YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
  1   2   3   4   5   6   7   8   9   ...   20

YAŞAR SEYİDLİ,   NAİLƏ ƏLİYEVA,  XUMAR ƏHMƏDBƏYLİ
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Biologiya” fənni üzrə 
DƏRSLİK 
Dərsliklə bağlı rəy, irad və təkliflərin 
və 
derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur. 
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli  369 №-li 
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və 
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, 
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Bakı” nəşriyyatı
bn@bakineshr.az 
Biologiya  9
XUMAR ƏHMƏDBƏYLİ, NAİLƏ ƏLİYEVA, YAŞAR SEYİDLİ
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Biologiya” fənni üzrə 
 
Dərsliklə bağlı rəy, irad və təkliflərin
 

 
derslik@edu.gov.az
 
elektron ünvanlara göndərilməsi xahiş olunur. 
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Azərbaycan Respublikası
 
Təhsil Nazirliyinin
 
03.06.2016-cı il tarixli  369 №-li 
əmri ilə təsdiq olunmuşdur.
©
 
Azərbaycan Respublikası
 
Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və 
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, 
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Bakı” nəşriyyatı
bn@bakineshr.az
 
Biologiya  9

HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
AZƏRBAYCAN RESPUBLİKASININ 
DÖVLƏT HİMNİ
Üzeyir Hacıbəylinin,
 Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan! 
Musiqisi 
sözləri

 
3
 
KİTABIN İÇİNDӘKİLӘR 
 
 
DӘRSLİK KOMPLEKTİ HAQQINDA ............................................... 4 
DӘRSLİK KOMPLEKTİNİN STRUKTURU ........................................ 6 
DӘRSLİYİN FӘSİLLӘR ÜZRӘ MӘZMUNU ..................................... 8 
BİOLOGİYA FӘNN KURİKULUMU HAQQINDA ............................... 9 
MÖVZULAR ÜZRӘ MӘZMUN STANDARTLARININ   
REALLAŞMA CӘDVӘLİ VӘ TӘDRİS SAATLARININ BÖLGÜSÜ ......... 12 
İLLİK PLANLAŞDIRMA NÜMUNӘSİ .............................................. 15 
FӘNLӘRARASI İNTEQRASİYA CӘDVӘLİ ...................................... 16 
BİOLOGİYA DӘRSLӘRİNDӘ MÜASİR TӘLİM TEXNOLOGİYALARI ... 18 
BİOLOJİ BİLİKLӘRİN SİSTEMLӘŞDİRİLMӘSİ ............................... 22 
MÜASİR QİYMӘTLӘNDİRMӘ ...................................................... 25 
 
MÖVZULAR ÜZRӘ TӘLİM MATERİALLARI İLӘ 
İŞ TEXNOLOGİYASININ ŞӘRHİ 
 
1. CANLI ORQANİZMLӘRİN KİMYӘVİ TӘRKİBİ ............................ 35 
2. HÜCEYRӘ CANLININ QURULUŞ VӘ İNKİŞAF VAHİDİDİR  .......... 58 
3. ORQANİZM TAM BİR SİSTEMDİR  ........................................... 91 
4. POPULYASİYA. NÖV  .............................................................. 109 
5. ALI SİNİR FӘALİYYӘTİ .......................................................... 134 
6. CANLILAR VӘ ӘTRAF MÜHİT .................................................. 156 
7. İNSAN  SAĞLAMLIĞINA ӘTRAF MÜHİTİN TӘSİRİ ..................... 173 
GÜNDӘLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNӘLӘR ....................... 196 
TÖVSİYӘ OLUNAN MӘNBӘLӘR .................................................. 203 
 
 
 
 
 
 
 

 
4
DƏRSLİK KOMPLEKTİ HAQQINDA 
 
IX sinif üçün “Biologiya” dərslik komplekti Azərbaycan Respublikası  Təhsil 
Nazirliyinin təsdiq etdiyi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün 
biologiya fənni üzrə təhsil  proqramı (kurikulumu) əsasında hazırlanmışdır. 
Dərslik hazırlanarkən onun aşağıdakı funksiyaları  və  təlim materiallarının 
təqdimolunma prinsipləri nəzərə alınmışdır:  
Öyrədici/inkişafetdirici funksiya –  şagirdlərin məntiqi, tənqidi, yaradıcı  təfək-
kürünün inkişafını, informasiya və kommunikasiya texnologiyaları ilə iş vərdişlə-
rinin formalaşdırılmasını nəzərdə tutur.  
Dərslik biologiya elminin əsaslarını  şərh etməklə yanaşı, təlim materialının 
mənimsənilməsi məqsədi ilə şagirdlərin müstəqil fəaliyyətini təşkil edir, öyrənməyi 
öyrədir. Dərsliklə iş zamanı özünütəlim, özünənəzarət, informasiyanın axtarılması 
və sistemləşdirilməsi, konspektləşdirilməsi, ümumiləşdirilməsi,  əsas anlayışların 
çıxarılması üçün zəruri olan bilik, bacarıq və  vərdişlər inkişaf etdirilir. Dərslik 
şagirdlərə formalaşan anlayışların, təsəvvürlərin, obrazların, öyrəndikləri qayda, 
qanun və  nəticələrin düzgünlüyünü müstəqil yoxlamağa imkan verir. Təlim 
materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, təd-
qiqetmə, proqnozvermə, ideyaların ümumiləşdirilməsi və təqdim edilməsi, təbiətdə 
və cəmiyyətdə baş verən hadisə və proseslərin təhlili və qiymətləndirilməsinə dair 
vərdişlərin formalaşdırılmasına imkan yaradır.  
Tərbiyəedici funksiya dərsliyin məzmununun  şagirdlərdə  mənəvi dəyərlərin 
formalaşmasına təsiri, dərsliklə  iş prosesində onlarda tolerantlıq, vətənpərvərlik 
hissi, zəhmətsevərlik, öz həyatında davamlı inkişaf konsepsiyası prinsiplərinə uy-
ğun hərəkət etmək kimi şəxsi keyfiyyətlərin inkişafını nəzərdə tutur. Bütün bunlara 
dərsliyin məzmununun humanistləşdirilməsi, sosiallaşdırılması (ümumbəşəri 
dəyərlərə, inkişafın sosial istiqamətdə aparılmasına diqqət yetirilməsi) və ekoloji-
ləşdirilməsi (insanı onun yaşadığı mühitlə, həyatın bərpa olunması  şəraiti ilə  sıx 
əlaqədə nəzərdən keçirmək) yolu ilə nail olmaq olar. Bununla bərabər, təklif olu-
nan bir çox tapşırıqların yerinə yetirilməsi onların qrup və ya cütlər şəklində yerinə 
yetirilməsini nəzərdə tutur, deməli, ünsiyyətqurma, birlikdə qərar qəbuletmə kimi 
vərdişlərin inkişafına imkan yaradır.  
İnformasiya prinsipi –  şagirdləri vacib, müasir, dəqiq və lazımi həcmdə 
məlumatla təmin edir, onların dünyagörüşünü formalaşdırır.  
Transformasiyaedici (dəyişdirici) prinsip – dərslikdəki material şagirdlərin yaş 
xüsusiyyətləri və didaktik tələblər nəzərə alınaraq işlənmişdir və problemlilik, ya-
radıcı qavrama baxımından sadədir. Dərslikdəki mətn əsas anlayışların, nəticələrin 
izahı baxımından mümkün qədər sadəliyi və dəqiqliyi ilə seçilir.  
Sistemləşdirici prinsip – dərslikdəki material sistemli şəkildə, məntiqi və 
xronoloji ardıcıllıq nəzərə alınaraq verilmişdir.  
İnteqrasiya prinsipi – biologiyanın digər bölmələri arasında inteqrasiyanın 
olması  şagirdlərə canlı orqanizmlərin xüsusiyyətini daha dərindən dərk etməyə, 
insanın fəaliyyəti üçün bioloji qanunauyğunluqları qiymətləndirməyə imkan verir.  
Biologiya kursunun strukturunun əsas prinsiplərindən biri fəndaxili və fənləra-
rası əlaqənin nəzərə alınmasıdır. O digər fənlərə aid olan bir sıra anlayışların məz-
muna daxil edilmədən onlara əsaslanmağa imkan verir. Dərslikdə həmçinin ölkəşü-
naslıq prinsipi də nəzərə alınmışdır.  

 
pro
dia

 
 
su
ak


bil
ya
ara
ve
əsa
raq
öy
tut
ap
bil
La
da
Üm
tət
ha
Əyanilik prin
oseslərin təsvir
aqram, foto şək
 
HƏR BİR
XAR
ər bir mövzu üzr
  Maraqoyatm
allar verilir. Ve
ktiv fəaliyyətə cə
  Fəaliyyət.  M
əticə əlaqələrini
üxtəlif praktik t
lər. Bu tapşırıql
aratmağa xidmə
aşdırmaq üçün s
  İzahlar.  Fəa
erilir. Əsas anla
as məzmunu bu
 Bu maraqlıd
qlı məlumatlar v
  Öyrəndiklə
yrəndiklərini qi
tulur. Verilən s
parmaq,  əlaqə  y
liklərə dəyər ve
ayihə.  Evdə yer
aşıyır, onları yeri
mumiləşdirici 
tbiqi ilə bağlı s
azırlıq məqsədi i
 
nsipi –  nəzəri 
ri onların asan 
klində verilmiş m
R MÖVZU Ü
RAKTERİNƏ
rə təlim materiall
ma (motivasiya
erilən suallar əv
əlb etməyi nəzə
Maraq yaradılan 
n müəyyən edi
tapşırıqlar verili
lar mövcud bili
ət edir. Yerinə  y
suallar verilir. 
aliyyət zamanı 
yışlar, mövzu i
urada əks olunur
dır! Mövzuya ai
verilir. 
ərinizi tətbiq 
iymətləndirmək
sual və tapşırıql
yaratmaq, yarad
ermək və onlara
rinə yetirilməsi 
inə yetirmək üçü
tapşırıqlar.  H
sual və tapşırıql
ilə də istifadə o
5
məlumatlarla 
qavranılmasına
müxtəlif illüstra
ÜZRƏ TƏLİM
Ə GÖRƏ QRU
 
ları xarakterinə g
a). Maraq oyatm
vvəllər qazanılm
ərdə tutur.   
hadisələrin ara
ilməsinə yönəld
ir. Həmin işlər f
klərlə öyrənilən
yetirilmiş  işin  n
müəyyən edilə
ilə bağlı izahlar
r. 
id bilikləri geni
edin və yox
k, zəif cəhətlər
lar mövzuda öy
dıcılıq bacarıql
a  münasibət bild
nəzərdə tutulur
ün müxtəlif mənb
Hər fəslin sonu
lar verilmişdir. 
oluna bilər 
işləyərkən çət
a imkan verir. 
asiyalarla təmin 
M MATERİAL
UPLAŞDIRIL
görə aşağıdakı ki
maq üçün mövz
mış biliklərə  əs
aşdırılmasına,  b
dilmiş təcrübə, l
fərdi və qrup şə
n yeni təlim ma
nəticəsini müza
ən faktlarla ba
r, təriflər, qayda
işləndirmək üçü
xlayın.  Hər  m
rini müəyyən  e
yrənilənləri tam
larını inkişaf et
dirmək məqsədi
r. Bu layihələr  e
bələrdən istifadə
unda bu vahid 
Onlar summat
tin  təsəvvür  o
Dərslik  şəkil, 
edilmişdir. 
LLARININ 
LMASI  
imi qruplaşdırılm
zu ilə  bağlı  mü
saslanır və  şagi
bu hadisələrin  s
laboratoriya işl
əklində yerinə y
aterialı arasında 
akirə etmək, sə
ağlı  bəzi açıqla
alar, bir sözlə, d
ün nümunələr v
mövzuda  şagir
etmək üçün nə
mamlamaq, araş
tdirməklə yana
i  daşıyır.  
eksperiment xar
ə edilə bilər. 
üzrə öyrənilə
iv qiymətləndir
olunan 
sxem, 
mışdır.  
 
üxtəlif 
irdləri 
səbəb-
ləri və 
yetirilə 
əlaqə 
hvləri 
amalar 
dərsin 
və ma-
rdlərin 
əzərdə 
dırma 
şı, bu 
rakteri 
ənlərin 
rməyə 

 
6
DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU 
 
Dərslik 3 bölmə və 7 fəsildən ibarətdir:  
 
I. HÜCEYRƏ VƏ ORQANİZM CANLI SİSTEMİN ƏSASIDIR 
1. Canlı orqanizmlərin kimyəvi tərkibi 
2. Hüceyrə canlının quruluş və inkişaf vahididir  
3. Orqanizm tam bir sistemdir  
 
II. ÜZVİ ALƏMİN TƏKAMÜLÜ 
4. Populyasiya. Növ   
5. Ali sinir fəaliyyəti 
 
III. EKOLOJİ SİSTEMLƏR. İNSAN VƏ ƏTRAF MÜHİT 
6. Canlılar və ətraf mühit 
7. İnsan  sağlamlığına ətraf mühitin təsiri 
 
 
1.  Canlıların əsas həyati xassələri 
2.  Canlıların quruluş səviyyələri  
1. CANLI 
ORQANİZMLƏRİN 
KİMYƏVİ TƏRKİBİ  
3.  Hüceyrənin kimyəvi tərkibi 
4.  Hüceyrənin qeyri-üzvi birləşmələri 
5.  Hüceyrənin üzvi birləşmələri:   
      karbohidratlar, lipidlər 
6.  Hüceyrənin üzvi birləşmələri: zülallar və      
      onların quruluşu 
7.  Zülalların xassələri və bioloji  funksiyaları 
8.  Nuklein turşuları 
2. HÜCEYRƏ CANLININ 
QURULUŞ VƏ İNKİŞAF 
VAHİDİDİR 
 
9.  Hüceyrənin öyrənilməsi. Hüceyrə   
      nəzəriyyəsi 
10. Hüceyrəsiz orqanizmlər. Viruslar 
11. Hüceyrə strukturları və onların funksiyaları 
12. Canlı orqanizmlərdə maddələr mübadiləsi və    
      enerji çevrilmələri  
13. İrsi məlumatlar və genetik kod  
14. Zülalların biosintezi 
15. Avtotrof orqanizmlərdə maddələr və enerji    
     mübadiləsi 
16. Heterotrof yolla qidalanan orqanizmlərdə  
maddələr və enerji mübadiləsi 
17. Hüceyrənin həyat dövriyyəsi. Xromosomlar 
18. Hüceyrənin bölünməsi. Mitoz 
19. Hüceyrənin bölünməsi. Meyoz 
    FƏSİLLƏR                                 MÖVZULAR  

 
7
 
 
    FƏSİLLƏR                                       MÖVZULAR 
7. İNSAN  SAĞLAMLIĞINA 
ƏTRAF MÜHİTİN TƏSİRİ 
45. İnsan orqanizminə ətraf  amillərin təsiri.    
      Stress 
46. İnsan irsiyyəti və onun formalaşmasında  
      mühitin rolu  
47. İnsan irsiyyətinin öyrənilməsi üsulları  
48. İrsi xəstəliklər 
49. Cinsiyyətin xromosom təyini. Cinsiyyətlə  
      ilişkili keçmə 
50. İnsanın həyat tərzi 
51. Reproduktiv sağlamlıq 
4. POPULYASİYA. NÖV  
25. Növ və onun kriteriləri 
26. Populyasiyanın quruluşu və müxtəlifliyi  
27. Üzvi aləmin təsnifatı və təkamülü. Təkamül  
      təliminin yaranması 
28. Darvinin təkamül təlimi  
29. Yaşamaq uğrunda mübarizə 
30. Təbii seçmə və orqanizmlərin mühit    
      şəraitinə uyğunlaşması 
31. Mikrotəkamül. Yeni növlərin əmələ gəlməsi 
32. İnsanın formalaşmasına sosial amillərin  
     təsiri
6.
 
CANLILAR VƏ ƏTRAF 
MÜHİT
 
40. Orqanizmin yaşayış mühiti. Ekoloji amillər  
41. Təbii birliklər və ekoloji sistemlər  
42. Bioloji ritmlər 
43. Ətraf mühitin çirklənməsi 
44. Bioloji müxtəlifliyin saxlanılması. Azərbay-
canda ekoloji problemlər  
5. ALİ SİNİR FƏALİYYƏTİ 
33. Ali sinir fəaliyyəti. Şərtsiz reflekslər  
34. Şərti reflekslər. Reflekslərin tormozlanması 
35. Düşüncəli fəaliyyət. Nitq. Təfəkkür 
36. Emosiyalar. Yaddaş 
37. Yuxu  
38. Ali sinir fəaliyyətinin əsas tipləri
  
39. Xarakter və qabiliyyət 
3. ORQANİZM TAM BİR 
SİSTEMDİR 
20. Orqanizmlərin çoxşəkilliliyi  
21. Orqanizmin çoxalma formaları  
22. Cinsi hüceyrələrin yaranması və mayalanma 
23. Bitkilərdə cinsi çoxalma 
24. Orqanizmlərin fərdi inkişafı  

 
8
DƏRSLİYİN FƏSİLLƏR ÜZRƏ MƏZMUNU 
 
“Canlı orqanizmlərin kimyəvi tərkibi”  fəslində hüceyrənin kimyəvi tərkibi, 
kimyəvi elementlərin hüceyrənin həyat fəaliyyətində rolu, üzvi və qeyri-üzvi 
maddələr haqqında məlumat verilir. Şagirdlərdə mineral maddələr və suyun 
hüceyrədə rolu haqqında təsəvvürlər formalaşdırılır. Fəsildə hüceyrələrdə olan 
makromolekullar, onların quruluşu, tərkibi və əhəmiyyəti barədə məlumat verilir.
  
“Hüceyrə canlının quruluş  və inkişaf vahididir”  fəslində hüceyrə 
orqanoidlərinin quruluşu, yerinə yetirdikləri funksiyaları haqqında məlumat verilir 
və həmçinin  hüceyrə səviyyəsində baş verən proseslərdən bəhs edilir. Avtotrof və 
heterotrof canlılarda maddələr mübadiləsinin xüsusiyyətləri – zülalın biosintezi, 
fotosintez, ATF-in sintezi  haqqında məlumat verilmişdir. Bu fəsildə hüceyrə 
səviyyəsində baş verən mitoz və meyoz prosesləri haqqında məlumat təqdim 
olunmuşdur. Qeyri-hüceyrəvi quruluşa malik olan canlılar – viruslar haqqında 
məlumat da (quruluşu, virus xəstəliklərinin profilaktikası) bu fəslə daxil edilmişdir.
   
   
“Orqanizm tam bir sistemdir”  fəslində canlı orqanizmlərin çoxşəkilliliyi, 
təsnifatı, xüsusiyyətləri haqqında məlumat verilmişdir.  Şagirdlər orqanizmlərin 
cinsiyyətli və cinsiyyətsiz çoxalma formaları, qametogenez və onun mərhələləri, 
ontogenezin – fərdi inkişafın müxtəlif canlılarda xüsusiyyətləri ilə tanış olurlar. Bir 
sözlə, orqanizm səviyyəsində baş verən proseslər haqqında  məlumat alırlar. 
“Populyasiya. Növ”  fəslində  şagirdlər “populyasiya” və “növ” anlayışları ilə 
tanış olurlar. Biologiyanın Darvinəqədərki dövrdə inkişafı  və Darvinin təkamül 
təlimi haqqında təsəvvürlər  əsasında üzvi aləmdə baş verən proseslər haqqında 
məlumat alırlar. Təkamülün hərəkətverici qüvvələri, insanın formalaşmasında 
sosial amillərin əhəmiyyəti haqqında fikirlər bu fəsildə öyrənilir. 
“Ali sinir fəaliyyəti” fəslində insanın davranışı və psixikası öyrənilir. Şagirdlər 
ali sinir fəaliyyətinin və insanın davranışının,  şərti və  şərtsiz reflekslərin, 
tormozlanmanın  xüsusiyyətləri ilə tanış olurlar. Fəsildə nitq, yaddaşın formaları, 
təfəkkür, təfəkkür əməliyyatları haqqında məlumat verilmişdir. Şagirdlər yuxunun 
fizioloji xüsusiyyətləri, onun əhəmiyyəti və gigiyenası ilə tanış olurlar. 
“Canlılar və  ətraf mühit”  fəsli ekoloji sistemlərin, təbii birliklərin və onlara 
təsir edən amillərin öyrənilməsinə  həsr olunmuşdur.  Şagirdlər ekoloji sistemlərin  
quruluşu, tərkibi və  fəaliyyəti barədə  məlumat alırlar. Müasir dövrdə yaranan 
ekoloji problemlər, onların qarşısının alınması yolları ilə, Azərbaycan Respublika-
sında bu istiqamətdə görülən işlərlə tanış olurlar.  
“İnsan sağlamlığına  ətraf mühitin təsiri”  fəsli insanın  ətraf mühitlə (təbii, 
sosial) qarşılıqlı  təsirinə  həsr olunmuşdur. Bu fəsildə ekoloji amillərin insan 
irsiyyətinə  və sağlamlığına təsiri, zərərli vərdişlərin insanın həyat tərzinə  və 
reproduktiv sağlamlığına təsiri haqqında məlumat verilmişdir.  Həmçinin fəsildə 
irsi xəstəliklər, onların səbəbləri və öyrənilməsinə dair materiallar təqdim 
olunmuşdur.  
Hər bir fəsildə praktik bacarıqların formalaşmasına və bilik səviyyəsinin 
yüksəlməsinə  yönəlmiş laboratoriya və praktik işlər öz əksini tapmışdır.  

 
9
BİOLOGİYA FƏNN KURİKULUMU HAQQINDA 
 
Biologiya fənni üzrə  təhsil proqramı (kurikulumu) dərslik və  dərs 
vəsaitlərinin, metodik göstəriş  və  tədris materiallarının planlaşdırılması, təlim 
üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi 
üçün müvafiq təlimatlar formasında hazırlanan qaydaların  əsasını  təşkil edən, 
milli və ümumbəşəri dəyərləri nəzərə almaqla tərtib olunmuş  sənəddir. Orada 
nəticəyönümlülük,  şəxsiyyətyönümlülük və inkişafetdiricilik  əsas keyfiyyət 
kimi nəzərə alınmışdır. 
Biologiya fənni üzrə  təhsil proqramı (kurikulumu) cəmiyyətin inkişafının 
əsas hərəkətverici qüvvəsi olan gənc nəslin dövrün tələblərinə uyğun formalaş-
dırılmasına, onların qarşılaşdıqları problemlərin həlli və müstəqil qərar qəbul 
etməsi üçün zəruri bilik və bacarıqlara malik olmasına, praktik həyata 
hazırlanmalarına yönəlməklə yanaşı,  şagirdlərin təfəkkürünün inkişafında və 
həyati bacarıqlarının  formalaşdırılmasında əhəmiyyətli rol oynayır. 
Biologiya həyat elmidir. Həyatın bir sıra qanunları, qanunauyğunluqları bu 
elmin tədqiqat obyekti kimi araşdırılır.  Şagirdlərin hələ  məktəb yaşlarından bu 
qanun və qanunauyğunluqlara, müxtəlif hadisələrə yaxından bələd olması 
onların canlılar haqqında zəruri dünyagörüşlərini artırmaqla  yanaşı,  cəmiyyətdə  
yaşamaq üçün bir sıra həyati bacarıqları  mənimsəmələrinə imkan yaradır. 
Cəmiyyətin müxtəlif sahələrində həyatda bir insan kimi formalaşmalarına təkan 
verir. Bu prosesi tənzimləmək şagirdlərin inkişafını ardıcıl olaraq izləmək, onları 
istiqamətləndirmək üçün biologiya fənninin məzmunu nəticələr formasında 
təqdim olunur. Mahiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr ölçülə 
bildiyindən məzmun standartı kimi qəbul edilərək biologiya fənni üzrə  təhsil 
proqramında (kurikulumunda) aparıcı yer tutur və bütövlükdə  təhsil proqramı 
üçün xarakterik cəhətlərdən biri olan nəticəyönümlülüyü təmin edir. 
Biologiya fənni üzrə təhsil proqramında (kurikulumunda) məzmun standart-
larının digər fənlərə aid olan standartlarla əlaqələndirilməsinə xüsusi diqqət 
yetirilmiş  və  cədvəl  şəklində ümumiləşdirilmişdir. Bu, təhsil proqramına  
(kurikuluma) inteqrativ xarakter gətirməklə onun fənlər üçün vahid olan bir 
məqsədə – bütöv şəxsiyyətin formalaşdırılmasına yönəlmiş sənəd kimi dəyərini 
gücləndirmişdir. 
Biologiya fənni üzrə  təhsil proqramı (kurikulumu) həm də müəllim və 
şagird, eləcə də qiymətləndirmə fəaliyyətlərini özündə ehtiva etməklə   kompleks 
xarakter daşıyır. O, bütövlükdə biologiya təlimi prosesinin nizamlanması, həyata 
keçirilməsi üçün geniş imkanlara malik olması ilə  fərqlənir. Biologiyanın 
öyrənilməsi prosesində dərslik müəlliflərinin, məktəb rəhbərlərinin, müəllim və 
şagirdlərin, valideynlərin, eləcə  də marağı olan hər kəsin tələbatlarına uyğun 
açıq bir sistem yaradır. Bu sistem ardıcıl olaraq yeniləşdirilməklə inkişaf edir. 
 

 
10
IX sinif üzrə məzmun standartları 
 
IX sinfin sonunda şagird: 
  canlıları
 
öyrənən
 
elm
 
sahələrinin
 
(sitologiya,
 
histologiya,
 
biokimya) xüsusiy
-
yətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü, müasir laboratoriya ava
-
danlıqlar
ın
dan istifadə qaydalarını izah 
e
dir; 
  bioloji
 
prosesləri,
 
orada
 
baş
 
verən
 
dəyişiklikləri
 
izah
 
edir,
 
riyazi
 
üsullarla 
əsaslandırır; 
  insanın
 
formalaşmasında
 
sosial
 
amillərin
 
rolunu
 

 
ali
 
sinir
 
fəaliyyətinin mexa-
nizmini şərh edir; 
  irsi xəstəlikləri, onların qarşısının alınması yollarını,
 
sağlam həyat tərzi və 
reproduktiv sağlamlığın əhəmiyyətini izah edir; 
  regional ekoloji problemlər
i
, ekoloji amillərin canlıların həyatında rolunu izah 
edir, növlərin müxtəlifliyinin qorunmasına dair topladığı faktları təqdim edir. 
 

Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin