YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix16.03.2017
ölçüsü3,69 Kb.
#11677
1   2   3   4   5   6   7   8   9   ...   20

Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu   
• İnsan tərəfindən təbii və süni karbohidratlardan, lipidlərdən istifadə olunması. 
 
Qiymətləndirmə meyarları: şərhetmə, hesablama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Hüceyrənin üzvi  
birləşmələrinin – 
karbohidrat və 
lipidlərin 
xüsusiyyətlərini 
yalnız müəllimin 
köməyi ilə şərh edir. 
Hüceyrənin üzvi  
birləşmələrinin – 
karbohidrat və 
lipidlərin xüsusiy-
yətlərini şərh 
edərkən səhvlərə yol 
verir. 
Hüceyrənin üzvi  
birləşmələrinin – 
karbohidrat və 
lipidlərin xüsusiy-
yətlərini əsasən şərh 
edir. 
Hüceyrənin üzvi  
birləşmələrinin – 
karbohidrat və 
lipidlərin 
xüsusiyyətlərini 
düzgün şərh edir. 
Karbohidrat və 
lipidlərin oksidləş-
məsi zamanı  baş 
verən dəyişikliklərə 
aid riyazi 
hesablamalarda 
çoxlu səhvlər 
buraxır,  nəticələri 
çətinliklə çıxarır. 
Karbohidrat və 
lipidlərin oksidləş-
məsi zamanı  baş 
verən dəyişikliklərə 
aid riyazi 
hesablamaları qeyri 
– dəqiq aparır, nəti-
cələri müəllimin 
köməyi ilə çıxarır. 
Karbohidrat və 
lipidlərin oksidləş-
məsi zamanı  baş 
verən dəyişikliklərə 
aid riyazi 
hesablamalar 
apararkən kiçik 
səhvlərə yol verir, 
müvafiq nəticələr 
çıxarır. 
Karbohidrat və 
lipidlərin 
oksidləşməsi 
zamanı  baş verən 
dəyişikliklərə aid 
riyazi 
hesablamaları tam 
düzgün aparır və 
müvafiq nəticələr 
çıxarır. 
 
 
Dərs 6 / Mövzu 6: 
HÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ:  
ZÜLALLAR VƏ ONLARIN QURULUŞU 
  
Mövzu ilə tanış olmazdan əvvəl  şagirdlər mövcud biliklərə  əsaslanaraq 
aşağıdakı sualları müzakirə edə bilərlər:  
– Sadalanan maddələri hansı ümumi xüsusiyyət birləşdirir: pepsin, insulin, 
hemoqlobin, albumin, fibrin, miozin, kollagen, tripsin? (hamısı zülaldır) 
– Onlar harada təsadüf olunur? 
– Niyə bir çox alimlər “zülal” anlayışını “həyat” anlayışı ilə eyniləşdirirlər? 
 
Dərslikdəki suallar müzakirə edilir, BİBÖ cədvəlindən də istifadə etmək 
mümkündür. Əlavə olaraq aşağıdakı cədvəl nümayiş oluna bilər. 
Alt 
STANDARTLAR
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir. 
2.1.3. Bioloji proseslərin mahiyyəti və  məzmununu, baş verən 
dəyişiklikləri riyazi üsullarla əsaslandırır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Zülalların quruluş xüsusiyyətlərini şərh edir. 
  Zülalların quruluş xüsusiyyətlərinə aid  riyazi hesablamalar 
aparır və müvafiq nəticələr çıxarır 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Aminurşular, radikal, polipeptid, birincili, ikincili, üçüncülü və 
dördüncülü quruluş 

 
45
 
Bəzi toxumalarda zülalların miqdarı (orqandan su çıxarıldıqdan sonra) 
Əzələlər – 80% 
Piy toxuması, sümüklər, dişlər  – 14–28% 
Böyrəklər – 72% 
Beyin – 45% 
Dəri – 63% 
Bitki toxumları – 10–15% 
Qaraciyər – 57% 
Gövdə, yarpaq, köklər  – 3% –5% 
 
Tədqiq at sualı:
  Zülalın quruluşu necədir? Zülal molekulunun quruluşu onun 
xassələri və funksiyaları ilə necə əlaqəlidir? 
 
 
Dərsin əsas məzmunu 
 Zülallar üzvi birləşmələrdir, biopolimerdirlər. 
 Zülalların tərkibindəki aminturşular. 
 
Aminturşuların kimyəvi tərkibi və quruluşu. 
 Aminturşular halqalarının polipeptid molekulunda birləşmə prinsipi. 
 Zülalların fəza quruluşu. 
Mövzu ilə tanış olduqca müəllim əyilən məftil və müxtəlif ölçülü və rəngli  iri 
muncuq dənələrinin köməyi ilə zülalın birincili quruluşunun modelini düzəldir. 
Sonra onun üzərində ikincili, üçüncülü və dördüncülü quruluşu modelləşdirir.  
 
Məsələlərin həlli   
Şagirdlər dərslikdəki (“Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” blokunda), yaxud 
müəllimin məsləhət bildiyi digər məsələləri həll edib nəticə  çıxarırlar. 
Hesablamaları apararkən  şagirdlər riyaziyyat və kimya fənlərindən  əldə etdikləri 
bacarıqlara istinad edirlər.  
 
Şərti olaraq bir aminturşu qalığının molekul kütləsi 110 a.k.v. təşkil edirsə: 
1. İnsanın qan zərdabında olan albumin zülalının təxmini molekul kütləsi – 68400-
dir. Bu zülalın tərkibindəki aminturşu qalıqlarının miqdarını tapın.  
 
Həlli: 
68400/110 ≈ 622 
 

 
46
Təklif olunan cədvəl, sxem və krossvordlar  
Strukturun 
tipi 
Quruluşu Kimyəvi rabitələr 
Birincili aminturşuların birləşmə 
ardıcıllığından ibarət uzun 
zəncir şəklində 
aminturşular arasında kimyəvi 
təbiətinə görə kovalent peptid 
rabitələr  
İkincili zəncir spiral halında burulur.  
hər burumları arasında 
hidrogen rabitəsi  
Üçüncülü 
spiral sap daha da sıx 
burularaq mürəkkəb fəza 
quruluşu (konfiqurasiya) 
yaradır, zülal molekulu kürəcik 
və ya yumaq (qlobula) şəklini 
alır 
radikallar arasında hidrofob 
qarşılıqlı təsiri, S-S rabitələr 
Dördüncülü 
üçüncülü struktura malik bir 
neçə zülal zəncirinin 
birləşməsi hesabına yaranır, 
adətən, qeyri-zülali komponent 
də daxil ola bilir. 
hidrofob qarşılıqlı təsiri, 
hidrogen rabitələri 
 
 
 
Elektron resurslar  
https://www.youtube.com/watch?v=3Apx22oEx7Q 
http://tana.ucoz.ru/load/1/339-1-0-3340 
http://tana.ucoz.ru/load/339-1-0-853 
http://tana.ucoz.ru/load/339-1-0-851 
https://www.youtube.com/watch?v=8rYMOBe03a8 
 

 
47
Qiymətləndirmə meyarları: şərhetmə, hesablama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Zülalların quruluş 
xüsusiyyətlərini 
yalnız müəllimin 
köməyi ilə şərh 
edir.
 
Zülalların quruluş 
xüsusiyyətlərini 
şərh edərkən 
səhvlərə yol verir.
 
Zülalların quruluş 
xüsusiyyətlərini 
əsasən şərh edir.
 
Zülalların quruluş 
xüsusiyyətlərini 
düzgün şərh edir.
 
Zülalların quruluş 
xüsusiyyətlərinə aid  
riyazi hesablamaları 
yalnız müəllimin  
köməyi ilə aparır, 
nəticə çıxarmaqda 
çətinlik çəkir.
 
Zülalların quruluş 
xüsusiyyətlərinə aid  
riyazi hesablamaları  
apararkən tez-tez 
səhvlərə yol verir, 
müvafiq nəticələr 
çıxarmaqda çətinlik 
çəkir.
Zülalların quruluş 
xüsusiyyətlərinə aid  
riyazi hesablamalar 
apararkən kiçik 
səhvlərə yol verir, 
müvafiq nəticələr 
çıxarır.
 
Zülalların quruluş 
xüsusiyyətlərinə aid  
riyazi hesablamaları 
düzgün aparır və 
müvafiq nəticələr 
çıxarır.
 
 
 
Dərs 7 / Mövzu 7:
 
ZÜLALLARIN XASSƏLƏRİ  VƏ  BİOLOJİ  
FUNKSİYALARI 
 
Mövzu ilə tanış olmazdan əvvəl  şagirdlər keçən dərslərdə qazanılmış 
biliklərdən faydalanaraq sualları müzakirə edirlər: 
– Biopolimer nədir? Biopolimerlərə misal göstərin. 
– Hansı maddələri zülal və ya protein adlandırırlar? 
– Zülalın ilkin (ikincili, üçüncülü, dördüncülü) quruluşu nədir?  
– Zülalın hansı xassələri onların quruluşundan asılıdır? 
Sonra keçən dərsdəki siyahı  (pepsin, insulin, hemoqlobin, albumin, fibrin, 
miozin, kollagen, tripsin) bir daha nümayiş etdirilir və “Adıçəkilən zülallar 
orqanizmdə hansı funksiyaları yerinə yetirir?” sualına şagirdlərin cavabları lövhədə 
qeyd olunur. 
Müzakirə zamanı müəllim şagirdlərin fikrini ona yönəldir ki, zülallar tərkibinə, 
quruluşuna görə mürəkkəb üzvi birləşmələrdir; orqanizmlərin həyat fəaliyyətində 
vacib funksiyalar yerinə yetirir; orqanizmlərin oxşarlığı  və  fərqi onların zülal 
yığımı ilə müəyyən olunur; zülallar həm vacib, həm də müxtəlif funksiyalar yerinə 
yetirir. 
Alt 
STANDARTLAR
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya 
işlərində müasir avadanlıqlardan istifadə qaydalarını izah  edir.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Zülalların funksiyalarını şərh edir. 
  Zülalların quruluş xüsusiyyətlərinin öyrənilməsinə dair 
laboratoriya işlərində müasir avadanlıqlardan istifadə 
qaydalarını izah  edir  və təcrübələr aparır.  
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Denaturasiya, renaturasiya, bioloji katalizator, fermentlər 
 

 
48
Tədqiqat sualı:
 Zülallar orqanizmdə hansı funksiyaları yerinə yetirir? 
 
Tədqiqat “Kiçik qruplarda müzakirələr”  üsulu ilə aparıla bilər. Bu halda 
müəllim qruplara zülalların funksiyaları haqqında əlavə mətnlər və şəkillər təqdim 
etməlidir. Tədricən təklif olunan sxem, yaxud  cədvəllər doldurulur, kiçik bukletlər 
(tablolar) tərtib olunur. 
 
Dərsin əsas məzmunu 
 Denaturasiya, onun səbəbləri və əhəmiyyəti. Renaturasiya  
 Zülalların hüceyrədə katalitik funksiyası. Fermentlər, onların hüceyrədə rolu. 
 Zülalların inşaat, nəqliyyat, qoruyucu, tənzimləyici, hərəkət və s. funksiyaları. 
 
Təklif olunan cədvəl, sxem və krossvordlar  
Zülalların funksiyası Misal 
İnşaat Birləşdirici toxumalara daxil olan kollagen, tüklərdə, 
dırnaqlarda və  dəridəki  keratin, damarların 
divarlarında – elastin. 
Katalitik Orqanizmdə baş verən bütün kimyəvi çevrilmələr 
bioloji katalizatorlar olan fermentlərin iştirakı ilə 
həyata keçir (məs., tripsin, katalaza). 
Energetik 1q 
zülalın parçalanmasından 17,6 kC enerji ayrılır. 
Nəqliyyat Qanın daşıyıcı funksiyası, yəni oksigenin toxumalara 
nəql olunması zülali maddə olan hemoqlobinin  işti-
rakı ilə həyata keçirilir. 
Tənzimləyici 
İnsulin hormonu qanda karbohidratların miqdarını 
tənzimləyir. 
Qoruyucu Orqanizmi 
xəstəliktörədici amillərindən mühafizə  
edən zülali maddələr – antitellər, qanın laxtalanma-
sında iştirak edən fibrin, fibrinogen.  
Hərəkət 
Əzələlərin hərəkət aktında spesifik zülali maddələr 
olan aktin və miozin
 
 
 
 
 
 

 
49
 
 
 
Ekskursiya, müşahidə, praktik və laboratoriya işləri 
Praktik iş. Zülalın fəza quruluşunun modelləşdirilməsi. 
Şagirdlər cütlüklərdə  əyilən məftildən və plastilindən istifadə edərək zülal 
molekulunun fəza quruluşunu modelləşdirirlər. Daha sonra plastilindən 
düzəltdikləri kürələri birləşdirib-ayıraraq denaturasiya və renaturasiyanı 
modelləşdirirlər.  Şagirdlər zülalın təbii strukturunun pozulması  səbəblərini izah 
edirlər.  
 
Laboratoriya işi. Toxumalarda hidrogen peroksidin fermentativ parçalanması. 
Təchizat: 5 sınaq  şüşəsi, hidrogen peroksidin (Н
2
О
2
) 3%-li məhlulu, bitki 
toxumaları (çiy və bişmiş kartof), heyvan toxumaları (çiy və bişmiş  ət), qum,  
pipet. 
 
İşin gedişi: 
1) 5 sınaq  şüşəsi hazırlayın. Birinciyə qum, ikinciyə çiy kartof, üçüncüyə bişmiş 
kartof, dördüncüyə çiy ət, beşinciyə isə bişmiş  ət qoyun. Hər sınaq  şüşəsinə 
Н
2
О

əlavə edin, prosesləri müşahidə və təsvir edin. 
2) Aldığınız nəticələri cədvəldə qeyd edin. 
 
Tədqiqatın nəticələri 
Sınaq 
şüşəsi  
Tərkibi Nə edirəm? Nə müşahidə edirəm? 
№1 
  
  
  
№2 
  
  
  
№3 
  
  
  
№4 
  
  
  
№5  
 
 
 
 
 
spirt 
yüksək 
temperatur 
 
DENATURASİYA 
 
turşular 
 
radiasiya
 
qələvilər

 
50
3) Baş verən hadisələri izah edib nəticə çıxarın. 
4) Suallara şifahi cavab verin: 
1. Hansı sınaq şüşəsində fermentin fəallığı müşahidə edildi? Nəticəni izah edin. 
2. Fermentin fəallığı canlı  və ölü toxumalarda özünü necə büruzə verir? 
Müşahidələrinizi izah edin. 
3. Canlı bitki və heyvan toxumalarında fermentin fəallığı fərqlənirmi? 
4. Hidrogen peroksidin parçalanmasını  təmin edən katalaza fermenti bütün 
canlı orqanizmlərdə rast gəlinirmi?  
Cavabınızı əsaslandırın və nəticə çıxarın. 
 
Dərsə aid layihə və tədqiqat işləri üçün mövzu  
  İnsan və digər canlı orqanizmlər tərəfindən zülal mənşəli təbii maddələrdən 
istifadə olunması   
 
Elektron resurslar  
https://www.youtube.com/watch?v=MtpG2mRLyAg 
http://how-make.ru/publ/denaturacija_jaichnogo_belka_sulfatom_medi/5-1-0-694 
http://www.bionet.nsc.ru/chair/cib/presentations/sharonova/img1.html 
http://www.ebio.ru/gen05.html 
http://dic.academic.ru/dic.nsf/ruwiki/854577 
http://schools.iskitim-city.ru/2/p53aa1.html 
 
Qiymətləndirmə meyarları: şərhetmə, izahetmə, təcrübəaparma 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Zülalların 
funksiyalarını 
çətinliklə şərh edir. 
Zülalların funksiya-
larını müəllimin kö-
məyi ilə şərh edir. 
Zülalların funksiya-
larını əsasən şərh 
edir. 
Zülalların 
funksiyalarını 
dolğun şərh edir. 
Yalnız müəllim və 
yoldaşlarının 
köməyi ilə 
zülalların quruluş 
və xüsusiyyətlərinin  
öyrənilməsinə dair 
laboratoriya 
işlərində müasir 
avadanlıqlardan 
istifadə qaydalarını 
izah  edir və 
təcrübələr aparır.  
Zülalların quruluş 
və xüsusiyyətlərinin  
öyrənilməsinə dair 
laboratoriya 
işlərində müasir 
avadanlıqlardan 
istifadə qaydalarını 
izah  edərkən və 
təcrübələr 
apararkən çoxsaylı 
səhvlərə yol verir. 
Zülalların quruluş 
və xüsusiyyətlərinin  
öyrənilməsinə dair 
laboratoriya 
işlərində müasir 
avadanlıqlardan 
istifadə qaydalarını 
izah  edərkən və 
təcrübələr 
apararkən bəzi 
qeyri-dəqiqliyə yol 
verir. 
Zülalların quruluş 
və xüsusiyyətlərinin  
öyrənilməsinə dair 
laboratoriya 
işlərində müasir 
avadanlıqlardan 
istifadə qaydalarını 
dolğun  izah  edir 
və müstəqil olaraq 
təcrübələr aparır. 
 
 

 
51
Dərs 8 / Mövzu 8:
 
NUKLEİN TURŞULARI 
 
Mövzu ilə tanışlıq məqsədilə şagirdlər mövcud biliklərə əsaslanaraq aşağıdakı  
sualları müzakirə edə bilərlər:  
– Üzvi maddələrin hansı xüsusiyyətləri var? 
– Hansı üzvi maddələr daha çox funksiya yerinə yetirir? 
– Hüceyrədə zülal molekulundakı aminturşular ardıcıllığı barədə  məlumat harada 
saxlanılır? 
– Hüceyrənin hansı struktur komponentləri irsi məlumata görə cavabdehdir? 
– Xromosom nədən təşkil olunub? 
– DNT nədir? 
Dərslikdəki suallar müzakirə edilir, bu mərhələdə  BİBÖ cədvəlindən istifadə 
etmək mümkündür. Sonra müəllim şagirdləri tarixi faktla tanış edir: 
Nuklein turşuları XIX əsrin 60-cı illərində isveçrəli alim Mişer tərəfindən 
tapılmışdır. Hüceyrə nüvəsində tapılan bu maddələri nuklein adlandırmışdı. Lakin 
laboratoriya cihazları kifayət qədər inkişaf etmədiyi üçün onların kimyəvi 
quruluşunu öyrənə bilməmişdi.  
Yalnız XX əsrin 30-cu illərində nuklein turşularının kimyəvi quruluşu 
öyrənilmiş  və onların iki tipdə (DNT və RNT) olduğu, bütün canlı orqanizm 
hüceyrələrinin tərkibində olduğu müəyyən edilmişdi. 
Onların quruluşunun incəlikləri  əsrin ortalarına qədər məlum deyildi. Yalnız 
1953-cü ildə “Nature” jurnalında ilk dəfə olaraq Uotson, Krik və Uilkinson 
tərəfindən DNT molekulunun fəza quruluşu şərh edilmişdi”. 
 
Tədqiqat sualı:
  Nuklein turşuların quruluşu necədir? Onlar hüceyrədə hansı 
funksiyaları yerinə yetirir? 
 
Dərsin əsas məzmunu 
• Nuklein turşuları: DNT və RNT. 
 DNT və RNT-nin nukleotid tərkibi. 
 DNT-nin quruluşu, funksiyası, yerləşməsi. 
 Komplementarlıq prinsipi (Çarqaf qaydası), DNT-nin reduplikasiyası. 
 RNT-nin quruluşu, funksiyası, yerləşməsi. 
 RNT-nin formaları, funksiyaları. 
 
Alt 
STANDARTLAR
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir. 
2.1.3. Bioloji proseslərin mahiyyəti və  məzmununu, baş verən 
dəyişiklikləri riyazi üsullarla əsaslandırır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Nuklein turşularının xassələri və bioloji funksiyalarını şərh edir. 
  DNT molekulunun quruluşunun xüsusiyyətlərinə aid  riyazi 
hesablamalar aparır və müvafiq nəticələr çıxarır. 
 
 
Əsas  
ANLAYIŞ VƏ 
TERMİNLƏR  
Nukleotid,  dezoksiribonuklein və ribonuklein turşuları, adenin, 
quanin, sitozin, timin, komplementarlıq, reduplikasiya, ribosom- 
RNT-si, məlumat-RNT-si, nəqliyyat-RNT-si

 
52
Məsələlərin həlli   
Şagirdlər “Öyrəndiklərinizi tətbiq edin və yoxlayın” blokunda verilmiş məsələlərlə 
yanaşı,  müəllimin də  təklif etdiyi digər məsələləri həll edə bilərlər. Aşağıdakı 
hesablamaları apararkən şagirdlər riyaziyyat fənnindən reallaşdırdıqları bacarıqla-
ra istinad edirlər.  
 
1. DNT molekulunda S nukleotidləri 27% təşkil edərsə, qalan nukleotidlərin faizlə 
nisbətini tapın. 
Həlli: 
S  –  27% təşkil edərsə, Q – 27% təşkil edir. 
A – 23% və T – 23% ((100% – 2×27%)/2 = 23%) 
 
2. DNT molekulunda 680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edir. 
Həmin DNT molekulunda A, T, S nukleotidlərinin sayı nəyə bərabərdir? 
Həlli: 
680  Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edərsə, DNT 
molekulunda cəmi 4250 nukleotid var (68000/16%=4250). 
Komplementarlıq prinsipinə görə DNT molekulunda 680 S nukleotidi, 1445 – T 
və 1445 A nukleotidi var: (4250 – 680×2)/2=1445.
 
 
3. DNT molekulunda A nukleotidləri 36% təşkil edərsə, Q nukleotidlərin faizlə 
nisbətini tapın. 
Həlli: 
A nukleotidləri  – 36% təşkil edərsə, komplementarlıq prinsipinə görə DNT 
molekulunda Q nukleotidlərin faizlə nisbəti – 14%-dir:  
(100% – 36%×2)/2=14% 
 
4. DNT molekulunun bir zəncirində olan Т-S-Q-T-А-S-А-Q-А-Q-Т-S  nukleotid 
ardıcıllığına komplementar fraqmenti yazın. 
(Cavab: A-Q-S-A-T-Q-T-S-T-S-A-Q) 
 
   
Təklif olunan cədvəl, sxem və krossvordlar  
Xüsusiyyəti 
DNT RNT 
Hüceyrədə 
yeri 
Nüvə, plastidlər, mitoxondrilər Nüvə, sitoplazma, ribosom, 
plastidlər, mitoxondrilər 
Molekulun 
quruluşu 
Spiral halında burularaq bir-
birinə sarılmış monomer- 
nukleotidlərdən təşkil olunmuş 
iki polimer zəncirdən ibarətdir. 
Zəncirin uzunluğu yüzlərlə nm 
(nanometr), eni isə 2 nm-ə 
qədərdir. 
Bir polimer zəncirdən ibarətdir 
 
 
 

 
53
Nukleotidin 
quruluşu 
Azot əsasları: adenin, quanin, 
sitozin, timin + dezoksiriboza + 
+ ortofosfat turşusu qalığı. 
Nukleotidlər iki zəncir 
arasında bir-birinə 
komplementarlıq əsasında 
birləşir (A-T, Q-S) 
Azot əsasları: adenin, quanin, 
sitozin, urasil+ riboza+ 
ortofosfat turşusu qalığı . 
Funksiyası 
İrsi  məlumatların daşıyıcısı 
Zülal sintezində iştirak edir. 
Ribosom-RNT-si (r-RNT) ri-
bosomun əsas tərkib hissəsini 
təşkil edir. Məlumat- RNT-si 
(m-RNT) zülalın ilkin quru-
luşu haqqında məlumatı DNT-
dən zülalın sintez edildiyi yerə 
aparır.  Nəqliyyat-RNT-si (n-
RNT) özünə aminturşu 
birləşdirərək onları zülalların 
sintez olunduğu yerə – 
ribosoma daşıyır.  
 
 
 
 
 
RNT-nin növləri 
Funksiyası: ribosomun əsas 
tərkib hissəsini təşkil edir 
 
Funksiyası: zülalın ilkin quruluşu 
haqqında məlumatı DNT-dən zülalın 
sintez edildiyi yerə aparır. 
Funksiyası: özünə aminturşu 
birləşdirərək onları zülalların sintez 
olunduğu yerə – ribosoma daşıyır. 
Ribosom-  
RNT-si
Məlumat-  
RNT-si
Nəqliyyat- 
RNT-si 

 
54
 
Elektron resurslar
  
https://www.youtube.com/watch?v=WD42HQa9Bkg 
https://www.youtube.com/watch?v=BoUJP6CnMqM 
http://tana.ucoz.ru/load/genialno_prosto_o_DNT/263-1-0-3792 
http://tana.ucoz.ru/load/1/263-1-0-3279 
 
Qiymətləndirmə meyarları: şərhetmə, hesablama 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Nuklein turşularının 
xassələri və bioloji 
funksiyalarını şərh 
etməkdə çətinlik 
çəkir. 
Nuklein turşularının 
xassələri və bioloji 
funksiyalarını şərh 
edərkən tez-tez 
səhvlər buraxır. 
Nuklein turşularının 
xassələri və bioloji 
funksiyalarını 
əsasən şərh edir. 
Nuklein turşularının 
xassələri və bioloji 
funksiyalarını 
düzgün şərh edir. 
DNT molekulunun 
quruluşunun 
xüsusiyyətlərinə aid  
riyazi hesablamaları 
düzgün aparmır, 
nəticə çıxarmaqda 
çətinlik çəkir. 
DNT molekulunun 
quruluşunun 
xüsusiyyətlərinə aid  
riyazi hesablamaları 
çətinliklə aparır, 
nəticələri yalnız 
müəllimin köməyi 
ilə çıxarır. 
DNT molekulunun 
quruluşunun 
xüsusiyyətlərinə aid  
riyazi hesablamaları 
əsasən aparır və 
nəticələr çıxarır. 
DNT molekulunun 
quruluşunun 
xüsusiyyətlərinə aid  
riyazi hesablamaları 
düzgün aparır və 
müvafiq nəticələr 
çıxarır. 
Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin