YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


Elmi və elmi-kütləvi ədəbiyyatla işin təşkili



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
1   2   3   4   5   6   7   8   9   ...   20

 
Elmi və elmi-kütləvi ədəbiyyatla işin təşkili  
 
Yuxarı siniflərdə  şagirdlərə elmi və elmi-kütləvi  ədəbiyyatda verilən 
məlumatlarla işləmək metodikasını öyrətmək çox vacibdir. Mürəkkəbliyindən asılı 
olaraq bu işi bir neçə formada təşkil etmək mümkündür:  
1) kartoteka;  
2) məruzə;  
3) referat. 
  
Kartoteka kiçikölçülü (təqribən A4 vərəqin yarışı, yaxud bir qədər də kiçik) 
kartoçkalar toplusudur. Hər bir kartoçkada yalnız bir obyekt haqqında informasiya 
yazılır. Bu informasiya yığcam, konkret və eyni zamanda tam olmalıdır. Adətən, 
mətnə aid informasiyaların annotasiya şəklində yazılması daha məqsədəuyğundur. 
Annotasiyaların təxmini planı belə olmalıdır: 
1) mətnin adı;  
2) mətnin əsas ideyaları;  
3) əsas ideyanın təsdiqinə yönəlmiş faktlar, arqumentlər və təcrübələr; 
4) ziddiyyət yaradan digər ideyalar;  
5) biliklərin azlığından yaranan problemlər; 
6) bu problemlərin həll yolları.  
Kartoteka toplamağı öyrətmək üçün dərslikdəki mətnlərdən başlamaq olar.
 
 
Məruzə. İlkin mərhələdə ensiklopediya və ya internet məlumatlarından istifadə 
edilməklə elementar şəkildə hazırlana bilər. Məruzənin  əsas məqsədi müxtəlif 
fikirlərin, nəzəriyyələrin müqayisəsi, mümkün təzadların axtarılması və s. ola bilər. 
Məruzənin həcmi 2 səhifədən artıq olmamalıdır. 
Referat  məruzədən onunla fərqlənir ki, müəllif problemi qısaca ifadə edir, 
onun həlli üçün fərziyyələr irəli sürür. Bu iş forması  məruzədən daha yüksək 
qiymətləndirilir. Şagirdlər üçün referatın həcmi 5-10 səhifədən artıq olmamalıdır. 
 
 
 

 
24
Referatı necə yazmalı 
 
Referat  şagirdin müstəqil elmi-tədqiqat işidir. Burada o, tədqiq edilən 
problemin mahiyyətini açır, müxtəlif yanaşmaları və öz şəxsi fikirlərini irəli sürür.  
Referatın mövzularını müəllim müəyyənləşdirir, şagird isə onlardan seçir.  
Müəllim  şagirdləri referatın yazılma formasına olan tələblərlə tanış etməli, 
təqribi həcmi müəyyənləşdirir və araşdırılacaq ilkin mənbələri göstərməlidir. 
Müəllim referat üçün müvafiq ədəbiyyatın seçilməsində  də  şagirdlərə kömək 
etməlidir.  
Referat üzərində işin mərhələləri 
 
1. Mövzunun seçilməsi. Mövzu öz əhəmiyyətinə görə aktual olmaqla yanaşı, 
həm də məzmununa görə orijinal və maraqlı olmalıdır. 
2. Mövzu üzrə əsas mənbələrin müəyyən edilməsi və onların araşdırılması. 
3. Baxılan ədəbiyyatların xülasəsinin (biblioqrafiya) tərtib edilməsi. 
4. Məlumatların işlənməsi və sistemləşdirilməsi. 
5. Referatın məzmun planının hazırlanması. 
6. Referatın yazılması. 
7. Tədqiqatın nəticələrinin təqdim edilməsi. 
  
Referatın tərtibatı 
 
1. Titul vərəqi. Bu vərəqdə müəllifin və işin adı, yazılma tarixi, həmçinin işin 
yerinə yetirildiyi şəhər (rayon, kənd) qeyd edilir.  
2. Plan – mündəricat. Burada referatın hissələrinin (giriş, fəsillər, paraqraflar və 
s.) adı və səhifələri ardıcıllıqla göstərilir. 
3. Giriş. Tədqiq olunan problemin mahiyyəti formalaşdırılır, seçilən mövzu 
əsaslandırılır, onun əhəmiyyəti və aktuallığı müəyyən olunur, referatın məqsədi 
göstərilir, istifadə olunan ədəbiyyatın icmalı verilir.  
4.  Əsas hissə. Məzmun məntiqi ardıcıllıqla formalaşan fəsillərdən 
(paraqraflardan) ibarət olmalıdır. Hər fəsildə müəllifin tədqiqatları  nəticəsində 
problemin bir hissəsinin həllini göstərən açıqlamalar, mülahizələr və s. şərh olunur.  
5. Nəticə. Mövzu üzrə  nəticələr çıxarılır, ümumiləşdirilmiş bir fikir, yaxud  
tövsiyələr təklif edilir.  
6. Ədəbiyyat siyahısı

Təlim layihələri  
 
Layihə – konkret bir problemin həllinə yönəlmiş  və  əvvəlcədən qoyulmuş 
məqsədlərə nail olmaq üçün həyata keçirilən fəaliyyət formasıdır. Layihəyə  
məruzələr, referatlar, tədqiqat və  şagirdlərin digər müstəqil yaradıcılıq işlərinin 
nəticələri də bir element kimi daxil ola bilər. Bu halda hər bir material layihənin 
məqsədinə nail olmağa xidmət etməlidir.  
Layihə üçün mövzular seçilərkən bəzi məsələlərə diqqət yetirmək lazımdır. 
Şagirdlərə onların nisbətən tanış olduqları mövzuları vermək tövsiyə olunur. 

 
25
Layihəni yerinə yetirəcək  şagirdin mövzu barədə ilkin təsəvvürlərinin olması 
vacibdir. Lakin çox yaxın mövzunun seçilməsi də məqsədəuyğun deyil. Mövzu elə 
seçilməlidir ki, şagird layihə üzərində çalışdığı zaman yeni bilik və bacarıq  əldə 
edə bilsin.  
Layihələr  öyrədici  və  müstəqil yaradıcı  iş olmaqla iki növə ayrılır. Təlim 
layihələrinin yerinə yetirilməsi  şagirdlərdə bir çox mühüm bacarıqların 
formalaşmasına səbəb olur. Komandada birgə işləmək, müstəqil tədqiqat aparmaq, 
nəticələri düzgün sistemləşdirmək və onları lazımi qaydada təqdim etmək kimi 
mühüm vərdişlərin yaranmasında layihə fəaliyyətinin böyük əhəmiyyəti vardır.  
Bu məqsədlə  dərslikdə  hər fəslin sonunda öyrənilmiş materialın dərinləşdiril-
məsi və müxtəlif tətbiq sahələri haqqında biliklərin genişləndirilməsi məqsədilə bir 
neçə  təlim layihəsinin mövzuları verilmişdir. Təbiidir ki, müəllim  şagirdlərə 
özünün də  məqsədəuyğun hesab etdiyi müxtəlif mövzularda təlim layihələri verə 
bilər. Aşağı siniflərdə layihələrin yerinə yetirilməsində müəllimin rolu daha çox 
idisə, yuxarı siniflərdə bu, tədricən minimuma endirilməlidir. 
 
ÜMUMİLƏŞDİRİCİ DƏRSLƏRİN TƏŞKİLİ 
 
Ümumiləşdirici dərslərin  əsas didaktik məqsədi – mühüm mövzuların tədrisi 
zamanı  əldə edilən biliklərin sistemləşdirilməsi və möhkəmləndirilməsidir. Belə 
dərslər biliklərin daha da dərinləşdirilməsinə və nəzərdə tutulmuş bacarıqların tək-
milləşdirilməsinə yardım edir. Ümumi sorğu keçirməklə  şagirdlərin çətinlik çək-
dikləri mövzuları və nisbətən zəif reallaşdırılmış standartları müəyyən etmək olar. 
Bu zaman dərsi şagirdlərin zəif cəhətlərinin aradan qaldırılması istiqamətində qur-
maq daha məqsədəuyğundur.  
İl  ərzində 2 ümumiləşdirici dərs nəzərdə tutulmuşdur. Dərsdə müəllim 
şagirdlərə yarımil ərzində reallaşdırılması nəzərdə tutulan alt standartlar üzrə sual 
və tapşırıqlar verməlidir. Bu zaman mühüm  anlayışlar təkrar edilməli, standartların 
reallaşma səviyyəsini yüksəltmək məqsədilə müxtəlif tapşırıqlar verilməlidir. 
Dərsin digər bir məqsədi böyük summativ qiymətləndirməyə hazırlaşmaqdır. 
 
MÜASİR QİYMƏTLƏNDİRMƏ 
 
Müasir məktəbdaxili qiymətləndirmə məqsədinə, rol və vəzifələrinə, növlərinə, 
xüsusiyyətlərinə, meyar və göstəricilərinə, üsul və vasitələrinə görə  fərqlənir. 
Müasir qiymətləndirmədə  məzmun standartlarının mənimsənilməsi,  şagirdin 
qazandığı dəyərlər qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin subyektiv rəyinə 
əsaslanmır, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, qiymətləndirmə stan-
dartları əsasında qurulur, daha obyektiv, dəqiq, adekvat və sistemli həyata keçirilir. 
Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ kimi 
növlərə bölünür.  
Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagird-
lərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymət-
ləndirmə şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər apar-

 
26
mağa,  şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat 
almağa imkan verir. Diaqnostik qiymətləndirmə rəsmi xarakter daşımır, rəqəmdən 
istifadə edilmir, nəticələr müəllimin şəxsi qeyd dəftərində əks olunur.  
Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən 
olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsi-
nin qiymətləndirilməsidir. Bu qiymətləndirmə  tədris prosesinin düzgün istiqamət-
ləndirilməsini, səmərəliliyini,  şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənil-
məsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır.  
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, ya-
rımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi-
dir. Summativ qiymətləndirmə  məzmun standartlarının mənimsəmə  səviyyəsinin 
etibarlı göstəricisidir. Bu qiymətləndirmə kiçik (KSQ) və böyük (BSQ) summativ 
qiymətləndirmə olaraq iki növdən ibarətdir. KSQ tədris vahidlərinin sonunda, BSQ 
isə ildə iki dəfə – yarımillərin sonunda aparılır.  
Şagirdə yarımillik qiymət çıxarmaq üçün bu düsturdan istifadə olunur: 
100
60
100
40
...
2
,
1
2
1
2
,
1







BSQ
n
ksq
ksq
ksq
Y
n
 . Burada Y
1
 və Y
2
 – şagirdin I və II 
yarımil üzrə qiymətini, ksq
1,  
ksq

,...,
 
ksq
n  
– şagirdin müvafiq yarımil ərzində  kiçik 
summativ qiymətləndirmələrinin nəticələrini,
 
– müvafiq yarımildə keçirilən kiçik 
summativ qiymətləndirmələrin sayını, BSQ
1
  və BSQ
2
 isə I və ya II yarımildə 
keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.  
Yarımillik qiymətlərə görə illik qiymət çıxarılır. Aşağıdakı  cədvəldə  şagirdin 
yarımilliklərdə aldığı qiymətlərə görə illik qiymətin müəyyənləşdirilməsi qaydası 
göstərilmişdir.   
 
Y1 Y2 İllik
 Y1 Y2 İllik
 Y1 Y2 İllik
 Y1 Y2 İllik 
2 2  2    3 2  2    4 2  2    5 2  2 
2 3  3    3 3  3    4 3  4    5 3  4 
2 4  3    3 4  4    4 4  4    5 4  5 
2 5  4    3 5  4    4 5  5    5 5  5 
 
                                                                          

 
27
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ  
TEXNOLOGİYASININ ŞƏRHİ 
 
 
 
 
 
9-cu sinifdə ümumi biologiyanın nəzəri və  tətbiqi  əsaslarının öyrənilməsi 
nəzərdə tutulur. Dərslikdə verilən bəzi məlumatlarla  şagirdlər 6–8-ci siniflərdən  
qismən tanış olduqları üçün hər bölmənin əvvəlində təqdim edilən mövzular üzrə 
bilikləri aşkarlamaq məqsədilə diaqnostik qiymətləndirmə aparmaq tövsiyə olunur.      
Diaqnostik qiymətləndirmə müəllim tərəfindən istənilən formada – şifahi 
sorğu, mətnlər, qısa yazılı yoxlama işi və s. – keçirilə bilər. Suallar bu fəsildəki 
bilikləri  əldə etmək üçün şagirdlərin aşağı siniflərdə keçdikləri materialları  əhatə 
etməlidir.  Əgər  şagirdlər verilən sualların hər hansında zəiflik göstərirlərsə, 
müəllim onun izahına bir qədər artıq vaxt ayırmalıdır. 
 
Diaqnostik qiymətləndirmə üçün suallar: 
  Canlı orqanizmləri öyrənən elm sahələri hansılardır? Onların tədqiqat 
obyektləri nələrdir? 
  Canlı orqanizmlərin əsas xüsusiyyətləri hansılardır? 
  Canlı orqanizmlərin hansı quruluş səviyyələri var? 
  Hüceyrənin tərkibinə hansı qeyri-üzvi maddələr daxil olur? Onların nə 
kimi əhəmiyyəti var? 
  Hüceyrənin tərkibinə hansı üzvi maddələr daxil olur? Onların nə kimi 
əhəmiyyəti var? 
  Bitki, heyvan və göbələk hüceyrələrinin kimyəvi tərkibinin hansı 
xüsusiyyətləri var? 
 

 
28
Dərs 1 / Mövzu 1: 
CANLILARIN ƏSAS HƏYATİ XASSƏLƏRİ 
 
Mövzuya keçməzdən əvvəl şagirdlər biliklərindən faydalanaraq sualları müzakirə 
edir və müxtəlif fikirlər irəli sürürlər.  
– Biologiya elmi nəyi öyrənir? 
– Canlı təbiətin hansı aləmlərini tanıyırsınız? 
– 6-8 siniflərdə biologiyanın hansı elm sahələrini öyrənmisiniz? (botanika, 
zoologiya, anatomiya, mikologiya və s. terminlərinin təkrarı və izahı)  
Dərslikdəki suallar müzakirə olunur. Müzakirə zamanı müəllim  şagirdlərin 
fikrini ona yönəldir ki, Yer üzərində yaşayan hər bir canlı orqanizm bir sistemdir 
və ona məxsus olan əlamətlərə cansız sistemlərdə rast gəlinmir. Lakin bu 
əlamətlərin içərisində yalnız canlı orqanizmlərə məxsus olanı yoxdur. Bu səbəbdən 
də orqanizmi təsvir edən zaman canlının bütün xassələrini nəzərə almaq lazımdır. 
Məsələn, buz sırsırası böyüyə bilər, xarici mühitlə mübadilə mövcuddur, inkişaf 
var, amma özünütörətmə qabiliyyəti yoxdur. Qayadan qopub düşmüş daş özünə 
bənzər çoxlu xırda daşlara parçalanır, lakin onlar böyüyə bilmir, qıcığa cavab 
vermək qabiliyyətləri və hərəkətlilikləri yoxdur. 
Sonra aşağı siniflərdə tanış olduqları  məlumatlara  əsaslanan  şagirdlər 
cavablarını lövhədəki cədvəldə qeyd edirlər (cədvəlin bir neçə sətri boş saxlanılır 
və dərsin tətbiq mərhələsində tamamlanır). Məsələn, 
 
Canlıların əsas həyati xassələri  Onların səciyyəvi xüsusiyyətləri 
Çoxalma Öz 
növünə aid olan fərdlərin sayının 
artırılması 
Böyümə və inkişaf Bədən ölçülərini böyütmək qabiliyyəti 
Hərəkət Yerdəyişmə qabiliyyəti 
Qıcıqlanma Xarici 
mühitin 
təsirinə cavab vermək 
... ... 
... ... 
 
Tədqiqat sualı: 
Canlıların əsas həyati xassələri hansılardır? 
 
Alt 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı 
təqdimatlar hazırlayır. 
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən 
dəyişiklikləri riyazi üsullarla əsaslandırır.
 
 
Təlim 
NƏTİCƏLƏRİ
 
  Canlıların  əsas səciyyəvi  əlamətləri ilə bağlı  məlumatları 
təqdim edir.  
 
Canlılara xas olan bioloji proseslərin mahiyyəti və məzmununu 
riyazi üsullarla əsaslandırır.
 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR
Qıcıqlanma, assimilyasiya, dissimilyasiya, irsiyyət, dəyişkənlik, 
təkamül, özünütörətmə, maddələr və enerji çevrilmələri 

 
29
Paraqrafın nəzəri materialı ilə tanışlıq “İnsert”, “Fasiləli oxu”, “Kiçik qruplarda 
müzakirələr” üsulları ilə aparıla bilər. Tədricən həm “Öyrəndiklərinizi tətbiq edin 
və yoxlayın” bölümündə təqdim olunmuş, həm digər tərtib olunmuş sxem, yaxud 
cədvəllər doldurulur.
 
 
Dərsin əsas məzmunu 
• Canlı orqanizmlər oxşar kimyəvi tərkibə və quruluş prinsipinə malikdirlər.  
• Əksər orqanizmlərin əsas struktur vahidi hüceyrədir. 
• Bütün canlı orqanizmlər “açıq sistem”dir. Başqa sözlə, canlı orqanizmlər onlara 
yalnız xarici mühitdən  enerji və maddələr davamlı şəkildə daxil olduqda dayanıq-
lıdırlar.  
• Canlı orqanizmlər ətraf mühit amillərinin dəyişməsinə cavab verirlər. (Qıcıqlanma) 
• Canlı orqanizmlər inkişaf edirlər. (Böyümə və inkişaf) 
• Canlılar çoxalırlar. (Özünütörətmə) 
• Bütün canlılar irsiyyətə və dəyişkənliyə malikdirlər.  
• Canlı orqanizmlər müəyyən mühit şəraitinə uyğunlaşırlar. (Uyğunlaşma) 
 
Məsələlərin həlli (məsələlərdə canlıların hər hansı əsas həyati xüsusiyyətləri əks 
olunmuşdur):  
Müəllim aşağıdakı hesablamaları apararkən fənlərarası inteqrasiya yaratmaqla, 
şagirdlərin riyaziyyat fənnindən reallaşdırdıqları bacarıqlara istinad edir.  
 
1)  Əgər 1 ay ərzində 1000 Kolorado böcəyi 4000 × 50 = 200 000 sm
2  
yarpaq 
sahəsi yeyirsə, bu sahəni 200 000/50 = 4 000 sürfə yeyə bilər (qidalanma). 
2)  30 gün ərzində kütlə 30×0,5=15 kq artır, ayın sonunda xəzər suitisinin balasının 
kütləsi 4+15 = 19 kq olacaq (böyümə). 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar 
 
 
 








 
30
Xüsusiyyət Xassələrin üzə çıxması 
Kimyəvi tərkib 
Canlı orqanizmlər də cansız təbiətin obyektlərini əmələ 
gətirən kimyəvi elementlərdən təşkil olunmuşlar. Lakin canlı 
və cansızlarda elementlərin nisbəti eyni deyil. Canlı 
orqanizmlərin kimyəvi tərkibinin 98%-i dörd elementin – 
karbon, oksigen, azot və hidrogenin payına düşür. 
Maddələr və enerji 
çevrilmələri 
Qidalanma, qazlar mübadiləsi, ifrazat prosesləri. 
Assimilyasiya – üzvi maddələrin sintezi + dissimilyasiya – 
üzvi maddələrin parçalanması. Dissimilyasiya nəticəsində 
ayrılan enerjinin müəyyən hissəsi assimilyasiya proseslərinə 
sərf olunur.  
Çoxalma 
(özünütörətmə) 
Valideynin özünəoxşar nəsil törətməsi irsiyyət sayəsində 
mümkün olur. Lakin orqanizm daim mühitin təsirinə məruz 
qaldığı üçün bu oxşarlıq tam olmur, yəni dəyişkənlik yaranır. 
Böyümə və inkişaf 
Orqanizmin kütlə və ölçülərinin artmasıdır. İnkişafla 
müşayiət olunan böyümə sayəsində orqanizmdə yeni 
keyfiyyət dəyişkənliyi yaranır. 
Tarixi inkişaf  
Canlı aləmin sadədən mürəkkəbə doğru inkişaf tarixi – 
təkamül
Hərəkət Fəzada yerdəyişmə qabiliyyəti. Aktiv və ya passiv hərəkətlər. 
Qıcıqlanma 
Xarici mühitin təsirinə qarşı orqanizmin cavabvermə 
qabiliyyəti.  
Yaşayış mühitinə 
uyğunlaşma 
Həyat tərzi ilə əlaqədar canlı sistem müəyyən mühit 
şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.  
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular 
• “Həyat” anlayışının qədim və müasir alimlər tərəfindən formalaşdırılmış tərifi.  
• Canlı və cansız təbiətdə gedən oxşar proseslərin müqayisə olunması. 
 
Elektron resurslar 
http://videouroki.net/filecom.php?fileid=98667566 
http://interneturok.ru/ru/school/biology/9-klass/bvvedenieb/obschie-svoystva-
zhivyh-organizmov 
http://12.ort.ru/index.php/6-klass/urok-1-biologiya-kak-nauka-obshchie-svojstva-
zhivykh-organizmov 
 
Qiymətləndirmə meyarları: məlumatın təqdim olunması, hesablama
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Canlıların əsas 
səciyyəvi əlamətləri 
ilə bağlı məlumatları 
təqdim etməkdə 
çətinlik çəkir. 
Canlıların əsas 
səciyyəvi əlamətləri 
ilə bağlı məlumatları 
müəllimin köməyi ilə 
təqdim edir. 
 
Canlıların əsas səciy-
yəvi əlamətləri ilə 
bağlı məlumatları 
təqdim edərkən kiçik 
qeyri-dəqiqliyə yol 
verir. 
Canlıların əsas 
səciyyəvi əlamətləri 
ilə bağlı məlumatları 
ətraflı təqdim edir. 

 
31
 
Canlılara xas olan 
bioloji proseslər 
zamanı baş verən də-
yişikliklərə aid riyazi 
hesablamaları 
yoldaşları və 
müəllimin köməyi ilə 
aparır, nəticələri 
çıxarmaqda çətinlik 
çəkir.
 
Canlılara xas olan 
bioloji proseslər za-
manı baş verən dəyi-
şikliklərə aid riyazi 
hesablamaları aparar-
kən tez-tez səhvlərə 
yol verir, nəticələri 
müəllimin köməyi ilə 
çıxarır.
 
Canlılara xas olan 
bioloji proseslər 
zamanı baş verən də-
yişikliklərə aid riyazi 
hesablamaları əsasən 
aparır, nəticələri 
çıxarır. 
 
Canlılara xas olan 
bioloji proseslər 
zamanı baş verən də-
yişikliklərə aid riyazi 
hesablamaları düzgün 
aparır, düzgün 
nəticələr çıxarır. 
 
 
 
Dərs 2 / Mövzu 2:
 
CANLILARIN QURULUŞ SƏVİYYƏLƏRİ
 
 
Mətnlə tanış olmazdan əvvəl şagirdlər qazanılan biliklərə əsaslanaraq dərslik-
dəki sualları müzakirə edirlər. 
Quruluş  səviyyəsinin dərk edilməsində  “bioloji sistem” anlayışı  əsas anla-
yışdır. Bunu nəzərə alaraq müəllim dərsin əvvəlində “sistem” anlayışını izah edir.  
 Sistem – bir-biri ilə qarşılıqlı əlaqədə olan hissələrdən müəyyən bir qayda əsasında 
təşkil olunmuş vahid bir tamdır.  
Şagirdlər qazanılan biliklərə əsaslanaraq aşağıdakı sualları müzakirə edirlər: 
– “Bioloji sistem” terminini necə başa düşürsünüz? 
– “Bioloji sistem” terminini canlılara, yoxsa cansız materiyaya tətbiq etmək olar? 
– Bioloji sistemlərə misal göstərin.  
– Adını çəkdiyiniz bioloji sistemi hansı daha kiçik sistemlər əmələ gətirir? 
Müzakirə zamanı müəllim şagirdlərin fikrini ona yönəldir ki, canlı varlıqlar aləmi
  
– müxtəlif mürəkkəblik dərəcəsi olan bioloji sistemlərin məcmusudur.   
 
Tədqiqat sualı: 
Canlıların öyrənilməsi hansı quruluş səviyyələrində aparıla 
bilər? 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirələr” (quruluş 
səviyyələri üzrə 7 qrupa bölünməklə) üsulu ilə aparıla bilər. Bu zaman müəllim 
dərsliklə yanaşı, qruplara əlavə mətnlər təqdim edə bilər. Nəzəri materialla tanış ol-
duqca tədricən dərsliyin “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” bölümündə təq-
dim olunmuş cədvəl, yaxud digər sxem və cədvəllər doldurulur. Bu cədvəl lövhədə 
çəkilə və müvafiq sətri hər bir qrupun nümayəndəsi tərəfindən doldurula bilər. 
 
Alt 
STANDART  
1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya, 
biokimya) barədə məlumat toplayır və təqdimatlar hazırlayır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya, 
biokimya) barədə məlumat toplayır və təqdimatlar hazırlayır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Biokimya, sitologiya, histologiya, populyasiya, biogeosenoz, 
biosfer 

 
32
 
Dərsin əsas məzmunu 
• “Sistem” anlayışı. Sistemin elementləri, elementlər arasında əlaqələr 
•  Əsas bioloji sistemlər: hüceyrə, toxuma, orqan, orqanizm, populyasiya, növ, 
biosenoz, biosfer. 
•  Canlı təbiətin quruluş səviyyələri: molekulyar, hüceyrə, toxuma – orqan,  orqa-
nizm, populyasiya-növ, biogeosenotik, biosfer səviyyələri 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar 
 
 
 
 
 
 
№ Quruluş səviyyəsi
Təşkil olunduğu 
komponentlər 
Əsas proseslər 
1  Molekulyar 
Zülallar, nuklein turşuları, 
polisaxaridlər və digər 
molekullar 
Maddələrin sintezinin və 
parçalanmasının oksidləşmə-
reduksiya reaksiyaları, irsi 
məlumatların köçürülməsi və 
ötürülməsi və s. 
2 Hüceyrə  
Hüceyrənin quruluş 
hissələri, orqanoidlər 
Maddələr mübadiləsi, irsi 
məlumatların hüceyrədən 
hüceyrəyə ötürülməsi, 
hüceyrələrin bölünməsi və s. 
Molekulyar 
Hüceyrə 
Toxuma-orqan 
Orqanizm 
Populyasiya-növ 
Biogeosenotik 
Biosfer 

 
 
 





Toxuma-orqa
Orqanizm 
Populyasiya-n
Biogeosenoti
Biosfer 
an Mənşəc
quruluş
yerinə y
qrupu 
 Sərbəst
olan bü
ya çoxh
sistem
 
növ 
   Növü
ayrı pop
(tarixən
yaşayan
fərdlər 
k Müəyyə
yaşama
müxtəli
onların 
Biogeo
biosfer 
 
33
 
cə eyni olan, ox
şlu və eyni funk
yetirən hüceyrəl
t yaşamağa qab
ütöv birhüceyrəl
hüceyrəli canlı 
ü təşkil edən ayr
pulyasiyalar 
n müəyyən ərazi
n eyni növə aid 
cəmi) 
ən ərazidə birgə
ağa uyğunlaşan 
if canlı qrupları
yaşayış mühiti
senozlar birləşə
əmələ gətirir. 
xşar 
ksiya 
lər 
Toxumal
müəyyən
müəyyən
yetirən o
gətirirlər
bil 
li və 
Fərdlərin
ölənə qəd
proseslər
rı-
idə 
olan 
Bu səviy
inkişaf p
növlərin 
ola bilər
ə 
 və 
Biosistem
edən mad
dövranı
ərək Bu 
səviy
orqanizm
ilə əlaqəd
və enerji
verir 
lar birləşərək 
n quruluşlu olan
n funksiyaları ye
orqanları əmələ 

n doğulan andan
dər olan inkişaf
ri 
yyədə baş verən 
rosesləri yeni 
yaranmasına sə
min sabitliyini t
ddələr və enerji
yyədə canlı 
mlərin həyat fəa
dar maddələr dö
 çevrilmələri ba
n və 
erinə 


tarixi 
əbəb 
təmin 

liyyəti 
övranı 
aş 

 
34
Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin