Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə19/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

BÖLÜŞDÜRMƏ ƏLAQƏSİ
Bölüşdürmə  əlaqəli  tabesiz  mürəkkəb  cümlənin  kompo­
nentlərində Js ,  hərəkətin  icrası  növbələşir,  müxtəlif  icraçılar 
arasında  bölüşdürülür;  məsələn:  İnisi  eçisin  bilməz  erti,  oğh 
katjın  bilməz  erti  (KT  ş  21)  «Kiçik  qardaşı  böyük  qardaşını 
tanımazdı,  oğlu  atasını  tanımazdı».  SıQar  süsi  ebig,  harkığ 
yolğalı  bardı,  sı Qur  süsi  siifjüşkəli  kəlti  (BK  ş  32)  «Qoşunun 
yarısı  evi,  sarayı  dağıtmağa  getdi,  qoşunun  yarısı  döyüşməyə 
gəldi».  Tabğaç,  bəridənyən  təg,  Kıtay,  öQdonyən  təg,  ben 
yırdantayan təgəyin (T  11) «Tabğaç, cənubdan hücum et, Kıtay, 
şərqdən hücum et, mən şimaldan hücum edim» və s.
Qədim türk yazısı abidələrinin dilində bölüşdürmə əlaqəli 
tabesiz mürəkkəb cümlələrdə  iş və ya hərəkət ya birinci şəxslə
197

ikinci  şəxs,  ya  birinci  şəxslə  üçüncü  şəxs,  ya  ikinci  şəxslə 
üçüncü şəxs, ya üçüncü şəxslər (isinilər) arasında bölüşdürülür.
Qədim türk yazısı abidələrinin dilində bölüşdürmə əlaqəli 
tabesiz mürəkkəb cümlələrin işlərməsi geniş yayılmamışdır.
QOVUŞMA ƏLAQƏSİ
Dilçilik ədəbiyyatmda buna bəzən birləşdirmə əlaqəsi  da 
deyilir.  Qovuşma  əlaqəli  tabesiz  mürəkkəb  cümlələrdə  ikinci 
komponent birinci  komponentdə  ifadə  olunan  fikrə  əlavə,  izab 
kimi birinci komponentə qoşulur.
Tabesiz  mürəkkəb  cümlələrin  əmələ  gəlməsində  iştirak 
edən  əvvəlki  məna  əlaqələrində  zaman  və  qismən  də  şəkil 
uyuşmalan  mövcud  olduğu  halda,  qovuşma  əlaqəli  tabesiz 
mürəkkəb  cümlələrin  komponentləri  arasında  zaman  uyuşması 
gözlənilmir.  Başqa səbəblərlə yanaşı, əsasən, bu səbəbə görə də 
qovuşma  əlaqəli  labesiz  mürəkkəb  cümlənin  komponentləri 
arasında  əlaqə  çox  /ə if  olur;  bir  sıra dilçilər bu  əlaqə haqqında 
heç  danışmır,  digərləri  isə  qovuşma  əlaqəli  tabesiz  mürəkkəb 
cümlələri xüsusi tip mürəkkəb cümlə hesab edirlər.
Qədim  türk  yazısı  abidələrinin  dilində  işlənən  qovuşma 
əlaqəli  tabesiz  mürəkkəb  cümlələr  müasir  türk  dillərində 
işlənən  eyni  tipli  tabesiz  mürəkkəb  cümlələrdən  fərqlənmir; 
məsələn:  Kün  yəmə,  tiin  yəmə  yelii  har dimiz,  kırkızığ  uka 
basdımız,  ...  siiQügin  açdım ız,  kam,  süsi  tirilmiş,  süQüsdimiz, 
sançdımız,  kamn ölün imiz,  kağaııka kırkız bodunı içikdi, yükünti. 
yantımız  (Г  27-28)  «Gündüz  də,  gecə  də  yel  kimi  getdik, 
qırğızları  yuxuda  basdıq,  ...  süngü  ilə  açdıq,  xalqı,  qoşunu 
toplaşmış,  döyüşdük,  məhv  etdik,  xanını  öldürdük,  qırğız  xalqı 
xaqana  tabe  oldu,  səcdə  etdi,  qayıtdıq».  Kögmən  yısığ  ebüri 
kəltimiz,  kırkızda yantımız  (T  28-29)  «Kögmən  meşəli  dağlarını 
dolanıb  gəldik,  qırğızdan  qayıtdıq».  Bars  bəg  erti,  kağan  at 
bunta  biz  birt im iz,  si Qitim  kıtııçnyuğ birtimiz,  özi yaQıltı,  kağam 
ölti,  bodunı  küQ,  kui bolu  (KT  ş  20)  «Bars  bəy  idi,  xaqan  adını 
bu  zaman  (ona)  biz  verdik,  kiçik  bacımızı  xanım  verdik,  özü 
yanıldı, xaqanı öldü, xalqı kəniz, qul oldu».
1 9 8
KOMPONENTLƏRİN  SIRASI
Sadə  cümlə  quruluşunda  söz  sırası  mühüm  əhəmiyyətə 
malik  olduğu  kimi,  tabesiz  mürəkkəb  cümlə  strukturunda  da 
komponentlərin  sırasının  mühüm  əhəmiyyəti  vardır.  Dil  fikrin, 
cümlə  hökmün  ifadə  vasitəsi  olduğu  üçün  hökmün  məntiqi, 
cümlənin  struktur  tərtibində  müəyyən  ardıcıllıq  olmalıdır. 
Tabesiz  mürəkkəb  cümlələrin  tərtibində  də  komponentlərin 
möhkəm məntiqi sırası vardır. Təbiidir ki, səbəb olmasa, nəticə 
ola bilməz. Bu təbii qanun dildə də öz əksini tapır: səbəb-nəticə 
əlaqəli  tabesiz  mürəkkəb  cümlələrdə  səbəb  mənası  ifadə  edən 
komponent əvvəl, nəticə mənası bildirən komponent sonra gəlir. 
Əvvəl işlənən komponentdə nə  isə qaranlıq, izaha ehtiyacı olan 
olmalıdır  ki,  onu  aydınlaşdırmaq  lazım  gəlsin.  Buna  görə  də 
aydınlaşdırma  əlaqəli  tabesiz  mürəkkəb  cümlələrdə  mənaca 
qarandıq  komponentdən  sonra  onu  aydınlaşdıran  komponent 
gəlir.  Eyni  sözləri  qarşılaşdırma,  bölüşdürmə,  qovuşma əlaqəli 
tabesiz  mürəkkəb  cümlələr  haqqında  da  demək  olar.  Sadalama 
əlaqəsinin  ardıcıllıq  çalarında  da  müəyyən  məntiqi  səbəbiyyət 
mövcud  olduğu  üçün  bu  əlaqəli  tabesiz  mürəkkəb  cümlələrin 
komponentlərinin  sırasını  dəyişdikdə  də  cümlənin  məzmununa 
xələl  gəlir.  İlk  baxışda  təkcə  sadalama  əlaqəsinin  eyni 
zamanlılıq  çalarında  labesiz  mürəkkəb cümlənin  komponentləri 
arasında  möhkəm  sıra  düzülüşünün  olmadığını  söyləmək  olar. 
Düzdür,  burada  komponentlərin  düzülüş  sırasını  dəyişdikdə 
cümlənin  məntiqində  o  qədər  də  ciddi  dəyişiklik  baş  vermir, 
cümlənin  məzmununa  o  qədər  də  ciddi  xələl  gəlmir.  Lakin 
burada  da  komponentlərin  sırası  ciddi  qanunlarla,  bu  dəfə 
dildaxili  qanunlarla  yox,  ckslralinqvistik  -  dilxarici  qanunlarla 
ifadə  olunur;  bu  qanunları  sadalamaq,  bir-bir  səciyyələndirmək 
burada  məqsədə  uyğun  olmadığı  iiçün,  qısaca  demək  olar  ki, 
bunların  içində  təfəkkür  qanunları  əsas  yer  tutur:  sıralanmada 
informator  komponentləri  öz  məqsədinə  görə  düzə  bilər, 
yaxından uzağa,  yaxud  uzaqdan  yaxma,  böyükdən  kiçiyə, yaxud 
kiçikdən  böyüyə,  sadədən  mürəkkəbə,  yaxud  mürəkkəbdən 
sadəyə  və  s.  görə  düzə  bilər.  Bunlardan  başqa  qrammatik 
vasitələr  vasitəsilə  də  komponentlərin  sırası  tənzim  edilir.
1 9 9

Məsələn,  sonrakı  komponentlərdə  həmcins  şəkilçilər  ixtisar 
edilə  bilər  ki,  bu  da  komponentlərin  yerdəyişməsinə  mane  ola 
bilər.
BAĞLAYICILAR
Qədim  türk  yazısı  abidələrinin  mətnlərində  bağlayıcılar 
çox  azdır.  Görünür,  türk  dillərində,  qərbi  hun  budağı  türk 
dillərində bağlayıcılar bu dillərin inkişafının  sonrakı dövrlərində 
təşəkkül  tapmış  və  inkişaf  etmişdir.  Qədim  türk  yazısı 
abidələrinin dilində işlənən bir neçə bağlayıcının da əksəriyyəti 
sadə cümlələrin daxilind işlənir.
Qədim türk yazısı abidələrinin dilində bağlayıcı çox azdır, 
bunlardan  da  yalnız  ikisi  -   ta  «da»  və  yəmə  «da,  də» 
bağlayıcıları  tabesiz  mürəkkəb  cümlənin  əmələ  gəlməsində 
iştirak edir; məsələn: An ta kisrə inisi kağan bolmış erinç,  oğlu ta 
kağan bolmış erinç (KT ş 4-5) «Ondan sonra kiçik qardaşı xaqan 
olmuş,  oğlu  da  xaqan  olmuş».  Anta  kisrə  inisi  eçisin  təg 
kılmmaduk erinç,  oğlı  kaıjın  təg kıhnmaduk erinç, biligsiz kağan 
olurmıs  erinç,  buyurukı yəmə  biligsiz  erinç,  yablak  ermis  erinç 
(KT  ş  5)  «Ondan  sonra  kiçik  qardaşı  böyük  qardaşı  kimi 
olmadığı  üçün,  oğlu  atası  kimi  olmadığı  üçün  biliksiz  xaqan 
(taxta) oturmuş, əyanları da biliksiz imiş, pis imiş». Kazğantukm 
üçün,  uduğ özüm kazğantukm  üçün il yəmə il boltı,  bodun yəmə 
bodan  boltı  (T  55-56)  «Qazandığı  üçün,  ardınca  özüm 
qazandığım üçün el də el oldu, xalq da xalq oldu».
ORTAQ ÜNSÜRLƏR
Qədim  türk  yazısı  abidələrinin  dilində  tabesiz  mürəkkəb 
cümlənin  komponentlərinin  əlaqələnməsində  ortaq  cümlə 
üzvlərinin böyük əhəmiyyəti vardır. Maraqlı burasıdır ki, müasir 
Azərbaycan dilində olduğu kimi, qədim türk yazısı abaidələrinin 
dilində də ən çox zərfliklər ortaq ünsür kimi  işlənir, tamamlığın 
da ortaq ünsür kimi işlənməsinə rast gəlmək olur.
1. Ortaq zaman zərfliyi: Anta kisrə inisi kağan bolmış, oğlı 
ta kağan  bolmış  (KT  ş  4-5)  «Ondan  sonra kiçik qardaşı  xaqan
200
olmuş,  oğlu  da  xaqan  olmuş».  Ol yılka  türgis  tapa Altun yışığ 
aşa, Ertis ügüzig keçə yorıdım,  türgis bodunığ uda basdım (BK ş
27)  «Həmin  ili  türgişlərə  qarşı  Altun  meşəli  dağlarını  aşaraq, 
İrtış çayını keçərək yürüş etdim, türgiş xalqını yuxuda basdım».
2.  Ortaq  tərzi-hərəkət  zərfliyi:  Taşra  yorıyur  tiyin  kü 
esidip  balıkdakı  lağıkmış,  tağdakı  inmiş  (KT  ş  11-12) 
«Sərhəddən kənarda  yürüş  edir deyə  xəbər eşidib şəhərdəkilər 
dağa qalxmış, dağdakılar enmiş».
3.  Ortaq  səbəb  zərfliyi:  Teljri  yarlıkaduk  üçün  illigig 
ilsirətmiş,  kağanlıqığ  kağansıratmış,  yağığ  baz  himiş,  tizligig 
sökürmiş,  başlağığ  vüküntürmiş  (KT 
Ş 
15)  «Tanrı  buyurduğu 
üçün  cilini  clsizləşdirmiş,  xaqanimi  xaqansızlaşdırmış,  yağmı 
tabe etmiş,  dizlini  çökdürmüş,  başlını  səcdə etdirmiş». Kazğan- 
tukın  üçün,  uduğ özüm kazğantukm üçün il yəmə il boltı, bodun 
yəmə  bodun  boltı  (KT  55-56)  «Qazandığı  üçün,  ardınca  özüm 
qazandığım üçün elə də el oldu, xalq da xalq oldu».
4.  Ortaq  tamamlıq:  Eçim  kağan  birlə  ilgərü  Yaşıl  ügüz 
Şantu/J  yazıka  təgi  sülədimiz.  kurığaru  Təmir  kapığka  təgi 
sülədimiz,  Kögmən  aşa  kırkxz yiritjə  təgi  sülədimiz  (KT  ş  17) 
«Əmim  xaqanla  şərqə  Yaşıl  çay  Şandun  düzünə  kimi  qoşun 
çəkdik,  qərbə  Dəmir  qapıya  kimi  qoşun  çəkdik,  Kögmən 
(dağlarını)  aşaraq  qırğı/  yerinə  kimi  qoşun  çəkdik».  Tabğaç 
hodunka bəglik urı oğlırjkul boltı, silig kız oğlıtj küt} boltı (KT ş 
7)  «Tabğaç  xalqına  bəylik  nəsli  davam  etdirməli  oğulların  qul 
oldu, bakirə qızların kəni/ oldu».
ZAMAN UYUŞMALARI
Qədim türk yazısı  abidələrinin dilində, qovuşma əlaqəsini 
çıxsaq,  tabesiz  mürəkkəb  cümlənin  komponentləri  arasında 
zamana  görə  uyuşma  mövcuddur,  yəni  tabesiz  mürəkkəb 
cümlənin  birinci  komponenti  felin  hansı  şəkil  və  zamanında 
işlənirsə,  sonrakı  komponentlər  də  felin  həmin  şəkil  və 
zamanında  işlənir.  Komponentlərin  zamana  görə  uyuşması 
onların  bir-birinə  bağlanıb  tabesiz  mürəkkəb  cümlə  əmələ 
gətirməsi vasitələrindən biridir.
201

1. Şühudi keçmiş zamana görə uyuşma: ÖziyaQıltı,  kağanı 
ölti,  boduna küQ,  kul boltı  (KT ş 20) «Özü  yanıldı, xaqanı öldü, 
xalqı  kəniz,  qul  oldu».  İlligig  ilsirətdimiz, 
kağanlığığ 
kağansıratdımız,  tizligig sökürtimiz,  başlağığ yüküntürtimiz (KT 
ş  18)  «Ellini  elsizləşdirdik,  xaqanimi  xaqansızlaşdırdıq,  dizlini 
çökdürdük, başlını səcdə etdirdik».
2.  Nəqli  keçmiş  zamana görə  uyuşma:  Taşra yorıyur tiyin 
kü  esidip  balıkdakı  tağıkmış  tağdakı  İnmiş,  tirilip  yetmiş  ər 
bolmış (Kt ş  11-12)  «Sərhəddən  kənarda yürüş edir deyə  xəbər 
eşidib  şəhərdəkilər  dağa  qalxmış,  dağdakılar  enmiş,  toplaşıb 
yetmiş ər olmuş».  Teijri küç bertük üçün  kaIJım  kağan süsi böri 
təg  ermiş,  yağısı  koy  təg  ermiş  (KT  ş  12)  «Tanrı  güc  verdiyi 
uçun  atam  xaqanın  qoşunu  qurd  kimi  imiş,  yağısı  qoyun  kimi 
imiş».
3.  İndiki  zamana  görə  uzlaşma:  Kəlir ersər.  kü  ər ükülür, 
kəlməz ersər,  tılığ,  sabığ alı  olur (T 32) «Gəlsələr səsdən adam 
çoxalır, gəlməsələr,  dil,  xəbər alaraq otur».
4.  Qeyri-qəti  gələcək  zaman  hekayəsinə  görə  uyuşma: 
İnisi  eçisin  bilməz  erti,  oğlı  katjm  bilməz  erti (KT  ş 21) «Kiçik 
qardaşı böyük qardaşını tanımazdı, oğlu atasım tanımazdı».
5.  Felin şəkillərinə  görə uyuşma:  Tabğaç,  boridənyən təg, 
Kıtajl öl)dənyən  təg,  ben  vırdantayan  təgəy'ın  (T  11)  «Tabğaç, 
cənubdan  hücum  et,  Kıtay,  şərqdən  hücum  et,  mən  şimaldan 
hücum edim».  Türk badun, yəmə bulğanç ol,  - timis,  oğuzı yəmə 
tarkanç ol,  -  timis (1’  22)  «Türk  xalqı,  yenə iğtişaş sal,  - demiş, 
oğuz xalqı, yenə üsyan et, - demiş».
İNTONASİYA
Cümlənin  yaranması,  təşəkkülünün  əsas  amillərindən, 
şərtlərindən  biri  də  intonasiyadır.  Digər  şərtlərlə  yanaşı, 
intonasiya  bitkinliyi  olmayan  söz  birləşməsi  cümlə  hesab 
edilmir.  Bu  hökm  tabesiz  mürəkkəb  cümlələrə  də  aiddir. 
Tabesiz  mürəkkəb  cümlənin  komponentlərinin  bağlanmasında 
intonasiyanın  mühüm  əhəmiyyəti  vardır.  Tabesiz  mürəkkəb 
cümlənin  komponentləri  vahid  cümlə  intonasiyasına  tabe
202
olmasa, onda onlar tabesiz mürəkkəb cümləni təşkil etməz, onun 
komponentləri  olmaz,  sadə  cümlə  olaraq  qalar.  Tabesiz 
mürəkkəb  cümlənin  komponentləri  arasında  məna  əlaqələrinin 
yaranması 
və 
formalaşmasında, 
komponertlər 
arasında 
münasibətlərin yaranmasında intonasiya mühüm  rol oynayır.
İntonasiya tələffüzlə əlaqədar olduğu üçün, ilk baxışda elə 
görünə  bilər  ki,  qədim  türk  yazısı  abidələrinin  dilinə  onun  heç 
bir  aidiyyatı  yoxdur.  Lakin  hər  hansı  bir  yazılı  dilin  şifahi 
mənşəyi  olduğu  üçün  intonasiya  yazılı  mətnlərə  də  aiddir  və 
onların  səsləndirilməsində  nəzərə  alınmalıdır,  almır  da. 
Deyilənlər  eyni  dərəcədə  qədim  türk  qəbilələrinin  dili  olan  və 
bizə  qədər  gəlib  çatan  qədim  türk yazısı  abidələrinin  dilinə  də 
aiddir.
TABESİZ MÜRƏKKƏB CÜMLƏNİN 
QURULUŞCA NÖVLƏRİ
Tabesiz mürəkkəb cümlələrin quruluşundan danışarkən ilk 
növbədə  onu  tərtib  edən  sadə  cümlələr  -   labesiz  mürəkkəb 
cümlələrin  komponentləri  nəzərdə  tutulur.  Tabesiz  mürəkkəb 
cümləni  tərtib  edən  komponentlər  ya  sadə  cümlələrdən,  ya 
tabeli  mürəkkəb  cümlələrdən,  ya  da  hər  iki  tip  cümlələrdən 
ibarət  ola  bilər.  Buna  görə  də  tabesiz  mürəkkəb  cümlənin 
qürülüşca üç növünü göstərmək olar:
1. 
Yalnız  sadə  cümlələrdən  ibarət olan  tabesiz  mürəkkəb 
cümlələr;  bunları  sadə  tərtibli  tabesiz  mürəkkəb  cümlə 
adlandıraq.
2. 
Sadə və tabeli  mürəkkəb cümlələrdən ibarət olan tabesiz 
mürəkkəb  cümlələr;  bunları  qarışıq  tərtibli  labesiz  mürəkkəb 
cümlə adlandıraq.
3. 
İki  tabeli  mürəkkəb  cümlədən  ibarət  olan  tabesiz 
mürəkkəb  cümlələr;  bunları  miirəkəb  tərtibli  tabesiz  mürəkkəb 
cümlə adlandıraq.
Sadə  tərtibli  tabesiz  mürəkkəb  cümlələr.  Sadə  tərtibli 
tabesiz  mürəkkəb  cümlələr  elə  mürəkkəb  cümlələrə  deyilir  ki, 
onların  komponentləri  təkcə  sadə  cümlələrdən  ibarət  olur. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  sadə  cümlələrin  növləri
203

çoxdur; onları müxtəlif baxımdan müxtəlif şəkildə təsnif edirlər. 
Lakin sadə tərtibli tabesiz mürəkkəb cümlələri onları tərtib edən 
sadə  cümlələrin  növlərinə  görə  deyil,  sadə  cümlələrin  sayma 
görə  təsnif edirlər.  Bu  baxımdan sadə tərtibli tabesiz mürəkkəb 
cümlələrin üç növünü göstərmək olar:  1) iki komponenti i tabesiz 
mürəkkəb  cümlələr;  2)  üç  komponentli  tabesiz  mürəkkəb 
cümlələr;  3)  dörd  və  daha  artıq  komponentli  tabesiz  mürəkkəb 
cümlələr.
1.  İki  komponentli  tabesiz  mürəkkəb  cümlələr  yalnız  iki 
sadə  cümlədən  təşkil  olunur;  məsələn:  Kami)  subça  yügürti, 
süfjügin  tağça yatdı  (KT  ş  24)  «Qanın  su  kimi  axdı,  sümüyün 
dağ  kimi  yatdı».  Bəglik  urı  oğlıt) kul  boltı,  silig  kız  oğlıt) kül) 
boltı  (KT  ş  24)  «Bəylik  nəsli  davam  etdirməli  oğulların  qul 
oldu,  bakirə  qızların  kəniz oldu». Anta kisrə  inisi kağan bolmış, 
oğlı  ta  kağan  bolmış  (KT  ş  4-5)  «Ondan  sonra  kiçik  qardaşı 
xaqan olmuş,  oğlu da xaqan olmuş» və s.
2.  Üç  komponentli  tabesiz  mürəkkəb  cümlələr  təkcə  üç 
sadə  cümlədən təşkil  olunur;  məsələn:  E çim  kağan  birlə  ilgərü 
Yaşıl ügüz ŞantuIJyazıka təgi sülədimiz,  kurığaru Təmir kapığka 
təgi  sülədimiz,  Kügmən  aşa  kırkız yirirjə  ləgi  sülədimiz  (KT  ş
17)  «Əmim  xaqanla  şərqə Yaşıl  çay  Şandun  düzünə  kimi  qoşun 
çəkdik,  qərbə  Dəmir  qapıya  kimi  qoşun  çəkdik,  Kögmən 
(dağlarını) aşaraq qırğız yerinə  kimi qoşun çəkdik».  Yetiyegirmi 
yaşıma tatjut tapa sülədim,  tatjut bodunığ bozdım,  oğlın, yotazın, 
yılkısın,  barımın  anta  altım  (BK  ş  24)  «On  yeddi  yaşımda 
tapqutlara  qarşı  qoşun  çəkdim,  tanqut  xalqını  pozdum,  oğlunu, 
qız-gəlinini, ilxısını, var-dövlətini onda aldım» və s.
3.  Dörd  və  daha  artıq  komponentli  tabesiz  mürəkkəb 
cümlələr  yalnız  dörd  və  dörddən  çox  sadə  cümlələrdən  təşkil 
olunur; məsələn:  İlligig ilsirətdimiz,  kağanlığığ kağansıratdımız. 
tizligig  sökürtimiz,  başlağığ  yüküntürtimiz  (KT  ş  18)  «Ellini 
clsizləşdirdik,  xaqanimi  xaqansızlaşdırdıq,  dizlini  çökdürdük, 
başlını  səcdə  etdirdik».  Tetjri  yarlıkadukın  üçün  illigig 
ilsirətmiş,  kağanlığığ  kağansıratmış,  yağığ  baz  kilmiş,  tizligig 
sökürmiş,  başlığığ  yü/cüntürmiş  (KT  ş  15)  «Tanrı  buyurduğu 
üçün  ellini  elsizləşdirmiş,  xaqanimi  xaqansızlaşdırmış,  yağını
204
məhv  etmiş,  dizlini  çökdürmüş,  başlını  səcdə  etdirmiş».  Yeti 
otuz  yaşıma  kırkız  tapa  sülədim,  sü/Jüg  batımı  kanğ  sökipən 
Kögmən  yışığ  toğa  yonp  kırkız  bodunığ  uda  basdım,  kağanın 
birlə Solja yışda sütjüşdim,  kağanın ölürtim,  elin anta altım (BK 
ş  26-27)  «İyirmi  yeddi  yaşımda  qırğızla  aqarşı  qoşun  çəkdim, 
süngü  batımı  qalınlıqda  qarı  dağıdıb  Kögmən  meşəli  dağlarını 
üzüyuxarı  yürüş  edib  qırğız  xalqını  yuxuda  basdım,  xaqanı  ilə 
Sona  meşəli  dağlarında  döyüşdüm,  xaqanını  öldürdüm,  elini 
onda aldım» və s.
Qarışıq tərtibli tabesiz mürəkkəb cümlələr.  Sadə və ta- 
bcli  mürəkkəb  cümlələrdən  təşkil  olunmuş  cümlələrə  qanşıq 
tərtibli  tabesiz  mürəkkəb  cümlə  deyilir.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  belə  tabesiz  mürəkkəb  cümlələr 
sadə 
tərtibli  tabesiz  mürəkkəb  cümlələrə  nisbətən  az  işlənir. 
Komponentlərinin  düzülüşünə  görə,  qarışıq  tərtibli  tabesiz 
mürəkkəb cümlələri iki növə ayırmaq olar:
1.  Komponentləri  sadə  və  tabeli  mürəkkəb  cümlədən 
ibarət olan tabesiz mürəkkəb cümlələr.
2.  Komponentləri  tabeli  mürəkkəb  cümlə  və  sadə 
cümlədən ibarət olan tabesiz mürəkkəb cümlələr.
Birinci  tip  qarışıq  tərtibli  tabesiz  mürəkkəb  cümlələrdə 
birinci  komponent  sadə  cümlə,  ikinci  komponent 
tabeli 
mürəkkəb  cümlə  ilə  ifadə  olunur;  məsələn:  Türgis  kağanta 
körüg  kold,  sabı  anlağ:  öQdon  kağanğaru  sü  yoralım  (T  29) 
«Türgiş xaqanından  casus gəldi, sözü belə (idi):  şərqdən xaqana 
qarşı  qoşun  yürüdək».  Üç  körüg  kisi  kəlli,  sabı  bir:  kağanı  sü 
tasıkdı  (T  33)  «Üç  casus  gəldi,  sözləri  bir (idi):  xaqanı  qoşunla 
sərhədi  keçdi».  Tılığ kəlürti,  sabı antağ:  Yarıs yazıda on  tümən 
sü  tirilti (T  36)  «Dil  gəlirdi,  sözü  belə  (idi):  Yarış  düzündə yüz 
min qoşun toplandı» və s.
ikinci  tip  qarışıq  tərtibli  tabesiz  mürəkkəb  cümlələrin 
birinci  komponenti  tabeli  mürəkkəb  cümlədən,  ikinci  kom­
ponenti  sadə  cümlədən  ibarət  olur;  məsələn:  Türk  kara  kamığ 
bodun ança  timis:  illig bodun ertim,  ilim  atmı  kanı? (KT  ş  8-9) 
«Bütün qara türk xalqı elə demiş: elli xalq idim, elim indi hanı?» 
Bardukyirdə edgügol erinç: kanı t) subça yügürti, süfjügit) tağça
205

yatdı,  bəglik urı  oğlılj kul  boltı,  silig kız  oğlıQ küQ bold  (KT  ş
24)  «Getdiyin  yerdə yaxşısı  o  idi:  qanın  su  kimi  axdı,  sümüyün 
dağ kimi  yatdı,  bəylik nəsli davam etdirməli  oğulların  qul  oldu, 
bakirə qızlamm kəniz oldu».
Mürəkkəb  tərtibli  tabesiz  mürəkkəb  cümlələr.  Qədim 
türk yazısı abidələrinin dilində,  az da olsa,  komponentləri tabeli 
mürəkkəb cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələrin 
işlənməsinə  təsadüf  edilir.  Belə  tabesiz  mürəkkəb  cümlələr 
mürəkkəb  tərtibli  tabesiz  mürəkkəb  cümlə  adlanır;  məsələn: 
Kəlir  ersər,  kü  ər ükülür,  kəlməz  ersər,  tılığ,  sabığ alı  olur (T 
32)  «Gəlsələr,  səs-küydən  adam  çoxalır,  gəlməsələr,  dil, xəbər 
alaraq  otur».  Türk bodun,  üləsigin  biriyə  Çuğay yış  tügül,  Tün 
yazı  konayın,  -  tisər,  türk  bodun,  anta  ayığ kisi ança  boşğurur 
ermiş:  ırak ersər, yablak ağı  birür,  yağuk ersər,  edgü ağı birür 
(КТ  c  6-7)  «Türk  xalqı,  bir  hissən  cənuba  Çuğay  meşəli 
dağlarına  deyil,  Tün  düzünə  yerləşək,  -  desə,  türk  xalqı,  bir 
hissəni  orada  pis  adamlar  elə  öyrədir  imiş:  uzaq  olsa,  pis 
hədiyyə  verir,  yaxm  olsa,  yaxşı  hədiyyə  verir».  Ötükən  yir 
olurıp  arkış-türkiş  ısar,  nəf)  bu/Jığ  yok,  ötükən  yış  olursar, 
be/Jgü  il  tuta  olurtaçı  sən,  türk  bodun,  tok (КТ  c  8)  «ötükən 
yerində  oturub  karvanlar  göndərsən,  heç  bir  dərd yox,  ötükən 
meşəli dağlarında otursan, əbədi cl tutaraq oturasısan,  türk xalqı, 
tox».
TABELİ MÜRƏKKƏB CIMLƏ
Tabesiz  mürəkkəb  cümlə  sadə  cümlələrin  tabesizlik 
əlaqəsi  əsasında  birləşməsi  yolu  ilə  əmələ  gəlirsə,  tabeli 
mürəkkəb  cümlə  sadə  cümlələrin  tabelilik  əlaqəsi  əsasında 
birləşməsi  yolu  ilə  əmələ  gəlir.  Tabesiz  mürəkkəb  cümlənin 
komponentləri  qrammatik  baxımdan  bərabərhüquqludursa, 
tabeli  mürəkkəb  cümlənin  komponentlərindən  biri  qrammatik 
baxımdan  digərindən  asılı  olur,  ona  tabe  olur,  onu  izah  edir. 
Tabesiz  mürəkkəb  cümlənin  komponentləri 
məna  əlaqələri 
vasitəsilə  qarşılıqlı  şəkildə  bir-birindən  asılıdırsa,  tabeli 
mürəkkəb  cümlənin  komponertlərindən  biri  birtərəfli  şəkildə
206
digərindən 
asılıdır. 
Tabeli 
mürəkkəb 
cümlənin 
kom­
ponentlərindən  biri  qrammatik  cəhətdən  müstəqildir,  lakin  bu 
müstəqilliyi  tam,  müstəqil  cümlə  əmələ  gətirmək  kimi  başa 
düşmək olmaz;  tabeli mürəkkəb cümlənin müstəqil hesab edilən 
komponenti  müstəqil  cümlə  əmələ  gətirsə  idi,  müstəqil  sadə 
cümlə intonasiyasma malik olsa idi, o, tabeli mürəkkəb cümləyə 
daxil  ola  bilməz,  tabeli  mürəkkəb  cümlənin  komponenti  kimi 
formalaşa  bilməzdi.  Tabeli  mürəkkəb  cümlənin  komponenti 
kimi  işlənən  sadə  cümlə  müstəqil  cümlə  intonasiyasım  -  
bitkinlik  intonasiyasını  itirir  və  tabeli  mürəkkəb  cümlənin 
ümumi  cümlə  intonasiyasına  tabe  olur.  Tabeli  mürəkkəb 
cümlələrdə  komponentlərdən  birinin  müstəqilliyi  nisbilir  -   o, 
yalnız  asılı  cümləyə  münasibətində  qrammatik  cəhətdən 
müstəqildir.
Tabeli  mürəkkəb  cümlələr  sadə  cümlələrin  tabelilik 
əlaqəsi  ilə  birləşməsi  nəticəsində  əmələ  gəlir.  Buna  görə  də 
tabeli  mürəkkəb  cümlənin  komponentlərindən  biri  qrammatik 
cəhətdən  müstəqil,  digəri  ondan  asılı  olur.  Tabeli  mürəkkəb 
cümlənin  qrammatik  cəhətdən  müstəqil  olan  komponenti  baş, 
qrammatik  cəhətdən  baş  cümlədən  asılı  olan  komponenti  isə 
budaq  cümlə  adlanır.  Budaq  cümlənin  baş  cümlədən  asılı 
olması,  ona  tabe  olması  yalnız  formal  cəhətdən,  qrammatika 
baxımından  doğrudur,  çünki  baş  cümlə  kimi,  budaq  cümlə  də 
qrammatikanın  bütün  qanunları  əsasında  formalaşır  və  bəzi 
cəhətlərinə  görə  hətta  baş  cümlədən  üstün  olur;  baş  cümlədə 
müəyyən  bir  üzv  buraxıldığı,  baş  cümlənin  müəyyən  izaha 
ehtiyacı  olduğu  halda,  budaq  cümlənin  (əksər hallarda)  heç  bir 
üzvü buraxılmır və onun izaha heç bir ehtiyacı olmur:
1.  Budaq cümlə bitmiş bir fikri ifadə edir.
2.  Budaq  cümlənin  baş  üzvləri  arasında  uzlaşma  əlaqəsi
olur.
3.  Budaq cümlənin xəbəri tam formalaşır.
Dilçilik  ədəbiyyatında  tabeli  mürəkkəb  cümlənin  iki 
tipinin  mövcud  olduğunu  qeyd  edirlər:  1)  bir  özəkli  tabeli 
mürəkkəb  cümlə  və  2)  iki  özəkli  tabeli  mürəkkəb  cümlə.  Bir 
özəkli  tabeli  mürəkkəb cümlədə budaq cümlə baş cümlənin bir 
üzvünə  xidmət  edir,  bir  üzvünü  izah  edir.  Tabeli  mürəkkəb
207

cümlənin bu tipində budaq cümlə ya baş cümlədə formal şəkildə 
iştirak  edən,  lakin  zəif  formalaşan,  izaha,  aydınlaşdırılmağa 
ehtiyacı  olan  üzvü,  ya  da  baş  cümlədə  ümumiyyətlə  iştirak 
etməyən,  buraxılan  üzvü  əvəz  edir.  Belə  tabeli  mürəkkəb 
cümlələri sadə cümləyə çevirdikdə budaq cümlə baş cümlədəki 
izah etdiyi və ya əvəz etdiyi üzvün yerinə girir. Bir özəkli tabeli 
mürəkkəb  cümlələrdə  budaq  cümlə  qrammatik  baxımdan  baş 
cümlənin  bir  üzvünün  vəzifəsini  ifa  edir.  İki  özəkli  tabeli 
mürəkkəb  cümlələrdə  isə  budaq  cümlə  baş  cümlənin  ayrılıqda 
götürülmüş  hər  hansı  bir üzvünü  izah  etməyə,  aydınlaşdırmağa 
deyil,  baş  cümləyə  bütövlükdə  xidmət  edir,  baş  cümləni 
bütövlükdə izah edir.
Daha  bir  məsələni  qeyd  etmək  lazımdır.  Budaq  cümlənin 
növünü təyin edərkən təkcə budaq cümlədən çıxış etmək olmaz, 
çünki eyni leksik tərkibə və sözlərin eyni qrammatik düzülüşünə 
(sırasına)  malik  olan  cümlələr  bəzən  müxtəlif  budaq  cümlə 
məzmunu  daşıya  bilər.  Buna  görə  də  budaq  cümlənin  növünü 
müəyyənləşdirmək  üçün  baş  və  budaq  cümlələrin  qarşılıqlı 
münasibətlərindən  çıxış  etmək  lazımdır.  Nəhayət,  onu da qeyd 
etmək  lazımdır  ki,  qədim  türk  yazısı  abidələrinin  dilində 
bağlayıcılar  zəif  inkişaf etdiyi  üçün  tabeli  mürəkkəb  cümlələr 
daha  çox  bağlayıcısız  əmələ  gəlir:  tabeli  mürəkkəb  cümlələri 
müəyyənləşdirərkən,  əsasən,  məna  və  intonasiyadan  çıxış 
etmək  lazımdır.  Qədim  türk  yazısı  abidələrinin  dilində  tabeli 
mürəkkəb  cümlələr,  o  cümlədən  budaq  cümlələr  müasir  türk 
dillərindəkilərə oxşayır, lakin aralarında fərqlər də vardır.  Buna 
görə  də  abidələrin  dilində  tabeli  mürəkkəb  cümlələri 
araşdırarkən bu məsələni də nəzərə almaq lazımdır.
Qədim  türk  yazısı  abidələrinin  dili,  müasir  Azərbaycan 
dilindəki  kimi  olmasa  da,  zəngin  tabeli  mürəkkəb  cümlə 
sisteminə malikdir.  Abidələrin dilində budaq cümlələrin sayı və 
məna çaları  müasir Azərbaycan  dilindəkindən bir qədər az olsa 
da  (tədqiqatçılar  müasir  Azərbaycan  dilində  on  beş  tip  budaq 
cümlənin  mövcudluğunu  göstərirlər,  əslində  onların  sayı  on 
altıdır),  bir  sıra  türk  dillərindən  xeyli  çoxdur.  Bəzi  türkoloji 
ədəbiyyatda  müasir  türk  dillərində  işlənən  feli  konstruksiyalar 
budaq  cümlə  hesab  edilir.  Abidələrin  dilində  işlənən  fc!ı
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin