır. 

OV – vəhşi heyvanların və quşların əldə edilməsi; insanın təsərrüfat 

fəaliyyətinin  ən qədim sahələrindən biri. Müasir O.-da ən çox O. 

tüfəngləri və torlar, özütutan taxta tələlər, tazılar, alıcı quşlar və s. geniş 

istifadə edilir. 



OV FONDU – ov heyvanları növlərinin (populyasiya və s.) 

məcmusu, onların sayı və keyfiyyəti. 



OV HEYVANLARI – sistematik olaraq ov obyektləri sayılan vəhşi 

heyvanlar və quşlar. 



OV SAHƏSİNİN HƏCMİ (TUTUMU) – ovçuluqda istifadə 

olunan biosenozda bu və ya digər heyvan növlərinin optimal və davamlı 

sayı (miqdarı). 

OVALIQ  – dəniz (okean) səviyyəsindən 200 m-ə  qədər yüksəkdə 

yerləşən quru sahəsi. Səthi adətən düzən, qismən təpəlik olur. Əsasən 

tektonik enmələr və çökəkliklərin dəniz, yaxud kontinental çöküntülərlə 

dolması nəticsində yaranır. Dəniz səviyyəsindən aşağıda yerləşən O.-lar 

(məs. Xəzəryanı) da var. Azərbaycan Respublikası  ərazisinin təqribən 

2/5-si O.-dır (Kür-Araz, Samur-Dəvəçi, Lənkəran). 



OVÇULUQ RESURSLARI – heyvanat aləmi resurslarının ovçuluq 

təsərrüfatında istifadə olunan hissəsi (həmçinin idman və rekreasiya 

ovu). 

OVÇULUQ TƏSƏRRÜFATI  – heyvanların optimal sayını 

populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov 

məhsulları almaq məqsədi ilə  vəhşi heyvanların və quşların  əldə 

olunmasını təmin edən təsərrüfat sistemi. O.t. vəhşi heyvan və quşların 

coğrafi və mösümi xüsusiyyətlərinin uçotu ilə yanaşı ov müddətləri və 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

353 


 

üsulları müəyyən etmişdir. Təhlükəli ov üsulları, çoxalma və balaların 

yemlənməsi dövründə faydalı heyvanların ovlanması  və s. qadağan 

edilmişdir. Qiymətli vəhşi heyvan növlərini mühafizə edən və çoxaldan 

qoruqlar, qoruq-ovçuluq təsərrüfatları təşkil edilmişdir. 

OVİSİDLƏR (lat. ovut - yumurta) – zərərvericilərin (həşərat, gənə, 

helmint və s.) yumutalarını məhv etmək üçün işlədilən pestisidlər. 



OVLAMA NORMASI – populyasiyanın sıxlığını  və strukturunu 

təbii halda saxlamaqla fərdlərin ovlanma limiti. 



OVOFAQ – digər heyvanın yumurtası ilə qidalanan heyvan. 

OVŞÜNASLIQ  ov faunasından səmərəli istifadəyə imkan yaradan 

ovçuluq təsərrüfatının idarə olunma üsulları və əsasları haqqında elm. 



OZON  (lat. ozon - iyli)  – oksigenin allotrop modifikasiyası; 

xarakterik kəskin iyli, partlayıcı, mavi qazdır. Havadan elektrik cərəyanı 

keçdikdən və ya şimşək çaxdıqdan sonra havada O.-un iyi duyulur. Suda 

0

°-də oksigendən 15 dəfə artıq həll olur. Atmosferdəki O.-un ümumi 



miqdarı ozonometr deyilən cihazla ölçülür. 

OZON EKRANI, OZONOSFER – 10-50 km yüksəklikdəki 

atmosfer zonası olub ozonun maksimal miqdarı ilə xarakterizə olunur. 

Onun mövcudluğu fotosintezedən bitkilər (O

2

, oksigenin ayrılması) və 



oksigenə ultrabənövşəyi şüaların təsiridir: 3O

2

 + 285 kC = 203,0. O.e. 



həyatda bütün canlıları bu şüaların məhvedici təsirindən qoruyur. 

OZONLAŞDIRMA – ozon vasitəsilə oksidləşdirmə reaksiyalarının 

aparılması, yaxud havanın və suyun zərərsizləşdirilməsi. Tez xarab olan 

məhsulların saxlandığı  və emal edildiyi binaların havası ozonator 

vasitəsilə 

təmizlənir. Suyu, sterilizator adlandırılan xüsusi 

rezervuarlarda, ozonlaşdırılmış hava ilə sterilizə edirlər. 

 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

354 


 

Ö 

 

ÖDQOVUCU BİTKİLƏR  – qaraciyərdə ödün hazırlanmasını 

gücləndirir, öd yollarının spazmasını aradan qaldıraraq ödün bağırsağa 

axmasını sürətləndirir. Ö.b.-dən solmazçiçək, itburnu, çobanyastığı, 

qaraqınıq, qarğıdalı saçağı və s. göstərmək olar. 

ÖLÜ GÖLLƏR  – tamamilə yosun basmış göl, su orqanizmləri 

yaşamır. 



ÖLÜ KÜTLƏ  – kütlə vahidi ilə (səth və ya həcm vahidi) ifadə 

olunan ölü orqanizmlər (bitki və heyvanların ölmüş orqanları  və 

toxumları). Qruplaşmalarda ayrılma (quru ağac, bitkilərin ölüləşmiş 

orqanları), töküntü (torpaq səthinə düşən bitki hissəsi, heyvan leşləri), 

torf, meşə döşənəyi, detrit (su ekosistemlərində) şəklində olur. Biokütlə 

və humusla birlikdə biosenozun üzvi maddələrini təşkil edir. 



ÖLÜ ÖRTÜK – Torpaq səthindəki bitkilərin hissələri (töküntü, 

budaq, qabıq, yarpaq və s.) Bax: meşə döşənəyi, qurumuş ağac. 



ÖLÜM  ƏMSALI  –hər hansı növün 1000 ədəd fərdinə görə bir il 

ərzində təbii ölüm nəticəsində məhv olan fərdlərin sayı. 



ÖLÜM (MƏHVOLMA) FAİZİ  – populyasiyada fərdlərin məhv 

olması ilə  əlaqədar saylarının azalması. Fəlakətli xarakter daşıya bilər 

(məs. kəskin vaxtsız  şaxtalar nəticəsində), bu zaman populyasiyanın 

sıxlığı o qədər  əhəmiyyət daşımır, orta səviyyəli (ordinar) xarakter 

daşıdıqda isə xarici amillərin məhv olma faizinə  təsiri populyasiyanın 

sıxlığının artması ilə  əlaqədar yavaş-yavaş, müəyyən mərhələdə isə 

kəskin çoxala bilər. Müəyyən ərazidəki populyasiyada ölən və ya məhv 

olan fərdlərin ümumi fərdlərə nisbəti (Çox vaxt 100 və ya 1000 fərdə 

görə). 

ÖMÜR  – orqanizmin (fərd, populyasiya, növ, biosenoz) yaşama 

müddəti. Fərdin ömrü doğulduğu vaxtdan ölənə  qədərki yaşamasıdır. 

Fizioloji ömür (yaşama imkanı) real ömürdən xeyli uzundur. 

Populyasiyanın, növün və biosenozun ömrü onun əmələ  gəlməsindən 

tələf olmasına qədərki həyatıdır. 

ÖRDƏKLƏR  qazkimilər dəstəsinin ördəklər fəsiləsindən müxtəlif 

cinsli quşlar qrupu. Çəkisi 300-1700 q olur. Azərbaycanda 23 növü var. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

355 


 

Əksəriyyəti Xəzər dənizinin cənubunda qışlayır. Ev ördəyinin  əcdadı 

yaşılbaş ördəkdir. Qiymətli sənaye növləri: yaşılbaş ördək, bizquyruq 

ördək, enlidimdik ördək, fitləyən cürə və s. var. 



ÖRTÜLÜTOXUMLULAR, çiçəkli bitkilər  (Angiospermae)  – 

toxumlu bitkilər şöbəsi. Ö.-ın 250 minə yaxın növü var. Ö. ikiləpəlilər 

və birləpəlilər sinfinə bölünür. 

ÖZ-ÖZÜNÜ TƏMİZLƏMƏ – təbii mühitə və ya orqanizmə daxil 

olmuş qarışıqların təbii zərərsizləşmə proseslərinin məcmusu. Ö.t.-in 

davamiyyəti ekosistemin və coğrafi vilayətin mürəkkəbliyindən və 

davamlığından asılı olaraq kəskin dəyişir. Məs.,  şimalda (kasıb 

ekosistemlərdə) bu proses zəif gedir. Bir çox davamlı çirkləndiricilər və 

ksenobiotiklər (pestisidlər, ağır metallar, detergentlər, fenollar və b.) 

üçün Ö.t. sıfıra bərabər ola bilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

356 


 



 

PAXLALILAR  FƏSİLƏSİ  (Fabaceae, Leguminosae)  – ikiləpəli 

bitki fəsiləsi: dünyanın hər yerində yayılmışdır. 12000 (birillik və 

çoxillik ot, yarımkol, kol və  ağac), Azərbaycanda 436 növü var. 

Kökündə atmosfer azotunu fiksə edən yumrucuq bakteriyaları  əmələ 

gəlir. Paxlalılar dənli bitkilərlə birlikdə qidalı yem bitkisidir (xüsusilə 

yonca, lərgə, xaşa). Yerfındığının, soyanın toxumlarından alınan yağ 

yeyinti sənayesində  və texniki məqsədlərlə  işlədilir. Biyan, termopsis, 

paxla, xəşənbül, toppuzlu dərman bitkiləridir. 

P.f-nə güləbrişin (ipək akasiyası), akasiya, amorfa, nəfəsotu, xostək, 

safora, nazkolu, lələk və s. ağac və kol cinslərinə aid olan növlər də 

daxildir.  

İpək (Lənkəran) akasiyası 

 

PALÇIQ MÜALİCƏSİ, PALEOTERAPİYA  – Müxtəlif mənşəli 

palçıqların və palçığabənzər maddələrin müalicə məqsədi ilə işlədilməsi. 

P.m.  əsasən, hərəkət-dayaq sistemi orqanlarının xroniki iltihablarında, 

periferik və  mərkəzi sinir sisteminin müxtəlif xəstəliklərində  tətbiq 

olunur. Kəskin iltihab proseslərdə: vərəmdə, ürək çatışmazlığında, 

hipertoniya və aterosklerozun ağır formalarında, qan, habelə böyrəklərin 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

345 


 

iltihabi xəstəliklərində P.m.-ndən istifadə etmək olmaz. 



PALÇIQ VULKANI – Vulkan palçığı materiallarından  əmələ 

gəlmiş, zirvəsində krateri olan yastı konus formalı  təpə. Fasiləsiz və 

yaxud vaxtaşırı vulkan palçığı, qaz, süxur qırıntıları, su (bəzən neftli) 

püskürür. Abşeronda Lökbatan P.v-ı  ətrafdakı sahələrdən 300 m 

yüksələn konus əmələ  gətirmişdir, konusun zirvəsindəki kraterin 

diametri isə 400 m-ə çatır. Azərbaycan Respublikasında 220-dən artıq 

P.v. (dünyada ən çox) var. Bakı arxipelaqında 8 ada (Qarasu, Gil, 

Zənbil, Sənki-Muğan və s.) P.v-nın fəaliyyəti nəticəsində  əmələ 

gəlmişdir. Ümumiyyətlə  Xəzər dənizində 140-dan çox sualtı P.v. mə-

lumdur. P.v. mənşəcə neft və ya qaz yataqları ilə əlaqədar olub, əsasən 

cavan qırışıqlıq zonalarında yayılmışdır. 

PALEOCOĞRAFİYA  – keçmiş geoloji epoxaların fiziki-coğrafi 

şəraiti haqqında elm. Yer qabığı və ümumiyyətlə Yerin inkişaf tarixinə 

aid material əldə etdiyi üçün tarixi-geologiyanın, keçmişin fiziki-coğrafi 

şəraitini öyrəndiyi üçün isə ümumi fiziki coğrafiyanın bir hissəsi hesab 

edilir. Azərbaycan MEA akad. Həsən Əliyev adına Coğrafiya institutunda 

P. şöbəsi var. 



PALEOAUTEKOLOGİYA  (yun. palaios - qədim)  – 

paleoekologiyanın bölməsi: geoloji keçmişin ayrı-ayrı orqanizmlərinin 

ekologiyasını öyrənir. 

PALEOBİOGEOKİMYA  – geniş  mənada, biosferdə keçmiş 

geoloji dövrlərin canlı maddəsinin biogeokimyası. P-nın son məqsədi 

canlı maddənin yaranma və  təkamül qanunauyğunluqlarını kimyəvi 

elementlər və molekulayar səviyyədə öyrənmək və onun geoloji dövr 

ərzində biosferdə gedən başlıca proseslərə  təsirini aydınlaşdırmaqdan 

ibarətdir. 



PALEOBİOLOGİYA    keçmiş geoloji dövrlərin heyvan və 

bitkilərinin mənşəyi, təkamülü, yaşayış tərzini öyrənən elm sahəsi. 



PALEOBİOSENOZ, PALEOSENOZ – biosenozun qazıntı halında 

mühafizə olunmuş hissəsi, birlikdə yaşamış orqanizmlərin məcmusu. 



PALEOBİOSFER 

– keçmiş geoloji epoxanın biosferi. 

V.İ.Vernadskiyə görə «keçmiş» biosferlər”. 

PALEOBOTANİKA, PALEOFİTOLOGİYA  – botanikanın bir 

sahəsi: qazıntı bitkilərini öyrənir. P. geoloji keçmişdə olan bitkiləri 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

346 


 

hərtərəfli tədqiq edir, onların təsnifatını, bir-biri ilə və müasir bitkilərlə 

qohumluğunu, müxtəlif geoloji dövrlərdə onların Yer kürəsində 

yayılması, həmçinin bitki ötüyünün dəyişməsi qanunauyğunluqlarını və 

s. məsələləri öyrənir. 

PALEODEMEKOLOGİYA  – paleoekologiyanın bölməsi: keçmiş 

geoloji epoxaların populyasiyalarını paleoekoloji analiz metodu ilə 

öyrənir. 

PALEOEKOLOGİYA  – Paleontologiyanın bir bölməsi, qazıntı 

orqanizmlərinin yaşayış şəraitini, onların abiotik və biosenoloji mühitlə 

əlaqəsini öyrənir. 

PALEOENDEMLƏR  (yun. endemos – yerli)  – Ancaq müəyyən 

ölkəyə (vilayətə) xas olan endem bitki və ya heyvan növü; çox vaxt 

məhz həmin ölkədə  əmələ  gəlmiş  və orada uzun müddət yaşamışdır. 

Əsasən ətraf floranın (faunanın) başqa nümunələri ilə qohumluq əlaqəsi 

almamışdır. Məs. Ginkqo ağac cinsi (yalnız  Şərqi Asiyada qalmışdır) 

əvvəllər geniş bir qrupun yeganə nümayəndəsi olmuşdur. 



PALEOİXNOLOGİYA  – paleontologiyanın bölməsi: keçmiş 

orqanizmlərin fəaliyyət izlərini (hərəkət, qidalanma və s.) öyrənir. 



PALEOİQLİMŞÜNASLIQ  – Yerin geoloji və tarixi keçmişinin 

iqlimi haqqında elm. Paleocoğrafiyanın mühüm sahəsi olub stra-

tiqrafiya, paleontologiya, geomorfologiya, paleobotanika, 

paleozoologiya və s. elmlərlə  sıx  əlaqədardır. Yaxın geoloji dövrlərin 

iqlimi müasir coğrafi landşaftın vəziyyətinə, ağacların illik halqalarına, 

son yüzilliklərdə aparılan müşahidələrə  və s. görə  təyin edilir. P.-nın 

əldə etdiyi məlumatlar gələcəyin iqlim proqnozunu verməyə imkan 

yaradır. 



PALEOLİT  – qədim daş dövrü. Kramanyon insanların bu dövrün 

axırlarında yaşadıqları məlumdur. 



PALEONTOLOGİYA  – Qazıntı qalıqları  şəklində mühafizə 

olunmuş keçmiş geoloji dövrlərin orqanizmləri, onların həyat fəa-

liyyətinin izləri və oriktosenozlar haqqında elm. Müasir P-ya geoloji 

keçmişdə  həyat hadisələrini orqanizm, populyasiya və ekosistem (bi-

ogeosenoz) səviyyələrində öyrənən bir elm kimi baxmaq olar. 

PALEONTOLOJİ NÖVLƏR – keçmiş geoloji epoxalarda yaşamış 

və sıradan çıxmış (biosferin təkamülü nəticəsində) növlər. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

347 


 

PALEOSİNEKOLOGİYA  – paleoekologiyanın bölməsi: keçmiş 

biosenoz və biotopların orqanizm qalıqlarının analizi əsasında öyrənir. 



PALEOTORPAQLAR  – basdırılmış torpaqlar; keçmiş epoxalarda 

(holosenə qədər) müasir dövrdən fərqli şəraitdə formalaşan, lakin səthdə 

yerləşən torpaqlar. 

PALEOZOOLOGİYA  – paleontologiyanın bölməsi: geoloji 

keçmişin heyvanat aləmini və onun inkişaf tarixini heyvan qalıqları və 

ya onların fəaliyyət izlərini öyrənmək yolu ilə tədqiq edir. 

PALEOZOY ERASI, PALEOZOY – Yerin geoloji tarixində 570 

milyon il bundan qabaq başlamış və 350 milyon il davam etmiş era. P.e. 

6 dövrə – gembri, ordovik, silur, devon, karbon və perm dövrlərinə 

bölünür. 



PALİNOFAQLAR  – bitki tozcuqları ilə qidalanan heyvanlar 

(kəpənəklər, arılar və s.). Bitkinin çarpaz tozlanmasını təmin edir. 



PALİNOLOGİYA  (yun. paline – narın toz)  – bitkinin tozcuq 

dənələrini və sporları öyrənən elm sahəsi kompleksi. 



PANBİOSFER (yun. pan - bütün) – Canlı orqanizmlərin daimi və 

ya müvəqqəti yaşadığı atmosfer qatları, hidrosfer bütövlükdə  və 

litosferin bir hissəsi, yəni parabiosfer, artebiosfer, xüsusi biosfer və 

metabiosferin məcmusu. 



PANDEMİYA (yun. pandemia – bütün xalq) – infeksion xəstəliyin 

böyük  ərazidə, bir neçə ölkədə, hətta dünyada yayılması (məs., vəba, 

qrip). 

PANTOFAQLAR – hər şey yeyən orqanizmlər. 

PARABİOSFER  (yun. paro - yanında)  – Atmosferin, canlı 

orqanizmlərin təsadüfən düşdüyü, orada yalnız müvəqqəti yaşaya 

bildiyi, normal həyat sürməsi və çoxalması mümkün olmadığı qatları 

(Yer səthindən 6-7 km-lə 60-80 km arası). P.-ə  həmçinin Yerdən öz 

orbiti ətrafında fırlanaraq uçan kosmik aparatlar da aid edilir. 

PARAKLİMAKS  – Xarici təzyiq nəticəsində dağılmış klimaksın 

yerinə digər davamlı qrupun yaranması. Məsələn, məhv edilmiş meşənin 

yerində əmələ gələn çəmən qrupu mal-qara otarılması ilə əlaqədar daim 

öz vəziyyətində qalır (meşə bərpa olunmur). 



PARASİMBİOZ  – iki və daha çox orqanizm növünün bir-birinə 

zərəri və xeyri dəymədən birgə yaşaması. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

348 


 

PARAZİT BİTKİ  – digər bitkinin şirəsi ilə qidalanaraq yaşayan 

bitki. 


PARAZİT GÖBƏLƏKLƏR, patogen göbələklər  – müxtəlif 

orqanizmlərin canlı toxumalarından qida mənbəyi kimi istifadə edən 

göbələklər. P.g.-bitki, heyvan və insan xəstəliklərinin törədicisidir. 

PARAZİT YAYAN, infeksiya yayan – bir sahibdən digərinə 

xəstəlik törədiciləri (ibtidailər, bakteriyalar, viruslar) və parazitləri 

keçirən agent (məs. heyvan); ağcaqanad malyariya yayandır. 

PARAZİTİZM  –iki və daha çox müxtəlif orqanizmin antoqonist 

şəraitdə birgə yaşaması. Onlardan biri və ya bir neçəsi (parazitlər) o 

birini (sahib) daimi və ya müvəqqəti olaraq yaşayış mühiti, qida 

mənbəyi, həyat prosesləri üçün vacib olan sübstansiya kimi istifadə edir. 

Eyni zamanda parazit ifraz etdiyi müxtəlif maddələrlə  və gövdəsi ilə 

sahibə təsir edir, onun orqanizmində patoloji, immunoloji və biokimyəvi 

reaksiyaların baş verməsinə  səbəb olur. Parazit sahibin xaricində 

yaşadıqda ektoparazitizm, daxilində yaşadıqda isə endoparazitzm 

adlandırılır. 

PARAZİTLƏR  (yun. parasitos – özgənin mənzilində yaşayan)  – 

başqa orqanizmləri (sahiblər adlanır) yaşayış mühiti və qida mənbəyi 

kimi istifadə edən, xarici mühitlə  əlaqəsini (qismən və ya bütünlüklə) 

sahibin vasitəsilə  həyata keçirən orqanizmlər. P. zooparazitlərə (ib-

tidailər helmintlər, gənələr, cücülər və b.) və fitoparazitlərə (viruslar, 

bakteriyalar, göbələklər, bəzi ali bitkilər) bölünür. P. sahibi zəiflədir, 

onun xəstələnməsinə və bəzən də məhvinə səbəb olur. P.-in çoxu insan, 

heyvan və bitki xəstəliklərinin törədiciləridir. 



PARAZİTOLOGİYA  – parazitlər haqqında elm. Biologiyanın 

bölmələrindən biri. P. insan, heyvan və bitkilərdə  xəstəlik törədən 

parazitləri tədqiq edir və bu xəstəliklərə qarşı mübarizə  təbdirlərinin 

elmi əsaslarını hazırlayır. 



PARAZİTOZ – parazit tərəfindən yaradılan xəstəlik. 

PARK  – Adamların istirahəti üçün yaşıllıq yaratmaqla, yol 

çəkməklə, su çəkməyin, meydança salmağın və s. dirriklərin uzlaşdı-

rıldığı gəzinti istirahət yeri. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

372 


 

Gəncə şəhərinin mərkəzi istirahət parkı (Sərdar bağı) 

 

PARK LANDŞAFTI  – müxtəlif təbii zonalarda (tropik, savanna, 

subalp meşəsi, arid saqqız meşəsi) yerləşən təbii və süni mənşəli seyrək 

meşə tipi. Nadir təbii komplekslərin qorunması  və rekreasiya məqsədi 

daşıyır. Təbii və süni landşaftların geniş sahələri sayılır. 



PARNİK (İSTİXANA)  – tərəvəz, ağac və kol şitilləri yetişdirmək 

üçün düzəldilmiş örtülü yer. P.-lər su, buxar və ya elektriklə qızdırılır. 

P-lər küləkdən müdafiə olunan günəşli sahədə  ş.-dan q.-ə doğru 

uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer 

qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə 

şüşə və plankalı çərçivələrlə örtülür. 



PARNİK (İSTİXANA) BİTKİLƏRİ  – Faraş  tərəvəz məhsulu və 

bəzi bitkilərin toxumunu (şitilini) almaq üçün parniklərdə becərilən 

tərəvəz bitkiləri. Kələm, xiyar, pamidor, turp, şüyüd, keşniş, istiot, göy 

soğan və s. eləcə  də  bəzi çiçəkli bitkilər.  Əsas qulluq onların işığa, 

rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, 

xəstəlik və  zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin 

bitkilərin toxumları fevral ayından parniklərə  səpilir, sonra yetişən 

şitillər açıq sahələrə köçürülür. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

349 


 

PARNİK  İSTİXANA EFFEKTİ  – Yer atmosferinin daxili 

qatlarının temperaturunun artması. Günəşdən yönələn və yerdən qayıdan 

şüaların yer atmosferindəki CO

2

, O



3

 və su buxarları tərəfindən udulması 

nəticəsində baş verir. 

PARNİK QAZLARI – parnik effekti yaradan qazlar(karbon qazı, su 

buxarı, azot, kükürd oksidləri, feronlar və  b.).  Bu  günə  qədər insan öz 

fəaliyyəti nəticəsində havaya buraxdığı P.q. atmosferdə 0,6-2,4

° istilik 

yaratmağa kifayət edər (amerika meteoroloqu V.Ramanatxanın 

məlumtına görə). Hesablamalar göstərir ki, əgər P.q. indiki sürətlə 

artarsa, bir neçə 10 ildən sora planetimizdə orta hesabla 5

° istilik çoxala 

bilər, bunun nəticəsində isə planetin iqlimi kəskin dəyişər, qütb 

buzlaqlarının əriməsi nəticəsində dənizin səviyyəsi xeyli qalxar və geniş 

ərazilər su altında qalar. 

PARSELLA,  (fran. Parcelle - hissəcik) mikroqruplaşma 

(Qrossheym, 1929, Yaroşenko, 1931) – 1) biosenozun üfiqi 

parçalanmasının struktur hissəsi, senopopulyasiya. P.-lar bir-birindən 

tərkibi, strukturu, komponentlərinin xassələri,  əlaqələrinin spesifik və 

maddi-enerji mübadiləsi ilə seçilir (Dılis, 1969). P. müxtəlif meşə 

qruplaşmalarında ayrılmış küknar, şam, palıd qruplarından, meşə 

daxilində tala, çəmənlikdə kol qrupları və s-dən ibarət ola bilər. Kəskin 

ayrılan parsellalıq fitosenozun mozaikliyini müəyyən edir. 2) 

fitosenozun üfiqi parçalanmasının struktur hissəsi-bitki örtüyünün mik-

roqrupu. 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin