Bəzi təbii komponentlərin spektral xüsusiyyətləri Torpaq örtüyünün spektral xarakteristikaları



Yüklə 16 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü16 Kb.
#47417
  1   2   3
muhazire7


Muhazire + 7 Bəzi təbii komponentlərin spektral xüsusiyyətləri

Torpaq örtüyünün spektral xarakteristikaları

Torpağın məsafədən zondlanmasının həyata keçirilməsi aerokosmik çəkilişlər (ölçmələri) zamanı torpağın tərkibi və torpaq örtüyünün vəziyyəti haqqında ilkin məlumatlar əldə olunmalıdır. Torpağın aerokosmik üsullarla tədqiqində müəyyən fəza və zaman məhdudiyyəti nəzərə alınmalıdır. Torpağın xüsusiyyətlərini qiymətləndirmək üçün ölçmələr müəyyən mövsümlərdə həyata keçirilir. Məsələn, otlaqların öyrənilməsi qar əriyən zamandan başlayaraq bitkilərin vegetasiya dövrünü tam əhatə etməlidir. Ərazinin coğrafi şəraitindən asılı olaraq çəkiliş müddətləri müxtəlif olur.

Torpağın parametrlərinin aerokosmik üsullarla təyini bitki örtüyünün inkişafı ilə məhdudlaşır. Çünki bitkilər bilavasitə torpağın parametrlərinin aerokosmik üsullarla qiymətləndirilməsinə maneəçilik törədir.

Torpaq örtüyünün monitorinqi məqsədi ilə qiymətləndirilməsi üçün əsasən onun nəmliyi, humusluğu, şorlaşması və eroziyaya uğrama dərəcəsi öyrənilir. Torpağın digər xassələri, o cümlədən mineral və litoloji tərkibi, relyefi, kənd təssərrüfatında istifadəsi daimi monitorinqə ehtiyacı yoxdur. Göstərilən xassələr xəritələşdirilir və uzun müddət ərzində ciddi dəyişikliyə məruz qalmırlar.

Prinsipcə, torpaq örtüyü, onun üzərinə düşən işıq selini çox zəif əks etdirir. Düşən enerjinin dalğa uzunluğu artdıqca, əks olunan siqnalın gücü artmış olur. Torpağın spektral xarakteristikası, görünən oblastın qırmızı spektrində, yaxın, orta və istilik İQ oblastda daha aydın əks olunur.

Müxtəlif torpaqların, kəmiyyət və keyfiyyət xarakteristikaları bir-birindən kifayət qədər fərqlənir, bu isə onların tanınması, deşifrə olunmasına imkan yaradır.

Torpağın udma və əks etmə xüsusiyyətlərinə, əsasən, onların aşağıdakı parametrləri təsir göstərir: mineral tərkibi, hissəciklərin ölçüləri, strukturu və səthin hamarlığı dəmir və üzvi (humus) birləşmələrin miqdarı və s.. Aerokosmik ölçmələrinin təkrar aparılması, torpaq tədqiqatlarında, bəzi dəyişən parametrlərin orta qiymətə gətirilməsinə və ölçmələrin dəqiqliyinin artmasına imkan yaradır. Bunu aşağıdakı sxemdəki kimi göstərmək olar.

Torpağın spektral xarakteristikasına, torpağın tərkibinə təsir göstərən parametrlərdən birinci yeri torpağın mineral tərkibi tutur. Torpağın tərkibindəki ayrı-ayrı mineralların təsirindən asılı olaraq, əks etmə əmsalları və siqnalın gücü dəyişmiş olur. Torpağı təşkil edən bir sıra mineralların kvars, çöl şpatı, karbonatlar və s. təsirinə sonrakı bölmələrdə ətraflı baxılacaq.

Torpaqdan enerjinin əks olunması və udulması, torpağın tərkibində olan qum və gilin, dəmir oksidinin və üzvi maddələrin miqdarının nisbətindən asılı olaraq dəyişir.

Torpaqdan əks olunan və udulan enerjilərin nisbətinə torpağın strukturu çox böyük təsir göstərir. Artıq sübut olunmuşdur ki, torpağın üst səthinin hissəciklərinin ölçülərindən asılı olaraq, spektral əks etmə və udulma xarakteristikaları dəyişmiş olur.

Torpaq hissəciklərinin ölçüləri dəyişdikcə, əks olunan enerji də dəyişmiş olur. Səthi kiçik ölçülü minerallardan ibarət sıx torpaqlar, kələ-kötür səthlərə nisbətən enerjini daha yaxşı şüalandırır. Kələ-kötür səthlərdə isə, udulma daha çox müşahidə olunur. Laboratoriya və çöl təqiqatları zamanı alınan nəticələrin müqayisəsi göstərir ki, bunlar heç də həmişə bir-biri ilə uyğun gəlmir. Məsələn, çöl şəraitində qumluq ərazilərin spektral əks etmə intensivliyi, tərkibi əsasən gildən ibarət olan torpağa nisbətən yüksəkdir. Bu, hətta aerofotoşəkillərdə aydın görünür.

Lakin laboratoriya şəraitində, 0,45 – 2,5 mkm diapazonunda, qumlu və gilli torpağın şüalanmasının müqayisəsi göstərir ki, gilli torpağın şüanı əks etdirməsi daha yüksəkdir. Bu onunla izah olunur ki, çöl şəraitində tərkibində qum olan torpaqların hamarlıq dərəcəsi, gilli torpaqlara nisbətən çox olduğu üçün, onun əsk etdirmə əmsalı yüksək olur. Laboratoriya şəraitində isə bu xüsusiyyət pozulmuş olur. Bu, göstərir ki, bəzi parametrlər, mühitin dəyişkənliyindən asılı olaraq, öz xüsusiyyətlərini dəyişir.

Yuxarıda göstərdik ki, torpaqda enerjinin əks olunma və udulma nisbətləri, torpaqda olan üzvi maddələrdən və dəmir birləşmələrindən asılıdır.

Dəmir birləşmələri, görünən oblastın qısa dalğa spektrində şüalanmanı azaldır, uzun və yaxın İQ spektrində isə artırır. Bir sıra tədqiqatçıların aldığı nəticələrə əsasən, 0,5 - 0,64 mkm diapazonu, torpağın tərkibində dəmir və onun birləşmələrin tanımaq üçün ən əlverişlidir.



Yüklə 16 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin