Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə172/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   178
I CİLD (2)

İlham ƏLİYEV 
Azərbaycan
Respublikasının prezidenti 
Bakı şəhəri, 11 iyun 2008-ci il 
 
 
 
SƏRƏNCAM 
Sərəncamlar xüsusi əhəmiyyət daşıyan məsələlərlə bağlı verilən, daha çox məsələni əhatə 
edən, qüvvədə olmasına görə uzunmüddətli olan və tabeliyində olan yaxın səlahiyyətli müxtəlif 
sayda təşkilatın işi ilə bağlı olan xüsusi sərancamverici sənəddir. Sərəncamlar dövlət başçısı, 
eləcə də müxtəlif təşkilatların rəhbərləri tərəfindən verilə bilər. 
Dövlət başçısının sərəncamlarının forması qəbul edilir. Bu sərəncamlar dövlət gerbinin 
mərkəzləşdirilmiş qaydada yerləşdirilmiş blankında tərtib olunur. Sərəncamın mətni iki 
hissədən ibarət olur. Birinci hissədə əsaslandırma, ikinci hissədə qərar yer alır. 
Sərəncam imzalanır. Dövlət başçısının adı soyadı və vəzifəsi, habelə sənədin tarixi və 
nömrəsi qeyd olunur. 
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ SƏUDİYYƏ ƏRƏBİSTANI 
KRALLIĞI HÖKUMƏTİ ARASINDA İQTİSADİYYAT, TİCARƏT, İNVESTİSİYA, 
TEXNİKA, MƏDƏNİYYƏT, İDMAN VƏ GƏNCLİK SAHƏLƏRİNDƏ ƏMƏKDAŞLIQ 
ÜZRƏ MÜŞTƏRƏK KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN 
YENİ TƏRKİBİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 
1. Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında 
iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq 
üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı 
heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri 
Yaqub Eyyubov-
Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini 
Komissiyanın üzvləri

Natiq Əliyev - 
Azərbaycan Respublikasının 
Sənaye və Energetika naziri
Füzuli Ələkbərov- 
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri 
Xələf Xələfəov- 
Azərbaycan Respublikası Xarici


İşlər nazirinin müavini 
Azər Bayramov- 
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini 
Niyazi Səfərov- 
Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin müavini
Bəhram Əliyev- 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini 
Ədalət Vəliyev- 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin 
müavini 
İsgəndər İsgəndərov -
Azərbaycan Respublikası
Təhsil nazirinin müavini 
Sənan Kərimov- 
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini 
İltimas Məmmədov- 
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları 
nazirinin müavini 
İntiqam Babayev- 
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini 
Səfər Mehdiyev- 
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi sədrinin birinci müavini 
Elşad Nəsirov - 
Azərbaycan Respublikası Dövlət 
Neft Şirkətinin vitse-prezidenti 
Arif Məmmədov- 
Azərbaycan Respublikası Dövlət Mülki
-Aviasiya
Administrasiyasının direktoru 
Vadim Xubanov- 
Azərbaycan Respublikası Milli
Bankının İdarə Heyəti sədrinin 
müavini 
Arif Həşimov -
Azərbaycan Milli Elmlər
Akademiyasının birinci vitse-
prezidenti 
Tofiq Abdullayev -
Azərbaycan Respublikasının
Səudiyyə Ərəbistanı Krallığın 
dakı fövqəladə və səlahiyyətli 
sədri 
Ağadayı Ağayev - 
Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının Xarici
İqtisadi Əlaqələr şöbəsinin 
müdiri
(məsul katib) 
2. «Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti 
arasında iqtisadiyyat, ticarət, investisiya , texnika, mədəniyyət, idman və gənclik sahələrində 
əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfi tərkibinin təsdiq 
edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 aprel tarixli 400 
nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4 
(II kitab), maddə 303) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin