Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə21/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

NƏTİCƏ BUDAQ CÜMLƏSİ
Nəticə  budaq  cümləsi  də  zərflik  budaq  cümlələrinin  bir 
növüdür.  Nəticə budaq cümləsində  ifadə  olunan iş,  hərəkət baş 
cümlədə icra edilən iş, hərəkətin nəticəsi  kimi təzahür edir.  Baş 
cümlə  işin  icrasının  səbəbini,  budaq cümlə  isə icradan meydana 
çıxan  nəticəni  bildirir.  Nəticə  budaq  cümləsi  baş  cümlədən 
sonra işlənir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  nəticə  budaq 
cümləsinin işlənməsinə az rast gəlmək olur.
21S
Müasir  türk  dillərində  nəticə  budaq  cümləli  tabeli 
mürəkkəb cümlələr birtiplidir: əvvəl baş cümlə, sonra bağlayıcı, 
daha  sonra  nəticə  budaq  cümləsi  işlənir.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  də  bu  tip  tabeli  mürəkkəb  cümlələr 
yeksənəklir, amma abidələrin dili ilə müasir türk dilləri arasında 
bir  fərq  özünü  göstərir:  abidələrin  dilində  bağlayıcılar  inkişaf 
etmədiyi  üçün  baş  cümlə  ilə  budaq  cümlə  arasımla  bağlayıcı, 
demək olar ki, işlənmir. Abidələrin dilində nəticə budaq cümləli 
tabeli  mürəkkəb  cümlələr  arasında  yalnız  bir  tabeli  mürəkkəb 
cümlədə nəticə  budaq cümləsi  baş cümləyə bağlayıcı vasitəsilə 
bağlanır; məsələn: ...təgdiikin yok üçün kisi balıkda ma/ja ııkğalı 
kəlti,  Besbalık  anı  üçün  özdı  (BK  ş  28)  «...şəhərə  hücum 
etmədiyim üçün şəhərdəki adamlar mənə tabe olmağa gəldi, ona 
görə də Beşbalık şəhəri xilas oldu».  Öd te/jriyasar, kisi oğlı kop 
ölgəli törümis (KT şm  10) «Taleyi tanrı yazar, insan oğlu hamısı 
ölümlü  törəmiş».  Tan  lapladı,  udu yir yarudı,  udu kün  toğdı, 
kamuğ  üzə yaruk  boltı  (IB  38-39)  «Dan  söküldü,  ardınca  yer 
işıqlandı, ardınca gün doğdu, hamısının üzü işıq oldu».
M ƏQSƏD BUDAQ CÜMLƏSİ
Zərflik  budaq  cümlələrinin  bir  növü  də  məqsəd  budaq 
cümləsidir.  Məqsəd  budaq  cümləsi  baş  cümlədə  icra edilən  iş, 
hərəkətin  məqsədini  bildirir,  məqsəd  zərfliyinin  sualına  {nə 
məqsədlə)  cavab  verir.  Qədim  türk  yazısı  abidələrinin  dilində 
məqsəd  budaq  cümləsi  türk  dillərindən,  məsələn,  Azərbaycan 
dilində olduğundan zəif inkişaf etmişdir.  Müasir türk dillərindən 
(Azərbaycan  dilindən)  fərqli  olaraq  qədim  türk  yazısı 
abidələrinin  dilində  məqsəd  budaq  cümləsi  baş  cümləyə 
bağlayıcı və bağlayıcı sözlərlə deyil, tip «deyib» və tiyin «deyə» 
feli bağlamaları ilə bağlanır.
Baş  cümlə  və  məqsəd  budaq  cümləsi  arasında  işlənən 
bağlayıcı  vasitələrə  görə  abidələrin  dilində  məqsəd  budaq 
cümləsinin iki tipini göstərmək olar:  1) baş cümləyə tip «deyib» 
feli  bağlaması  ilə  bağlanan  məqsəd  budaq  cümlələri;  2)  baş
219

cümləyə tiyin «deyə» feli bağlaması ilə bağlanan məqsəd budaq 
cümlələri.
1.  Baş  cümlə  ilə  tiyin  «deyib»  feli  bağlaması  vasitəsilə 
əlaqələnən  məqsəd  budaq  cümlələri.  Məqsəd  budaq  cüm ləsi 
baş  cümlədən  ə w əl  gəlir,  onun  xəbəri  felin  arzu  və  vacib 
şəkilləri ilə ifadə olunur: məsələn: Anı ayıtayın,  tip sülədim  (B K  
ş 41)  «Onu cəzalandırım,  deyib qoşun çəkdim». Eku şad,  ulayv 
iniyigünim,  oğlanım,  bəglərim,  bodunım közi,  kaşı yablak boltaçı 
tip sakıntım (KT şm  11) «İki şadımın, digər kiçik qohumlarımın, 
oğlanlarımın, bəylərimin,  xalqımın gözü,  qaşı pis olasıdır,  deyib 
düşündüm».
Abidələrin dilində bəzi hallarda məqsəd budaq cümləsinin 
xəbəri felin arzu və  vacib şəkilləri ilə deyil, felin tərz formalar: 
ilə  ifadə  olunur;  məsələn:  Üç oğuz süsi  basa kəlti, yagar y a b ı: 
boltı  tip  alğalı  kəlti (BKş  32)  «Üç oğuz qoşunu basmağa gəldi, 
piyadalar zəif oldu deyib almağa gəldi».
2.  Baş cümlə ile tiyin «deyə» feli bağlaması ilə əlaqələnən 
məqsəd  budaq  cümlələri  Yenə  də  məqsəd  budaq  cümləsi  baş 
cümlədən  əvvəl  işlənir,  onun  xəbəri  felin  arzu  şəkli  ilə  ifadə 
olunur,  sonra  tiyin  «deyə»  feli  bağlaması  işlənir,  sonda  baş 
cümlə  gəlir;  məsələn:  Yana  yorıp  soğdak  bödun  itəyin  tiyin 
Yinçü  ügüzig  keçə  Təmir  kapığka  təgi  sülədimiz  (KT  ş  38-39) 
«Yenə qoşun yürüdüb soğda xalqını təşkil edək deyə İnci çayını 
keçərək  Dəmir  qapıya  kimi  qoşun  çəkdik».  Bodumğ  igidəyin 
tiyin yırığaru  oğuz  bodun  tapa,  ilgəri  kıtay,  tatabı  bodun  tapa, 
birigərü  Tabğaç  tapa  uluğ  sü  ekı  yegirmi  sülədim  (KT  ş  281 
«Xalqı yüksəldim  deyə şimala oğuz xalqına qarşı,  şərqə kıtay v..- 
tatabı  xalqlarına  qarşı,  cənuba  Tabğaça  qarşı  böyük  qoşunla  on 
iki dəfə qoşun  çəkdim».
Qədim  türk  yazısı  abidələrinin  dilində  məqsəd  budaq 
cümləsinin  xəbəri  felin  əmr  şəkli  ilə  də  ifadə  edilir;  məsələn 
Ka Qımız,  eçimiz  kazğanmış  bödun  atı,  küsi yok  bolmazun  tiyin 
türk bödun  üçün  tün  udımadım,  küntüz  olurmadım  (KTş  26-2' 
«Atamız,  əmimiz  qazanmış  türk  xalqının  adı,  şöhrəti  yen 
olmasın  deyə  türk  xalqı  üçün  gecə  yatmadım,  gündü, 
oturmadım». Türk bodun yok bolmazun  tiyin,  bodun  bolçun  tiyin
220
kaQım İltəruc kağanığ,  ögim   İlbilgə katunığ teQri töpəsintə tutıp 
yögərü  kötürm is  erinç 
(KT  ş  11)  «Türk  xalqı  məhv  olmasın 
deyə, xalq olsun  deyə atam  İltərus  xaqanı, anam İlbilgə xatunu 
tanrı təpəsində tutub yuxarı götürmüş».
DƏRƏCƏ BUDAQ CÜMLƏSİ
Dərəcə  budaq  cümləsi  də  zərflik  budaq  cümləsinin  bir 
növüdür.  Dərəcə  budaq  cümləsi  mənasma görə  tərzi -  hərəkət 
və  nəticə  budaq  cümlələrinə  bənzəyir.  Dərəcə  budaq  cümləsi 
baş  cümlədə  ifadə  edilmiş  hal  -   vəziyyətin  və  ya  əlamətin 
dərəcəsini  bildirir.  Baş  cümlədə  ifadə  edilən  hal -  vəziyyət ya 
artır,  ya  da  azalır,  müəyyən  səviyyəyə  çatır  və  bu  səviyyədə 
nəticə əldə edilir. Buna görə də bu budaq cümlədə nəticə çalan 
da vardır. Dərəcə budaq cümləsi baş cümlədən sonra işlənir,  
dərəcədə, nə dərəcəyə suallarına cavab verir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  dərəcə  budaq 
cümləsinin işlənməsi yayılmamışdır; abidələrin dilində cəmi bir 
neçə  tabeli  mürəkkəb  cümlənin  işlənməsinə  təsadüf edilir  ki, 
onların  komponentlərindən  birini  böyük güzəştlə dərəcə  budaq 
cümləsi  kimi  qəbul  etmək  olar;  məsələn:  Kağan  eçim  koğan 
olurtukınta tört buluQdakz bodumğ bunça itmiş...teQriyarlıkaduk 
üçük  özüm  olurtukıma  tört  buluQdakı  bodumğ  itdim,  yaratdım 
(BK  şm  9)  «...  xaqan  əmim  xaqan  oturduqda  dörd  tərəfdəki 
xalqı  beləcə təşkil  elmiş  ...  tanrı  buyurduğu üçün özüm (xaqan) 
oturduqda  dörd  tərəfdəki  xalqı  təşkil  etdim,  yaratdım».  Azİaya 
türk bodun yorıyur ermis,  kağanı alp ermis,  ayğuçısı bilgə ermis 
(T  9-10)  «Azacıq  türk  xalqı  yürüyürmüş,  xaqanı  alp  imiş, 
məsələhətçisi müdrik imiş».
ŞƏRT BUDAQ  CÜMLƏSİ
Şərt  budaq  cümləsi  baş  cümlənin  üzvlərindən  birinə  aid 
olmur,  baş  cümlənin  bütövdükdə  məzmununa  aid  olur,  baş 
cümlədəki  iş,  hərəkət və ya halın hansı şərtlə icra edildiyini və 
ya  ediləcəyini  göstərir.  Qədim  türk  yazısı  abidələrinin  dilində
221

şərt  budaq  cümləsi  quruluşuna  görə  yekcinsdir;  şərt  budaq 
cümləsi feli xəbəri sar,  s ə r ,  həm feli,  həm də ismi xəbər  ir/er 
naqis  felinin  sar,  s ə r   şəkilçisi  qəbul  etmiş  şərt  şəkli  ilə 
bağlanır.  Şərt  budaq  cümləsi  baş  cümlədən  əvvəl  işlənir.  Ş ə rt 
budaq cümləsinin şərt şəkilçisi qəbul etmiş xəbəri təsriflənmir.
Qədim türk yazısı  abidələrinin  dilində  şərt budaq cümləsi 
baş cümlədəki  iş,  hal və ya hərəkətin icrasının şərtinin m üxtəlif 
çalarlarmı göstərir.
1.  Şərt  budaq  cümləsi  baş  cümlədəki  iş,  hal  və  ya 
hərəkətin  icrasının  real  şərtini  bildirir,  lakin  bu  real  şərt  imkan 
və  arzu  çalarma  malikdir;  baş  cümlənin  xəbəri  felin  indiki  v ə 
qcyri-qəti  gələcək  zamanı,  vacib  və  arzu  şəkilləri  ilə  ifadə 
edilir;  məsələn:  Yağuk  ersər,  edgü  ağı  birür (КТ  c  7)  «Yaxın 
olsan, yaxşı hədiyyə verir».  Bir todsar,  açsık ölməzsən (KT c  8) 
«Bir  doysan,  aclıq  bilməzsən».  Usar,  idi  yokkısalım  (T  11) 
«Bacarsaq,  sahibi məhv  edək».  İl tər is  kağan  kazğanmasar,  udu 
ben  özüm  kazğanmasar,  il yəmə,  hodün yəmə yok ertəçi erti (T 
54-55)  «İltəris  xaqan  qazanmasa  idi,  ardınca  mən  özüm 
qazanmasa idim, el də,  xalq da məhv olası idi».
2.  Şərt  budaq  cümləsi  baş  cümlədəki  iş,  hal  və  hərəkəti 
icrası mümkün olan real  şərtlərlə bağlayır.  Belə tabeli mürəkkəb 
cümlələrin  baş  cümlələrinin  xəbəri  felin  indiki  və  qeyri-qəti 
gələcək zamanı, vacib və əmr şəkilləri ilə,  habelə ismi xəbərlər 
və predikativ  sözlərlə  ifadə  edilir;  məsələn:  Türk kağan Ötükən 
yış  olursar,  iltə  but] yok (KT  c  3) «Türk xaqanı ötükən meşəli 
dağlarında  otursa,  eldə  dərd  olmaz».  Ol yirgərü  barsar,  türk 
bodun,  öltəçi  sən  (KT  c  8)  «O  yerlərə  getsən,  türk  xalqı, 
öləsisən».  Kəlməz  ersər,  tılığ,  sabığ  alı  olur  (T  32) 
«Gəlməzlərsə, dil, xəbər tutaraq otur».
3.  Şərt budaq  cümləsi  baş  cümlədəki  iş,  hal  və  hərəkətin 
icrasını  yerinə  yetirilməsi  real  olmayan  şərtlərlə  bağalyır.  Belə 
tabeli  mürəkkəb  cümlələrdə  baş  cümlənin  xəbəri  felin  şühudi. 
nəqli  və  gələcəkli  keçmiş  zamanları  ilə  ifadə  olunur;  məsələn: 
Üzə  tetjri  basmasar,  asra  yir  təliQməsər,  türk  bodun,  ili/Jin, 
törüQin  kim  artatı  udaçı  erti?  (KT  ş  22)  «Üstdən  göylər 
basmasa,  altdan  yer  dəlinməsə,  türk  xalqı,  elini,  qanununu  kim
2 2 2
dağıda bilərdi?» Ər ərdəm elim bolsar,  bodun isrig yürümədi (Y 
29) «İgid, cəsarətli elim olsa, xain sərgərdan gəzməzdi».
4. 
Şərt  budaq  cümləsi  ümumiləşdirici,  müəyyənləşdirici 
çalar  ifadə  edir.  Bu  məqamda  şərt  budaq  cümləsində  mütləq 
sual  əvəzliyi  işlənməlidir;  məsələn:  NəQ  nəQ  sabım  ersər, 
befjgü  taşka  urtım  (KT  c  11)  «Nə  qədər  sözüm  vardısa,  əbədi 
daşa həkk etdim».
Qədim  türk  yazısı  abidələrinin  dilində  şərt  budaq 
cümlələrinin 
iştirak 
etdiyi 
tabeli 
mürəkkəb 
cümlələri 
komponentlərinin  sayma  və  iştirak  xüsusiyyətəlrinə  görə  belə 
qruplaşdırmaq olar:
1.  Şərt  budaq  cümləsindən  və  daha  bir  sadə  cümlədən, 
yəni  iki  sadə  cümlədən  ibarət  olan  tabeli  mürəkkəb  cümlələr; 
məsələn: Bu yolın yorısar, yaramaçı (T 23) «Bu yol  ilə yürüsək, 
yaramaz».  Ol yirgərü barsar,  türk bodun, öltəçisən (KT c 8) «O 
yerlərə getsən, türk xalqı, öləsisən».  Ərdəm bolsar,  bodunığ ərk 
bodumğ  (Y  29)  «İgidliyi  olsa,,  xalq  qüdrətli  xalqdır».  Sü Qüs 
bolsar, çərigitər erti (KÇ 9) «Müharibə olsa, qoşun çəkərdi».
2.  Birinci  komponenti  şərt  budaq  cümləsindən,  ikinci 
komponenti bir və ya daha çox tabeli mürəkkəb cümlədən ibarət 
olan tabeli mürəkkəb cümlələr.
a)  Birinci  komponenti  şərt  budaq  cümləsindən,  ikinci 
komponenti  bir  tabeli  mürəkkəb  cümlədən  ibarət  olan  tabeli 
mürəkkəb cümlələr: Ol yolın yonsar,  unç,  - tidim (T 24) «O yol 
ilə yürüsək, mümkündür, - dedim».
b)  Birinci  komponenti  şərt  budaq  cümləsindən,  ikinci 
komponenti iki və ya daha çox tabeli mürəkkəb cümlədən ibarət 
olan  tabeli  mürəkkəb  cümlələr:  Ol  iki  kisi  bir  ersər,  sini  -  
Tabğaçı ölürtəçi,  - tirmən, ötjrə Kıtayığ ölürtəçi, - tirmən, bini -  
Oğuzığ ölürtəçi  ök,  -  tirmən  (T  10-11)  «O  iki  adam yaşayırsa, 
səni -  Tabğaçı öldürəsidir, - deyirəm, şərqdə Kıtayı öldürəsidir, 
- deyirəm, məni -  Oğuzu da öldürəsidir, - deyirəm».
3.  Birinci  tərəfi  həmcins  şərt  budaq  cümləsindən,  ikinci 
tərəfi  bir  sadə  cümlədən  ibarət olan tabeli mürəkkəb cümlələr: 
İltəris kağan kazğanmasar,  udu ben özüm kazğanmasar, il yəmə,
223

bodun yəmə yok ertəçi erti (T  54-55)  «lltəris. xaqan qazanmasa 
idi,  ardınca  mən  özüm  qazanmasa  idim,  el  də,  xalq  da  m əhv 
olası  idi».  Üzə terjri basmasar,  asra yir təlinməsər,  türk bodun, 
iliyin,  törüyin  kim  artatı  udaçı  erti? (KT  ş  22)  «Üstdən  göylər 
basmasa,  altdan yer dəlinməsə, .türk xalqı,  elini,  qanununu  kim 
dağıda bilərdi?»
4. 
Hər iki komponenti şərt budaq cümləli tabeli mürəkkəb 
cümlədən  ibarət  olan  tabeli  mürəkkəb  cümlələr:  Irak  ersər, 
yablak ağı  birür,  yağuk ersər,  edgü  ağı  birür  (КТ  c  7)  «Uzaq 
olsa  pis  hədiyyə  verir,  yaxın  olsa,  yaxşı  hədiyyə  verir».  Kəlir 
ersər  kü  ər  ükülür,  kəlməz  ersər,  tılığ,  sabığ  alı  olur  (T  32) 
«Gələrlərsə,  səs-küydən  adam  çoxalır,  kəlməzlərsə,  dil,  xəbər 
tutaraq ötür».
QARŞILAŞDIRMA BUDAQ  CÜMLƏSİ
Dilçilik  ədəbiyyatında  bu  budaq  cümləni  qarşılaşdırma  -  
güzəşt budaq cümləsi də adlandırırlar.  Şərt bıidaq cümləsi kimi, 
qarşılaşdırma  budaq  cümləsi  baş  cümlənin  hər  hansı  ayrıca  bir 
üzvünə  deyil,  bütövlükdə  baş  cümlənin  məzmununa  aid  olur: 
tabeli  mürəkkəb  cümlədə  baş  və  qarşılaşdırma  budaq 
cümlələrinin  məzmunu  bir-biri  ilə  qarşılaşdırılır.  Qarşılaşdırma 
budaq  cümləsi  baş  cümlədən  əvvəl  işlənir,  baş cümləyə  -sar,  - 
sər  şərt ədatı ilə bağlanır 
(-sar,  -sər şərt ədatı  qəbul etmiş  fel 
təsriflənmir). 
Qədim 
türk 
yazısı 
abidələrinin 
dilində 
qarşılaşdırma budaq  cümləsi  zəif inkişaf etmişdir və onun məna 
çalarları,  məsələn,  müasir  Azərbaycan  dilinə  nisbətən  azdır. 
Abidələrin  dilində  qarşılaşdırma  budaq  cümlələrinin  aşağıdakı 
məna çalarları işlənir:
1. 
Güzəştli  qarşılaşdırma.  Bu  qarşılaşdırma  tabeli 
mürəkkəb cümlənin komponentlərindən birinin digərinə güzəştə 
getməsi  yolu  ilə  qarşılaşdırılır;  məsələn:  Bir  kişi  yayılsar, 
oğuşı,  bodunı  bisükitp  təgi  kıdmaz  ermiş  (КТ  c  6)  «Bir  adam 
yanılsa  idi,  qəbiləsi,  xalqı  son  nəfərinə  təki  doğranmazmış». 
Yuyka  kalin  bolsar,  toplağaluk  alp  ermis  (T  13)  «Nazik  qalın 
olsa, toplamaq igid işidir».
224
2.  Ziddiyyətli  qarşılaşdırma.  Belə  qarşılaşdırmada  budaq 
cümlənin  məzmunu  baş  cümlə  ilə  ziddiyyətli  şəkildə 
qarşılaşdırılır;  məsələn:  Mən  inilügi  bunça  başlayu  kazğanma- 
sar,  türk  bodun  öltəçi  erti,  yok  boltaçı  erti  (BK  ş  33)  «Mən 
kiçikliyi  bu  cür  səylə  başlayaraq  qazanmasa  idim,  türk  xalqı 
Öləsi  idi,  məhv  olası  idi»,  lltəris  kağan  kazğanmasar,  yok  erti 
ersər,  ben özüm  -   Bilgə  Tonyukuk kazğanmasar,  ben yok ertim 
ersər,  Kapağan  kağan  türk sir bodun yerintə bod yəmə,  bodun 
yəmə,  kisi  yəmə  idi  yok  ertəçi  erti  (T  59-60)  «lltəris  xaqan 
qazanmasa  idi,  o  olmasa  idi,  mən  özüm  -   Müdrik  Tonyukuk 
qazanmasa  idim,  mən  olmasa  idim,  Kapağan  xaqanın  türk  sü- 
xalqı yerində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı».
3.  Fərqləndirici  qarşılaşdırma.  Bu  qarşılaşdırmada baş  və 
budaq  cümlələrin  fərqli  məzmunları  qarşılaşdırılır;  məsələn: 
Üzə  tetjri  basmasar,  asra  yir  təlinməsər,  türk  bodun,  iliyin, 
törüipı  kim  artatı  udaçı  erti?  (KT  ş  22)  «Üstdən  göylər  bas­
masa,  altdan  yer  dəlinməsə,  türk  xalqı,  elmi,  qanununu  kim 
dağıda bilərdi?»
4.  Müqayisəli  qarşılaşdırma.  Belə  qarşılaşdırmada baş  və 
budaq  cümlələrin  məzmunları  müqayisə edilərək qarşılaşdırılır; 
məsələn:  Kül  tigin  yok  ersər,  kop  öltəçi  erligiz  (KT  şm  10) 
«Kül tigin olmasa idi, hamınız öləsi idiniz».
5.  Şərti  qarşılaşdırma.  Bu  qarşılaşdırmada  baş  və  budaq 
cümlələrin  məzmunlarının  qarşılaşdırılmasından  əlavə,  baş 
cümlədəki  iş,  hal  və  hərəkətin  icrası  müəyyən  şərtlərlə 
bağlanır,  lakin  bu tip  tabeli  mürəkkəb cümlələrdə qarşılaşdırma 
məzmunu  şərt  məzmununa  nisbətən  güclü  olur;  məsələn:  Türk 
bodun,  ülosikin  biriyə  Çuğay yış  tügiil,  Tün yazı  konayın  tisər, 
liirk bodun,  üləsikig anta ayığ kişi ança boşğuıvr ermiş (KT c 6- 
7) «Türk xalqı, bir hissən cənuba Çuğay meşəli dağlarında deyil, 
Tün  düzündə  yerləşək  desə,  türk  xalqı,  bir  hissəni  orada  pis 
adamlar elə öyrədirmiş».
225

QOŞULMA  BUDAQ  CÜMLƏSİ
Son zamanlara qədər dilçilik ədəbiyyatmda türk dillərində 
belə  bir  budaq  cümlənin  mövcud  olması  haqqında  fikrə  rast 
gəlmək olmazdı.  Azərbaycan dilində qoşulma budaq cümləsinin 
mövcud olması fikrini ilk dəfə Ə.Z.Abdullayev irəli sürmüşdür.
Qoşulma  budaq  cümləsi  baş  cümləyə  əlavə  edilir,  ondan 
sonra  işlənir  və  ya  onun  məzmununa  qiymət  verir,  ya  da  baş 
cümlədəki fikir haqqında əlavə məlumat verir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  qoşulma  budaq 
cümləsinin  işlənməsi  göstərir  ki,  bu  tip  cümlələr  türk dillərinə 
kənardan  gətirilməmiş,  hələ  VI-IX  yüzilliklərdə  türk dillərinin 
özündə mövcud olmuşdur.
Qoşulma budaq cümləsi ya baş cümlənin bir üzvünə, ya da 
bütövlükdə  baş  cümlənin  məzmununa  aid  olur.  Qədim  türk 
yazısı  abidələrinin  dilində  bağlayıcılar  zəif inkişaf etdiyi  üçür. 
qoşulma budaq  cümləsi  baş  cümləyə  tabeedici intonasiya,  nadir 
hallarda isə bağlayıcı ilə bağlanır;  məsələn:  Ötükən yışda yig idi 
yok ermiş,  il tutsıkyir Ötükən yış ermiş (КТ c 4) «Ötükən meşəli 
dağlarında  yaxşı  sahib  yox  imiş,  el  tutmalı  yer  ötükən  meşəli 
dağları  imiş».  Türgis  kağan  türkimiz,  bodunımız erti,  bilməd i kin 
üçün,  bizitp  ya/Jılukin,  yazıntukın  üçün  kağanı  ölti,  buyurub, 
bəgləri  yəmə  ölti,  on  ok  bodun  əmgək  körti  (KT  ş  18-19ı 
«Türgiş  xaqanı  türkümüz,  xalqımız  idi,  başa  düşmədiyi  üçün, 
bizə  qarşı  yanıldığı,  səhv  etdiyi  üçün  xaqanı  öldü, buyuruqlan. 
bəyləri də öldü, oıı öx xalqı əzab çəkdi». Bars bəg erti, kağan a: 
bunta  biz  birtimiz,  si (filim  kunçuyuğ  birtimiz  (KT  ş  20)  «Bar> 
bəy  idi,  xaqan  adı  bu  vaxt  biz  verdik,  kiçik  bacımızı  xanın: 
verdik».  Sakıntım,  kağanıma  ötüntim  (T  24-25)  «Düşündüm, 
xaqanımla məsləhətləşdim».
XÜSUSİ  KONSTRUKSİYAU TABELİ 
MÜRƏKKƏB  CÜMLƏLƏR
Qədim  türk  yazısı  abidələrinin  dilində  elə  konstruksiya* 
tabeli  mürəkkəb  cümlələrin  işlənməsinə  təsadüf edilir  ki,  bı: 
tipli  tabeli  mürəkkəb  cümlələr  müasir  türk  dillərində  ya  heı
226
işlənmir,  ya  da  nadir  hallarda,  özü  də  şifahi  nitqdə  işlənir. 
Abidələrin dilində belə cümlələrin işlənməsinə bir-iki  dəfə rast 
gəlinsə  idi,  bunların  işlənməsini  təsadüfi  bir  hal  hesab  etmək 
olardı.  Lakin belə tabeli mürəkkəb  cümlələrə abidələrin dilində 
tez-tez rast gəlmək  olur. Həm də bu tabeli mürəkkəb cümlələrin 
quruluşu  o  qədər  dəqiq  və  səliqəli,  istisnaya  yol  verməyən 
şəkildə  tənzimlənmişdir  ki,  bunları  təsadüfi  hal  hesab  etmək 
olmaz.  Abidələrin dilində işlənən və xüsusi konstruksiyalı tabeli 
mürəkkəb  cümlə  adlandırdığımız  həmin  cümlələri  belə 
qruplaşdırmaq olar:
1.  tiyin  «deyə»  feli  bağlaması  ilə  formalaşan  tabeli 
mürəkkəb  cümlələr.  Belə  tabeli  mürəkkəb  cümlələrdə  tiyin 
«deyə»  feli  bağlama  kimi  yox,  tabeli  mürəkkəb  cümlənin 
komponentlərini  bir-birinə  bağlayan  vasitə  ilə  çıxış  edir.  Bu 
bağlayıcı  vasitə  ilə  əmələ  gələn  tabeli  mürəkkəb  cümlənin 
quruluş  sxemi  belədir:  birinci  cümlənin  xəbərindən  sonra  tiyin 
«deyə»  bağlayıcı  vasitəsi  gəlir,  sonra  ikinci  cümlə  (cümlələr) 
işlənir.  Adətən,  bu  bağlayıcı  vasitənin  köməyi  ilə əmələ  gələn 
tabeli  mürəkkəb  cümlələrin  birinci  komponenti  budaq  cümlə 
olur.  Abidələrin  dilində  bu  tip  tabeli  mürəkkəb  cümlələr  çox 
işlənir;  budaq  cümlənin  xəbərindən  asılı  olaraq,  tiyin  «deyə» 
bağlayıcı vasitəsi müxtəlif mənalar ifadə edir.
1.  tiyin  «deyə»  baş  cümlə  ilə  budaq  cümlə  arasında  izah 
etmə və səbəb əlaqələri yaradır.
a)  tiyin  «deyə»  baş  cümlə  ilə  budaq  cümlə  arasında 
izahcdici  əlaqə  yaradır;  məsələn:  Taşra yortyur tiyin kü  eşidip 
balıkdakı  tağıhnış,  tağdakt  inmiş  (KT  ş  11-12)  «Sərhəddən 
kənarda  yürüyür  deyə  xəbər eşidib şəhərdəkilər  dağa qalxmış, 
dağdakılar  enmiş».  Te/Jri  yarlıkaduk  üçün  üküs  tiyin  biz 
korbnadmız  (T 40-41)  «Tanrı  buyurduğu  üçün  çoxdurlar deyə 
biz  qorxmadıq».  Ötükən  yerig  konmıs  tiyin  esidip  bəriyəki 
bodun,  kurıyakı,  ö/Jrəki  bodun  kəlti  (T  17)  «ötükən  yerində 
yerləşmiş  deyə  (xəbər)  eşidib  cənubdakı  xalq,  qərbdəki, 
şərqdəki xalq gəldi».
b)  tiyin  «deyə»  baş  cümlə  ilə  budaq  cümlə  arasında 
səbəbiyyət  əlaqəsi  yaradır;  məsələn:  Arkış  ıdmaz  tiyin sülədim
227

(BK  ş  25)  «Karvanlar  göndərməz  deyə  qoşun  çəkdim».  Biz  az 
biz tiyin korkmıs (O 7) «Biz azıq deyə qorxmuş».  Yalabaçı,  edgü 
sabı,  ötügi kəlməz  tiyin yayın  sülədim  (BK  ş  39)  «Elçim,  yaxşı 
sözü, xəbəri gəlməz deyə yayda qoşun çəkdim».
2.  tiyin  «deyə»  bağlayıcı  vasitəsi  budaq  cümlənin  felin 
əmr,  arzu  və  lazım  şəkilçiləri  ilə  ifadə  olunan  xəbərlərindən 
sonra  işləndikdə  məqsəd  əlaqəsi  əmələ  gətirir;  məsələn:  Türk 
bodun yitməzün  tiyin,  yoluk bolmazun  tiyin,  üzə  te/Jri  tir  ermis 
(O  3)  «Türk xalqı, sona yetməsin deyə, məhv olmasın deyə üstdə 
tanrı  deyirmiş».  Kögmən yir,  sub  idisiz  kalmazun  tiyin  az  kırkız 
bodunığ yaratıp kəltimiz (KT ş 20) «Kögmən yeri,  suyu sahibsiz 
qalmasm  deyə  az  (saylı)  qırğız  xalqını  təşkil  edib  gəldik». 
Soğdak bodun  itəyin tiyin  Yinçü  ügüzig keçə  Təmir kapığka  təgi 
sülədim  (KT  ş  39)  «Soğda xalqını  təşkil  edim  deyə  İnci  çayını 
keçərək Dəmir qapıya təki qoşun çəkdim».
3.  tiyin  «deyə»  bağlayıcı  sözü  tabcli  mürəkkəb  cümlənin 
komponentləri  arasında  müxtəlif  zərflik  münasibətləri  ifadə 
edir;  məsələn:  Katjım  bağa  teflrikən  tiyin  anta  yorımıs,  isig, 
küçin  bermis  (O  5)  «Atam  bağa  tanrısifət  deyə  onda  yürüşə 
getmiş,  işini,  gücünü vermiş».  Sabığyana sab  ...  kolti:  -  olurun,
tiyin  timis (T  33 -37) «Sözü (xəbəri) yenə söz ...  gəldi: - oturun,
- deyə demiş».
II.  tip  «deyib»  feli  bağlaması  ilə  formalaşan  tabeli 
mürəkkəb  cümlələr.  77  «demək»  felinin  törəməsi  olan  bu  feli 
bağlama öz adi vəzifəsində əsas  feldə ifadə olunan  iş,  hal  və ya 
hərəkətə  aid  əlavə  iş,  hal  və  ya  hərəkəti  bildirir  və  əsas 
hərəkətə  nisbətən  keçmiş  zaman  çaları  ifadə  edir.  Həmin  söz 
tabeli  mürəkkəb  cümlənin  komponentləri  arasında  işləndikdə 
tabeli 
mürəkkəb 
cümlənin 
tərkib 
hissələrini 
bağlayan 
qrammatik vasitə vəzifəsini yerinə yetirir.
1.  Bu  söz  feli  xəbər  şəklində  işlənən  xəbərlərdən,  nadir 
hallarda  isə  ismi  xəbərlərdən  sonra  gəldikdə  tabeli  mürəkkəb 
cümlənin komponentləri arasında iki tip əlaqə əmələ gətirir:
a)  Tabeli  mürəkkəb  cümlənin  komponentləri  arasında 
izahedici  əlaqə  yaradır;  məsələn:  Irak  ersər,  yablak  ağı  birür, 
yağuk ersər,  edgü ağı  birür,  - tip ança boşğurur ermiş (KT c  7)
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin