Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə173/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   178
I CİLD (2)

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 11 iyun 2008-ci il
 
 
 
 
MANDAT
«Mandat» latın sözü olub tapşırıq mənasını verir və təqdim edənin səlahiyyətini təsdiq 
edən sənəddir. Mandat müəyyən müddətə verilir. Adətən kollegial orqanın səsvermə 
prosesində səs hüququ olan şəxslərə verilir. Mandat xüsusi rəngli kağızda hazırlanır.Mandatda 
şəxsin adı, atasının adı, soyadı göstərilir. Mandat möhürlə təsdiqlənir. Mandatın rekvizitləri 
bunlardır: 
- mandatın aidliyi;


-sənədin adı –MANDAT 
-mandatın nömrəsi; 
sənədin verilmə tarixi; 
- mandat sahibinin adı, atasının adı, soyadı; 
-kollegial tədbirə səlahiyyətli nümayəndə seçilmə təşkilatının adı: 
-mandatı verən şəxsin vəzifəsi, imzası, adı, soyadı; 
-möhür. 
 
NÜMUNƏ 
«AYSBERQ» Assosiasiyasının 00.00.0000 tarixli 
Baş Məclisinin nümayəndəsi üçün 
MANDAT 
№ 00 
Adı :
Arif 
Atasının adı :
Səfər
Soyadı : 
Vəliyev 
Nümayəndə seçildiyi təşkilat: «Torpaq» MMC tərəfindən səla-
hiyyətli nümayəndə seçilmişdir 
Baş Məclisin təşkilat komitəsinin sədri: (imza) Xanlar Əzizov
00.00.0000
 
 
 
 
 
 
TELEQRAM 
Teleqram xüsusi göndəriş üsulu ilə fərqlənən müxtəlif məzmunlu sənədlərin 
ümumiləşdirilmiş adıdır. Teleqramdan o zaman istifadə olunur ki, başqa əlaqə vasitələri ilə 
məlumatın ötürülməsi gecikir. Hazırda mobil telefon rabitəsi, eləcə də elektron poçtdan 
istifadə teleqramların istifadəsini məhdudlaşdırmışdır. Buna baxmayaraq, bu sənəd növü hələ 
də istifadə edilir. «Teleqram» yunanca tele-uzaq, qramma-yazı sözlərindən yaranmış alınma 
sözdür. İdarəetmədə teleqramdan müxtəlif məqsədlərlə istifadə olunur. Teleqram poçt vasitəsi 
ilə göndərilir. Teleqramın ünvanlandığı şəxsə müəyyən hadisə və faktla bağlı məlumat və onun 
gələcək fəaliyyəti haqqında göstəriş verilir. İdarə və müassisələr hadisə ilə bağlı təbrik və s. 
məzmunlu teleqramlar da göndərə bilərlər. Teleqramdan vətəndaşlar da əlaqə vasitəsi kimi 
istifadə edirlər. Lakin onların göndərdikləri teleqram xüsusi hallarda sənəd növü kimi qəbul 
edilir və işə tikilir.
Teleqramın mətni çap olunur və rəhbər tərəfindən imzalanır. Teleqram iki nüsxədə 
hazırlanır. Birinci nüsxə işə tikilir. İkinci nüsxə poçta təqdim edilir. 
Teleqramın məzmunu yığcam və aydın olmalıdır. İkimənalı başa düşülə biləcək söz və 
ifadələrdən istifadə olunmamalıdır. Rəqəmlər teleqramda, adətən, hərflərlə yazılmalıdır. 
Əvvəllər teleqramın adi, təcili və xüsusi növləri olmuşdur.
Xüsusi teleqramı yazarkən lazımi sənəd-pasport və ya vəsiqə təqdim olunur, yəni 
teleqram vuran adamın şəxsiyyəti müəyyənləşdirilir.
İdarə teleqramlarında imza möhürlə təsdiqlənir. Teleqramın mətni vərəqin bir tərəfində 
çap olunur. Teleqramın rekvizitləri aşağıdakılardır: 
-sənədin adı; 


-sənədin növü; 
-göndərilmə tarixi; 
-göndərilmə ünvanı; 
-teleqramı alacaq şəxsin adı, atasının adı, soyadı; 
-teleqramın mətni; 
-teleqramı göndərən şəxsin adı, familiyası, vəzifəsi; 
- teleqramı göndərən şəxsin imzası 
-müəssisənin möhürü; 
-teleqramın müəssisədə qalan nüsxəsində teleqramı göndərmiş poçtun qeydi yerləşdirilir. 
Burada göndərən şəxs, tarix, saat göstərilir və sonra göndərən şəxs imzasını qoyur, poçtun 
möhürü ilə bu məlumatı təsdiqləyir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin