Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə30/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

329

22.  əmimizin  qazandığı  xalqın  adı,  şöhrəti  yox  olmasın 
deyə,  türk  xalqı  üçün  gecə  uyumadım  (yatmadım),  gündüz 
oturmadım (dincəlmədim).  Kiçik qardaşım Kül  tigin ilə,  iki şad 
ilə  əldən  düşüncəyədək  çalışaraq  (ölərək,  yetərək)  qazandım. 
Belə  qazanıb  birləşən  xalqı  cəzalandırmadım  (oddan,  sudan 
keçirmədim).  Mən  özüm  xaqan  oturduğum  üçün  yer  boyu 
səpələnmiş  xalq  piyada,  yalın  əldən  düşmüş  halda  (ölərək, 
yetərək) yenə
23.  gəldi. Xalqı yüksəldim deyə şimala oğuz xalqına qarşı, 
şərqə  kıtay, tatabı xalqına qarşı,  cənuba Tabğaça (Çinə) qarşı on
iki  dəfə  qoşun  çəkdim...........  döyüşdüm.  Ondan  sonra  tanrı
buyurduğu  (fərman  verdiyi)  üçün,  bəxtim,  payım  olduğu  üçün 
öləsi  xalqı  dirildərək  yüksəltdim.  Yalın  xalqı  donlu  (paltarlı) 
etdim, yoxsul xalqı varlı etdim,
24.  az xalqı  çox  (saylı)  etdim.  Başqa ölkədə  (eldə),  başqa 
xaqanlıqda  yaxşılıq  etdim.  Dörd  tərəfdəki  xalqı  hamılıqla  tabe 
etdim,  yağısız etdim,  hamısı  mənə  labc oldu.  On  yeddi yaşımda 
tanqutlara qarşı qoşun  çəkdim.  Tanqut xalqını pozdum1, oğlunu, 
qız-gəlinini,  ilxısını,  varını  (dövlətini)  ondan  aldım.  On  səkkiz 
yaşımda altı bağlı  (vilayətli, qəbiləli) soğdaklara
25.  qarşı  qoşun çəkdim,  xalqı onda pozdum.  Tabğaçlı Onq 
tutuk  əlli  minlik  qoşunla  gəldi.  Iduk  (Müqəddəs)  başqa 
döyüşdüm.  O  qoşunu  orada  məhv  eldim.  İyirmi  yaşımda 
basmıllar,  ıdıkut  qəbiləm  mənim  xalqım  idi.  Karvanlar  (xərac
karvanları) göndərməz deyə qoşun çəkdim..... tabe etdim, çoxlu
...  hərbi  qənimət  evə  gətirdim.  İyirmi  iki  yaşımda  Tabğaça 
(Çinə)
26.  qarşı qoşun çəkdim, xalqı onda pozdum.  Çaça sənünün 
səksən minlik qoşunu ilə döyüşdüm. Qoşununu orada öldürdüm. 
İyirmi  altı  yaşımda  çik  xalqı  qırğızlar  ilə  (birlikdə)  yağı  oldu. 
Kcm  (Yenisey)  çayını  keçərək  çiklərə  qarşı  qoşun  çəkdim. 
Örpəndə döyüşdüm.  Qoşununu  sancdım (nizədən  keçirdim).  Az 
xalqını  öldürdüm,  aldım,  tabe  etdim.  İyirmi  yeddi  yaşımda
1 Boz «pozmaq» abidələrin dilində pozmaq  feli «dağıtmaq», «qalib gəlmək» 
menalarında işlənir.
330
qırğızlara qarşı qoşun çəkdim.  Süngü batımı (süngü boyu qədər 
qalınlığı olan)
27.  qarı  söküb  Kögmən  meşəli  dağlarını  üzüyuxarı 
yürüyüb  qırğız  xalqını  yuxuda  pozdum.  Xaqanı  ilə  Sona 
ormanında döyüşdüm. Xaqanını öldürdüm, elini (dövlətini) onda 
aldım.  O  ili  türgişlərə  qarşı  Altun  (Altay  dağlarmı)  ormanını 
aşaraq,  İrtış  çayını  keçərək  yürüdüm.  Türgiş  xalqım  yuxuda 
basdım. Türgiş xaqanının qoşunu odca (od kimi), suca (sel kimi) 
gəldi.
28. Bolçuda döyüşdüm. Xaqanını, yabğusunu, şadını orada 
öldürdüm, elini (dövlətini) onda aldım.  Otuz yaşımda Beşbalıka
qarşı  qoşun  çəkdim.  Altı  yol  döyüşdüm............  Qoşununu
bütünlüklə öldürdüm.  Bcşbalık  şəhərinin  içində nə qodur adam 
vardısa....  şəhərə  hücum  etmədiyim  üçün  şəhərdəki  adamlar 
mənə  tabe olmağa gəldi.  Beşbalık şəhəri onun  üçün xilas oldu. 
Otuz
29.  bir  yaşımda  karluk  xalqı  qayğısız,  azad  və  sərbəst 
olduğu  halda  yağı  oldu.  Tamak  Iduk  başda  döyüşdüm.  Karluk
xalqını öldürdüm, orada aldım.......basmıl, karluk düd......karluk
xalqı  toplanıb  gəldi,  qoşununu  sancdım  (nizədən  keçirdim),
öldürdüm...... doqquz  oğuz  mənim  xalqım  İdi.  Göylər,  yerlər
qarışdığı üçün, həsəd hissi
30.  güc  gəldiyi  üçün  yağı  oldu.  Bir  ildə  dörd  yol 
döyüşdüm.  Ən  ilk  Toğu balıkda döyüşdüm.  Toğla çayını  üzərək 
keçib  qoşununu  (öldürdüm).  İkinci  dəfə  Antarğuda  döyüşdüm. 
Qoşununu  sancdım  (nizədən  keçirdim),  (elini  aldım).  Üçüncü 
dəfə  (Çuğay  başında)  döyüşdüm.  Türk  xalqı  ayağını  zəiflətdi, 
pis
31.  olası  (xəyanət  edəsi)  idi.  (Bizi)  mühasirə  etməyə, 
dağıtmağa gələn qoşununu qovdum (axıtdım). Çoxlu öləsi adam 
onda  dirildi.  Onda Tonra Ydpağutun  bir qəbiləsini  Tona  tiginin 
dəfnində  mühasirə  edib  qırdım.  Dördüncü  dəfə  Əzgənti 
Kadazda  döyüşdüm. 
Qoşununu  onda  sancdım  (nizədən 
keçirdim),  zəiflətdim.  ...  var-dövlətini  ...  (qırx  yaşı)mda  Mağı 
Kurqanda  qışladıqda  yut  (heyvan  xəstəliyindən  mal-qaranın 
kütləvi tələfatı) oldu.  Yazda
331

32.  oğuzlara  qarşı  qoşun  çəkdim.  İlk  qoşun  hissələri 
səfərə  çıxmış  idi,  ikinci  qoşun  hissələri  evdə  idi.  Üç  oğuz 
qoşunu basa-basa gəldi. Piyadalar zəif oldu, - deyib bizi tutmağa 
gəldi.  Qoşunun  yarısı  evi,  sarayı  dağıtmağa  getdi.  Qoşunun 
yarısı döyüşməyə gəldi. Biz az idik, pis təchiz edilmişdik. Oğuz 
....t  yağı  ...  (tanrı)  güc  verdiyi  üçün  orada  sancdım  (nizədən 
keçirdim),
33.  dağıtdım.  Tanrı  yar  olduğu  üçün,  mən  qazandığım 
üçün  türk  xalqı  qazanmış.  Mən  bu  cür  səylə  başlayaraq 
qazanmasa  idim,  türk  xalqı  öləsi  idi,  yox  olası  idi.  (Türk)
bəyləri,  (türk)  xalqı  düşünün,  eləcə  bilin.  ...  Oğuz xal(qı).......
göndərməyim, - deyə qoşun çəkdim,
34.  evini,  sarayını  pozdum.  Oğuz  xalqı  doqquz  tatar  ilə 
birləşib  gəldi.  Ağuda  iki  ulu  döyüş  döyüşdük.  Qoşununu.
pozdum,  dini  (dövlətini)  onda  aldım.  Eləcə  qazanıb.......tanrı
yar  olduğu  üçün.,  özüm  otuz  üç  yaşım da......   uk  idi.  Keçici,
ötücü gücün..........
35.  yüksəltdiyi  xaqanı  bizə  xəyanət  etdi  (yanıldı).  Üstdə
tanrı,  müqəddəs  yer,  s u .... xaqan  bəxtinə  yar  olmadı.  Doqquz
oğuz  xalqı  yerini,  suyunu  (vətənini)  buraxıb  Tabğaça  (Çinə)
tərəf getdi,  Tabğaç  (Ç in)...... x alq ......geri öz ölkəsinə qayıdıb
gəldi. Yüksəldim,  - deyə  ....  düşünüb xalqı......
36.  cinayətə  sövq  etdi.  ...  cənubda Tabğaçda (Çində) adı, 
şöhrəti  yox oldu.  Bu yerdə mən yüksək ləyaqət qazandım.  Mən
özüm xaqan oturduğum üçün türk xalqını..... cəzalandırmadım.
Elini  (dövlətini),  qanununu  qaydaya  saldım.......... göndər........
toplanıb....
37.  (orada  dö)yüşdüm.  Qoşununu  sancdım  (nizədən
keçirdim).  Tabe  olan  tabe  oldu,  xalq  oldu,  ölən  öldü.  Selenqa 
boyu  yürüyüb  bərk  sıxışdırıb  evini,  sarayını  onda  pozdum.  ... 
meşəli dağa qalxdı. Uyğur eltəbər yüzcə döyüşçü ilə şərqə qaçıb 
getdi.........
38...........türk xalqı  ac  idi. O  ilxım alıb yüksəltdim.  Otuz
dörd yaşımda oğuzlar qaçıb Tabğaça (Çinə) girdi.  Təəssüflənib
(onların  üstünə)  qoşun çəkdim.........oğlunu,  qız-gəlinini  orada
(əsir) aldım. İki eltəbərli xalqı.....
332
39  ..........tatabı  xalqı  Tabğaç  (Çin)  xaqanma  tabe  oldu.
Elçisi,  yaxşı  sözü,  xəbəri  gəlməz,  - deyə yayda qoşun çəkdim.
Xalqmı  orada  pozdum,  ilxısını  ......   qoşunu  toplanıb  gəldi.
Kadırkan ormanında yeıfləşdirdim)....
40  ....yerinə, suyuna (vətəninə) yerləşdi.  Cənuba karluk
xalqına  qarşı  qoşun  çək,-  deyib  Tudun  Yam tarı  göndərdim. 
Getdi.......(Eltəbər) yox (həlak) olmuş, kiçik qardaşı b ir........
41  ......karvanı gəlmədi. Onu cəzalandırım, • deyə qoşun
çəkdim.  Qorxaraq  iki-üç  adamla  qaçıb  getdi.  Qara  camaat:
xaqanım  gəldi,  -   deyib  sevindi...........  ad  verdim.  Kiçik  atlı
(süvari).......
Cənub-şərq tərəfi
....   Önük  yuxan  qoşun  yürüdüb  gecəli-gündüzlü  yeddi
sutka  susuz  keçdim.  Çoraka  dəyib  (çatıb)  Yolığça  ....  Beş 
Keçənə tə k i......
Cənub tərəfi
1  ......... Tabğaç (Çin) atlı (süvari) qoşununu on yeddi min
qoşunu  (əsgəri)  birinci  gün  öldürdüm.  Piyada  qoşununu  ikinci 
gün bütünlüklə (öldürdüm, top)laşıb getdi.............
2  ..........yol  qoşun  çəkdim.  Otuz  səkkiz  yaşımda  qışda
Kıtaya  qarşı  qoşun  çəkdim...... (otuz  doqquz  yaşım)da  yazda
tatabıiara qarşı qoşun çəkdim.........
3.  Mən  ....  öldürdüm.  Oğlunu,  qız-gəlmini,  ilxısını,  var-
dövlətini.....
4.  xalqm ı..... qız-gəlinini məhv etdim.........
5 ............. yürü.........
6  .........döy(üşdüm)........... üçün
7 .............   verdim,  cəsur  igidlərini  öldürüb  balbal  edərək
verdim  (qoydurdum).  Əlli yaşımda tatabı xalqı  Kıtayda ayağını 
....... к........ Tüngər dağında......
333

8.  Kuğ sənün başda olmaqla qırx min qoşun gəldi. Tüngər
dağında hücum edib qırdım. Otuz min qoşunu öldürdüm, on min 
........Tatabı.......
9.  öldürdü.  Böyük  oğlum  xəstələnib  öləndə  Kuğ  sənünü
balbal qoydurdum. Mən on doqquz il  şad oturdum, on doqquz il 
xaqan oturdum, el tutdum. Otuz bir yaşımda........
10............türkümə,  xalqıma  ucalığı  elə  qazandım.  Bunca
qazanıb atam xaqan it ili onuncu aym iyirmi altısında (25 noyabr
734-cü  il)  vəfat  etdi.  Donuz  ili  beşinci  ayın  iyirmi  yeddisində 
(22 iyun 735-ci il) dəfn etdirdim. Buğa tutuk....
11.  Mənə  Lisün  Tay. sənün  başda  olmaqla  beş  yüz  ərən
(ən  cəsur)  gəldi.  Yaxşı  qorxulu  .......  qızıl,  gümüş  saysız-
hesabsız qədər gətirdi. Dəfn  şamları gətirib qoydu.  Səndəl ağacı 
gətirib ö z ......
12.  Bunca  xalq  saçım  (yoldu),  qulağını,  yanağını  (üz- 
gözünü)  cırdı.  Yaxşı  cins  atını,  qara  samurunu,  göy  dələsini 
saysız gətirib hamısını (dəfn mərasimi üçün) qoydu.
13.  Tanrı  tək  Tanrı  yaratmış  türk  müdrik  xaqanı  sözüm 
(budur):  atam  türk  müdrik  xaqanı  taxta  oturduqda  türkün  indiki
bəyləri  ........   sonra  tarduş  bəyləri,  Kül  çor  başda  olmaqla,
ardınca  gələn  şad-apıt  bəylər,  öndəki  tölis  bəyləri,  apa  tarkan 1
4
 1
5
14.  başda  olmaqla  digər  şad-apıt  bəylər  ......   Taman
Tarkan,  Tonyukuk  Boyla Bağa Tarkan,  başqa  buyuruq (bəylər),
.......   daxili  (saray)  buyuruğu  bəy  Kül  İrkin  başda  olmaqla
buyuruklar -  bunca indiki bəylər atam xaqana adətimizcə........
15.  adətimizcə  lazımınca  dua  .......  türk  bəyləri,  xalqı
lazımınca  dua  etdi,  təriflədi...... (atam)  xaqan  ........   ağır  daşa
sitayiş etmiş türk bəyləri, xalqı..... idi. Özüm bunca.......
Şim al tərəfi
1.  Tanrı  tək  tanrıdan  (yaxud:  tanrıda)  olmuş  türk  müdrik 
xaqanı  taxta  oturdum.  Nitqimi  bitənədək  (tükənənədək)  eşit. 
Arxamca  gələn  kiçik  qohumlarım,  oğlanlarım,  birləşmiş 
qəbiləm,  xalqım,  sağımdakı  (cənubdakı)  şad-apıt  bəylər,
solumdakı  (şimaldakı)  tarkan  buyuruq  bəyləri,  otuz  ta ta r......
334
doqquz oğuz  bəyləri,  xalqı  bu  nitqimi  yaxşıca eşit,  möhkəmcə 
dinlə İrəli (şərqə) gün
2.  doğana,  sağa (cənuba) gün ortasına, qərbə gün batana, 
şimala  gecə  ortasına  -   bu  qədər  yerin  içindəki  xalq  hamılıqla 
mənə  tabedir.  Bu  qədər  xalqı  tamamilə  təşkil  etdim.  İndi  eldə 
iğtişaş (pis əməl) yoxdur. Türk xaqanı ötükən meşəli dağlarında 
otursa, eldə dərd olmaz (yox).  Şərqə Şandun düzünə təki qoşun 
çəkdim, dənizə azacıq çatmadım (dəymədim). Cənuba doqquz
3.  Ərsənə  təki  qoşun  çəkdim,  Tibetə  azacıq  çatmadım 
(kiçik dəymədim).  Qərbə İnci (Zərəfşan) çayını keçərək  Dəmir 
qapıya  (Almatı  və  Daşkənd  şəhərləri  arasındakı  Buzqala 
keçilinə)  təki  qoşun  çəkdim.  Şimala  Yir  Bayırku  yerinə  təki 
qoşun  çəkdim.  Bu  qədər yerlərə  təki  qoşun  yürütdüm.  Ötükən 
meşəli  dağlarında  yaxşı  sahib  yox  imiş.  El  tutmalı  (dövlət 
düzəltməli)  yer  Ötükən  meşəli  dağları  imiş.  Bu  yerdə  oturub 
Tabğaç  (Çin)  xalqı  ilə  düzəlişdim  (razılığa  gəldim).  Qızıl, 
gümüş, taxıl,
4.  ipək  dərdsiz  elə  verən  (yaxud:  saysız-hesabsız  verən) 
Tabğaç  (Çin)  xalqının  nitqi (dili)  şirin,  hədiyyəsi  yumşaq  imiş. 
Şirin dilinə (nitqinə), yumşaq hədiyyəsinə tamahsılandırıb uzaq 
(uzaqda  yaşayan)  xalqı  elə  yaxınlaşdırır  imiş. 
Yaxın 
yerləşdikdən  sonra  pis  əməlləri  (bilikləri)  onda  öyrədir  imiş. 
Yaxşı  müdrik  adamlan,  yaxşı  igid adamları  yürütməz  imiş.  Bir 
kişi yanılsa (səhv etsə,  xəyanət etsə) idi, qəbiləsini, xalqını son 
nəfərinə təki qırmaz (doğramaz)
5.  imiş.  Şirin  dilinə  (nitqinə),  yumşaq  hədiyyəsinə 
tamahsılanıb (aldanıb) çoxluca, türk xalqı, öldün. Türk xalqı, bir 
hissən  cənuba  Çuğay  meşəli  dağlarında  deyil,  Tün  düzündə 
yerləşək  desə,  türk  xalqı,  öləsisən.  Orada  xain  adamlar  belə 
öyrədir imiş:  Uzaq (iraq) isə, pis hədiyyə verir, yaxın  isə, yaxşı 
hədiyyə verir, - deyib belə öyrədir imiş. Bilik
6.  bilməz (sadəlöv) adamlar o dilə (nitqə) aldanıb,  yaxm 
gedib çoxlu  adam öldün.  O yerlərə getsən,  türk xalqı, öləsisən. 
Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərd yoxdur 
(dərdin  olmaz).  Ötükən  meşəli  dağlarında  otursan,  əbədi  el 
(dövlət)  yaradaraq  (tutaraq)  oturasısan,  türk  xalqı,  tox.  Arıq 
oxsan  (ox  kimi  arıqsan),  aclıq,  toxluq  bilməzsən,  bir  dəfə
335

doysan,  aclıq  bilməzsən.  Elə  olduğun  üçun  səni  yüksəltmiş 
xaqanının
7.  sözünə  baxmadan  (nitqini  almadan)  yer  boyu  getdin. 
Oralarda  tamamilə  məhv  oldun,  zəiflədin.  Onda  sağ  qalmışın 
yer  boyu  tamamilə  əldən  düşmüş  halda  (duraraq,  ölərək) 
yürüyür  idin.  Tanrı  buyurduğu  (fərman  verdiyi)  üçün,  özümün 
bəxtim  olduğu  üçün  xaqan  oturdum.  Xaqan  oturub  yoxa  çıxan, 
yoxsul  xalqı  tamamilə  topladım.  Yoxsul  xalqı  varlı  etdim,  az 
xalqı çox (saylı) etdim. Məgər bu
8.  nitqimdə  (sözlərimdə)  yalan  (şişirtmə)  varmı?  Türk 
bəyləri,  xalqı,  bunu  eşidin.  Türk  xalqının  toplanıb  el  (dövlət) 
tutacağmı  burada  həkk  etdim  (daşa  vurdum),  yanılıb  öləcəyini 
də  burada  həkk etdim  (daşa vurdum),  nə  qədər  sözüm  (nitqim) 
vardısa, hamısını əbədi daşa həkk etdim (vurdum). Onu görərək 
(yaxud: ona baxaraq) bilin.  İndiki türk xalqı, bəyləri, taxta baxan 
bəylər, axı, yanılasısınız.
9.  Xaqan  əmim  xaqan  oturduqda  dörd  tərəfdəki  xalqı
bunca  təşkil  etmiş.........  tanrı  buyurduğu  üçün  özüm  xaqan
oturduqda  dörd  tərəfdəki  xalqı  təşkil  etdim,  yaratdım..........
varlandırdım.  Mən  türgiş  xaqanına qızım ı.......adətimizcə,  ulu
qanunlarımızla verdim. Türgiş xaqımnm
10.  qızını  adətimizcə,  ulu  qanunlarımızla  oğluma  aldım.
Y........  etdirdim,  ........  başlını  səcdə  etdirdim,  dizlini  diz
çökdürdüm. Üstdə tanrı, altda yer yar olduğu üçün........
11.  gözü  görməyən,  qulağı  eşitməyən  xalqımı şərqə gün
do(ğana),  cənuba  (Tabğaça  -  Çinə),  qərbə  ......  (gün  batana,
şimala gecə ortasına......sarı qızılım), parlaq gümüşünü, qıraqlı
(kəsilməmiş)  ipəyini,  əkinlik  taxılım,  cins  at  və  ayqınnı,  qara 
samunmu,
12.  göy  dələsini  türkümə,  xalqıma  qazandım,  tədarük
etdim.......... dərdsiz etdim.  Üstdə  tanrının  varlığı....... az  xalq
..... on min oğlu.......bəyləri b u .......
13.  yenə  yüksəlin!  Sıxışdırmayın!  İncitməyin,  -  (mən
taxta)  oturdum.  Türk bəyləri,  türk x alq ı........verdim  ...  İndiki
d a şı........qazanmış sərvəti  türk xalq ı......... Bu xaqanından,  bu
bəylərin(dən, yerindən, suyundan ayrılmasan, tüık xalqı,)
336
14.  özün  yaxşılıq  görəsisən,  evinə  girəsisən,  dərdsiz
olasısan.........  sonra  Tabğaç  xaqanından  çoxlu  naxış  açan
gətirdim.........  mənim  sözümü  sındırmadı..........  Saray  naxış
açanlarım göndərdi.  Ona adma layiq sərdabə yaratdırdım.  İçinə, 
bayırına  adma  layiq  naxış  vur(dum,  daş  toxutdurdum, 
könlümdəki sözümü i)........
15.  on  ox  oğluna,  tatına  təki  bunu  görərək  bilin.  Əbədi
daş  hördurdum....... y e rd ə ........ hördürdüm,  yazdım.  B u ..........
daş sərdabənin....
Qərb tərəfi
1............ ü std ə.........
2.  müdrik xaqan vəfat etdi.
3.  yay olsa, üstdə (tanrı)......
4.  körpüsü .........
5.  dağda sığın qaçsa,..........
6.  kədərlənirəm. Atam xaqan ....
7.  daşını özüm xaqan.....
8..................
Cənub-qərb tərəfi
..........  (müdrik)  xaqan  ya(zısmı)  Yolığ  tigin  yazdım.
Bunca sərdabəni,  naxışı,  heykəli  (türk  müdrik)  xaqanının kiçik 
qohumu  (qardaşı  oğlu)  Yolığ  tigin  bir  ay  dörd  gün  oturub 
yazdım, naxışladım........
Qeydlər
1)  Bilgə  xaqan  abidəsinin  orfoqrafiyası  Kül  tigin 
abidəsinin orfoqrafiyasmdan fərqlənmir.
2) Hər iki abidədə antroponim (şəxs adlan),  toponim (yer 
adlan) və etnonimlər (tayfa,  qəbilə və xalq adları),  demək  olar 
ki, eynidir.
3)  Ş.4.  Oksız.  Hakimiyyət  rəmzi  olaraq,  Çin  imperatoru 
türk  qəbilələrinə  ox  verirdi.  Oxu  olan  qəbilə  müstəqil  dövlət 
hesab edilirdi.
337

4)  Ş.  25.  Basmıl.  Basmıllar  Çin  mənbələrində  Pa-si-mi 
kimi  qeyd  edilir.  Çin  tarixçiləri  649-cu  ildə  basmıllarm  Çinə 
səfir  göndərdiklərini  yazırlar.  Mahmud  Kaşğari  də  basmıllar 
haqqında yazır.
5)  Ş.  26.  Çik.  Çik  bodun  «çik  xalqı»,  güman  ki,  indiki 
tuvalılardır.
6)  Ş.  27.  Altun  yış  çinlilərin  Kin-şan  adlandırdıqları  və 
mənaca  türklərin  Altun  yış  sözünə  bərabər  olan  yerdir. 
Tədqiqatçılar indiki Altay dağları ilə eyniləşdirirlər.
7)  Ş.  28.  Beşbalık.  Uyqurıstamn  (Qərbi  Çin)  Urumçi 
şəhərinin yerində olmuş şəhərin adıdır.
8)  Ş.  29.  Karluk.  Çin  mənbələri  karlukları  Ko-lo-lu 
adlandırır.  Çin  tarixçiləri  karluklarm  göy  türklərdən  olduğunu, 
Kin-şan (Altun-yış) dağlarından qərbdə Pu-ku-çik adlanan çayın 
sahillərində Tho-ta dağları ilə əhatə edilən ərazidə yaşadıqlarını 
yazırlar.  Çin  mənbələrinin,  habelə  göytürk  Orxon-Ycnisey 
abidələrinin  verdiyi  məlumata  görə,  karluklar  üç  qəbilədən  (üç 
karluk)  ibarət olmuşdur.
9)  Ş.  30.  Toğla  ügüz.  Monqolustanın  şimalında  Orxon 
çayının qolu Tola çayının qədim türk adıdır.
10)  Ş.  31.  Yut.  Bəzi  türk dillərində  bu  söz  indi də  işlənir. 
Qışda  havaların  sərt  keçməsi  və  ot  olmaması  üzündən  mal- 
qaranın kütləvi qırılmasını ifadə edən termindir.
338
MÜDRİK TONYUKUK
Tonyukuk  türk  dünyasının  görkəmli  şəxsiyyətlərindəndir. 
O,  üç  xaqanın  -   İltəris  xaqanın,  Kapağan  xaqanın  və  Bilgə 
xaqanın  baş  vəziri,  məsləhətçisi  olmuşdur.  O,  ağıllı,  tədbirli 
vəzir olmaqla yanaşı,  həm  də  igid  və  cəsur sərkərdə  olmuş,  bir 
sıra ağır və  çətin  hərbi  səfərlərdə türk ordusuna şəxsən başçılıq 
etmiş, diqqətəlayiq qələbələrə nail olmuşdur.  İstər hərbi, istərsə 
siyasi  məsələlərdə  ağıllı  yol  tapdığı,  qiymətli  təkliflər  etdiyi 
üçün ona Müdrik Tonyukuk deyirdilər.
Türklərin 
Çin 
əsarətinə 
qarşı 
bir-birinin  ardınca 
qaldırdıqları  üsyanlar çinlilər tərəfindən qan gölündə boğulurdu. 
Nəhayət,  682-ci  ildə  Kutluğ  xan  Çinə  qarşı  qaldırılan  üsyana 
rəhbərlik  edir.  Xalq  kütlələrini  qırğına  verən  əvvəlki  üsyan 
başçılarından  fərqli  olaraq,  Kutluğ  xan  təlim  görmüş  nizami 
ordu  yaradır.  Eyni  zamanda o,  Çində  təhsil  (o  cümlədən  hərbi 
təhsil)  almış  türk  gənclərini  öz  ordusuna  cəlb  edir.  Çində 
mükəmməl  hərbi və mülki təhsil almış türk gənclərindən biri də 
Aşidə qəbiləsindən çıxmış Tonyukuk  idi. Toyukuk özü yazır ki, 
«müdrik Tonyukuk  mən özüm tərbiyə üçün Çin elinə verildim». 
Tonyukuk  üsyançılara qoşulan  ilk savadlı türk gənclərindən  idi. 
Məhz  belə  gənclərin  sayəsində  üsyançı  türk  ordusu  kütlədən 
nizami  orduya  çevrilirdi.  Tonyukuk  Kutluğ  xanın  (İltəris 
xaqanın)  üsyançı  ordusuna  qoşulmasını  belə  təsvir  edir:  «Türk 
xalqı  öldü,  məhv  oldu,  yox  oldu.  Türk  sir  xalqı  yerində  adam 
qalmadı.  Kolda,  daşda  qalmışı  toplanıb  yeddi  yüz  oldu.  İki 
hissəsi  atlı,  bir  hissəsi  piyada  idi.  Yeddi  yüz  adamı  aparan 
sərkərdə  şad  idi.  -  Qoşul,  -  dedi.  Qoşulanı  mən  idim,  müdrik 
Tonyukuk. 
Bunu  xaqan  seçim,  -  dedim.  Düşündüm:  arıq 
buğanı,  kök  buğanı  arxadan  tanıya  bilsə,  kök  buğaya  arıq  buğa 
deyə  bilməz,-  deyə  düşündüm.  Ondan  sonra  tanrı  bilik  verdiyi 
üçün  məhz  özüm  onu  xaqan  seçdim.  Müdrik  Tonyukuk  Boyla 
Bağa Tarkan ilə, İltəris, xaqan olaq».
Bütün  682-ci  il  kütləni  ordu  şəklinə  salmağa  sərf edildi. 
Türklər  Qara  Qumda  yaşayır,  böyük  məhrumiyyətlərə 
dözürdülər.  Tonyukuk  yazır:  «Çuğay  kuzda,  Qara  Qumda 
otururduq.  Maral  yeyərək,  dovşan  yeyərək  otururduq.  Xalqın
339

boğazı tox idi.  Düşmənimiz ətrafda yırtıcı quş tək idi, biz  sayıq 
idik».  682-ci  ildə  türk  üsyançıları  fəal  hərəkətə  keçir,  tez-tez 
Çin  sərhədlərini  aşıb  Çinin  şimal  əyalətlərini  talan  edir.  Buna 
görə də 686-cı ildə Çin imperatoru türklərə qarşı böyük bir ordu 
göndərir.  İlk  qoşunu  türklər  darmadağın  edir,  lakin  687-ci  ildə 
göndərilən  ordu  türkləri  şimal  çöllərinə  sıxışdırır.  Bu  zaman 
düşmənlər  hər  tərəfdən  türkləri  əhatə  etmişdi.  Bu  düşmənlər­
dən  üçü  -   doqquz  oğuzlar,  kıtaylar  və  çinlilər  ittifaq  bağlayıb 
türkləri  məhv etmək istəyir.  Türk xalqının başının  üstünü  almış 
bu  təhlükəni  təsvir  edən  Tonyukuk  onun  aradan  qaldırılmasını 
və  türk  dövlətinin  ötükəndə  yerləşdirilməsini  də  öz  xidməti 
hesab  edir:  «...  oğuzlardan  casus  gəldi.  Casus  xəbər  gətirdi. 
Doqquz  oğuz xalqı  üzərində  xaqan  oturdu.  O,  çinlilərin  yanma 
Kunı  sənünü  göndərmiş,  kıtayların  yanma Tonra  Səmi  göndər­
miş.  Belə  xəbər  göndərmiş:  türk  xalqı  azdır,  amma  xaqanı 
igiddir,  vəziri müdrikdir.  Nə qədər ki, o  iki adam sağdır,  səni -  
Çini  öldürəcək,  şərqdə  Kıtayı  öldürəcək,  məni  -   Oğuzu  da 
öldürəcək.  Çin,  sən  cənub  tərəfdən  hücum  ct.  Kıtay,  sən 
şərqdən  hücum  ct.  Mən  şimaldan  hücum  edim.  Türk  sir  xalqı 
yerində  sahib  qalmasın.  Bacarsaq,  hökmdarı  məhv  edək.  6  
xəbəri  eşidib  gecə  yuxum  gəlmədi,  gündüz rahatlığım  gəlmədi. 
Xaqanıma  müraciət  edib  dedim:  -  Çin,  Oğuz,  Kıtay  -   bu  üçü 
birləşsə,  mühasirədə  qalacağıq.  Naziyi  toplamaq  asan  işdir, 
incəni  üzmək  asandır.  Nazik  qalın  olsa,  toplamaq  igid  işidir, 
incə  yoğun  olsa,  sındırmaq  igid  işidir.  Düşmənlərimiz 
birləşməmişdən  onlara  bir-bir  hücum  etmək  lazımdır.  Xaqanım 
mənim  -   Müdrik  Tonyukukun  sözünü  eşitdi.  Qoşunu  könlüncə 
apar  -   dedi.  Qoşunu  göy  önük  boyu  yuxarı  Ötükən  ormanına 
apardım.  İnək  və  yük  heyvanları  ilə  Toğlada  oğuzlar  gəldi. 
Qoşunu  altı  min  idi,  biz  iki  min  idik.  Döyüşdük.  Tanrı  yar 
olduğu  üçün  dağıtdıq,  çaya  tökdük.  Səpələndikləri  yollarda  da, 
güman  ki,  öldülər.  Ona  görə  də  oğuzlar  hamısı  tabe  olmağa 
gəldi.  Türk  xalqını  ötükən  yerinə  mən  özüm  -   müdrik  Tonyu­
kuk gətirdim.  Xaqan  ötükən  yerində  yerləşir  deyə  xəbər  eşidib 
cənubdakı xalq, qerbdəki,  şərqdəki xalq gəldi».
Tonyukukun  Toğla  (indiki  Tola)  çayı  sahilindəki  qələbə­
sindən  sonra türk  elinin  ordası  Ötükəndə  yerləşir.  Tola döyüşü
340
688-ci  ildə baş  vermişdi.  689-cu  ildə  İltəris  xaqan  Çindən  asılı 
olmayan  müstəqil  türk  dövlətini  -   İkinci  Türk  xaqanlığını 
yaradır.
693-cü  ildə  İltəris  xaqan  vəfat  edir.  Taxta  onun  kiçik 
qardaşı  Kapağan xaqan çıxır.  Tonyukuk vəzirliyində qalır, yenə 
də  ağıllı  məsləhətləri,  hərbi  şücaətləri  ilə  türk  dövlətinin 
qüdrətinin yüksəlməsinə xidmət edir.
698-ci  ildə  türk  ordusu  iki  dəstə  halında  Çinin  şərq 
əyalətlərinə  -   Mancuriyaya  hücum  edir.  Dəstələrdən  birinə 
Tonyukuk  sərkərdəlik  edirdi.  Tonyukuk  bu  yürüşü  belə  təsvir 
edir:  «İki  min  idik,  biz  iki  ordu  olduq.  Türk  xalqı  oturalı,  türk 
xaqanı  oturalı  Şandun  şəhərinə,  Dəniz  çayına  çatdığı  yox  idi. 
Xaqanıma müraciət edib qoşun çəkdim.  Şandun şəhərinə, Dəniz 
çayına  çatdım.  İyirmi  üç  şəhər  sındı  (məğlum  oldu)».  Şandun 
şəhəri  deyəndə,  güman  ki,  Tonyukuk  Şandun  düzünü  nəzərdə 
tutur,  çünki  digər  qədim  türk  abidələrində  Şandun  b  a  1  ı  к 
(şəhər)  yox,  yazı  (düz)  adlanır:  Yaşıl ügüz Şandun  yazı  «Yaşıl 
(Xuanxe) çay Şandun düzü». Taluy ügüz «Dəniz çayı» deyəndə, 
güman  ki,  Sarı  dəniz  nəzərdə  tutulur.  Tonyukuk  bir  məsələdə 
öyünməkdə  haqlıdır: ona qədər və ondan sonra türk dövlətçiliyi 
tarixində  türk  ordularının Çinin  bu  qədər şərqinə -   San dəni») 
qədər gedib çıxdıqları olmamışdı.
706-cı  ildə türk orduları Çinin şimalına hücum edib Minşa 
yaxınlığında  Çin  ordusunu  darmadağın  etdikdən  sonra  Çin 
dövləti  başa  düşür  ki,  hərbi  qüvvə  ilə,  həm  də  təkbaşına 
türklərə  qalib  gələ  bilməyəcəkdir.  Buna  görə  də  türklərin 
qonşuları  olan  köçəri  qəbilələri  türklərin  əleyhinə  qaldırmağa 
çalışır.  708-ci  ildə  Kapağan  xaqan  yenidən  Çinin  şimalına 
hücum  etdikdən  sonra  Çin  diplomatiyası  bütün  vasitələri  işə 
salıb  türklər  əleyhinə  hərbi  ittifaq  yarada  bilir.  Türk 
xaqanlığının 709-cu ildəki hərbi və siyasi vəziyyətini Tonyukuk 
belə  təsvir  edir:  «Çin  xaqanı  düşmənimiz  idi.  On  ox  xaqanı 
düşmənimiz  idi.  Hamıdan  çox  güclü  qırğız  xaqanı  düşmənimiz 
idi.  O  üç  xaqan  məsləhətləşib:  -  Altun  ormanı  üzərinə  hücum 
edək,  -  demiş.  Elə  məsləhətləşmiş:  -  Şərqə  türk  xaqanına qarşı 
qoşun  çəkək,  -  demiş,  -  ona  qarşı  qoşun  çəkməsək,  hər  necə 
olsa,  o  bizi,  xaqanı  cəsurdur,  məsləhətçisi  müdrikdir,  hər necə
341

olsa,  bizi  öldürəcək.  Üçlükdə  birləşib  qoşun  çəkək,  onu  məhv 
edək,  -  demiş.  Türgiş  xaqanma  belə  demiş:  -  Mənim  xalqım 
orada olacaq.  Türk xalqına  da:  -  daxildə  ixtişaş  sal,  -  demişlər; 
oğuzlara da:  - üsyan qaldır,  - demişlər.  O xəbəri  eşidib  gecə  də 
uyumağım gəlməz oldu, oturmağım gəlməz oldu».
Tonyukuk bu çıxılmaz vəziyyətdən çıxış yolu tapır.  Onun 
təklifi ilə hərbi şura düşmənləri qəfildən, həm də tək-tək aradan 
götürməyi  qərara  alır.  Tonyukuk  ilk  zərbəni  qırğızlara  vurmaq 
qərarına  gəlir.  Hadisə  qışda  baş  verdiyi  üçün,  hər  yanı  qar 
basdığı, Sayan dağlarından şimala, qırğız öləksinə gedən yeganə 
Gögmən  keçidini  düşmən*ciddi  surətdə  qoruduğu  üçün  və 
düşmənə qəfil  basqın etmək üçün Tonyukuk keçilməz yol seçir. 
Qırğız  səfərini  Tonyukuk  belə  təsvir  edir:  «....  düşünüb  ...  -  
qoşun  çəkək,  -  dedim.  Gögmən  yolu  bir  imiş,  onu  da  düşmən 
tutmuş,  deyə  eşidib  «bu  yolla  getmək  yaramaz»,  -  dedim  ... 
bələdçi  dilədim.  Çöllü azlardan bir adam  tapdım  ...  Anı  çayı  ilə 
getsən,  orada gecələsən,  getməyə  bir  atlıq yol  qalır,  -  deyə,  -  o 
yol  ilə  yürüsək,  (tez  çatmaq)  mümkündür,-  dedim.  ...  Qoşun 
yürütdüm.  -   Atlanın,  -  dedim.  Ağ  Tərməl  çayını  keçərək 
düşərgə  saldırdım.  Atlara  mindirərək  qarı  dağıtdım.  Yuxarı, 
atları  yedəkdə  tutaraq,  piyada  ağac  tuta-tuta  qaldırdım.  Öndəki 
döyüşçülər  qarı  tapdalayıb  yol  açdı.  Kolluq  olan  təpəni  aşdıq, 
yombalamb  endik.  On  gecə  yandakı  qar  uçğunlarını  dolanıb 
getdik.  Bələdçi  yeri  səhv  saldığı  üçün  öldürüldü.  Məhrumiyyət­
lər  başlananda  xaqan:  -  sürətlə  getməyə  çalış,  -  dedi.  Anı  çayı 
ilə gedək. O çay boyu  ilə getdik.  Saymaq  üçün adamları atlardan 
düşürdük.  Atları  ağaclara  bağladıq.  Gecə  də,  gündüz  də  getdik. 
Qırğızları  yuxuda  basdıq.  ...  süngü  ilə  açdıq.  Xanın  qoşunu  top­
laşmış.  Döyüşdük.  Sancdıq.  Xanını öldürdük.  Qırğız xalqı  xaqa­
na  tabe  oldu,  səcdə  etdi.  Qayıtdıq.  Kögmən  ormanını  dolanıb 
gəldik.  Qırğızdan  qayıtdıq».  Beləliklə,  Tonyukukun  uzaqgörən­
liyi  və  şəxsi  şücaəti  sayəsində  üçlər  ittifaqının  bir  üzvü  sıradan 
çıxarılır.  İndi növbə türgişlərin  idi.  710-cu ildə  türklər türgişləro 
qarşı  hərbi yürüşə  çıxırlar.  Türk  ordusuna rəhbərlik etmək  Ka- 
pağan  xaqanın  oğlu  İnəl  xaqana  və  qardaşı  oğlu  Bilgə  xaqana 
tapşırılır,  Tonyukuk  isə  baş  məsləhətçi  təyin  edilir.  Lakin 
əslində hərbi əməliyyatlara Tonyukuk rəhbərlik edirdi.
342
Tonyukuk  əvvəlcə  kəşfiyyat  aparır:  «Türgiş  xaqanından 
casus gəldi, xəbəri  bu cür: şərqdən xaqana qarşı qoşun yürüdək, 
-  demiş,  -  yürütməsək,  bizi,  xaqanı  cəsur  imiş,  məsləhətçisi 
müdrik  imiş,  hər  necə  olsa,  bizi  öldürəcək,  -  demiş.  -   Türgiş 
xaqanı  sərhədi  keçmiş,  -  deyir.  Aralarında  Çin  qoşunu  da 
varmış».  Kapağan  xaqan  ordaya  qayıdır,  oğlu  İnəl  xaqana  isə 
gizli  göstəriş  verir  ki,  türgişlərlə  döyüşə  girməkdən  çəkinsin, 
Tonyukuk «qoşun yürüdək» desə, razı olmasın. Lakin Tonyukuk 
öz bildiyi kimi hərəkət edir. O yazır: «... qoşun yürütdüm. Altun 
ormanını  yolsuz  aşdıq,  İrtış  çayını  bərəsiz  keçdik,  gündüzü 
gecəyə  qatdıq.  Bolçuya  dan  söküləndə  çatdıq.  Kəşfiyyat  dil 
gətirdi. Xəbəri bu cür: Yarış yazıda yüz min qoşun toplanmışdır. 
Bu xəbəri eşidən bəylər hamısı dedi:
-  Qayıdaq. Təmiz abır yaxşı şeydir.
Mən isə dedim:
- Mən  müdrik  Tonyukuk  Altun  ormanını  aşaraq  gəldim, 
İrtış  çayını  keçərək  gəldim.  Gətirdiyim  adamlar  cəsurdur. 
Düşmən  də  gəldiyimizi  duymamışdır.  Tanrı,  Umay,  müqəddəs 
yer,  su  bizə  qələbə  verdi.  Onlar çoxdur deyə  niyə  qaçaq?!  Biz 
azığ deyə niyə qorxaq?!  Niyə basılaq? Hücum edək.
Hücum etdik.  Düşməni dağıtdıq. İkinci gün gəldi.  Düşmən 
alov  kimi  qızıb  gəldi.  Döyüşdük.  Düşmənin  iki  qanadı  bizdən 
yarıbayarı  artıq  idi.  Tanrı yar olduğu  üçün düşmən çoxdur dəyə 
qorxmadıq.  Döyüşdük.  Tarduş  şadı  düşməni  mühasirə  etdi. 
Dağıtdıq.  Xaqanını  tutduq, yabğusunu, şadını  döyüşdə öldürdük. 
Əlli  döyüşçünü  əsir  tutduq.  Gccə  on  ox  xaqanına  xəbər 
göndərdi.  O  xəbəri  eşidib  on  ox  bəyləri,  xalqı  hamılıqla  gəldi, 
səcdə eldi.  Gələn bəylərini, xalqını təşkil etdik».
Bu  hərbi  səfər  sayəsində  Türk  xaqanlığının  qərb 
sərhədləri  Dəmir  qapıyadək  (Almatı  və  Daşkənd  şəhərləri 
arasındakı  Buzqala keçidinədək)  çatır.  Tonyukuk  yazır:  «Dəmir 
qapıya təki çatdıq, oradan qayıtdıq».
Tonyukukun 
yazdığına 
görə, 
türgişlər 
üzərindəki 
qələbədən  sonra  Soğda  hökmdarı  Suk  başda  olmaqla  soğdak 
xalqı  hamılıqla  türk  xaqanma tabe  olur.  Bu  səfər  zamanı  başda
343

Tonyukuk  olmaqla  türk  qoşunlarının  ərəblər  və  taxarlarla  da 
döyüşdüyündən danışılır.
Qaynaqlarda  Çinə  qarşı 
712-ci 
il  müharibəsində 
Tonyukukun  iştirak  etdiyi  göstərilmir,  lakin  Tonyukuk  həmin 
müharibədə  də  iştirak  etdiyini  yazır:  Türk  xalqı  «Tinəsi  oğlu
(yəni,  Çin  imperatoru)  yatan  dağa  çatmış.......o  yerə  mən  -
müdrik Tonyukuk  hücum  etdiyi  üçün  saysız-hesabsız san  qızıl, 
parlaq gümüş, qız-gəlin, xalça, pul gətirdi».
716-cı  ildə  Kapağan  xaqan  bir hərbi  səfərdən qayıdarkən 
pusquya  düşüb  öldürülür.  Kapağan  xaqan  türk  törüsünü 
(qanununu)  pozaraq  hələ  sağlığında  böyük  oğlu  Bögünü  kiçik 
xaqan  qoymuşdu.  Türk  törüsünə  görə,  böyük  qardaşın  böyük 
oğlu  xaqan  taxtına  çıxırdı.  Bu  törüyə  görə,  Kapağan  xaqandan 
sonra taxta  İltəris  xaqanın  böyük  oğlu  Bilgə  xaqan çıxmalı  idi. 
Ancaq  Kapağan  xaqan  Bögünü  kiçik  xaqan  qoyduğu  üçün 
Kapağan  xaqan  öldürülən  kimi  əyanlar  yığışıb  onu  ulu  xaqan 
elan edir.  İltəris xaqanın kiçik oğlu Kül tigin türk törüsünü bərpa 
etmək üçün ordaya hücum edir, əmisinin bütün uşaqlarını (əmisi 
oğlu Bəg tigin Çinə qaçır) və yaxm adamlarını qırır, təkcə vəzir 
Tonyukuku  bağışlayır  (Tonyukuk Bilgə  xaqanın  qayınatası  idi), 
lakin onu siyasi fəaliyyətdən uzaqlaşdırır.
Kül  tigin  böyük qardaşı  Bilgə  xaqanı  türk taxtına oturdur. 
Ölkəni  qiyam  və  üsyanlar  sarsıdırdı.  Yeni  xaqanın  ağıllı  vəzirə 
böyük  ehtiyacı  vardı.  Görünür,  buna görədir ki,  718  yaxud  719- 
cu  ildə  Tonyukuk  yenə  də  baş  vəzir  vəzifəsinə  qaytarılır.  O, 
yenə  ağıllı  məsləhətləri  ilə  türk  dövlətinin  qüdrətinin 
yüksəlməsinə xidmət edir.
Bilgə  xaqan  istəyir  ki,  Budda  dinini  qəbul  etsin  və  onu 
dövlət  dini  elan  etsin.  Tonyukuk  bunu  məsləhət  görmür.  O 
deyir:
- Budda  dininin  ehkamları  türklərin  cəngavərlik  ruhunu 
öldürər, çünki bu ehkamlar itaət təbliğ edir,  Budda dini  insanları 
zəiflədir  və  insanpərvərlik  ruhunda  tərbiyə  edir.  Biz  Budda 
dinini  qəbul  etsək,  türk  dövləti  zəifləyər  və  Çindən  asılı 
vəziyyətə düşər.
344
Bilgə  xaqan  Çin  tipində  özünə  paytaxt  şəhəri  salmaq 
istəyir. Tonyukuk bu fikirdən də onu daşındınr.
- Türkün ruhu  azaddır.  Türk  istədiyi yerdə özünə  məskən 
salmağı  xoşlayır.  Türk  hər  tərəfdən  hasarlarla  əhatə  edilən 
şəhərdə  yaşasa,  onun  azadlıq  sevən  ruhu  qandala  salınar,  qula 
çevrilər. Bu da türkün cəngavərliyini öldürər.
- Tonyukuk  qocalsa  da  hərbi  sahədə  də  səriştəsini 
itirməmişdi.
720-ci  ildə  Çin  türk  dövləti  əleyhinə  qəsd  düzəldir.  Çin 
planına  görə,  kıtay,  tatabı  və  basmıl  qəbilələri  üç  tərəfdən 
türklərin  ordasına  hücum  etməli,  Bilgə  xaqanı  tutmalı  idi.  300 
minlik  Çin  ordusu  da  onlara  yardım  edəcəkdi.  Tonyukuk  başa 
düşürdü  ki,  bu  qədər  müxtəlif  olan  qüvvələrin  hərəkətlərini 
əlaqələndirmək çətindir.  Buna görə də o,  Bilgə xaqana narahat 
olmamağı  və  düşmənlər  gəlməzdən  üç  gün  əvvəl  şimala 
çəkilməyi məsləhət görür. O, Bilgə xaqana deyir:
*  Q°y 
Çinlilər gəlsinlər.  Biz gözləyərik.  Onların azuqəsi 
qurtardıqdan sonra hücum edərik.
Ancaq iş elə gətirir ki, türk ordasına birinci basmıllar çatır. 
Öz müttəfiqlərini  burada görməyən basmıllar geri qayıdır.  Bilgə 
xaqan onlara hücum etmək istəyir. Tonyukuk mane olub deyir:
- Düşmən  tox  olduqda  yaxşı  vuruşur.  Ona  hücum  etmək 
təhlükəlidir.
Türk  ordusu  sürətli  yürüşlə  irəli  gedib  basmılları 
qabaqlayır və onlar gələnədək Beşbalık şəhəıini alır.  Yorğun və 
ac  basmıllar  istirahət etmək arzusu  ilə şəhərə  gəldikdə gümrah 
türk  ordusu  onları  mühasirə  edir.  Bütün  basmıl  ordusu  əsir 
düşür.
Bilgə  xaqan  və  Tonyukuk  bununla  kifayətlənmir.  Ordu 
Cunqariyadan  Çinin  Qansu  əyalətinə  keçir  və  Çin  ordusunun 
arxasındakı  bütün  vilayətləri  talan  edib  Çin  ordusunu  ərzaqsız 
qoyur.  Beləliklə,  Çin  imperiyasının  türk  dövlətini  məhv  etmək 
planı boşa çıxır.
Türk 
dövlətinin 
yaranmasında 
və 
inkişaf 
edib 
yüksəlməsində Tonyukukun xidmətləri  böyükdür.  Buna görə də 
Tonyukuk belə deməkdə haqlıdır:
345

- İltəris  xaqan,  ardınca  müdrik  Tonyukuk qazandığı  üçün 
... türk sir xalqı yaşamaqdadır.
TONYUKUK ABİDƏSİ
Tonyukuk  uç  türk  xaqanınm  -   İltəris  xaqan,  Kapağan 
xaqan  və  Bilgə  xaqanın  vəziri  olmuşdur.  Tədqiqatçıların  b ir 
qismi  abidənin,  təxminən  716-cı  ildə  qoyulduğunu  söyləyir, 
V.Tomsen isə yazır ki, bu abidə 725-ci ildə qoyulmuşdur.
Tonyukuk  abidəsini  1879-cu  ildə  Y.N.Klements  k ə ş f  
etmişdir.  1898-ci  ildə  abidənin  estampajı  və  foto-surəti 
çıxarılmışdır.  Bunların  əsasında  onu  ilk  dəfə  V.V.Radlov 
oxumuş,  tərcümə və nəşr etmişdir.  Sonralar Q.Ramstedt (1909), 
B.Y.Vladimirsev  (1925),  P.Aalto  (1957),  Y.İ.Ubryatova  və 
V.M.Nadelyayev 
Tonyukuk 
abidəsini 
tədqiq 
etmişlər. 
Q.Ramstedt  vasitəsilə  Tonyukuk  abidəsinin  mükəmməl  foto­
surətini  əldə edən  V.Tomsen  onu tərcümə etmişdir.  Daha sonra 
H.N.Orkun,  S.Y.Malov  və  Mühərrəm  Ergin  də  bu  abidəni 
tərcümə  və nəşr etmişlər.  1957-ci  ildə  monqollar abidənin daxil 
olduğu kompleksdə arxeoloji tədqiqatlar aparmışlar.
Tonyukuk  abidəsi  Ulan-Batorun  66  km  cənub-şərqində 
Nalayxa  adlanan  yaşayış  məntəqəsi  ilə  Tola  çayının  sağ  sahili 
arasında Baym-Sokto adlanan yerdə qoyulmuşdur.
Abidə  məqbərə  kompleksinə  daxil  olan  iki  daşdan 
ibarətdir.  Daşlar  məbədin  şərq  divarına  paralel  şəkildə  bir- 
birindən bir neçə metr aralı yerə basdırılmışdır. Cənubdakı daşın 
hündürlüyü  1  m  70  sm-dir.  Mətnin  35  sətri  bu  daşdadır. 
Şimaldakı daş nisbətən  alçaqdır -  onun  hündürlüyü  1  m  60 sm- 
dir  və  sonrakı  27  sətri  (36-62)  əhatə  edir.  V.V.Radlov  17-ci 
sətirdən  sonra  bir  18-ci  sətir  də  göstərib  onu  nöqtələrlə  işarə 
edir.  Lakin digər tədqiqatçılar bu  sətri  göstərmirlər.  H.N.Orkun 
yazır  ki,  Tonyukuk  abidəsinin  18-ci  sətrinə  qədər  İltəris 
xaqandan,  oradan 48-ci  sətrə  qədər  Kapağan xaqandan,  sonrakı 
sətirlərdə Tonyukukun özündən danışılır.
Koşo-Saydam  abidələrinin  (Kül  tigin  və  Bilgə  xaqan 
abidələri)  mətnlərinə nisbətən  Tonyukuk  abidəsi  bəzi qrafik və
346
dil xüsusiyyətlərinə malikdir. Tonyukuk abidəsinin üslubu daha 
az  dəbdəbəlidir.  Tonyukuk  daha  sadə  dildə,  xalq  dilində 
danışmağa  çalışır,  mükalimədən,  atalar  sözü,  zərb-məsəllərdən 
istifadə edir.
Oxuculara təqdim etdiyimiz bu nəşrdə Tonyukuk abidəsi­
nin  göytürk  Orxon-Yenisey  əlifbası  ilə  olan  mətni  Mühərrəm 
Erginin  «Orxon  abidələri»  adlı  əsərindən  götürülmüş  foto­
surətdir.  Foto-surətə  müraciət  etməyimizin  səbəbi  budur  ki, 
respublikamızda  göytürk  Orxon-Yenisey  əlifbasının  şrifti 
yoxdur.
347

MƏTN
Birinci daş
Qərb tə rə fi
л т н н : *©
y n
 : i m
m
* : >►
 w
* : 
<
d
rh T T T N B :  ы т
г : m
у л : r© 4)H: r m # : m
m
: i m ^ w o n : ) ш
ч т   <2>
t a w
: m w *  : 
p h i
» : и о л т о : 
m n t : п>ш
:«И«
Mi: и ч ш г * : т ь : tCANixw *. чхч
аг
 : 
m i

ih w
 
о
m : ж м т п : ч т  с г м ш о :  rorfjıwf»: 
т я г
JM *
: rnwHıWW: 
т лп

п ш


т м т
  w
: sn rc ; Hiwrw: г и т » ; rçrf*rr*: 
гы т  :кгт
у г * : w w A r o v D  : 
гхгклуо
 : г к г # ¥ : т > : w b # >   (5) 
«и: 
м
4>4
ач
>$ : *©ич: (txhıPiwMwrıi : и ь ш
m i T J N A W b
я и м ч м р г ш г г * :  1 м м ч и ч > * : 
п>ш
\ : т т   <«) 
4hOYrf: 
т
& : м в т е у г А : т ь : i r i m © : »© 
м ч ъ т и 1 м : 
ш п н т
: >н*
т ь и ч м г * : ¥
a y
«>* : . r m ' ) « u w : )
ун

ьуг
 : т у т   а> 
t w
*   :  г о л :  п
т  : r m ı * : e w  : v w o x w t b  : 
y i
 
*
w h it
 : н>н4> 
: m w w u : м
3^18
т
. r w a : 
; 4,*fhnrH>HJ>; r w m s : 
тчт
  (8)
>п
. 4*Mtr: f  г : ч»г*: r h r m  
a
> : m  
й
: 4
i
»
yd
: гь
гку
=
к
№ : )o»v/>: т гт ч ч л
: mrwj'': 
уы
 : i*wo#>чи1>? : у о м ч т  ч  w  
r
. ^1-гчч> $ : > ч у т н : ж*г: fHtNir»
ı
: >
hyav
^
s
 
>»>«m
: iM»b: 
тпн
 ч : 
m
r=u>: ı * T m r s : 
мга
>
уо
 : ı » r t ı : 
пун
 : 
1
*тчогчи>  <ı«) 
гтчг»: н ч т : 
гайтмг
» : у л у ч и л : птчл : n n  
: Y w r m ;  « н » т : 
гайтур
: v m *
Yıfxsf»: m « : f h ı m x r s : л т : гР*тгн 
чгайтуг
» 
od
 
: ifo**m:  ) # > « * п н т : ı w m : )и©#чт‘* : chrP
: »4чг«тхгчч>: этчю гхг
j
> : 
w m
 ; r x m : »нп#>»т: i x i : >ля4> : 
нчтгй
  <п) 
ч п
: iMiMH-r*: »
йн
'
й
Р4*>
уи
: prhPi©: гхт*н<ч
нч<ы: PfA>a: 
ш
< : 
wo

a
>u
: mriHD>o : чнчк м»$> s : )
ча
 : rA«w: ^
агамн
 
оз

лт
: 4*
hd
>
d
 : »
йа

гу
^
г
* : е 
уэт
-
гс
 >?: 
i ş t m n v j i
i f  
и
 : 1Ф ти :  4
j
>
vji
>«  : чи>
t
: i m : i« # sr< : xrsr<: ^
t u b y w
 : чча><»у^  (м> 

u n m

г ш
>; 4WD: т©*и>н:  iH>H; iBAvo 
: ♦hrf*hf>i): i» m w : 
чч
^
айу
^ : *b^w
: ^^hfBhrHhx  :  U 9 > ^ ifY « : * w a : ^
vh
 
os

>4¥4rw4hK: >4V>o: 
: гхн*ш: iA4Y4f<^: гн
: rhY44ıV>: 
n m t :
 г^^ун^^г: 
+иы>:
o m it: 
4
i
^
xhi
«
i
 : ^ ь т : ч м п : 
wn:
 ı>mı\>ANnM  (»<>)
ув: i» 9 : iM>DA«ıo : rxıp*b: 

Чхшъ
: г^н
4
н
MıY4: ım4ıY>: f*rhr»io; ннгь


: т а с : 
у
)
в
>
ятг
»
и
 :() 
н
»
йтг
<
у

т
:тл:
 n m  ::ıxi: ^?ью>4: 
*гтм
*: 
: i

гйу
^>«> : пт-ш : гночг?: 
гнрч
>4.
349

m
: HY
4
j> : jH>rtrr*h: rtı> w m u x : ъ + и п п н  
Yti: ı t r v v + c h 
t : 
s u w c v n y w
 : >v*n 
J
♦xkYM: ı^hf<: 
t+y
;  r m :  «4
o w a b
:  * h r w h :  4W f4«  :  r<4os  n 9) 
t
^
vd
 : )
vhayo
$-: rhT4MH>«o: 
: >$©>«ш>
: MtTHı^yo: 
dyha
»  ; гь
Yfi*: )YbANj/: 
гм
>
оч
»*
уо

w bcyar

мчн: ı гн
  (2о>
: г г т т ч г * : ı*iY£i¥.r>; ı>Hı»4!<>rf: 
: ıı
; r^4lbÄj>: 
titshiäh
 ; т т в и ч : ı»b*Yvw : 
>
ч у у ч
: RBrAhrYf*: m w Y H : i*Ymr*nrA>YD
: ı+runvh
 
ш
>
; >
yh
 : if^r^h: 
m

+
 4чг<ц?п : 
+ym:
 
1
 чзн: 
г
^^^
аг
*
ı+ h:  rt*T f o w w # * :
 ı«кл
444
>:
 1»Ь4>ЫЧ$  : 4W4»Y>l*HJ>>Y4>44,*,M>Wr
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin