YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 
Hüceyrə 
mərkəzi 
Bir-birinə perpendikulyar 
mikroborucuqlardan təşkil 
olunmuş iki sentrioldan ibarətdir.  
Hüceyrənin bölünməsi prosesində 
iştirak edir. 
 
 

 
 

 L

El
htt
htt
htt
htt
htt
htt
 
 
 
En
 
 
 
ərsə aid layihə
Levenhukdan m
ə istifadəsi. 
 
lektron resursl
tp://tana.ucoz.r
tp://tana.ucoz.r
tps://www.youtu
tps://www.youtu
tps://www.youtu
tps://www.youtu
ndoplazmatik şəb
Holci kompleks
lizosom 
Birmembranlı
və tədqiqat işl
müasir dövrümüz
lar 
ru/load/korotkie
ru/load/tajnyj_m
ube.com/watch?
ube.com/watch?
ube.com/watch?
ube.com/watch?
bəkə,
si, 
Mitox
 
H
Membranlı 
İkim
 

66
 
ləri üçün mövz
zə qədər mikros
e_roliki_o_kleto
mir_kletki_ctroe
?v=Y3q-in_5UD
?v=URUJD5NE
?v=RKmaq7jPn
?v=HBvfBB_oS
xondri, plastid 
Hüceyrə orqano
membranlı 



zular  
skop növləri. On
ochnykh_organo
enie_kletki/263-
D4 
EXC8 
nYM 
STc 
oidləri 
Membran
Ribosomlar
mərk


 
 
nların xüsusiyy
oidakh/263-1-0-
-1-0-4505 
nsız 
,  hüceyrə 
kəzi 

yətləri 
-4568 

 
67
Qiymətləndirmə meyarı: məlumatın təqdim olunması  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Hüceyrə orqanoid-
lərinin quruluş və 
funksiyaları haqqın-
da çətinliklə  məlu-
mat toplayır və 
məlumatı təqdim 
etməkdə çətinlik 
çəkir. 
Hüceyrə orqanoid-
lərinin quruluş və 
funksiyaları haqqın-
da yoldaşlarının kö-
məyi ilə məlumat 
toplayır və topladığı 
məlumatı təqdim 
edərkən tez-tez 
səhvlərə yol verir.  
Hüceyrə orqanoid-
lərinin quruluş və 
funksiyaları 
haqqında məlumat 
toplayır və topladığı 
məlumatı təqdim 
edərkən bəzən kiçik 
səhvlərə yol verir.  
Hüceyrə orqa-
noidlərinin 
quruluş və funksi-
yaları haqqında 
geniş  məlumat 
toplayır və top-
ladığı məlumatı 
ətraflı təqdim edir. 
 
 
Dərs 14 / Mövzu 12: 
CANLI ORQANİZMLƏRDƏ MADDƏLƏR 
MÜBADİLƏSİ VƏ ENERJİ ÇEVRİLMƏLƏRİ 
 
 
Şagirdlər mövcud biliklərə əsaslanaraq sualları müzakirə edirlər: 
– Canlı orqanizmlərin hansı qidalanma üsulları məlumdur? 
– Heyvanların qidalanma üsulu bitkilərin qidalanma üsulundan nə ilə fərqlənir? 
– Qida nə üçün lazımdır? 
– Qida maddələri nə üçün lazımdır? 
– Qida maddələri hara daxil olur? 
– Maddələr mübadiləsi nədir? 
Müzakirə zamanı müəllim  şagirdlərin fikrini ona yönəldir ki, maddələr 
mübadiləsi orqanizmin fəaliyyətini, inkişafını, böyüməsini təmin edən kimyəvi 
maddələrin dəyişməsinin mürəkkəb prosesidir. Bu halda nəinki fiziki fəaliyyət 
zamanı, həm də nisbi sakitlik vəziyyətində də daim enerji sərf olunur
. 
– Orqanizmin həyat fəaliyyəti üçün niyə enerji lazımdır?  
– Canlılar bu enerjini haradan alırlar? 
 
Tədqiqat sualı:
  Canlı orqanizmlərdə maddələr mübadiləsi necə baş verir? 
Hansı üzvi maddə hüceyrəni enerji ilə təmin edir? 
 
Alt 
STANDARTLAR
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir. 
2.1.1. Bioloji proseslərin mahiyyət və  məzmunu ilə bağlı 
təqdimatlar hazırlayır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Adenozintrifosfat turşusunun quruluş  və funksiyalarını  şərh 
edir. 
  Canlı orqanizmlərdə maddələr mübadiləsi və enerji 
çevrilmələrinin  mahiyyət və  məzmununa dair məlumatları 
toplayır və təqdim edir. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Metabolizm, anabolizm, assimilyasiya, plastik mübadilə, 
katabolizm, dissimilyasiya, enerji mübadiləsi, adenozintrifosfat 
turşusu (ATF), makroerqik rabitə 

 
68
Paraqrafın nəzəri materialı ilə tanışlıq “İnsert”, “Fasiləli oxu” üsulları ilə aparıla 
bilər. Tədricən həm “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” bölümündə təqdim 
olunmuş, həm digər sxem, yaxud cədvəllər doldurulur. 
 
Dərsin əsas məzmunu 
 Maddələr mübadiləsinin əsasını təşkil edən anabolizm və katabolizm prosesləri-
nin xüsusiyyətləri. 
 Adenozintrifosfat turşusu (ATF) – hüceyrəni enerji ilə təmin edən üzvi maddədir. 
Kimyəvi tərkibi, makroergik rabitələr. 
 ATF-in ADF və AMF-ə çevrilməsi, kimyəvi çevrilmələrin xüsusiyyətləri.  
 ATF-in hüceyrədə rolu. 
 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KATABOLİZM
ANABOLİZM 
enerji
üzvi maddələr
İlkin sadə molekullar 
aminturşular, sadə 
karbohidratlar, yağ turşuları 
Enerji 
mübadiləsi 
Plastik 
mübadilə
Qidalı maddələr 
Zülallar, yağlar, 
karbohidratlar 
 
Mürəkkəb molekullar 
Zülallar, yağlar, 
karbohidratlar, nuklein 
turşuları 
ATF 
enerjisi
 
Son parçalanma 
məhsulları 
CO
2
, H
2
O, NH
3
 

 
69
Müqayisə olunan 
əlamətlər 
ANABOLİZM KATABOLİZM 
Prosesin mahiyyəti hüceyrənin inşaat 
materialları və enerji 
daşıyıcıları ilə təmin 
edilməsi 
hüceyrənin enerji ilə təmin 
olunması 
Kimyəvi 
birləşmələr 
ilkin sadə molekullardan 
mürəkkəb molekulların 
biosintezi  
mürəkkəb  üzvi 
molekulların sadə 
birləşmələrə parçalanması 
Enerji enerji 
kimyəvi rabitələr 
şəklində toplanır 
enerji ayrılır 
ATF istifadə olunur 
ehtiyat halında toplanır  
 
 
Elektron resurslar 
https://www.youtube.com/watch?v=j1Zq5HFKXCE 
https://www.youtube.com/watch?v=BeSyX2QU6x4 
https://www.youtube.com/watch?v=peg4BFCdLoQ 
http://tana.ucoz.ru/load/339-1-0-852 
 
Qiymətləndirmə meyarları: şərhetmə, məlumatın təqdim olunması  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Adenozintrifosfat 
turşusunun quruluş 
və funksiyalarını 
çətinliklə şərh  edir. 
 
Adenozintrifosfat 
turşusunun quruluş 
və funksiyalarını 
şərh edərkən tez-tez 
səhvlərə yol verir.  
Adenozintrifosfat 
turşusunun quruluş 
və funksiyalarını 
əsasən şərh edir. 
Adenozintrifosfat 
turşusunun 
quruluş və 
funksiyalarını 
dolğun şərh edir. 
Canlı orqanizmlərdə 
maddələr mübadiləsi 
və enerji 
çevrilmələrinin  
mahiyyət və 
məzmununa dair 
məlumatları təqdim 
etməkdə çətinlik 
çəkir.  
Canlı orqanizmlərdə 
maddələr mübadi-
ləsi və enerji çevril-
mələrinin  mahiyyət 
və məzmununa dair 
məlumatları qismən 
toplayır və 
müəllimin köməyi 
ilə təqdim edir. 
Canlı orqanizmlərdə 
maddələr mübadi-
ləsi və enerji çevril-
mələrinin  mahiyyət 
və məzmununa dair 
məlumatları toplayır 
və əsasən təqdim 
edir. 
Canlı orqanizm-
lərdə maddələr 
mübadiləsi və 
enerji çevrilmə-
lərinin  mahiyyət 
və məzmununa 
dair ətraflı məlu-
matlar toplayır və 
təqdim edir. 
 

 
70
Dərs 15 / Mövzu 13:
 
İRSİ MƏLUMATLAR VƏ GENETİK KOD 
 
Mövzuya keçməzdən  əvvəl  şagirdlərin zülal və nuklein turşuları haqqında 
mövcud biliklərini yoxlamaq üçün müəllim belə tapşırıq verə bilər: 
1. Verilmiş söz zəncirlərində hansı maddələrdən söhbət gedir? 
•  Biopolimer; peptid rabitə; aminturşular; 20; birincili; ikincili; üçüncülü və 
dordüncülü struktur; fermentlər; hemoqlobin (zülallar).  
•  İkiqat zəncir; 4; hidrogen rabitə; biopolimer; nukleotid; adenin; timin; 
sitozin; quanin; irsi məlumat; dezoksiriboza (DNT) 
 
2.  Verilmiş söz zəncirlərindəki məlumatdan istifadə edərək cədvəli doldurun.  
 
Əlamətlər DNT 
Zülal 
1. Biopolimerin quruluşu    
2. Monomer 
 
 
3. Monomer növlərinin sayı 
 
 
4. Funksiya 
 
 
5. Hüceyrədə yeri 
 
 
 
Sonra dərslikdəki suallar müzakirə olunur. Müəllim  şagirdlərin cavablarını 
ümumiləşdirərək nəticə  çıxarır ki, canlı orqanizmin bütün xassələri onun zülal 
tərkibi ilə müəyyən olunur. Həm də zülalın quruluşu tərkibindəki aminturşular 
ardıcıllığı ilə müəyyən olunur. Nəticədə  nəsildən – nəslə ötürülən irsi məlumat 
özündə zülalın ilkin quruluşu haqqında məlumatı saxlamalıdır.  
– Hüceyrənin hansı orqanoidlərində zülalların sintezi baş verir? Onlar harada 
yerləşir? 
– Hüceyrə nüvəsində yerləşən DNT molekulundan məlumat sitoplazmada yerləşən 
ribosomlara necə ötürülür? 
– Hüceyrənin daha hansı kimyəvi maddələri bu prosesdə iştirak edir? 
 
Tədqiqat sualı:
  Müəyyən zülalın quruluşu haqqında məlumat nuklein 
turşularında necə “yazılıb”?  
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “İnsert”,“Fasiləli oxu”  üsulları ilə aparıla 
bilər.  
 
Alt 
STANDARTLAR
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir. 
2.1.3. Bioloji proseslərin mahiyyəti və  məzmununu, baş verən 
dəyişiklikləri riyazi üsullarla əsaslandırır.
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  DNT, gen və genetik kodun xassələrini şərh edir. 
  Genetik kodun xüsusiyyətlərinə aid  riyazi hesablamalar aparır 
və müvafiq nəticələr çıxarır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Gen,  triplet,  genetik kod    

 
71
Dərsin əsas məzmunu 
 İrsi məlumatların daşıyıcısı – DNT molekulu, bir zülal molekulunun ilkin 
quruluşu barədə məlumat daşıyan DNT sahəsi – gen. 
 Genetik kod.  
 Genetik kodun xassələri.  
 
Şagirdlər dərslikdə verilmiş (“Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” bloku), 
yaxud  əlavə  məsələləri həll edir, nəticə  çıxarırlar. Hesablamaları apararkən 
şagirdlər riyaziyyat fənnindən reallaşdırdıqları bacarıqlara istinad edirlər.  
Məsələləri həll etmək üçün lazım olan rəqəmlər verilmişdir: 
Yadda saxlayın! 
1. bir nukleotidin uzunluğu ≈ 0,34 nm 
2. 1 genin ölçüsü = 1 nukleotidin uzunluğu × n (nukleotidlərin sayı) 
3. aminturşuların sayı = nukleotidlərin sayı : 3 
4. 1 genin kütləsi = nukleotidlərin sayı × 1 nukleotidin kütləsi 
5. 1 nukleotidin kütləsi ≈ 300 q/mol 
6. 1 aminturşu qalığının molekul kütləsi ≈ 110 q/mol 
7. DNT molekulunda nukleotidlərin nisbəti: А+Q / Т+S=1 
 
Məsələlərin həlli  
1. İnsulin zülalının 51 aminturşudan ibarət olduğunu nəzərə alaraq onu kodlaşdıran 
genin tərkibində neçə nukleotid  olduğunu hesablayın. 
Həlli: 
51 aminturşudan ibarət olan zülalı kodlaşdıran genin tərkibində 153 nukleotid var 
(51 x 3=153).  
 
2. DNT molekulunda 80000 A nukleotidi var. Bu, bütün nukleotidlərin 16%-ni 
təşkil edir. Qalan nukleotidlərin sayını və DNT molekulunun uzunluğunu müəyyən 
edin. 
Həlli: 
80000 A nukleotidi – 16%, bütün nukleotidlərin ümumi sayı – 500000 
((80000×100)/16=500000) 
80000 A nukleotidi, 80000 T nukleotidi, 170000 Q nukleotidi, 170000 S nukleotidi 
((500000 – 80000×2)/2=170000) 
 
3. DNT-nin  molekul çəkisi 27600-ə  bərabərdir. 
Molekulda nukleotidlərin sayını  və onun minimum 
uzunluğunu müəyyən edin. 
Həlli: 
Molekulda nukleotidlərin sayı: 27600/300 = 92 
DNT molekulunun minimum uzunluğu:  
92 × 0,34 nm = 31,28 nm 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar  
 

 
72
 
Qiymətləndirmə meyarları: şərhetmə, hesablama aparma 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
DNT, gen, genetik 
kodun xassələrini 
yalnız müəllimin 
köməyi ilə şərh edir.
 
DNT, gen, genetik 
kodun xassələrini 
şərh edərkən 
səhvlərə yol verir.
 
DNT, gen, genetik 
kodun xassələrini 
əsasən şərh edir.
 
DNT, gen, genetik 
kodun xassələrini 
ətraflı şərh edir. 
 
Genetik kodun 
xüsusiyyətlərinə aid  
riyazi hesablamaları 
yalnız müəllimin  
köməyi ilə aparır, 
nəticə çıxarmaqda 
çətinlik çəkir.
 
Genetik kodun 
xüsusiyyətlərinə aid  
riyazi hesablamaları  
apararkən tez-tez 
səhvlərə yol verir, 
müvafiq nəticələr 
çıxarmaqda çətinlik 
çəkir.
Genetik kodun 
xüsusiyyətlərinə aid  
riyazi hesablamalar 
apararkən kiçik 
səhvlərə yol verir, 
müvafiq nəticələr 
çıxarır.
 
Genetik kodun 
xüsusiyyətlərinə 
aid  riyazi 
hesablamaları 
düzgün aparır və 
müvafiq nəticələr 
çıxarır.
 
 
 
Dərs 16 / Mövzu 14: 
ZÜLALLARIN BİOSİNTEZİ 
  
Şagirdlər qazanılan biliklərə əsaslanaraq sualları müzakirə edirlər: 
– Hüceyrənin hansı orqanoidi zülal biosintezinə cavabdehdir? 
– Hüceyrənin ehtiyacı olan zülalın biosintezi üçün ribosoma nə daxil olmalıdır? 
 
Tədqiqat sualı:
  Hüceyrədə zülalın biosintezi prosesi necə baş verir? 
  
Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin məqsədəuyğun hesab etdiyi  
üsullarla aparıla bilər. Tədricən həm “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” 
bölümündə təqdim olunmuş, həm digər sxem, yaxud cədvəllər doldurulur.
 
 
Dərsin əsas məzmunu 
 Biosintez – hüceyrələrdə yeni maddələrin əmələ gəlməsi prosesidir.  
 Zülalların biosintezi iki mərhələdə baş verir: transkripsiya və translyasiya. 
 Transkripsiya – aminturşular ardıcıllığı haqqında kodlaşdırılmış məlumat  DNT 
molekulunun bir zəncirindən komplementarlıq prinsipinə  əsasən m-RNT-yə 
köçürülməsidir. 
Alt 
STANDARTLAR
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir. 
2.1.1. Bioloji proseslərin mahiyyət və  məzmunu ilə bağlı 
təqdimatlar hazırlayır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Nuklein turşularının hüceyrədə zülalın biosintez prosesində 
rolunu şərh edir. 
  Hüceyrədə zülalın biosintez prosesinin mahiyyəti ilə bağlı 
məlumatları təqdim edir. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Biosintez, transkripsiya, translyasiya 

 
73
  Translyasiya – zülalın quruluşu barədə m-RNT-də nukleotidlər ardıcıllığı 
şəklində yazılan məlumatın aminturşular ardıcıllığına çevrilməsi və polipeptid 
zəncir yaranmasıdır.
 
 
Məsələlərin həlli  
Fənlərarası inteqrasiya yaratmaq üçün şagirdlər  əlavə  məsələləri həll edir, nəticə 
çıxarırlar. Aşağıdakı hesablamaları apararkən  şagirdlər riyaziyyat fənnindən 
reallaşdırdıqları bacarıqlara istinad edirlər. 
 
 
Məsələ  
1. Translyasiya prosesində 30 molekul n-RNT-si iştirak etmişdir. Sintez olunan 
zülalın tərkibinə daxil olan aminturşuların, onu kodlaşdıran genin tərkibindəki 
tripletlərin və nukleotidlərin sayını müəyyən edin.   
 
Həlli: 
1 molekul n-RNT – 1 aminturşu 
30 molekul n-RNT – 30 aminturşu 
Nukleotidlərin sayı: 30 aminturşu×3=90 
Tripletlərin sayı – 30 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar  
Biosintezin mərhələləri 
Mərhələlərin xüsusiyyətləri 
Transkripsiya, məlumatın 
üzünün köçürülməsi 
Nüvədə: kodlaşdırılmış məlumat  DNT 
molekulunun bir zəncirindən  komplementarlıq 
prinsipinə əsasən m-RNT-yə köçürülür. 
Translyasiya, genetik 
məlumatın ötürülməsi 
Ribosomda: zülalın quruluşu barədə m-RNT-
də nukleotidlər ardıcıllığı şəklində yazılan 
məlumat bu koda uyğun  olaraq sintez edilən  
aminturşular ardıcıllığına çevrilir və sonda 
polipeptid zəncir yaranır. 
 
Molekullar Biosintezdə rolu 
m-RNT 
Aminturşular ardıcıllığı haqqında kodlaşdırılmış məlumat  
DNT molekulunun bir zəncirindən  komplementarlıq 
prinsipinə əsasən m-RNT-yə köçürülür. 
n-RNT 
Özünə aminturşu birləşdirən n-RNT-ləri ribosoma gətirilir. 
n-RNT-si özündəki aminturşunu ribosomda yığılan 
polipeptid zəncirə birləşdirir. 
Fermentlər 
Aminturşular xüsusi fermentin köməyi ilə n-RNT-yə 
birləşir. Fermentlər tərəfindən m-RNT-si  ayrı-ayrı 
nukleotidlərə parçalanır 
ATF 
Biosintez prosesini enerji ilə təmin edir 
 
 
 

 
74
 
 
 
 
 
 
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular  
 Biotexnologiya. Süni zülalların istehsalı. 
 
Elektron resurslar 
https://www.youtube.com/watch?v=msXWwcK2kqU 
https://www.youtube.com/watch?v=JseyQUiYNsI 
https://www.youtube.com/watch?v=eik96kz5Kn4 
 
Qiymətləndirmə meyarları: şərhetmə, məlumatın təqdim olunması 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Nuklein turşularının 
hüceyrədə zülalın 
biosintez 
prosesində rolunu 
çətinliklə şərh edir. 
Nuklein turşularının 
hüceyrədə zülalın 
biosintez prosesin-
də rolunu müəlli-
min köməyi ilə şərh 
edir. 
Nuklein turşularının 
hüceyrədə zülalın 
biosintez 
prosesində rolunu 
əsasən şərh edir. 
Nuklein turşularının 
hüceyrədə zülalın 
biosintez 
prosesində rolunu 
dolğun şərh edir. 
Hüceyrədə zülalın 
biosintez prosesinin 
mahiyyəti ilə bağlı 
məlumatları yalnız 
müəllim verdiyi 
sualların köməyi ilə 
təqdim edir. 
Hüceyrədə zülalın 
biosintez prosesinin 
mahiyyəti ilə bağlı 
məlumatları qismən 
təqdim edir. 
Hüceyrədə zülalın 
biosintez prosesinin 
mahiyyəti ilə bağlı 
məlumatları təqdim 
edərək kiçik qeyri- 
dəqiqliklərə yol 
verir. 
Hüceyrədə zülalın 
biosintez prosesinin 
mahiyyəti ilə bağlı 
məlumatları ətraflı 
təqdim edir. 
 
 
Dərs 17 / Mövzu 15:
 
AVTOTROF ORQANİZMLƏRDƏ MADDƏLƏR VƏ 
ENERJİ MÜBADİLƏSİ 
 
Şagirdlər qazanılan biliklərə əsaslanaraq sualları müzakirə edirlər: 
– Orqanizmlər hansı enerji mənbələrindən istifadə edirlər? 
– Orqanizmlər müxtəlif enerji mənbələrindən istifadəsindən asılı olaraq  qidalanma 
üsullarına görə hansı qruplara bölünürlər?  
Alt 
STANDART  
2.1.1. Bioloji proseslərin mahiyyət və  məzmunu ilə bağlı 
təqdimatlar hazırlayır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Avtotrof orqanizmlərdə fotosintez prosesinin mahiyyəti  ilə 
bağlı məlumatları təqdim edir. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Fototrof, fotosintez, stroma, tilakoid, qran, fotoliz, xemosintez 
TRANSKRİPSİYA 
TRANSLYASİYA 
ZÜLAL 
(nüvə, DNT→m-RNT)
 
(m-RNT →ribosom 
      n-RNT                fermentlər) 
(sitoplazma)
 

 
75
– Hansı hüceyrələrdə fotosintez baş verir? 
Tədqiqat sualı:
  Avtotrof orqanizmlərdə maddələr mübadiləsi və enerji 
çevrilmələri necə baş verir? 
 
Dərsin əsas məzmunu 
 Bitkilərdə maddələr mübadiləsi və enerji çevrilmələri. Fotosintezin mahiyyəti və 
əhəmiyyəti.  
 Xloroplastların quruluşu və funksiyaları. 
 Fotosintezin işıqlı və qaranlıq mərhələlərinin mahiyyəti və əhəmiyyəti. 
 Fotosintezin əhəmiyyəti. 
 Xemosintez.
 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar  
Xüsusiyyətləri
İşıq fazası
Qaranlıq fazası
 
Getdiyi yer
 
qranlarda
stromada 
Hansı proses gedir
Suyun parçalanması 
prosesi – fotoliz
 
Havadan udulan 
karbon qazının 
mənimsənilməsi və 
sadə karbohidratların 
yaranması.
 
Alınan məhsul
 
ATF, NADF•H, oksigen 
kənar məhsul kimi xaricə 
çıxarılır və ya hüceyrənin 
tənəffüsü zamanı istifadə 
olunur.
ADF, qlükoza 
(C
6
H
12
O
6
), nişasta, 
sellüloza və s. üzvi 
molekullar yaranır.
 
 
 
Maddələr, proton 
və elektronlar
Əhəmiyyəti
xlorofil
 
Yarpağa düşən günəş işığının təsirindən tilakoidin 
membranında xlorofil elektronları həyəcanlanır və növbəti 
kimyəvi reaksiyalara təkan verir.
su
 
Suyun parçalanmasından yaranan hidrogen ionu xüsusi 
kanaldan keçərək stromaya daxil olur və elektronların 
köməyi ilə hidrogeni xloroplastda daşıya bilən maddəyə 
birləşir.
karbon qazı
 
СO
2
 və  onun hidrogen ionları ilə reduksiyası və ATF 
enerjisindən istifadə nəticəsində qlükoza (C
6
H
12
O
6

molekulları yaranır.
ATF
 
ATF enerjisindən istifadə nəticəsində qlükoza (C
6
H
12
O
6

molekulları yaranır.
NADF
 
Özünə hidrogen birləşdirən NADF, NADF•H -a çevrilir və 
sonrakı mərhələdə istifadə olunur. Belə kimyəvi birləşmədə 
enerji ehtiyat halında saxlanılır.

 
76
 
protonlar
 
İşıqlı mərhələdə əmələ gəlir, qaranlıq mərhələdə üzvi 
maddələrin sintezi zamanı istifadə olunur
elektronlar
 
Elektronların bir hissəsi ADF-ə bir fosfat turşusu 
birləşdirməklə ATF əmələ gətirir. Elektronların digər 
hissələri suyun molekulyar oksigenə, hidrogen ionuna və 
elektronlara parçalanmasında iştirak edir.
 
Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin