Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə175/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   178
I CİLD (2)

İlham ƏLİYEV
Azərbaycan Respublikasının prezidenti 
Bakı, 5 iyun 2008-ci il 
 
****** 
 


Rusiya Federasiyası Hökumətinin sədri 
Zati-Aliləri Cənab Vladimir Putinə 
Hörmətli Vladimir Vladimiroviç! 
Rusiyanın dövlət bayramı-Rusiya Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. 
Azərbaycan ilə Rusiya arasında tarixən yaranmış dostluq, mehriban qonşuluq və 
əməkdaşlıq münasibətləri bu gün keyfiyyətcə yeni xarakter kəsb etmiş, strateji tərəfdaşlıq 
səviyyəsinə çatmışdır. 
Əminəm ki, bizim aramızda yaranmış konstruktiv dialoq, qarşılıqlı anlaşma və etimad 
şəraiti bundan sonra da ölkələrimizin və xalqlarımızın tərəqqisi naminə, regionda sülhün və 
sabitliyin təmin edilməsi məqsədilə çoxşaxəli Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin 
hərtərəfli inkişafına kömək edəcəkdir. 
Hörmətli, Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, dost Rusiya 
xalqına sülh və əmin-amanlıq arzulayıram. 
Hörmətlə, 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının prezidenti 
Bakı, 5 iyun 2008-ci il 
 
 
 
TENDER 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Sumqayıt 
Səthi Aktiv Maddələr zavodunda xlorun alınmasında əmələ gəlmiş civə tərkibli tullantıların 
Təhlükəli Tullantı Poliqonuna daşınması və zərərsizləşdirilməsi işlərinin (mal və xidmətlərin) 
satın alınması məqsədi ilə 
 
AÇIQ TENDER ELAN EDİR 
Tender 1 (bir) lot üzrə keçirilir 
1. Lot-Sumqayıt Səthi Aktiv Maddələr zavodunda xlorun alınmasında əmələ gəlmiş civə 
tərkibli tullantıların Təhlükəli Tullantı Poliqonuna daşınması və zərərsizləşdirilməsi işlərinin 
(mal və xidmətlərin) satın alınması. 
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumların nəzərə almaqla 
hesablamalıdır. Tender təklifləri bal sistemi üsulu ilə qiymətləndiriləcəkdir.Təkliflərin 
qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: layihənin səmərəliliyi , 
yüksək keyfiyyət , müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi , maliyyə 
vəziyyəti, qrafikə uyğun işlərin (malların və xidmətlərin) təhvil verilməsi. 
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. İştirakçılar tenderin əsas 
şərtlər toplusunu 400 (dörd yüz) manat iştirak haqqı ödədikdən sonra tenderin əlaqələndirici 
şəxsi Orucov Nəsib Hidayət oğlundan ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır. 
Ünvan: Bakı şəhəri, B.Ağayev küçəsi 100-A, telefon 439-18-10. 
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir: 
A1. Emitent (ödəyən) bank 
VÖEN:9900001881 
ABB Yasamal filialı 
Kod: 805562 
m/h 0137010002944 


SWİFT Bik: İBAZAZ2X 
A2. Ödəyən müştəri 
VÖEN: 1300222691 
Yasamal YXO 
Hesab №33205019449324665216 
İddiaçılar sorğuda iştirak etmək üçün 17 sentyabr 2007-ci il saat 18:00 tarixə qədər 
aşağıdakı sənədləri (tender təkliyi və təklifin zəmanəti istisna olmaqla ) təqdim etməlidirlər. 
-açıq tender prosedurunda iştirak etmək üçün yazılı müraciət; 
-analoji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi 
məlumat; 
-iddiaçıların tender təklifləri Azərbaycan Respublikasının dövlət dilində tərtib 
olunmalıdır; 
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi 
vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş 
maliyyə hesabatının surəti; 
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və 
rekvizitləri; 
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları. 
İddiaçılar tender təkliflərini və tender təklifinin zəmanəti tələb olunan sənədləri möhürlü 
zərflərdə 24 sentyabr 2007-ci il saat 17:00-a qədər iki nüsxədən ibarət (əsli və surəti) ikiqat 
zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, B.Ağayev küçəsi 100-A ünvanda 
yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tender 
Komissiyasına təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklif zərfləri Bakı şəhəri, B.Ağayev küçəsi 100-A ünvanda yerləşən 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 25 sentyabr 2007-ci il 
tarixdə saat 11:00-da açılacaqdır. 
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin