YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

II 
 
 
FƏSİL ÜZRƏ
1.  Düzgün 
  Hüceyrə nəz
R.Huk  / T.Ş
  Hüceyrə nəz
quruluşuna
  Poliomielit,
canlılar törə
  Plazmatik m
qlikogen və 
  R.Huk  /  K.
  Nüvəciklər v
orqanoidləri
  Üzvi maddə
heterotrof a
2.  Bitki hüc
3.  Uyğunlu
a)  Nüvə  
b)  Mitoxon
c)  Plastid  
d)  Ribosom
e)  Endoplaz
f)  Hüceyrə
g)  Holci ko
h)  Lizosom
i)   Vakuol 
Ə KİÇİK SUMM
cavab variantın
zəriyyəsinin əsa
Şvann, M.Şleyde
zəriyyəsinə gör
 /  yerinə yetird
 qrip  /  vəba, v
ədir. 
membranın quru
nişasta   / zülal
Ber ilk dəfə “hü
və xromosomlar
inə aid deyil. 
ələri qeyri-üzvi 
adlanır. 
ceyrəsinin nömr
uğu müəyyən ed
dri 
m  
zmatik şəbəkə 
mərkəzi 
mpleksi 

88
MATİV QİYM
 
nı qeyd edin: 
as müddəalarını
en formalaşdırd
rə, bütün orqani
diyi funksiyaları
vərəm xəstəliklə
uluş və funksiya
l və lipid molek
üceyrə” termini
r  /  Ribosomlar
maddələrdən si
rələrlə göstərilə
Onlardan
olmur?
 
 
 
 
 
 
 
 
 
 
 
din: 
1
2
3
4
5
6
7
8
1.  Hücey
2.  Zülal 
3.  Fotos
4.  İrsi m
5.  İki bə
6.  Üzvi m
      qabla
7.  ATF-
8.  Hücey
9.   Hüce
 
MƏTLƏNDİRM
ı 1838–1839-cu
dı. 
zmlərin hüceyr
ına görə oxşard
ərini qeyri-hücey
alarını onun tərk
kulları müəyyən
ini elmə daxil e
r və mitoxondri
intez edən canlı
ən orqanoidlərin
n hansıları heyv
 ____________
2 ____________
3 ____________
4 ____________
5 ____________
6 ____________
7 ____________
8 ____________
yrədə maddələr
sintezi.  
intez.  
məlumatın saxlan
ərabər hissədən 
maddələrin topl
aşdırılması.  
in sintezi.  
yrədaxili həzm.
eyrə şirəsi ilə do
MƏ NÜMUNƏ
u illərdə A.Leven
ələri kimyəvi 
dır. 
yrəvi quruluşa m
kibinə daxil olan
n edir.  
tmişdir. 
lər sitoplazman
ılar avtotrof  / 
nin adlarını yazı
van hüceyrəsind
________ 
________ 
________ 
________ 
________ 
________ 
________ 
________ 
rin daşınması.  
nması.  
təşkil olunub. 
lanması və     
 
olu. 
ƏSİ 
nhuk, 
malik 

nın 
ın. 
də 

 
89
4.  6 cavab variantından düzgün olan 3-nü qeyd edin.  
 
Bitki hüceyrəsi  günəş enerjisindən istifadə edərək hansı prosesləri həyata 
keçirir?  
A) hüceyrəyə suyun daxil olması   
B) su molekulunun parçalanması sayəsində molekulyar oksigenin yaranması   
C) zülalların aminturşulara qədər parçalanması   
D) suyun fotolizi nəticəsində hidrogen protonlarının yaranması   
E) piroüzüm turşusunun karbon qazı və suya qədər oksidləşməsi                
F) ATF-in sintezi 
 
5.  Zülalın biosintezi zamanı proseslərin ardıcıllığını müəyyən edin. 
 
a)  m-RNT-nin ribosoma birləşməsi 
b)  n-RNT vasitəsilə aminturşuların daşınması 
c)  zülal molekulunun əmələ gəlməsi  
d)  m-RNT-nin əmələ gəlməsi  
e)   m-RNT-nin nüvədən sitoplazmaya keçməsi  
f)   Polipeptid zəncirinin yaranması 
        
1 2 3 4 5 6 
 
 
 
 
 
 
 
6.  Translyasiya prosesində 30 molekul n-RNT iştirak etmişdi. Sintez olunan 
zülalın tərkibinə daxil olan aminturşuların, onun geninin tərkibindəki 
tripletlərin və nukleotidlərin sayını müəyyən edin.  
 
  Aminturşular _______ 
  Tripletlər  _________ 
  Nukleotidlər _______ 
 
7.  Meyozun birinci bölünməsindəki proseslərin ardıcıllığını müəyyən edin. 
a) xromosomların spirallaşması;  b) bölünmə vətərinin yaranması; 
c) homoloji xromosomların yaxınlaşması; d) homoloji xromosomların 
ayrılması; e) krossinqover; f) DNT-nin ikiləşməsi 
 
 
 
 
 

 
90
8.  İfadələrdə boş yerlərə açar sözlərindən uyğun gələni yazın.  
 
Açar sözlər: dissimilyasiya, xromatidlərin ayrılması, qlükozanın sintezi, 
transkripsiya, assimilyasiya, orqanizmin böyüməsi, translyasiya.  
 
  Zülalın biosintezi  ___________________ reaksiyalarına aiddir. 
  Fotosintezin qaranlıq mərhələsində ___________________  baş verir. 
  Mitoz prosesi olmadan ___________________ baş verə bilməz. 
  Mitozun anafazasında ___________________ baş verir. 
  Gendə olan məlumatın m-RNT-yə köçürülməsi ______________ adlanır. 
  m-RNT-də nukleotid ardıcıllığı formasında yazılmış  məlumatın zülal 
molekulunda aminturşular ardıcıllığına çevrilməsi prosesi ___________ adlanır. 
  Maddələrin enerji ayrılması ilə gedən parçalanma reaksiyalarının cəmi – 
____________ 
 
9.  Suallara cavab verin. 
  Mitoz və meyoz proseslərinin oxşarlığı nədədir? 
_____________________________________________________________ 
 
  Mitoxondri və xloroplastların quruluşu arasında oxşarlıq nədədir? 
_____________________________________________________________ 
 
 
10.  Sxemi tamamlayın. 
 
 
İlkin sadə 
molekullar: 
  

mübadiləsi 

mübadilə
Qidalı maddələr: 
             
  
 
Mürəkkəb molekullar: 
 
  
 
ATF 
enerjisi
 
Son parçalanma 
məhsulları: 
  

 
91
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ  
REALLAŞDIRILACAQ ALT STANDARTLAR 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:  
7 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
      1 saat 
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:                       
1 saat
 
 
 
 
 
Dərs 24 / Mövzu 20: 
ORQANİZMLƏRİN ÇOXŞƏKİLLİLİYİ 
 
 
Mövzu ilə tanışlıq məqsədilə şagirdlər aşağı siniflərdə qazanılan biliklərə əsas-
lanaraq sualı müzakirə edir. Cavablar əsasında “klaster” qurulur (orqanizmlərin 
oxşar əlamətləri bir xanada qeyd olunur).  
 
 
Alt 
STANDARTLAR
1.1.1. Canlıları öyrənən  elm sahələri (sitologiya, histologiya, 
biokimya) barədə məlumat toplayır və təqdimatlar hazırlayır. 
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı 
təqdimatlar hazırlayır.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Canlıları öyrənən  elm sahələrində çalışan alimlər barədə 
məlumat toplayır və təqdimatlar hazırlayır. 
  Birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin quruluş və həyati 
prosesləri haqqında məlumat toplayır və təqdimat hazırlayır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Sista, spor, avtotrof, heterotrof, miksotrof, holozoy 
 
1.1.1. Canlıları öyrənən  elm sahələri (sitologiya, histologiya, biokimya) barədə məlumat 
toplayır və təqdimatlar hazırlayır. 
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar hazırlayır.  
FƏSİL –
3
ORQANİZM TAM BİR SİSTEMDİR
 

 
92
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müzakirə zamanı  BİBÖ cədvəlindən də istifadə oluna bilər. “Fəaliyyət”  
bölməsində iş yerinə yetiriləndən sonra müəllim şagirdlərin fikrini ona yönəldir ki: 
 
“Həyatın təzahür etməsinin  əsas  əlamətlərini, orqanizmlərin quruluşunu və 
fəaliyyətini nəzərə alaraq sistematiklər adətən, bütün canlıları 4 aləmə bölürlər: 
bakteriyalar, bitkilər, göbələklər  heyvanlar. 
Bundan başqa, “qeyri-hüceyrəvi həyat formaları” – viruslar mövcuddur ki, onları 
da canlı  və cansız təbiət arasında aralıq mövqe tutan müstəqil qrupa ayırırlar. 
Sadə quruluşu olan bu canlı varlıqlar həyati funksiyalarını yalnız canlı orqanizm-
lərin hüceyrələrinə daxil olduqda büruzə verirlər.  
 
Tədqiqat sualı:
  Hüceyrəvi orqanizmlərin quruluşunun və həyat fəaliyyətinin 
hansı xüsusiyyətləri var? 
 
Nəzəri material şagirdlərə qismən də olsa tanış olduğundan onunla tanışlıq 
müstəqil olaraq  “İnsert”, yaxud digər üsul ilə də aparıla bilər. Tədricən şagirdlər 
cədvəl, sxem və ya krossvordlar tərtib edirlər. Mövzu ilə daha geniş tanışlıq üçün 
əlavə materiallardan – mətn, şəkil və maketlərdən istifadə etmək olar.
 
 
Dərsin əsas məzmunu 
 Orqanizm bütöv bir sistemdir. 
 Birhüceyrəlilər: quruluşunun və həyat fəaliyyətinin xüsusiyyətləri. 
 Çoxhüceyrəli orqanizmlər: quruluşunun və həyat fəaliyyətinin xüsusiyyətləri.
 
 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar  
 Birhüceyrəlilər Çoxhüceyrəlilər 
Aləm 
Bakteriyalar, bitkilər, 
göbələklər, heyvanlar 
Bitkilər, göbələklər, heyvanlar 
Quruluş 
xüsusiyyətləri 
Bədəni yalnız bir 
hüceyrədən təşkil 
olunmuşdur
 bitkilər, 
göbələklər, heyvanlar – 
eukariot, bakteriyalar – 
prokariot 
Bədəni çoxlu hüceyrələrdən 
və hüceyrəarası maddədən 
təşkil olunmuşdur.
 
Bakteriyalar 
Heyvanlar
Göbələklər
Birhüceyrəli 
Çoxhüceyrəli 
Heterotrof 
Avtotrof
Bitkilər
Canlı 
orqanizmlər 

 
93
Həyat fəaliyyətinin 
xüsusiyyətləri 
Əlverişli şəraitdə sürətlə 
çoxalırlar, şərait əlverişsiz 
olduqda qalın qabıqla 
örtülərək sista və ya spor 
əmələ gətirirlər. 
Bitkilər – avtotrof qidalanma, 
göbələklər, əksər heyvanlar – 
heterotrof qidalanma 
Ziqotdan və ya spordan 
başlayan fərdi inkişaf 
xarakterikdir. Qidalanma 
tipləri: avtotrof (yaşıl 
bitkilər), heterotrof (əksər 
heyvanlar, göbələklər və 
xlorofilsiz bitkilər),  
miksotroflar. Heterotroflar 
arasında saprofit (əksər 
göbələklər) və parazitlər 
(lentşəkilli qurdlar, sorucu 
qurdlar və s.) mövcuddur. 
Miksotroflar həm avtotrof
həm də  heterotrof yolla 
qidalana bilir. 
Nümayəndələri 
Bitkilər: xlorella, 
xlаmidomonada, plevrokokk. 
Göbələklər: maya göbələkləri. 
Heyvanlar: amöb, infuzor- 
tərlik. 
Çoxhüceyrəli bitki, heyvan və 
göbələklər 
Hansı elm öyrənir və 
nəyi öyrənir? 
Bakteriologiya, botanika (bitkilər aləmi), zoologiya (heyvanlar 
aləmi), morfologiya (canlıların quruluşu), fiziologiya 
(orqanizmin fəaliyyəti), sitologiya (hüceyrənin quruluşu), 
biokimya (canlıların kimyəvi tərkibi), mikologiya (göbələklər) 
və s. 
 
 
Quruluşuna görə: 
 
 
 
 
 
 
 
 
Qidalanma tipinə görə: 
 
 
 
 
 
 
 
 
 
 
Bitkilər 
Prokariotlar
Bakteriyalar 
Sianobakte-
riyalar 
Eukariotlar
Heyvanlar 
Göbələklər 
Parazit 
Avtotrof 
Heterotrof
Saprofit 
Miksotrof 
Bitkiyeyən 
Yırtıcı 

 
94
Ekskursiya, müşahidə, praktik və laboratoriya işləri  
Məktəbin yerləşdiyi təbii  şəraitdən asılı olaraq verilən mövzunu ekskursiya 
formasında da keçmək olar. Şagirdlər cədvəldə  təklif olunan meyarlara əsasən 
çoxhüceyrəli heyvanların, bitkilərin və göbələklərin nümayəndələrinin xarakterik 
xüsusiyyətlərini təsvir edə bilərlər.  Şagirdlər birhüceyrəli orqanizmlər haqqında 
materialın öyrənmək üçün lazımi məlumatı müstəqil olaraq cədvələ  və sxemlərə 
daxil edə bilərlər. Məlumatı növbəti dərsdə  təqdim edə bilərlər. Ev tapşırığı kimi 
verilən mövzuya krossvord tərtib etmək tövsiyə olunur. Anlayış, termin və canlı 
orqanizm adları 6–9-cu sinif materialını əhatə edə bilər (20 sözdən artıq olmamaq 
şərti ilə). Tərtib edilmiş krossvordların təhlili müəllimə şagirdin bioloji biliklərinin 
konkret səviyyəsini qiymətləndirməyə imkan verir.  
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular  
 Müxtəlif aləmlərin nümayəndələrinin quruluşu və həyat fəaliyyəti barədə maraqlı 
faktlar. 
 Azərbaycanın məşhur alimləri (botaniklər, zooloqlar, biokimyaçılar və s.) və 
onların elmə töhfəsi. 
 
Elektron resurslar 
http://interneturok.ru/ru/school/biology/9-klass/bvvedenieb/mnogoobrazie-form-
zhivyh-organizmov 
https://www.youtube.com/watch?v=fNaASBe8aqs 
 
Qiymətləndirmə meyarı: təqdimat hazırlama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Canlıları öyrənən 
elm sahələrində çalı-
şan alimlər barədə 
məlumatı yoldaşları-
nın köməyi ilə top-
layır, təqdimatların 
hazırlanmasında 
çətinlik çəkir. 
Canlıları öyrənən 
elm sahələrində 
çalışan alimlər 
barədə məlumat 
toplayır, 
təqdimatları 
müəllimin köməyi 
ilə hazırlayır. 
Canlıları öyrənən 
elm sahələrində 
çalışan alimlər 
barədə məlumat 
toplayır,  
təqdimatlar 
hazırlayır. 
Canlıları öyrənən 
elm sahələrində 
çalışan alimlər 
barədə müstəqil 
olaraq məlumat 
toplayır və dolğun 
təqdimatlar 
hazırlayır. 
Birhüceyrəli və çox-
hüceyrəli orqanizm-
lərin quruluş və hə-
yati prosesləri haq-
qında məlumatın 
toplanmasında və 
təqdimatın hazırlan-
masında yoldaşla-
rının və müəllimin 
köməyindən istifadə 
edir. 
Birhüceyrəli və çox-
hüceyrəli orqanizm-
lərin quruluş və hə-
yati prosesləri haq-
qında məlumat top-
layır, təqdimat ha-
zırlayarkən müəl-
limin köməyindən 
istifadə edir. 
Birhüceyrəli və 
çoxhüceyrəli 
orqanizmlərin 
quruluş və həyati 
prosesləri haqqında 
məlumat toplayır və 
təqdimat hazırlayır. 
Birhüceyrəli və 
çoxhüceyrəli 
orqanizmlərin 
quruluş və həyati 
prosesləri 
haqqında müstəqil 
olaraq məlumat 
toplayır və ətraflı 
təqdimat 
hazırlayır. 
 
 

 
95
Dərs 25 / Mövzu 21: 
ORQANİZMLƏRİN ÇOXALMA FORMALARI 
  
Mövzu ilə tanışlıq məqsədilə şagirdlər aşağı siniflərdə qazanılan biliklərə əsas-
lanaraq sualları müzakirə edirlər: 
– Yer üzərində həyatın əsasında hansı bioloji proses durur? (çoxalma) 
– Təbiətdə canlı orqanizmlərin hansı çoxalma formaları mövcuddur? (cinsi və 
qeyri-cinsi) 
 
Şagirdlərin cavabları əsasında cədvəllər tərtib olunur. 
 
Orqanizmlərin çoxalma formaları 
Cinsi çoxalma 
(cinsiyyət hüceyrələrinin iştirakı ilə) 
Qeyri-cinsi çoxalma 
(cinsiyyət hüceyrələrinin iştirakı olmadan) 
1.  Qametlərin birləşməsi 
 
1.  Bölünmə (ibtidailər); 
2.  Sporəmələgəlmə (göbələklər); 
3.  Vegetativ çoxalma (bitkilər) 
 
Cinsi və qeyri-cinsi çoxalma formalarını müqayisə etmək məqsədəuyğundur. 
Məsələn, 
 
Qeyri-cinsi çoxalma 
Cinsi çoxalma 
Daha qədimdir 
Daha sonra yaranmışdır 
Adətən, bir valideyn fərdin iştirakı ilə 
gedir 
Adətən, iki valideyn fərdin iştirakı ilə 
gedir  
Çoxalma sürəti yüksəkdir Çoxalma 
sürəti yüksək deyil 
İrsi material yenilənmir 
İrsi material yenilənir 
Cinsiyyət hüceyrələrinin iştirakı 
olmadan gedir 
Cinsiyyət hüceyrələrinin – qametlərin 
iştirakı ilə gedir  
Qız fərdlər valideynlərlə eynidir 
Qız fərdlər valideynlərlə eyni deyil 
 
Tədqiqat sualı:
  Qeyri-cinsi çoxalmanın hansı formaları mövcuddur?  
Qeyri-cinsi çoxalmanın müxtəlif növlərinin hansı xüsusiyyətləri var?  
 
Nəzərə alsaq ki, öyrənilən material, əsasən,  şagirdlərə tanışdır, paraqrafın 
nəzəri hissəsi onlar tərəfindən müstəqil və ya müəllim tərəfindən seçilən metod və 
üsulla öyrənilə bilər. Tədqiqatın metodundan və formasından asılı olmayaraq 
mövzunun öyrənilməsini cədvəli doldurmaqla yerinə yetirmək məqsədəuyğundur. 
Alt 
STANDART  
2.1.1. Bioloji proseslərin mahiyyət və  məzmunu ilə bağlı 
təqdimatlar hazırlayır.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Canlı orqanizmlərin qeyri-cinsi formalarının mahiyyət və 
əhəmiyyəti  ilə bağlı təqdimatlar hazırlayır.  
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Bölünmə, vegetativ çoxalma, fraqmentasiya, tumurcuqlanma, spor-
əmələgətirmə. 
 

 
96
Şagirdlər verilmiş  cədvəli dərsin  əvvəlində müəllimlə birlikdə, sonra isə 
dərslikdəki materialdan istifadə edərək müstəqil doldura bilərlər. Mövzu ilə daha 
geniş tanış olmaq üçün əlavə mətnlər, şəkillər, maketlər və s. təqdim oluna bilər. 
 
Dərsin əsas məzmunu 
 Çoxalma canlı orqanizmlərin xassəsidir. Çoxalma prosesinin mahiyyəti və 
əhəmiyyəti.  
 Qeyri-cinsi çoxalmanın formaları: bölünmə, vegetativ, tumurcuqlanma və 
sporəmələgətirmə.
 
 Cinsi çoxalmanın mahiyyəti və əhəmiyyəti.
 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar  
Qeyri-cinsi 
çoxalmanın növləri
 
Xüsusiyyətləri
 
Misallar
 
Bölünmə yolu ilə 
çoxalma
 
Hüceyrənin ikiyə və ya çoxlu 
hüceyrələrə bölünməsi (mitoz yolla)
 
Yaşıl evqlen, adi amöb, 
malyariya paraziti, bəzi 
qamçılılar, bakteriyalar, 
birhüceyrəli yosunlar
 
Bitkilərdə vegetativ 
çoxalma
 
Kök, gövdə və yarpaq vasitəsilə olan 
çoxalma
 
Bitkilər
 
Fraqmentasiya
 
Bədən hissələri ilə vegetativ çoxalma
 
Süngərlər, 
bağırsaqboşluqlular, 
yastı qurdlar 
(planarilər), 
dərisitikanlılar
 
Tumurcuqlanma 
yolu ilə çoxalma
 
Ana orqanizmin bədəninin müəyyən 
hissəsində tumurcuğa bənzər şişkinlik 
yaranır. O, inkişaf edərək yeni 
orqanizmə başlanğıc verir.
 
Maya göbələkləri, 
süngərlər və 
bağırsaqboşluqlular
 
Spor vasitəsilə 
çoxalma
 
Sporlar qalın qılafla örtülmüş tək 
hüceyrədən ibarətdir. Uzun müddət 
əlverişsiz şəraitdə yaşaya bilir. Yeni  
şəraitə düşdükdə cücərərək yeni 
orqanizmə başlanğıc verir.
 
Yosunlar, mamırlar, 
qıjıkimilər və 
göbələklər
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
* s
 
B
y
p
b
y
T
m
S
y
sxemdən praktik işi
B
o
Bölünmə yolu ilə
yaşıl evqlen, adi a
paraziti, bəzi qam
bakteriyalar, birh
yosunlar 
Tumurcuqlanma
maya göbələkləri
Spor vasitəsi ilə:
yosunlar, ibtidailə
n yerinə yetirilməs
Yarpaq 
G
k
s
s
b
Birhüceyrəli 
orqanizmlər 
ə:  
amöb, malyariya 
mçılılar, 
hüceyrəli 
a: 


ər 
97
si zamanı istifadə o
 
Vegetativ çoxa
Gövdə yumrusu i
kökümsovlarla, 
soğanaqla, 
soğanaqlı yumrul
bığcıqlarla və s. 
Qeyri-cinsi çoxa
V
b
F

y
S
m
luna bilər 
alma 
Kök
ilə, 
larla, 
alma 
Çoxhüceyrəli
orqanizmlər
Vegetativ çoxalm
bitkilər 
Fraqmentasiya:
üngərlər, bağırsa
yastı qurdlar 
Spor vasitəsi ilə:
mamırlar, qıjıkim
 


ma: 
aqboşluqlular, 
ilər, göbələklər 
 

 
98
Ekskursiya, müşahidə, praktik və laboratoriya işləri  
Məktəbin yerləşdiyi təbii  şəraitdən, biologiya kabinetinin təminatından asılı 
olaraq ev tapşırığı formasında  şagirdlərə sinif otaqlarında, bağlarda, parklarda, 
məktəbyanı sahədə və s. yerlərdə olan bitkilərin vegetativ çoxalmasına aid misallar 
göstərmək təklif oluna bilər. Şagirdlər tapşırığın yerinə yetirilməsi zamanı  öz şəxsi 
təcrübələrindən və müşahidələrindən istifadə edirlər.  
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzular  
 Yeni bitki sortlarının alınmasında vegetativ çoxalmadan istifadə.  
 Heyvanlar aləmində qeyri-cinsi çoxalma. Maraqlı faktlar və alimlərin 
nailiyyətləri. 
 Klonlaşdırma – mahiyyəti və əhəmiyyəti. Klonlaşdırmanın müasir aspektləri. 
 
Elektron resurslar 
http://school-89.narod.ru/rogacheva/razmnozhen.htm 
http://tana.ucoz.ru/load/skhema_bespologo_razmnozhenija/340-1-0-4554 
http://tana.ucoz.ru/load/231-1-0-772 
http://tana.ucoz.ru/load/305-1-0-1994 
 
Qiymətləndirmə meyarları: təqdimat hazırlama 
Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin