Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə177/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   178
I CİLD (2)

 
 
DƏVƏT 
Dəvət müəyyən tədbirə, yığıncağa, sorğuya çağırış məqsədi ilə hazırlanan sənəddir.
Dəvət sənəd adının (DƏVƏT) ortadan baş hərflərlə yazılması ilə tərtib olunur. Sənədin adından 
sonra mətn gəlir. Mətn verilən məlumatı özündə birləşdirir. Mətndə bildirişi verən təşkilatın 
adı qeyd olunur. Tədbir, onun keçiriləcəyi ünvan, keçirilmə vaxtı, iştirak etmək hüququ olanlar 
haqqında məlumatlar dəqiq göstərilir. Bundan başqa dəvətdə əlavə məlumat almaq üçün 
telefonlar da qeyd edilir.
 
DƏVƏT 
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya 
Bankının birgə həyata keçirdiyi Pensiya və Sosial Təminat Layihəsi (Kredit 3923 AZ) ƏƏSMN-nin struktur 
bölmələrinin və regional mərkəzlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə marağı olan şirkətləri
kotirovka sorğusuna dəvət edir. 
Generatorların parametrləri aşağıdakı kimidir: benzin mühərriki, dörd taktlı, tək fazalı, 
starter (açarlı) generatorlar. Marağı olan şirkətlər generatorlara dair ətraflı məlumat və 
kotirovka sorğusuna dair dəvət məktubu (İTQ) aşağıdakı ünvandan əldə edə bilərlər: AZ 1009. 
S.Əsgərova küçəsi 85, 3-cü mərtəbə, elektron ünvan: 
sbayramova@psap.az

ahmed@psap.az

Əlaqələndirici şəxs: Sevinc Bayramova-satınalmalar üzrə mütəxəssis. Təkliflərin son 
təqdimetmə tarixi 24 avqust 2007-ci il saat 15:00-dır. 
ELAN 


Elan müəyyən tədbir, hadisə, təklif, iş və sairlə bağlı hazılanan sənəd növüdür. Sənəd adı 
(ELAN) ortadan baş hərflərlə yazılır. Sənədin adından sonra mətn gəlir. Mətn verilən məlumatı 
özündə birləşdirir. Mətndə elan verən təşkilatın adı qeyd olunur. Elanın məzmunu şərh olunur. 
Tələb olunan ünvan, vaxt, lazım gələrsə qiymət, tələb olunan sənəd və s haqqında 
informasiyalar da elanın mətn hissəsində yerləşdirilir. Elanda əlavə məlumat almaq üçün əlaqə 
vasitələri və formaları göstərilir. Elanın sonunda onu verən təşkilatın və ya bu təşkilatın 
səlahiyyətli qurumunun adı göstərilir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin