STENOTERMOFİLLƏR – stenoxorlar-temperaturun yalnız dar
diapozon tərəddüdünə yaşamağa qabil olan heyvanlar. S.-ə yeraltı və
dərin su şəraitində, isti qaynaqlardakı (yüksək enliklərdə) bütün
orqanizmlər daxildir.
STENOTOP AREAL – kiçik areal sahə.
STENOTOP ORQANİZMLƏR –Məhdud yaşayış yerinə alışmış
heyvan və bitkilər. S.o-ə bitkilərdən qum akasiyası, cil, (qumotu),
mərcanı, ladan kolu və s. heyvanlardan nazikbarmaq sünbülqıran,
süleysinlər və s. aiddir.
STERİLİZASİYA (lat. sterilis – dölsüz, qısır) – müxtəlif
maddələrin, əşyaların, ərzaq məhsullarının və s.-nin canlı
orqanizmlərdən tam təmizlənməsi. Yüksək temperatur, mayeləri
filtirdən keçirmək S.-nın ən çox yayılmış üsuludur. S. operasiya
otaqlarında, antiboitik qablaşdırılan sexlərdə ultrabənövşəyi şüaların
köməyi ilə aparılır. Kosmik gəmilərdə də S. tədbirləri görülür.
STİQOBİONTLAR (yun. Styx – yeraltı çayın adı) – yalnız yeraltı
sularda yaşayan heyvanlar. S.-rə mağara sularında daim yaşayanlar-ali
növlərin çoxu (amfipodlar, izopodlar) və ibtidailər (ostrakodlar,
kopepodlar), xərçəngkimilər, bəzi malyusk və balıq növləri aiddir.
STİQOFİLLƏR – yeraltı sularda yaşayan, həm də yerüstü sularda
yaşamağa qabil olan heyvanlar.
STİMULLAŞMA (ekologiyada) – digər növ fərdlərinin boy və
inkişafına metabolitlərin təsirinin güclənməsi.
STRATOBİONTLAR – meşə döşənəyində yaşayan orqanizmlər.
STRATOPAUZA (lat. stratum – qat və yun. pausis - dayanacaq) –
stratosfer və mezosfer arasında 50-55 km yüksəklikdə atmosferin sərhəd
qatı.
STRATOSFER (lat. stratum – qat və yun. spharia – kürə, sfer) –
atmosferin troposfer ilə mezosfer arasında təbəqəsi: 8-16 km-dən 45-55
km-dək yüksəklikdə yerləşir. S.-də su buxarı azdır. Hündürlük artdıqca
ozonun miqdarı çoxalır: maks. hissəsi 2-30 km hündürlükdədir. S. üçün
buludların olmaması, böyük sürətli (60-100 m/san) küləklər və şırnaqlı
axınlar xarakterdir.
STRESS (ing. stress - gərginlik) – (Psixologiyada, fiziologiyada və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
405
tibbdə) – Gözlənilməz gərgin şəraitin törətdiyi emosional vəziyyət.
Çətin və təhlükəli şəraitdə müxtəlif fiziki və zehni gərginlik halında iş
görmək, qısa müddətdə çox məsul qərar qəbul etmək zərurəti S.
vəziyyəti törədir. S. insanın fəaliyyətində mənfi və müsbət təsir göstərə
bilər. S. vəziyyətində bəzi adamların fəaliyyəti nəinki çox çətinləşir,
hətta tam tormozlana, yaxud fəaliyyətin pozulması halı, qavrayışda,
hafizədə təhriflər baş verə bilər. Digərlərində isə, əksinə, S. vəziyyəti
fəallığı gücləndirə, xüsusi fikir aydınlığı və dəqiqliyi törədə bilər.
STRUKTUR LANDŞAFT – müəyyən ərazinin tektonik quruluşuna
uyğun olan landşaft.
STRUKTUR METOBOLİZMİ
– orqanizmin morfoloji
strukturunu, böyümə və inkişafını təmin edən maddələr mübadiləsi.
SU, H
2
O – Hidrogenin oksigenlə adi şəraitdə davamlı olan sadə
kimyəvi birləşməsi. Rəngsiz (qalın təbəqələri göyümtül), dadsız və iysiz
mayedir; kütləcə 11,9% hidrogen və 88,81% oksigendən ibarətdir;
sıxlığı 3,98
°C-də 1.000 q/sm
3
-dir. 0
°C-də buza, 100°C-də buxara
çevrilir. Yerin geoloji tarixində, həyatın əmələ gəlməsində, planetimizin
iqliminin formalaşmasında suyun rolu çox böyükdür. Su həmişə həyat
mənbəyi olmuşdur. Su istər k.t.-nda, istərsə də sənayedə zəruri
komponentdir. Su təbiətdə ən geniş yayılmış maddədir (Hidrosfer yer
səthinin 71%-ini təşkil edir). Atmosferdə buxar, duman, bulud, yağış
damcıları və qar kristalları şəklində 13-15 min km
3
-ə yaxın su var.
Qurunun təqribən 10%-ini daimi buzlaqlar tutur. Onun kütləsi
hidrosferdəki suyun miqlarına yaxındır. Təbii şəraitdə suda həmişə həll
olunmuş halda müxtəlif duzlar, qazlar və üzvi maddələr olur. Suyun 1
kq-nda 1 q duz olduqda şirin su, 25 q duz olduqda şortəhər su, bundan
çox olduqda isə şor su adlanır. Yağıntıda duzların miqdarı 10-20 mq/kq-
a çatır.
SU ANBARI – Əsasən, çay dərələrində bənd vasitəsilə yaradılan
süni hovuz. SES-lərin işləməsi, suvarma və su təchizatı üçün su
toplamaq, çayın axınını təmizləmək, gəmiçilik şəraitini yaxşılaşdırmaq,
balıq yetişdirmək və s. məqsədlə yaradılır. Dünyada hər birinin həcmi
100 mln m
3
-dən çox olan təqribən 2.3 min S.A. var. Azərbaycan
respublikasında ən böyük Mingəçevir su anbarıdır (16,1 km
2
).
SU BALANSI – atmosferdə, yer kürəsində və onun ayrı-ayrı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
406
sahələrində suyun bütün gəlir və çıxarının nisbəti. S.b. Yerdə su
dövranının kəmiyyətcə ifadəsidr. Yerin S.b. bərabərliyi ilə səciyyələnir.
Burada okeanların və qurunun səthinə düşən atmosfer yağıntılarının
miqdarı (1020 mm) okeanların və qurunun səthindən buxarlanmanın
cəminə bərabərdir (müvafiq olaraq 880 mm, 140 mm). Çoxillik dövrdə
hər hansı ərazi üçün S.b. qurunun səthinə düşən atmosfer yağıntılarının
miqdarı buxarlanma və həmin ərazidən olan axım miqdarının cəminə
bərabər olur. Azərbaycan ərazisinin S.b.-nda yağıntılar 427 mm,
buxarlanma 308 mm, axım 199 mm (69 mm-i səth axımı, 50 mm-i
yeraltı axım) təşkil edir.
SU BİOMONİTORİNQİ – İstifadə olunan və ya təbii
suqəbuledicilərə verilən suyun yararlığını qiymətləndirmək məqsədilə
test-orqanizmlərin köməyi ilə suyun keyfiyyətinə nəzarət.
SU BİTKİLƏRİ – Suda bitən bitkilər. S.b. hidrofitlərə və
hidatofitlərə ayrılır. Yalnız aşağı hissəsi suda olan bitkilər hidrofitlər,
tamamilə və yaxud çox hissəsi suda olan bitkilər hidatofitlər adlanır.
S.b. içərisində faydalıları var. Su hövzələrinin öz-özünə təmizləməsində
böyük rolu var. Bəzən çox artıb kanalları və su hövzələrini basır. S.b.-ni
məhv etmək üçün herbisidlərdən istifadə edilir. Balıqların yemi olan
S.b-ni yetişdirmək üçün isə xüsusi aqrotexnika vardır. S.b.-nə
buynuzyarpaq, su zambağı, süsənbər, oxyarpaq, acı qıjı, suoxu,
sufındığı, elodeya, bir çox yosunlar aiddir. Toxum və meyvələri bir çox
quşların qidasıdır.
SU DÖVRANI (suyun təbiətdə dövranı) – Yerdə (onun
atmosferində və yer qabığında) günəş radiasiyası və ağırlıq qüvvəsinin
təsiri nəticəsində suyun fasiləsiz yerdəyişməsi. S.d. suyun Yer səthindən
buxarlanması, onun buxarlandığı yerdən hava axınları vasitəsilə başqa
yerə aparılması, su buxarının kondensasiyası və yağıntı halında düşməsi,
su hövzələrində, qurunun səthində və yer qabığı daxilində suyun
yerdəyişməsindən ibarətdir. Günəş radiasiyasının təsiri altında
okeanlardan, dənizlərdən, çaylardan, buzlaqlardan, qar və buz
örtüyündən, torpaqdan və bitkilərdən ildə 518,6 min km
3
su buxarlanır
və həmin miqdarda su yağıntı halında yer səthinə tökülür.
SU EHTİYATLARI – İstifadəyə yararlı sular: çay, göl, kanal, su
anbarı, dəniz və okean suları, yeraltı sular, torpaqdakı rütubət, buzlaq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
407
suları (buz), atmosferdəki su buxarları daxildir. S.e.-nın 2%-ə qədəri
şirin sulardır ki, bunun da yalnız 0,3%-indən istifadə etmək
mümkündür. Şirin su ehtiyatlarından təsərrüfatda (sutəchizatı, suvarma,
hidroenergetika, daxili gəmiçilik, balıqçılıq və s.) geniş istifadə olunur.
Çayların, göllərin və dənizlərin çirkab sularla xeyli dərəcə
çirkləndirilməsi S.e.-nın keyfiyyətinin azalması təhlükəsini yaradır (1
m
3
çirkab su 40-50 m
3
təbii çay suyunu çirkləndirir və yararsız hala
salır). Azərbaycan respublikasında S.e.-nın əsas hissəsini çay suları,
10,3 km
3
-i yerli çayların suları) təşkil edir.
SU EROZİYASI – Dağ süxurlarının və torpaqların axar sularla
yuyulması və oyulması. Bax: Eroziya.
SU HEYVANLARI, HİDROBİONTLAR – həyatı suda keçən
heyvanlar. Su mühitinin sıxlığı hava mühitinə nisbətən orta hesabla 800
dəfə çox olur. S.h. iki əsas qrupa (dəniz və şirin su heyvanları) bölünür.
Paleontoloji və fizioloji məlumatlar göstərir ki, müasir şirinsu
heyvanları dəniz heyvanlarından, quruda yaşayan onurğalılar və cücülər
şirinsu heyvanlarından əmələ gəlmişlər.
SU HÖVZƏLƏRİNDƏ YOL VERİLƏN KONSENTRASİYA –
maddələrin (adətən çirkləndiricilərin) suda konsentrasiyası (qatılığı): bu
qatılıqdan yuxarı su bir və ya bir neçə istifadə növü üçün yararsız
sayılır.
SU HÖVZƏLƏRİNİN BİOAKTİVLİYİ – canlı orqanizmlər
tərəfindən su hövzəsində maddələr dövranı prosesinin intensivliyi.
SU HÖVZƏLƏRİNİN BİOLOJİ MELİORASİYASI – faydalı su
orqanizmlərinin yaşayış şəraitinin yaxşılaşmasına və su sahələrinin
bioloji və təsərrüfat məhsuldarlığının süni yüksəlməsinə yönəldilən
kompleks tədbirlər. S.h.b.m. balıq təsərrüfatında (su hövzəsinin
dərinləşdirilməsi və təmizlənməsi, təbii balıq kürü qoyan yerlərin
saxlanması və süni kürüləmə yerlərinin düzəldilməsi), həm də ov
təsərrüfatında istifadə olunur. S.h.b.m.-na həm də hövzədə bitki ilə
qidalanan balıqların introduksiyası daxildir (su hövzələrinin
«çiçəkləməsi”» ilə mübarizə məqsədilə).
SU HÖVZƏLƏRİNİN ÖZÜ-ÖZÜNÜ TƏMİZLƏMƏSİ – su
hövzəsinin üzvi və qismən qeyri üzvi maddələri zərərsiz birləşmələrə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
408
çevirməsi qabiliyyəti. S.h.ö.t. fiziki (suspenziya hissəcikərinin çökməsi,
buxarlanma); kimyəvi (maddələrin oksigen və hidrogen peroksidlə
oksidləşməsi, suda həll olması, hidrantlara çevrilməsi: kolqulyasiya və
çökmə; toksikantların hidrolizi); bioloji (çirklənmiş maddələrin
mübadilə prosesinə girməsi, onların parçalanması və ya zəhərsiz
formalara keçməsi). S.h.ö.t.-də bütün hidrobiontlar iştirak edir, əsas rolu
isə bakteriyalar, göbələklər, ibtidailər və çoxhüceyrəli heyvanlar-süzdü-
rücülər oynayır.
SU HÖVZƏLƏRİNİN SANİTARİYA MÜHAFİZƏSİ (SHSM) –
içməli su mənbələrinin çirklənmədən qoruyan qanunverici, təşkilatı və
sanitar-texniki tədbirlər sistemi. SHSM barədə ilk dövlət qanunu 19
əsrin 70-ci illərində B.Britaniyada, 90-cı illərdə isə Fransada həyata
keçirilmişdir. SHSM-də ciddi rejimli və məhdudlaşdırılmış sanitariya
mühafizəsi zonası müəyyənləşdirilmişdir. Birinci zonaya su götürülən
yer və su kəmərinin baş qurğuları aiddir; bura hasara alınır, sahəsi
yaşıllaşdırılır, qorunur və tikinti işləri qadağan edilir. İkinci zonaya su
təchizatı mənbəyinə təsir göstərə bilən sahə aiddir. Çayın sahili 150-200
m enində yaşıllaşdırılır və sanitariya rejimi gözlənilir. SHSM-də
sanitariya-epidemioloji stansiyalar nəzarət edir.
SU HÖVZƏSİNİN ÖZÜ-ÖZÜNƏ ÇİRKLƏNMƏSİ – parçalanan
ölü maddələrlə çirklənməsi. S.h.ö.ç. yosunların kütləvi parçalanması
(əsasən göy-yaşıl yosunların) nəticəsində baş verir. Su mühiti bu zaman
nəinki ölü üzvi maddələrlə zənginləşir, həm də mürəkkəb molekulyar
strukturlu zəhərli maddələrin ayrılması nəticəsində zəhərlənir, heyvan
və insanlar üçün təhlükəli olur. Zəhərli yosunlarla zəhərlənmiş balıqları
insan qəbul etdikdə zəhərlənə bilər.
SU HÖVZƏSİNİN SAPROBLUĞU
– su hövzəsinin
hidrobiontların növ tərkibi və kütləsi ilə çirklənmə dərəcəsinin
xarakteristikası. Polisaprob (ən çox çirklənmiş), mezosaprob və
oliqosaprob (az çirklənmiş) su hövzəsi ayırd edilir. Bu hövzələrdə
yaşayan orqanizmlər uyğun olaraq poli,-mezo və oliqosaproblar adlanır.
SU HÖVZƏSİNİN TERMOFİKASİYASI – su hövzəsinə istilik və
atom elektrik stansiyalarının qızdırılmış suyu axıdılır, bunun nəticəsində
üzvi maddələrin məhsulu artır, aerob proseslər daha çox anaerob
proseslərlə əvəz olunur. Su hövzəsində suyun gigiyena və sanitar
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
409
vəziyyəti pisləşir. S.h.t. su hövzələrinin xüsusi fiziki çirklənmə növü
olub, biotanın köklü dəyişməsinə səbəb olur.
SU HÖVZƏSİNİN TROFLUĞU – 1) su hövzəsində biokütlənin
miqdarı və avtotrof orqanizmlərin məhsulu: 2) avtotrof bitkilərin
yaşaması üçün labüd olan qida maddələrinin və başqa şəraitin
mövcudluğu.
SU HÖVZƏSİNİN YEM RESURSU – hidrobiontlar üçün qida
vəzifəsini görən bütün orqanizmlər, onların parçalanma məhsulları və
digər üzvi maddələrin məcmusu.
SU İLƏ TƏMİN OLUNMA – sənaye, kənd təsərrüfatı və məişət
təsərrüfatlarının su ilə təmin olunma dərəcəsi.
SU KADASTRI – respublikanın, regionun və ya hövzənin sularının
sistemləşdirilmiş məlumatı: bura çaylar, dənizlər, göllər, yeraltı sular,
bataqlıqlar haqqında məlumatlar daxil edilir.
SU QITLIĞI (DEFİSİTİ) – Torpaqda suyun azlığı və havada
nəmliyin aşağı olması nəticəsində bitki toxumalarında suyun
çatışmaması. S.q. turqorun itməsinə və bitkinin solmasına səbəb olur,
toxumaların tam nəmlənməsindən alınan faizlərlə ifadə olunur. Ən
yüksək su qıtlığı kserofitlərdə baş verir.
SU MİQRANTLARI – canlı orqanizmlərin tərkibində olan suda
həll olan kimyəvi elementlər (kalsium, kalium, kükürd, fosfor, dəmir,
alüminium, silisium).
SU MÜALİCƏSİ – sudan müalicə və profilaktika məqsədi ilə
istifadə edilməsi. Hələ İbn-Sina orqanizmi möhkəmləndirmək və bir sıra
xəstəliklərin qarşısını almaq üçün S.m.-nin böyük əhəmiyyətini
göstərmişdir. Su yüksək istilik tutumu, istilik keçiriciliyi, konveksiya və
müxtəlif qazları, duzları həll etmək qabiliyyətinə malikdir. S.m. zamanı
dəridə yerləşən sinir ucları qıcıqlanır. Azərbaycan Respublikasında bir
sıra balneoloji müəssisələr (İstisu, Turşsu, Qalaaltı, Suraxanı, Şıxburnu
və s.) fəaliyyət göstərir.
SU REJİMİ – çay, göl və bataqlıqlarda vaxtaşırı su həcminin
səviyyəsinin dəyişməsi. Sutkalıq, illik və əsrlik ritmika ilə səciyyələnir.
SU TƏCHİZATI MƏNBƏLƏRİNİN SANİTARİYA
MÜHAFİZƏSİ ZONASI – su mənbələri və su kəməri ətrafındakı ərazi.
Burada çirklənmənin qarşısını almaq üçün adətən meşəliklər salınır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
410
S.t.m.s.m.z. bütün su hövzələri ətrafında yaradılmalıdır.
SU TƏSƏRRÜFATI KADASTRI – xalq təsərrüfatının müxtəlif
sahələrində sudan istifadə vəzifəsi, miqdarı və formasına uyğun olaraq
su resursları üzrə məlumatların toplanması.
SU TƏSƏRRÜFATI – Su ehtiyatlarının öyrənilməsi, uçotu,
kompleks istifadəsinin planlaşdırılması, yeraltı və yerüstü suların
çirklənməsinin və azalmasının mühafizəsi ilə məşğul olan xalq
təsərrüfatı sahəsi. S.t.-nin əsas vəzifəsi xalq təsərrüfatının bütün
sahələrini zəruri miqdarda keyfiyyətli su ilə təmin etməkdir. S.t.-nın ən
əsas məsələlərindən biri də su hövzələrini sənaye və məişət suları ilə
çirklənməkdən qorumaqdır.
SU TOKSİKOLOGİYASI – toksikologiyanın bölməsi: su
mühitinin toksikliyini, su orqanizmlərin zəhərin təsirinə qarşı reaksiya
mexanizmini və toksikantların təsir mexanizmini öyrənir.
SUALTI VEGETASİYA ZONASI – bitkinin suyun dibində
müəyyən üsullarla bərkimiş və demək olar ki, bütövlüklə suyun altında
qalan su hövzəsinin sahəsi. Həyat fəaliyyəti üçün zəruri olan bütün
maddələr (mineral duzlar, karbon-4 oksid və s.) bitkiyə sudan daxil olur.
SUAYRICI – bir-birinə əks istiqamətlənən iki yamaca atmosfer
yağıntılarının axımını bölüşdürən xətt. İki axım hövzəsini ayıran dağ
silsiləsi və ya səthin hündür sahəsi.
SUBAKVAL LANDŞAFT (sub... və lat. agua - su) – dövri olaraq
təmiz suyun basdığı (çaybasarda) şəraitdə inkişaf edən geokimyəvi
landşaftın elementar tipi. Relyefin mənfi formalarında formalaşır.
Biokimyəvi proseslər oksidləşmə-reduksiya şəraitində gedir.
SUBAKVAL PROSESLƏR – sualtı təbii (fiz., kim., biol və s.)
proseslər.
SUBAKVAL RELYEF – sualtı relyef (dənizin, okeanın, gölün,
çayın dibi).
SUBALP QURŞAĞI – Dağlıq rayonlarda hündürlük qurşaqlarından
biri olub, bilavasitə meşə qurşağından üstdə yerləşir. S.q. meşə qurşağı
ilə alp qurşağı arasında keçid təşkil edib, hündür (2.0-2,5 m) ot bitkiləri
ilə zəngindir. Tək-tək və qrup halında alçaq boylu ağac və kollara rast
gəlinir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
411
SUBALP MEŞƏLƏRİ – Subalp meşələri dağın yüksək hissələrində
(dəniz səthindən 2000-2200 m-dən yuxarı) qısa müddətli yayı olan
xüsusi iqlim şəraitində yayılır və özünə məxsus bitki örtüyü yaradır.
Belə iqlim şəraiti ağac bitkisi üçün az əlverişlidir. Ona görə də meşələr
seyrək, ağacların gövdəsi çox vaxt əyri, boyu alçaq olur. Meşənin
seyrək çətri altında isə rəngarəng hündür ot örtüyü inkişaf edir. S.m.-nin
edifikatorları fıstıq, şərq palıdı və tozağacı sayılır. Onlara yüksək
dağağcaqayını, ayı fındığı, vələs, quşarmudu, başın ağacı, doqquzdan,
rododendron, qarağat və s. ağac və kollar qarışır. Respublikamızın
ərazisində subalp tipli meşələr olduqca az qalmışdır. Çox yerdə uzun
müddət davam edən intensiv insan fəaliyyəti nəticəsində subalp
meşələrinin sərhədi xeyli aşağı endirilmiş, deqradasiyaya uğrayaraq
tikanlı kolluqlara (ardıc, gəvən və s.), çəmən və bozqırlara çevrilmişdir.
SUBAREAL PROSESLƏR (sub... və yun. aer - hava) – yerüstü
təbii (fiziki, kimyəvi, biol. və s.) proseslər.
SUBASAR ZONA – su anbarı yaranması ilə əlaqədar subasan ərazi,
burada bir sıra suksessiyadan sonra spesifik dayazsulu litoral, adətən
kövrək (zərif) ekosistem əmələ gəlir.
SUBDOMİNANT NÖVLƏR – sayına və biokütləsinə görə
dominant növlərdən bir qədər geri qalan növlər.
SUBEDİFİKATORLAR – fitosenozlarda edifikatorlardan sonra
ikinci yeri tutan bitkilər.
SUBKLİMAKS – müxtəlif fəlakətli, biotik və edafik faktorların
təsiri nəticəsində suksessiyanın klimaks vəziyyətinə çatması
mərhələlərindən biri.
SUBKLİMAKS QRUPLAŞMALAR – klimaks qruplaşmalardan
fərqli olaraq xarici təsirlər nəticəsində pozulduqda öz strukturunun
bərpasına yüksək qabiliyyətə malikdir. Antropogen faktorların təsiri
hərtərəfli müşahidə edilən hazırki dövrdə subklimaks qruplaşmalar daha
çox adaptasiya olunan və geniş yayılan forma sayılır.
SUBSTRAT (BİOLOGİYADA) – heyvan və ya bitki
orqanizmlərinin, həmçinin mikroorqanizmlərin yaşadığı və oradan
qidalandığı əşyalar, maddələr. Yerüstü orqanizmlər üçün S. – torpaq, su
orqanizmləri (bentos) üçün su hövzəsinin qruntu (dibi), su kütləsi
(plankton üçün) hesab olunur. S.-ın dəyişməsi (xüsusən antropogen),
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
412
eroziya, çirklənmə, mexaniki tərkibin pozulması və s.) ona yapışan
orqanizm qruplaşmaların normal funksiyasını pozur, ekostemin
suksessiyasına səbəb olur.
SUBTROPİK QURŞAQLAR – SUBTROPİKLƏR – Yerin iki
coğrafi qurşağı. Şimal və cənub yarımkürələrində təqribən 30
° ilə 40° en
dairələri arasındadır. Qışda mülayim, yayda tropik hava kütləsinin
üstünlüyü ilə xarakterizə olunur. Azərbaycan Respublikası ərazisindəki
S.q. yayı quraq keçən yarım rütubətli subtropiklərə (Lənkəran ovalığı)
və quru subtropiklərə (Qanıx-Həftaran vadisi, Kür-Araz ovalığı) ayrılır.
SUBTROPİK MEŞƏ – subtropiklərdə, əsasən Aralıq dənizi
ölkələrində yayılan sıx enliyarpaqlı meşələr, tərkibinə həmçinin
həmişəyaşıl ağac və kollar daxil olur.
SUDA-QURUDA YAŞAYAN BİTKİLƏR – həm quruda, həm də
suda bitən bitkilər (məs. su qaymaqçiçəyi).
SUDAN İSTİFADƏ – Su resurslarından istifadə qaydaları, şərtləri
və formaları: 1) Əhalinin və xalq təsərrüfatının su obyektlərindən hər
cür istifadə etmə tələbatının ödənilməsi: 2) Suyun təsərrüfat məqsədilə
məişətdə istifadəsi (məs. elektrik stansiyaları, su dəyirmanı).
İstifadəçilər sulardan səmərəli istifadə və mühafizə tələblərinə riyaət
etməlidir.
SUKEÇİRMƏYƏN HORİZONT – yer səthindən birinci
sukeçirməyən gilli qat.
SUKKULENTLƏR (lat. succulentus - şirəli) – Ətli, şirəli yarpaqlı
(aqava, aloye və s.) və ya gövdəli (kaktus, bəzi südləyənlər) çoxillik
bitkilər: kserofitlərin xüsusi tipi. S. əsasən Şimali, Mərkəzi və Cənubi
Amerikada, Cənubi Afrikada səhra, yarımsəhra və savannalarda bitirlər.
S. işıqsevən, gecböyüyən bitkilərdir. S.-in bəzisi (kaktus, aloye)
dekorativ bitki, aqava isə toxuculuq sənayesi üçün xammal verən bitki
kimi becərilir. Bəzi növləri Krımda, Orta Asiya, Azərbaycan
Respublikasında introduksiya edilir.
Dostları ilə paylaş: |