İnsulta səBƏb olan risk amiLLƏRİNİN Əhali VƏ İnsultlu xəSTƏLƏr arasinda yayilmasinin müqayiSƏSİ



Yüklə 115,26 Kb.
Pdf görüntüsü
tarix25.03.2017
ölçüsü115,26 Kb.
#12580

 

İNSULTA SƏBƏB OLAN RİSK AMİLLƏRİNİN ƏHALİ VƏ İNSULTLU 



XƏSTƏLƏR ARASINDA YAYILMASININ MÜQAYİSƏSİ 

 

Şirə

liyeva R.K., Əliyev R.R., Məmmədbəyli A.K., Sadıxova Z.M., 

Quliyeva A.İ.

 

 



Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir 

xəstəlikləri kafedrası, Azərbaycan, Bakı 

 

Açar sözlər: insult, risk amili, yayılma, insult registri. 

İnsult  bütün  dünyada  ölümün  səbəbləri  arasında  ikinci,  yaşlılarin  əlilliyinə 

görə  isə  birinci  yeri  tutur  [1,2].  İnkişaf  etmiş  ölkələrdə  son  40  ildə  insultla 

xəstələnmənin  səviyyəsinin  42%  azalmasına  baxmayaraq,  inkişaf  etməkdə  olan 

ölkələrdə  insultla  xəstələnmənin  səviyyəsi  artır  [3].  İnkişaf  etmiş  ölkələrdə  bu 

göstəricilərin  azalmasının  səbəbi  effektiv  birincili  profilaktika  və  baş  beyni 

insultları  zamanı  kəskin  dövrdə  daha  intensiv  müalicənin  aparılmasıdır  [4,5]. 

Profilaktika  serebrovaskulyar  xəstəliklərin  modifikasiya  edilən  risk  amillərinin 

təsirinin  aradan  qaldırılması  və  ya  zəiflədilməsinə  əsaslanır  [6].  Azərbaycanda 

insultun və onun risk amillərinin  yayılmasına dair bir sıra tədqiqatlar aparılmışdır 

[7-15].  Bizim  tədqiqat  işinin  məqsədi  insulta  səbəb  olan  risk  amillərinin  insultlu 

xəstələrdə və əhali arasında yayılmasının müqayisəli təhlilidir. 



Tədqiqatın  material  və  metodları.  Tədqiqat  Azərbaycanın  şimal-şərqini 

əhatə etmişdir. Regionda Quba-Xaçmaz iqtisadi rayonu yerləşir. 

Region  əhalisinin  xarakteristikası.  Quba-Xaçmaz  iqtisadi  rayonu  Siyəzən, 

Şabran,  Quba,  Qusar  və  Xaçmaz  inzibati  rayonlarını  əhatə  edir.  İqtisadi  rayonun 

ümumi sahəsi 7,66 min kv.km olmaqla ölkə ərazisinin 8,8%-ni təşkil edir. İqtisadi 

rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən 

kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına – düzənliklər, 

dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də 

bu  zonalara  müvafiq  olaraq  müxtəlifdir.  Düzənlik  zona  üçün  isti  iqlim 

xarakterikdirsə, dağlıq zona soyuq-rütubətli və soyuq iqlim şəraitinə malikdir [16]. 

Relyef  xüsusiyyətləri  və  iqlim  şəraiti  sanki  respublikanın  kiçildilmiş  modelini 

xatırladır. 



 

Azərbaycan  Respublikası  əhalisinin  2009-cu  il  siyahıya  alınmasının 



yekunlarına  əsasən  region  əhalisinin  ümumi  sayı  488,741 min  nəfər olmaqla ölkə 

əhalisinin 5,48%-ni, təşkil edir. Əhalinin 33,99%-i (166,105 min nəfər) şəhərlərdə, 

66,01%-i  (322,636  min  nəfər)  kəndlərdə  yaşayır.  Ən  çox  şəhər  əhalisi  Siyəzən 

rayonunda  (65,6%),  kənd  əhalisi  isə  Quba  rayonunda  (75,11%)  cəmlənmişdir. 

Əhalinin  49,84%-ni  (243,575  min  nəfər)  kişilər,  50,16%-ni  (245,166  min  nəfər) 

qadınlır  təşkil  edir. İqtisadi  rayonda  əhalinin  orta  sıxlığı hər  kv.km.-də 63,8  nəfər 

təşkil  edir,  bu  da  Respublikamızda  eyni  adlı  göstəricidən  aşağıdır.  Azərbaycanda 

hər  kv.km.-ə  düşən  əhalinin  sayı  –  103,0  [17].  Rayonun  relyef-iqlim 

xüsusiyyətlərindən  asılı  olaraq  əhali  əsasən  Xəzər  dənizinin  sahillərində  yerləşən 

düzənlik 

ərazilərdə  məskunlaşmışdır  [16].  Region  əhalisinin  62,6%-ni 

azərbaycanlılar,  22,4%-ni  ləzgilər,  2,1%-ni  tatlar,  1,9%-ni  türklər,  0,7%-ni 

yəhudilər,  0,5%-ni  ruslar,  9,8%-ni  digər  millətlər  (tatarlar,  ukraynalılar,  kürdlər, 

talışlar,  gürcülər,  saxurlar,  avarlar  və  s.)  təşkil  edir.  Ləzgilər  əsasən  Qusar 

rayonunda, türklər və tatlar isə Xaçmaz rayonunda daha çox məskunlaşıblar. 

Epidemioloji  metod.  2007-ci  ildən  etibarən  Azərbaycanda  insultun 

epidemioloji  xarakteristikasının  və  klinik  xüsusiyyətlərinin  öyrənilməsi,  təşkilati-

metodik  problemlərin  qiymətləndirilməsi  məqsədilə  Ə.Əliyev  adına  Azərbaycan 

Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  Sinir  Xəstəlikləri  kafedrasının 

rəhbərliyi  altında  bir  neçə  rayonda  populyasion-epidemioloji  İnsult  registri 

keçirilməyə  başlanmışdır.  2007-2009-cu  illər  ərzində  İnsult  registri  proqramı  ilə 

Siyəzən  rayonunda  baş  beyni  insultunun  əsas  epidemioloji  göstəriciləri  və  risk 

amilləri  öyrənilmişdir  [12,13].  Tədqiqat  aparılan  illər  ərzində  173  insultlu  xəstə 

qeydə alınmışdır. Siyəzən Rayon Statistika İdarəsinin 01.01.2008-ci il məlumatına 

əsasən  rayon  əhalisinin  sayı  37201  nəfər  olmuş  və  Azərbaycan  Respublikası 

əhalisinin 2009-cu il siyahıya alınmasının yekunlarına əsasən bu say 37654 nəfərə 

çatmışdır.  Rayon  əhalisinin  49,16%-ni  kişilər,  50,84%-ni  qadınlar  təşkil  edir. 

Rayon əhalisinin 65,6%-i şəhərdə, 34,4%-i kəndlərdə yaşayır [17]. 

Tədqiqat  zamanı  Amerika  Nevrologiya  Akademiyasının  (American 

Academy  of  Neurology)  [18]  və  Amerika  Ürək  Assosiasiyası/Amerika  İnsult 


 

Assosiasiyasının  (American  Heart  Association/American  Stroke  Association



)  [19] 

nəşrlərində  göstərilən  insultunun  risk  amillərinin  insultlu  xəstələrdə  yayılması 

öyrənilmişdir.  Bu  məqsədlə  bütün  xəstələr  maksimal  dərəcədə  mümkün  olan 

kompleks şəkildə kliniki-nevroloji müayinədən keçirilmişdir. Xəstələrin şikayətləri, 

anamnestik məlumatlar, laborator (qanın, sidiyin və likvorun ümumi və biokimyəvi 

müayinələri),  instrumental  və  neyrovizualizasion  müayinələrin  nəticələri  diqqətlə 

araşdırılmışdır. 

İqtisadi  rayonun  əhalisi  arasında  baş  beyni  insultuna  səbəb  olan  risk 

amillərinin  yayılması  öyrənilmişdir.  55  yaşdan  yuxarı  hər  10  ildən  bir  həm  ilkin, 

həm  də  təkrar  insultun  rastgəlmə  tezliyi  iki  dəfə  artdığından  [18],  tədqiqatın 

obyekti  40-49  yaşlı  əhali  olmuşdur.  Tədqiqat  2008-2010-cu  illər  ərzində 

aparılmışdır.  Tədqiqat  zamanı  kafedra  tərəfindən  tərtib  edilən  xüsusi  müayinə 

formasından  istifadə  edilərək  Quba-Xaçmaz  iqtisadi  rayonunda  məqsədyönlü 

seçimlə  (reprezentativliyi  təmin  etməklə) 40-49  yaşlı əhalinin 3%-ni əhatə  etməklə 

(əhalinin  sayı  488,741  min  nəfər,  40-49  yaşlı  əhali  orta  hesabla  60  min)  müayinə 

aparılmışdır.  1821  nəfər  müayinədə  iştirak  etmişdir.  Müayinə  formasına  fiziki 

aktivliyi qiymətləndirmək üçün tərtib edilmiş beynalxalq sorğu anketi (International 

Physical Activity Questionnaire) də əlavə edilmişdir [20,21]. 

Göstəriş  olduqda  laborator,  instrumental  metodlardan  və  tibbi  sənədlərdəki 

qeydlərdən istifadə edilərək risk amillərinin dürüstlüyü yoxlanılmışdır. 

İnsultlu xəstələr və region əhalisi arasında insultun risk amillərinin müqayisəli 

təhlili aparılmışdır. 



Tədqiqatın  nəticələri.  Siyəzən  rayonunda  3  il  ərzində  qeydə  alınmış  173 

insultlu xəstədə risk amillərinin xüsusi çəkisi Cədvəl 1-də göstərilmişdir. 

Cədvəl 1. 

Baş beyni insultu ilə xəstələnənlərdə aşkar edilən risk amillərinin rast gəlinmə 

tezliyi (2007-2009-cu illər) 

 

Risk amilləri 



Xəstələrin sayı 

Xüsusi çəki (p±m;%) 

ü.s. 





ü.s. 



Arterial hipertenziya 

153 


69 

84 


88,4±2,4 

81,2±4,2 

95,5±4,9 

Ürəyin işemik xəstəliyi 

64 

34 


30 

37,0±3,7 

40±5,3 

34,1±5,1 



 

Siqaret çəkmə 



32 

32 


18,5±3,0 

37,7±5,3 

Hiperxolestrerinemiya  



22 

18 


12,7±2,5 

21,2±4,4 

4,6±2,2 


Şəkərli diabet 

33 


13 

20 


19,1±3,0 

15,3±3,9 

22,7±4,5 

Anamnezdə tranzitor 

işemik həmlə 

21 


13 


12,1±2,5 

9,4±3,2 


14,8±3,8 

Anamnezdə insult 

33 

19 


14 

19,1±3,0 

22,4±4,5 

8,1±2,9 


Psixoemosional gərginlik 

17 


11 


9,8±2,3 

7,1±2,8 


12,5±3,5 

Səyirici aritmiya 

12 





6,9±1,9 

3,5±1,99 

10,2±3,2 

Alkoholdan sui istifadə 

13 

13 


7,5±2,0 


15,3±3,9 

 



Qeyd: ü.s. – ümumi say, k – kişi, q – qadın (burada və sonrakı cədvəllərdə) 

 

Cədvəl 1-dən  göründüyü  kimi  insultlu  xəstələr  arasında  ən  çox rast  gəlinən 



risk  amilləri  arterial  hipertenziya  (AH),  ürəyin  işemik  xəstəliyi  (ÜİX),  şəkərli 

diabet  (ŞD),  anamnezdə  insult  və  siqaret  çəkmə  olmuşdur.  Kişilər  arasında  daha 

çox  AH,  ÜİX,  siqaret  çəkmə,  anamnezdə  insult,  hiperxolesterinemiya  olmuşdur, 

qadınlarda  isə  daha  çox  AH,  ÜİX,  ŞD,  anamnezdə  tranzitorişemik  həmlə  (TİH) 

rast  gəlinmişdir.  Siqaret  çəkmə  və  alkoholdan  sui  istifadə  ancaq  kişilərdə  qeydə 

alınmışdır. 

Cədvəl 2-də əhali arasında insultun risk amillərinin payı göstərilmişdir. 

Cədvəl 2. 

Baş beyni insultunun risk amillərinin əhali arasında yayılması 

(2008-2010-cu illər) 

 

Risk amilləri 



Əhali 

Xüsusi çəki (p±m; %) 

ü.s. 





ü.s. 



Fiziki inaktivlik 

679 


287 

392 


37,3±1,1 

32,0±1,6 

42,5±1,6 

Psixoemosional gərginlik 

337 

143 


194 

18,5±0,9 

15,9±1,2 

21,0±1,3 

Valideynlərdən birinin 

anamnezinda insult 

333 

162 


171 

18,3±0,9 

18,0±1,3 

18,5±1,3 

Hər iki valideynin 

anamnezində insult 

102 

49 


53 

5,6±0,5 


5,5±0,8 

5,7±0,8 


Arterial hipertenziya 

296 


154 

142 


16,3±0,9 

17,2±1,3 

15,4±1,2 

Siqaret çəkmə 

286 

282 


15,7±0,9 

31,4±1,6 

0,43±0,2 

ÜİX 

190 


103 

87 


10,4±0,7 

11,5±1,1 

9,4±0,96 

Piylənmə 

181 

74 


107 

9,9±0,7 


8,2±0,9 

11,59±1,1 

Şəkərli diabet 

98 


56 

42 


5,4±0,5 

6,2±0,8 


4,6±0,7 

Alkoholdan sui istifadə 

42 

42 


2,3±0,4 


4,7±0,7 

Anamnezdə insult 



19 

12 


1,04±0,2 

1,34±0,38 

0,76±0,29 

Anamnezdə TİH 



0,4±0,15 

0,45±0,2 

0,4±0,2 


Səyirici aritmiya 



0,2±0,1 


0,2±0,15 

0,1±0,1 


 

 

Əhali  arasında  insultun  ən  çox  rast  gəlinən  risk  amilləri  fiziki  inaktivlik, 



psixoemosional gərginlik, valideynlərin anamnezində insult, AH, siqaret çəkmə və 

s.  olmuşdur.  Kişilər  arasında  daha  çox  rast  gəlinən  risk  amili  fiziki  inaktivlik, 

siqaret  çəkmə,  valideynlərin  anamnezində  insult,  AH,  psixoemosional  gərginlik, 

ÜİX,  qadınlarda  isə  fiziki  inaktivlik,  psixoemosional  gərginlik,  valideynlərin 

anamnezində insult, AH, piylənmə və s. olmuşdur. 

Cədvəl  3-də  insultlu  xəstələr  və  əhali  arasında  aşkarlanan  əsas  risk 

amillərinin müqayisəsi verilmişdir. 

Cədvəl 3. 

İnsultun risk amillərinin əhali və insultlu xəstələr arasında yayılması fərqi 

 

Risk amilləri 



Xüsusi çəki (p±m; %) 

ü.s. 





ü.s. 



AH 

ə 

296 



154 

142 


16,3±0,9 

17,2±1,3 

15,4±1,2 

153 



69 

84 


88,4±2,4***  81,2±4,2***  95,5±4,9*** 

ÜİX 


ə 

190 


103 

87 


10,4±0,7 

11,5±1,1 

9,4±0,96 

64 



34 

30 


37,0±3,7***  40,0±5,3***  34,1±5,1*** 

Siqaret çəkmə 

ə 

286 


282 

15,7±0,9 



31,4±1,6 

0,43±0,2 

32 


32 

18,5±3,0* 



37,7±5,3* 

ŞD 



ə 

98 


56 

42 


5,4±0,5 

6,2±0,8 


4,6±0,7 

33 



13 

20 


19,1±3,0*** 

15,3±3,9**  22,7±4,5*** 

Anamnezdə TİH 

ə 



0,4±0,15 



0,45±0,2 

0,4±0,2 


21 


13 


12,1±2,5*** 

9,4±3,2***  14,8±3,8*** 

Anamnezdə insult 

ə 

19 



12 

1,04±0,2 



1,34±0,38 

0,76±0,29 

33 


19 

14 


19,1±3,0***  22,4±4,5*** 

8,1±2,9*** 

Psixoemosional gərginlik  ə 

337 


143 

194 


18,5±0,9 

15,9±1,2 

21,0±1,3 

17 



11 


9,8±2,3*** 

7,1±2,8** 

12,5±3,5** 

Səyirici aritmiya 

ə 





0,2±0,1 


0,2±0,15 

0,1±0,1 


12 


6,9±1,9*** 



3,5±1,99* 

10,2±3,2** 

Alkoholdan sui istifadə 

ə 

42 



42 

2,3±0,4 



4,7±0,7 



13 

13 


7,5±2,0** 

15,3±3,9** 

 



Qeyd: *p>0,05, **p<0,05, ***p<0,001; * - əhali arasında risk amillərinin yayılmasına 

görə fərqi, x – xəstələr, ə - əhali. 

 


 

Müqayisə  aparılarkən  aydın  olmuşdur  ki,  risk  amillərinin  çoxu  (AH,  ÜİX, 



ŞD,  anamnezdə  TİH,  insult,  səyirici  aritmiya  və  alkoholdan  sui  istifadə) 

gözlənildiyi kimi insultlu xəstələrdə əhali ilə müqayisədə üstünlük təşkil etmişdir. 

Bu  risk  amillərinin  əhali  və  insultlu  xəstələr  arasında  yayılmasının  cinsə  görə  də 

bir  birindən  statistik  dürüst  fərqləndiyi  aşkar  edilmişdir.  Maraqlı  olsa  da, 

psixoemosional gərginliyin əhali arasında insultlu xəstələrlə müqayisədə daha çox 

yayılması  aşkarlanmışdır.  Kişi  və  qadın  xəstələrdə  də  əhali  ilə  müqayisədə 

psixoemosional  gərginliyin  az  rast  gəlindiyi  qeyd  edilmişdir.  Siqaret  çəkmə 

müqayisə edilərkən insultlu xəstələr və əhali arasında onun yayılması bir-birindən 

statistik  dürüst  fərqlənməmişdir.  Səyirici  aritmiyanın  xüsusi  çəkisi  kişi  xəstələr 

arasında  əhali  ilə  müqayisədə  statistik  dürüst  fərqlənməmişdir,  qadın  xəstələr 

arasında  isə  əhali  ilə  müqayisədə  statistik  dürüst  fərq  aşkar  edilmişdir.  Tədqiqat 

zamanı bəzi risk amillərinin müqayisə edilməməsi, onların bu və ya digər səbəbdən 

tədqiqat qruplarından birində öyrənilməməsi olmuşdur. 

Müzakirə. Əldə edilmiş nəticələr əsasında demək olar ki, siqaretdən istifadə 

əhali  arasında  (kişilər  arasında)  çox  yayılmışdır.  Bu  baxımdan  insultlu  xəstələrdə 

siqaret  çəkmənin  yayılması  ilə  müqayisə  statistik  dürüst  fərq  verməmişdir. 

Beləliklə,  əldə  edilən  nəticələr  bir  daha  profilaktik  tədbirlərin  əhatə  dairəsinin 

genişləndirilməsinin, əhali arasında serebrovaskulyar xəstəliklərə səbəb olan zərərli 

vərdişlər və onların korreksiyası haqqında biliklərin artırılması üçün maarifləndirmə 

işlərinin aparılmasının vacibliyini göstərir. 

 

Ə

DƏBİYYAT 

1.

 



Johnston  SC,  Mendis  S,  Mathers  CD.  Global  variation  in  stroke  burden  and  mortality: 

estimates from monitoring, surveillance, and modelling. Lancet Neurol 2009; 8:345–54. 

2.

 

Rothwell  PM.  The  high  cost  of  not  funding  stroke  research:  a  comparison  with  heart 



disease and cancer. Lancet 2001; 357:1612–6. 

3.

 



Feigin  VL,  Lawes  CM,  Bennett  DA,  Barker-Collo  SL,  Parag  V.  Worldwide  stroke 

incidence  and  early  case  fatality  reported  in  56  population-based  studies:  a  systematic 

review. Lancet Neurol 2009; 8:355–69. 

4.

 



Котова  Е.Ю.  Клинико-эпидемиологическая  характеристика,  ведущие  факторы 

риска, характер течения инсульта в г. Ульяновске (по данным Регистра инсульта): 

Автореферат дис. … канд. мед. наук. Москва, 2009, 26 с. 


 

5.



 

Хачински В. Роль невролога в решении проблемы инсульта: прошлое, настоящее и 

будущее // Журнал  Неврологии и психиатрии им. С.С.Корсакова, 2003, №9, с. 30-

35. 


6.

 

Шевченко  О.П.,  Праскурничий  Е.А.,  Яхно  Н.Н.,  Парфенов  В.А.  Артериальная 



гипертония и церебральный инсульт. Москва: Реафарм, 2001, 200 с. 

7.

 



Варакин  Ю.Я.,  Кипиани  М.И.,  Мола-заде  Н.З.  Распространенность  и  структура 

цереброваскулярных  заболеваний  в  различных  регионах  СССР  по  данным 

одномоментного  эпидемиологического  исследования  //  Журнал  невропатологии  и 

психиатрии, 1990, №1, с. 7-10. 

8.

 

Алекперова  С.П.  Анализ  течения,  факторы  риска  и  прогноз  ишемического 



инсульта: Дис. … канд. мед. наук. Баку, 2008. 145 с. 

9.

 



Бадалова  У.Т.,  Магалов  Ш.И.,  Алекперова  С.П.  Состояние  липидного  обмена  у 

больных ишемическим инсультом с сопутствующим сахарным диабетом и без него 

/  Материалы  научной  конференции  посвященной  80-летию  со  дня  рождения 

профессора З.М.Салаевой, 2003. с. 61-62. 

10.

 

Магалов  Ш.И.,  Алекперова  С.П.  Летальность  и  повторные  нарушения  мозгового 



кровообращения у больных ишемическим инсультом // Сагламлыг, 2006, №10. сящ. 

75-78. 


11.

 

Султанова  Ф.А.,  Халилова  Д.М.,  Алекперова  С.П.  К  вопросу  этиологии 



ишемических  инсультов  в  молодом  возрасте  /  Материалы  научной  конференции 

посвященной  80-летию  со  дня  рождения  профессора  З.М.Салаевой,  2003.  с.  151-

154. 

12.


 

Алиев  Р.Р.,  Ширалиева  Р.К.  Анализ  факторов  риска  у  больных  с  мозговым 

инсультом // Медицинский Журнал, 2010, №1 (2), с. 6-9. 

13.


 

Алиев  Р.Р.,  Ширалиева  Р.К.  Эпидемиология  и  факторы  риска  инсульта  в 

Сиязаньском районе Азербайджанской Республики // Вестник проблем биологии и 

медицины, 2011, вып. 3, т. 3(89), c. 34-37. 

14.

 

Əliyev R.R. Quba-Xaçmaz iqtisadi rayonunun əhalisi arasında baş beyni insultuna səbəb 



olan risk amillərinin  yayılması // Azərbaycan təbabətinin müasir nəaliyyətləri, 2012,№2, 

s.127-131. 

15.

 

Əliyev  R.R.,  Şirəliyeva  R.K.  İnsult  və  onun  risk  amillərinin  yayılmasının  cinsə  görə 



fərqləri // Azərbaycan təbabətinin müasir nəaliyyətləri, 2013,№3, s.121-125. 

16.


 

Quba-Xaçmaz 

iqtisadi 

rayonu. 


Vikipediya. 

Açıq 


ensiklopediya. 

http://az.wikipedia.org/wiki/Quba-Xaçmaz_iqtisadi_rayonu. 

17.

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikası əhalisinin 



siyahıya alınması 2009-cu il, I hissə. Bakı: 2010, 566 s. 

18.


 

American  Academy  of  Neurology.  Continuum.  Acute  stroke  management.  April  2003, 

v.9, №2, p.53-68. 

19.


 

Goldstein  L.,  Adams  R.,  Alberts  M.,  Appel  L.,  et  al.  Primary  prevention  of  ischemic 

stroke:  A  guideline  from  the  American  Heart  Association/American  Stroke  Association 

Stroke Council // Stroke, 2006, v.37, p.1583-1633. 

20.

 

Booth  M:  Assessment  of  physical  activity:  An  International  perspective.  Research 



Quarterly for Exercise and Sport, 2000, v. 71(2), p.114-120. 

21.


 

Craig  C.,  Marshall  A.,  Sjöström  M.,  Bauman  A,  et  al.  International  Physical  Activity 

Questionnaire:  12-country  reliability  and  validity  //  Medicine  &  Science  in  Sports  & 

Exercise 2003, v. 35(8), p.1381-1395. 

 

 

 



 

 

РЕЗЮМЕ



 

 

СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ РАСПРОСТРАНЕННОСТИ ФАКТОРОВ 



РИСКА, ВЫЗЫВАЮЩИХ ИНСУЛЬТ СРЕДИ НАСЕЛЕНИЯ И 

ПАЦИЕНТОВ, СТРАДАЮЩИХ ОТ ИНСУЛЬТА

 

 

Ширалиева Р.К.,

 Алиев Р.Р, Мамедбейли А.К., Садыхова З.М., Гулиева 

А.И.

 

 

Кафедра нервных болезней Азербайджанского Государственного Института 

Усовершенствования Врачей имени А.Алиева, Баку, Азербайджан 

 

Инсульт  занимает  второе  место  в  мире  среди  причин  смертности  и  первое  место  по 



инвалидности 

в 

пожилом 



возрасте. 

Был 


проведен 

ряд 


исследований 

по 


распространенности  инсульта  и  его  факторов  риска  в  Азербайджане.  Целью  нашего 

исследования  является  сравнительный  анализ  распространенности  факторов  риска, 

ведущих к инсульту, среди пациентов, страдающих от инсульта, и населения.  

Материалы  и  методы  исследования.

  Исследование  проводилось  в  северозападном 

регионе Азербайджана. Это регион Губа-Хачмазского экономического района.   В рамках 

программы 

регистра 

инсульта, 

в 

2007-2009 



гг 

были 


изучены 

основные 

эпидемиологические показатели и факторы риска в Сиязанском районе.  

В  годы  проведения  исследования  были  зарегистрированы  173  пациентов,  страдающих  от 

инсульта. Среди населения этой зоны были изучены факторы риска, приводящие к инсульту 

головного мозга.  Исследование, проведенное  в  2008-2010  гг, охватило  возрастную  группу 

от 40 до 49 лет. Исследование, проводимое с использованием специальной анкеты, охватило 

3% населения в возрасте 40-49 лет (население района составляет 488,741 человек, в то время 

как число людей в возрасте 40-49 лет составило 60,000 человек), выбранных специально для 

этой цели (путем обеспечения репрезентативности). В исследовании приняли участие 1821 

человек.  В  дополнении  к  анкете  была  добавлена  международная  анкета  по  оценке 

физической активности.  

По  показаниям  была  оценена  достоверность  факторов  риска  с  использованием 

лабораторных и инструментальных методов, а также заметок в медицинских документах.  

Был  проведен  сравнительный  анализ  факторов  риска  среди  пациентов,  страдающих  от 

инсульта, и населения региона. 



Результаты

.  Сравнительный  анализ  показал,  что  большинство  факторов  риска 

(артериальная гипертензия, ишемическая болезнь сердца, сахарный диабет, транзиторная 

ишемическая  атака  и  инсульт  в  анамнезе,  мерцательная  аритмия  и  злоупотребление 

алкоголем)  были  распространены  среди  пациентов,  страдающих  от  инсульта,  по 

сравнению с населением. 

Интересно  то,  что  эмоциональное  напряжение  распространено  больше  среди  населения, 

чем среди пациентов, страдающих от инсульта.  Была выявлена разница в статистической 

достоверности по количеству курильщиков среди населения и пациентов, страдающих от 

инсульта.  Что  касается  мерцательной  аритмии,  статистическая  достоверность  доли 

мужчин среди пациентов, по сравнению с населением, не была отмечена, в то время как 

была  выявлена  разница  в  статистической  достоверности  доли  женщин  среди  пациентов, 

относительно  к  населению.  Так  как  некоторые  факторы  риска  были  изучены  в  одной  из 

групп исследования, их сравнительный анализ не был проведен.  

Обсуждение

.  На  основе  полученных  данных  можно  отметить,  что  количество 

курильщиков  наиболее  распространено  среди  населения  (мужчин).  С  этой  точки  зрения, 


 

сравнение  распространенности  курения  среди  пациентов,  страдающих  от  инсульта,  не 



дало никакой статистической достоверности. Таким образом, полученные результаты еще 

раз доказали важность расширения зоны охвата профилактических мероприятий, а также 

проведения  осведомительных  работ  для  повышения  знаний  об  устранении  вредных 

привычек, приводящих к цереброваскулярным заболеваниям. 



Ключевые слова

: инсульт, фактор риска, распространенность, регистр инсульта. 

 

SUMMARY 



 

COMPARATIVE ANALYSIS OF STROKE-RELATED RISK FACTORS 

PREVALENCE AMONG POPULATION AND STROKE-AFFECTED 

PATIENTS 

 

 

Shiraliyeva R.K., Aliyev R.R., Mammadbayli A.K., Sadikhova Z.M., 

Guliyeva A.İ.

 

 

Department of neurological diseases of the Azerbaijan State Advanced 



Traning Institute for Doctors named after A.Aliyev, Baku, Azerbaijan 

 

Stroke is the second in the world among causes of death and first as a factor of disability among 

elderly people. A number of studies were carried out for the prevalence of the stroke and its risk 

factors in Azerbaijan. The purpose of our study is the comparative analysis of stroke-related risk 

factors prevalence among stroke-affected patients and the population.  

Materials and methods of study.  The study was held in the northwestern region of Azerbaijan, 

the  region  of  the  Guba-Khachmaz  economic  region.  The  main  epidemiological  indicators  and 

risk  factors  were  studied  in  the  Siyazan  region  in  2007-2009  as  part  of  the  stroke  register 

program. 173 stroke-affected patients were registered in the  years of the study. Risk factors that 

lead  to  stroke  were  studied  among  the  population  of  this  economic  region.  The  study  held  in 

2008-2010  covered  an  age  group  of  40-49.  The  study,  carried  out  with  the  use  of  a  special 

questionnaire, covered 3% of the population at the age of 40-49 (the population of the region is 

488,741 people, while the  number of people at the age  of 40-49 made 60,000 people),  selected 

specially  for  the  purpose  (by  ensuring  representation).  The  study  involved  1821  people.  An 

international physical activity questionnaire was attached to the special form.  

The  reliability  of  the  risk  factors  was  assessed  when  necessary  with  the  use  of  laboratory  and 

instrumental methods, as well as based on medical documents. 

The comparative analysis of risk factors among stroke-affected patients and the population of the 

region was held. 



Results.  Comparative  analysis  showed  that  the  majority  of  risk  factors  (hypertension,  coronary 

heart disease, diabetes, transient  ischemic  attack and  stroke  in the  history, atrial  fibrillation and 

alcohol abuse) were common among patients suffering from stroke, compared to the population. 

The  interesting  fact  is  that  emotional  stress  is  more  prevalent  in  the  population  than  among 

patients suffering from stroke. The difference of statistical significance was found in the number 

of  smokers  in  the  population  and  in  patients  suffering  from  stroke.  With  regard  to  atrial 



10 

 

fibrillation, the statistical reliability of the proportion of men among the patients compared with 



the population was not marked, while the difference was found in the statistical reliability of the 

proportion  of  women  among  patients  with  respect  to  the  population.  Since  some  of  the  risk 

factors  were  studied  in  one  of  the  groups  of  the  study,  their  comparative  analysis  was  not 

conducted. 



Discussion. Based on these results it can be noted that the  number of smokers is most common 

among  the  population  (men).  From  this  point  of  view,  the  comparison  of  the  prevalence  of 

smoking  among  patients  suffering  from  stroke  did  not  give  any  statistical  difference.  Thus,  the 

results proved once again the importance of expanding coverage of preventive measures, as well 

as  holding  information  works  to  raise  awareness  on  elimination  of  bad  habits  that  lead  to 

cerebrovascular diseases. 



Keywords: stroke, risk factor, prevalence, stroke register 

 

Yüklə 115,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin