Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru


QRAMMATİK  CƏHƏTDƏN  CÜMLƏ ÜZVLƏRİ  İLƏ



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə17/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

QRAMMATİK  CƏHƏTDƏN  CÜMLƏ ÜZVLƏRİ  İLƏ 
BAĞLI  OLMAYAN SÖZLƏR
Qedim  türk yazısı  abidələrinin  dilində  cümlə  quruluşunda 
elə  sözlər  də  iştirak  edir  ki,  onlar  cümlənin  əmələ  gəlməsində 
bilavasitə  iştirak etmir,  cümlə üzvü  olmur,  cümlə üzvlərinin  heç 
birinin  suallarına  cavab  vermir,  cümlə  üzvlərinin  heç  biri  ilə 
sintaktik  əlaqəyə  girmir,  amma  cümlədə  iştirak  edən  digər 
sözlərlə, cümlə üzvləri  ilə müəyyən məna əlaqəsində olur.  Belə 
sözlər  ya  müraciət,  ya  da  cümlədə  söylənilən  fikrə  münasibət 
məqsədi  ile  işlədilir.  Bu  sözlər  cümlədə  müəyyən  sintaktik
176
vəzifə  daşımadığı,  cümlə  üzvü  olmadığı,  cümlə  üzvlərinin 
süallarma cavab vermədiyi,  cümlədə  iştirak edən  digər sözlərlə 
-   cümlə  üzvləri  ilə  qrammatik  (sintaktik)  əlaqəyə  giımədiyi 
üçün  qrammatik  cəhətdən  cümlə  üzvləri  ilə  bağlı  olmayan 
sözlər  adlandırılır  və  iki  qrupda  birləşdirilir:  1)  xitab,  2)  ara 
sözlər və ara cümlələr.
XİTAB
Qədim  türk yazısı  abidələrinin  dilində cümlədə  müraciət 
məqsədilə işlədilən sözlərə xitab deyilir. Mübtəda kimi xitab da 
ismin adlıq halında işlədilir.  Buna görə də çox vaxt mübtəda ilə 
xitabı  qarışdırırlar.  Mübtəda  ilə  xitab  arasında  bir  sıra  fərqli 
cəhətlər vardır:
1.  Mübtəda  da,  xitab  da  ismin  adlıq  halmda  olur,  lakin 
mübtəda  adi  tonla,  xitab  isə  xüsusi  intonasiya,  yüksək  tonla 
tələffüz edilir.
2.  Mübtəda cümlə üzvüdür, xitab isə cümlə üzvü olmur.
3.  Cümlə üzvü  kimi  mübtəda müəyyən suala cavab verir, 
xitab isə heç bir suala cavab vermir.
4.  Cümlə  üzvü olduğu üçün mübtəda digər cümlə üzvləri 
ilə  sintaktik  əlaqəyə  girir,  xitab  isə  cümlədə  işlənən  sözlərin 
heç biri ilə sintaktik əlaqəyə girmir.
5.  Düzgün  cümlə  quruluşunda  mübtəda  xəbərdən  əvvəl 
işlənir, xitabın isə cümlədə sabit işlənmə yeri yoxdur.
6.  Mübtədanın  cümlədəki yerini  dəyişdikdə  bu, cümlənin 
mənasına,  qrammatikasına  təsir  göstərir,  xitabın  cümlədə 
işlənmə  yerini  dəyişdikdə  isə  bu,  cümlənin  mənasına, 
qrammatikasına təsir göstərmir.
7.  Mübtədamn  məzmunu  ilə  forması  uyğun  gəlir,  yəni 
mübtəda  məzmunca  hansı  şəxsi  bildirirsə,  formaca  da  həmin 
şəxsə aid olur, xitab isə məzmunca ikinci şəxsə aid olduğu halda 
formaca üçüncü şəxsi bildirir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  xitablar,  geniş 
şəkildə  işlənir.  Müasir  türk  dillərində  olduğu  kimi,  abidələrin 
dilində  də  xəbər  xitabla  deyil,  mübtəda  ilə  uzlaşır;  məsələn: 
Bilgə  Tonyukuk  -  Boyla  Bağa  Tarkan  birlə,  İltəris,  kağan
111

bolayın 
(T  6-7)  «Müdrik  Tonyukuk -   Boyla  Bağa  Tarkan  ilə, 
İltəris,  xaqan  olaq».  Ol 
yirg ərü   barsar,  türk  bodun,  öltəçi  sən 
(КТ  c  8)  «O  yerlərə  getsən,  türk  xalqı,  öləsisən».  
Qar  körü 
biliQ,  türk  am tı  bodun,  bəglər,  bödkə  körigm ə  bəglər,  gü 
yaQ ıltaçı  siz 
(КТ  c  11)  «Ona  baxaraq  bilin,  indiki  türk  xalqı, 
bəyləri, taxta tabe bəylər, axı yanılasısınız».
Qədim  türk  yazısı  abidələrinin  dilində  xitablar  quruluşca 
sadə və mürəkkəb olur:
L  Sadə xitablar bir  sözdən  ibarət  olur;  məsələn:  Tabğaç, 
beridənyən  təg  (T  11)  «Tabğaç,  cənub  tərəfdən  hücum  et». 
Kıtap,  ötjdənyən  təg  (T  11)  «Kıtay,  şərqdən  hücum  et».  В il gə 
Tonyukuk -   Boyla  Bağa  Tarkan  birlə,  İltəris,  kağan  bolayın  (T 
6-7) «Müdrik  Tonyukuk -  Boyla Bağa Tarxan  ilə,  İltəris, xaqan 
olaq».
2. 
Mürəkkəb  xitablar  söz  birləşmələri  ilə  ifadə  olunur; 
məsələn:  Ol yirgərü barsar,  türk bodun,  öltəçi sən (KT c 8) «O 
yerlərə  getsən,  türk  xalqı,  öləsisən».  ...  tokuz  oğuz  bəgləri. 
bodunı,  bu  sabımın  edgüti  esid,  katığdı  tiQlə  (KT  c  2)  «... 
doqquz oğuz bəyləri,  xalqı,  bu  sözümü  yaxşıca eşil,  möhkəmcə 
dinlə».  Ögim  Шип,  ulayu  öglərim,  əkələrim,  kəliQünim, 
kunçuylarım,  bunça  tirigi  kül) boltaçı  erti,  ölügi  yunda,  yolla 
yatu  kaltaçı  ertigiz  (KT  şm  9)  «Anam  xatun,  digər  analarım, 
böyük bacılarım, gəlinlərim, xanımlarım, bunça diriləriniz kəniz 
olası idi, ölüləriniz yurdda, yolda yataraq qalası idi».
ARA SÖZLƏR VƏ ARA CÜMLƏLƏR
Qədim  türk  yazısı  abidələrinin  dilində  bir  qrup  sözlür 
vardır ki, bunlar cümlədəki  digər sözlərlə qrammatik (sintaktik) 
əlaqəyə  girmir,  heç  bir  suala  cavab  vermir  və  cümlə  üzvü  də 
olmur, təkcə  ifadə olunan  fikrə münasibət bildirir.  Belə  sözlərə 
ara sözlər deyilir.
Qədim türk yazısı abidələrinin dilində ara sözlər az işlənir. 
Abidələrin  dilində  ara  söz  hesab  edilə  biləcək  bu  sözlərə 
təsadüf edilir:
azu «məgər»; ədat;
178
erinç  «yəqin,  güman  ki,  mümkün»;  təsdiq,  ehtimal 
bildirən ədat;
kük güman bildirən ədat;
ok «məhz, lap, da, də»; ifadə və mənanı gücləndirən ədat; 
ök «da, də»; ifadə və mənanı gücləndirən ədat; 
ğu  və    -   ara  sözlərinin  lüğətlərdə  tərcüməsi  yoxdur, 
lakin axı kimi tərcümə edilə  bilər.
Bu sözlərin abidələrin mətnlərində işlənməsinə az təsadüf 
edilir;  məsələn:  Azu bu sabunda igid barğu (KT c  10) «Məgər 
bu  sözümdə  yalan  varmı?»  Türk  amtı  bodun,  bəglər,  bödkə 
körigmə  bəglər,  gü yaQıltaçı  siz  (KT  c  11)  «İndiki  türk  xalqı, 
bəyləri,  taxta tabe bəylər, axı  yazılasısınız».  Yayduk yolta yəm ə 
ölti kük (T  16) «Sopələndkiləri yollarda da, güman ki, öldülər». 
Ben özüm  uzun yəlmok ıtım  ok (T 52)  «Mən  özüm  uzun  süvari 
dəstələri,  əlbəttə,  göndərdim».  Bini -  Oğuzığ Ölürtəçİ ök,  -  tir 
mən (T 11) «Məni  Oğuzu öldürəsidir, hökmən, deyirəm».
Bu  ara  sözlərindən  qədim  türk yazısı abidələrinin  dilində 
ən  çox  işlənən  erinç  sözüdür;  məsələn:  Buyurukı yəmə  bilgə 
ermis  erinç.  alp  er mis erinç  (KT  ş  3)  «Buyuruqları  da  müdrik 
imiş,  igid imiş». Anı üçün ilig ança tulmıs erinç (KT ş 3) .«Onun 
üçün  eli  eləcə  düzəltmiş».  Anta kisrə  inisi kağan bolmıs erinç, 
oğlı ta kağan bolmuş erinç. Anta kisrə inisi eçisin təg kılwmaduk 
erinç,  oğlı  kafjım  təg  kıltnmaduk erinç,  biligsiz  kağan  olurmıs 
erinç. yablak kağan olurmıs erinç. Buyurukı yəm ə biligsiz erinç, 
yablak ermis erinç (KT ş 4-5) «Ondan sonra kiçik qardaşı xaqan 
olmuş,  oğlu  da  xaqan  olmuş.  Ondan sonra  kiçik qardaşı  böyük 
qardaşı  kimi  olmadığı,  oğlu  atası  kimi  olmadığı  üçün  biliksiz 
xaqan oturmuş,  pis  xaqan oturmuş. Buyuruklan da biliksiz imiş, 
pis imiş».
Qədim türk yazısı abidələrinin dilində ara cümlələr də ara 
sözlərin  vəzifəsini  icra edir, cümlədəki fikrə münasibəti bildirir. 
Abidələrin  dilində  ara  cümlələrin  işlənməsinə  nadir  hallarda 
təsadüf  edilir;  məsələn:  AQuru  süləməsər,  kaç  nət)  ersər,  ol 
bizni,  kağam  alp  ermis,  ayğuçısı  bilgə  ermis,  kaç  nəf)  ersər 
ölürtəçi  kük (T 20-21)  «Ona  qarşı  qoşun  yürütməsək,  hər necə 
olsa,  o  bizi,  xaqanı  cəsur  imiş,  məsləhətçisi  müdrik  imiş,  hər
179

necə  olsa,  (bizi)  öldürəcəkdir».  Yorımasar,  bizni,  kağanı  aip 
ermis,  ayğuçısı  bilgə  ermis,  kaç nə/J ersər,  bizni ölürtəçi kük (T 
29-30)  «Yürüş  etməsək,  bizi,  xaqanı  igid  imiş,  məsləhətçisi 
müdrik imiş, hər necə olsa, bizi öldürəsidir».
SADƏ  CÜMLƏNİN  STRUKTUR-SİNTAKTİK TİPLƏRİ
Sadə cümlə, ümumiyyətlə, cümlə dedikdə ilk növbədə baş 
üzvləri  -   mübtədası  və  xəbəri,  ikinci  dərəcəli  üzvləri  -  təyini, 
tamamlığı  və  zərfliyi  olan  cümlələr  təsəvvürə  gəlir.  Sadə 
cümlədə  xitab,  ara  söz  və  ara  cümlələr  də  iştirak  edə  bilər. 
Lakin  bu,  klassik  sadə  cümlə  haqqında  olan  təsəvvürdür.  Sadə 
cümlə  məfhumuna  daha  geniş  anlayışlar  daxildir.  Məsələn,  ola 
bilər  ki,  tam  formalaşmış  sadə  cümlədə  baş üzvlərdən biri -  ya 
mübtəda,  ya  da  xəbər  -   iştirak  etməsin,  iştirakına  ehtiyac  da 
olmasın,  hətta  iştirakı  təsəvvürə  də  gətirilə  bilməsin.  Ola  bilər 
ki,  baş  üzvlərin  biri  və  ya  hər  ikisi  buraxılsın  (lakin  təsəvvürə 
gətirilsin).  Ola  bilər  ki,  cümlə  ümumiyyətlə  üzvlərinə 
ayrılmasın -  cümlə  üzvlərinə  ayrılmalı  sözlər olmasın.  Bu cürə 
müxtəlif  baxımlardan  yanaşdıqda  sadə  cümlənin  müxtəlif 
növlərini  göstərmək  olar.  Hər  şeydən  əvvəl  cümləni  üzvlərinə 
aynlıb-ayrılmamasma  görə  iki  qrupa  ayırırlar:  1)  üzvlərinə 
parçalanmayan  -   üzvlənməyən  sadə  cümlələr  və  2)  üzvlərinə 
parçalanan -  üzvlənən sadə cümlələr.
Müasir türk dillərində dialoji  nitqdə elə sözlər işlədilir ki, 
bu sözlər ətrafına izahedici sözlər toplamadan təklikdə müxtəlif 
növlü  bütöv  cümlələrə  cavab  olur,  müxtəlif  növlü  cümlələri 
əvəz  edir,  bütöv  cümlə  təsiri  bağışlayır.  Dilçilik ədəbiyyatında 
belə  sözlərə  cümlə  əvəzləri,  söz-cümlə  deyilir.  Bü  tip  söz- 
cümlələr üzvlərinə ayrıla bilmir, daha doğrusu, bunlarda üzvlərə 
ayırmaq  üçün  söz  olmur.  Bu  tip  söz-cümlələri  üzvlənməyən 
cümlələr  adlandırırlar.  Məsələn,  müasir  Azərbaycan  dilində 
dialoq məqamında cavab kimi işlədilən bəli, xeyr, yox,  baş üstə, 
yaxşı,  bəs  necə,  əlbəttə,  qətiyyən,  yox-yox,  hə,  bəlkə  də  və  s. 
sözlər buna nümunə olar. Qədim türk yazısı abidələrinin dilində 
belə  söz-cümlələrin  işlənməsinə,  ümumiyyətlə  üzvlərinə 
bölünməyən cümlələrin işlədilməsinə təsadüf edilmir.
180
ÜZVLƏNƏN SADƏ CÜMLƏLƏR
Qədim  türk  yazısı  abidələrinin  dilində  təkcə  üzvlərinə 
bölünən  sadə  cümlələr  işlənir.  Tərkibində  işlənən  cümlə 
üzvlərinə ayrıla bilən cümlələrə üzvlənən cümlə deyilir.Qədim 
türk yazısı abidələrinin dilində üzvlənən sadə cümlələrin zəngin 
tipləri mövcuddur.
Cümlə  üzvlərinin  iştirakına  görə  qədim  türk  yazısı 
abidələrinin dilində işlənən üzvlənən sadə cümlələri belə təsnif 
etmək olar:
1.  Baş  üzvlərin  iştirakına  görə:  1)  təktərkibli  sadə  cüm­
lələr, 2) cüttərkibli sadə cümlələr.
2.  Baş  üzvlərlə  yanaşı  ikinci  dərəcəli  üzvlərin  də  iştirak 
edib-etməməsinə görə:  1) sadə geniş cümlələr, 2) sadə müxtəsər 
cümlələr.
3.  Baş  və  ikinci  dərəcəli  üzvlərin  buraxılıb-buraxılma- 
masma görə:  1) sadə bütöv cümlələr, 2) sadə yarımçıq cümlələr.
Baş  üzvlərin  hər  ikisinin  işləndiyi  və  ya  işlonmədikdə 
bərpası  mümkün  olan  cümlələrə  cüttərkibli  cümlələr  deyilir. 
Baş üzvlərdən  təkcə biri  iştirak edən və iştirak etməyən üzvün 
bərpası  mümkün  olmayan  cümlələrə  təktərkibli  cümlələr 
deyilir.  Təkcə  baş  üzvlərdən  ibarət  olan  sadə  cümlələr  müxtə­
sər,  baş üzvlərdən əlavə  ikinci dərəcəli  üzvlərdən,  heç olmasa, 
biri  və  ya  hamısı  iştirak  edən  cümlələr  sadə  geniş  cümlələr 
adlanır. Baş üzvlərinin hər ikisinin iştirak etdiyi cümlələr bütöv, 
baş üzvlərdən birinin və ya hər ikisinin buraxıldığı cümlələr isə 
yarımçıq cümlələr adlanır.
TƏKTƏRKİBLİ  SADƏ CÜMLƏLƏR
Qədim  türk  yazısı  abidələrinin  dilində  cümlələrin  bir 
hissəsində baş üzvlərdən yalnız biri -  ya mübtəda,  ya da xəbər 
iştirak  edir.  Belə  cümlələrdə  mübtəda  iştirak  edirsə,  xəbərə, 
xəbər iştirak edirsə,  mübtədaya ehtiyac olmur.  Hansı baş üzvün 
İştirak etməsindən asılı olaraq bu tip sadə cümlələr ya mübtəda 
qütbü,  ya  da  xəbər qütbü  əsasında  formalaşır.  Ya  mübtəda,  ya 
da  xəbər  qütbü  əsasında  formalaşan  cümlələri  təktərkibli  sadə
181

cümlələr  adlandırırlar.  Formalaşdığı  qütbdən  asılı  olaraq 
təktərkibli sadə cümlələri iki hissəyə bölürlər:
1.  Mübtəda  qütbü  əsasında  formalaşan  təktərkibli 
cümlələr.
2.  Xəbər qütbü əsasında formalaşan təktərkibli cümlələr.
Qədim  türk  yazısı  abidələrinin  dilində  mübtəda  qütbü
əsasında  formalaşan  təktərkibli  cümlələrin  bir  tipi  -   adlıq 
cümlələr, 
xəbər  qütbü  əsasında 
formalaşan  təktərkibli 
cümlələrin  dörd  tipi  -   şəxssiz  ciimlə,  qeyri-müəyyən  şəxsli 
cümlə, ümumi şəxsli cümlə və imperativ cümlələr işlənir.
Adlıq  cümlələr.  Bitmiş  bir  Fikir  ifadə  edən,  lakin  xəbəri 
olmayan  bir  sözə  və  ya  söz  birləşməsinə  adlıq  cümlə  deyilir. 
Adlıq cümlələr adlıq halda olan isim, hər hansı substantivləşmiş 
nitq  hissəsi  və  söz  birləşməsi  ilə  ifadə  edilir.  Adlıq  cümlələr 
sözlərdən  və  söz  birləşmələrindən  iki  xüsusiyyətinə  görə 
fərqlənir:  adlıq  cümlələrdə  fikir  bitkinliyi  və  intonasiya 
bitkinliyi  olur.  Qədim  türk  yazısı  abidələrinin  dilində  adlıq 
cümlələr  yox  dərəcəsindədir.  Məlum  güzəştlə  aşağıdakı 
cümləni  adlıq  cümlə  kimi  qəbul  etmək  olar:  Bu  bitig  bitigmə 
atısı  Yolığ tigin (КТ с  13) «Bu yazını yazan kiçik qohumu Yolığ 
tigin».
Şəxssiz  cümlə.  Şəxssiz  cümlələr  xəbər  qütbü  əsasında 
formalaşır.  Şəxssiz  cümlələrin  mübtədası 
olmur  və  onları 
təsəvvür etmək də mümkün deyildir.  Mübtədası iştirak etməyən 
cümlələrlə  şəxssiz  cümlələri  qarışdırmaq  olmaz:  mübtədası 
iştirak etməyən cümlələrdə mübtədanı bərpa etmək olur, şəxssiz 
cümlələrdə isə mübtəda ümumiyyətlə olmur.
Qədim  türk  yazısı  abidələrinin  dilində  şəxssiz  cümlələr, 
demək  olar  ki,  işlənmir.  Təkcə  bu  cümləni  şəxssiz  cümlə  kimi 
götürmək olar: Kantayın? (T 33) «Necədir?»
Qeyri-müəyyən  şəxsli  cümlələr.  Xəbər  qütbü  əsasında 
formalaşan  təktərkibli 
sadə  cümlələrin  bir  növü  də  qeyri- 
müəyyən  şəxsli  cümlələrdir.  Qeyri-müəyyən  şəxsli  cümlələrdə 
mübtəda  qeyri-müəyyən  olur  və  müstəqim  mübtəda  kimi  üzə 
çıxmır.  Şəxssiz  cümlələrlə  qeyri-müəyyən  şəxsli  cümlələrin 
əsas fərqi bundadır ki,  şəxssiz cümlədə mübtəda iştirak etmir və 
onu  təsəvvürə  gətirmək  də  mümkün  deyildir,  qeyri-müəyyən
182
şəxsli  cümlədə  isə  mübtəda  iştirak  etməsə  də,  onu  konkret  iş 
icraçısı  kimi  təsəvvürə  gətirmək  olmasa  da,  onu  üçüncü  şəxsin 
cəmi  kimi  təsəvvür  etmək  olur.  Qeyri-müəyyən  şəxsli 
cümlələrin xəbəri üçüncü şəxsdə işlənir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  qeyri-müəyyən 
şəxsli cümlələr, az da olsa, işlənir; məsələn: Alp ərin balbal kıdı 
(O  3)  «İgid  döyüşçülərini  balbal  qoydular».  Edgü  bilgə  kisig, 
edgü alp kisig yarıtmaz ermiş (КТ c 6) «Yaxşı müdrik adamları, 
yaxşı  igid  adamları  yürütməzmiş».  Bir  kişi  yatjılsar,  oğuşı, 
bodunı  bisiikirjə  təgi  kıdmaz ermiş  (КТ  c  6)  «Bir adam  yanılsa 
idi, qəbiləsi, xalqı son nəfərinədək doğranmazmış».
Ümumi 
şəxsli 
cümlələr. 
Xəbər  qütbü 
əsasında 
formalaşan təktərkibli sadə cümlələrin bir növü də ümumi şəxsli 
cümlələrdir.  Ümumi şəxsli cümlələrdə ifadə edilmiş fikir, hökm 
hamı  tərəfindən qəbul  edilmiş  həyat  həqiqətidir.  Ümumi  şəxsli 
cümlərədə  ifadə  edilən  fikir  eyni  zamanda  həm  ayrı-ayrı 
şəxslərə,  həm  də  hamıya  aid  olur.  Ümumi  şəxsli  cümlələrin 
xəbəri bəzən üçüncü şəxsdə ifadə edilsə də ən çox ikinci şəxsin 
təki  ilə  ifadə edilir; məsələn: Arık ok sən,  tosık öməzsən (KT c
8)  «Anq  oxsan,  aclıq,  toxluq  bilməzsən».  Turuk bukalı,  səmiz 
hukalı arkada bitsər,  səmiz buka,  turuk buka iiyin bilməz (T 5-6) 
«Anq  buğanı,  kök  buğam  arxadan  tanısa,  kök  buğa,  arıq  buğa 
diyə  tanıya  bilmə/».  Yuyka  eriklig  loplağaluğ  uçuz  ermiş, 
yinçgo  eriklig  üzgoli  uçuz.  Yuyka  kalın  bolsar,  toplağaluk  alp 
ermis, yinçge yoğun bolsar,  üzgəlik alp ermis  (T  13-14)  «Nazik 
ikən  toplamaq  asan  imiş,  incə  ikən  üzmək  asandır.  Nazik  qalın 
olsa, toplamaq igid işidir,  incə yoğun olsa, üzmək igid işidir».
İmperativ  cümlələr.  Təktərkibli  cümlələrin  bir  növü  də 
imperativ  cümlələrdir.  Xəbəri  felin  əmr  şəkli  ilə  ifalə  edilən 
təktərkibli cümlələrə imperativ cümlələr deyilir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  təktərkibli 
cümlələrdən ən  çox  işlənəni  imperativ cümlələrdir; m əsələn:... 
yəmə  igidoyin!  Əmgətmən!  Tolğatman!  (BK  şm  13)  «...  yenə 
yüksəlin!  İncitməyin!  Sıxışdırmayın!»  Sabımın  tükəti  esidgil 
(КТ c  1)  «Sözümü  tükətincəyədək  eşit».  ...bum körü bili/) (KT 
c  12)  «...  bunu  görərək  bilin».  A lp r körü bilin  (KT c  11)  «Onu 
görərək bilin».
183

CÜTTƏRKİBLİ CÜMLƏLƏR
Baş üzvlərin hər ikisi iştirak edən və ya iştirakı asan bərpa 
edilə bilən  cümlələrə cüttərkibli cümlə deyilir.  Cüttərkibli  sadə 
cümlələr müxtəlif baxımdan təsnif edilə bilər:
1.  Baş  üzvlərlə yanaşı  ikinci  dərəcəli  üzvlərin də  işlənib- 
işlənməməsinə görə cüttərkibli sadə cümlələr iki qrupa bölünür:
a) Müxtəsər cümlələr
b) Geniş cümlələr
2.  Baş  üzvlərdən  birinin  və  ya  hər  ikisinin  işlənib- 
işlənməməsinə  görə  də  cüttərkibli  sadə  cümlələr  iki  qrupa 
bölünür:
a) Bütöv cümlələr
b) Yarımçıq cümlələr
Müxtəsər cümlələr.  Hər iki baş üzvdən, ya da qrammatik 
cəhətdən  formalaşmış  xəbərdən  ibarət  cüttərkibli  cümlələr 
müxtəsər  cümlə  adlanır.  Qrammatik  cəhətdən  formalaşmış 
xəbərdən  ibarət  olan  cümlələrdə  mübtəda  buraxılsa  da,  o, 
xəbərin şəkilçilərində öz əksini tapır və asan bərpa edilir.
Mübtəda və xəbərdən ibarət olan müxtəsər cümlələr: Bars 
bəg  erti  (KT  ş  20)  «Bars  bəy  idi».  Süs i  kəlti  (O  9)  «Qoşlunu 
gəldi»,  ö zi ya/Jıltı  (KT  ş  20)  «Özü yanıldı».  Kağam  ölti ((KT ş 
20)  «Xaqanı  öldü».  Özim  sakıntım  (KT  şm  10)  «özüm 
düşündüm». Biz az ertimiz (BK  ş 32) «Biz az idik» və s.
Təkcə 
xəbərdən 
ibarət 
olan 
müxtəsər  cümlələr: 
Sü/Jüşdimiz  (T  28)  «Döyüşdük».  Sançdımız  (T  28)  «Məğlub 
etdik».  Təgdimiz  (T  39)  «Hücum  etdik».  Yaydımız  (T  39) 
«Dağıtdıq».  Kəlmədi  (MÇ  14)  «Gəlmədi».  Sütjüsdim  (MÇ  15) 
«Döyüşdüm».  Sançdım  (MÇ  32)  «Məğlub  etdim».  Yabrıtdım 
(BK ş 31) «Zəiflətdim» və s.
Geniş  cümlələr.  Baş  üzvlərdən  əlavə  cümlənin  ikinci 
dərəcəli  üzvlərindən,  heç  olmasa,  birinin  iştirak  etdiyi  cümlə 
sadə  geniş  cümlə  adlanır;  məsələn:  Üç  otuz  balık sıdı  (T  19) 
«İyirmi  üç  şəhər  sındı».  Az  bodunığ  ölürtim  (BK  ş  26)  «Az 
xalqını  öldürdüm».  İnim  Kül  tigin  birlə  sözləşdimiz  (KT  ş  26) 
«Kiçik  qardaşım  Kül  tiginlə  məsləhətləşdik».  Камп  subçıı
184
yügürti  (KT  ş  24)  «Qanın  su  kimi  axdı».  An ta  kisrə  kaljan 
kağan uçdı (MÇ  12) «Ondan sonra atam xaqan vəfat etdi». Eldn 
ara bəg yağı bolmış (O  10)  «İkisinin arasında bəy yağı olmuş». 
Üç karlukyablak sakınıp  təzə  bardı  (MÇ  11) «Üç karluklar pis 
niyyətə düşüb qaçıb getdi» və s.
Qədim türk  yazısı  abidələrinin  dilində əksər  hallarda  baş 
üzvlərdən əlavə cümlənin  bir neçə, yaxud  bütün  ikinci dərəcəli 
üzvləri də sadə geniş cümlədə iştirak edir.
Bütöv  və  yarımçıq  cümlələr.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  hər  iki  baş  üzvü  cümlənin  strukturunda 
iştirak  edən cümlələr  bütöv  cümlələrdir.  Bülöv  cümlə  dedikdə 
həm təkcə mübtəda və xəbərin iştirak etdiyi  müxtəsər cümlələr, 
həm  də  mübtəda  və  xəbərdən  başqa  ikinci  dərəcəli  üzvlərdən 
birinin  və  ya  hamısının  iştirak  etdiyi  geniş  cümlələr  nəzərdə 
tutulur; məsələn: Bodun boğazı tok erti (T 8) «Xalqın boğazı tox 
idi».  İl  tutsık yir  Ölükən  yış  ermiş  (KT  c  4)  «El  tutmalı  yer 
ötükən meşəli dağlan  imiş».
Qədim  türk  yazısı  abidələrinin  dilində  baş  üzvlərdən  biri 
(abidələrin  dilində  hər  iki  baş  üzvü  buraxılan  cümlənin 
işlənməsinə  təsadüf edilməmişdir)  buraxılan  cümləyə yarımçıq 
cümlə  deyilir; 
məsələn:  İ/figig  ilsirəldimiz,  kağanhğtğ
kağansıratdımız,  tizligıg sökürtimiz,  başlığığ yüküntürtimiz (KT 
ş  18)  «Elini  clsizləşdirdik,  xaqanimi  xaqansızlaşdırdıq,  dizlini 
çökdürdük,  başlını  səcdə  etdirdik».  Bälıka  barmadı  (KT  şm  8) 
«Şəhərə getmədi» və s.
MÜRƏKKƏB CÜMLƏ
Ünsiyyət  üçün  sadə  cümlə  kimi,  mürəkkəb  cümlənin  də 
mühüm  əhəmiyyəti  vardır.  İndiyədək  mürəkkəb  cümlələrə 
müxtəlif  təriflər  vermişlər,  onları  müxtəlif  cür  izah  etmişlər. 
Mürəkkəb  cümlələrə  necə  tərif  və  izah  verilməsindən  asılı 
olmayaraq məlumdur ki,  mürəkkəb cümlə iki və daha artıq sadə 
cümlədən  ibarət  olur,  bu  sadə  cümlələr  öz aralarında tabesizlik 
və  ya  tabelilik  əlaqəsi  ilə  bağlanır,  sadə  cümlələrin  arasında 
xüsusi  intonasiya  olur,  bütövlükdə  mürəkkəb  cümlənin  özünün 
bitmiş intonasiyası olur və o, bitmiş (nisbi) bir fikir ifadə edir.
185

Mürəkkəb  cümlələri  əmələ  gətirən  komponentlər  -  
cümlələr qrammatik baxımdan  bir-biri  ilə əlaqədə olur; onların 
arasında 
müəyyən 
əlaqə 
olmasa, 
mürəkəb 
cümlənin 
komponentləri  bir-biri  ilə  əlaqəsi  olmayan  sadə  cümlələr  olsa, 
onda  mürəkkəb  cümlədən  danışmaq  olmaz.  Mürəkkəb 
cümlələrin 
komponentləri 
arasındakı 
sintaktik 
əlaqələr 
müxtəlifdir.  Bir  qisim  mürəkkəb  cümlələrin  komponertləri 
bərabərhüquqlu  olduğu,  biri  digərindən  asılı  olmadığı  halda, 
başqa qisim mürəkkəb cümlələrin biri digərindən asılı olur, biri 
digərini  izah  edir.  Komponentləri  bərabərhüquqlu  olan 
mürəkkəb cümlələri tabesiz, biri digərindən asılı olan mürəkkəb 
cümlələri  tabeli  mürəkkəb  cümlə  adlandırırlar.  Tabesiz 
mürəkkəb  cümlənin  komponentləri  tabesizlik  sintaktik  əlaqəsi 
ilə,  tabeli  mürəkkəb  cümlənin  komponentləri  isə  tabelilik 
sintaktik  əlaqəsi  ilə  birləşir.  Tabeli  mürəkkəb  cümlələrdə 
komponentlərdən  biri  üstün  mövqedə  durur,  əsas  cümlə olur,  o 
biri  cümlələr  ona  tabe  olur,  onu  izah  edir.  Bu  komponentə  baş 
cümlə  deyirlər.  Digər  komponent  və  ya  komponentlər  üstün 
vəziyyətdə  olan  cümlədən  -  baş  cümlədən  asılı  olur,  ona  tabe 
olur,  onu bu və ya digər baxımdan  izah edir.  Belə asılı cümləyə 
və  ya  cümlələrə  budaq  cümlə  deyirlər.  Tabesiz  və  tabeli 
mürəkkəb  cümlələr  arasında  olan  daha  bir  fərqi  göstərmək 
lazımdır.  Tabesiz  mürəkkəb  cümlənin  kömpanentlərindəki 
zaman  mütləq  olur,  yəni  hər  cümlənin  öz  zamanı  olur  və  bu 
zaman  komponentlər  arasındakı  münasibətlərdən  asılı  olaraq 
obyektiv  zaman  kimi  dəyişmir,  yəni  zaman  söhbət  gedən 
zamanla  ölçülür;  məsələn:  Yağış  yağdı,  toz  yatdı.  Yağış yağır, 
toz yatır.  Yağış  yağar,  toz  yatar.  Yağış  yağacaq,  toz yatacaq. 
Tabeli  mürəkkəb  cümlələrdə  isə  baş  cümlənin  zamanı  mütləq 
olur,  budaq  cümlənin  zamanı  baş  cümlənin  zamanından  asılı 
olduğu  üçün,  baş  cümlənin  zamanı  ilə  müəyyənləşdiyi  üçün 
nisbi olur.
Müasir  türk  dillərində  tabesiz  və  tabeli  mürəkkəb  cümlə­
lər arasında, onların komponentlərinin bağlılıq dərəcəsində daha 
bir  sıra  fərqli  xüsusiyyətlər  də  mövcuddur.  Bunlardan  başqa, 
tabesiz  və  tabeli  mürəkkəb  cümlələrin  formalaşmasında  da  bir 
sıra  qrammatik  və  fonetik  fərqlər  də  vardır.  Dilçilik  ədəbiyya-
186
tında  tabesiz  və  tabeli  mürəkkəb  cümlələrin  formalaşmasında 
bağlayıcılar  arasındakı  fərqdən,  bağlamalarda  iştirak  edən 
əvəzliklərin  funksiyaları  arasındakı  fərqdən  danışılır.  Lakin 
qədim  türk yazısı  abidələrinin  dilində  bağlayıcılar,  demək olar 
ki,  formalaşmadığından  onların  tabesiz  və  tabeli  mürəkkəb 
cümlələrin formalaşmasındakı rolundan danışmaq tezdir. Qədim 
türk  yazısı  abidələrinin  dilində  tabesiz  və  tabeli  mürəkkəb 
cümlələrin formalaşmasında əvəzliklərin rolundan danışmaq isə 
heç olmaz, çünki nə tabesiz,  nə də  tabeli  mürəkkəb cümlələrin 
formalaşmasında  əvəzliklər  iştirak  etmir.  Fonetik  vasitələrdən 
istər 
tabesiz, 
istərsə 
tabeli 
mürəkkəb 
cümlələrin 
formalaşmasında, müasir türk dillərində olduğu kimi, qədim türk 
yazısı  abidələrinin  dilində  də  intonasiyanın  rolu  böyükdür. 
Tabesiz  mürəkkəb  cümlənin  komponentləri  bərabərhüquqlu 
olduğu  üçün  onu  təşkil  edən  sadə  cümlələrin  intonasiyası  ilə 
komponertləri  bərabərhüquqlu  olmayan  tabeli  mürəkkəb 
cümləni  təşkil  edən  sadə  cümlələrin  intonasiyası  eyni  ola 
bilməz. 
Tabesiz 
mürəkkəb 
cümlələrin 
kompo-nentləri 
birləşdirici,  tabe  etməyən  intonasiya  ilə tələflüz edildiyi  halda, 
tabeli  mürəkkəb  cümlələrin  komponentləri  tabeedici  intonasiya 
ilə tələffüz edilir.
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin