YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
1   ...   12   13   14   15   16   17   18   19   20

10.  Suallara cavab verin: 
 
•  Tibbi-genetik məsləhətlərin əhəmiyyəti nədir? 
•  İnfeksiyalar reproduktiv sağlamlığa necə təsir edir?  
 
______________________________________________________________ 
_________________________________________________________ 
1.______ 
2.______ 
3.______ 
4.______ 
5.______ 
6. ______ 
7. ______ 
8. ______ 
1

2

3

4

5

1 s 
2 g 
3 b 
4 g 
5 b 
1

2

3

4

5

1

2

3

4

5


 
196
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR 
 
 
Dərs 34/ Mövzu 25:
 NÖV VƏ ONUN KRİTERİLƏRİ 
 
 
DƏRSİN GEDİŞİ 
MOTİVASİYA: 
Müəllim “Qonur ayı” şəklini nümayiş etdirir və suallar verir:
 
– 
Bu heyvanın adı “qonur ayı”dır. İki sözdən hansı cinsin və hansı isə növün 
adını göstərir? 
– Həmin cinsə aid olan başqa bir heyvan adını söyləyin. ( ayı). 
Müəllim ağ ayının şəklini qonur ayının şəklinin yanında asır və sinfə müraciət 
edir: 
– Eyni cinsə aid olan iki növü müqayisə edin. Onların oxşar və fərqli 
cəhətlərini göstərin. 
– Növ nədir? 
Müzakirə zamanı müəllim şagirdlərin cavabları əsasında ümumi nəticə çıxarır: 
1.  Növ bioloji təsnifatda əsas kateqoriyadır. 
2.  Oxşar növlər bir cinsdə birləşir. 
3.  Növü adlandırmaq üçün əvvəlcə növün aid olduğu cinsin adı (isim), 
sonra isə növ adı (sifət) göstərilən  binar nomenklaturadan istifadə 
olunur.  
4.  Müxtəlif növlərə aid olan fərdlər bir-birindən xarici əlamətlərinə, 
yaşayış yerlərinə və s. xüsusiyyətlərinə görə fərqlənirlər. 
Sonra müəllim  şagirdlərdən onların evlərinin, məktəbin yaxınlığında rast 
gəldikləri bitki və heyvan növlərinin adlarını sadalamağı xahiş edir. Tədqiqat sualı 
formalaşdırılır. 
 
Tədqiqat sualı:
  Hər bir növ  hansı əlamət və xüsusiyyətlərinə görə digərindən 
fərqlənir? 
 
Alt  
STANDART   
1.1.4. Mikrotəkamülü  izah edir və ona dair təqdimatlar 
hazırlayır. 
 
 
TƏLİM  
NƏTİCƏLƏRİ 
  “Növ”, “növün kriteriləri” anlayışlarının mahiyyətini şərh edir. 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə iş, kiçik qruplarda iş 
 
 
İstifadə olunan 
İŞ ÜSULLARI 
Beyin həmləsi, təqdimat, kiçik qruplarda müzakirə 
 
 
İNTEQRASİYA 
C–2.1.8, Az.dili–2.1.4 
 
 
RESURSLAR 
Dərslik, şəkil və mətnlər, kompüter, proyektor, iş vərəqləri.   
 

 
197
TƏDQİQATIN APARILMASI  
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri fəsilələrə görə 6 kiçik qrupa (növün 
kriterilərinə müvafiq olaraq) bölür.  
Hər bir qrup növün bir kriterisini şərh edən mətn alır. 5-7 dəqiqə  ərzində 
cədvəlin müvafiq sətrini doldurmaq tələb olunur. Qruplar çıxış edib kriterinin 
mahiyyətini və çatışmazlığını izah edir, “Növün kriteriləri” cədvəlini doldururlar.  
Müəllim mövzu ilə bağlı  əlavə  mətn və  şəkillər də hazırlaya bilər. Bütün 
qruplara eyni təlimat verilir.  
 
Tapşırıq. Mətni oxuyun. Məlumatı cədvəlin müvafiq xanalarında yerləşdirin. 
Kriterinin adı Hansı xüsusiyyətlərə 
əsaslanır? 
İstisnalar 
 
 
 
 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ  
Qruplar öz işlərini təqdim edir. Hər qrup cədvəlin tamamladığı sətrini lövhəyə 
yapışdırır. Qruplar bir-birinin işləri ilə tanış olur, nəticələri müzakirə edirlər. 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ   
Müəllim məlumatı ümumiləşdirir və şagirdlərlə birlikdə nəticə çıxarır: 
Heç bir kriteri ayrı-ayrılıqda növün təyini üçün kifayət deyil. Bu səbəbdən növü 
müəyyən etmək üçün bütün kriterilərin cəmindən istifadə etmək lazımdır. 
 
Ümumi cədvəl tərtib olunur. 
Kriterinin adı Hansı xüsusiyyətlərə 
əsaslanır? 
İstisnalar 
Morfoloji kriteri 
Növlərin xarici və daxili 
quruluşlarında olan fərqlərə 
görə müəyyən olunur. 
Qara siçovulun iki əkiz növü 
məlumdur 
Genetik kriteri 
Növlərin xromosom 
yığımında olan fərqlərə görə 
müəyyən edilir. 
Sağlam insanda 46 xromosom 
olduğu halda, Daun xəstəliyi 
olan insanlarda 47 xromosom.  
Fizioloji kriteri 
Növlər arasında olan  həyat 
proseslərində, xüsusən də 
çoxalmada olan fizioloji 
fərqlərə görə müəyyən edilir. 
Təbiətdə bəzən ayrı-ayrı 
növlərə mənsub fərdlər (sarı 
bülbül, alacəhrə, qovaq və sö-
yüdün bəzi növləri) çarpaz-
laşır və  döllü nəsil verirlər 
Coğrafi kriteri 
Hər bir növün müəyyən 
coğrafi ərazidə yaşaması və 
coğrafi areal tutmasına 
əsaslanır. 
Bəzən kosmopolit (hər yerdə 
yayılan) növlərə (məsələn, 
dam sərçəsi, boz siçovul) də 
rast gəlinir.   
 
 
 

 
198
Ekoloji kriteri 
Növün müəyyən ekoloji mühit 
şəraitində yaşamasına 
əsaslanır. 
İnsanlarla birgə yaşayan 
tarakanlar, milçəklər, siçanlar 
və ev heyvanları, bəzi alaq 
otları dəqiq ekoloji 
uyğunlaşmaya  malik deyil. 
Biokimyəvi kriteri 
Növləri zülal və nuklein 
turşularının tərkibi və 
quruluşuna görə 
fərqləndirməyə imkan verir. 
Bəzən növ daxilində baş verən 
mutasiyalar nukleotidlərin 
zəncirdən düşməsinə səbəb 
olur və bu, yeni əlamətin 
yaranmasına gətirib çıxarır. 
 
YARADICI TƏTBİQETMƏ   
Bu mərhələdə müəllim şagirdlərə bir neçə tapşırıq təklif edə bilər. 
 
A) Müəllim mətni oxuyaraq siniflə müzakirə aparır: 
 
1. Bir neçə rayonda məskunlaşan adi tülkü tədricən bir-birini əvəz edən bir neçə 
coğrafi forma əmələ gətirir. Meşə zonasında yaşayan ən şimal formalar daha iridir. 
Çöl və çöl-səhra zonasında yaşayan tülkülər ölçülərinə görə kiçik olurlar. Orta 
Asiya səhralarında yaşayanlar isə onlardan da kiçik olur və ən kiçik ölçüdə olanlar 
Əfqanıstanda, Pakistanda, Hindistanda məskunlaşır. Cənuba getdikcə orada 
yaşayan tülkülərin quyruğunun və qulaqlarının daha uzun olduğu müşahidə edilir. 
 
2. Avropanın malyariya xəstəliyi olmayan rayonlarında malyariya ağcaqanadına 
rast gəlmək olar. Bundan başqa, bəzi yerlərdə ağcaqanad insanın, bəzi yerlərdə isə 
yalnız ev heyvanlarının hesabına qidalanır. Bəzi rayonlarda bir qədər duzlu sularda, 
digərlərində isə yalnız  şirin sularda çoxalırlar. Xarici formasına görə, demək olar 
ki, bir-birindən fərqlənmirlər. Fərqləri yumurtanın strukturunda, sürfələrdə qılların 
sayı və şaxələnməsində olur. 
 
Müzakirə üçün suallar: 
1. Mətndə hansı kriterilərdən danışılır? 
2. Mətndə bir, yoxsa müxtəlif növlərdən danışılır? 
3. Oxuduğunuz mətndən hansı nəticə çıxarmaq olar?  
 
В) “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” bölməsindəki “Bioloji məsələlər” 
müzakirə olunur, nəticələr çıxarılır. 
С) Hər qrup mövzuya aid 5-6 sözdən ibarət krossvord tərtib edərək digər qrupa onu 
həll etməyə verir. Dərsin sonunda krossvordlar müzakirə olunur, qiymətləndirilir. 
 
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  
meyar cədvəli hazırlayır. Dərsin mərhələlərində  şagirdlərin fəaliyyətini bu 
meyarlara uyğun olaraq izləyir və qeydlərini cədvəldə yazır. 
 

 
199
Elektron resurslar: 
https://www.youtube.com/watch?v=0OXXUebGoI8 
https://www.youtube.com/watch?v=KMdkws7VBZQ 
https://www.youtube.com/watch?v=ugeAWrHMGxU 
http://tana.ucoz.ru/load/342-1-0-2085 
http://tana.ucoz.ru/load/266-1-0-1009
 
 
 
Dərs 46 / Mövzu 36:
 EMOSİYALAR. YADDAŞ 
 
 
DƏRSİN GEDİŞİ 
MOTİVASİYA 
Müəllim şagirdləri hekayədən bir parça ilə tanış edir:  
Behişt ətri 
... Evimizin arxasında qızılgüllər böyük bir sahəni tutmuşdu. Gül kollarından sonra 
üzümlük başlayırdı. 
... Qəflətən elə bir leysan başladı ki, tut ucundan – göyə çıx. Leysan qəflətən başla-
dığı kimi, qəflətən də kəsdi, gün çıxdı. 
Mən yağışdan sonra torpaqdan gələn  ətri çox xoşlayıram. Odur ki bu ətri 
qoxulamaq üçün həyətə düşdüm. Amma havada torpaq ətrini başqa bir ətir 
üstələmişdi.  Ətraf qızılgül  ətri ilə dolmuşdu.  Ətrin mənbəyi məlum idi. Mən 
evimizin arxasına keçdim. Gözümün qarşısında açılan mənzərədən donub qaldım.  
İlahi, bu nə ecazkar mənzərə, bu nə möcüzədir, təkrarolunmaz gözəllikdir? Bu ki, 
əsl behişt ətridir. Bu sözləri mən indi, o hadisədən onilliklər keçəndən sonra yada 
salsam da, elə o zaman da bu sözlərə uyğun hislər keçirirdim. 
Mətnlə tanışlıqdan sonra müəllim sinfə müraciət edir:   
– Bəs siz uşaqlıq illərindən hansı xatirələri yada salırsınız?  
– Hansı hadisələr uzun müddət yadda qalır, hansılar isə tez unudulur?  
– Bu nədən asılıdır? 
Alt  
STANDART   
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və 
təqdimatlar hazırlayır. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Müsbət və  mənfi emosiyaları ifadələrinə  və yaranmasına görə 
təsnif edir, mexanizmini şərh edir. 
Yaddaş proseslərinin mexanizmini şərh edir.   
Mühit amillərinin insanın emosiyalarına və yaddaşına təsirini şərh 
edir,  təqdimatlar hazırlayır. 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə  
 
 
İstifadə olunan 
İŞ ÜSULLARI 
Beyin həmləsi, fasiləli oxu, təqdimat 
 
 
İNTEQRASİYA 
Az.dili.-3.1.3; H.B.-2.1.1;  Az.tarixi – 1.2.2;  İnf.-3.3.3.
 
 
RESURSLAR 
Dərslik, şəkillər, kompüter, proyektor, elektron təqdimatlar, rəngli 
karandaş və flomasterlər, A3 və ya A4 vərəqlər   

 
200
– Bütün insanların yaddaşı eynidirmi? 
 
Bu mərhələdə  şagirdlər fərdi  şəkildə “Fəaliyyət” bölümündə verilən, yaxud 
aşağıdakı praktik işi yerinə yetirirlər (bu halda şəkil böyük formatda lövhədə 
nümayiş etdirilir).  
Tapşırıq: Qarşınızda müxtəlif söz yığını var (Sözlər bir-biri ilə əlaqəsi olmayan 
14-15 müxtəlif  şəkillə  də  əvəz oluna bilər). 30 saniyə  ərzində bu sözlərə diqqətlə 
baxıb onları yadda saxlamağa çalışmalısınız. 10 saniyə fasilə verdikdən sonra bir 
dəqiqə ərzində onları yada salıb dəftərinizdə qeyd etməlisiniz. 
 
 
 
Müəllim:  
– Əgər 6 sözdən az yadda saxlamısınızsa, deməli, yaddaşınız zəifdir və siz onu 
məşq etdirməlisiniz. 6-9 söz – yaxşı, 10 söz isə yaddaşınızın  əla olduğunu 
göstərir. 
 
Tədqiqat sualı:
  İnsanın yaddaşı hansı orqanlar sistemi ilə əlaqədardır? Hansı 
meyarlara əsasən yaddaşı növlərə ayırmaq olar? 
 
TƏDQİQATIN APARILMASI  
Tədqiqat işi bütün siniflə (“Fasiləli oxu” üsulu ilə), yaxud kiçik qruplarda 
aparılır.  Şagirdlər dərslikdəki məlumatla tanış olduqca sxemləri doldururlar. 
Müəllim belə tapşırıq verir: 
– Dərslikdəki mətni oxuyun. Yaddaşın növlərini sxemin müvafiq xanalarında qeyd 
edin. Hər yaddaş növünə misal göstərin. 
  
 
 
 
 

 
 
ve
 
Ta
– T
for
– S
So
tap
    
“Emosiya” an
erilə bilər. Bunu
apşırıq: 
Təqdim olunan 
rmasının dəyişm
Sizcə, bunun sə
onra müəllim “e
pşırır. (müsbət v
 
nlayışının izahı 
un üçün lövhədə
insanların vəziy
məsinə  görə təs
əbəbi nədir? 
emosiya” anlayı
və mənfi)  
201
və emosiyaların
ə şəkil nümayiş 
yyətini dodaqla
svir edin. (sevin
ışını izah edir, 
n növləri dərsin
edilir:  
arın, gözlərin, m
nc, qorxu, qəzəb
şagirdlərə emos
 
 
n ikinci hissəsind
mimiki əzələlərin
b, təəccüb və s.)
siyaları təsnif e
də də 

 
etməyi 

 
202
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ.  
Müəllim tədqiqat işinin nəticələrini müzakirə edir.  
  
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ   
Müəllim şagirdlərə məlumatı  ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır: 
–  İnsanın mərkəzi sinir sisteminin köməyi ilə  fərdi təcrübə toplamaq, onu 
yadda saxlamaq və lazım gəldikdə təkrarlamaqla səciyyələnən  proseslər məcmusu 
yaddaş adlanır. Yaddaşın formalaşmasında beyin qabığı iştirak edir.  
Yaddaş  xatırlama,  yaddasaxlama  və  təkraretmə kimi proseslərdən ibarətdir. 
Bu proseslərin müddətindən asılı olaraq yaddaşı 3 tipə ayırırlar: sensor və ya ani 
yaddaş, qısamüddətli yaddaş, uzunmüddətli yaddaş. Məlumatın yaddaqalma xüsu-
siyyətinə görə iki cür yaddaş ayırırlar: iradi və qeyri- iradi yaddaşlar. 
İnsanda meydana çıxmasına görə aşağıdakı yaddaş tiplərinə bölünür: hərəkət 
yaddaşı, obrazlı yaddaş, emosional yaddaş və söz yaddaşı
Yaddaşın tipləri bir-biri ilə əlaqəlidir. Bəzən məlumatın yadda saxlanılmasın-
da bir neçə yaddaş növü iştirak edir.  
 
YARADICI TƏTBİQETMƏ   
Müəllim dərsin bu mərhələsində  şagirdlərə yaddaşı möhkəmləndirmək üçün 
tövsiyələr adlı siyahı tərtib etməyi tapşırır. Tapşırığı evə vermək də mümkündür.  
Evə “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” bölümündəki 2-ci və 3-cü 
tapşırıqlar verilir. 
 
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  
meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq  
şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. 
 
 

 
203
Tövsiyə olunan mənbələr
 
 
1.  Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Z.A.Veysova. Birləşmiş Millətlər Təşkilatının 
Uşaq Fondu (UNICEF) 
2.  Düşünən sinif üçün öyrətmə və öyrənmə üsulları. A.Krouford, E.Vendi Soul, S.Metyu, 
C.Makinster 
3.  Пасечник В.В. Введение в общую биологию и экологию. 9 класс. Тематическое и 
поурочное планирование к учебнику А.А. Каменского, Е.А. Криксунова, В.В. 
Пасечника: Пособие для учителя. – М.: Дрофа, 2004. 
4.  Пепеляева О.А., Сунцова И.В. поурочные разработки по общей биологии: 9 класс. – 
М.: ВАКО, 2009. 
5.  Биология. 8-9 классы: рефераты / сост. М.В. Высоцкая. – Волгоград: Учитель, 2007. 
6.  Биология. 9 класс. Подготовка к государственной итоговой аттестации – 2010: учебно 
– методическое пособие / А.А. Кириленко, С.И. Колесников – Ростов н/Д: Легион, 
2009. 
7.  Открытые уроки по биологии. 7-9 классы / авт.-сост. В.В. Балабанова, Т.А. 
Максимцева. – Волгоград: Учитель, 2003. 
8.  Справочник учителя биологии: законы, принципы, правила, биографии ученых/ авт.-
сост. Н.А. Степанчук. – Волгоград: Учитель, 2010. 
9.  Биология. 5-9 классы: проектная деятельность учащихся / авт.-сост. Е.А. Якушкина и 
др. – Волгоград:  Учитель, 2009. 
10.  Биология. 6-9 классы. Конспекты уроков: семинары. Конференции, формирование 
ключевых компетенций / авт.-сост. И.Н. Фасевич и др. – Волгоград: Учитель, 2009. 
11.  Олимпиадные задания по биологии. 6-11 классы /авт.-сост. Л.М. Кудинова. – 
Волгоград: Учитель, 2005. 
12.  Занимательная биология на уроках и внеклассных мероприятиях. 6-9 классы / авт.-
сост. Ю.В. Щербакова, И.С. Козлова. – М.: Глобус, 2010. 
13.  Ватуев А.С., Гуленкова М.А., Еленевский А.Г. Биология: Большой справочник для 
школьников и поступающих в вузы. -М.: Дрофа, 2004; 
14.  Болгова И.В. Сборник задач по Общей биологии для поступающих в вузы. – М.: 
«Оникс 21 век» «Мир и образование», 2005; 
15.  Козлова Т.А., Кучменко B.C. Биология в таблицах 6-11 классы: Справочное пособие. 
-М.: Дрофа, 2002. 
16.  “Ümumi biologiya, 10-11-ci sinif”. Dərs vəsaiti. Bakı, 2011. 
17.  Пименов А.В., Пименова И.Н. Биология. Дидактические материалы к разделу 
«Общая биология». «Издательство НЦ ЭНАС», 2004. 
18.  Реброва Л.В., Прохорова Е.В. Активные формы и методы обучения биологии. М.: 
Просвещение, 1997. 
19.  Фросин В. Н., Сивоглазов В. И. Готовимся к единому государственному экзамену: 
Общая биология. – М.: Дрофа, 2004. – 216 с; 
20.  Калинова Г.С. Подготовка к экзаменам; М.:АСТ*Астрель, 2004г. 
21.  Суханова Т.С. Биология/Экзамен для всех/, – М.;Вентана-Граф,2004г. 
22.  Чередникова Г.В.Биология.9 класс/для преподавателей/.-Волгоград: Учитель, 2009г. 
23.  www.bio.1september.ru 
24.  www.bio.nature.ru 
25.  http://gimbioperm.blogspot.com/ 
26.  http://bio.reshuege.ru/?redir=1 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
204
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Biologiya – 9 
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Biologiya” fənni üzrə müəllim üçün metodik vəsait  
 
 
 
 
Tərtibçi heyət: 
 
Müəlliflər:  
Xumar Elçin qızı Əhmədbəyli 
Nailə İlyas qızı Əliyeva 
Yaşar Mədət oğlu Seyidli 
 
Dil redaktoru  
K.Cəfərli  
Nəşriyyat redaktoru  
K.Abbasova 
Texniki redaktoru  
Z.İsayev 
Dizayneri 
P.Məmmədov  
Korrektoru  
A.Məsimov 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli 369 №-li 
əmri ilə təsdiq olunmuşdur. 
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016 
 
 
Kağız formatı: 70 x 100
1
/
16
.  
Səhifə sayı 204. Fiziki çap vərəqi: 12,75.  
Tirajı: 7000. Pulsuz. 
 
“Şərq-Qərb” ASC-nin mətbəəsində çap edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin