Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə18/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

TABESİZ 
m ü r ə k k ə b
 
c ü m l ə
İki  və  ya  daha  artıq  sadə  cümlənin  tabesizlik  əlaqəsi  ilə 
struktur -  semantik cəhətdən  birləşən  və nisbi bitmiş fikir ifadə 
edən  cümləyə  tabesiz  mürəkkəb  cümlə  deyilir.  Müasir  türk 
dillərində olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də 
tabesiz mürəkkəb cümlələr iki sadə cümlədən, ikidən artıq sadə 
cümlədən,  bir sadə  və  bir tabeli  mürəkkəb cümlədən,  iki tabeli 
mürəkkəb cümlədən təşkil oluna bilər. Tabesiz mürəkkəb cümlə 
hətta  tabesiz  mürəkkəb  cümlələrin  birləşdirilməsi  vasitəsilə  də 
tərtib edilə bilər.
Qədim  türk  yazısı  abidələrinin  dilində  bağlayıcılar,  o 
cümlədən  tabesizlik  bağlayıcıları  inkişaf etmədiyi üçün tabesiz 
mürəkkəb  cümlənin  komponentləri  bir-biri  ilə,  əsasən, 
birləşdirici intonasiya ilə bağlanır.
187

Türk  dillərinin  bütün  tədqiqatçıları  bu  fikirdədirlər  k i, 
tabesiz mürəkkəb cümlələri  əmələ gətirən  sadə və  ya  digər  tip  
cümlələri  müstəqil  cümlələr  adlandırmaq  olmaz,  çünki  tabesiz 
mürəkkəb  cümlələri  tərtib  edən  cümlələr  bir-biri  ilə  m üəyən 
sintaktik  əlaqəyə  girdikdən  sonra  öz  müstəqilliklərini,  b ə z i 
dilçilərin  (A.A.Axundov)  fikrincə,  hətta cümləlik xüsusiyyətini 
itirir,  müstəqil  mübtəda  və  xəbərə  malik  xüsusi  növ  sintaktik 
vahid  xarakteri  kəsb  edir.  Dilçilərin  böyük  əksəriyyəti  bu 
fikirdədir  ki,  tabesiz  mürəkkəb  cümlələri  əmələ  gətirən 
cümlələrin  birləşməsi  təsadüfi  hal  deyildir,  onların  arasında 
daxili  əlaqə,  daxili  vəhdət  vardır.  Dilçilər  tabesiz  mürəkkəb 
cümlələrin  intonasiya,  habelə  tabesiz  bağlayıcılar və  intonasiya 
ilə  bağlandığım  qeyd  edərək  göstərirlər  ki,  «heç  də  hər  cür 
məzmuna  malik  cümlələrin  bu  bağlayıcı  vasitələrlə  birləşdiril­
məsi  tabesiz  mürəkkəb  cümlə  yaratmaz.  Tabesiz  mürəkkəb 
cümlə  məzmunca  bu  və  ya  digər  cəhətdən  bir-biri  ilə  əlaqədar 
olan  və ya bir bütöv kimi  nəzərdə  tutulan  bir neçə  iş,  hal,  hərə­
kət, əlaməti ifadə edən cümlələri  birləşdirir.  Buna görə də tərki­
bindəki  cümlələr  arasındakı  belə  qarşılıqlı  məzmun  bağlılığı 
tabesiz mürəkkəb cümlənin mahiyyətini,  həmin cümlələrin ara­
sında işlədilən  bağlayıcı  vasitələr  isə onun  yaranmasında formal 
cəhəti  təşkil  edir.  Bununla  bərabər,  tabesiz  mürəkkəb  cümləni 
əmələ gətirən  cümlələr ö/ sintaktik  quruluşları  ilə də vəhdətdə 
olur  ki,  bu  da  həmin  cümlələrin  qarşılıqlı  məzmun 
münasibətinin  ifadəsinə xidmət edən əlamətlərdir. Buna görə də 
tabesiz  mürəkkəb  cümlənin  əsas  xüsusiyyətlərindən  bəhs 
edərkən  bu  termindəki  «tabesiz»  sözünün  lüğəvi  mənasından 
çıxış  etmək  və  bu  mürəkkəb  cümlə  növünü  tabeli  mürəkkəb 
cümlələrdən  fərqləndirmək  üçün  tabesiz  mürəkkəb  cümlə 
daxilindəki  cümlələri  müstəqil  cümlə  şəklində  işlətməyin 
mümkün  olması  kimi  izah  etmək  məqsədəuyğun  deyil,  çünki 
mürəkkəb cümləni  təşkil  edən cümlələri müstəqil cümlələr kimi 
işlətdikdə  əvvəlki  vəziyyətdən  fərqli  olan  keyfiyyət dəyişikliyi 
baş verir».1
1 Ə.Z.Abdullayev, Y.A.Scyidov. A.Q.Hasonov. Müasir Azərbaycan dili, IV. 
Bakı,  1985, s.304.
18
$
MƏNA ƏLAQƏLƏR)
Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin 
dilində sadə cümlələrin hər cür yanaşı  işlənməsi onların tabesiz 
mürəkkəb cümlə əmələ gətirməsi demək deyildir. Yanaşan sadə 
cümlələrin tabesiz mürəkkəb cümlə əmələ gətirməsi üçün onla­
rın  arasında  müəyyən  semantik,  struktur  və  fonetik  əlaqələr 
yaranmalıdır.  İstər  müasir  türk  dillərində,  istərsə  qədim  türk 
yazısı  abidələrinin  dilində  tabesiz  mürəkkəb  cümlələrin  tərkib 
hissələrinin  qovuşub  sintaktik  vahid  yaratmasında  məna 
əlaqələri  əhəmiyyətinə  görə  ilk yerdə  durur;  tabesiz mürəkkəb 
cümlənin  komponentləri  ilk  növbədə  məna  əlaqələri  ilə  bir- 
birinə bağlanır.  Bu məna əlaqələri  bağlayıcılı tabesiz mürəkkəb 
cümlələrdə 
bağlayıcılar, 
bağlayıcısız 
tabesiz 
mürəkkəb 
cümlələrdə  isə  cümlənin  ümumi  məzmunu  ilə  ifadə  edilir. 
Dilçilər  bu  fikirdədir  ki,  tabesiz  mürəkkəb  cümlələri  təsnif 
edərkən  birinci  növbədə  onun  komponentləri  arasındakı  məna 
əlaqələri nəzərə alınmalıdır.
Qədim  türk  yazısı  abidələrinin  dilində  tabesiz  mürəkkəb 
cümlələri,  onun  komponentləri  arasındakı  məna  əlaqələrini 
müəyyənləşdirmək  çətindir,  çünki  abidələrin  dilində  bağlayı- 
cıların  inkişaf etməməsi  bir yana qalsın, abidələrin  mətnlərində 
heç bir semantik  vəzifi) daşımayan qoşa nöqtəni çıxsaq,  heç bir 
durğu  işarəsi  işlənmir.  Bütün  bunlara  baxmayaraq,  qədim  türk 
yazısı  abidələrinin  dilində  tabesi/  mürəkkəb  cümlənin 
komponentləri arasında işlənən bu məna əlaqələrini  göstərmək 
olar:
1.  Sadalama əlaqəsi.
2.  Aydınlaşdırma əlaqəsi.
3.  Səbəb-nəticə əlaqəsi.
4.  Qarşılaşdırma əlaqəsi.
5.  Birləşdirmə əlaqəsi.
6.  Qovuşma əlaqəsi.
189

SADALAMA  ƏLAQƏSİ
Sadalama 
əlaqəsində 
tabesiz 
mürəkkəb 
cümlənin 
komponertləri  sadalama  intonasiyası  ilə  tələffüz  edilir,  tərkib 
hissələri  arasında  məna  münasibəti  sadalanma  ilə  yaranır. 
Tabesiz  mürəkkəb  cümlənin  komponentlərinin  ifadə  etdiyi  iş, 
hərəkət  ya  eyni  zamanda,  ya  da  zaman  ardıcıllığı  ilə  -   biri 
digərinin ardınca icra edilir. Bu da bəzi qrammatika kitablarında 
göstərilən  zaman  və  ardıcıllıq  əlaqəsinə  uyğun  gəlir.  Kom­
ponentlər  arasındakı  hərəkətin  əlamətlərinə  görə  sadalanma 
əlaqəsinin iki tipini göstərmək olar:  1) eyni zamanlı sadalama və 
2) ardıcıl zamanlı sadalama.
Eyni zamanlı sadalama.  Dilçilik ədəbiyyatında çox  vaxt 
zaman  əlaqəsi  adlanan  bu  əlaqə  tabesiz  mürəkkəb  cümlənin 
ayn-ayn  komponentlərində  ifadə  olunan  iş  və  hərəkətin  eyni 
zamanda  icra  edildiyini  göstərir.  Mürəkkəb  cümlənin  tərkib 
hissələri  sadə  sadalama intonasiyası  ilə tələffüz edilir.  Hərəkət 
eyni  zamanda  icra  edildiyi  və  komponentlər  sadalama 
intonasiyası  ilə  təiəffiiz  edildiyi  üçün  sadalama  əlaqəsi  ilə 
əmələ  gələn  tabesiz  mürəkkəb  cümlənin  komponentlərinin 
sırasım  deyişdikdə  cümlənin  iimumi  məzmununa  xələl  gəlmir. 
Eyni  zamanlı  sadalama  əlaqəsi  ilə  əmələ  gələn  tabesiz 
mürəkkəb cümlənin komponentlərinin sayı  iki və daha çox olur, 
lakin komponentlərinin sayma məhdudiyyət qoyulmur.
1.  fki  komponenti  olan  tabesiz  mürəkkəb  cümlələr: 
Kamuğı  biş  otuz  sülədimiz,  üç  yegirmi  süQüşdimiz  (KT  ş  18) 
«Cəmi  iyirmi  dəfə  qoşun  çəkdik,  on  üç  dəfə  döyüşdük».  Tölis, 
tarduş  bodunığ antu  itmiş,  yabğuğ,  şcıdtğ anta  birmis  (KT 
ş
  13- 
14)  «Töliş və  tarduş  xalqlarını  o  zaman  təşkil  edilmiş,  yabğu  və 
şad  (adlarını)  o  zaman  vermiş».  Anta  kisro  inisi  kağan  bolmıs 
erinç,  oğlı ta kağan bolmıs  erinç  (KT  ş 4-5)  «Ondan sonra kiçik 
qardaşı xaqan olmuş, oğlu da xaqan olmuş» və s.
2.  Üç  komponenti  olan  tabesiz  mürəkkəb cümlələr:  llgərü 
kün  toğsıkda  Bökli  kağanka  təgi  sıiləyü  birmis,  kurığaru  Təmir 
kapığka  təgi  süləyü  birmis,  Tabğaç  kağanka  ilin,  törüsin  ali 
birmis  (KT  ş  8)  «Şərqə  gün  doğanda  Bökli  xaqanlığına  kimi 
qoşun  çəkmiş,  qərbə Dəmir  qapıya  kimi  qoşun  çəkmiş,  Tabğaç
190
xaqanma  elini,  qanununu  almış».  Taşra  yorıyur  tiyin  kü  esidip 
balıkdakı tağıkmıs, tağdakı inmis,  lirilip yetmiş ər bolmıs (KT ş
11-  12)  «Sərhəddən  kənarda  yürüş  edir  deyə  xəbər  eşidib 
şəhərdəki  dağa  qalxmış,  dağdakı  enmiş,  toplanıb  yetmiş  igid 
olmuş». İçigmə içikdi, bodun boltı, ölügmə ölti (BK ş 37) «Tabe 
olan tabe oldu, xalq oldu, ölən öldü».
3. 
Dörd  və  daha artıq  komponenti  olan tabesiz mürəkkəb 
cümlələr: İlligig ilsirətdimiz,  kağanlığığ kağansıratdımız,  tizligig 
sökürtimiz,  başlığığ  yüküntürətimiz  (KT  ş  18)  «Ellini 
elsizləşdirdik,  xaqanimi  xaqansızlaşdırdıq,  dizlini  çökdürdük, 
başlını  səcdə  etdirdik».  Tet}ri küç bertük üçün  illigig ilsirətmiş, 
kağanlığığ  kağansıratmış,  yağığ  baz  kilmiş,  tizligig  sökürmiş, 
başlığığ yüküntürmiş  (KT  ş  15)  «Tanrı  güc  verdiyi  üçün  ellini 
elsizləşdirmiş,  xaqanimi  xaqansızlaşdırmış,  yağını  tabe  etmiş, 
dizlini  çökdürmüş,  başlını  səcdə  etdirmiş».  TeQri  küç  birtük 
üçün  kaQım  kağan  süsi  bön  tag  ermiş,  yağısı  koy  tag  ermiş, 
ilgərü,  kurığaru  süləp  tirmiş,  kamuğı yeti yüz  ar bolmış  (KT ş
12-  13)  «Tanrı güc verdiyi  üçün atam  xaqanın qoşunu qurd kimi 
imiş, yağısı qoyun kimi imiş, şərqə, qərbə qoşun çəkib toplamış, 
hamısı  yeddi  yüz  igid  olmuş».  Kapağan  kağan  olwtı.  tün 
udımatı,  küntüz olurmalı, kızıl kanım tökti,  kara tarim yügürti (T 
51-52)  «Kapağan  xaqan  oturdu,  gecə  uyumadı,  gündüz 
oturmadı, qızıl qanımı tökdü, qara (ərimi yüyürtdü».
Eyni  zamanlı  sadalama  əlaqəsi  ilə  əmələ  gələn  tabesiz 
mürəkkəb cümlələr,  xüsusən  onların  iki  komponentliləri qədim 
türk yazısı  abidələrinin dilində tabesiz mürəkkəb cümlələrin ən 
geniş yayılmışı və ən çox işlənmişidir.
Ardıcıl  zamanlı  sadalama.  Dilçilik  ədəbiyyatında  bu, 
ardıcıllıq  əlaqəsi  adlanır.  Ardıcıl  zamanlı  sadalama  əlaqəsi  ilə 
omələ gələn tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində iş, 
hərəkət  müəyyən  ardıcıllaqla,  bir-birinin  ardınca,  sistemli 
şəkildə  baş verir  və  tabesiz  mürəkkəb  cümlənin  komponentləri 
ardıcıl  sadalama  intonasiyası  ilə  tələffüz  edilir.  Eyni  zamanlı 
sadalama  intonasiyası  ilə  əmələ  gələn  tabesiz  mürəkkəb 
cümlələrlə  ardıcıl  sadalama  əlaqəsi  ilə  əmələ  gələn  tabesiz 
mürəkkəb cümlələr bir-birinə oxşasa da, aralarında mühüm fərq
191

vardır:  1.  Eyni  zamanlı  sadalamada tabesiz mürəkkəb  cümlənin 
komponentlərinin  ifadə  etdikləri  iş,  hərəkət,  eyni  zamanda, 
ardıcıl  zamanlı  sadalamada  isə  tabesiz  mürəkkəb  cümlənin 
komponentlərinin  ifadə etdkiləri  iş,  hərəkət ardıcıl  şəkildə,  biri 
digərini  izləyərək,  birincidən  sonuncuya  doğru  ardıcıllıqla  icra 
olunur, biri icra olunmasa, digəri icra oluna bilməz, sanki birinci 
komponentdəki  iş,  hərəkətin  icrası  sonrakı  komponentdəki  iş, 
hərəkətin icrası üçün şərt, əsas olur.  2.  Eyni zamanlı sadalamada 
tabesiz mürəkkəb cümlənin komponentlərinin  sırasını  dəyişmək 
mümkün  olduğu  halda,  ardıcıl  zamanlı  sadalamada  tabesiz 
mürəkkəb  cümlənin  komponentlərinin  sırasını  dəyişmək 
mümkün deyildir.  Müqayisə et:  Qızlar oynayır,  oğlanlar əl çalır 
və  Oğlanlar əl çalır,  qızlar oynayır -  mümkündür;  Yağış yağdı, 
toz yatdı və  Toz yatdı, yağış yağdı -  ikinci mümkün deyildir.
Qədim  türk  yazısı  abidələrinin  dilində,  eyni  zamanlı 
sadalama  əlaqəsində  olduğu  kimi,  ardıcıl  zamanlı  sadalama 
əlaqəsi ilə əmələ gələn tabesiz mürəkkəb cümlələrin tərkibində 
iki  və  daha  aı tıq  komponent  olur.  Komponentlərin  sayma  görə 
bu tabesiz mürəkkəb cümlələri belə qruplaşdırmaq olar:
1.  İki  komponenti  olan tabesiz mürəkkəb cümlələr:  Türgiş 
kağan  süsi  Bolçuda  otça,  borça  kəlti,  sürjiişdimiz  (KT  ş  37) 
«Türgiş  xaqanının  qoşunu  Bolçuda  od  kimi,  şərab  kimi  gəldi, 
döyüşdük».  Kül  tigin  ögsiz  akın  binip  tokuz  ərig sançdı,  ördıığ 
birmədi  (KT  şm  8-9)  «Kül  tigin  yetim  ağ  atı  minib  doqquz 
döyüşçünü  qılıncdan  keçirtdi,  ordanı  vermədi».  Ol yılka  türgiş 
tapa  Altun yışığ aşa,  Ertis  ügüzig  keçə yorıdım.  türgiş  bodunığ 
uda  basdım  (BK  ş  27)  «Həmin  il  türgiş  xaqanına  qarşı  Altun 
meşəli  dağlarını  aşaraq,  İrtış  çayını  keçərək  yürüş eldim,  türgiş 
xalqını yuxuda basdım».
2. Üç  komponenti  olan  tabesiz mürəkkəb cümlələr:  Ekinti 
kün  kəlti,  örtçə  kızıp  kəlti,  siiQüsdimiz  (T  39-40)  «İkinci  gün 
geldi, alov kimi qızıb gəldi, döyüşdük». Kağamn anta ölürtimiz, 
ılın  altımız,  kara  türgiş  bodun  kop  içikdi  (KT  ş  38)  «Xaqanını 
orada  öldürdük,  elini  aldıq,  qara  türgiş  xalqı  tamamilə  tabe 
oldu».  Kül  tigin Az yağızın  binip  təgdi,  eki  ərig sançdı,  balıka
192
barmadı  (KT  şm  7-8)  «Kül  tigin  Az  kəhər atım  minib  hücum 
etdi, iki döyüşçünü qılıncdan keçirtdi, şəhərə getmədi».
3. 
Dörd və daha artıq komponenti olan tabesiz mürəkkəb 
cümlələr:  Yeti  otuz  yaşıma  kırkız  tapa  sülədim,  süQüg  batımı 
kanğ  sökipən  Kögmən  yışığ  toğa  yonp  kırkız  Bodunığ  uda 
basdım,  kağamn  birlə  So Qa yışda süQüşdim,  kağamn  ölürtim, 
ilin  anta  altım  (BK  ş  26-27)  «İyirmi  yeddi  yaşımda  qırğızlara 
qarşı  qoşun  çəkdim,  süngü  batımı  qarı  söküb  Kögmən  meşəli 
dağlarım  başıyuxarı  yürüyüb  qırğız  xalqını  yuxuda  basdım, 
xaqanı  ilə  Sona  meşəli  dağlarında  döyüşdüm,  xaqanını 
öldürdüm,  elini  orada  aldım».  Türgiş  kağan  süsi  otça,  borça 
kəlti,  Bolçuda süQüşdim,  kağamn, yabğusın,  şadın anta Ölürtim, 
ilin anta altım  (BK  ş  27-28)  «Türgiş xaqanının qoşunu od kimi
şərab  kimi  gəldi,  Bolçuda  döyüşdüm,  xaqanını,  yabğusunu, 
şadını orada öldürdüm,  elini o zaman aldım». Kam, süsi tirilmiş, 
siirjüsdimiz,  /canın  ölürtimiz,  kağanka  kırkız  bodunığ  içikdi, 
yükünti,  yantımız  (T  28)  «Xanı,  qoşunu  toplaşmış,  döyüşdük, 
xanını  öldürdük,  qırğız  xalqı  xaqana  tabe  oldu,  səcdə  etdi, 
qayıtdıq».  Yaydımız,  kağamn  tutdımız,  yabğusın,  sadın  anta 
ölürti,  əligçə  ər  tutdımız  (T  41-42)  «Yaydıq,  xaqanını  tutduq, 
yabğusunu,  şadını  orada öldürdü,  əllicə  döyüşçü (əsir)  tutduq». 
İnim Kül tigin kərgək boltı,  özim sakıntım,  körür közim körməz 
təg  bilir  biligim  bilməz  təg  boltı,  özim  sakıntım  (KT  şm  10) 
«Kiçik  qardaşım  vəfat  etdi,  özüm  düşündüm,  görən  gözüm 
görməz kimi, iti ağlım bilməz kimi oldu, özüm düşündüm».
Sadalama  əlaqəsi  ilə  əmələ  gələn  tabesiz  mürəkkəb 
cümlələrin  komponentlərinin  saymı  istənilən  qədər  artırmaq 
olar. Belə cümlələr sonu açıq quruluşlu cümlələr adlanır.
Qədim 
türk  yazısı  abidələrinin  dilində  sadalama 
intonasiyasının  hər  iki  tipi  (eyni  zamanlı  sadalama  və  ardıcıl 
zamanlı sadalama) ilə əmələ gələn tabesiz mürəkkəb cümlələrin 
işlənməsi geniş yayılmışdır.
193

AYDINLAŞDIRMA  ƏLAQƏSİ
Aydınlaşdırma  əlaqəli  tabesiz  mürəkkəb  cümlələrdə 
birinci  komponentdə  ifadə  olunan  fikir  sonra  gələn  komponent 
və  ya  komponentlər  vasitəsilə  aydınlaşdırılır.  Belə  tabesiz 
mürəkkəb  cümlələrdə  sonra  gələn  komponentlər  birinci 
komponenti  bütövlükdə  yox,  onun  bu  və  ya  digər  üzvünü 
aydınlaşdırır. 
Qədim 
türk 
yazısı  abidələrinin 
dilində
aydınlaşdırma əlaqəli  tabesiz mürəkkəb cümlələrdə  sonra gələn 
komponentlər  birinci  komponenti  ya  mübtədaya,  ya  xəbərə,  ya 
da tamamlığa görə aydınlaşdırır.
Mübtədaya  görə  aydınlaşdırma.  Mübtədaya  görə 
aydınlaşdırma  əlaqəsi  ilə  əmələ  gələn  tabesiz  mürəkkəb 
cümlələrdə  birinci  komponentin  mübtədası  sonra  gələn 
komponent  və  ya  komponentlər  vasitəsilə  aydınlaşdırılır,  izah 
olunur.  Sonra  gələn  komponent  və  ya  komponentlər  mənaca 
birinci  komponentin  mübtədası  ilə  bağlı  olur  və  bütün  birinci 
cümləni  yox,  təkcə  onun  mübtədasını  aydınlaşdırır;  məsələn: 
Barduk  yirdə  ödgüg  ol  erinç:  kaljm  subçƏ  yügurti,  süljügirj 
tağça yatdı,  həglig  w ı  oğlıf) kıtl  boltı,  silig  kız oğlu) kü!) boltı 
(KT  ş  24)  «Getdiyin  yerdə  yaxşısı  o  idi:  qanın  su  kimi  axdı, 
sümüyün dağ  kimi  yatdı,  bəylik nəsli davam etdirməli oğulların 
qul  oldu,  bakirə  qızların  kəniz  oldu».  Ida,  taşda  kalmısı 
kobranıp yeli yüz ər boltı:  iki ülügi atlığerti,  bir ülügi yadağ erti 
(K  4)  «Kolda,  daşda  qalmışı  toplanıb  yeddi  yüz  ər  oldu:  iki 
hissəsi  atlı  tsüvari)  idi,  bir  hissəsi  piyada  idi».  İngək,  köligin 
Toğlada Oğuz kolü: siisi altı  biQ ermis,  biz  iki biljertimiz (T  15-
16)  «İnək  və  yük  heyvanları  ilə  Tağlada  oğuzlar  gəldi:  qoşunu 
altı min imiş, biz iki min idik».
Xəbərə  görə  aydınlaşdırma.  Xəbərə  görə  aydınlaşdırma 
əlaqəsi  ilə  əmələ  gələn  tabesiz  mürəkkəb  cümlələrdə  birinci 
komponentin xəbəri sonra gələn komponent və ya komponentlər 
vasitəsilə  aydınlaşdırılır.  Mübtədaya  görə  aydmlaşdırılmada 
olduğu  kimi,  burada  da  aydınlaşdırım  komponent  bütövlükdə 
birinci  komponentlə  deyil,  təkcə  onun  xəbəri  ilə  aydınlaşdırma 
əlaqəsinə dirir; məsələn:  Türgis kağanta körüg kəlti,  sabı antəg:
194
öfjdin  sü yoralım,  tinıis  (T  29)  «Türgiş  xaqanından  casus  gəldi, 
sözü  elə:  şərqdən  qoşun  yürüdək,  -  demiş».  Körüg sabı  antağ: 
tokuz oğuz bodun  üzə kağan olurtı,  - tir (T 9) «Casusun sözü elə: 
doqquz  oğuz  xalqı  üzərində  xaqan  oturdu,  -  deyir».  ...mənir) 
sabım  sımadı:  ...  içrə ki  bədizçi  ıtı  (BK  şm  14)  «...  mənim 
sözümü sındırmadı:  ...  saray naxışçısını göndərdi».
Tamamlığa  görə  aydınlaşdırma.  Tamamlığa  görə 
aydınlaşdırma  əlaqəsi  ilə  əmələ  gələn  tabesiz  mürəkkəb 
cümlələrdə  birinci  komponentin  tamamlığı  sonra  gələn 
komponent  (komponentlər)  vasitəsilə  aydınlaşdırılır;  məsələn: 
Bir yılka  tört yolı  sürjiişdim:  ən  ilki  Toğu  balıkda sü/Jüşdim,  ... 
ekinti  Antarğııda  sü/Jiişdim,  süsin  sancdım,  ilin  altım,  üçünç 
Çuğay  başınta  sürjüşdim  (BK  ş  30)  «Bir  ildə  dörd  dəfə 
döyüşdüm:  ilk  dəfə  Toğu  şəhərində  döyüşdüm,  ...  ikinci  dəfə 
Antarğuda  döyüşdüm,  qoşununu  qırdım,  elini  aldım,  üçüncü 
dəfə  Çuğay  başında  döyüşdüm».  Tabğaçğaru  Kum  sətjinig 
ıdmıs,  Kıtayğaru  Totjra Solig tdmıs,  sab ança ıdmıs: azkıya türk 
bodun yorıyur eımis,  kağanı  alp ermis,  ayğuçısı  bilgə ermis  (T 
9-10)  «Tabğaça  Kunı  sənünü  göndərmiş,  Kıtaya  Səmi 
göndərmiş,  xəbəri  belə  göndərmiş:  azacıq  türk  xalqı  yürüş 
edirmiş, xaqanı  igid imiş, məsləhətçisi müdrik imiş».
SƏBƏB-NƏTİCƏ ƏLAQƏSİ
Tabesiz  mürəkkəb  cümlənin  komponentlərini  bir-birinə 
bağlayan  məna  əlaqələrindən  biri  də  səbəb-nəticə  əlaqəsidir. 
Səbəb-nəticə  əlaqəsində  əvvəl  gələn  komponentlərdə  ifadə 
olunan  iş,  hərəkət  sonra  gələn  komponentdə  ifadə  olunan  iş, 
hərəkət  üçün  səbəb,  sonra  gələn  komponentdə  ifadə olunan  iş, 
hərəkət  əvvəl  gələn  komponentdə  ifadə  olunan  iş,  hərəkətin 
nəticəsi  olur;  qısası,  tabesiz  mürəkkəb  cümlənin  əvvəlki 
komponenti  səbəb,  sonrakı  komponenti  isə  nəticəni  ifadə  edir. 
Buna  görə  də  bu  əlaqə  səbəb-nəticə  əlaqəsi  adlanır. 
Komponentlərinin  sayı  qeyri-məhdud  olan  sadalama  əlaqəli 
tabesiz  mürəkkəb  cümlələrdən  fərqli  olaraq,  səbəb-nəticə 
əlaqəli  tabesiz  mürəkkəb  cümlələrdə  komponentlərin  sayı
195

məhduddur:  bu  mürəkkəb  cümlələrdə  komponentlərin  sayı 
ikidən  artıq  olmur;  birinci  komponent  icranın  səbəbini,  ikinci 
komponent  isə  icranın  nəticəsini  bildirir.  Səbəb-nəticə  əlaqəli 
tabesiz  mürəkkəb  cümlələrin  komponentlərinin  yerini,  sırasını 
dəyişmək  olmaz,  çünki  komponentlərin  sırasını  dəyişdikdə 
mürəkkəb cümlənin ümumi məzmununa xələl gəlir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  səbəb-məqsəd 
əlaqəli tabesiz mürəkkəb cümlələrin işlənməsi o qədər də geniş 
yayılmamışdır,  lakin  onların  işlənməsinə,  hər  halda,  kifayət 
qədər təsadüf edilir; məsələn:  Ötükən yışdayig idi yok ermiş,  il 
tutsıkyir Ötükən yiş ermiş (КТ  c 4) «Ötiikən meşəli dağlarında 
yaxşı sahib yox  imiş,  el  tutmalı yer ötükən meşəli dağlan imiş». 
Arık  ok  sən,  açsık,  tosık  öməzsən  (КТ  c  8)  «Arıq  oxsan, 
aclıq,toxluq  bilməzsən».  Az  bodun  yağı  boltı,  Kara  költə 
süQüşdimiz  (KT  şm  2)  «Az  xalqı  yağı  oldu,  Qara  göldə 
döyüşdük» və s.
QARŞILAŞDIRMA ƏLAQƏSİ
Dilçilik  ədəbiyyatında  bu  əlaqə  bəzən  ziddiyyət- 
qarşılaşdırma  əlaqəsi  də  adlanır.  Qarşılaşdırma  əlaqəsində 
tabesiz  mürəkkəb  cümlənin  komponentlərində  ifadə  olunan  iş, 
hərəktin  icrası  məzmunca  qarşılaşdırılır,  biri  digərinə  qarşı 
qoyulur.
Qədim  türk  yazısı  abidələrinin  dilində  qarşılaşdırma 
əlaqəli tabesiz mürəkkəb  cümlələrin  işlənməsi o qədər də geniş 
yayılmamışdır.  Abidələrin  dilində  qarşılaşdırma  əlaqəli  tabesiz 
mürəkkəb  cümlələrdə  sonra  gələn  komponentdəki  fikir,  iş, 
hərəkətin  icrası  əvvəl  gələn  komponentdəki  fikir  digər 
komponentdəki  fikir,  iş,  hərəkətin icrasına qarşı qoyulur, onunla 
müqayisə  edilir.  Qarşılaşdırma  əlaqəli  tabesiz  mürəkkəb 
cümlələr,  adətən,  iki  komponentdən  ibarət  olur,  çünki,  artıq 
deyildiyi  kimi,  belə  cümlələrdə  bir  komponentdəki  fikir  digər 
komponentdəki  fikrə  qarşı  qoyulur,  onunla qarşılaşdırılır. Lakin 
bu  heç  də  o  demək  deyildir  ki,  bu  mürəkkəb  cümlələrin  ikinci 
komponenti,  bəzi  tədqiqatçıların  iddia  etdiyi  kimi,  mütləq  bir 
sadə  cümlədən  ibarət  olmalıdır.  Qarşılaşdırma  əlaqəli  tabesiz
196
mürəkkəb  cümlənin  ikinci  komponenti  kimi  tabeli  mürəkkəb 
cümlə, hətta sadalama əlaqəli tabesiz mürəkkəb cümlə də (sadə 
cümlənin həmcins üzvlərində olduğu kimi) işlənə bilər.
Qədim  türk  yazısı  abidələrinin  dilində  bağlayıcılar,  o 
cümlədən  ziddiyyət  bağlayıcıları  inkişaf  etmədiyi  üçün 
qarşılaşdırma 
əlaqəli 
tabesiz 
mürəkkəb 
cümlələrin 
komponentləri  bir-birinə  məna  əlaqəsi  və  intonasiya  ilə 
bağlanır;  məsələn:  İlgərii  ŞantutJ yazıka  təgi  sülədim,  taluyka 
kiçig  təgmədim  (KT  c  3)  «Şərqə  Şandun  düzünə  kimi  qoşun 
çəkdim, dənizə azacıq çatmadım».  Tefjri küç bertük üçün ka Qım 
kağan süsi böri təg ermis, yağısı köy təg ermiş (KT ş  12) «Tanrı 
güc  verdiyi  üçün  atam  xaqanın  qoşunu  qurd  kimi  imiş,  yağısı 
qoyun kimi imiş».  Tokuz oğuz bodun kəntü bodunım erti,  tetjıi, 
yer bulğakın üçün  vağı  boltı  (KT şm 4)  «Doqquz oğuz xalqı öz 
xalqım idi, tanrı, yer qarışdığı üçün yağı oldu» və s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  qarşılaşdırma 
əlaqəli  tabessiz  mürəkkəb  cümlənin  komponentləri  arasında, 
nümunələrdən  də  göründüyü  kimi,  üç  məna  çaları  özünü 
göstərir:  güzəştli  qarşılaşdırma,  ziddiyyətli  qarşılaşdırma  və 
müqayisəli qarşılaşdırma.
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin