YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

 
 
Elektron resurslar 
https://www.youtube.com/watch?v=0OXXUebGoI8 
https://www.youtube.com/watch?v=KMdkws7VBZQ 
https://www.youtube.com/watch?v=ugeAWrHMGxU 
http://tana.ucoz.ru/load/342-1-0-2085 
http://tana.ucoz.ru/load/266-1-0-1009 
 
Qiymətləndirmə meyarı: izahetmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
“Növ”, “növün kri-
teriləri” anlayışlarını 
çətinliklə izah edir.  
“Növ”, “növün kri-
teriləri” anlayışlarını 
izah edərkən tez-tez 
səhvlər buraxır. 
“Növ”, “növün kri-
teriləri” anlayışlarını 
əsasən  izah edir. 
“Növ”, “növün 
kriteriləri” anla-
yışlarını düzgün  
izah edir. 
 
 
Dərs 35 / Mövzu 26: 
POPULYASİYANIN QURULUŞU VƏ MÜXTƏLİFLİYİ 
Alt 
STANDARTLAR
2.1.3. Bioloji proseslərin mahiyyəti və  məzmununu, baş verən 
dəyişiklikləri riyazi üsullarla əsaslandırır. 
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, 
təqdimatlar hazırlayır.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Populyasiyanın quruluş  və müxtəlifliyində    baş verən dəyi-
şikliklərə aid riyazi hesablamalar aparır və müvafiq nəticələr 
çıxarır. 
  Populyasiyanın quruluş  və müxtəlifliyinə  təsir edən amillərin 
rolunu şərh edir. 
  Populyasiyanın quruluş  və müxtəlifliyinə  təsir edən amillərin 
rolu ilə bağlı  təqdimatlar hazırlayır.  
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Populyasiya, genofond, mutasiya
 

 
112
 
Mövzu ilə tanışlıq məqsədilə  şagirdlər mövcud biliklərə  əsaslanaraq sualları 
müzakirə edir, fərziyyələrini irəli sürürlər: 
– Niyə tanıdığımız növlərin əksəriyyətinin nümayəndələri təbiətdə qruplar halında 
yaşayır? 
– Niyə bir növün fərdlər qrupuna hər yerdə deyil, yalnız müəyyən sahələrdə rast 
gəlinir? Bu hansı sahələrdir? 
Müzakirə zamanı müəllim şagirdlərin fikrini ona yönəldir ki, müxtəlif növlərin 
fədlərinin rahat yaşamaq məqsədilə uyğun  şərait və  həyat fəaliyyətini davam 
etdirmək üçün resurslar tələb olunur. Arealın sərhədləri daxilində hər bir növ bütöv 
ərazidə deyil, yalnız onun həyat fəaliyyəti üçün şərait olan ayrı-ayrı sahələrdə 
məskunlaşır. 
 
Tədqiqat sualı: 
Bir növün fərdlərinin təbii qruplaşması olan populyasiyaların 
quruluşu və xüsusiyyətləri necədir? Populyasiyanın sabitliyi 
və tamlığı necə təmin olunur?
 
 
Dərsin əsas məzmunu 
• Populyasiya bir növə aid olan fərdlərin təbii qruplaşmasıdır. 
• Populyasiyanın göstəriciləri

tutduğu ərazi, fərdlərin miqdarı, cinsinə və yaşına 
görə  tərkibi, genetik müxtəlifliyi, orqanizmlərin qarşılıqlı münasibətləri. 
• Populyasiya növün elementar vahididir
 
 
Fənlərarası inteqrasiya yaratmaq üçün şagirdlər həm dərslikdəki, həm  əlavə 
məsələləri (“Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” bloku) həll edir, nəticə 
çıxarırlar. Aşağıdakı hesablamaları apararkən  şagirdlər riyaziyyat fənnindən 
reallaşdırdıqları bacarıqlara istinad edirlər.  
Məsələlərin həlli 
A) 1-ci il. 2000+800(40%)=2800 
     2-ci il. 2800+1120(40%)=3920 
    3-cü il. 3920+1568(40%)=5488 
 
B) 1-ci il. Marallar: 2000+800(40%)=2800 
Canavarların yedikləri maralların sayı: 15x30=450 
 Sağ qalan maralların sayı: 2800–450=2350 
 
     2-ci il. Marallar: 2350+940(40%)=3290 
Canavarların yedikləri maralların sayı: 15x30=450 
 Sağ qalan maralların sayı: 3290–450=2840 
 
 3-cü il. Marallar: 2840 +1136(40%)=3976 
Canavarların yedikləri maralların sayı: 15x30=450 
 Sağ qalan maralların sayı: 3976–450=3526 
 

 
113
Təklif olunan cədvəl, sxem və krossvordlar  
Məlumatın vizual qavranması üçün müəllim areal 
daxilində bir növə aid olan populyasiyaların yerləşməsini  
sxematik nümayiş etdirə bilər.   
Burada bir növə aid olan populyasiyalar nöqtələrlə 
işarələnmişdir. 
 
 
 
 
Göstəricilər Mahiyyəti 
Tutduğu ərazi 
Populyasiya növün arealı daxilində 
müəyyən ərazi tutur. İri heyvanlarda 
populyasiyanın tutduğu ərazi kiçik 
heyvanlardakından daha iri olur. 
Fərdlərin  
•  miqdarı 
•  sıxlığı 
•  populyasiyada fərdlərin ümumi 
sayı 
•  sahə vahidində məskunlaşan 
fərdlərin orta sayı 
Tərkibi: 
•  cinsinə 
•  yaşına görə   
 
•  dişi və erkəklərin nisbəti 
•  müxtəlif yaşlı fərdlərin nisbəti  
Genetik müxtəlifliyi 
Hər bir populyasiyanın özünəməxsus  
spesifik genotip yığımları – genofondu  
olur.  
Orqanizmlərin qarşılıqlı münasibətləri  Çoxalmada olan münasibətlər, həyat 
resurslarına görə rəqabət 
 
 
 
 
 
 
Fərdlərin 
miqdarı və 
sıxlığı
həyat şəraitinin 
dəyişməsi
fərdlərin 
miqrasiyası
doğum və ölüm
halları
ilin müxtəlif 
fəsilləri

 
114
 
 
 
 
 
 
 
 
 
 
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular  
• Canlı orqanizm populyasiyalarının sayına insan fəaliyyətinin müsbət və mənfi 
təsiri. Tarixi faktlar və müasir dövr.  
 
Elektron resurs 
http://interneturok.ru/ru/school/biology/9-klass/undefined/populyatsiya-kak-forma-
suschestvovaniya-vidov-v-prirode 
 
Qiymətləndirmə meyarları: hesablama, şərhetmə, təqdimat hazırlama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Populyasiyanın 
quruluş və 
müxtəlifliyində  baş 
verən dəyişikliklərə 
aid riyazi 
hesablamaları yalnız 
müəllimin köməyi 
ilə aparır. 
Populyasiyanın 
quruluş və 
müxtəlifliyində  baş 
verən dəyişikliklərə 
aid riyazi hesabla-
maları çətinliklə 
aparır, nəticələri 
çıxarmaqda çətinlik 
çəkir. 
Populyasiyanın 
quruluş və 
müxtəlifliyində  baş 
verən dəyişikliklərə 
aid riyazi 
hesablamalar 
apararkən kiçik 
səhvlər buraxır, 
nəticələr çıxarır. 
Populyasiyanın 
quruluş və müxtə-
lifliyində  baş 
verən dəyişik-
liklərə aid riyazi 
hesablamaları 
müstəqil aparır və 
müvafiq nəticələr 
çıxarır. 
Populyasiyanın 
quruluş və 
müxtəlifliyinə təsir 
edən amillərin 
rolunu çətinliklə 
şərh edir. 
Populyasiyanın 
quruluş və 
müxtəlifliyinə təsir 
edən amillərin 
rolunu qeyri-dəqiq 
şərh edir. 
Populyasiyanın 
quruluş və 
müxtəlifliyinə təsir 
edən amillərin 
rolunu əsasən şərh 
edir. 
Populyasiyanın 
quruluş və 
müxtəlifliyinə 
təsir edən 
amillərin rolunu 
dolğun şərh edir. 
Populyasiyanın 
quruluş və müxtəlif-
liyinə təsir edən 
amillərin rolu ilə 
bağlı  təqdimatları 
yalnız yoldaşlarının 
köməyi ilə 
hazırlayır.  
Populyasiyanın 
quruluş və 
müxtəlifliyinə təsir 
edən amillərin rolu 
ilə bağlı  təqdimatlar 
hazırlayarkən 
çətinlik çəkir.  
Populyasiyanın 
quruluş və 
müxtəlifliyinə təsir 
edən amillərin rolu 
ilə bağlı  təqdimatlar 
hazırlayır.  
Populyasiyanın 
quruluş və 
müxtəlifliyinə 
təsir edən 
amillərin rolu ilə 
bağlı  ətraflı 
təqdimatlar 
hazırlayır.  
 
 
 
Populyasiyada cinsi 
yetişkənliyə malik fərdlər 
üstünlük təşkil edir 
İNKİŞAF 
Populyasiyada yaşlı fərdlər 
üstünlük təşkil edir 
MƏHV 

 
115
Dərs 36 / Mövzu 27:
 
ÜZVİ ALƏMİN TƏSNİFATI VƏ TƏKAMÜLÜ. 
TƏKAMÜL TƏLİMİNİN YARANMASI 
 
 
Sualların müzakirəsinə keçməzdən  əvvəl  şagirdlər 6 və 7-ci siniflərdə 
qazanılmış biliklərə  əsaslanaraq canlı orqanizmlərin təsnifat kateqoriyalarını 
xatırladır, “sistematika” elminin əsas anlayışlarını qeyd edirlər. Lövhədə müasir 
sistematik kateqoriyaların ardıcıllığı sxemi tərtib olunur (dərsin sonunda bu sxemə 
qayıdılacaq).  
Sonra dərslikdə A blokunda verilmiş suallar müzakirə olunur. 
Tədqiqat sualı:
  Hansı alimlər müasir sistematikanın əsaslarını qoymuşdur? 
Onların nailiyyətləri və səhvləri nədən ibarətdir? 
 
B blokunda verilmiş fəaliyyət yerinə yetirilir.  
Dərsin əsas məzmunu 
Paraqrafın C blokunda verilmiş nəzəri materialla tanışlıq “Fasiləli oxu”, yaxud 
“Kiçik qruplarda müzakirə” üsulları ilə aparıla bilər.  Əgər “Kiçik qruplarda 
müzakirə” üsulu tətbiq olunarsa, tədqiqat 2 mövzu üzrə aparılır:  
1) Karl Linneyin təsnifat sistemi; 
2) J.B.Lamarkın təkamül təlimi. 
Qrupların sayı cüt olmaq şərti ilə eyni mövzular bərabər paylanılır (dərslikdəki 
mətnlə yanaşı, müəllim tərəfindən  əlavə  məlumat da təqdim oluna bilər) və 
qruplara eyni tapşırıq verilir. 
Tapşırıq: 
1. Karl Linneyin təsnifat sistemi (+ və –)  
2. J.B.Lamarkın təkamül təlimi (+ və –) 
İşin nəticələri cədvəl, yaxud sxem şəklində  təqdim olunur (təqdimat forması 
əvvəldən müəyyən olunmalıdır).  
 
Təklif olunan cədvəl və sxemlər  
K.Linneyin təsnifat sistemi 
+ – 
Canlı təbiətin elementar vahidi kimi növü 
əsas götürmüşdü.
 
Növlərin sistemləşdirilməsi zamanı yalnız 
bir-iki zahiri əlaməti əsas götürmüşdü, 
buna görə genetik cəhətdən bir-birindən 
uzaq olan növlər eyni qrupa, bir-birinə 
yaxın növlər isə müxtəlif qrupa düşürdü. 
 
Alt 
STANDART  
1.1.4. Mikrotəkamülü  izah edir və ona dair təqdimatlar hazırlayır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Təkamül  təliminin yaranmasının ilkin şərtlərini   izah edir. 
  Təkamül təliminin yaranması tarixinə  dair    təqdimatlar 
hazırlayır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Qradasiya, “kreasionizm” 

 
116
Yaxın növləri cinslərdə, cinsləri 
dəstələrdə, dəstələri siniflərdə 
yerləşdirmişdir.
 
Alimin sistematikası üzvi aləmin tarixi 
inkişafını əks etdirə bilmədi. 
Növləri adlandırmaq üçün sələfləri 
tərəfindən təklif olunmuş qoşa latın 
adlarından istifadə etmişdir.
 
Təbiətdə növlərin ilahi qüvvə tərəfindən 
yarandığını  və dəyişməz olduğunu 
göstərirdi. 
8000-dən çox növü təsvir etmiş və bir sıra 
terminləri elmə daxil etmişdir.
 
 
Onun işləri canlı orqanizmlərin 
təsnifatının və sonrakı tədqiqat işlərinin 
əsasını təşkil etmişdir. 
 
 
J.B.Lamarkın təkamül təlimi 
+ – 
Bitki və heyvanlar üzvi aləmin tarixi 
inkişafının – təkamülün nəticəsi olmasını 
göstərmişdir
.
 
 
Orqanizm özünü həyat 
şəraitinə 
uyğunlaşdırmaq üçün daim məşq edir. 
Məşq etmiş orqanlar daha yaxşı inkişaf 
edir, məşq etməyən isə sıradan çıxır.
 
Linneyin sistematikasını  təkmilləşdirərək  
bir deyil, çoxlu əlaməti əsas götürdü.
 
Məşqetmə nəticəsində qazanılan 
əlamətlərin faydalı olması və irsən nəslə 
keçməsidir. 
Orqanizmin qohumluğunu və  mənşəyini 
əsas götürməklə elmi sistematikanı 
yaratdı. 
 
Qradasiyanın əsas hərəkətverici qüvvəsi 
orqanizmlərdə əvvəlcədən qoyulmuş 
tərəqqiyə doğru olan “daxili meyil”dir. 
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu  
• Antik dünyada və orta əsrlərdə təkamül ideyalarının inkişaf tarixi. 
 
Elektron resurslar 
https://www.youtube.com/watch?v=Wu7zlU75utI 
https://www.youtube.com/watch?v=lFw7zV3qCTY 
 
Qiymətləndirmə meyarları: izahetmə, əsaslandırma 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Təkamül təliminin 
yaranmasının ilkin 
şərtlərini çətinliklə 
izah edir.
 
Təkamül  təliminin 
yaranmasının ilkin 
şərtlərini   izah edər-
kən səhvlər buraxır.
 
Təkamül  təliminin 
yaranmasının ilkin 
şərtlərini əsasən 
izah edir.
 
Təkamül  təlimi-
nin yaranmasının 
ilkin şərtlərini  
ətraflı izah edir.
 
Təkamül təliminin 
yaranması tarixinə 
dair  təqdimatları 
yalnız yoldaşlarının 
köməyi ilə 
hazırlayır.
 
Təkamül təliminin 
yaranması tarixinə 
dair  təqdimatları 
hazırlayarkən müəl-
limin köməyindən 
istifadə edir. 
Təkamül təliminin 
yaranması tarixinə 
dair  təqdimatları 
hazırlayır.
 
Təkamül təliminin 
yaranması tarixinə 
dair  dolğun 
təqdimatları 
müstəqil olaraq 
hazırlayır.
 
 

 
117
Dərs 37 / Mövzu 28:
  DARVİNİN TƏKAMÜL TƏLİMİ  
 
 
 
Keçən dərsdə qazanılan biliklərə əsaslanan şagirdlər dərsliyin A blokunda verilmiş 
və aşağıdakı sualları müzakirə edirlər: 
– Elmin inkişafında K.Linneyin xidmətləri nədən ibarətdir? 
–  Linneyin üzvi aləmin yaranmasına dair baxışları necə idi? 
– Niyə Linneyin yaratdığı təsnifat süni sayılır?  
– Linneyin və Lamarkın canlı təbiətin təkamülünə baxışları nə ilə fərqlənirdi? 
– Niyə alimlər Lamarkın təkamül nəzəriyyəsində ciddi səhvlər olmasına 
baxmayaraq, onun tədqiqatlarının təkamül nəzəriyyəsinin inkişaf prosesini 
zənginləşdirdiyini qəbul edirlər? 
Mətnin birinci abzası ilə tanışlıqdan sonra tədqiqat sualı verilir. 
 
Tədqiqat sualı:
  Darvin təlimi nəyə əsaslanır? Darvin təliminin əsas 
müddəalarının mahiyyəti nədən ibarətdir? 
 
Dərsin əsas məzmunu 
Müəllim xəritədə  Darvinin səyahət etdiyi marşrutu, tapdığı eksponatları  
göstərərək dərsi izah edir. 
Şagirdlərin diqqətini səyahət zamanı toplanmış faktiki məlumatlara yönəltmək 
lazımdır. Bu nəticələr aşağıdakıları sübut edir: 
• Növlərin dəyişkənliyini. 
• Növlər arasında oxşarlıqları və fərqləri.  
• Canlı orqanizmlərin çoxşəkilliliyini. 
• Canlı orqanizmlərin yaşayış mühitinə uyğunlaşmalarını; növəmələgəlmədə mühit 
şəraitinin rolunu. 
 
Alt 
STANDART  
1.1.4. Mikrotəkamülü  izah edir və ona dair təqdimatlar hazırlayır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Darvin təliminin əsas müddəalarını izah edir. 
  Yer üzərində  həyatın  yaranması  və canlı orqanizmlərin  
çoxşəkilliliyi haqqında müasir elmi nəzəriyyələrə dair 
təqdimatlar hazırlayır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Təbii seçmə, irsi dəyişkənlik 

 
 

• İ
dax
• N
dai
• O
sis
 
 
 
 
əklif olunan cəd
K.Linney
İkiqat latın adların
xil etmişdir. 
Növlər dəyişməzd
imidir,  təkamül y
Orqanizmlərin 
stematikasını yara
• 
• 
dvəl, sxem və k
nı elmə 
dir, 
yoxdur.  
atmışdır. 
• Hey
sistem
mürək
qayda
Təkam
hərək
orqan
doğru
• İlk d
təkam
nəzər
 


118
krossvordlar 
J.B.Lamark
yvanların 
matikasını sadədə
kkəbə doğru təka
ası ilə yaratmışdı
mülün təbiətdə əs
kətverici qüvvəsi 
nizmin tərəqqiyə 
u olan meylidir. 
dəfə üzvi aləmin 
mülü barədə elmi 
riyyə yaratmışdır.

ən 
amül 
r. 
sas 


• Növlər
müxtəlif
təkamülü
• Təbii s
hərəkətv
 
 
 
Ç.Darvin
 
in çoxşəkilliliyi 
f şəraitdə baş ver
ün nəticəsidir.  
eçmə təkamülün 
verici qüvvəsidir.
 
ən 
 

 
119
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular  
• Yer üzərində həyatın  yaranması və canlı orqanizmlərin çoxşəkilliliyi haqqında 
müasir elmi nəzəriyyələr. 
 
Elektron resurslar 
http://biology-online.ru/catalog/item17.html 
http://www.darwinmuseum.ru/_theme/darwin/?dir=biography&more=3 
https://www.youtube.com/watch?v=IaVbO3_CVeU 
 
Qiymətləndirmə meyarları: izahetmə, təqdimat hazırlama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Darvin təliminin 
əsas müddəalarını 
çətinliklə izah edir. 
Darvin təliminin 
əsas müddəalarını 
izah edərkən tez-tez 
səhvlər buraxır. 
Darvin təliminin 
əsas müddəalarını 
əsasən izah edir. 
Darvin təliminin 
əsas müddəalarını 
düzgün izah edir. 
Yer üzərində həyatın  
yaranması və canlı 
orqanizmlərin  
çoxşəkilliliyi  
haqqında müasir 
elmi nəzəriyyələrə 
dair təqdimatları 
yalnız yoldaşlarının 
köməyi ilə 
hazırlayır. 
Yer üzərində 
həyatın  yaranması 
və canlı orqanizm-
lərin  çoxşəkilliliyi  
haqqında müasir 
elmi nəzəriyyələrə 
dair təqdimatlar 
hazırlayarkən 
müəllimin kömə-
yindən istifadə edir. 
Yer üzərində 
həyatın  yaranması 
və canlı orqanizm-
lərin  çoxşəkilliliyi  
haqqında müasir 
elmi nəzəriyyələrə 
dair təqdimatlar 
hazırlayır. 
Yer üzərində 
həyatın  yaranma-
sı və canlı orqa-
nizmlərin  çoxşə-
killiliyi  haqqında 
müasir elmi 
nəzəriyyələrə dair 
dolğun təqdi-
matlar hazırlayır. 
 
 
Dərs 38 / Mövzu 29:
 YAŞAMAQ UĞRUNDA MÜBARİZƏ 
 
Mövzu ilə tanışlıq məqsədilə şagirdlər mövcud biliklərə əsaslanaraq dərslikdə  
verilmiş sualları müzakirə edir, fərziyyələrini irəli sürürlər. Tədqiqat sualı 
formalaşdırılır. 
 
Alt 
STANDARTLAR
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən 
dəyişiklikləri riyazi üsullarla əsaslandırır. 
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, 
təqdimatlar hazırlayır.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  İntensiv çoxalma prosesi zamanı    baş verən dəyişikliklərə aid 
riyazi hesablamalar aparır və müvafiq nəticələr çıxarır. 
  Yaşamaq uğrunda mübarizə prosesinin mahiyyətini izah edir. 
  Ekoloji amillərin yaşamaq uğrunda mübarizə prosesində rolunu 
şərh edir.   
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
İntensiv çoxalma, yaşamaq uğrunda mübarizə, növdaxili, növarası 
və əlverişsiz mühitlə mübarizə  
 

 
120
Tədqiqat sualı:
  İntensiv surətdə çoxalan orqanizmlərin məhdudiyyətsiz 
yayılmasının qarşısını alan mexanizmlərin xüsusiyyətləri 
nədən ibarətdir? 
 
Müəllim B blokunda “Fəaliyyət” bölməsində  təqdim olunan məsələ ilə bağlı 
hesablamaları apararkən fənlərarası inteqrasiya yaratmaqla şagirdlərin riyaziyyat 
fənnindən reallaşdırdıqları bacarıqlara istinad edir.  
 
Məsələ. Bir milçək hər 20 gündən bir 120 yumurta qoyur. Əgər yumurtadan çıxan 
milçəklərin yarısının dişi olduğunu nəzərə alsaq, yayda 2 ay ərzində nə qədər 
milçək əmələ gələ bilər?  
 
Həlli: 
20 gündən sonra – 120 yumurta; 
40 gündən sonra – 60 ×120=7200; 
60 gündən sonra – 3600×120= 432 000 yumurta. 
 
Nəticələrin müzakirəsi zamanı müəllim  şagirdlərin fikrini ona yönəldir ki, 
orqanizmlərin nəsilvermə qabiliyyəti çox böyük ola bilər, lakin yetkin dövrə az 
miqdarda fərd gəlib çata bilir. Onlardan böyük qismi müxtəlif səbəblərdən məhv 
olur və həqiqətdə orqanizmlərin sayının belə artımı heç vaxt müşahidə olunmur.  
Mövzuda verilmiş  nəzəri materialla tanışlıq “Ziqzaq”, “Fasiləli oxu”, “Kiçik 
qruplarda müzakirə”, yaxud hər hansı digər üsulla aparıla bilər. 
 
 
Dərsin əsas məzmunu 
• İntensiv çoxalma. 
• “Yaşamaq uğrunda mübarizə” anlayışının mahiyyəti. 
• Yaşamaq uğrunda mübarizənin formaları: növdaxili, növarası və əlverişsiz 
mühitlə mübarizə.  
 
Təklif olunan cədvəl və sxemlər  
 
 Növdaxili 
Növarası 
Əlverişsiz mühitlə 
mübarizə 
Təsviri 
İstənilən növün bir 
populyasiyasının 
fərdləri arasında baş 
verir. Ən kəskin 
mübarizə formasıdır.  
Ayrı-ayrı növlər 
arasında gedir. 
Növ və cansız təbiətin 
əlverişsiz amilləri 
arasında gedir.   
Səbəbləri 
Eyni növün fərdləri 
eyni həyat şəraitinə 
möhtacdırlar. 
Müxtəlif növlərin 
fərdləri eyni resurslar 
(qida, ərazi) uğrunda 
rəqabət aparırlar. 
Mühitin quraqlıq, 
nəmişlik, soyuqluq və 
bu kimi əlverişsiz 
şəraitin təsiri. 
 
 
 

 
121
Mübarizənin 
nəticələri 
Növün fərdlərinin bir 
qisminin məhvi və 
çoxalma 
qabiliyyətinin 
azalması ilə müşayiət 
olunur, lakin növün 
inkişafına və 
mükəmməlləşməsinə 
kömək edir. 
Bir-biri ilə qarşılıqlı 
münasibətdə olan 
növlərin təkamülünə, 
qarşılıqlı 
uyğunlaşmaların 
inkişafına gətirib 
çıxarır, həm də 
növdaxili mübarizəni 
gücləndirir və 
kəskinləşdirir.  
Canlı orqanizmlərdə 
müxtəlif 
uyğunlaşmalar 
yaranır. 
Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin