Ekoloji LÜĞƏt a



Yüklə 3.98 Mb.
PDF просмотр
səhifə56/60
tarix23.02.2017
ölçüsü3.98 Mb.
1   ...   52   53   54   55   56   57   58   59   60

TÖKÜNTÜLƏRİN ÇƏMƏNLƏŞDİRİLMƏSİ – çoxillik taxıl və 

paxlalı ot növlərinin səpilməsi və becərilməsi yolu ilə yüksək məhsuldar 

ot örtüyünün yaradılması üzrə kompleks tədbirlər. Otların növ tərkibi, 

səpin norması  və becərilmə aqrotexnikası  çəmənləşdirilən yerin 

səciyyəvi xüsusiyyətlərindən və rayonun fiziki-coğrafi  şəraitindən asılı 

olaraq təcrübə yolu ilə müəyyənləşdirilir. Paxlalılar və qarışıq otlar 

səpilərkən səpin norması iki dəfə çoxaldılır. Çəmənləşdirilmiş töküntü 

sahəsindən biçənək, otlaq məqsədilə istifadə edilməsi üzrə tövsiyə yerli 

şəraitdən asılı olaraq müəyyən edilir. 

TÖKÜNTÜLƏRDƏ TORPAQ ÖRTÜYÜNÜN BƏRPASI – 

texnogen törəmə relyefin səthində texniki rekultivasiya işləri 

aparıldıqdan sonra təkrar torpaq örtüyünün yaradılma prosesi. 

Torpaqların bərpa olunma prosesi meliorativ tədbirlərin (humus 

meliorsiyası: humuslu torpaq qatının yaradılması, kompost, torf və daş 

kömür məişəli meliorantların verilməsi, fitomeliorasiya və s.) həyata 

keçirilməsi və biosenozların təbii halda tədrici olaraq bərpa olunması ilə 

sürətlənə bilər. 



TÖRƏMƏ  BİTKİ ÖRTÜYÜ – insan fəaliyyəti və ya təbii 

fəlakətlər nəticəsində biotopun fiziki-kimyəvi xassələrində  dərin 

dəyişikliklər getdiyindən məhv olmuş ilkin bitki örtüyü bilavasitə bərpa 

olunmayıb, aralıq suksessiya fazaları keçirir. Belə aralıq fazalar T. b.ö.-

nü təşkil edir. 

TÖRƏMƏ  ÇİRKLƏNDİRİCİ  – ilk çirkləndiricilərin kimyəvi 

reaksiyaları və ya kimyəvi parçalanması nəticəsində əmələ gəlir. 



TÖRƏMƏ MATERİAL RESURSLARI – Xalq təsərrüfatında elm 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

467 


 

və texnikanın inkişafının hazırkı  mərhələsində istehsalat və  məişət 

tullantılarından istifadə. 

TÖRƏMƏ MEŞƏLƏR  –  İnsan fəaliyyətinin və  təbii (kortəbii) 

hadisələrin təsiri ilə  dəyişilmiş meşələr. Bu zaman meşəliyin tərkibi, 

quruluşu, məhsuldarlığı, ilkin  meşələrə xas olan meşəbitmə  şəraiti və 

digər xassələri dərindən dəyişir. T.m. ağacların təbii  əvəz olunması  və 

təsərrüfat tədbirləri nəticəsində (meşə əkini, xidməti və bərpa qırıntıları) 

öz ilkin vəziyyətinə  bərpa olunması intensivliyindən asılı olaraq qısa 

müddətli, uzunmüddətli və davamlı uzunmüddətli T.m.-ə.bölünür. Qısa 

müddətli T.m.-də bu proses əsas meşəyaradan ağac cinsinin 

(edifikatorun) bir nəslinin həyat müddətində, uzunmüddətli T.m.-də 2-3 

nəsil, davamlı uzunmüddətli T.m.-də isə 3 nəsildən artıq müddətdə başa 

çatır. Azərbaycan respublikasında ilkin  palıd və fıstıq meşlərinin yerinə 

törəmə vələs, dəmirqara və s. meşəliklər və törəmə kolluqlar geniş sahə 

tutur. 

TRANSABİOTİK ƏLAQƏLƏR (Sukaçov, 1953) – Orqanizmlərin 

mühitə, mühitin isə orqanizmlərə təsirinin birbaşa müxtəlif formaları: a) 

passiv təsir – pertinensiya, b) orqanizmlərin fəaliyyəti prosesində 

yaranan aktiv təsir-saprotrofiya və mediopatiya. Bunların  əsasında 

biotik mühit yaranır və orqanizmlərin assosiasiyalaşmasının xüsusi 

formaları əmələ gəlir. 



TRANSFORMASİYA  (lat. transformatio - dəyişmək)  – Bioloji 

sistemdə və ya onun ətraf mühitində gedən keyfiyyət dəyişkənliyi (yeni 

göstəricinin yaranması). Bitki qrupunun və ya torpağın antropogen 

dəyişməsi. 



TRANSQRESSİYA – dənizin quruya «Hücumu»; Yer qabığının 

tektonik hərəkəti nəticəsində  dənizin quru sahələri basması. Yerin 

tarixində reqressiya ilə əvəz olunması. 

TRANSPİRASİYA  (lat. trans – vasitə  və spiro – nəfəs alıram)  – 

Bitkilərdə suyun buxarlanması. Bitkilərin  əsas transpirasiya orqanı 

yarpaqlardır. T. yarpaqlarda buxarlanan suyun əsas çıxış yolu olan 

ağızcıqların açılıb bağlanması ilə nizamlanır. Ağızcıqlar vasitəsi ilə 

gedən T. ağızcıq T.-sı adlanır. T. prosesində suyun bir hissəsi (10%) 

katikula vasitəsi ilə xaric olunur. Bu proses katikula T.-sı adlanır. Bir 

saat  ərzində bitkilərdən buxarlanan suyun qramla miqdarı T. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

468 


 

intensivliyi, 1 q quru maddənin əmələ gəlməsinə sərf olunan suyun miq-

darı isə T. əmsalı adlanır. 

TRİXOFİTLƏR  (yun. thrix - saç)  – torpaqdakı kapilyar suyun 

hesabına yaşayan bitkilər (əksər kserofitlər). 



TRİNİTROTOLUOL (trotil, TNT, tol, 2,4,6 - trinitrotoluol) C

2

 H

5

 

N

3

O

5

 – ağ kristal (texniki məhsulu – sarı rəngli), qeyri hiqroskopikdir

suda zəif, üzvi həlledicilərdə yaxşı  həll olur. T. geniş yayılan törəmə 

partlayıcı maddədir, yanma dərəcəsi 3596 kkal/kq, qazşəkilli 

məhsulunun partlayış  həcmi 730 l/kq-dır. T. mərmilərinin, minaların, 

raketlərin atıcı hissələrinin doldurulmasında, sənayedə partlayış 

işlərində istifadə olunur. 



TROFEKOLOGİYA, QİDALANMA EKOLOGİYASI 

– 

ekologiyanın bölməsi; biosenozda qida əlaqələrinin məcmusunu öyrənir. 



T.-nın fundamental konsepsiyasını ingilis ekoloqu Ç.Elton (1927) 

hazırlamışdır. 



TROFİK ZƏNCİR (QİDA ZƏNCİRİ)  (yun. trophe - qida)  – 

özündən  əvvəl gələn hər bir zveno (həlqə) özündən sonrakı üçün qida 

kimi istifadə edilən növ və ya onun qrupları. T.z. daxilində ayrılır: 

otyeyən – orqanizmlə – produsentlə qidalanma – parazitlik və yırtıcılıq. 



TROFLUQ  ƏMSALI  – Ekosistemdə fotosintezin ümumi 

məhsulunun tənəffüsə nisbəti, yəni R:R. Ekosistemin yetişkənlik 

göstəricisidir, belə ki, davamlı ekosistemlərdə bu əmsal vahidə 

bərabərdir. 



TROFOLOGİYA – orqanizmlərin trofik əlaqələrini öyrənən elm. 

TROQLOBİONT  (yun. trogle - mağara)  – Yalnız mağaralarda 

yaşaya bilən orqanizmlər. 



TROQLOFİLLƏR  – həm mağaralarda, həm də yer mühitində 

yaşamağı üstün tutan orqanizmlər (yarasalar, xərçəngkimilər və s.). T.-in 

əksəriyyəti hiqrofil və kölgəsevər növlərdir. T.-ə çox vaxt endogen 

şəraitdə (tökülən yapaqların, daşların altında, torpaqda və s.), mağaraların 

dərinliklərində, əksər hallarda isə mağaranın girişində rast gəlinir. 

TROPİK MEŞƏLƏR  – ekvatorial, subekvatorial və tropik 

qurşaqlarda yayılmışdır. Bitki növləri zəngin və hündürboylu (60-70 m 

və  hətta 80 m) ağacları olan həmişəyaşıl rütubətli tropik və ya əsasən, 

lianlar və epifitlərdən  ibarət tropik yağışlı meşələrə daha çox rast 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

469 


 

gəlinir. 



TROPİK ZONA – 40

°ş.e. və 40° c.e. arasında yerləşən Dünya 

okeanının 500-1000 m dərinliyində olan temperatur zonası. Onun 

sərhədi +15

° qış izotermi sayılır. Mövsümi temperatur tərəddüdü bəzən 

3-4


°-dən çox olur. 

TROPOFİL BİTKİLƏR (yun. trophe – dəyişmək və phyllon - 

yarpaq)  – yarpağını tökən bitkilər. Yarpaqların tökülməsi  əsasən 

mülayim enliklərdə bioloji tipdən (həyatilik formasından) və ilin mövsü-

mündən asılı olaraq müşahidə edilir. 



TROPOFİTLƏR  – sutkalıq ritmikasında yarpaqları günəş  işığına 

doğru yönələn bitkilər (məs. “kopas” bitkisi”). T.-rə  həmçinin ilin 

quraqlıq dövründə iri yarpaqlarını töküb onları xırda yarpaqlarla dəyişən 

bitkilər aiddir. Günəbaxan bitkisini də T.-ə aid etmək olar. 



TUFAN – Adətən tsiklon keçən zaman baş verən, xeyli davamlı, çox 

güclü, quruda çox böyük dağıntıya və  dənizdə güclü dalğalanmaya 

səbəb olan küləyə deyilir. Çox vaxt ildırım, göy gurultusu və güclü 

leysanla müşayiət olunur. Yağmursuz T.-lar da çox olur. 



TUQAY MEŞƏLƏRİ, QALEREYA MEŞƏLƏRİ  – Orta Asiya, 

Cənubi Qafqaz və  Mərkəzi Asiyada çay sahilləri boyu bitən meşələr. 

Çöl və yarımsəhra (meşəsiz)  əraziləri kəsib keçən bu çaylar öz 

sahillərində meşənin inkişafı üçün əlverişli şərait yaradır: burada qrunt 

suyunun səviyyəsi səthə yaxın yerləşir, torpağın nəmliyi yuksək olur, 

vaxtaşırı  ətraf sahələri daşqın suları basır. Çay sahili boyu bitən belə 

meşələrə Azərbaycan və Orta Asiya xalqları tuqay meşələri adı 

vermişdir. Başqa meşələrdən fərqli olaraq T.m. özünəməxsus qalın, sıx 

kollu, sarmaşıqlı, çox vaxt keçilməz olur. Amu-Dərya və  Sır-Dərya 

çaybasar sahələrinin T.m.-də  əsas ağac turanqa (qovaq növü) hesab 

olunur. Ona söyüd, iydə, çaytikanı qarışır. Respublikamızda T.m-nə bir 

çox düzən çayları ətrafında rast gəlmək olar. Ən uzun və geniş T.m. Kür 

çayının payına düşür. T.m vaxtilə Kür sahillərində çaydan uzaqlaşdıqca 

xüsusi təbii zonallıq yaradırdı. Çayın lap subasar kənarı ilə söyüd və 

yulğun meşəsi yayılıb, sahildən aralandıqca üstünlük ağyarpaq qovağa 

(hibrid qovağa) keçir. Daha sonra isə meşəliyin tərkibində qovaq azalır, 

qarağac və palıd artır. Meşəliyin lap kənar hissəsində palıda saqqız 

ağacı qarışır, bəzən saqqız təmiz meşəlik yaradır. Hazırda Kürətrafı 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

470 


 

sahillərinin təbii meşə landşaftı kökündən dəyişmişdir, göstərilən təbii 

qanunauyğun zonallığın qalıqlarına ancaq tək-tək hallarda rast gəlmək 

olur. Təəssüf ki, böyük iqlimnizamlayıcı, torpaqqoruyucu və 

sahilbərkidici, ov heyvanlarının sığınacağı və insanların istirahət guşəsi 

olan T.m.-nin qalıqları da sıradan çıxmaq üzrədir. Belə vəziyyət hazırda 

Kür qırağında az da olsa saxlanılmış T.m.-nin qorunması  və yeni 

meşəliklərin salınmasının vacibliyini daha da artırır. 



 

 

 

Tovuz rayonu Kirzan sahəsində Kürqırağı tuqay meşəsi 

 

TULLANTI ANBARI – Tullantıların, bir qayda olaraq sənayenin 

bərk tullantıları və şlamlar (maye axıntılar təmizləndikdən sonra əmələ 

gələn quru qalıq) toplanılan və saxlanılan xüsusi qurğular, tulantının 

tipindən və  təhlükəliyindən asılı olaraq onların  ətraf mühitdən izolə 

etmək sistemi təyin edilir. Tullantılardan axan infiltrasiya suları daha 

təhlükəli sayılır, belə ki, yağış zamanı tullantılardan sızılan sulardan 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

471 


 

tullantıda olan zəhərli maddələr yuyulub aparılır. Adətən infiltrasiya 

suları  yığılır. Tərkibində üzvi maddələr olan tullantılardan pis iyli isti 

qaz çıxır, onun tərkibində  əsasən metan olub partlayıcı  təhlükəsinə 

malikdir. 

TULLANTILAR  – istehsal, məişət, nəqliyyat və başqa sahələrdə 

əmələ  gələn və bilavasitə yerində istifadə edilməyən tullantılar. Lakin 

T.-dan təsərrüfatın qeyri sahələri üçün real və potensial məhsul kimi 

istifadə etmək olar. Yararsız T. zibil sayılır. 



TULLANTILARIN FİZİKİ  ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ  – 

Təhlükəli və  zərərli komponentləri məhv etmək məqsədilə tullantılara 

fiziki agentlərlə (radiasiya, işıq və s.) təsir göstərilməsi. 

TULLANTILARIN KİMYƏVİ  ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ  – 

kimyəvi reaksiya aparmaqla tullantılardakı  zərərli maddələri zərərsiz 

birləşmələrə çevirmək. 

TULLANTILARIN NEYTRALLAŞDIRILMASI  – tullantıların 

turş və qələvi xassələrini neytrallaşdırma prosesi. 



TULLANTILARIN NORMASI – müəssisənin  ətraf mühitə 

atılacaq maye və ya qaz tullantılarının icazə verilən ümumi miqdarı. 

T.n. elə hesablanır ki, müəyyən regionun bütün müəssisələri tərəfindən  

atılan zərərli tullantıların miqdarı yol verilən konsentrasiyanı keçməsin. 



TULLANTILARIN SUSUZLAŞDIRILMASI  – Texnoloji üsul 

tətbiq etməklə tullantılardan suyun ayrılması və onun yenidən istifadəsi. 

Tullantıların bioloji zərərsizləşdirilməsi, tullantıların zərərli 

komponentlərinin, çirkab sularında isə mikroorqanizmlərin və üzvi 

maddələrin yox edilməsi. 

TULLANTILARIN TERMİK ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ  – 

Xüsusi reaktorlarda 600-1000

°C temperaturda tullantıların işlənməsi. 

TULLANTILARIN UTİLİZASİYASI – bax utilizasiya. 

TULLANTISIZ TEXNOLOGİYA  – təbii resurslardan səmərəli 

istifadə etmək məqsədilə ayrı-ayrı  təsərrüfat və  sənaye kompleksindən 

tullantısız məhsul almağa yönəldilən texnologiya. T.t. bütün sənaye və 

kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. T.t.-nın 

inkişafının 

əsas istiqamətləri aşağıdakılardır: tullantıların 

utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi, 

qapalı siklli istehsalın təşkili, çirkab suların atılması, zərərli maddələrin 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

472 


 

atmosferə buraxılması. 



TUNDRA EKOSİSTEMLƏRİ  – Arktik iqlimin ekosistemləri, 

şibyə, mamır, yarpığını tökən və  həmişəyaşıl kollar, dominantlıq edir. 

Polidominant və mozaik fitosenozlara malikdir, torpağı qleyli tundra 

torpağıdır. 



TURİST CIĞIRI  – xüsusi düzəldilmiş  və ya xəritə üzərində  təyin 

olunmuş, mühafizə olunan (və ya olunmayan) ərazidə turist qrupunun 

(təşkil olunmuş və ya müstəqil halda) hərəkət yolu (milli parkda və ya 

digər yerdə). 



TURİSTİKA (TURİSTŞÜNASLIQ)  – türizmlə  əlaqədar bütün 

amilləri və hadisələri tədqiq edən kompleks fənn. 



TURİZM – asudə vaxtda səyahət, fəal istirahət növlərindən biri. T. 

insanın səhhətini yaxşılaşdırır, iş qabiliyyətini artırır, görüş dairəsini 

genişləndirir və s. Öz ölkəsi daxilində  gəzintiyə daxili (milli) T., 

vətəndən kənarda gəzintiyə xarici T. deyilir. Səyahətin məqsədindən 

asılı olaraq ekskursiya T.-i, idman T.-i, şəhərdən kənar T. və s. 

mövcuddur. T. əsasən turist idarələri tərəfindən qabaqcadan 

proqramlaşdırılmış mütəşəkkil, qismən də ayrı-ayrı  şəxslərin müəy-

yənləşdirdiyi qeyri mütəşəkkil səyahətlərdən ibarət olur. 



TURŞ DUMAN – turşu əmələ gətirən, kükürd və azot oksidləri həll 

olmuş aerozol, xırda su damcıları. T.d. insan üçün turşulu yağışlardan da 

təhlükəlidir. Belə ki, o, daha çox turş reaksiyaya (pH < 2) malik olub 

insanın nəfəs orqanına düşərək selikli qişanı zədələyir. 



TURŞ TORPAQ – pH (hidrogen ionlarının qatılığı) 7.0-dən aşağı 

olan torpaq. Turş torpaqların münbitliyi aşağı olur. 



TURŞULU (TURŞ) YAĞIŞLAR – T.y.-ın əsas komponentləri azot 

və kükürd oksidlərinin aerozolları sayılır. Onlar atmosfer, hidrosfer və 

torpaq rütubətliyi ilə qarşılıqlı  əlaqədə olduqda sulfat, nitrat və digər 

turşular  əmələ  gətirir. T.y.-a səbəb olan təbii mənbələrə vulkan 

püskürmələri,  şimşək çaxması  və ildırım, meşə yanğınları, biogen 

ifrazat, torpağın deflyasiyası  və s. aiddir. Antropogen T.y.-ın mənbəyi 

yanacaq qazıntılarının, xüsusən daş kömürün İES-də, qazanxanalarda, 

metallurgiyada, neft-kimya sənayesində, nəqliyyatda və s. yandırılması 

prosesi sayılır. T.y.-ın digər mənbəyi kənd təmərrüfatında istifadə 

olunan azot gübrələri hesab olunur. T.y.-ın  əsas yayıldığı vilayətlər 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

473 


 

sənaye rayonları sayılır. (Ş.Amerika, Qərbi Avropa, Yaponiya, Koreya, 

Çin, Rusiyanın sənaye rayonları). 

Turşuluğu (PH) 5,6-dan aşağı olan yağıntıların T.y. adlandırılması 

qəbul edilmişdir. İndiyə qədər məlum olan ən turş yağış Kanadada (PH 

2,4) və ABŞ-ın Los-Anjeles şəhərində (PH 2,3) qeydə alınmışdır. T.y. 

təbiətə, binalara və qurğulara böyük zərər yetirir, tarixi abidələri 

aşılayır, metal qurğuları karroziyaya uğradır, torpağın, suyun fiziki-

kimyəvi xassəsini dəyişdirir, canlı aləmin bioloji inkişafını  məhv edir. 

T.y. bitki örtüyünün, o cümlədən meşələrin qurumasına, su 

orqanizmlərinə məhvedici təsir göstərir. T.y. təsirindən Norveçin cənub 

hisəsində göllərin 80%-i «ölüdür». T.y.-ın ekoloji problemini həll etmək 

üçün azot oksidi və kükürd qazının buraxılması kəsgin azaldılmalı, yeni 

texnologiya tətbiq edərək yanacağa qənaət etmək, yanacaqdan kükürdü 

kənarlaşdırmaq, tüstü bacalarından çıxan kükürd və azot oksidini tutmaq 

kimi tədbirlər həyata keçirilir, bu sahədə ayrı-ayrı dövlətlərlə beynəlxalq 

əməkdaşlıq edilir. 

TURŞULUQ AMİLİ  – suyun və torpağın turşuluğunu təyin edən 

faktor (pH). 



TUT FƏSİLƏSİ  (Moraceae). Fəsiləyə 70-ə yaxın cins daxildir. 

Əsasən tropik və subtropik iqlimli ölkələrdə yayılmışdır. Azərbaycanda 

fəsilənin 4 cinsi məlumdur. 

Tut cinsi (Morus). Respublikamızda 3 növu vardır. Ağ tut (M.alba)

qara tut (M.nigra) və qırmızı tut (M.rubra). 



Əncir cinsi  (Ficus). Azərbaycanda 2 növü vardır. Adi əncir 

(F.caria). Azərbaycanda,  əsasən Abşeronda, Qobustanda və aran 

zonalarında becərilir. 



Hirkan  ənciri  (F.hyrcana)  Lənkaran zonasında aşağı dağ 

qurşağında, meşələrdə  tək-tək və topa halında yayılmışdır. Üçüncü 

dövrün relikt bitkisi sayılır. 

Narıncı maklüra (Maclura), bəzən meymun alması da deyilir. Təbii 

halda Çin və Ş.Amerikada yayılmışdır. Azərbaycanda bir çox rayonların 

yaşıllıqlarında rast gəlinir. 

Kağız ağacı cinsi  (Broussonetia).  Təbii halda Çin və Yaponiyada 

yayılmışdır. Azərbaycanda Abşeron, Gəncə  və Kür-Araz düzənliyi 

rayonlarında, parklarda rast gəlinir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

474 


 

TUTÇULUQ  – ipəkçilik sahəsi; aqrobiologiya elminə daxildir. T. 

fənni tut bitkisinin morfologiyası, anatomiyası, sistematikası, genetikası, 

seleksiyası, sort tərkibi, tut bitkisinin çoxaldılması, yemlik və meyvə tut 

plantasiyalarının yaradılması, tut yarpaqlarının, meyvələrinin keyfiyyəti

biokimyəvi xüsusiyyəti və T.-da təcrübə işinin əsas məsələlərindən bəhs 

edir. 


TÜKƏNƏN NÖV – Artıq neçə vaxtdır ki, təbiətdə rast gəlinməyib, 

ola bilər ki, ona çətin  əlçatan yerlərdə  və yaxud mədəni halda təsadüf 

olunsun. 

TÜKƏNƏN RESURSLAR – istifadə etməklə miqdarı, (ehtiyatı) 

sahəsi get-gedə azalan təbii resurslar. T.r. bərpa olunan (bitki örtüyü və 

heyvanat aləmi) və  bərpa olunmayan (mineral resurslar) resurslara 

bölünür. 



TÜKƏNMƏKDƏ OLAN NÖV – Tam ölmək (məhv olmaq) 

təhlükəsində olan növ, qalan fərdləri təbii  şəraitdə populyasiyanı 

saxlamağa qadir deyildir. Xüsusi dəqiq tədbirlər həyata keçirərək (bəzən 

süni artırmaq yolu ilə) mühafizəsi tələb olunur. T.o.n. ölməkdə olan 

növlərdən fərqli olaraq əlverişli genetik imkana malik olub yeni şəraitdə 

artırılması mümkündür. 



TÜKƏNMƏYƏN (GÜCDƏN DÜŞMƏYƏN) RESURSLAR – 

təbii resursların miqdarca tükənməyən hissəsi (dəniz qabarmaları, günəş 

şüası, atmosfer, hidrosfer, iqlim). Hava hövzəsi kükürd-oksidi, karbon 

qazı, azot, sənaye tozlarilə, hidrosferin isə neftlə, pestisidlərlə, ağır 

metallarla, detergentlərlə, sənaye və  məişət tullantıları ilə güclü 

çirkləndikdə T.r. tükənən resurslar kateqoriyasına keçə bilər. 



TÜSTÜ  – dispers fazanın bərk hissəciklərindən ibarət yüksək 

dispersiyalı aerozol. Yanma və digər kimyəvi reaksiya zamanı  əmələ 

gəlir. Sənaye tüstüsü ətraf mühiti çirkləndirir, duman, smoq (asılqan) 

əmələ gətirir. T.-dən kənd təsərrüfatında, hərbi işlərdə istifadə edilir. 



TÜSTÜ QAZLARI – sobalarda yanacaq yanarkən  əmələ  gələn 

qazabənzər məhsullar. Tam yanmadan alınan T.q.-nın  əsas tərkib 

hissələri azot, karbon qazı, su buxarı, kükürd qazı (kükürd 4-oksid) və 

oksigen; qismən yanmada isə karbon 2-oksid, hidrogen və 

karbohidrogenlər olur. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

475 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

475 


 



 

UAYT SPİRT – ağır benzin sortu, yaxud maye karbohidrogenlərin 

qatışığı, 165-200

0

C-də qaynayır. Rəngsiz, parlaq maye olub benzinin 



xarakterik iyinə malik deyil. Y.s. az zəhərli olub iş qaydasına  əməl 

olunduqda təhlükəsizdir. 



UÇQUN  – dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı 

sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə  aşağıya düşməsi. 

U. aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların 

qayanın altını yuması, habelə cazibə qüvvəsi və  zəlzələ  nəticəsində 

əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından 

qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da 

olur. Qafqazda, o cümlədən Azərbaycanın dağlarında qar uçqunu 

müşahidə olunur. U. bəzən dağlarda dərələri doldurur və  kəndləri 

dağıdır. 

1   ...   52   53   54   55   56   57   58   59   60


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə