Ekoloji LÜĞƏt a



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə44/60
tarix23.02.2017
ölçüsü3,98 Mb.
#9384
1   ...   40   41   42   43   44   45   46   47   ...   60

RADİASİYA BALANSI – Yer səthinin radiasiya balansı – Yer 

səthinin horizontal sahəsinin mənimsədiyi ümumi günəşin radiasiyası ilə 

effektiv  şüalanma (çıxar radiasiya) arasındakı  fərq. Yer səthinin istilik 

balansının  əsas komponentidir. R.b. kal-sm

3

-dəq. ilə ifadə olunur. 



Xüsusi cihazla (balansomer) ölçülür. Orta iqlim kəmiyyətləri empirik 

disturlar vasitəsilə  də  təyin olunur. Müsbət və  mənfi ola bilər.  İllik 

miqdarı Yer səthinin çox hissəsində müsbət, Antraktida və Arktikanın 

mərkəzi rayonlarında mənfidir. R.b.-nın illik miqdarı Azərbaycan 

Respublikasında 15-20 kkal/sm

3

 (yüksək dağlıq rayonlarda) ilə 58-60 



kkal/sm

3

 (Lənkəran ovalığında) arasında dəyişir. 



RADİASİYA EKOLOGİYASI  – Ekologiyanın bölməsi olub 

radioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem, 

populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma  şüalarına 

münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit, 

xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və 

miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və  dəniz ekosistemlərinin 

radioekologiyasına bölünür. 

RADİASİYA FONU – kosmik şüalanmanın torpaqdakı, hava və 

ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların miqdarının 

insan və digər orqanizmlər üçün zərər verməyən ionlaşmış radiasiyanın 

təbii dərəcəsi. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

367 


 

RADİASİYA GENETİKASI  – genetikanın  şüalanma nəticəsində 

orqanizmlərdə baş verən irsi dəyişkənliyi öyrənən elm. 



RADİASİYA  İNDEKSİ  – (Yç) – radiasiya balansının (R) 

buxaryaranmanın gizli istiliyinə (Y) olan nisbəti. M.İ.Budıkoya  (1956) 

görə şimal yarımkürəsində R.i. aşağıdakı qradiyentlərə malikdir: 

 

cənub səhralar 



– 5,6 

tayqa 


– 0,8-0,5 

şimal səhralar 

– 3,9 

tundra 


– 0,5-0,6 

çöl 


– 1,3 

arktika tundrası – 

0,3 

yarpaqlı meşələr –1,0  arktika 



səhrası – 

1,03 


 

RADİASİYA QƏZASI  – müxtəlif mexanizm, cihaz və qurğuların 

xarab olması  və ya sıradan çıxması  nəticəsində canlı orqanizmlərin 

normadan artıq dozada ionlaşmış təhlükəli şüalara məruz qalması. 

RADİASİYA SUKSESSİYASI – uzun müddət yüksək dozalı 

radiasiyanın təsirilə ekosistemin dəyişməsi. Radiasiyaya ən çox davam 

gətirən torpaq yosunları sayılır. 

RADİASİYA TƏHLÜKƏSİZLİYİ – sənaye personalını və əhalini 

ionlaşış şüalanmadan qorumaq istiqamətində aparılan tədbirlər. 



RADİASİYA YÜKÜ – radioaktivliyin (ionlaşmış  şüaların) insan 

orqanizminə təsiri. R.y. radiasiyanın udulmuş dozası ilə ölçülür. 



RADİASİYADAN MÜHAFİZƏ  – Kosmik gəmi (KG) heyətini 

kosmik radiasiyadan KG.-də qoyulmuş nüvə reaktoru və ya izotop 

generatorunun  şüalanması  təsirindən mühafizə edən vasitədir. Kosmik 

radiasiyadan mühafizə sistemi heyəti hər tərəfdən əhatə etməlidir. KG.-

nin örtüyü və onun avadanlığı öz-özlüyündə R.m. funksiyasını daşıyır. 

Böyük intensivliyə malik kosmik-şüalanmadan (məs. Günəş 

partlayışları zamanı) mühafizə üçün KG-nin heyəti yerləşən bölməsinin 

avtonom mühafizə variantı əlverişlidir. Nüvə reaktoru şüalanmalarından 

mühafizə vasitələri yalnız reaktorla KG bölmələri arasında yerləşdirilir. 

RADİASİYAYA HƏSSAS NÖV – şüalanmanın kiçik dozalarından 

asan zədələnən növ. 



RADİOAKTİV ÇİRKLƏNMƏ  – mühitdə radioaktiv maddələrin 

təbii səviyyəsini ötüb keçməsilə əlaqədar fiziki çirklənmə forması. 



RADİOAKTİV ELEMENTLƏR  (lat. radius - şüa)  – sabit 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

368 


 

olmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85, 

sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə 

parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə 

mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji 

hadisələr törədə bilər. 



RADİOAKTİV FİLİZLƏR  – radioaktiv elementlərin mineralları 

olan filizlər. 



RADİOAKTİV İNDİQATORLAR – Bioloji kütləsində radioaktiv 

maddələr toplayan orqanizmlər. Onun miqdarı  ətraf mühitin 

radioaktivliyi haqda fikir söyləməyə imkan yaradır. 

RADİOAKTİV MADDƏLƏRİN KONSENTRASİYASI 

(TOPLANMASI)  ƏMSALI  – bitki və heyvanlardakı radioizotopların 

miqdarının qida məhlulunda, qidada və ya qida mühitindəki miqdarının 

nisbəti. 

RADİOAKTİV SULAR –tərkibində radioaktiv maddələr çox olan 

təbii sular. 



RADİOAKTİV TULLANTILAR – tərkibində müəyyən normadan 

artıq radioaktiv izotop olan tullantılar: maye, bərk və qaz halında ola 

bilər. Maye R.t. atom elektrik stansiyalarında istifadə edilmiş nüvə 

yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif 

radioaktiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir. 

RADİOAKTİV TULLANTILARIN YERİN 

DƏRİNLİKLƏRİNDƏ BASDIRILMASI – radioaktiv tullantıların 

yayılması və canlı orqanizmlərə zərərli təsir göstərməməsi üçün onların 

basdırılması. 

RADİOAKTİV  ŞÜALANMA  – Alfa, beta və qamma şüalarının 

yayılması. 



RADİOAKTİV ZƏHƏRLƏNMƏ  –  ətraf mühitə radioaktiv 

parçalanma məhsullarının yayılması: nüvə döyüş sursatının 

parçalanmasından yaranan dağıdıcı amillərdən biri. R.z. insan 

orqanizminə zərərli təsir göstərir (şüa xəstəliyi törədir). Yeraltı, yerüstü, 

sualtı  və su üstündə nüvə partlayışlarından meydana gələn R.z. daha 

təhlükəlidir. R.z. zamanı qrunta (suya) və havaya başlıca olaraq nüvə 

atımının bölünmə  məhsulları (izotoplar), radioaktiv maddələr, habelə 

nüvə atımı atomlarının parçalanmayan hissəsi keçir 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

369 


 

RADİOAKTİVLİK SƏVİYYƏSİ 

– mühitdə radioaktiv 

elementlərin parçalanması intensivliyinin cəmi. Kyuri ilə ölçülür. 

Radioaktivliyin təbii fonundan və mühitin antropogen radioaktiv 

çirklənməsi miqdarından asılıdır. 

RADİOAKTİVLİYƏ HƏSSASLIQ – orqanizmin, onun üzvlərinin, 

toxumalarının və hüceyrələrinin ionlaşmış şüalanmaya həssaslığı. 



RADİOBİOİNDİKATORLAR  –  ətraf mühitdə radioaktiv 

maddələrin olmasını, konsentrasiyasını  və yayılmasını  təyin etməkdə 

istifadə edilən orqanizmlər (populyasiya, növ). R.-ın  əsası 

N.V.Timofeyev–Resovski tərəfindən qoyulmuşdur. 



RADİOBİOLOGİYA  – ionlaşmış  şüaların hüceyrə, toxuma və 

bütövlüklə orqanizmə  təsirini öyrənən və radiasiyaya qarşı mübarizə 

metodlarını hazırlamaqla məşğul olan elm. Sərbəst elm kimi R. nüvə 

fizikası  və texnikasının sürətlə inkişafı ilə  əlaqədar 20-ci əsrin I 

yarısında formalaşmışdır. R. ekologiya ilə  sıx bağlıdır. Ekoloji R.-ya 

əsaslanır. 



RADİOEKOLOGİYA  – ekologiyanın biosferdə radioaktiv 

nuklidlərin konsentrasiya və miqrasiyasını, ionlaşdırıcı  şüaların 

orqanizmlərə, onların populyasiyalarına və biosenozlara təsirini öyrənən 

bölməsi. R.-nın təkliflərinə  əsasən sənayedə nüvə reaktorlarının 

soyudulması üçün qapalı sikllər,  ətraf mühitə düşə bilən radioaktiv 

aerozolları tutan alətlər, radioaktiv tullantıları mühafizə edən və 

zərərsizləşdirən üsullar tətbiq edilir. 

RADİOGENETİKA  – genetikanın ionlaşmış radiasiyanın 

orqanizmlərin nəslinə təsirini öyrənən bölməsi. 



RADİOGİGİYENA, RADİASİYA GİGİYENASI  – gigiyenanın 

bir bölməsi; ionlaşmış  şüalanmanın təsirini və insanı radiasiyadan 

mühafizə etmək üsullarının hazıranmasını, həmçinin biosferdə  və qida 

məhsullarında radiasiya çirklənməsinin dözülən dərəcəsini öyrənir. 



RADİOLOJİ  SİLAH  – radioaktiv döyüş maddələri ionlaşdırıcı 

şüalar ilə zədələmək, ətraf mühit və obyektləri zəhərləmək üçün kütləvi 

qırğın silahı növlərindən biri. 

RADİOMETRLƏR  (radio... və yun. metreo - ölçüləri)  – 

elektromaqnit şüalanmasını, radioaktiv maddələrin aktivliyini, müxtəlif 

mühitlərdə radionuklidlərin konsentrasiyasını, həmçinin səthin 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

370 


 

radioaktiv çirklənmə dərəcəsini ölçmək üçün cihazlar. 



RADİONUKLİD İNDİKASİYASI (radio... və lat. nucleus - nüvə) 

– radionuklidlərin köməyi ilə populyasiyaları, onların energetik və qida 

mənbələrini öyrənən bioloji tədqiqat metodu. 

RADİONUKLİDLƏR  – radioaktiv atomların ümumi adı.  Ətraf 

mühit üçün böyük təhlükə sayılır. Bəzi R. tibbdə, bioloji 

eksperimentlərdə istifadə olunur. 

RADİOREZİSTENTLİK, radiasiyaya davamlılıq  – canlı 

orqanizmlərin ionlaşmış  şüalanmanın təsirinə davamlılığı. Ümumiy-

yətlə, üzvi aləmin mürəkkəbləşməsi ilə R. azalır; ibtidai orqanizmlərdə 

R. maksimum, ali orqanizmlərdə isə minimum dərəcədə olur (məs., 

drozofillər üçün uçucu doza 85000, adi milçək üçün 10000, insan üçün 

isə 400 rad. təşkil edir). 



RADİOSTİMULYASİYA  – kiçik dozalarla şüalandırdıqda 

orqanizmdə yaşyış proseslərinin intensivləşməsi. 



RADİOTOKSİKOLOGİYA 

– toksikologiyanın radioaktiv 

maddələr orqanizmin daxilinə düşdükdə  şüalanma zədəsini öyrənən 

bölməsi. 



RADİOTOKSİNLƏR  – radioaktiv şüalanmaya məruz qalmış bitki 

və heyvan orqanizmində yığılıb qalan kimyəvi maddələr. 



RADİOTOLERANTLIQ  – orqanizmin ionlaşmış  şüalanmanın 

müəyyən dozasına davam gətirməsi qabiliyyəti. 



RATİSİDLƏR  (frans. Rat - siçovul)  – siçovulları  qırmaq üçün 

işlədilən pestisid. 



RAYONLAŞDIRMA  –  ərazinin inzibati, iqtisadi, təbii və s. 

rayonlara bölünməsi sistemi. 



REAİQLİMLƏŞDİRMƏ  – Konkret rayonda katastrofik və ya 

antropogen amillərin nəticəsində yoxa çıxan növün və ya 

populyasiyanın həmin rayonda iqlimə uyğunlaşdırılması. 

REAKSİYA YARANMAYAN SƏVİYYƏ  – hər hansı 

populyasiyada neqativ hal müşahidə edilməyən çirkləndirici maddənin 

maksimum dozası. 

REAKTİVLİK  – canlı orqanizmlərin xarici mühitin təsirinə cavab 

verməsi (reaksiyası). Növ, yaş, şəxsi-spesifik, fizioloji R. ayrılır. 



REDUKSİYA, BİOLOGİYADA – orqanizmlərin fərdi (ontogenez) 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

371 


 

və ya tarixi (filogenez) inkişafı gedişində orqanların kiçilməsi, 

quruluşunun sadələşməsi və çox vaxt onlara xas olan funksiyaların 

itməsi. Bəzən orqanın və ya toxumanın tamamilə itməsi də R. adlanır. 



REDUSENTLƏR  (lat. reducentis – qayıdan, bərpa olunan)  – Öz 

həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin 

mürəkkəb üzvi maddələrini sadə birləşmələrə (CO

2

, H



2

, O


2

, N


3

  və s.) 

çevirən (minerallaşdıran) orqanizmlər, bununla onların biota mühitində 

biosenoloji mühitin abiotik blokuna və xarici mühitə qaytarılması 

prosesinin yekunlaşması. 

Redugentlərin son pilləsi bakteriolizdir – yəni bakterial örtüyün 

(qişanın) fermentlərlə  həll olunması  və hüceyrələrin tərkibindən çıxıb 

torpaq məhluluna daxil olması, sonra isə bu maddələrin digər 

bakteriyalarla parçalanmasıdır. Bakteriyaların özünün üzvi maddələrinin 

reduksiyasında bakteriofaqlar böyük rol oynayır. 



REFİQİUM  (lat. refigium - sığınacaq) – Müəyyən bir orqanizmin 

onun üçün əlverişsiz olan dövrü vaxtilə yaşamış olduğu və hazırda 

yaşadığı yer səthinin bir sahəsi. 

REFLEKSLƏR  (lat. reflexux – əks etmə)  – Orqanizmin xarici və 

daxili mühitdə baş verən qıcıqlanmalara qarşı sinir sisteminin iştirakı ilə 

verdiyi cavab reaksiyaları. R.-in bioloji əhəmiyyəti orqanizmin daxili 

mühitinin sabitliyini saxlamaq üçün orqanların işinin 

tənzimlənməsindən və onların funksional qarşılıqlı təsirini yaratmaqdan 

ibarətdir. R.-iki böyük qrupa bölünür: anadangəlmə  və ya şərtsiz R.-in 

icrası üçün heç bir hazırlıq,  şərt, təlim tələb olunmur (Məs.,  əmmə, 

gözqırpımı, bəbək R.-i və s.). Demək hər heyvan növünün özünəməxsus 

şərtsiz, irsi R.-i vardır. Şərti R. həyat prosesləri nəticəsində qazanılır. I-

cinin üzərində qurulur, dəyişkəndir, müvəqqətidir, fərdi xüsusiyyət 

daşıyır, yəni R.-in yaranması üçün xüsusi şərtlər və vaxt lazımdır. «Şərti 

R”.» terminini ilk dəfə elmə İ.P.Pavlov daxil etmişdir. 



REGENERASİYA (lat. regeneratio – bərpa olunmaq) – orqanizm 

və ya biosistemin itirdiyi bütöv hissəni tam və ya hissə-hissə  əvəz 

etməsi. 

REGİON (lat. regio – vilayət) – iri fərdi ərazi vahidi, hər hansı bir 

ərazinin müəyyən  əlamətlərinə  və ya xüsusiyyətlərinə görə, (iqtisadi-

coğrafi, tarixi-siyasi və s.) bölünməsi. Fiziki-coğrafiyada-regional 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

372 


 

landşaft kompleksi. Regional – hər hansı müəyyən  əraziyə (rayona, 

vilayətə, ölkəyə, ölkələr qrupuna) aid olan. 

REGİONAL ÇİRKLƏNMƏ  – nisbətən geniş  ərazinin (regionun) 

çirklənməsi. 



REİMMİQRASİYA – biocoğrafiyada: emiqrant orqanizmlərin təbii 

mühitin fəlakətli dəyişilməsindən sonra öz keçmiş yerinə qayıtması, 

bitki örtüyünün bərpası. 

REİNTRODUKSİYA  – heyvan və bitkinin vaxtilə olduğu, sonra 

hər hansı səbəbdən yoxa çıxdığı ərazidə introduksiyası. 



REKREASİYA (polyakca – recreacya – istirahət. Lat. recreatio – 

istirahət)  – Təbiətin qoynunda istiharət etmək və  ya  turist  gəzintiləri 

yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması. 



REKREASİYA DƏYİŞİLMƏLƏRİ – İstirahət edənlər və turistlər 

tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və 

xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, 

strukturunun və  fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bit-

kinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır. 

Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir. 



REKREASİYA DİQRESSİYASI  –  əhalinin istirahəti üçün təbii 

komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində 

dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: 

mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal 

qalanması, heyvanların qorxudulması  və s.), meşədən göbələk, 

giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin 

tapdanması və torpağın bərkiməsi) baş verir. 

REKREASİYA COĞRAFİYASI  –  ərazi rekreasiya sisteminin – 

planetin quru ərazisində  və akvatoriyasında istirahət yerlərinin 

yaranması, yerləşməsi və fəaliyyətini öyrənən elm sahəsi. 

REKREASİYA  ƏRAZİSİ  –  əhalinin istirahəti, sağlamlıq və  əmək 

fəaliyyətini bərpa etmək üçün təyin olunmuş quru və ya su səthi sahəsi. 



REKREASİYA KADASTRI – insanın istirahəti və sağlamlığının 

bərpası  məqsədilə ayrılmış  ərazilər haqqında məlumatların məcmusu. 

R.k.-na obyektlərin estetik qiyməti, marşrutların mürəkkəblik dərəcəsi, 

onların müxtəlif istirahətçi kateqoriyası üçün əlverişliliyi və s. göstərilir. 



REKREASİYA MEŞƏLƏRİ  –  Əhalinin kütləvi istirahət və 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

373 


 

əyləncə məqsədi üçün ayrılmış meşə sahələri. Bu məqsədlə təşkil olunan 

yaşıl zonalar, meşə-parklar təbii meşələr fonunda yaradılır və meşələrin 

normal funksiyası saxlanılmaqla rekreasiya həcmi artırılır. Belə ki, 

meşə-parklar yaradarkən orada meşə landşaftları, çəmənlik sahələri, 

ayrı-ayrı meşə talaları öz təbii halında saxlanılır. Eyni zamanda burada 

bir sıra tədbirlər sistemi də həyata keçirmək lazım gəlir. Meşə-parklarda 

çəmənliklər, idman meydançaları, gündəlik istirahət üçün evlər və s. 

yaradılması  məsləhətdir. Park və qoruqdan fərqli olaraq R.m-nə  gələn 

vətəndaşlar müxtəlif istiqamətlərdə  gəzintiyə  çıxmaq, çiçək, göbələk, 

meyvə, giləmeyvə, dərman bitkisi yığmaq, balıq tutmaq imkanına malik 

ola bilər. Ona görə  də R.m.-ndə xüsusi yollar, cığırlar  şəbəkəsi də 

planlaşdırılır. 

Respublikamızda R.m. əsasən sanatoriya və kurortlar ətrafında 

(İstisu, Şuşa, Şəki, Abşeron, Yalama) meşəli rayon mərkəzləri tərafında 

yerləşir. 



REKREASİYA OBYEKTİ  – istirahət üçün ayrılmış kiçik təbiət 

sahəsi(göl, nohur, meşə talası və s.). 



REKREASİYA POTENSİALI  – təbiət  ərazisinin insana müsbət 

fiziki, psixoloji təsir bağışlaması xassəsi. Bu əsasən istirahət vaxtı 

təzahür edir. 

REKREASİYA RESURSLARI – insanın istirahətini təmin edən, 

onun sağlamlığını və əmək qabiliyyətini bərpa edən təbii resurslar. 



REKREASİYA SU HÖVZƏSİ  –  əhalinin kütləvi istirahəti 

məqsədilə istifadə etdiyi su hövzəsi. 



REKREASİYA YÜKÜ – istirahət edənlərin (balıqtutma, turist, 

ovçu və s.) və onların nəqliyyat vasitələrinin təbii komplekslərə  və 

rekreasiya obyektlərinə bilavasitə  təsir dərəcəsi. Vahid sahəyə  və ya 

rekreasiya obyektinə bir gündə gələn adamların sayı ilə ifadə olunur. 



REKULTİVASİYA (re... və lat. cultivo - becərirəm) – Torpaqların 

məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün 

kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından 

istifadə etdikdə  (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış  işləri 

zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü 

pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen 

relyef  əmələ  gəlir və  s.  R.  nəticəsində pozulmuş torpaq sahələrindən 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

374 


 

kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su 

hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. 

Torpağın rekultivasiyası adətən iki mərhələdə yerinə yetirilir: a) texniki 

(səthin planirovkası, onun münbit qatla örtülməsi və ya torpağın 

yaxşılaşdırılması, yolların salınması, hidrotexniki və meliorativ 

qurğuların tikilməsi və b.) bioloji (rekultivasiya aparılan sahədə 

aqrotexniki və fitomeliorasiya tədbirləri yerinə yetirərək münbitliyi 

bərpa etmək, torpaqəmələgəlmə prosesini sürətləndirmək, flora və 

faunanın bərpasına şərait yaratmaq). Bax: torpağın rekultivasiyası. 



REKULTİVASİYA OLUNMUŞ TORPAQLARIN NÖVÜ – 

rekultivasiya olunmuş torpaqların kənd təsərrüfatında istifadə növləri və 

istiqamətləri (əkin, örüş, biçənək və çox illik bitkilər altında istifadəsi). 

REKULTİVASİYA ÜSULLARI – torpaqların rekultivasiyasında 

tətbiq olunan, daha doğrusu pozulmuş  və çirklənmiş torpaqların 

münbitliyinin bərpa olunmasına yönəldilən fəaliyyət və  tədbirlər 

sistemi. Bura töküntü süxurların yamaclarının bərkidilməsi, neftə 

bulaşmış torpaqlarda texniki və bioloji rekultivasiya, münbit torpaq 

qatınn qazılması, daşınması, bioloji preparatlarla neftli torpaqların 

qatışdırılması, kanalların, karxanaların doldurulması, aqrotexniki, 

fitomeliorativ, meliorativ və s. tədbirlərin həyata keçirilməsi kimi işlər 

daxildir. 

REKULTİVASİYANIN  İSTİQAMƏTLƏRİ – rekultivasiya 

olunmuş torpaqlardan xalq təsərrüfatında istifadə olunma istiqamətləri. 

Bu torpaqlardan ən çox kənd, meşə, balıqçılıq təsərrüfatı, eləcə  də 

sanitar – gigiyena və rekreasiya məqsədilə istifadə edilməsi nəzərdə 

tutulur. 

REKULTİVASİYANIN PLANLAŞDIRILMASI – fəaliyəti 

torpaqların pozulması ilə bağlı olan müəssisə, idarə  və  təşkilat 

tərəfindən rekultivasiya işinin həcminin və qiymətinin planlaşdırılması. 

REKULTİVASİYANIN LAYİHƏLƏNDİRİLMƏSİ – pozulmuş 

və çirklənmiş torpaqların rekultivasiya olunması üçün (dağ texniki, 

texniki, bioloji) layihə-smeta sənədlərinin hazırlanması prosesi. 

REQRESSİYA  (lat. regressus)  – dənizin tədricən sahillərdən geri 

çəkilməsi; qurunun qalxması və ya okean dibinin enməsi. Dünya okeanı 

hövzəsində su həcminin azalması (məs., Buzlaq epoxalarında) 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

375 


 

nəticəsində baş verir. Qapalı su hövzələrində (Xəzər dənizi və s.) R. 

iqlim  şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması 

ilə əlaqədardır. Xəzər dənizi dəfələrlə R.-ya məruz qalmışdır. 



REQRESSİV  ƏLAMƏTLƏR  – bax: proqressiv və reqressiv 

inkişafın əlamətləri. 



RELİKT ENDEMLƏR  (lat. relictum - qalıq)  – keçmiş geoloji 

dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud 

sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoyya və b.) 

həm də nisbətən məhdud  ərazilərdə yayıla bilər (məs., üçüncü dövr 

reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac, 

şabalıdyarpaq palıd və s.) 



Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin