Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə22/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

228
«Uzaq  olarsa,  pis  hədiyyə  verir,  yaxın  olursa,  yaxşı  hədiyyə 
verir,  -  deyib  elə  öyrədirmiş».  Eki  şad,  ulayu  iniyüginim, 
oğlanım,  bəglərim,  bodunım  közi,  kaşı  yablak  boltaçı  tip 
sakıntım  (KT  şm  11)  «İki  şad,  diger  kiçik  qohumlarım, 
oğlanlarım,  bəylərim,  xalqımın  gözü,  qaşı  pis  olacaq  deyib 
düşündüm».
b)  Tip  «deyib»  bağlayıcı  sözü tabeli  mürəkkəb  cümlənin 
komponentləri  arasında  səbəbiyyət  əlaqəsi  yaradır;  məsələn: 
Yadağ yabız boltı  tip alğalı kəlti  (BK  ş  32) «Piyadalar pis oldu 
deyib almağa gəldi».
2. 
Tip  «deyib»  bağlayıcı  sözü  felin  əmr  və  arzu  şəkilləri 
ilə  ifadə  olunan  xəbərdən  sonra  işləndikdə  tabeli  mürəkkəb 
cümlənin  komponentləri arasında məqsəd əlaqəsi əmələ gətirir; 
məsələn:  Biriyə karluk bodun  tapa sülə tip Tudun  Yamtanğ ıtım 
(BK ş 40) «Cənuba  karluk xalqına qarşı  qoşun çək deyib Tudun 
Yamtarı  göndərdim».  Anı  ayıtayın  tip sülədim  (BK  ş  41) «Onu 
cəzalandırım deyib qoşun çəkdim».
III.  Komponentləri  felin  şərt  şəklində  işlənən  ti 
«demək»  feli  ilə  bağlanan  tabeli  mürəkkəb  cümlələr.  Belə 
tabeli mürəkkəb cümlələrin komponentləri arasında şərt əlaqəsi 
olmur, daha  dəqiqi deyilsə, bu tabeli mürəkkəb cümlələrdə baş 
cümlə  və  şərt  budaq  cümləsi  olmur;  tisər  «desə»  feli  budaq 
cümlənin  xəbəri  kimi  işlənmir,  ümumiyyətlə  cümlənin  xəbəri 
kimi  işlənmir,  iki  sadə cümləni bağlayan qrammatik vasitə kimi 
işlənir.  Buna  görə  də  tisər  «desə»  felinin  işləndiyi  tabeli 
mürəkkəb cümlələri  şərt budaq  cümləli  tabeli  mürəkkəb  cümlə 
hesab  etmək  olmaz.  Belə  tabeli  mürəkkəb  cümlələrdə  tisər 
«desə» sözü  artıq  irəlidə nəzərdən keçirilmiş tiyin «deyə» və tip 
«deyib»  sözləri  ilə  eyni  qrammatik vəzifə yerinə yetirir.  Qədim 
türk  yazısı  abidələrinin  dilində  tisər  «desə»  bağlayıcı  vasitəsi, 
adətən,  tabeli  mürəkkəb  cümlənin  birinci  komponentinin  felin 
arzu  şəkli  ilə  ifadə  olunan  xəbərindən  sonra  işlənir  və  birinci 
komponenti  ikinci  komponentə  bağlayır;  məsələn:  Türk bodun, 
üləsikin  biriyə  Çuğay  yış  tügiil,  Tün  yazı  konayın  tisər,  türk 
bodun,  üləsikig anta ayığ kişi ança boşğurur ermiş (KT  ç  6-7) 
«Türk  xalqı,  bir  hissən  cənuba  Çuğay  meşəli  dağlarında  deyil,
229

Tün  düzündə  yerləşək  deyə,  türk  xalqı,  bir  hissəni  orada  pis 
adamlar  elə  öyrədirmiş».  Sü  yor alım  tisər,  unaman  (T  35) 
«Qoşun yürüdək, desə, razı olma».
IV.  Çərçivə tipli  tabeli  mürəkkəb  cümlələr.  Bu  termini 
ilk  dəfə  məşhur  türkoloq  A.N.Kononov  işlətmişdir.  Bu  əsərdə 
həmin  termin  fərqli  mənada  işlədilir:  iki  eyni  və  ya  yaxm 
mənalı  sözlə  haşiyələnən,  çərçivəyə  alınan  tabeli  mürəkkəb 
cümlə  çərçivəli  tabeli  mürəkkəb  cümlə  adlanır.  Belə  tabeli 
mürəkkəb  cümlələr,  adətən,  nitq  və  hissi  qavrama  felləri  ilə 
haşiyələnir.  Qeyd etmək lazımdır ki, baş cümləsinin xəbəri nitq 
və  qavrama  felləri  ilə  ifadə  edilən,  lakin  budaq  cümlələri 
tamamlıq  və  ya  zərflik  budaq  cümlələri  olan  tabeli  mürəkkəb 
cümlələr çərçivə tipli tabeli mürəkkəb cümlələrə daxil edilmir.
Qedim  türk yazısı  abidələrinin  dilində  çərçivə  tipli  tabeli 
mürəkkəb cümlələrin aşağdakı şəkilləri işlənir:
1. sakın «düşünmək»...  sakın «düşünmək» çərçivəli: özim 
sakmtım:  körür közim  körməz  təg,  bilir bıligim  bilməz təg boltı, 
özüm  sakmtım  (KT  şm  10)  «  Özüm  düşündüm:  görən  görüm 
görməz kimi, bilən biliyim bilməz kimi oldu, özüm düşündüm».
2.  ötün  «müraciət  etmək»  ...  ötün  «müraciət  etmək» 
çərçivəsi:  Ança  ötüntim:  ...  ÖQrə  Kıtayda,bəriyə  Tabğaçda, 
kurıya  Kurdanta,  у  traya  Oğuzda  eki-üç  biQ sümiz,  kəltəçimiz, 
bar  mu  nə  -   ança  ötüntim  (T  12-14)  «Elə  müraciət  etdim: 
Şərqdə  Kıtayda,  cənubda Tabğaçda,  qərbdə  Kurdanda,  şimalda 
Oğuzda  iki-üç  minlik  qoşunuq,  gələsiyik,  buna  sözün  varmı? -  
elə müraciət etdim».
3.  ötlə  «nəsihət  vermək»  ...  ötlə  «nəsihət  vermək» 
çərçivəsi:  Ebkə  təgdükim  игщ  kılıp,  təgip  inimə,  oğlıma  anta 
ötlədim:  kalyurup  Eltəris  kağanka  adırılmaduk,  yatjılmaduk, 
teljri  bilgə  kağanta adınlmalım,  azmalım  tiyin ança  ötlədim  (O 
10-11) «Evə çatdıqda vuruşub, hücum edib kiçik qardaşdlarana, 
oğullarıma  elə  nəsihət  verdim:  qəzəblənib  Eltəris  xaqandan 
ayrılmadıq,  (ona qarşı) yanılmadıq,  müqəddəs müdrik xaqandan 
ayrılmayaq, (ona qarşı) səhv etməyək deyə elə nəsihət verdim».
4.  ögləş  «məsləhətləşmək»  ...  ögləş  «məsləhətləşmək» 
çərçivəsi:  Ol üç kağan  ögləşib Altun yış üzə kabısalım,  -  timis,
230
ança ögləşmiş  (T  20)  «O  üç  xaqan məsləhətləşib  Altun  meşəli 
dağları üzərinə hücum edək, - demiş, elə məsləhətləşmiş».
5.  sakın  «düşünmmək»  ...  ötün  «müraciət  etmək» 
çərçivəsi:  Sakmtım:  kağanıma  ötüntim  (T  24-25)  «Düşündüm, 
xaqanıma müraciət etdim».
6.  sakın  «düşünmək»...  ti  «demək»  çərçivəsi:  Ança 
sakmtım,..  süləlim,  -  tidim  (T 22-23)  «Elə düşündüm,  ...  qoşun 
çəkək, - dedim».
7. ögləş «məsləhətləşmək»  ... ti «demək» çərçivəsi: Ança 
ögləşmiş:  örjrə  türk  kağanğaru  süləlim,  -  timis  (T  20)  «Elə 
məsləhətləşmiş:  əvvəlcə  türk  xaqanına  qarşı  qoşun  çəkək,  - 
demiş».
8.  timis  «demiş»  ...  tir  ermis  «deyirmiş»  çərçivəsi:  Türk 
kara kamığ bodun  ança 
timis: 
illig bodun 
ertim, 
ilim  amtı kam, 
kimkə  ilig  kazğanır  mən,  -  tir  ermis,  kağanlığ  bodun  ertim. 
kağanm kanı,  nə kağanka isig,  küçig birür mən,  - tir ermis (KT 
ş 8-9) «Bütün türk qara xalqı elə demiş: elli xalq idim, elim indi 
hanı, kimə eli qazanıram, - deyirmiş, xaqanlı xalq idim, xaqanım 
hanı, hansı xaqana işimi, gücümü verirəm, - deyirmiş?»
9.  timis  «demiş»...  timis  «demiş» çərçivəsi:  Türgis kağan 
ança  timis:  henitj  bodunım  anta  etiir,  -  timis  (T  21)  «Türgiş 
xaqanı elə demiş: mənim xalqım oradadır, - demiş».
10.  boşğurur  etmiş  «öyrədirmiş»  ...  boşğurur  ermiş 
«öyrədirmiş»  çərçivəsi:  Türk bodun,  üləsi/tin  Çuğay yış  tügjül, 
Tün yazı  konaym tisər,  türk bodun,  üləsigig anta ayığ kişi ança 
boşğurur ermiş:  ırak ersər, yablak ağı birür, yağuk er sər,  edgü 
ağı birür,  -  tip ança boşğurur ermiş (KT c 6-7) «Türk xalqı, bir 
hissən  cənuba  Çuğay  meşəli  dağlarına  deyil,  Tün  düzünə 
yerləşək  desə,  türk  xalqı,  bir  hissəni  orada  pis  adamlar  elə 
öyrədirmiş:  uzaq  olsan,  pis  hədiyyə  verir,  yaxın  olsan,  yaxşı 
hədiyyə verir, - deyib elə öyrədirmiş».
QARIŞIQ TİPLİ MÜRƏKKƏB  CÜMLƏLƏR
Dildə  ideal  şəkildə  iki  komponentli  tabesiz  mürəkkəb 
cümlə və iki komponentli tabeli mürəkkəb cümlə az işlənir.  Dil
231

mürəkkəb  sistem  olduğu  üçün  onda  ən  sadə  ünsürlürlə  yanaşı, 
ən  mürəkkəb  ünsürlərin  də  işlənməsinə  rast  gəlmək  olur.  Bu 
baxımdan qədim türk yazısı abidələrinin dili istisna təşkil etmir: 
bu  dildə  təktərkibli  və  cüttərkibli  sadə  cümlələr,  sadə  tərkibli 
tabesiz  və  tabeli  mürəkkəb  cümlələrlə  yanaşı,  mürəkkəb 
(qarışıq)  tərkibli  mürəkkəb  cümlələr  də  işlənir.  Abidələrin 
dilində 
tez-tez 
çoxkomponentli 
mürəkkəb 
cümlələrin 
işləndiyinə  rast  gəlmək  olur.  Bir  sadə  və  bir  tabeli  mürəkkəb 
cümlə  və  ya  iki  tabeli  mürəkkəb  cümlə  birləşib  tabesiz 
mürəkkəb  cümlə  əmələ  gətirə  bildiyi  kimi,  tabesiz  mürəkkəb 
cümlə  (və  ya  cümlələr)  də  tabeli  mürəkkəb  cümlənin 
komponenti  kimi  çıxış  edə  bilir.  Belə  cümlələrə  qarışıq  tipli 
mürəkkəb  cümlələr  deyilir.  Qədim  türk  yazısı  abidələrinin 
dilində qarışıq tipli mürəkkəb cümlələrin iki tipi işlənir:
1.  Qarışıq tipli tabesiz mürəkkəb cümlələr.
2.  Qarışıq tipli tabeli mürəkkəb cümlələr.
QARIŞIQ TİPLİ TABESİZ 
MÜRƏKKƏB CÜMLƏLƏR
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  ən  çox  işlənən tabesiz  mürəkkəb  cümlə 
iki  komponentli  tabesiz  mürəkkəb  cümlədir,  lakin  üç  və  daha 
çox  komponentli  tabesiz  mürəkkəb  cümlələrin  işlənməsi  də 
abidələrin dili üçün adi  haldır.  Tabesiz mürəkkəb cümlənin  iki, 
üç,  dörd  və  daha  artıq  komponentli  tabesiz  mürəkkəb  cümlələr 
haqqında  məlumat  verilmişdir.  Lakin  abidələrin  dilində  sadə 
quruluşlu  tabesiz  mürəkkəb  cümlələrlə  yanaşı,  qarışıq  tərkibli 
tabesiz  mürəkkəb  cümlələr  də  işlənir.  Qarışıq  tipli  tabesiz 
mürəkkəb  cümlələr  adlanan  bu  cümlələrin  abidələrin  dilində 
aşağıdakı dörd növü işlənir:
1.  Sadə  və  tabeli  mürəkkəb  cümlədən  ibarət  tabesiz 
mürəkkəb  cümlələr:  Edgü  bilgə  kisig,  edgü  alp  kisig yorıtmaz 
ermis,  bir kisi yatjılsar,  oğuşı bodunı bisüginə təgi kıdmaz ermis 
(КТ  c  6)  «Yaxşı  müdrik  adamları,  yaxşı  igid  adamları 
yürütməzmiş, bir adam yanılsa, qəbiləsi, xalqı  son nəfərinə kimi
232
doğranmazmış».  Üç körüg kisi kəlti,  sabı bir: kağam sü tasıkdı 
(T 33) «Üç kəşfiyyatçı gəldi, sözləri bir: xaqanı qoşunla sərhədi 
keçdi».
2.  Tabeli  mürəkkəb  cümlə  və  sadə  cümlədən  ibarət 
tabesiz  mürəkkəb  cümlələr:  Te/Jrikənkə  isig  birtig  tiyin 
yarlıkamıs,  sad  atığ  anta  birmis  (O  6)  «Tannsifətə  zəhmətini 
verdin deyə fərman vermiş, şad adını onda vermiş».
3.  İki  tabeli  mürəkkəb  cümlədən  ibarət  olan  tabesiz 
mürəkkəb  cümlələr:  Irak ersər,  yablak ağı  birür,  yağuk ersər, 
edgü ağı  birür (КТ c  7)  «Uzaq  olsan,  pis  hədiyyə  verir,  yaxın 
olsan,  yaxşı  hədiyyə  verir».  Kəlir  ersər,  kü  ər  ükülür,  kəlməz 
ersər,  tılığ  sabığ  alı  olur  (T  32)  «Gələn  olsa,  səs-küydən 
adamlar çoxalır, kəlməz olsalar, dil, xəbər tutaraq otur».
4.  Tabesiz  və  tabeli  mürəkkəb  cümlələrdən  ibarət  olan 
tabesiz mürəkkəb  cümlələr:  Arı к ок sən.  açsık,  tosık öməzsən, 
bir  todsar,  açsık  öməzsən  (KT  c  8)  «Arıq  oxsan,  aclıq, 
bilməzsən,  bir  doysan,  aclıq  bilməzsən».  Tabğaçğaru  Kum 
sətjünig  ıdmıs,  Kılayğarıı  Totjra  Səlig  ıdmıs,  sab  ança  ıdmıs: 
azkıya türk bodun yorıyur ermis (T 9-10) «Tabğaça Kum sənüni 
göndərmiş,  Kıtaya  Toma  Səmi  göndərmiş,  xəbəri  elə 
göndərmiş: azacıq türk xalqı yürüyür imiş».
QARIŞIQ TİPLİ TABELİ 
MÜRƏKKƏB CÜMLƏLƏR
Qədim  türk  yazısı  abidələrinin  dilində  təkcə  ikikompo- 
nentli  -   baş  və  budaq  cümlələrdən  ibarət  tabeli  mürəkkəb 
cümlələr  deyil,  çoxkomponentli  -   iki  baş  cümləsi,  bir  budaq 
cümləsi;  bir  baş  cümləsi  iki  və  daha  artıq  budaq  cümləsi  olan 
tabeli  mürəkkəb  cümlələr  də  işlənir.  Lakin  qarışıq  tipli  tabeli 
mürəkkəb  cümlə  dedikdə  tabeli  mürəkkəb  cümlənin  tərtibində 
iştirak  edən  baş  və  budaq  cümlələrin  sayı  deyil,  onların  qarışıq 
tipli  olması,  yəni  tabeli  mürəkkəb  cümlənin  tərkibində  sadə, 
tabeli  və  tabesiz  mürəkkəb  cümlələrin  iştirakı  nəzərdə  tutulur. 
Tərkibində  müxtəlif tipli  cümlələrin  iştirakına  görə  qədim  türk 
yazısı  abidələrinin  dilində  işlənən  qarışıq tipli  tabeli  mürəkkəb 
cümlələri belə qruplaşdırmaq olar:
233

1.  Birinci  komponenti  sadə  cümlə,  ikinci  komponenti 
tabesiz  mürəkkəb  cümlədən  ibarət  olan  qarışıq  tipli  tabeli 
mürəkkəb  cümlələr:  Barduk yirdə  edgüg  ol erinç:  kanır) subça 
yügürti,  sü/JüniQ tağça yatdı,  bəglik un  oğlı/J kul boltı,  silik kız 
oğlılj küy boltı (KT ş 24) «Getdiyin yerdə yaxşısı o idi: qanın su 
kimi axdı, sümüyün dağ kimi yatdı, bəylik nəsli davam etdirməli 
oğulların qul oldu, bakirə qızların kəniz oldu».
2.  Birinci  komponenti  tabesiz  mürəkkəb  cümlə,  ikinci
komponenti  sadə  cümlədən 
ibarət olan qarışıq 
tipli  tabeli
mürəkkəb  cümlələr:  Yabız  bat  biz,  azığ  üküsig  körtig  irti, 
sülətim,  -  tir  ermis  (O  7)  «Biz  pis  və  yazığıq,  azı  çox  gördük, 
qoşun  çəkdim,  -  deyirmiş».  Irak ersər,  yablak ağı  birür,  yağuk 
ersər,  edgü ağı birür,  - tip ança başğurur ermiş (КТ c 7) «Uzaq 
olsan,  pis  hədiyyə  verir,  yaxın  olsan,  yaxşı  hədiyyə  verir,  - 
deyib elə öyrədirmiş».
3.  Birinci  komponenti  sadə  cümlə,  ikinci  komponenti
tabeli  mürəkkəb  cümlədən 
ibarət olan qarışıq 
tipli  tabeli
mürəkkəb  cümlələr:  Üzə  türk  tetjrisi,  türk  ıduk yivi,  subı  ança 
timis:  türk bodun yok bolmazun  tiyin,  bodun  bolçun  tiyin  ka/Jım 
İltəris kağanığ,  ögim İlbilgə katunığ teQri töpəsintə tutıpyögorü 
kötürmis  erinç (KT  ş  10-11)  «Üstdə  türk tanrısı,  türk  müqəddəs 
yeri,  suyu  elə  demiş:  türk  xalqı  məhv  olmasın  deyə,  xalq  olsun 
deyə  atam  İltəris  xaqanı,  anam  İlbilgə  xatunu  tanrı  təpəsində 
tutub yuxarı götürmüş».
4.  Birinci  komponenti 
tabeli mürəkkəb  cümlə,  ikinci
komponenti  sadə  cümlədən 
ibarət olan qarışıq 
tipli  tabeli
mürəkkəb  cümlələr:  Ança  ögləşmiş:  öf)rə  türk  kağanğaru 
süləlim,  •  timiş  (T  20)  «Elə  məsləhətləşmiş:  əvvəlcə  türk 
xaqanma  qarşı  qoşun  çəkək,  -  demiş».  Türgis  kağanta  körüg 
kəlti,  sabı  antağ:  ötjdən  kağanğaru  sü yoralım,  -  timis  (T  29) 
«Türgiş  xaqanından kəşfiyyatçı  gəldi,  sözü elə:  şərqdən xaqana 
qarşı qoşun yürüdək, - demiş».
234
VASİTƏSİZ VƏ VASİTƏLİ NİTQ
İstər  şifahi  nitqdə,  istərsə  yazılı  mətndə  özgəsinin 
fikrindən  istifadə  edərkən  ona  iki  cür  yanaşılır:  ya  özgənin 
nitqinin  quruluş  və  məzmununda  heç  bir  dəyişiklik  edilmədən 
olduğu kimi təqdim edilir, ya da özgənin nitqinin əsas məzmunu 
saxlanılmaqla onun quruluşu (forması) dəyişdirilib təqdim edilir. 
Birinci  üsula  vasitəsiz  nitq,  ikinci  üsula  vasitəli  nitq  deyilir. 
Müasir dillərdə,  o  cümlədən türk  dillərində  yazıda vasitəsiz və 
vasitəli nitqi ayırd etmək üçün bir sıra vasitələr -  durğu işarələri 
və bağlayıcılar mövcuddur. Durğu işarələrinin mövcud olmadığı 
və  bağlayıcılarm  zəif  inkişaf  etdiyi  qədim  türk  yazısı 
abidələrinin  mətnlərində  nəinki  vasitəli,  hətta  vasitəsiz  nitqi 
müəyyənləşdirmək  qeyri-mümkündür.  Qədim  türk  yazısı 
abidələrinin mətnlərində vasitəsiz nitqi müəyyənləşdirmək üçün 
əsasən  intuasiyadan  və  qrammatik  vasitə  kimi  nitq  fellərindən 
çıxış  etmək  lazımdır.  Belə  nitq  fellərinə  ay  «demək»,  ti 
«demək»,  boşğur  «öyrətmək»,  salan  «düşünmək»,  ötün 
«müraciət  etmə»,  ötlok  «məsləhət  etmək»,  «nəsihət  vermək», 
«vəsiyyət  etmək»,  Ögləş  «məsləhətləşmək»  sözlərini  nümunə 
göstərmək olar.
Qədim  türk yazısı  abidələrinin  mətnlərində  vasitəsiz nitq 
aşağıda göstərilən qəliblər şəklində təzahür edir:
1. Əvvəlcə vasitəsiz nitq, sonra tip «deyib» feli bağlaması, 
ondan  sonra  müəllifin  sözləri  işlənir;  məsələn:  Eki şad,  ulayu 
iniyigüşim,  oğlanım,  bəglərim,  bodunım  közü,  kişi  yablak 
boltaçı,  -  tip  sakıntım  (KT  şm  11)  «İki  şad,  digər  kiçik 
qohumlarım,  oğlanlarım,  bəylərim,  xalqımın  gözü,  qaşı  pis 
olasıdır,  -  deyib  düşündüm».  Anı  ayıtayın,  -  tip sülədim  (BK  ş 
41) «Onu cəzalandırım, - deyib qoşun çəkdim».
2.  Əvvəlcə müəllifin sözləri, sonra vasitəsiz nitq, sonra tip 
«deyib»  feli  bağlaması,  sonra  yenə  də  müəllifin  sözləri  işlənir; 
məsələn:  ...  türk  bodun,  üləsikig  anta  ayığ  kişi  ança  boşğurur 
ermiş: ırak ersər, yablak ağı birür,yağuk ersər,  edgü ağı birür,  - 
tip ança boşğurur ermiş (KT c 7) «...türk xalqı, bir hissəni orada 
pis adamlar elə öyrədirmiş: uzaq olsan, pis hədiyyə verir, yaxın 
olsan, yaxşı hədiyyə verir, - deyib elə öyrədirmiş».
235

3.  Əvvəlcə  müəllifin  sözləri,  sonra  vasitəsiz  nitq,  daha 
sonra  təsriflənən  ti  «demək»  feli  işlənir;  məsələn:  Türk  kara 
kamuğ  bodurı  arıça  timis:  İllig  bodun  ertim,  ilim  amtı  kanı? 
Kimkə  ilig kazğanur  mən? -   tir  ermiş  (KT  ş  8-9)  «Türk  bütün 
qara  xalqı  elə  demiş:  Elli  xalq  idim,  elim  indi  ham?  Kimə  eli 
qazanıram?  -  deyirmiş».  Ança  ögləşmiş:  Ötjrə  türk  kağanğaru 
süləlim,  -  timis  (T  20)  «Elə  məsləhətləşmiş:  Əvvəlcə  türk 
xaqanma qarşı qoşun çəkək,  - demiş». Ança sakıntım: Süləlim,  - 
tidim (T 23) «Elə düşündüm: Qoşun yürüdək, - dedim».
4.  Əvvəlcə  vasitəsiz  nitq,  sonra  ti  «demək»  felinin 
təsriflənmiş  forması  işlənir:  məsələn:  KöQlünçə  udız,  -  tidi  (T
15)  «Könlünçə  (istədiyin  kimi)  apar,  -  dedi».  Üçəgün  kabısıp 
süləlim,  anı yokkısalım,  -  timis  (T  21)  «Üçümüz  birləşib  qoşun 
çəkək, onü məhv edək, - demiş».  On  ok bodunı kalısız tasıkmıs, 
tir (T 30) «On ox qoşunu qalıqsız sərhədi aşmış, - deyir».
5.  Əvvəlcə  vasitəsiz nitq, sonra müəllifin sözü, sonra yenə 
vasitəsiz  nitq,  nəhayət  sonda  yenə  də  müəllifin  sözü  işlənir; 
məsələn:  В il gə  Tonyukuk,  - ba Qa aydı,  - bu süg elt,  - tidi (T 31- 
32) «Müdrik Tonyukuk,  - mənə dedi, - bu qoşunu apar, - dedi».
6.  Əvvəlcə  müəllifin  sözləri,  sonra  vasitəsiz  nitq,  sonra 
tiyin  «deyə»  feli  bağlaması,  sonda  ti  «demək»  felinin 
təsriflənmiş  şəkilləri  işlənir;  məsələn:  Sabığ yana sab  ...  kəlti: 
olurun,  -  tiyin  timis  (T  33-34)  «Sözü  yenə  söz  ...  gəldi: 
oturun, - deyə demiş».
7.  Əvvəlcə  müəllifin sözü, sonra vasitəsiz nitq, sonra yenə 
müəllifin  sözləri  işlənir;  məsələn:  Anta ötrü  kağanıma ötüntim, 
ança  ötüntim:  Tabğaç,  Oğuz,  Kıtay -  bu  üçəgü  kabısar,  kaltaçı 
biz  öz  için,  tasın  tutmıs  təg  biz.  Yuyka  eriklig  toplağalu  uçuz 
ermis, yinçgə eriklig üzgəli ucuz.  Yuyka kalın bolsar,  toplağaluk 
alp ermis, yinçgə yoğun bolsar,  üzgəlik alp ermis.  ÖQrə Kıtayda. 
bəriyə  Tabğaçda,  kurıya  Kurdanta,  yıraya  Oğuzda  eki-üç  biQ 
sümk,  kəltəçimiz,  bar mu  kə,  - ança ötüntim  (T  12-14)  «Ondan 
ötrü  xaqanıma  müraciət  etdim,  elə  müraciət  etdim:  Tabğaç, 
Oğuz,  Kıtay  -   bu  üçlük  birləşsə,  biz  öz  içini,  bayırını  tutmuş 
kimi qalacağıq.  Nazik ikən toplamaq asan imiş, incə ikən üzmək 
asandır.  Nazik qalın olsa,  toplamaq  igidlikdir,  incə yoğun  olsa.
236
üzmək  igidlikdir.  Şərqdə  Kıtayda,  cənubda  Tabğaçda,  qərbdə 
Kurdanta,  şimalda Oğuzda iki-üç min qoşunuq, gələsiyik,  buna 
sözün varmı, - elə müraciət etdim».
8.  Birinci  müəllifin  sözü  gəlir,  ikinci  vasitəli  nitq  işlənir; 
məsələn:  Ben ança tirmən:  Ben -  Bilgə  Tonyukuk -  Altun yısıq 
aşa  keltimiz,  Ertis  ügüzik  keçə  kəltimiz  (T  37-38)  «Mən  elə 
deyirəm:  mən 
Müdrik  Tonyukuk  -   Altun  meşəli  dağlarını 
aşaraq  gəldik,  İrtış çayını  keçərək gəldik».  Bögü kağan  baQaru 
ança  ayıdmıs:  Apa  tarkanğaru  içrə  sab  ıdmıs.  Bilgə  Tonyukuk 
ajlığ  ol,  öz  ol,  aQlar...  Sü  yor alım,  tisər,  unaman  (T  34-35) 
«Bögü  xaqan  mənə  elə  xəbər  göndərmiş:  Apa  tarkana  gizli 
xəbər göndərmiş.  Müdrik  Tonyukuk ayıqdır, ağıllıdır, anlayar... 
Qoşun göndərək desə, razı olma».
9.  Vasitəsiz  nitq  müəllifin  sözlərini  parçalayıb  onun 
arasına  girir;  məsələn:  O!  üç  kağan  ögləşip:  -  Altun  yış  üzə 
kabısalım,  -  timis  (T  20)  «O  üç  xaqan  məsləhətləşib:  -  Altun 
meşəli  dağlan  üzərinə  yürüş  edək,  -  demiş».  O!  sabığ  esidip 
kağanım:  -  Ben  ebgərii  tüsəyin,  -  tidi  (T  30)  «O  xəbəri  eşidib 
xaqanım:  -  Mən  evə  qayıdım,  -  dedi».  Ol sabığ  esidip  həglər 
корт:  -  Yanalım,  anğ  obutı  yog,  -  tidi  (T  36-37)  «O  xəbəri 
eşidib bəylər hamılıqla: - Qayıdaq, təmiz abır yaxşıdır, - dedi».
10.  Qədim  türk yazısı abidələrinin dilində çox  vaxt silsilə 
tipli  vasitəsiz  nitq işlənməsinə də təsadüf edilir: ardıcıl  şəkildə 
bir  neçə  cümlə  vasitəsiz  nitqlə  başlanır  və  ti  «demək»  felinin 
təsriflənmiş  şəkilləri  ilə  bitir;  məsələn:  Azkıya  türk  bodun 
yorıyur ermis.  Kağanı alp ermis, ayğuçısı bilgə ermis.  Ol iki Idsi 
bar  ersər,  sini 
Tabğaçı  ölürtəçi.  -  tirmən,  örjrə  Kıtayığ 
ölürtəçi.  -  tirmən,  bini  -   Oğuzığ ölürtəçi ök,  -  tirmən.  Tabğaç, 
bəridənyən təg! Kıtay,  öQdənyən təg! Ben yırdantayan  təgəyim. 
Türk  sir  bodun  yirintə  idi yorımazun.  Usar,  idi yokkısalun,  - 
tirmən  (T  9-12)  «Azacıq  türk  xalqı  yürüyür  imiş.  Xaqanı  igid 
imiş,  məsləhətçisi  müdrik  imiş.  O  iki  adam  sağdırsa,  səni  -  
Tabğaçı  öldürəsidir,  -  deyirəm,  şərqdə  Kıtayı  öldürəsidir,  - 
deyirəm,  məni  -   Oğuzu  da  öldürəsidir,  -  deyirəm.  Tabğaç, 
cənubdan  hücum  ct!  Kıtay,  şərqdən  hücum  et!  Mən  şimaldan
237

hücum edim.  Türk sir xalqı yerində sahib yurüməsin.  Bacarsaq, 
sahibi məhv edək, deyirəm».
Qədim  türk  yazısı  abidələrinin  dilində  vasitəsiz  nitqin 
ifadəsinin  daha bir  sıra  qəliblərinə  təsadüf edilir.  Lakin  burada 
onların hamısını göstərməyə ehtiyac yoxdur.
Müasir  türk  dillərində  vasitəsiz  nitqi  vasitəli  nitqə 
çevirməyin  müxtəlif  üsulları,  vasitəli  nitqin  müxtəlif  ifadə 
vasitələri mövcuddur. Ancaq bunların hamısı bağlayıcı və durğu 
işarələri  ilə əlaqədardır.  Məlum  olduğu kimi,  qədim türk yazısı 
abidələrinin dilində durğu  işarələri  yoxdur,  bağlayıcılar  isə zəif 
inkişaf etmişdir.  Buna  görə>də  qədim  türk  yazısı  abidələrinin 
dilində  vasitəli  nitqin  olub-olmamasını  müəyyənləşdirmək 
çətindir, demək olar ki, qeyri-mümkündür.
238
MƏTNLƏR.  LÜĞƏT
ONGİN ABİDƏSİ
Bu  abidə  göytürk  (Orxon-Yenisey)  abidələrindən  ən  az 
öyrənilmişi  və  ən  mübahisəlisidir.  Abidə  1891-ci  ildə  Ongin 
çayı  hövzəsində  Taramel  çayı  yaxınlığında  К okşin-Orxondan 
cənubda  Koşo-Saydam  gölündən  160  km  cənubda  Manitu 
dağının  yaxınlığında  N.M.Yadrintsev  tərəfindən  tapılmışdır. 
Abidəni  ilk  dəfə  1895-ci  ildə  V.V.Radlov  nəşr  etdirmişdir. 
Sonralar  onu  H.N.Orkun,  S.Y.Malov,  T.Təkin,  C.Klauson, 
Y.Triyarski  nəşr  etmişlər.  Azərbaycan  dilində  ilk  dəfə 
Ə.Ə.Rəcəbov 
tərəfindən 
nəşr 
edilmişdir. 
Bu 
nəşrdə
S.Y.Malovun  və  H.N.Orkunun  nəşrlərindən  istifadə edilmişdir. 
Transkripsiya göytürk  (Orxon-Yenisey) əlifbası  ilə yazılmış əsl 
mətndən  edilmişdir.  Tərcüməyə  gəlincə,  demək  lazımdır  ki, 
istər  H.N.Orkunun,  istərsə  də  S.Y.Malovun  tərcümələri 
həddindən artıq qüsurludur.  Məhz buna görədir ki,  bu abidənin 
kimin şərəfmə və nə vaxt qoyulduğu hələ də mübahisəlidir.
Abidənin  kimin  şərəfinə  qoyulması  haqqında  müxtəlif 
fikirlər  mövcuddur:  bəziləri  onun  İkinci  Turk  xaqanlığının  ilk 
xaqanı  lltəris  xaqanın,  digərləri  İltəris  xaqan  və  onun  arvadı 
İlbilgə  xatunun,  üçüncüləri  lltəris  xaqan  və  ondan  sonra  taxta 
çıxmış  Kapağan  xaqanın,  dördüncülər  tarixdən  bizə  məlum 
olmayan Tacam  adlı  bir  xaqanın,  beşincilər Kapağan  xaqan  və 
Bilgə  xaqanın  sərkərdələrindən  biri  olmuş  Alp  Eletmişin 
şərəfinə  qoyulduğu  haqda  fikir  söyləmişlər.  Bu  fikirlərdən 
bəzilərini nəzərdən keçirək.
Ongin  abidəsi  haqqında  ilk  fikri  məşhur  rus  türkoloqu
V.V.Radlov  söyləmişdir.  O  yazır  ki,  «abidə  ən  erkən  türk 
xaqanlarından  birinin  -   Mogilyanın  atası,  çinlilər  tərəfindən 
Kutulu  xan  /Kutluğ  xaqan/  adlandırılan  /xanın/  ölümü  ili 
qoyulmuşdur.  Bu  da Cahan  şahm  hakimiyyətinin birinci  ilində
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin