Trixomoniazın yoluxma yolları,patogenezi,mikrobioloji diaqnostika prinsipləri,müalicə preparatları



Yüklə 16,59 Kb.
tarix25.12.2016
ölçüsü16,59 Kb.
#3045

Trixomoniazın yoluxma yolları,patogenezi,mikrobioloji diaqnostika prinsipləri,müalicə preparatları

Trichomonas cinsindən olan ibtidailər Sarcomastigophora tipinin Mastigophora yarımtipinə aiddirlər. Trichomonas vaginalis növü insanlarda sidik-cinsiyyət sistemində iltihabi proseslərlə müşayiət olunan trixomoniaz xəstəliyi törədir. Bundan başqa bu cinsə insan orqanizminin normal mikroflorasına daxil olan qeyri-patogen növlər - T.tenax və T.hominis də aiddir. T. tenax ağız boşluğunda,T.hominis isə bağırsaqlarda rast gəlinən kommensal mikroorqanizmlərdir.



Morfo-bioloji xüsusiyyətləri. Trichomonas vaginalis uzunluğu 5-30 eni 2-14 mkm olan armudşəkilli parazitlərdir, ön ucunda uzunsov nüvə yerləşmişdir, sitoplazmasında vakuollar aşkar edilir. Trixomonadlar sista əmələ gətirmir. Yalnız vegetativ (trofozoit) formada mövcud olan trixomonadlar, sadə bölünmə yolu ilə çoxalır. Bölünmə nəticəsində əmələ gələn cavan trofozoitlər adətən girdə formada olur. Parazit hərəkətlidir, yırğalanma və fırlanma xaraKterli hərəkət flagellalarla təmin edilir. Parazitin ön ucunda dörd flagella yerləşmişdir. Daha bir flagella hüceyrənin ortasına qədər çatan dalğavari membran vasitosilə parazitin bədəni ilə birləşmişdir. Hüceyrənin önündən arxasına qədər davam edən əsasi - aksostil parazitin arxa ucunda çıxıntıya çevrilir. T.tenax və T.hominis növlərini canlı halda T.vaginalis-dən fərqləndirmək çətindir.

T.vaginalis anaerob şəraitdə 35-37°-də, 5,5-6 PH intervalında xüsusi maye qidalı mühitlərdə,eləcə də toyuq embrionlarında kultivasiya edilir.



Ətraf mühit amillarinə davamlılığı.Trixomonadlar ətraf mühitdə tez məhv olur. Qurumanın təsirinə xüsusilə hassasdırlar, sidikdə və spermada bir günə qədər diri qalırlar.

İnfeksiya mənbəyi və yoluxma yolları. Trixomoniaz əsasən cinsi yolla yoluxur. Nadir hallarda hamam ləvazimatlarından və tibbi müayinə alətlərindən (dolayı təmas) yoluxma mümkündür. Uşaqların xəstə ananın doğuş yollarından yoluxması mümKündür.

Trixomoniazın patogenezi və klinik xüsusiyyətləri. T. vaginalis həm qadınlarda, həm də kişilərdə cinsi yolla yoluxan xəstəlik törədir. Qadınlarda vulva, vagina və uşaqlıq boynu (serviks) zədələnir. Belaliklə, vulvovaginit və servisit inkişaf edir, lakin trixomonadlar adətən uşaqlıq boşluğuna daxil ola bilmirlər. İltihabi proses ağrı, göynəmə, irinli-seroz ifrazatla müşayiət olunur, onun intensivliyi uşaqlıq yolunun fizioloji vəziyyətindən asılıdır. Bela Ki, uşaqlıq yolu sekretinin normal pH-ı (3,8-4,4) trixomonadlar üçün əlverişli deyil.

Kişilərdə trixomoniaz uretranın, prostat vəzin və toxum kisəciklərinin iltihabı (uretrit, prostatit və veziKulit) ilə müşayiət olunur. Uretritlər zamanı ağrı, göynəmə, dizurik əlamətlər və selikli-irinli ifrazat müşahidə edilir. Həm qadınlarda, həm də kişilərdə xəstəlik çox vaxt mülayim gedişli, yaxud simptomsuz olur.



İmmunitet. Keçirilmiş xəstəlikdən sonra immunitet əmələ gəlmir. Buna baxmayaraq qadınlarda reinfeksiya daha zəif simptomlarla təzahür edir.

Mikrobioloji diaqnostika. Kişilərdə sidik kanalı ifrazatından, prostat sekretindən və sidik çöküntüsündən, qadınlarda isə vaginal ifrazatdan hazırlanmış nativ preparatlarda, eləcə də metilen abısı və Gimza üsulu ilə boyadılmış preparatlarda trixomonadları mikroskopik üsulla aşkat etmək mümkündür.

Mikroskopik üsulla trixomonadların aşkar edilə bilmədiyi xroniki formalarda kultural üsul daha əlverişlidir. Müayinə materiallarını müvafıq qidalı mühitlərdə kultivasiya etməklə trixomonadların kulturasınl almaq olar.



Müalicə. Trixomoniazın müalicəsində seçim preparatı metronidazoldur, Tinidazol (fasigyn) və ornidazol (liberal) də eyni dərəcədə effektlidir. Cinsi tərəfdaşların eyni zamanda müalicəsi məqsədə uyğundur.

Profilaktika digər zöhrəvi xəstəliklərdə olduğu kimidir.
Yüklə 16,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin