Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə171/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   178
I CİLD (2)

 
AZƏRBAYCAN RESPUBLİKASI 
PREZİDENTİNİN FƏRMANI 
1. 
«Azərbaycan 
Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin 
təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 
fevral 1992 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin: 
1.1.3.2-ci bənddə «habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində» sözləri 
çıxarılsın. 
1.2.3.3-cü bənddə «ölkənin digər kənd və qəsəbələrinin» sözləri «ölkənin digər 
şəhərlərində və rayon mərkəzlərində, habelə kənd və qəsəbələrinin» sözləri ilə əvəz edilsin. 
1.3.3.4-cü bənddən «habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində» sözləri 
və «və müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının» sözləri çıxarılsın. 
2. «Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında» Azərbaycan 
Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezi-
dentinin 2008-ci il 7 may tarixli 760 nömrəli Fərmanının 1.2-ci bəndi ilə verilmiş cədvəlin 
2.11.1.1-ci bəndində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və 3.11.1.1.1-ci 
bəndində «Avtomobil yolları təsərrüfatı» üzrə nəzərdə tutulmuş vəsaitin 2008-ci il 15 may 
tarixinə istifadə vəziyyəti nəzərə alınmaqla aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 
2.1.3.11.1.1-ci bənddə «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi» sözlərinin 
qarşısında 1-ci və 2-ci sütunlardakı hər iki halda «37 339 491,0» rəqəmi «28 082 091,0» 
rəqəmi ilə, 3.11.1.1.1-ci bənddə «Avtomobil yolları təsərrüfatı» sözlərinin qarşısında 1-ci və 
2-ci sütunlarda hər iki halda «32 112 134,0» rəqəmi «22 854 734,0» rəqəmi ilə əvəz edilsin. 


2.2. Aşağıdakı məzmunda 3.11.1.5-ci bənd əlavə edilsin: 
«3.11.1.5. Bakı şəhəri istisna olmaqla, şəhərlərdə və 
rayon mərkəzlərində yol infrastrukturların 
təmiri, bərpası və yenidən qurulması 
9 257 400,0 9 257 400,0 
2.3. 4-cü bənddə «3.10.3-cü» rəqəmindən sonra «3.11.1.5-ci» rəqəmi əlavə edilsin. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmandan irəli 
gələn məsələləri həll etsin. 
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin