Ekoloji LÜĞƏt a


SUKSESSİYA  (lat. succesio - varislik)



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə49/60
tarix23.02.2017
ölçüsü3,98 Mb.
#9384
1   ...   45   46   47   48   49   50   51   52   ...   60

SUKSESSİYA  (lat. succesio - varislik)  Mühitin müəyyən 

hissəsindəki bir fitosenozun digəri ilə ardıcıl əvəz olunması. İlkin S. və 

ikincili S. olur. Qumluqları, qayalıqları  tədricən bitki basması ilkin S., 

istifadəsiz kənd təsərrüfatı torpaqlarında bitki və heyvanların məskən 

salması ikincili S.dır. Suksessiya prosesi inkişaf etdikcə növlərin 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

413 


 

miqdarı çoxalır, maddələr dövranı mürəkkəbləşir, ölü kütlə artır. 



SUKSESSİYA FAZASI – ekosistemin inkişaf prosesidir, adətən 

ekosistemə daxil olan yarımsistemlərin (populyasiya, sinuziya və s.) və 

onun  əsas strukturlarının (bitki mərtəbəliliyi, onun sıxlığı  və s.) 

dəyişilməsi ilə seçilir. Hər suksessiya fazası özündən sonra gələn 

fazanın keçməsi üçün kompleks şərait hazırlayır. 

SUKSESSİYA KLİMAKSI – bax: klimaks. 

SUKSESSİYA MƏRHƏLƏLƏRİ  – ekosistemin inkişaf dövrləri. 

F.Y.Klements (1928) 6 S.m. ayırır: 1) denudasiya; 2) pionerlik 

(immiqrasiya); 3) kolonizasiya; 4) növarası  rəqabət; 5) biosenotik 

reaksiya; 6) Stabilləşmə (klimaks). Biosenozun pionerlikdən stabilliyə 

qədər inkişafı seriyanı  təşkil edir. Hər S.m. biosenozun inkişaf vahidi 

olub biotopun xüsusi (spesifik) fiz., kim., iqlim və biotik şəraitlərilə 

xarakterizə olunur. 

SUQORUYUCU MEŞƏLƏR– suqoruyucu funksiyası daşıyan 

meşələr. Adətən çay, göl, su anbarı sahillərində qoruyucu zolaqlar 

şəklində ayırırlar. Suqoruyucu zonaya daxildir. S.m. su hövzələri 

ərazilərinin mikroiqlimini və hidroloji rejimini yaxşılaşdırır, suyu 

çirklənmədən qoruyur. Çayların yüksək sululuq dərəcəsini saxlayır, 

yerüstü axını yeraltı axına çevirərək, yeraltı suların ehtiyatını artırır, çay 

sahillərini dağılmaqdan mühafizə edir, çaylarda suyun temperaturunu 

aşağı salır. S.m. respublikamızın düzən (aran) ərazisində xüsusi 

əhəmiyyətə malik olub oranın iqlimini nizama salır, böyük 

tarlaqoruyucu rolu olub kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının 

sabitliyinə və yüksəldilməsinə şərait yaradır, həm də vəhşi heyvanlar və 

quşlar üçün əvəzedilməz sığınacaqdır. 



SULEMA – (civə-xlorid) Hg Cl

2

 – ağ tozdur, suda, spirtdə, efirdə, 



asetonda həll olur. Olduqca zəhərlidir. S.-dan farmasept sənayesində, 

tibbdə dezinfeksiyaedici vasitə kimi, oduncağa hopdurmaq üçün istifadə 

olunur. 

SUMAQ FƏSİLƏSİ – (Anacardiaceae) fəsiləyə 60 cins və 600-dən 

artıq növ daxildir. Respublikamızda  ən geniş yayılan sumaq kolu və 

püstə  (Pistasea) cinsinə daxil olan saqqızağacdır (kütyarpaq püstə). 

Həqiqi püstə  (P.vera) növü isə Abşeronda, Mil-Muğan düzündə, 

Şamaxıda (Dəvəçidə) becərilir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

414 


 

 

 



 

Aşı sumaq 

Saqqızağac (kütyarpaq püstə)

 

 

 

SUPERKLİMAKS  – ekstremal şəraitin davamlı klimaksı (tundra, 

səhra və s.) 



SUTKALIQ RASİON  – sutka ərzində heyvanların yediyi yemin 

miqdarı, qida istifadəsi tədbiri. 



SUTKALIQ RİTMLƏR  – gündüz və gecənin dəyişilməsilə 

əlaqədar bioloji proseslər və hadisələrin intensivliyinin, xarakterinin 

dövri olaraq dəyişməsi. 

SUTƏNZİMLƏYİCİ MEŞƏ ZOLAQLARI – Meylliyi 1

°-dən çox 

olan yamaclarda torpağı eroziyadan qorumaq məqsədilə zolaq şəklində 

salınan meşə zolaqları. S.m.z. qarın bərabər yayılmasını, səthi axımın 

nizamlanmasını tənzim edir. S.m.z. torpağın yuyulmasını zəiflədir, onun 

nəmliyini yüksəldir, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır. 

Yamacın meylliyi 2

°-dən çox olduqda meşə zolaqları yamacların eni 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

415 


 

istiqamətində (horizontlar üzrə) salınır. Zolaqların eni 10-15 m, bir-

birindən  arası 3-4 m, cərgələrdə  ağacların arası 1,5-3 m götürülür. 

Yamacın meylliyi 6

°-dən çox olarsa S.m.z. terraslarda, sahəciklərdə və 

ərazini başdan-başa şumlamadan salınır. 



SUTOPLAYICI SAHƏ, SUTOPLAYICI HÖVZƏ  – yağıntı 

sularını toplayıb, çay yaxud gölə axıdan və suayrıcı xətlə hüdudlanmış 

sahə. Səthi və yeraltı S.s.-lər var: onların sərhədləri üst-üstə düşmür. 

Çayın (gölün) hövzəsi səthi sutoplayıcı kimi qəbul edilir. S.s. səthinin 

quruluşu (relyefi) suyun axmasına xeyli təsir göstərir. 

SUVARMA  ƏKİNÇİLİYİ  – kənd təsərrüfatı bitkilərinin suvarma 

şəraitində yetişdirilməsi. K.t. bitkiləri vegetasiya dövründə normal 

nəmliklə  təmin olunmadıqda suvarmaya ehtiyac yaranır. Quraq 

rayonlarında suvarma sabit və yüksək məhsul alınmasını təmin edir. 



SUVARMA,  İRRİQASİYA  – meliorasiya növlərindən biri. S.-da 

məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, 

hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə 

bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda S.-ya ehtiyac 

yaranır. S.k.t. bitkilərinin suya olan tələbatını  təmin edir, faydalı 

mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy 

və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və 

məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. S. 

müxtəlif üsullarla (səthi S., süni yağışyağdırma, torpaqaltı S., damcılı S. 

və s.) aparılır. 



SUVARMA NORMASI – bütün vegetasiya dövründə  kənd 

təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün 1 ha torpaq sahəsinə 

verilən suyun miqdarı. S.n. vegetasiya dövründə bitkilərin inkişaf 

fazalarında onların su sərf etməsinə, suvarılan torpaqlarda suyun 

itməsinə müvafiq olaraq dövri suvarma normalarına bölünür. Dövri S.n. 

müəyyən bitki əkilmiş tarlanın ha-na bir suvarma dövründə verilən 

suyun miqdarıdır. Dövri suvarma yağmurlararası fasilələrdə torpaqda 

çatışmayan rütubəti tamamlayır. Suvarılan rayonun iqlim şəraiti ilə  sıx 

əlaqədardır. Torpaq və iqlim şəraitindən asılı olaraq respublikanın ayrı-

ayrı zonalarında hər hektar üçün S.n. pambığa 5.8-7.8, taxıla 2.7.-4.7, 

yoncaya 6.-9.6, üzüm bağına 4.5-5.9, çay plantasiyasına 3.5-4.0, tütünə 

4.0-4.5 min m

3

 arasında götürülür. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

416 


 

SUVARMA OAZİSİ (vahəsi) – səhra və yarımsəhra zonasında çay, 

artezian və ya qrunt suları vasitəsilə süni suvarma ilə əkinçilik aparılan 

massivlərin, həmçinin onunla təmasda olan ərazinin mikroiqliminin, 

torpaq-melorasiya və hidrogeoloji şəraitinin kəsgin dəyişməsi. Bax:-

Oazis. 

SUVARMA REJİMİ  – kənd təsərrüfatı bitkilərinin suvarma 

normasını, suvarmaların sayını  və müddətini təyin edir. S.r. bitkilərin 

inkişaf dövrü və fazalarında onların suya olan tələbatını və torpağın su, 

qida, duz və istilik rejiminin nizamlanmasına uyğun olaraq 

götürülməlidir. Belə uyğunluq suvarılan torpaqların münbitliyini artırır, 

kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürülməsinə 

səbəb olur. Bitkilərin S.r. onlara lazım olan ümumi suvarma normasının 

vegetasiya dövründə paylanmasını  nəzərdə tutur, dövri suvarmaların 

sayını, normasını və müddətini müəyyən edir. 

SUVARMA SİSTEMİ  – Suyu suvarma mənbəyindən götürüb 

suvarılan sahəyə paylayan və bitkilərin suvarılmasını  təmin edən 

qurğular. S.s-nə baş su qəbuledici qurğu, ana kanal, daimi paylayıcı 

kanallar, müvəqqəti kanallar,  suvarma şəbəkəsi, hidrotexniki qurğular 

daxildir. Su ana kanallar vasitəsilə daimi paylayıcı kanallara, buradan 

isə  təsərrüfatlara paylanır. Müvəqqəti kanallar suyu paylayıcı 

kanallardan götürüb suvarma şəbəkəsinə verir. Sızmaya və 

buxarlanmaya gedən itkinin qarşısını almaq üçün əksər hallarda S.s. 

qapalı tikilir, suvarma kanallarının bir hissəsi, yaxud hamısı borularla 

əvəz edilir. 



SUVAT  – çay, göl və bulaqda heyvanların su içmək üçün gəldiyi 

yer. 


SUYUN AQRESSİVLİYİ  – suyun, o cümlədən suda həll olan 

maddələrin kimyəvi təsir göstərmək yolu ilə müxtəlif materiaları 

parçalaması (dağıtması). 

SUYUN BİOLOJİ  TƏMİZLƏNMƏSİ  – Sənaye və  məişət çirkab 

sularının suvarma sahələrində, aerotenklərdə, biofiltlərdə  və s.-də üzvi 

maddələrin biokimyəvi parçalanmasına  əsaslanan (aerob bakteriyaları 

vasitəsilə) kompleks tədbirlər. S.b.t. tam aparıldıqda oksidləşdirici 

maddələr kənar edilir, suyun şəffaflığı artır, onun patogen bakteriyalara 

yoluxması azalır və s. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

417 


 

SUYUN BULANIQLIĞI – sülb halında olan maddələrin suda asılı 

vəziyətində olması. Çəki və həcm vahidləri ilə ifadə olunur (q/m

3

, mq/l). 



çaylarda, müvəqqəti axınlarda və  şırımlarda sülb axının və asılı 

gətirmələrin miqdarının müəyən edilməsi üçün S.b. kəmiyətlərindən 

istifadə edilir. S.b.-nın miqdarı axın sularından nümunə götürülməsi, 

süzülməsi, qurudulması və çəkilməsi yolu ilə müəyyən edilir. 



SUYUN CODLUĞU  – suyun tərkibində kalsium və maqnezium 

duzlarının miqdarı ilə müəyyən edilən keyfiyyət göstəricisi. 



SUYUN “ÇİÇƏKLƏMƏSİ”  – Təmiz su ekosistemlərinin üst 

biohorizontunda yaşıl və göy-yaşıl yosunların kütləvi inkişafı. S.”ç” 

bəzən hövzələrin biogen maddələrlə çirklənməsinə  səbəb olur. Bu 

zaman bəzi yosunlar çürüdükdə suyu toksinlərlə zəhərləyir. 

Suyun “çiçəkləməsi”nin  əsas səbəbi suya düşən fosforlu və azotlu 

birləşmələrdir. Bu maddələr suda olan oksigen hesabına mavi-yaşıl 

yosunların inkişafına səbəb olur. Mingəçevir su anbarında  son zamanlar 

suyun çirklənməsinə  səbəb çaylara axıdılan çirkab suları, zəhərli 

maddələrin getdikcə artması  və Kürdə kaskad su anbarlarının 

yaradılmasıdır. 

Suyun «çiçəkləməsi”» bütün canlılar, o cümlədən balıqlar üçün çox 

təhlükəlidir. 



SUYUN ÇİRKLƏNMƏ GÖSTƏRİCİLƏRİ  – suyun çirklənmə 

dərəcəsini və xarakterini təyin edən göstəricilər: fiziki göstəricilər 

(bulanıqlıq dərəcəsi, iyi və suyun pH-i), kimyəvi (suda həll olan 

oksigenin miqdarı, ammonium-azotun miqdarı, BPK, XPK), bakteriya 

(bağırsaq çöpləri və patogen mikroorqanizmlərin mövcudluğu), 

hidrobioloji (hidrobiontların tərkibi-saprob və oliqosaprob 

orqanizmlərin nisbəti) və b. çirklənmiş su hövzələrində biokimyəvi 

çirklənmə göstəricisi 100-500%-ə çatır. 



SUYUN DÖVRANI – Günəş radiasiyası, canlı orqanizmlərin həyat 

fəaliyyəti, ağırlıq qüvvəsi və insanın təsərrüfat fəaliyyətinin təsiri 

nəticəsində suyun Yerdə arasıkəsilməz, qarşılıqlı yerdəyişməsi prosesi. 

S.d. yerin səthindən buxarlanma (xüsusilə Dünya okeanından), 

kondensasiya, buludların əmələ gəlməsi, onlardan yağmurların düşməsi, 

axımın (səthi və yeraltı) formalaşması  və dünya okeanına axması. 

Hazırki dövrdə S.d.-rejimi ümumi yağmurların cəminin təxminən 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

418 


 

buxarlanmaya bərabər olması kimi (519 min km

3

) müəyyənləşdirilir. 



Ona görə su resursları tükənməyən resurslara aid edilir. Böyük və kiçik 

S.d. ayrılır. Böyük S.d.-da okean səthindən buxarlanan suyun bir hissəsi 

yağmurlar  şəklində okeana qayıdır, bir hissəsi isə quruya aparılır və 

orada da yağmurlar şəklində düşərək üç əsas istiqamətdə paylanır: 1) bir 

hissəsi səthi axıma gedir: 2) bir hissəsi qrunta sızır (yeraltı axım) və bir 

hissəsi atmosferə buxarlanır. Kiçik S.d.-da okean səthindən buxarlanan 

su yağmurlar halında okeana qayıdır. 

SUYUN DUZLULUĞU  – suyun tərkibində olan duzların ümumi 

cəmi. Venesian sisteminə (1958) əsasən təbii sular bölünür: təmiz sular 

(0,5%

0

), miksoqalin və ya az duzlu (0,5-30%



0

), euqalin və ya dəniz suyu 

(30-40%

0

) və hiperqalin və ya çox duzlu (40%



0

-dən artıq), Təmiz (saf) 

su hövzələrinə çaylar, göllərin  əksəriyyəti, euqalin su hövzəsinə – 

Dünya okeanı, hiperqalin su hövzəsinə  bəzi göllər və dünya okeanının 

bəzi sahələri aiddir. 

SUYUN EKSPERTİZASI – insanın fizioloji-gigiyena və təsərrüfat 

ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan suyun dövlət standartına 

uyğun keyfiyytinin təyini. 

SUYUN HİPEPÇİÇƏKLƏMƏSİ  – Yüksək qida maddələrinin 

(normadan çox) daxil olması ilə əlaqədar suyun olduqca intensiv «çiçək-

ləməsi”». S.h. zamanı yosunların biokütləsi (əsasən göy-yaşıl 

yosunların) 100 mq/l-dən artıq olur. 



SUYUN XLORLANMASI – Suyun xlor və onun birləşmələri ilə 

emalı; içməli suyu zərərsizləşdirmək üçün ən çox yayılmış üsul. S.x. 

sərbəst xlorun və onun birləşmələrinin mikrobların ferment sisteminin 

dağıtması xassəsinə əsaslanır. İçməli suyu zərərsizləşdirmək üçün xlor, 

xloramin və xlorlu əhəngdən istifadə olunur. Xlorlamadan sonra suya 

düşən mikrobları  məhv etmək məqsədi ilə suya xlor artıqlaması ilə 

(qalıq xlor) qatılır. S.x.-dan 30 dəq. sonra qalıq sərbəst xlorun suda 

miqdarı 0.3 mq/l-dən az olmamalıdır. S.x-ndan sonra suda pis iy verən 

maddələr olarsa, belə hallarda xlorlamadan əvvəl suyu ammonyaklı və 

ya ammonium duzları ilə emal edirlər. Çöl şəraitində içməli suyu 

zərərsizləşdirmək üçün də su xlorlanır. Axar suları, üzgüçülük 

hovuzlarının suyunu zərərsizləşdirmək, istehsalat sularını 

rəngsizləşdirmək, dəmirsizləşdirmək və s. məqsədlə  də xlorlamadan 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

419 


 

istifadə olunur. Lakin xlor suda olan çirkləndirici  üzvi maddələrlə 

qarışıqlı  əlaqədə olduqda yüksək toksik, hətta konserogen maddələr, o 

cümlədən dioksinlər əmələ gələ bilər. Buna görə C.x. ozonlaşdırma ilə 

əvəz olunur. 

SUYUN İON TƏRKİBİ – suda həll olan ionların məcmusu. 

SUYUN (RÜTUBƏTİN) MƏHSULDAR SƏRFİ  biosenozun 

üzvi maddələrin sintezinə, bitkinin transpirasiyasına və s. sərf etdiyi 

suyun miqdarı. S.m.s. biogeosenozun su rejiminin mühüm komponenti 

sayılır. 



SUYUN MİNERALLAŞMASI  – suyun qeyri-üzvi (mineral) 

maddələrlə (ion və kalloid halında) doyması; Minerallaşma dərəcəsi 

adətən mq/l və ya q/l-lə (bəzən kq/l) ifadə olunur. 

SUYUN SAFLIĞI – suyun işıq buraxması qabiliyyəti. Adətən Sekki 

diski ilə ölçülür. 



SUYUN  ŞƏFFAFLIĞI  – suyun işıq buraxmaq qabiliyyəti.  Əsasən 

suda asılı halda həll olan üzvi və qeyri-üzvi maddələrin qatılığından 

asılıdır. S.ş. antropogen çirklənmə  və su hövzələrinin evtroflaşması 

nəticəsində kəskin aşağı düşür. 



SUYUN  ŞİRİNLƏŞDİRİLMƏSİ  –  İçməli (duzsuz) və  təsərrüfat 

əhəmiyyətli su almaq üçün təbii suların tərkibindəki duzların miqdarının 

azaldılması (adətən 1q/l-dək) prosesi. Əsasən, arid, habelə quraqlıq 

sahələrdə yerləşən və Yerin quru səthinin təqribən 60%-ini təşkil edən 

40-dan artıq ölkədə şirin su çatışmır. 

Aqreqat halını  dəyişdirməklə (distillə, dondurma yolu ilə), həm də 

dəyişdirmədən (hiperfiltrasiya, yaxud əksinə osmos, ion mübadiləsi, 

üzvi həllelicilərlə suyun ekstraksiyası, ionların məsaməli elektrodlarla 

sorbsiyası  və s.) suyu şirinləşdirmək mümkündür. S.ş. üsullarına mü-

vafiq olaraq mütəlif suşirinləşdirici qurğu tipləri mövcuddur. 



SUYUN TƏMİZLƏNMƏSİ  – Təbii su təchizatı mənbələrindən su 

kəmərinə verilən suyun keyfiyyətini müəyyən edilmiş norma gös-

təricilərinə çatdırmaq məqsədi ilə aparılan texnoloji proseslər 

kompleksi. Su, su kəmərinə verilməzdən əvvəl kaoqulyasiya, çökdürmə 

və süzmə yolu ilə durulaşdırılır, zərərsizləşdirilir (maye xlor, xlorlu 

əhəng və ozonla). Kimyəvi tərkibi qənaətləndirici olduqda yeraltı sular 

təkcə xlorla və ya ultrabənövşəyi  şüalarla zərərsizləşdirilir. Suyu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

420 


 

yumşaltmaq üçün su əhəng və ya soda ilə emal edilir, yaxud ionit 

süzgəcdən keçirilir. Tərkibindəki qazlardan (karbon qazı, hidrogensulfid 

və metandan, flor artığından) və radioaktiv maddələrdən su aerasiya 

yolu ilə, aktivləşdirilmiş alüminium-oksidindən süzməklə, dezaktivasiya 

ilə  təmizlənir. Su aktivləşdirilmiş kömür, ozon, xlor 4-oksid və ya 

kalium-permanqantla dezodorasiya edilir. S.t. üçün reagent və 

dezinfeksiya qurğularından, qarışdırıcı, çökdürücü və s.-dən istifadə 

edilir. 

SÜLB AXIM – səthi axın sularının özü ilə yuyub apardığı torpaq, 

qum, digər mineral və üzvi hissəciklərdən ibarət asılı materiallar. 

Miqdarı qr., kq və tonla ölçülür. Səthi axın sularının tərkibindəki S.a.-ın 

miqdarı ərazidən yuyulan torpağın miqdarının göstəricisidir. 



SÜNİ EKOSİSTEMLƏR – biosferdə gedən bəzi prosesləri 

modelləşdirməyə imkan verən insan tərəfindən yaradılan kiçik qapalı 

ekosistem. 1996-cı ilin aprelində Londonda biosferin qapalı ekoloji 

sistemləri üzrə IV Beynəlxalq simpozium keçirildi. 



SÜNİ FİTOSENOZ – komponentlər arasında bitkilərin əlaqəsi olan 

çöl, bostan, bağ, xiyaban və süni salınan meşə bitki qruplaşmaları. 

Qısamüddətli (1-3 illik – çöl, bostan, güllük), uzunmüddətli (8-10 il-

səpilmiş çəmən) və daimi (10 ildən artıq – bağlar, parklar, tarlaqoruyucu 

meşə zolaqları  və s.) S.f-lər ayırırlar. Çöl səpinləri S.f-ları 

aqrofitosenozlar kimi ayrılır. Son vaxtlar S.f-lar təbii bozqır və  səhra 

bitki növlərindən salınır (aqrobozqır, aqrosəhra). 

SÜNİ GÖL (NOHUR) – Süni sututar. Kiçik çay dərəsi, qobu və 

yarğanlarda bəndlərin tikilməsi, yaxud düzən yerlərdə iri çalaların 

qazılması yolu ilə yaradılır. Səth suları və ya yeraltı sularla doldurulur. 

Mühüm təsərrüfat əhəmiyyəti var. 



SÜNİ İONLAŞMA – havada insan fəaliyyəti nəticəsində yüngül və 

ağır ionların əmələ gəlməsi. 



SÜNİ RADİOAKTİVLİK  – radioaktiv izotopları yaratmaqla və 

ondan istifadə etməklə (atom elktrik stansiyalarında, buzqıran və sualtı 

gəmilərdə, tibbdə və s.) insanın təsərrüfat və hərbi fəaliyyəti nəticəsində 

əmələ gələn radioaktivlik. S.r. yol verilən dozanı keçdikdə mənfi ekoloji 

rol oynayaraq nəinki mutagen, teratogen, kanserogen effekt yaradır, 

həm də populyasiya, ekosistem və biomların strukturunu dağıdır. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

421 


 

SÜNİ SEÇMƏ  – Hər hansı cinsdən, yaxud sortdan və  təsərrüfat 

cəhətdən daha qiymətli olan heyvan və bitkinin yetişdirmə məqsədi ilə 

seçilməsi. S.s. terminini 1859-cu ildə Ç.Darvin təklif etmişdir. S.s. 

kortəbii və metodiki olur. Kortəbii S.s. anlayışını Ç.Darvin belə izah 

edirdi: hələ ibtidai maldarlar və  əkinçilər daha qiymətli heyvan və 

bitkiləri qoruyub saxlamağa, onlardan nəsil almağa cəhd göstərmişlər. 

Nəsildən-nəslə yaxşı heyvanların qorunub saxlanması sürü 

yetişdirməyə, yaxşı toxumun əkilməsi isə  məhsulun daha da artmasına 

səbəb olurdu. Orqanizmlərin təsərrüfat faydalı xassələrini gücləndirən, 

yaxud zərərli əlamətləri zəiflədən bütün mutasiyalar cinsdə, ya da sortda 

avtomatik olaraq dərinləşmiş və yayılmışdır. Kortəbii S.s. mexanizminə 

və  nəticələrinə görə  təbii seçməyə yaxındır. Metodik S.s.-dən 

məqsədyönlü olması ilə  fərqlənir və kütləvi və  fərdi metodiki seçmə 

şəklində aparılır. Fərdi metodiki seçmə daha səmərəlidir; bu zaman hər 

bir valideyn forması təkcə özünə məxus keyfiyyətinə görə deyil, həm də 

bu keyfiyyətləri nəslə vermək qabiliyyətinə görə qiymətləndirilir. 



SÜNİ YAĞIŞYAĞDIRMA  1) reagentlərin köməyilə buludlardan 

yağış  şəklində yağıntı  əmələ  gətirmək; 2) kənd təsərrüfatı bitkilərini 

suvarma üsulu. Belə suvarmada su sahəyə maşınlar və apparatlar 

vasitəsilə yağış kimi səpələnir. S.y. üsulu ilə suvarmada istənilən torpaq 

qatını suvarmaq olur; əsasən qrunt suları yer səthinə yaxın olan 

sahələrdə  tətbiq edildikdə yeraltı suların səviyyəsinin qalxmasının və 

torpaqların  şorlaşmasının qarşısını alır. S.y. üsulu ilə suvarmada 

şırımlarla, yaxud zolaqlarla suvarmaya nisbətən suya 30-35% qənaət 

olunur, k.t. bitkilərinin məhsuldarlığı 15-20% artır. 

SÜRÜ  – 1) Davranışında qarşılıqlı  əlaqə olan, bir növə  mənsub 

məməlilər qrupu; yəni müəyyən vaxtda eyni cür davranan, çox vaxt 

fəallıq ritmi eyni olan və vahid hərəkət istiqamətinə malik heyvanlar. 2) 

Ayrı-ayrı  təsərrüfatlarda saxlamaq, kökəldilmək və otarılmaq üçün 

formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), 

qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. 3) təsərrüfatda eyni cinsdən 

olan heyvanların miqdarı. 

SÜRÜNƏNLƏR, REPTİLİLƏR  (Replitia)  –onurğalı heyvanlar 

sinfi. Müasir S.-in 4 dəstəyə (pulcuqlular, timsahlar, tısbağalar və dim-

dikbaşlılar) mənsub 6500-dən çox növü məlumdur. S. təbiətdə qiymətli 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

422 


 

ov heyvanları üçün yemdirlər. Timsahların, iri ilanların və 

kərtənkələlərin dərisindən çemodan, portfel, ayaqqabı  və s. hazırlanır. 

Kərtənkələlərin  əksəriyyəti cücüləri, bir çox ilanlar isə  zərərli 

gəmiriciləri məhv etdiyinə görə  əhəmiyətlidir. Bir çox ilan növlərinin 

zəhəri qiymətli dərman preparatları hazırlamaqda istifadə olunur. Bəzi 

S.-in sayı kəsgin azalmış, nəsli kəsilmək üzrədir; qorunurlar. 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin