Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə174/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   178
I CİLD (2)

 
NÜMUNƏ 
 
 
 
TELEQRAM 
Adi 
Samux rayonu, Ağababalı kəndi 
Vaqif Cəfər oğlu Qayıbova 
«SİMURQ» səhmdar cəmiyyəti səhmdarlarının on beş avqust iki min səkkizinci ildə 
Bakıda keçiriləcək illik hesabat iclasına dəvət olunursunuz. 
«SİMURQ» səhmdar cəmiyyətinin rəhbəri – Valid Qonaqov 
00.00.0000. 
 
TELEFONOQRAM 
 
Müəyyən bir məlumatı, hadisəni telefonla yazılı şəkildə lazımi yerə çatdırmaq üçün 
telefonoqramdan istifadə edilir. Adətən, konfrans, seminar, iclas və başqa tədbirlərdə iştirak 
etmək üçün çağırışlar telefonoqram vasitəsi ilə verilir. Telefonoqramın mətni hazırlanır. Mətn 
rəhbər tərəfindən imzalanıb telefonoqramı ötürən şəxsə təqdim olunur.
Telefonoqramı verən şəxs və onu qəbul edən şəxsin adı, soyadı, ötürülmə vaxtı qeyd 
olunur. Ona görə də telefonqram üçün xüsusi forma hazırlanır. Bu formaya aid nümunə belədir 
«SİMURQ» Səhmdar Cəmiyyəti 
Ötürdü: Əzizov – katib 
Tel. 311-24-34
Qəbul etdi: Əsədov katib 
Tel 169-43-34 
TELEFONOQRAM 


00.00.0000. № 00 Ötürülmə vaxtı: 14-23 
00.00.0
ildə saat 25-00-da «SİMURQ» səhmdar cəmiyyəti səhmdarlarının Bakıda Ə.Ələkbərov 3. 
ünvanda yerləşən ofisinin akt zalında illik hesabat iclası olacaqdır. Cənab Səfər Rasim oğlu 
Rzayevin iştirakı məcburidir.
Təşkilat Komitəsinin sədri Nəcəf Nəcəfov 
MƏKTUB 
Məktub poçtla göndərilən müxtəlif məzmuna malik sənədlərin ümumiləşdirilmiş adıdır. 
Məktubların rəsmi, xidməti və adi növləri bir-birindən fərqləndirilir. Rəsmi məktublar da 
məzmununa görə bir-birindən seçilir. Bunların arasında təbrik məktubları ayrıca yer tutur. 
Rəsmi məktublar dövlət başçıları, müxtəlif dövlət qurumları, nazirlik, komitə, baş idarə
müəssisə, təşkilat və s. rəhbərləri tərəfindən göndərilir.
Rəsmi təbrik məktubları konkret və yığcam şəkildə hazırlanır. Dövlət başçılarının rəsmi 
təbrik məktubları üç hissədən ibarət olur. Birinci hissə ünvan və müraciəti əhatə edir. Burada 
məktubun kimə ünvanlanması göstərilir. Həmin şəxsə müraciət olunur. İkinci hissə məktubun 
əsas mətnidir. Üçüncü hissə məktub mətninin sonluğudur. Bundan sonra məktubun imzalanma 
hissəsi yerləşdirilir.
NÜMUNƏLƏR 
Rusiya Federasiyasının Prezidenti Zati-Aliləri 
Cənab Dmitri Medvedevə 
Hörmətli Dmitrii Anatolyeviç! 
Rusiyanın dövlət bayramı-Rusiya Günü münasibətilə Sizi və bütün Rusiya xalqını 
Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. 
Çox şadam ki, müasir Rusiya demokratik dəyişikliklərin həyata keçirilməsi, qanunçuluq 
normalarının və hüquqi qaydanın bərqərar olması, iqtisadi və sosial tərəqqi, ölkənin beynəlxalq 
birlikdə rolunun və nüfuzunun daha da möhkəmlənməsi yoluna uğurla irəliləyir. 
Əminəm ki, birgə səylərimiz ənənəvi dostluq və mehriban qonşuluq münasibətinin 
genişlənməsinə və dərinləşməsinə, hərtərəfli əməkdaşlığın sürətli inkişafının təmin edilməsinə, 
xalqımızın və dövlətlərimizin mənafeyi naminə, Qafqazda sülh və təhlükəsizlik naminə 
Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə yönələcəkdir. 
Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, 
dost Rusiya xalqına sülh və firavanlıq arzulayıram. 
Hörmətlə,

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin