Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə176/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   178
I CİLD (2)

 
BİLDİRİŞ 
Bildiriş müəyyən tədbir və ya işin görülməsi, elan edilməsi, keçirilməsi haqqında 
məlumatı bildirən sənəd növüdür. Bildiriş sənəd adının (BİLDİRİŞ) ortadan baş hərflərlə 
yazılması ilə tərtib olunur. Sənədin adından sonra mətn gəlir. Mətn verilən məlumatı özündə 
birləşdirir. Mətndə bildirişi verən təşkilatın adı qeyd olunur. Mətndəki məlumat dəqiq və aydın 
olmalıdır. 
NÜMUNƏ
BİLDİRİŞ 
Azərbaycan Respublikasının «Dövlət satınalmaları haqqında» qanuna müvafiq olaraq 
Masallı rayon Şərəfə və Köhnə Alvadı kənd ATS-lərinin rekonstruksiyası ilə əlaqədar 
keçirilmiş tender prosedurunun yekun protokoluna uyğun «Karel» Elektronik Sənaye və 
Ticarət A.Ş qalib elan olunmuşdur. 
****** 
 
BİLDİRİŞ 


Balakən Rayon İcra Hakimiyyəti şəhərin Heydər Əliyev prospektinin genişləndirilməsi, 
yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması məqsədi ilə «Dövlət satınalmaları 
haqqında» Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsini tətbiq etməklə qanunun 
48-ci maddəsində nəzərdə tutulmuş qaydada təkliflər sorğusunu həyata keçirir. 
Satınalma prosedurasında iştirak etmək istəyənlər 13 avqust 2007-ci ilədək 100 (yüz) 
manat iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra rayon icra hakimiyyətinə 
ərizə ilə müraciət edib, əsas şərtlər toplusunu ala bilərlər. 
Əlaqələndirici şəxs: Ş.Pənahəliyev, tel.5-12-15 
Balakən YXO, h/h 5432050000 
VÖEN: 3800063541 
Bank: Kapital Bankın Balakən filialı 
Kod: 200695 
VÖEN: 9900003611 
Müxbir hesabı: 6928010000 
S.W.I.F.İ. BIK AIIBAZ 2X 
İştirak haqqı heç bir halda geri qaytarılmır. Təkliflər sorğusunda iştirak etmək üçün 
iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər: 
-yazılı müraciət; 
-iştirak haqqının ödənilməsinə dair bank sənədi; 
-iddiaçının maliyyə vəziyyəti barədə arayış; 
-vergilərə və digər icbari ödənişlərə dair arayış; 
-iddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
habelə işləri yerinə yetirmək üçün iddiaçıların potensial imkanları, ixtisas göstəriciləri 
haqqında məlumat. 
Təklif zərfləri 14 avqust 2007-ci il saat 12:00-da Balakən Rayon İcra Hakimiyyətində 
açılacaqdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin